Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-76/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayında Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs barəsində Salyan rayon prokurorluğunda istintaq edilən cinayət işi ilə əlaqədar Zərərçəkmiş şəxs işini prokurorluqdan qurtaracağı və Salyan rayon mərkəzi xəstəxanasında işlədiyi qeydiyyatçı vəzifəsindən azad olunmayacağı barədə ona qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pulunu ələ keçirmək məqsədilə sonuncu ilə razılaşmış, daha sonra Zərərçəkmiş şəxs zəng vurub bu işin uzanması üçün vaxt qazanmaqdan ötrü “Qoratdel”də olan tanışına zəng vurub onu tapşırdığını bildirdiyi üçün 2023-cü ilin avqust ayının ortalarında istifadəsində olan, “Kapital Bank”-a aid 4169 7388 7472 9480 nömrəli kart hesabı vasitəsilə Zərərçəkmiş şəxs 1000 (min) manat pulu əldə etmiş, təxminən 3-4 gün sonra yenidən Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq işdən çıxmamağına görə Salyan rayon prokurorluğunun müstəntiqinə 3000 (üç min) manat pul verdiyini bildirdiyi üçün həmin məbləğdə pulu bir neçə gün ərzində hissələrlə istifadəsində olan həmin kart hesabı vasitəsilə Zərərçəkmiş şəxs əldə etmiş, təxminən bir həftə sonra yenə də Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq barəsində araşdırma aparılan dövrdə tutulmamağına görə 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirdiyi üçün daha sonra Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən qırmızı rəngli yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi avtomoildə Zərərçəkmiş şəxs həmin məbləğdə pulu əldə etmiş, bir neçə gün sonra yenə də Zərərçəkmiş şəxs zəng vurub müstəntiqə vermək adı ilə 500 (beş yüz) manat pul istədiyi üçün həmin məbləğdə pulu istifadəsində olan həmin kart hesabı vasitəsilə əldə etmiş, daha sonra Bakı şəhəri Nizmai rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında olan parkda görüşən zaman bu işin düzəlməsi üçün əlavə pul istədiyindən orada Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pulu əldə etmiş, daha sonra bu işin düzəlməsi üçün köməklik edən şəxslərə qonaqlıq vermək adı ilə istifadəsində olan həmin kart hesabı vasitəsilə əlavə 150 (yüz əlli) manat pulu əldə etmiş, sonuncu olaraq isə 23 oktyabr 2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qarşısında işdən çıxarılmamağına görə pul vermək adı ilə 1000 (min) manat pulu Zərərçəkmiş şəxs əldə etməklə vahid niyyətlə ümumilikdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda yəni 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, Pərvanə xanımla bibisi qızı Gülarəninin vasitəsi ilə tanış olmuşdur.Keçən ilin oktyabr ayında Gülarə ona zəng edərək Pərvanəyə kömək etməsini xahiş etmişdir. Pərvanə ilə Bakı şəhərində görüşərək Nizami rayonunda Zəlimxan adlı vəkilin yanına getmişlər. Pərvanə xəstəxanada işlədiyi müddətdə kimlərəsə pul atdığı üçün ona köməklik etməsini xahiş etmişdir.Vəkil onlardan 2500 manat pul istəmiş, lakin Pərvanə onun dediyi ilə razılaşmamışdır. Pərvanə atasına məxsus olan karta 1000 manat pul atmışdır. 600 manat vəkilə , 400 manatı isə hüquqşünasa vermişdir. Ona görə də Yasamala gələrək orada başqa vəkil tapmışdır. 10-15 gün sonra Pərvanədən 3000 manat pul istəmişdir.Həmin pulla maşınını düzəltdirmişdir.Pərvanə ona cəmi 4000 manat pul vermişdir.Aldığı pullardan 1500 manat vəkil və hüquqşünasa, qalan pulları isə özü xərcləmişdir. Zərərçəkmişdən 7750 manat pul almamış,lakin atası ona 6000 manat pul qaytarmışdır.Özünün 3 azyaşlı uşağının olmasını, zərərçəkmişin zərərinin ödənilməsi və sonuncunun şikayətçi olmamasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qisində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Anarla Gülarə vasitəsi ilə tanış olmuşdur.Özünün barəsində dələduzluq cinayəti ilə bağlı cinayət işi olduğu üçün ona köməklik olunması məqsədi ilə Anarla Bakı şəhərində görüşmüşdür.Anar ona əlinin hər yerə çatmasını bildirmişdir.İlk əvvəl Anar barəsində olan işi uzatmaq adı ilə ondan 500 manat almışdır. 2-3 gün sonra yenə kiməsə pul vermək adı ilə 1000 manat pul istəmişdir. 10-15 gün sonra Anar müstəntiqə pul vermək adı ilə ondan 3000 manat pul almışdır.Daha sonra Yolüstü restoranında kiminsə hesabını vermək adı ilə ondan 150 manat pul almışdır.Onun işdən çaxırılmaması üçün məhkəmədə 1000 manat pul vermək adı ilə həmin pulu ondan almışdır.Lakin onun işdən çıxarılması barədə məhkəmədə qərar verilmişdir.1500 manat pulu isə köməklik edəcəyi adı ilə vermişdir.600 manatı isə Bakı şəhərində verərək cəmi 7750 manat pul vermiş, pulları Anarın kartına atmışdır. Cəmi verdiyi 7750 manat pulu təqsirləndirilən şəxsin atası ona ödəmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə verən Şahid3 oğlu Təqsirləndirilən şəxs qarşı ifadə vermək istəmədiyini qeyd edərək oğlunun pulu onun kartına atdığını, zərərçəkmişə dəymiş zərəri, yəni 7500 manatı ödədiyini bildirmişdir. Ona görə də məhkəmə baxışı zamanı Şahid3 ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs oğludur. Təxminən 3 il olar ki, “Kapital Bank”-ın Salyan rayon filialından öz adına debit kartı almış və hərdənbir həmin kartdan istifadə etmişdir. Təxminən 1 il bundan əvvəl oğlu Anar ona debit kartı lazım olduğunu bildirdikdə, o da özünə məxsus olan həmin kartdan az-az hallarda istifadə etdiyi üçün kartı Anara istifadə etməsi üçün vermişdir. Həmin kartdan təxminən 1 il olar ki, istifadə etməmiş və oğlu Anarın də nə məqsədlə istifadə etməsindən də məlumatı olmamışdır. Bildirmişdir ki, o, yalnız bir müddət əvvəl oğlu Təqsirləndirilən şəxs adına olan debit kartdan istifadə etməklə Zərərçəkmiş şəxs barəsində Salyan rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə onun işini qurtaracağı və Salyan rayon mərkəzi xəstəxanasında işdən azad olunmamağı adı ilə 2023-cü ilin avqust ayının ortalarından həmin ilin oktyabr ayının 23-dək olan müddət ərzində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla ümumilikdə 7750 (yeddi min yeddi yüz əlli) manat pulunu alaraq ələ keçirdiyini bilmişdir. Məhkəmədə elan olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 11 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş dələduzluq əməli nəticəsində dəymiş olan 7750 (yeddi min yeddi yüz əlli) manat maddi ziyan ona tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsla barışdığı üçün ondan heç bir şikayəti və tələbi yoxdur. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 08 fevral 2024-cü il tarixli, 18-1-68/2-252/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Şorsulu kəndində yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsin həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasının əvvəli onlarn cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-76/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-76/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver