Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-72/2024 16.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X25 Yaqub oğlunun sədrliyi, X19 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 8000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci il fevralın 24-də yaşadığı Salyan rayonu Dayıkənd kəndində 500 manat, 2023-cü ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Marışlı kəndinin örüş sahəsində 1300 manat, 2023-cü ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində 1300 manat, 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 800 manat, 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 1700 manat, 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 400 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Bakı- Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranının yaxınlığında 2000 manat pulu alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 Əlif oğlunun etibarından sui-istifadə edərək 3000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Əlif oğluna Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs1 2023-cü il martın 12-də yaşadığı Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 1500 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 500 manat, 2023-cü ilin aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 200 manat, öz istəyi əsasında Zərərçəkmiş şəxs1 2023-cü il mayın 30-da “Kapital bank”a məxsus “Zehra Sabıbeyli” adına olan 4169 7414 3104 9558 saylı hesaba 100 manat köçürtdürmüş, 2023cü ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evində 400 manat, 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 300 manat pulu alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ilin yanvar ayında o, Salyan rayonu Marışlı kəndində Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Sonuncu ona əlillik dərəcəsi ala bilmədiyini bildirmiş, o, isə bu işi düzəldə biləcək tanışının olduğunu, onun pensiya işini həll edəcəyini bildirmiş, bir-birilərinin telefon nömrələrini götürmüşlər. 2022-ci il fevralın 24-də Taleh ilə Salyan rayonu Marışlı kəndində görüşmüş, ona əlilliklə bağlı pensiya işini düzəltmək üçün 8000 manat pul verməli olduğunu demiş, Taleh həmin pulu hissə-hissə ona verə biləcəyini bildirmiş, onlar razılaşmışlar. Talehdən ilkin olaraq sənədləri düzəltmək adı ilə 500 manat pul almışdır. 2022-ci ilin fevralın sonlarında o, Talehin yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən evinə getmiş, Talehin evində olarkən oraya sonuncunun qardaşı Saleh gəlmişdir. O, əvvəlcədən internetdən götürdüyü saxta sənəd şəkillərini Talehə göstərmiş, Taleh də ona inanmışdır. 2023-cü ilin yanvar ayında o, Talehə zəng edərək onun sənədlərini düzəltdiyini bildirərək ondan 1300 manat pul istəmiş, Taleh Salyan rayonu Marışlı kəndində örüş sahəsində olduğu üçün oraya taksi ilə gələrək Talehdən 1300 manat pul almışdır. 2023-cü ilin fevral ayının sonlarında Dayıkənd kəndinin girişində Talehdən 1300 manat pul almışdır. 2023-cü ilin fevral ayında Talehə zəng edərək 800 manat pul vermək lazım olduğunu demiş, Taleh də heyvan satdığını, evdən gəlib götürməyini bildirmiş, o, da oraya gedərək Talehdən 800 manat pul almışdır. 2023-cü ilin mart ayında Talehin yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən evə gedərək ondan 1700 manat; həmin ilin mart ayının sonlarında eyni qaydada 400 manat pul almışdır. 2023-cü ilin aprel ayında Talehə zəng edərək 2000 manat pul lazım olduğunu demiş, onlar aralarındakı razılığa əsasən Astara-Bakı avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranının yaxınlığında görüşmüş və Talehdən orada 2000 manat pul alaraq onun əlillik işi ilə bağlı pensiyasının yaxın günlərdə həll olunacağını demişdir. Ümumilikdə Talehdən 8000 manat pul almışdır. Sonradan Taleh ilə mobil telefon vasitəsilə danışarkən onun pensiya işində heç bir problem olmadığını, həll edəcəyini demişdir. Bir neçə aydan sonra Taleh ona zəng edərək işin alınmadığını, pulunu geri qaytarmasını tələb etmiş, o, Talehə onun pulunu qaytaracağını demişdir. Sonradan Talehin onun barəsində şikayət etdiyini öyrənmişdir. Hazıradək Talehdən aldığı pulların heç bir hissəsini ona qaytarmamışdır. Bundan başqa 2023-cü ilin fevral ayında Talehin evində olan zaman orada onun qardaşı oğlu Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonuncu da onun üçün də pensiya düzəltməyini xahiş etmişdir. O, Şəmstanın pensiya işini düzəldəcəyini, bunun üçün 3000 manat ona pul verməli olduğunu bildirmiş, Şəmstan onunla razılaşmış, lakin 3000 manat pulu hissə-hissə ona verə biləcəyini demişdir. Təxminən 1 həftə sonra Şəmstana zəng edərək Bakı şəhərində yerləşən xəstəxanada olduğunu və onun sənədlərini düzəltdiyini demişdir. 2023-cü ilin martın 12-də Şəmstana zəng edərək onun pensiya işini düzəltmək üçün 1500 manat pul lazım olduğunu demiş, sonuncu ilə Salyan rayonu Dayıkənd kəndinin girişində olan dayanacaqda görüşərək ondan 1500 manat pul almış, işini düzəltdiyini demişdir. Təxminən 1-2 gün sonra o, “Whatsapp” sosial şəbəkə vasitəsilə Şəmstana əvvəlcədən özünə məxsus olan mobil telefonda internetdən götürərək düzəltdiyi saxta sənəd şəkillərini göndərmiş, Şəmstan ona inanmışdır. O, Şəmstanı inandırmaq üçün əvvəlcədən saxta sənəd düzəltmişdir. 2023-cü ilin aprel ayında Şəmstan ilə kəndin girişindəki dayanacaqda görüşərək ondan 500 manat; eyni qaydada 2023-cü ilin aprel ayının sonlarında 200 manat pul almışdır. 2023-cü ilin may ayında Şəmstana zəng edərək 100 manat pul istəmiş, pul verilmədiyi halda işin dayanacağını demiş, pulu onun göndərdiyi plastik karta köçürməsini demişdir. Şəmstan onun göndərdiyi kart hesabına 100 manat göndərmişdir. Sonra Biləsuvar rayonunda yerləşən Mərkəzi bazarın qarşısına gedərək orada quraşdırılmış Kapital banka məxsus olan bankomatdan həmin pulu çıxarmışdır. Şəmstandan 2023-cü ilin may ayında Talehin evində 400 manat; 2023-cü ilin iyun ayında kəndin girişindəki dayanacaqda 300 manat pul almışdır. Şəmstan ilə mobil telefon vasitəsilə danışan zaman onun pensiya işində heç bir problem olmadığını, yaxın günlərdə onun işinin alınacağını demişdir. Şəmstan pulunu ondan tələb etdikdə onun pulunu qaytaracağını demişdir. Sonradan Şəmstanın onun barəsində şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları heç kimə verməmiş, öz ehtiyacları üçün xərcləmişdir. Himayəsində azyaşlı uşağı yoxdur. Səhvini başa düşür. Əməlindən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduğu ziyandan 400 manat ödəmişdir, qalan ziyanları maddi imkanı olmadığı üçün hazıradək ödəməmişdir, azadlığa çıxarsa, həmin ziyanı ödəməyə söz verir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidin ifadələri ilə, eləcə də iş də olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə yaralandığı üçün müharibə veteranıdır, lakin veteranlığı ilə əlaqədar ona pensiya təyin olunmamışdır. O, səhhəti ilə bağlı olaraq əlillik almaq üçün sənədlərini hazırlamış, lakin düzəltdirə bilməmişdir. 2022-ci ilin yanvar ayında Salyan rayonu Marışlı kəndində yerləşən örüş sahəsində olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonla kimləsə danışmış, onun danışığından pensiya düzəltdiyini başa düşmüşdür. O, Azada əlillik almaq istədiyini, lakin ala bilmədiyini demişdir. Azad isə narahat olmamağını, onun pensiya işini həll edə biləcəyini bildirmişdir. 2022-ci ilin fevralın 24-də Azad ilə Salyan rayonu Marışlı kəndində görüşmüş, Azad əlillik işini həll etməsi üçün ondan 8000 manat alacağını bildirmiş, o, həmin pulu hissə-hissə verə biləcəyini demiş, onlar razılaşmışlar. İlkin olaraq Azada sənəd işləri üçün 500 manat pul vermişdir. 2022-ci ilin fevralın sonlarında Azad onun yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən evinə gəlmiş, evdə yemək yeyib söhbət etmiş, sonuncu ona üzərində yazı olan peçatlı kağız göstərib onun sənədi olduğunu bildirmişdir. Azad ilə mobil telefonda danışan zaman ona sənədlərini hazırlayacağını bildirmişdir. 2023-cü ilin yanvar ayında Azad ilə Salyan rayonu Marışlı kəndində yerləşən örüş sahəsində görüşmüş, sonuncuya 1300 manat pul vermiş, 2023-cü ilin fevral ayının sonlarında Azadla kəndin girişində görüşüb ona 1300 manat pul vermişdir. 2023-cü ilin fevral ayında Azad onun yaşadığı evə gələrək ondan 800 manat pul almışdır. 2023-cü ilin mart ayında Azada 1700 manat pul vermişdir. 2023-cü ilin mart ayının sonlarında Azad onun yaşadığı evə gələrək ondan 400 manat pul alaraq getmişdir. 2023-cü ilin aprel ayında Bakı-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranın kənarında Azad ilə görüşmüş və ona 2000 manat pul vermişdir. Sonradan o, Azad ilə mobil telefon vasitəsilə danışan zaman işi barədə soruşarkən Azad ona heç bir problem olmadığını deyərək həll olunacağını bildirmişdir. O, Azad ilə mobil telefon vasitəsilə danışan zaman işin alınmadığını, pulunu geri qaytarmasını desə də, Azad vaxtı uzadaraq narahat olmamağını və həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs pulunu almağa çalışmış, lakin heç bir nəticə olmamışdır. Azad onun zənglərinə cavab verməmişdir. Buna görə də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 8000 manat ziyanı ödəməmişdir. Ona vurulmuş ziyanın tam qaydada ödənilməsini tələb edir. Bu günədək dəfələrlə onu müxtəlif bəhanələrlə aldadaraq guya vurduğu ziyanı ödəyəcəyinə söz vermiş, lakin heç bir məbləği ona ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir, ona azadlıqdan məhrum etmənin yuxarı həddində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu 8000 manat ziyanı ödəməyib. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur. Ayağında damar problemi olduğu üçün əsgərliyə getməmiş, lakin xəstəliyinə görə pensiya almır. 2023-cü ilin fevral ayında əmisi Talehin yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş, Azaddan onun üçün pensiya düzəltməsini xahiş etmiş, Azad onun işini düzəldəcəyini demişdir. Azad onun 2-ci qrup əlillik dərəcəsi ilə bağlı pensiyasını düzəltməsi üçün 3000 manat istəmiş, o da razı olmuş, həmin pulu hissə-hissə verə biləcəyini demiş, onlar razılaşmışlar. Azad ona bildirmişdir ki, onun pensiya işi düzələndə kartında 4000 manat pul olacaq, əgər onun işi alınsa idi həmin puldan da, əlavə olaraq Azada 2000 manat hörmət edəcəkdi. 2023-cü il martın 12-də Salyan rayonu Dayıkənd kəndinin girişində olan dayanacaqda Azadla görüşüb ona ilkin olaraq 1500 manat vermişdir. Azad pulu alıb narahat olmamağını və işi düzəldəcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra Azad “Whatsapp” sosial şəbəkə vasitəsilə ona sənədlərin şəkillərini göndərmişdir. O, şəkillərə baxaraq adının yazıldığını görmüşdür. Azad ona həmin sənədi heç kimə göstərməməsini demişdir. 2023-cü ilin aprel ayında kəndin girişində olan dayanacaqda Azadla yenidən görüşərək ona 500 manat; 2023-cü ilin aprel ayının sonlarında eyni formada 200 manat pul vermişdir. 2023-cü ilin may ayında Azad ona zəng edərək 100 manat pul lazım olduğunu və təcili pulun verilməli olduğunu, verilmədiyi halda işin dayanacağını bildirmiş, o, Azadın göndərdiyi kart hesabına 100 manat pul köçürmüşdür. Bundan başqa 2023-cü ilin may ayında əmisi Talehin yaşadığı evdə sonuncunun yanında Azada 400 manat pul vermişdir. 2023-cü ilin iyun ayında kəndin girişində olan dayanacaqda Azadla görüşüb ona 300 manat pul vermişdir. Azaddan işinin nə yerdə olduğu barədə soruşanda Azad ona heç bir problem olmadığını, işinin həll olunacağını bildirmişdir. O, işin uzandığını görüb Azada pulunu geri qaytarmasını demiş, lakin Azad müxtəlif bəhanələr gətirərək həll edəcəyini bildirmişdir. Sonradan Azad onun mobil telefon zənglərinə cavab verməmiş, onun telefonuna zəng çatmamışdır. Buna görə də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona vurulmuş 3000 manat ziyandan cəmi 400 manat pul ödəmiş, qalan hissəni yalandan vədlər verərək bu günədək ödəməmişdir. Ona vurulmuş ziyanın tam məbləğdə ödənilməsini tələb edir. Ona görə də Azaddan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş 3000 manat ziyandan cəmi 400 manat pul ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2023-cü ilin fevral ayında oğlu Şəmstan evə gələrək əmisi Talehin evində Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olduğunu, onun əmisi üçün pensiya düzəldəcəyini, həmçinin də oğlu Şəmstan da özünə pensiya düzəltməsi üçün ona dediyini bildirmişdir. Azad Şəmstanla pensiya düzəltmək üçün 3000 manat pula razılaşdıqlarını bildirmişdir. Şəmstan hissə-hissə Azada 3000 manat pul vermişdir. Bundan başqa qardaşı Taleh də Azada 8000 manat pul vermişdir. Sonradan Azadın qardaşı Talehi və oğlu Şəmstanı aldatdığını öyrənmişdir.Pullarını dəfələrlə tələb etsələr də, Azad müxtəlif bəhanlər gətirərək pulu hazıradək tam ödəməmişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2023-cü ilin mart ayında tanışı Biləsuvar rayonu İsmətli kənd sakini Təqsirləndirilən şəxs, xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi düzəltmək üçün onun 3000 manat pulunu ələ keçirmiş, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2022-ci ilin avqust ayında tanışı Biləsuvar rayonu İsmətli kənd sakini Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı birtərəfli sosial müavinət düzəltməsi üçün hissə-hissə olmaqla onun 8000 manat pulu ələ keçirilmiş, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli “təqdim olunan sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 10:40-dan 11:00-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X9 tərəfindən Zərərçəkmiş şəxs1 iştirakı ilə təqdim etdiyi sənədə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2023-cü ilin may ayında Azad mobil telefon vasitəsilə ona zəng edərək 100 manat pul lazım olduğunu və təcili pulun verilməli olduğunu, verilmədiyi halda işin dayanacağını bildirmişdir. O, problem olmadığını deyərək ondan istədiyi 100 manat pulu verə biləcəyini, Azad isə “Whatsapp” sosial şəbəkə vasitəsilə ona kart hesabının şəklini göndərdiyini, o da yaşadığı Dayıkənd kəndində marketdə quraşdırılmış marketə gedərək orada quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə Azadın ona göndərdiyi “Kapital bank”a məxsus “Zehra Sabıbeyli” adına olan 4169 7414 3104 9558 saylı hesaba 100 manat köçürülmüşdür. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli “təqdim olunan sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:00-dan 15:20-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X9 tərəfindən Zərərçəkmiş şəxs1 iştirakı ilə təqdim etdiyi sənədlərə baxış keçirilmişdir. Baxış zamanı birinci sənəddə Dövlət Sosial Müdafiə fondunun adına yazılmış və mətndə “Zərərçəkmiş şəxs1 üçün verilmiş müayinə rəyinə əsasən onun fiziki işləməsi qeyri-mümkündür, bunu nəzərə alaraq onun 2-ci dərəcəli “Əlil qrupu” birdəfəlik təyin edildi” yazılmışdır. İkinci sənəddə isə “Pensiya fondunun adına yazılmış və mətndə verilir ondan ötəri ki, onu tərəfimizdən müayinə etdik: Zərərçəkmiş şəxs1 fiziki işlərlə məşqul olması qeyri mümkündür. Xahiş edirik ki, onun (2) ci qrup Əlillik dərəcəsi təyin edilsin” yazılmışdır.Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2023-cü ilin martın 12-dən sonra Azad “Whatsapp” sosial şəbəkə vasitəsilə ona üzərində “Dövlət Sosial Müdafiə fondunun adına yazılmış və mətndə Zərərçəkmiş şəxs1 üçün verilmiş müayinə rəyinə əsasən onun fiziki işləməsi qeyri-mümkündür, bunu nəzərə alaraq onun 2-ci dərəcəli “Əlil qrupu” və “Pensiya fondunun adına yazılmış və mətndə verilir ondan ötəri ki, onu tərəfimizdən müayinə etdik: Zərərçəkmiş şəxs1 fiziki işlərlə məqul olması qeyri mümkündür. Xahiş edirik ki, onun (2)-ci qrup əlillik dərəcəsi təyin edilsin” sözləri yazılan sənədlərin şəkillərini göndərmişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Hüseyn Ağabəyli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 xəstəlik ilə əlaqədar birdəfəlik sosial müavinət düzəldəcəyinə söz vermiş və hissə-hissə olmaqla 8000 manat pulunu ələ keçirmiş, o, bundan başqa Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 birinci qrup əlillik düzəldəcəyinə söz vermiş və hissə-hissə olmaqla 3000 manat pulunu ələ keçirmişdir. O, qeyd olunan cinayət əməlini tək halda törətmiş və hər hansı şəxsin köməyindən istifadə etməmişdir. İş üzrə əlavə zərərçəkmiş şəxslərin olması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən hər hansı digər cinayətin törədilməsi və onun hər hansı cinayət əlaqəsinin olması müəyyən edilməmişdir. Odur ki, məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Kapitalbank” a məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, X5 adına olan 416974******9558 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 100 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqdim olunan çıxarışa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 11:00-dan 12:10-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X9 tərəfindən Zərərçəkmiş şəxs1 iştirakı ilə təqdim etdiyi sənədlərə baxış keçirilmişdir. Baxış zamanı X6 məxsus 416974******9558 saylı Kapital bank”a məxsus kart hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarış siyahısına baxış keçirən zaman 2023-05- 30-da 100 manat pul köçürülməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi materialları ilə tanış edilməsindən ötrü tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış etməkdən ötrü barəsində axtarış elan edilməsi, müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin MSY-nə keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Orxan Bayramov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” barədə raportdan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu İsmətli kəndində yerləşən atası evində saxlanılaraq saat 18:15-də Salyan RPŞ-yə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində 2023-cü il dekabrın 14-də seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Salyan RPŞ-nin MSY-dən tutulmadan azad olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-texniki ekspertizasının 23 fevral 2024-cü il tarixli, 5/8-4/37-5/20 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iki vərəq üzərində əks olunmuş imzaların X17 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 1.Tədqiqata təqdim edilmiş iki ədəd vərəqinin üzərindəki çap mətni, imza və möhür əksi elektrofotoqrafik çap qurğuda (surətçıxaran, lazer printer və s) çap edilmişdir. 2.Tədqiqata təqdim edilmiş iki ədəd vərəqinin üzərindəki möhür əkslərinin montaj edilərək hazırlanması ehtimal olunur. 3.Tədqiqata təqdim edilmiş iki ədəd vərəqdə olan mətnlərin rəngləyici maddələri kimyəvi tərkibinə görə elektrofotoqrafik çap qurğuda (surətçıxaran, lazer printer və s) istifadə olunan rəngləyici maddələrə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 5/8-4/37-5/20 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-texniki ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materialında olan 23 fevral 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 316-16/2-5/8-4/37-5/20/2024 nömrəli rəyinə əsasən ekspert tədqiqatı nəticəsində qalıq qalmış nümunələr işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Salyan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-104/2-21623/24 saylı məktubu ilə həmin maddi sübut məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkəmə məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirildiyi əməl üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(002)-33/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Biləsuvar rayon İHB-nın İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır və onun ailə tərkibi 1970-ci il təvəllüdlü arvadı - X1, 2000-ci il təvəllüdlü qızı-X7, 2002-ci il təvəllüdlü oğlu- X8 ibarətdir. İş materiallarında olan Biləsuvar rayon İHB-nın İsmətli kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadasirı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Biləsuvar rayonu İsmətli kəndində yerləşən 5 nəfər ailə üzvləri ilə paylı mülkiyyətdə (Təqsirləndirilən şəxs - 7/36 hissə, X14 - 7/36 hissə, X10 - 7/36 hissə, X2 - 4/36 hissə, X11 - 11/36 hissə) 3.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır.Təqsirləndirilən şəxs adına 12 nəfər ailə üzvləri ilə ümumibirgə 0.22 ha (JN- 502A, Kod: ********) yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan 27 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il martın 27-də Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; X12 və X17 barəsində Azərbaycan Respublikasının CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-5/84137-5120/2024 nömrəli rəyi, cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında məhkəmədən gizləndiyinə görə axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Salyan RPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Səmədabad kəndində saxlanılaraq saat 16:00-da Salyan RPŞ-yə gətirilmiş və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi məqsədilə barəsində müvafiq sənədlərşdirmə aparıldıqdan sonra Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 8000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci il fevralın 24-də yaşadığı Salyan rayonu Dayıkənd kəndində 500 manat, 2023-cü ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Marışlı kəndinin örüş sahəsində 1300 manat, 2023-cü ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində 1300 manat, 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 800 manat, 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 1700 manat, 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 400 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Bakı-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranının yaxınlığında 2000 manat pulu alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 Əlif oğlunun etibarından sui-istifadə edərək 3000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Əlif oğluna Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs1 2023-cü il martın 12-də yaşadığı Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 1500 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 500 manat, 2023-cü ilin aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 200 manat, öz istəyi əsasında Zərərçəkmiş şəxs1 2023-cü il mayın 30-da “Kapital bank”a məxsus “Zehra Sabıbeyli” adına olan 4169 7414 3104 9558 saylı hesaba 100 manat köçürtdürmüş, 2023cü ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evində 400 manat, 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 300 manat pulu alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 66.2-ci cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərər çəkmiş şəxs Şəmistan Ələmova vurduğu ziyandan 400 manat ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, zərər çəkmiş şəxslərə vurduğu böyük məbləğdə ziyanın cüzi hissəsini ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını, ona ağır cəza verilməsini xahiş etmələrini isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi qəbul edir, əməlində cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci, 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının; CM-nin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurduğu ziyanın cüzi hissəsini ödəmiş, qalan hissəsini ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmiş şəxslərlə barışmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxslər ondan şikayətçidirlər və ona ağır cəza verilməsini xahiş edirlər. Məhkəmə Təqsirləndirilən şəxs bir neçə şəxsə qarşı oxşar əməlləri törədərək əvvəllər də dəfələrlə məhkəmə məsuliyyətinə cəlb olunmasını, lakin islah olunmayaraq dələduzluq cinayətini yenidən törətməsini onun sözü gedən cinayəti artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(002)-33/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, buna baxmayaraq həmin qərarın qəbul edilməsindən 01 ay keçməmiş, islah yoluna qədəm qoymadan hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona olan etimaddan yetərincə nəticə çıxarmayaraq, qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmiş, həyat tərzini və xarakterini düzgün istiqamətləndirməmiş, başqa sözlə tam islah olunmadan yenidən cinayət əməli törətmişdir. Bu da, onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınması üçün məhkəməyə əsas verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-5/8-4/37-5/20/2024 nömrəli rəyinə əsasən ekspert tədqiqatı nəticəsində qalıq qalmış nümunələr cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 70 (yetmiş) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16- 16/2-5/8-4/37-5/20/2024 nömrəli rəyinə əsasən ekspert tədqiqatı nəticəsində qalıq qalmış nümunələr cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 70 (yetmiş) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-72/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-72/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver