Məhkəmə qərarları › İş №1(057)-70/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-70/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-70/2025 17.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X22 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində dörd azyaşlı uşaqları olan, məhkumluğu olmayan, işləməyən, Salyan rayonu Yolüstü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Salyan rayonu Yolüstü kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Salyan rayon 2-ci Varlı kəndində yaşayan qaynanası Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlib arvadı Şahid2 öz evinə aparmaq istədikdə sonuncunun imtina etməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evdə olan qaynanası Zərərçəkmiş şəxs qəsdən yumruqla vurub döyərək ona başın təpə nahiyyəsinin yarası, şişkinliyi və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadə düzdür, həmin ifadəni təsdiq edir. 2014-cü ildə Salyan rayonu 2-ci Varlı kəndində yaşayan qohumu Şahid2 ilə ailə qurmuşdur. Hazırda dörd azyaşlı övladları vardır. Ailə qurandan sonra 3-4 il valideyinlərinin evinde yaşasa da, sonradan özünə ev tikərək təxminən 6 ilə yaxındır ki, öz evində yaşayır. Harada olsa fəhləlik edərək ailəsini saxlayır, işdən sonra hər gün 250 qram spirtli içki araq içir. Bəzən spirtli içki içməsinə va ya dolanışığa görə aralarında tez-tez ailə daxili mübahisə olur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində evdə nahar edəndə həmişə olduğu kimi 250 qram spirtli içki araq içmiş, Leyla onun araq içməsinə görə danışaraq azyaşlı övladının əməliyyat olunması üçün pul toplamağı tələb etdikdə aralarında yaranmış mübahisə zamanı əsəbləşdiyindən Leylanın sifətinə bir-iki sillə vuraraq evdən çıxıb fəhləlik etməyə getmiş, bir neçə saatdan sonra təxminən saat 19 radələrində evə qayıdanda Leylanın və azyaşlı övladlarının evdə olmadığını görüb axtaranda onun valideyinlarinin evinə getməsini öyrənib bildikdə Leylanın valideyinlərinin evinə gedib onu və uşaqları evinə gətirmək istəmişdir. Leyla qayıtmadığı üçün aralarında yaranmış mübahisə zamanı onun qolundan yapışaraq sürüməklə evdən bayıra çıxarmaq istədikdə Leylanın anası Sünbül va bacısı Sevinc araya girib onlara imkan verməyib maneçilik etdiyindən əsəbləşdiyindən əlində olan "Redmi 14” markalı mobil telefonu ilə qaynanası Sünbülün başından bir dəfə zərbə ilə vuranda Sevinc mobil telefonu əlindən alaraq Leyla ilə birlikdə onu evdən qovduqlarından oradan evinə getmişdir. Buna baxmayaraq ailəsini oradan evinə apara bilməmişdir. Həmin vaxtı yanında kənar şəxs olmamışdır. Onların hər hansı bir formada kobudluğu olmayıbdır. Leyla və qaynanası Sünbülü vuraraq xasarət yetirməsinə görə peşmandır. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcək, qaynanası Sünbül ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur.Odur ki, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini və məsuliyyətdən azad olunmasını məhkəmədən xahiş etmişdir.Əvvəllər eyni əsasla barəsində cinayət təqibinə xitam verilməmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin və şahidlərin təhqiqat zamanı verdiyi ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 10 il olar ki, qızı Şahid2 Salyan rayonu Yolüstü kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs Abusət oğlu ilə könüllü olaraq öz istəyilə ailə həyatı qurmuşdur. Hal-hazırda onların qız və oğlan olmaqla 4 azyaşlı övladları var. Onlar ailə qurub bir müddət Mahirin valideyinlərinin evində yaşasa da, sonradan onlar ev tikərək öz evlərinə köçərək təxminən 6 ilə yaxındır ki, birgə yaşayırlar. Mahir hər gün spirtli içki araq içərək sərxoşluq edir, dəfələrlə onların ailəsində ailə daxili münaqişə olsa da, ailənin dağılmaması üçün həmişə bir-birlərini yola vermələrini tələb etsə də, Mahir yenə də öz hərəkətlərini davam etdirmişdir. Demək olar ki, ailəsinə baxmır. xx.xx.2025-ci il tarixdə təxminən saat 14 rədələrində Leyla yaşadığı ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü üçün onun evinə gəlmiş, bir neçə saatdan sonra təxminən saat 19 radələrində Mahir sərxoş halda onun evinə gələrək Leyladan evə qayıtmasını tələb etdikdə, Leyla onunla birgə yaşamaq istəmədiyini deyib onunla getməkdən imtina etmiş, onların arasında yaranmış mübahisə zamanı valideyin olaraq ona iradını bildirib ailəsinə diqqət ayrımasını tələb etməsinə baxmayaraq Mahir, Leylanın saçından yapışaraq onu yerə yıxıb ağzından yumruqla vurub döyəndə araya keçib onları aralaşdıranda Mahir yumruğu ilə onun başına vuraraq onu da döyərək başına xəsarət yetirmişdir. Başında qanaxma baş verdiyi üçün başını tutaraq qışqıranda Mahir qanaxmanı görən kimi qaçıb getmişdir. Bundan sonra həyat yoldaşı Şahid1 evə gələrək vəziyyəti görüb DİN-nin 102 xidmətinə zəng edib onun döyülməsi barədə məlumat verməklə, başında qanaxma olduğundan Afət onu Salyan rayon Mərkəzi xastaxanasına aparaq orada tibbi yardım aldıqdan sonra evə qayıtmışdır. Təqsirləndirilən şəxs onu və qızı Leylanı döyəndə evdə yanlarında kənar şəxs olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 17 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur.Keçiriləcək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, təxminən 10 il olar ki, bacısı Şahid2 Salyan rayonu Yolüstü kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs Abusət oğlu ilə ailə qurmuşdur. Hal-hazırda onların qız və oğlan olmaqla 4 azyaşlı övladları var. Mahir hər gün spirtli içki araq içərək sarxoşluq edir, dəfələrlə onların ailəsində ailə daxili münaqişə olsa da, ailə dağılmaması üçün həmişə birbirlərini yola vermələrini tələb etsə də, Mahir hərəkətlərini davam etdirir, demək olarki ailəsinə baxmır. Mahir ailəsinə baxan deyil, onun uşaqlarının xəstəliyi ilə əlaqədar bir neçe dəfə onun dörd aylıq körpə övladı İbrahimi həkimə aparmaqda bacısına köməklik etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində Mahir atası Afətin evinə gələrək Leylanı və anası Sünbülü döyərək oradan qaçıb getmişdir. Həmin günü orada olmasa da, anası Sünbül Salyan rayon mərkəzi xəstaxanasına aparılandan sonra Leyla zəng ədərək baş verənləri demişdir. Həmin günü yaşadığı Qarabağlı kəndində öz evində olmuşdur. Onların arasında olan dava-dalaşdan 2 gün sonra anası Sünbülə ve bacısı Leylaya baş çəkməyə getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 10 il olar, Salyan rayonu Yolüstü kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs Abusat oğlu ilə valideyinlərinin razılığı ilə könüllü olaraq ailə qurmuşdur. Hal-hazırda qız və oğlan olmaqla 4 azyaşlı övladları var. Ailə qurandan bir müddət onun valideyinlərinin evində yaşasa da, lakin sonradan özlərinə ev tikərək təxminən 6 ilə yaxındır öz evində yaşayır. Öz evində yaşamağa başlayandan Mahir ilə tez-tez ailə daxili mübahisələr olsa da, ailəsi dağılmasın deyə birtəhər dözmüşdür. xx.xx.2025-ci il tarixdə təxminən saat 14 rədələrində həyat yoldaş Təqsirləndirilən şəxs sərxoş halda evə gəlməsinə görə ona iradını bildirib azyaşlı övladının əməliyyat olunması üçün pula ehtiyacın olmasını deyib az içməsini tələb etdikdə aralarında yaranmış mübahisə zamanı Mahir onun saçından yapışaraq yerə yıxıb sürüyərək onu döymüşdür. Mahir evdən çıxaraq harasa getdiyindən məcbur olub azyaşlı övladlarını da götürüb valideyinlərinin evinə getmişdir. Bir neçə saatdan sonra təxminən saat 19 radələrində Mahir sərxoş halda valideyinlərinin evinə gələrək ondan evə qayıtmasını tələb etdikdə onunla birgə yaşamaq istəmədiyini deyib onunla birgə getməkdən imtina etdikdə aralarında yaranmış mübahisə zamanı Mahir saçından yapışaraq onu yerə yıxıb yumruğu ilə ağzından bir dəfə vurub döyəndə, anası Sünbül araya keçib harayçılıq etdikdə Mahir onun anası Sünbülün başına yumruqla vuraraq anasını döymüş, anasının başından qanaxma baş verdiyindən Mahir qanaxmanı görən kimi qaçıb getmişdir. Bundan sonra atası Şahid1 evə gələrək vəziyyəti görüb biləndən sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat verməklə yanaşı anasının başında qanaxma olduğundan atası Afət anası Sünbülü Salyan rayon Mərkəzi xəstəxanasına aparmış, anası xəstəxanadan tibbi yardım aldıqdan sonra evə qayıtmışdır. Təqsirləndirilən şəxs evində və valideyinlərinin evində Sünbüləni döyəndə evdə yanında kənar şəxs olmamışdır. Mahir onu döydüyünə görə başında və boyun nahiyyəsində ağrıları var, buna görə də məhkəmə tibbi ekspertizasından keçmək istəyir. Mahirin xasiyyəti və münasibəti uyğun gəlmədiyindən və aralarında tez-tez ailə daxili münaqişə olduğundan ondan bir dəfəlik boşanacaq. Buna görədə Mahirin barəsində müraciət etməkdə tələbi Təqsirləndirilən şəxs barəsinə qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Salyan RPŞ-nin məsul növbətiçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:54-də Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olan ********** nömrəli raportda Salyan rayonu Varlı kəndində yaşayan Şahid1 Əlipənah oğlu ***-***-**-** saylı nömrədən zəng edərək, Təqsirləndirilən şəxs adlı şəxsin içkili olmaqla həyat yoldaşını döyməsi barədə məlumat vermişdir.Qeyd olunanları nəzərə alaraq, 102 xidmətindən daxil olmuş məlumatın yoxlanılmasından ötrü aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətiçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:55-də Salyan RMX-dan Əbilova, Salyan RPŞ-nin NH-nə telefonla məlumat verərək, Salyan rayonu 2-ci Varlı kəndində yaşayan 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin açıq yarası diaqnozu ilə xəstəxanaya daxil olmasını və deməsinə görə Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Odur ki, məlumatın yoxlanılmasıdan ötrü aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 05 iyun 2025-ci il tarixdə saat 20 radələrində kürəkəni Təqsirləndirilən şəxs Abusət oğlu yaşadığı ünvana gələrək həyat yoldaşını yəni qızı Şahid2 öz evinə aparmaq istədikdə Leyla onunla getmədiyi üçün aralarında yaranmış mübahisə zamanı Mahir qızı Leylanı və onu döyüb xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs kürəkəni Mahir barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Şahid2 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 05 iyun 2025-ci il tarixdə saat 19:00 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs Absət oğlu valideyinlərinin yaşadığı ünvana gələrək onunla və anası Sünbül ilə mübahisə edərək hər ikisini döymüşdür. Həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-in təhqiqatçısı polis mayoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Salyan rayonu 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs və Şahid1 məxsus birgə yaşadıqları fərdi yaşayış evinin olması müəyyən olunmuşdur.Həmin fərdi yaşayış evi həyətyanı torpaq sahəsində yerləşməklə 6-7 ədəd ağ mişar daşları üzərində daşlarla bir mərtəbəli olub ağ mişar daşlardan tutulmuş 2 otaq, 1- eyvan, 1- mərtəbəli otaqdan ibarətdir.Həmin evə giriş qapısı birbaşa eyvana açılmaqla, eyvandan və ayrı-ayrı otaqlara giriş qapıları yerləşdirilmişdir.Həmin evin üstü azbest siferlə bağlanmışdır.Sorğu zamanı Zərərçəkmiş şəxs və Şahid2 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ilə aralarında münaqişə baş vermiş və onun tərəfindən döyülmələrini bildirmişdirlər.Onların Təqsirləndirilən şəxs tərəfindən döyülməsi hadisə yerinin foto şəkilləri “Samsung Galaxy A-54” markalı mobil telefon vasitəsilə çəkilib işıqlandırıldıqdan sonra materiala əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 xx.xx.2025-ci il tarixli 273 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1960-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- başın təpə nahiyyasinin yarası, şişkinliyi ve hematoması küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər.Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan "YÜNGÜL” zərərvurmaya aid olması göstərilmişdir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 xx.xx.2025-ci il tarixli 273 saylı canlı şəxsin ekspertizası rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 05 iyun 2025-ci il tarixdə saat 20 radələrində kürəkəni Təqsirləndirilən şəxs Absət oğlu tərəfindən döyülməyi ilə əlaqədar şikayət ərizəsi əsasında araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazının olmadığını bildirmişdir. Ərizəsinin əsas hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abusət oğlunun Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 05 iyun 2025-ci il tarixdə saat 20 radələrində qaynatası Şahid1 evində qaynanası Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi üçün barəsində şikayət etməsi ilə əlaqədar barəsində aparılan araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazının olmadığını bildirmişdir. Ərizəsinin əsas hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-in təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul olunmuş “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi polis mayrou Elman Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00-da, Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş, ********** nömrəli raportda Salyan rayonu 1-ci Varlı kəndində yaşayan Şahid2 ***-***-**-** nömrədən zəng edərək əri Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir.Qeyd olunanları nəzərə alaraq 102 xidmətindən daxil olmuş məlumatın yoxlanmasından ötrü aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 18 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 5-71-25/2-200/2025 və 5-71-25/2-201/2025 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Yolüstü kəndində yaşayır, onun ailə tərkibi həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü Şahid2, qızı xx.xx.2017-ci il təvəllüdlü X5, qızı xx.xx.2023-cü il təvəllüdlü X2, oğlu xx.xx.2025-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan “Elektron sistemindən məlumatların sorğulanma haqqında” çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X2, xx.xx.2025-ci il təvəllüdlü X3 ibarət olduğu göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə, X8 xx.xx.2018-ci il tarixdə X9 xx.xx.2023-cü il tarixdə, X10 xx.xx.2025-ci il tarixdə anadan olmuşlar, onların ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Salyan rayon İHB-nın Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 5-71-25/2-202/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-68/2-1033/2025 saylı arayışdan görünür ki, poliklinika şöbəsinin həkim-psixiatrının məlumatına əsasən Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatında yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 05 iyun 2025-ci il tarixdə yaşadığı ünvanda kürəkəni Təqsirləndirilən şəxs Absət oğlu tərəfindən döyülməyi barədə müraciət etmiş, həmin müraciət əsasında böyük təhlükə törətəyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq materialı toplanmış, müraciəti əsasında toplanmış material üzrə şikayətini davam etdirdiyini bildirmişdir.Həmin müraciəti əsasında toplanmış materialın məhkəməyə göndərilərək kürəkəni Təqsirləndirilən şəxs Absət oğlunun cəzalandırılmasını təmin edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 xx.xx.2025-ci il tarixli 274 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1992-ci il təvəllüdlü, Şahid2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Akif Abdullayevin 26 iyun 2025-ci il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixdə Salyan rayonu Yolüstü kəndində yaşayan Təqsirləndirilən şəxs Əbüsət oğlu 2-ci Varlı kəndində qaynanası Zərərçəkmiş şəxs qəsdən döyərək sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyindən barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı yekun protokolu ilə birlikdə aidiyyati üzrə məhkəməyə göndərilməsi üçün Salyan rayon Prokurorluğuna göndərilmiş; Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayət tərkibi olmadığından barəsində CM-nin 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs arvadı Şahid2 döyərək fiziki ağrı yetirməsi əməlində cinayət tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanması rədd olunmuş; lakin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati tənbeh tətbiq olunması üçün qəbul edilmiş qərar Salyan rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 3(057)-707/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Salyan rayon 2-ci Varlı kəndində yaşayan qaynanası Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlib arvadı Şahid2 öz evinə aparmaq istədikdə sonuncunun imtina etməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evdə olan qaynanası Sünbül Panahovanı qəsdən yumruqla vurub döyərək ona başın təpə nahiyyəsinin yarası, şişkinliyi və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar