Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-75/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X10 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu olan, Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 24 ünvanında qeydiyyatda olan və ünvan 1an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il fevralın 06-da saat 16:01 dəqiqədə Salyan şəhəri, Nizami küçəsinin yaxınlığında yerləşən qəbirstanlıqda şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı üzərindən şəffaf rəngli polietilen bükümün içərisindən xeyli miqdarda təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və saat 16:25 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci masddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, hazırda Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 24 ünvanında qeydiyyatda olmaqla ünvan 3zvləri ilə birlikdə yaşayır. O, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Hərdən bir “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. 2025-ci il fevralın 04-də saat 11-12 radələrində o, Salyan şəhərində yerləşən Kür çayının sahilində piyada hərəkət edən zaman yerdəki 01 ədəd ağ rəngli polietilen büküm diqqətini cəlb etmişdir. O həmin ağ rəngli polietilen bükümü açıb içinə baxdığı vaxt içərisində qəhvəyi rəngli “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu aşkar etmişdir. Həmin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan ağ rəngli polietilen bükümü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Tapdığı tarixdə yəni 04 fevral 2025-ci il tarixdə evdə olarkən öz otağında qapını bağlayaraq həmin “kakos” kimi tanıdığım narkotik vasitə heroindən azca istifadə etmişdir. Lakin bundan evdə heç kimin xəbəri olmamışdır. 2025-ci il fevralın 06-da saat 16:01 radələrində Salyan şəhəri Nizami küçəsinin yaxınlığında yerləşən qəbirstanlıqda piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələrim barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etməyini bildirmişlər. O isə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan polietilen bükümü əynində olan göy rəngli cins şalvarnın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərini yoxlamışlar və üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd ağ rəngli polietilen bükümə baxıldıqda, həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir. Həmin kütləni 2025-ci il fevralın 04-də saat 11-12 radələrində Salyan şəhərində yerləşən Kür çayının sahilində piyada hərəkət edən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. O, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Həmçinin, həmin kütləni üzərimdə saxlayarkən satış məqsədi olmamışdır. Onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd ağ rəngli polietilen büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.42 qram olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd ağ rəngli polietilen büküm polis əməkdaşı tərəfindən qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmçinin polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmədən sonda özünün ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il fevralın 06-da ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5yan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 16:01 dəqiqədə o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 və CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri, Nizami küçəsinin yaxınlığında yerləşən qəbirstanlıqda müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və üzərindən əlavə olaraq əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün açılıb içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barəsində soruşulduqda Həsən bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və özünə məxsusdur. Həmin kütləni 2025-ci il fevralın 04-də saat 11-12 radələrində Salyan şəhərində yerləşən Kür çayının sahilində piyada hərəkət edən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd sellofan büküm tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili, Şahid1 da Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:40-da Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X7 Yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və 01 ədəd diskdən görünür ki, 2025-ci il fevralın 06-da saat 16:01 dəqiqədə Salyan şəhəri Nizami küçəsi yaxınlığında yerləşən qəbirstanlıqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərinə...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilətəsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-a daxildir.(İ siyahı) Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroin təmiz çəkisi - 0,325 qram, tədqiqata sərf edildi cəmi – 0,05 qram, qalıq cəmi – 0, 275 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/102 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli Salyan RPşŞ İB-nin müstəntiqi, polis leytenantı Orxan Axundovun vəsatəti və Salyan Rayon Prokuroru Rəşad Mansurovun təqdimatından görünür ki, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan təsbirinin seçilməsi üçün Salyan Rayon Məhkəməsinə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(057)-5/2025 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 4-də qeydiyyatda olmaqla, ünvan 5yan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Salyan RPŞ MSY-dan azad olunmuşdur. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 08 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən qeyd etdiklərinin həqiqəti əks etdirmədiyini, narkoman olduğunu və narkotik vasitənin təsiri altında olduğu üçün məhkəmədə o cür ifadə verdiyini bildirmişdir. Salyan rayon prokuroru baş ədliyyə müşaviri Rəşad Mansurovun xx.xx.2025-ci il tarixli 2-2-446/2-031462/2025 saylı Salyan RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə icraatda olan ********* №-li cinayət işi üzrə göstərişindən görünür ki, iş materialları tərəfindən öyrəniləkən müəyyən edilmişdir ki, müstəntiq Orxan Axundov tərəfindən cinayət işi başlandıqdan sonra zəruriliyi aşkar görünən istintaq hərəkətlərini aparmamış, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yoxlanmamışdır. Bu səbəbdən də, qeyd edilənləri nəzərə alaraq bir sıra zəruriliyi aşkar görünən istintaq hərəkətlərinin vaxtında aparılması üçün Azərbaycan Respublikası CPM-nin 84.5.7-ci maddəsini rəhbər tutaraq cinayət işi üzrə 1. Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(057)-5/2025 saylı qərarından görünür ki təqsirləndirilən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsində verilmiş təqdimat üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən bildirmişdir ki, 06 fevral 2025-ci il tarixdə yaşadığı binanın qarşısında siqaret çəkən zaman Salyan RPŞ-nin NMQnun rəisi, Tural Məlikov idarə etdiyi “Chevrolet Niva” markalı avtomobili ilə onun yanından keçib gedərkən onu gördükdən sonra avtomobili döndərərək onun yanına gəlib saxlamışdır. Özü 5-6 aydır ki, narkotik vasitə istifadə etmir. Heç bir cinayət əməli törətmədiyi üçün polis əməkdaşlarından qaçmamışdır. Tural Məlikov avtomobilindən düşərək ona yaxınlaşmış, ona əl uzadaraq onun bilək nahiyəsindən tutmuş, həmin vaxt avtomobildə olan digər polis əməkdaşları avtomobildən düşərək, onun qolunu buraraq “Chevrolet Niva” markalı avtomobilə yerləşdirərək, onu Kür çayının sahilinə aparmışlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiklərinə aydınlıq gətirilməsi üçün binada və ətraf ərazidə ola biləcək obyektlərdə kamera quraşdırıldığı halda görüntülər götürülərək baxış keçirilməsi, 2. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman saat təqribən 12 radələri (nahardan əvvəl) olardı. Polis əməkdaşlarının ona qarşı etdiyi hərəkətləri ondan biraz kənarda dayanmış Fikrət adlı şəxs və onun qonağı olan adını bilmədiyi şəxs görmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiklərinə aydınlıq gətirilməsi üçün Fikrət adlı şəxs və onun qonağı olan şəxs müəyyən edilərək ifadələri alınması 3. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Kür çayının sahilindən onu Salyan RPŞ-nə Tural Məlikovun otağına gətirmişlər. Həmin otaqda ona “qaraoğlan” və digər polis əməkdaşları yumruq və təpik atmışlar. Tural Məlikov həmin otaqda onun narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddəni qarşısına qoyaraq ona hədə-qorxu gəlmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiklərinə aydınlıq gətirilməsi üçün Tural Məlikov və digər polis əməkdaşlarının ifadələri alınsın, Təqsirləndirilən şəxs barəsində məhkəmə tibb ekspertizası rəyi alınması,
4. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yeznəsinin 329- 10-28 saylı hər üç operator nömrəsini Tural Məlikova verərək onunla əlaqə saxlamasını bildirmişdir. Tural Məlikovun onun yeznəsi X2 istifadəsində olan hansı nömrə ilə əlaqə saxladığını bilməmişdir. Həmin xüsusata aydınlıq gətirilməsi üçün X2 adına və istifadəsində olan yuxarıda qeyd edilmiş mobil nömrələr üzrə telefon danışıqları müvafiq mobil operatorlardan məhkəmə qərarı əsasında əldə edilməsi, 5. Təqsirləndirilən Təqsirləndirilən şəxs adına və istifadəsində olan mobil nömrələr müəyyən edilərək müvafiq mobil operatorlardan məhkəmə qərarı əsasında əldə edilməsi, 6. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Tural Məlikovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil ilə polis əməkdaşları onu Salyan şəhər qəbirstanlığının yaxınlığında yerləşən mağazanın qarşısına gətirmişlər. Mağazada satıcı işləyən Elşad kimi tanıdığı şəxsi Tural Məlikov yanına çağıraraq, həyat yoldaşının plastik kartını X13 adlı şəxsə verərək, kartda olan pulun hamısını çıxarmasını bildirmişdir. Elşad geri qayıdaraq Turala kartda pul olmadığını bildirmişdir. Karta pulun vurulması üçün 3 saat gözləmişlər. Elşad adlı şəxsin göstərilənlərlə bağlı ifadəsi alınsın və işlətdiyi mağazaya kamera quraşdırıldığı halda görüntülər götürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs arvadı müəyyən edilərək ifadəsi alınsın, zərurət yaranacağı halda sonuncunun istifadə etdiyi plastik kartla bağlı sorğu edilərək bankdan çıxarış alınması, 7. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, vəkili bu gün səhər saatlarında görmüş, əvvəl görməsini xatırlamır. Vəkil Müdafiəçi2 hüquqlarını müdafiə etməsi üçün Təqsirləndirilən şəxs real olaraq təqdim edilməsi xüsusatının yoxlanılması məqsədilə Müdafiəçi2 istifadəsində olan mobil nömrə üzrə telefon danışıqları və anten dairəsi müvafiq mobil operatorlardan məhkəmə qərarı əsasında əldə edilməsinin qısa müddətə icra olunmasını tələb etmiş, bu göstərişlərin icrası prosesində meydana çıxa biləcək digər xüsusatlar da, hərtərəfli və obyektiv araşdırılması göstərişini vermişdir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 fevral 2025-ci il tarixli 93 №-li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan 2025-ci il fevralın 28-də Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan və CD diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə saat 16:01-də Salyan şəhəri, Nizami küçəsinin yaxınlığında yerləşən qəbirstanlıqda saxlanılmışdır. Cinayət işinin istintaq materiallarında olan 15 fevral 2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, 08 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən sonuncunun qeyd etdiyi bankomat AFB Banka məxsusdur. Qeyd edilən bankomat Salyan şəhəri Nizami küçəsində yerləşən “Nicat” marketin ön tərəfində yerləşir. Həmin AFB Banka məxsus bankomata yaxınlaşan şəxslərin video görüntüsünü qeydə ala biləcək kamera görüntülərini aşkar etmək mümkün olmamışdır. Bundan başqa qeyd edilən marketdə Elşad adında satıcının işləmədiyi müəyyən olmuşdur. Cinayət işinin istintaq materiallarında olan 12 aprel 2025-ci il tarixli plastik karta baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, X5 təqdim etdiyi plastik kart AFB Banka məxsus, 4889 4501 0178 3442 nömrəli, etibarlılıq müddəti 10/27 olan, CVV-si 710 olan və üzərində Aytaj Mikayılova yazılan plastik kartdır. Cinayət işinin istintaq materiallarında olan 16 aprel 2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Salyan şəhəri Nizami küçəsi yaxınlığında olan qəbirstanlıqda saxlanıldığını bildirmişdir. O yaşadığı Salyan şəhəri T.Davudzadə küçəsi ev 5, mənzil 16 ünvanında saxlanılmadığını, 08 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən etdiyi əmələ görə ona verilə biləcək cəzadan yayınmaq üçün yalan danışdığını qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısının videogörüntülərini qeydə ala biləcək kamera aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan 15 may 2025-ci il tarixli CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi X6 istifadəsində olmuşdur. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan 27 may 2025-ci il tarixli CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi 01 aprel 1949-cü il təvəllüdlü Nərgiz Əmirovanın, ***-***-**-** saylı mobil telefon nömrəsi 06 mart 1997-ci il təvəllüdlü Muhammad Arsalanın adına qeydiyyatdan keçmiş və Təqsirləndirilən şəxs istifadəsində olmamışdır. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan 15 iyun 2025-ci il tarixli CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi X6 adına qeydiyyatdan keçmiş və onun istifadəsində olmuşdur. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan 21 iyun 2025-ci il tarixli CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi X6 adına qeydiyyatdan keçmiş və onun istifadəsində olmuşdur. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,275 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 64 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü ildə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. xx.xx.2022-ci il tarixli 1(057)-11/2022 saylı Salyan Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021 -ci ildən xx.xx.2021 -ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı üç gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış və üzərində bir il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 24 ünvanında qeydiyyatda olan və ünvan 7an Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun üzərindən təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini 2025-ci il fevralın 04-də Salyan şəhərində yerləşən Kür çayının sahilində piyada hərəkət edən zaman yerdən tapması, özü qəbul etmək üçün üzərində saxlaması, həmin narkotik vasitə heroindən hər hansı bir şəxsə və ya şəxslərə satmaması müəyyən olunmuşdur. Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 5-71-6/2-57/2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, himayəsində azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 fevral 2025-ci il tarixli 18-1-68/2-350/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 1an Təqsirləndirilən şəxs 2006-cı ildən “Tiryək” diaqnozu ilə narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirlənidirlən şəxs Təqsirləndirilən şəxs birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı qızı vardır. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il fevralın 06-da saat 16:01 dəqiqədə Salyan şəhəri, Nizami küçəsinin yaxınlığında yerləşən qəbirstanlıqda şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı üzərindən şəffaf rəngli polietilen bükümün içərisindən xeyli miqdarda təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Bundan başqa o, daha əvvəllər də xx.xx.2022-ci il tarixli 1(057)-11/2022 saylı Salyan Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021 -ci ildən xx.xx.2021 -ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı üç gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış və üzərində bir il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin əməlindən nəticə çıxarmayaraq yenidən eyni qəbildən olan cinayət əməlini törətmişdir. Həmçinin, OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab edilmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılmasının, təqsirləndirilən şəxsin əlavə dindirilməsini əks etdirən, təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair, ifadənin yerində yoxlanmasına dair, texniki rabitə kanallarından məlumatların götürülməsinə dair video görüntülərinin əks olunduğu 09 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, həmçinin, hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan 0,275 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının, təqsirləndirilən şəxsin əlavə dindirilməsini əks etdirən, təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair, ifadənin yerində yoxlanmasına dair, texniki rabitə kanallarından məlumatların götürülməsinə dair video görüntülərinin əks olunduğu 09 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X4, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Şahəddin Kələntərov