Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-75/2024 14.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan tiryək əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 22 fevral 2024-cü il tarixdə saat 11:50 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,616 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 22 fevral 2024-cü il tarixdə Salyan şəhərində 4 yol ayırıcında yerləşən aşbaz işlədiyi kafenin qarşısını süpürərkən yerdə olan bir ədəd büküm görərək götürmüş, içinə baxdıqda narkotik vasitə tiryək olduğunu görmüş, istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. 22 fevral 2024-cü il tarixdə saat 11:50 radələrində Salyan şəhərində Aslan Hüseynov küçəsində dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona olunan təklif əsasında o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd polietilen bükümüdə olan narkotik vasitə tiryəki çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin kütlə tiryəkdir və özünə məxsusdur, həmin kütləni Salyan şəhərində piyada gedən zaman 4 yol ayırıcında yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,68 qram olduğu müəyyən edilmişdir. Həmin bükümdəki kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, paketin üzəri möhür və imzalarla təsdiqlənmişdir. Hazırda səhv iş tutduğunu başa düşməklə tutduğu əməlindən səmimi peşimandır. Əvəllərdə narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul deyil, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 fevral 2024cü il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün RPŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2la birlikdə həmin tarixdə saat 11:50 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Aslan Hüseynov küçəsində müşahidə edib ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiqin təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə olan tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində qara qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bir bükümdə olan kütlə narkotik vasitə tiryəkdir, özünə məxsusdur, həmin tiryəki Salyan şəhərində dörd yol ayrıcında yerdən tapmışdır və tiryək olduğunu bilib özü qəbul etmək üçün cibinə qoyub üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bükümdə olan kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,68 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənib üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidadi istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 11:50-də Salyan şəhəri Aslan Hüseynov küçəsində saxlanılaraq saat 12:00-da rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən tərtib edilmiş 22 fevral 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 fevral 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 12:20-dən 12:30-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X19 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X11, NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Fizuli oğlunun, NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psxiotrop maddə, yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd polietilen bükümdə olan qara rəngli tiryək kimi tanıdığı narkotik vasitəni çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd polietilen bükümün içərisinə baxıldıqda orada qara rəngli narkotik vasitə tiryəkə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə tiryək kimi tanıdığı narkotik vasitədir və özünə məxsusdur. Həmin kütləni 18 fevral 2024-cü il tarixdə Salyan şəhərində 4 yol ayırıcında yerdən tapmış və tiryək olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi vaxt, üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş və yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə tiryəkə oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0.68 qram təşkil etmişdir. Daha sonra, həmin bükümdəki narkotik vasitə olan tiryək kağız paketə qoyularaq qablaşdırılmış,”Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “canon” markalı videokamera ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/209 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 0,616 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi -0,616 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq – 0,516 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/209 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik)manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X15 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2024-cü il tarixli 215 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan rayon polis şöbəsinin İB-nin mütəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,516 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 fevral 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 24 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvvəqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər Salyan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən CM-nin 76-cı maddəsinə əsasən 3 ay 6 gün vaxtından əvvəl azad olunmuş; Cəlilabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 03 ay 24 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(073)- 107/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenatı Şahid2 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə Salyan şəhəri dörd yol ayrıcında küçədə yerdən tapması və istifadəsi üçün üzərində saxlaması məlum olsa da, sonuncunun həmin narkotik vasitə olan tiryəkdən hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir.Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Tapşırıqda göstərilən digər xüsusatların icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də əməliyyat marağı doğuran məlumat və müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 15 fevral 2024-cü il tarixli 18-1-68/2-319/2024 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən Təqsirləndirilən şəxs 2019-cu il tarixdən “Tiryək” diaqnozu ilə narkoloji dispanserdə qeydiyyatdadır, həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli 5-71-6/2-589/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli 5-71-6/2-589/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Zərgərli küçəsi ev 39 ünvanında yaşayır və ailə üzvləri - arvadı 1972-ci il təvəllüdlü X1, qızı - 2000-ci il təvəllüdlü X3, oğlu 2001-ci il təvəllüdlü X4, qızı 2007-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı xx.xx.1972-ci il təvəllüdlü X1, qızı – xx.xx.2000-ci il təvəllüdlü X3, oğlu xx.xx.2001-ci il təvəllüdlü X4, qızı xx.xx.2007-ci il təvəllüdlü X6 ibarətdir İş materiallarında olan ibtidai istintaq orqanının 22 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə 24 fevral tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış; barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; onun özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolları, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkololi ekspertizasının rəyləri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski cinayət işi üzrə sübut növü kimi tanınmış; ondan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,516 qram narkotik vasitə olan tiryəkin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan tiryək əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 fevral 2024-cü il tarixdə saat 11:50 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 4 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,616 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüş, bununla da onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını, onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər iki dəfə, eyni qəbildən olan cinayətlər törətdiyinə görə iki dəfə məhkum olunmuş və buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayət əməlini törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Əvvəllər də iki dəfə məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən cinayət törətməsi Təqsirləndirilən şəxs sabit kriminal meyilli olmasına, ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını hazırda məhkumluğu olmayan şəxs olduğu üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də, keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli o, yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,516 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,516 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-75/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-75/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver