Məhkəmə qərarları › İş №1(057)-73/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-73/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-73/2024 30.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rahimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi - X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan Rayon Məhkəməsinin 1(057)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 07 ay 06 gün hissəsinin 09 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və ayrı-ayrı ünvanlarda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olaraq vahid niyyətlə xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan saxlanc yeri hesab edilən əmlak kompleksindən vahid niyyətlə oğurluq etmək qərarına gəlib 2023-cü il noyabrın 10-da gecə saat 02 radələrində əmlak kompleksinin ərazisinə, daha sonra həmin ərazidə yerləşən iki mərtəbəli binaya qanunsuz olaraq daxil olub cəmi 4500 manat dəyərində hər biri 100 manat qiymətində 1,75x1,10 metr ölçüdə 45 ədəd alüminium materialından olan pəncərəni, noyabrın 15-də gecə saat 02 radələrində cəmi 1500 manat dəyərində hər biri 100 manat qiymətində 2,0x0,90 metr ölçüdə 15 ədəd alüminium materialından olan qapını və cəmi 30 manat qiymətində 1,0x0,50 metr ölçüdə 1 ədəd alüminium materialından olan nəfəsliyi, noyabrın 20-də gecə saat 02 radələrində cəmi 750 manat dəyərində hər biri 15 manat qiymətində 50 ədəd metal taburetkanı, dekabrın 5-də gecə saat 02 radələrində 250 manat qiymətində 2,40x1,0 metr ölçüdə 1 ədəd alüminium materialından olan binanın giriş qapısını və əmlak kompleksinin ərazisini əhatə edən cəmi 1200 manat dəyərində hər biri 120 manat qiymətində 1,50x2,0 metr ölçüdə 10 ədəd qara metaldan hazırlanmış barmaqlıqları, dekabrın 15-də gecə saat 02 radələrində cəmi 450 manat dəyərində hər biri 150 manat qiymətində metaldan hazırlanmış 3 ədəd elektrik paylayıcı qutusunu və cəmi 150 manat dəyərində hər 1 metri 1,0 manat qiymətində 150 metr uzunluqda elektrik naqilini gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdar təşkil edən ümumilikdə 8830 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 420,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2023-cü il dekabrın 28-də saat 17:10 radələrində Salyan şəhəri, Q.Səmədov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 4 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və keçirilmiş şəxsi axtarış zamanı üzərindən həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək sözü olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, daimi yaşayış yeri olmadığı üçün gündüzlər köhnə metal, sellofan və plastik tullantıları toplayıb metal və plastik kütlə qəbulu məntəqələrinə təhvil verməklə özünə çörək pulu qazanırmış, gecələr isə sahibsiz köhnə tikililərdə gecələyirmiş. 2023-cü ilin noyabr ayının əvvəllərində Salyan şəhəri, Q.Səmədov küçəsində yerləşən və fəaliyyət göstərməyən keçmiş uşaq bağçasının binasında qalmışdır. Bir neçə dəfə gecə saatlarında həmin binadan metal tullantıları oğurlayıb aparıb metal qəbulu məntəqəsinə təhvil verib pul qazanmışdır. Bundan başqa, üzərindən aşkar edilmiş narkotik vasitəni 2023-cü ilin dekabr ayının sonlarında Salyan şəhərindəki göz xəstəxanasının yanındakı zibillikdən sellofan torbalar, plastik qablar, metal tullantıları yığarkən zibillikdəki yaşıl rəngli sellofan bağlama diqqətini cəlb etmişdir. Həmin bağlamanı açıb baxdıqda içərisində “nəşə” kimi tanıdığı yaşıl rəngli quru halda ot kütləsi olduğunu görmüşdür. Həmin bağlamanı özü ilə götürmüşdür ki, sonradan hissə-hissə qəbul etsin. Həmin gün Salyan şəhəri, Q.Səmədov küçəsi ilə gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində əlindəki bağlamanı təqdim etmişdir. Zərər çəkmiş şəxsə vurduğu zərəri ödəməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən keçmiş uşaq bağçasında bir neçə dəfə oğurluq hadisəsi baş vermişdir. Bu barədə dəfələrlə Salyan Rayon Polis Şöbəsinə ərizə yazmışlar və oğurlanmış əmlakın siyahısını təqdim etmişlər. Heç bir nəticə olmadığı üçün prokurorluğa şikayət etmişlər. Bundan sonra cinayət işi başlanmışdır. Elə əşyalar var ki, onu təqsirləndirilən şəxsin tək başına oğurlanması ona inandırıcı gəlmir. Ekspert tərəfindən oğurlanmış əmlak aşağı məbləğdə qiymətləndirilmişdir. Ümumilikdə 37400 manat maddi ziyan vurulmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nə maddi imkanı var ki, onların zərərini də ödəsin. Bütün oğurluq edən şəxslərin müəyyən edilərək tutulması üçün şikayət edəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə 28 dekabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Onu həmin günü saat 17:10 radələrində Salyan şəhəri, Q.Səmədov küçəsində görüb yaxınlaşıb özlərini təqdim edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Birlikdə şöbəyə gəlmişlər, şöbədə vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində olan polietilen torbanı təqdim edərək içərisində "nəşə" adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin torbanı həmin günü saat 11 radələrində Salyan şəhərindəki "Göz xəstəxanası" adlandırılan yerdəki zibillikdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş polietilen torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 475 qram olması müəyyən edilmiş, həmin polietilen torba hamının iştirakı ilə ekspertizaya təqdim edilməkdən ötrü qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs keçmiş uşaq bağçasından oğurluq etdiyini də eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü o, polis əməkdaşları Şahid1 və Şahid2lə birlikdə göz xəstəxanasının yaxınlığında, yəni Q.Səmədov küçəsində olarkən Salman onların qarşısına çıxmışdır. Onu polis şöbəsinə dəvət etmişlər. İstintaq Böğlməsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər, polietilen torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 475 qram olması müəyyən edilmiş, həmin polietilen torbanın ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, köhnə metal tullantıları toplayan şəxslərdən metal qəbul edilməsi və sonradan poladəritmə zavoduna təhvil verilməsi ilə məşğuldur. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyırmış. Hazırda dəqiq xatırlamır, 2023-cü ildə Salman bir neçə dəfə köhnə və yararsız metal hissələr gətirib təhvil vermişdir. O, Salmanın gətirdiyi həmin metal tullantıları kiloqramını 0.48 qəpikə qəbul etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqda sənədləri imzalamışdır. Salmanın gətirdiyi metal tullantı olmuşdur. Salman ona alüminium təhvil verməmişdir. Alüminum almaqdan qorxur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid2 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 26 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrilə cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işinin 13-cü vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.2828 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 24-28-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə zərər çəkmiş şəxsin nümayəndəsi X12 oğurluq edilmiş yerləri göstərmiş və bu barədə fotoşəkillər çəkilmişdir. Cinayət işinin 35-ci vərəqində olan 27 yanvar 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 44-cü vərəqində olan 27 yanvar 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 27 yanvar 2024-cü il tarixdə saat 15:00 dəqiqədə məhdudlaşdırılmış, 27 yanvar 2024-cü il tarixdə saat 16:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-56-cı vərəqlərində olan 28 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin iştirakı ilə oğurluq etdiyi yeri göstərmiş və bu barədə fotoşəkillər çəkilmişdir. Cinayət işinin 57-58-ci vərəqlərində olan 29 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 69-cu vərəqində olan 29 yanvar 2024-cü il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət təqibinin bir icraatda aparılması qərara alınmışdır. Cinayət işinin 71-ci vərəqində olan 29 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 83-cü vərəqində olan 28 dekabr 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-94-cü vərəqlərində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 28 dekabr 2023-cü il tarixdə saat 17:10-da məhdudlaşdırılmış, 28 dekabr 2023-cü il tarixdə, saat 17:45-də tutulmuşdur. Cinayət işinin 99-100-cü vərəqlərində olan 28 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan Rayon Polis X10 müstəntiqi, polis kapitan X6, icraatında olan material üzrə Azərbaycan Respublikasi CPMnin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin qrupun əməliyyat müvəkkili polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakları ilə ondan ötrü ki, 28 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında axtarış və götürmə aparmış, şəxsi axtarış başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüququ və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa onları çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əlindəki sellofan bağlamada onların "nəşə" adlandırdıqları narkotik vasitə vardır və onu bu gün saat 11 radələrində Salyan şəhərində yerləşən "Göz xəstəxanası" adlanan ərazidəki zibillikdən tapmış və özünün istifadəsi üçün üzərində saxlamışdır. Təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əlindəki bir ədəd yaşıl rəngli sellofan bağlamanı təqdim etmişdir. Onun təqdim etdiyi həmin bağlama açılıb baxıldıqda bağlamanın içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş həmin bağlamadakı kütlə elektron tərəzidə çəkildikdə onun çəkisinin 475 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir şey aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsindən ötrü kağız paketdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürü kağızla möhürlənmiş, şübhəli şəxsin özü və müdafiəçisi tərəfindən üzəri imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Cinayət işinin 107-109-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/1146 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi- 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu-0.10 qram, qalıq- 419.90 qram. Cinayət işinin 111-112-ci vərəqlərində olan 29 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-151-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 07 ay 06 gün hissəsinin 09 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 156-157-ci vərəqlərində olan 29 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 159-160-cı vərəqlərində olan 29 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 176-181-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 6/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 yanvar 2024-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. Cinayət işinin 187-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X22 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X20 25 yanvar 2024-cü il tarixli, 18-1-68/2-168/2024 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan rayonu, Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Heroin narkomaniyası” ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 193-195-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 170/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu nəzərə alınaraq üzərində qəti olaraq 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 196-197-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 7(057)- 429/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-170/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmü ilə 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş bir il yeddi ay altı gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla doqquz ay on səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 204-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin X9 keçirilməsi qərara alınmışdır. Cinayət işinin 216-219-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2024-cü il tarixli, 9/1865 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 8230 manat müəyyən edilir. Digər 2 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 220-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X17 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 222-223-cü vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti başçısının Kürqaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi C.Rəhimov tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmasına baxmayaraq Salyan şəhərində onlara məlum olmayan ünvanda yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşamadığı üçün ailəsi ilə birlikdə yaşayıb-yaşamaması barədə onlarda məlumat yoxdur.O yaşadığı müddətdə ondan Salyan RİH-nin Kürqaraqaşlı İnzibati Ərazi Nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 235-236-cı vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 14 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki bir ədəd yaşıl rəngli sellofan bağlamanı təqdim etmişdir. Bağlama açılıb baxıldıqda bağlamanın içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütləni Salyan şəhərində yerləşən "Göz xəstəxanası" adlanan ərazidəki zibilikdən tapmışdır. Cinayət işinin 224-233-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərazisində göstərilən 50 ədəd dəmir krovat-raskladuşkanın, 20 ədəd krovatın 40 ədəd başlıqlarının, 20 ədəd nalçalı stulun, 1 ədəd qapanın, 3 ədəd paltaryuyan, 1 ədəd soyuducunun, 5 ədəd əl-üzyuyulan keramik çanağın, 150 kv.m lambirin örtüyün və 10 metr metal hasarın oğurlanması faktı üzrə cinayət işindən həmin xüsusatla bağlı materialın ayrılması və əlavə araşdırılma aparılması qərara alınmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi -419.90 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlillər irəli sürməmişdir və törətdiyi əməlləri tam şəkildə etiraf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında ünvan 3 ünvanında yerləşən keçmiş uşaq bağçasında yalnız çürük metalları oğurlaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, zərər çəkmiş şəxsə vurduğu zərəri ödəməyə heç bir cəhd etməməsini şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin olunmamasını ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurduğu zərəri ödəməmiş, vurduğu zərəri aradan qaldırmağa və zərər çəkmiş şəxslə barışmağa heç bir cəhd göstərməmiş və zərər çəkmiş şəxs ondan şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərədə tutumuş cəzanın orta həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132) və narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatına görə 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmdən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2021-ci ildən Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 419.90 qram bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar