Məhkəmə qərarları › İş №1(057)-7/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-7/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-7/2024 18.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2023-cü ilin may ayının əyvəllərində yaşadığı Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacların arasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkərək orada xeyli miqdarda, cəmi 13 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 2023-cü il 02 avqust tarixdə saat 04 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin ünvanda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan Təqsirləndirilən şəxs məxsus cəmi 13 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 255,0 qram əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Davam etdirilmiş tədbirlərlə həmin gün Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra saat 06:30-da üzərinə şəxsi ixtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindəki bir ədəd siqaret qutusundan istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 13,616 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Salyan rayonu, Qarabağlı kəndində yerləşən evində tək yaşamaqla heç bir yerdə işləməmiş və əlinə düşəndə hərdən bir narkotik vasitə olan "nəşə" çəkmişdir. 2023-cü il may ayının əvvəllərində yaşadığı Salyan rayonu, Qarabağlı kəndində küçədə yerdən kiçik bir bağlama tapmışdır. Həmin bağlamanı açıb baxanda onun içərisində onların öz aralarında "nəşə" adlandırdıqları kütlə və bir qədər də çətənə toxumu olduğunu görmüşdür. Ətrafa baxıb heç kim olmadığını görəndən sonra həmin bağlamanı götürüb yaşadığı evə gətirmişdir. Tapdığı bağlamanın içərisində olan çətənə toxumlarını həyətindəki ağacların arasında əkmiş və həmin toxumlardan cəmi 13 ədəd çətənə bitkisi yetişmişdir. Əkdikdən sonra özü mütəmadi olaraq həmin bitkilərə qulluq edib onları suvarmış, diblərini alaqdan təmizləmişdir. Həmçinin tapdığı nəşədən də hərdən bir özü çəkib istifadə etmişdir. Ondan kiməsə verməmiş və ya satmamışdır. Nəşə adlandırdıqları kütlənin qalan hissəsini də özünün sonradan istifadə etməsi üçün cibindəki siqaret qutusuna qoymuşdur. 02 avqust 2023cü il tarixə keçən gecə onunla qonşuluqda yaşayan Elşən aldığı 2 ədəd 250 qramlıq araq şüşələri ilə onun yaşadığı evə gəlmiş və birlikdə həyətdə oturub nahar edərkən onlar hərəsinə təxminən 250 qram kimi araq içmişdilər. Sonra küçəyə çıxıb küçədə siqaret çəkərkən mülki geyimdə olan 3 nəfər onlara yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan həyətində narkotik tərkibli bitkilər əkib-əkmədiyini soruşub öz razılığı ilə həyətinə baxış keçirmək istədiklərini bildirmişdilər. Əlacsız qaldığından bununla əlaqədar onlara razılıq vermişdir. Bu barədə yazılı ərizəsi alındıqdan sonra polis əməkdaşları ilə birlikdə videoçəkiliş vasitəsi ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətindəki ağacların arasında əkib becərdiyi cəmi 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ilə birlikdə həmin vaxt onun həyətinə gəlmiş mütəxəsis-aqronom da əkdiyi çətənə kollarına baxıb onlara mütəmadi qulluq göstərildiyini bildirmişdir. Aşkar olunmuş 13 ədəd çətənə bitkisi çıxarılıb qara rəngli torbaya qoyularaq elektron tərəzidə çəkilmiş və onun çəkisinin 335 qram olması müəyyən edilmişdir. Sonra həmin 13 ədəd çətənə bitkisi ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq ağzı möhürlənib bağlanmış və üzəri onlar tərəfindən imzalanmışdır. Daha sonra, polis əməkdaşları ona birlikdə Salyan RPŞ-nə getməyi təklif etdiklərindən onlarla Salyan RPŞ-nə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra şöbədə təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Öz seçimi əsasında ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra əlacsız qaldığından üzərində olan siqaret qutusundakı nəşəni əynindəki şalvarın sağ yan cibindən çıxarıb onu polis əməkdaşlarına tədim etmişdir. Təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda onun içərisində tünd yaşıl rəngli, ilk baxışdan qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Sonra üzərindən aşkar edilib götürülmüş həmin kütlə elektron tərəzidə çəklmiş və onun çəkisinin 22 qram olması müəyyən edilmişdir. Daha sonra, üzərindən aşkar edilib götürülmüş həmin kütlə siqaret qutusu ilə birlikdə iştirakları ilə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulmuşdur.Paketin ağzı möhürlənərək qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra isə həmin faktla bağlı araşdırma aparılmış, o istintaqa cəlb edilərək barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan rayon Mərkəzinin rəisi vəzifəsində işləyir və Salyan rayonu Qarabağlı kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımadığını bildirmişdir. Onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. 2023-cü il avqustun 2-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli bilinən Salyanı rayonu, Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçiriləcək baxışda mütəxəssis-aqronom kimi iştirak etməyə dəvət etmişdilər. Polis əməkdaşlarının bu müraciəti əsasında həmin gün saat 04 radələrində onlarla birlikdə Salyan rayonu Qarabağlı kəndinə gəlib Təqsirləndirilən şəxsun yaşadığı evin nəyətyanı sahəsinə özünün iştirakı ilə baxış keçirdirlər. Baxışda qeyd etdiyi kimi bir mütəxəssisaqronom kimi iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl müstəntiq tərəfindən hüquq və vəzifələri izah edildi və sonra həmin həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı həyətdəki ağacların arasında əkilmiş müxtəlif hündürlükdə, yaş halda, kök üstə cəmi 13 ədəd bitki nümunələri aşkar edilmişdir. Həmin bitkilərə aqronommütəxəssis kimi baxış keçirib müəyyən edildi ki, bitki nümunələrinin gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə onlar çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidir. Bitki nümunələrinin kök dibində olan torpağın nəm və yumşaq olması, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə elə nəticəyə gəlindiki, həmin çətənə bitsi nümunələrinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra həmin aşkar edilmiş 13 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılıb qara rəngli sellofan torbaya yığılaraq torbanın ağzı bağlanıb möhürlənmiş və iştirakçılar tərəfindən onun üzərini imzalanmışdır. Ondan sonra bu barədə tərtib edilmiş protokolu imzalamışdırlar. Sonradan istirak etdiyi həmin baxışla əlaqədar tərtib edilmiş mütəxəssis rəyi istintaq orqanına təqdim edilmişdir. Daha sonra isə bu işlə əlaqədar heçnə bilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti zərurətlə bağlı iştirak edə bilməyəcəyini, ibitdai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Buna görə də şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan rayonu Qarabağlı kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 01 avqust 2023-cü il tarixdə raportla çalışdığı Baş İdarənin rəhbərliyinə məruzə edilmişdir. Alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-aytarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmuş və tədbiri həyata keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı idarədə müvafiq əmr verilmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və həmin idarənin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 və həmin idarənin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Qarabağlı kəndinə gəlib kəndin ərazisində onun ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 02 avqust 2023-cü il arixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşaraq ozünü təqdim etdikdən sonra ondan yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-əkməməsini soruşub birlikdə həyətyanı sahəsinə baxış keçirmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bikilərini əkib becərdiyini etiraf etmişdir. Evinin həyətinə baxış keçirilməsinə razılıq yeməsi barədə yazılı surətdə ərizəsi alındıqdan sonra Seymurun özünün və mütəxəsisaqronom qismində dəvət olunmuş Şahid5 iştirakı ilə 02 avqust 2023-cü il tarixdə saat 04:10-dan həmin gün saat 04:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri təqim etməsi təklif olunduqda o, yaşadığı evin həyətinin giriş hissəsindən sağ tərəfdə, ağacların arasında əkdiyi çətənə kollarını göstərib təqdim etmişdir. Həmin yerə baxış zamanı orada həqiqətəndə çətənə bitkilərinin əkilməsini, həmin çətənə bitkilərinə aqrotexniki qaydada Qulluq göstərilməsini, diblərinin yumşaldılması və onlara gübrə verilməklə mütəmadi olaraq suvarılmasını müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş çətənə bitkilərinə mütəxəsis-aqronom tərəfindən baxıldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə çıxarılaraq sayıldı və onların cəmi 13 ədəd olması müəyyən edilmişdir. Sonra aşkarlanıb götürülmüş həmin 13 ədəd çətənə bitkisi qara rəngli polietilen torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və polietilen torba qarışıq onun çəkisinin 335 qram olması müəyyən edilmişdir. Həmin 13 ədəd çətənə bitkisi ekspertizaya göndərilməsi məqsədi ilə polietilen torbaya qablaşdırılaraq torbanın ağzı möhürlənib bağlanmışdır. Üzəri tərəflərin iştirakı ilə imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmuşdur. Öz seçimi əsasında ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirimişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlacsız qaldığından üzərində olan siqaret qutusundakı nəşəni əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda onun içərisində tünd yaşıl rəngli, ilk baxışdan qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə onun çəkisinin 22 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmin kütlə siqaret 2 qutusu ilə birlikdə hamının iştirakı ilə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulmuş və kağız paketin ağzı möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Şahid3 məhkəməyə teleqram ünvanlayaraq xidməti zərurətlə bağlı iştirak edə bilməyəcəyini, ibitdai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Buna görə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan rayonu Qarabağlı kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 01 avqust 2023-cü il tarixdə raportla çalışdığı Baş İdarənin rəhbərliyinə məruzə edilmişdir. Alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-aytarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmuş və tədbiri həyata keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı idarədə müvafiq əmr verilmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və həmin idarənin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 və həmin idarənin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Qarabağlı kəndinə gəlib kəndin ərazisində onun ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 02 avqust 2023-cü il arixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşaraq ozünü təqdim etdikdən sonra ondan yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-əkməməsini soruşub birlikdə həyətyanı sahəsinə baxış keçirmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bikilərini əkib becərdiyini etiraf etmişdir. Evinin həyətinə baxış keçirilməsinə razılıq yeməsi barədə yazılı surətdə ərizəsi alındıqdan sonra Seymurun özünün və mütəxəsisaqronom qismində dəvət olunmuş Şahid5 iştirakı ilə 02 avqust 2023-cü il tarixdə saat 04:10-dan həmin gün saat 04:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri təqim etməsi təklif olunduqda o, yaşadığı evin həyətinin giriş hissəsindən sağ tərəfdə, ağacların arasında əkdiyi çətənə kollarını göstərib təqdim etmişdir. Həmin yerə baxış zamanı orada həqiqətəndə çətənə bitkilərinin əkilməsini, həmin çətənə bitkilərinə aqrotexniki qaydada Qulluq göstərilməsini, diblərinin yumşaldılması və onlara gübrə verilməklə mütəmadi olaraq suvarılmasını müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş çətənə bitkilərinə mütəxəsis-aqronom tərəfindən baxıldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə çıxarılaraq sayıldı və onların cəmi 13 ədəd olması müəyyən edilmişdir. Sonra aşkarlanıb götürülmüş həmin 13 ədəd çətənə bitkisi qara rəngli polietilen torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və polietilen torba qarışıq onun çəkisinin 335 qram olması müəyyən edilmişdir. Həmin 13 ədəd çətənə bitkisi ekspertizaya göndərilməsi məqsədi ilə polietilen torbaya qablaşdırılaraq torbanın ağzı möhürlənib bağlanmışdır. Üzəri tərəflərin iştirakı ilə imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmuşdur. Öz seçimi əsasında ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirimişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlacsız qaldığından üzərində olan siqaret qutusundakı nəşəni əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda onun içərisində tünd yaşıl rəngli, ilk baxışdan qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə onun çəkisinin 22 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmin kütlə siqaret 2 qutusu ilə birlikdə hamının iştirakı ilə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulmuş və kağız paketin ağzı möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Seymur” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1,2 və 8-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, “Seymur” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması, tutulduqdan sonra evinə və həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 04:10dan 04:25-dək Baş Narkotiklərlə Mübarizə idarəsinin təhqiqat qurupunun təhqiqatşısı, polis mayrou X5 Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.3.1, 177.6 və 236-cı madəllərinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili polkovnik-leytenantı Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, xx.xx.1973-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Salyan rayonu qarabağlı kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şahid4, xx.xx.1982-ci ildə Salyan rayonu, qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum ounmayan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, Şahid5 ştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şonuncu 02 avqust 2023-cü il tarixdə, saat 04:00 dəqiqədə, Salyan rayonu, Qarabağlı kəndində yerlələşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında Şahid4 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılmışdır. Saxlanılan zaman yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərinə bənzər kollar yetişdirdiyini və yaşadığı evə baxış keçirilnəsinə etirazı olmadığını bildirmişdir. Bu barədə ərizə təqdim etmişdir. Salyan rayonu, Qarabağlı kəndində yerləşən yaşadığı nömrəsiz fərdi evin həyətyanı sahəsində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 02 avqust 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs barədə qərarla tanış edilmiş sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində yerləşən yaşadığı nömrəsiz evin həyətyanı sahəsində evin həyətinin giriş hissəsindən sağ tərəfdə ağacların arasında "çətənə kolları yetişdirdiyini bildirmiş və aqronomun iştirakı ilə keçirilən baxış zamanı qeyd etdiyi yerdən ümumilikdə 13(on üç) ədəd çətənə bitkisinə bənzər kolları təqdim etmişdir. Aqronum tərəfindən baxış zamanı həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğun bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldığını, gübrələnmiş və mütəmadi olaraq suvarma işləri aparıldığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 13 (on üç) ədəd çətənə bitkisinə bənzər bitkilər qara rəngli torbaya qoyularaq elektron tərəzidi çəkilmişdir. Çəkisi 335 (üç yüz otuz beş) qram olmuş və həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış zamanı “SONY” markalı video kameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 06:30-dan 06:40dək Salyan RPŞ-nin TB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanılması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd siqaret qutusunda açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və həmin sol yan cibindən 1 (bir) ədəd açar və 14 (on dörd) manat pul çıxararaq təqdim etmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşadığı evə baxış keçirilməsinə razı olduğunu, etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan rayonu X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs həyətdəki ağacların arasında, torpaq sahəsi üzərində, kök “üstündə, müxtəlif hündürlükdə, yaş vəziyyədə olan 13 ədəd bitki gümunələrinə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən edildi ki, cəmi 13 ədəd həmin bitki nümunələri gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla arkotik tərkiblidir. Bitkilərin gövdə ətrafında onların alaq otlarından təmizlənməsi, kök dibində olan torpağın nəm və yumşaq olması, hər bir itkinin boyu, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 02 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1107 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı həyətinə baxış zamanı aşkar edilmiş yaş vəziyyətdə ümumi çəkisi 255,0 qram olan ümumi sayı 13 ədəd (on üç) bitki, əkilib becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marxuanada kannabinoidli komponenlər eynidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 13 ədəd çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-13,618 qram, tədqiqata sərf edildi cəmi-0,05 qram, qalıq 13,568 qram, bitkilərinin ümumi təmiz çəkisi 255,0 qram, tədqiqata sərf edildi ümumi -0,65 qram, qalıq-254,35 qram. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 13,568 qram narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin həyətindən aşkarlanıb götürülmüş 254,35 qram çəkidə 13 ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 893 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan 02 avqust 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Salyan Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Cinayət işinin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 4(106)-92/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Salyan rayon məhkəməsinin 21 avqust 2023-cü il tarixli 4(057)-76/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qərar həmin tarixdə saat 14:00da Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan Salyan MRX-nın Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-68/2-2041/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1074 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 14 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-cı maddələri ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, şəxsi axtarış, baxış və götürmə protokolları, şahid ifadələri, mütəxəsis-aqronom, məhkəmə-bioloii və məhkəmə-narkolofi ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs məxsus evin həyətindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 254,35 qram çəkidə 13 ədəd narkotik tərkibli çətənə bitkisinin, həmçinin üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,568 qram narkotik vasitə olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötəri Salyan RPŞ-nə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişlə keçirilən baxış və götürmənin, həmçinin, üzərinə keçirilən şəxsi axtarışın və götürmənin görüntülərinin əks olunduğu 2 ədəd CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə ittiham elan olunduğundan ona CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün faktiki olaraq həbsdə saxlanma müddətinin hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmçinin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayətləri törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 13,568 qram narkotik vasitə qurudulmuş marixuana və 13 ədəd ümumi çəkisi 254,35 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 72 manat (yetmiş iki manat) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-1425295, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 13,568 qram narkotik vasitə qurudulmuş marixuana və 13 ədəd ümumi çəkisi 254,35 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 72 manat (yetmiş iki manat) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar