Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-70/2024 23.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1980-cıildə Salyan şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,DOST MMC-də fəhlə işləyən,məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 23 mart 2024-cü il tarixdə günorta saatlarında Salyan şəhəri, 20 Yanvar küçəsi ev 86-da yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq ilə bir dəfə vurub alının sağ nahiyyəsinin, burnun yumuşaq toxumalarının qançır və şişkinliyi , burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 23 mart 2024-cü ildə yaşadığı evdə olarkən arvadı uşaqların başına qışqırdığı üçün aralarında mübahisə olmuş və əsəbiləşdiyi üçün Gülnazın sifət nahiyyəsinə bir dəfə əli ilə vurmuşdur.Hazırda arvadı ilə barışmış və sonuncunun ondan şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 23 mart 2024-cü ildə saat təqribən 18 radələrində yaşadığı evdə uşaqlarına qışqırdığı üçün əri bundan hirslənib onu yumruğu ilə sifət nahiyyəsmindən vurmuş və nəticədə xəsarət almışdır.Hazırda əri ilə barışmış,ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 128 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ nahiyyəsinin, burnun yumuşaq toxumalarının qançır və şişkinliyi, burun sümüyünün yerdəyişməyən sınığı ilə küt əşyanın təsirindən əmələ gəlmiş,qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X3 Şəhər Sovelovskiy Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə RF-nın CM-nın 228-1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 19 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə olan material üzrə CPM-nın 39.1.11-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Salyan Rayon Polis Şöbəsinin təhqiqatçısı Fikrət Əhmədovun 19 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Abasov X4 Əziz Vətən oğlunu qəsdən döyüb ona az ağır xəsarət yetirməklə barəsində CM-nın 127.1-ci maddəsi ilə material üzrə araşdırma aparılmış, tərəflərin barışması əsasına görə icraata xitam verilmişdir. Salyan RİHB-nin Salyan şəhəri üzrə nümayəndənin vermiş olduğu 28 mart 2024cü il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2016 və 2017-ci ildə anadan olmuş iki azyaşlı uşağı vardır. Salyan RİHB-nin Salyan şəhəri üzrə nümayəndənin vermiş olduğu 28 mart 2024cü il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hər iki tərəfin işdə olan ərizələrindən görünür ki, onlar bir-biri ilə barışmış, zərərçəkmişin təsrləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İşdə olan sənədlərdən aydın olur ki, təqsirləndirilən şəxs barəsində artıq bir dəfə tərəflərin barışması ilə cinayət təqibinə xitam verilmişdir.Qanunvericilik artıq iknci dəfə təqsirləndirilən şəxsə həmin hüquqdan istifadə etməyə imkan vermir.Ona görə də təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nın 72.1-ci maddəsində qeyd olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Qeyd: Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması,himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmişlə barışması və sonuncunun ondan şikayətçi olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Şərfalı oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Şərfalı oğluna Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs Şərfalı oğluna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Şərfalı oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, ona min manat cərimə cəzası təyin edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs Şərfalı oğluna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-70/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-70/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver