Məhkəmə qərarları › İş №1(057)-76/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-76/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-76/2025 10.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Salyan rayonunun Dayıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Dayıkənd kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgə əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin yanvar ayında Salyan rayonu Cəngən kənd sakini Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək sonuncunun oğlu X30 Su X1 İdarəsində hidrotexnik vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il yanvarın 20-də ünvan 2 ünvanında yerləşən Salyan Su X1 İdarəsinin xidməti otağında Zərərçəkmiş şəxs16 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin fevral ayında onun bu niyyətindən xəbəri olmayan Şahid6 vasitəsilə tanış olduğu Salyan şəhər sakini Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək onu Salyan Su X1 İdarəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il fevralın 05-də ünvan 2 ünvanında yerləşən Salyan Su X1 İdarəsinin xidməti otağında Zərərçəkmiş şəxs3 5000 (beş min) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin fevral ayında onun bu niyyətindən xəbəri olmayan Şahid9 vasitəsilə Salyan rayonu Qaraçala qəsəbə sakini Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərək sonuncunun oğlu X35 Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il fevralın 28-də Salyan şəhəri Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs18 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayının əvvəllərində onun bu niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs18 vasitəsilə tanış olduğu Salyan rayonu Pambıqkənd kənd sakini Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək sonuncunun oğlu X5 Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci ilin martın 03-də Salyan şəhəri Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs17 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında onun bu niyyətindən xəbəri olmayan Şahid6 vasitəsilə tanış olduğu Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu Salyan Su X1 İdarəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il martın 07-də Salyan dairəsi deyilən yerdə Zərərçəkmiş şəxs2 4700 (dörd min yeddi yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci il mart ayının ortalarında onun bu niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə tanış olduğu Salyan rayonu Marışlı kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək onu Salyan Su X1 İdarəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il martın 14-də Salyan rayonu Marışlı kəndində Zərərçəkmiş şəxs8 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə onun bu niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə tanış olduğu Salyan rayonu Quyçu kənd sakini X6 etibarından sui-istifadə edərək onu Salyan Su X1 İdarəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il martın 15-də Salyan rayonu Marışlı kəndində Vüsal Abbasovun 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayının sonlarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Arbatan kənd sakini Şahid4 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs1 övladı X31 Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il martın 24-də Salyan rayonu Arbatan kəndində Şahid4 tanışı Zərərçəkmiş şəxs1 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayının sonlarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Xalac kənd sakini Şahid3 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Qarabağlı kənd sakini X11 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 04-də Salyan şəhərində dairə adlanan yerdə Şahid3 tanışı Tahir Xanəliyevə məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühfizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci il aprel ayının 01-də Salyan rayonu Çuxanlı kənd sakini Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edərək sonuncunun oğlu X33 Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il aprelin 05-də ünvan 2 ünvanında yerləşən Salyan Su X1 İdarəsinin həyətində Zərərçəkmiş şəxs15 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin aprel ayının 01-də onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Çuxanlı kənd sakini Zərərçəkmiş şəxs15 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs14 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2025-ci il aprelin 05-də ünvan 2 ünvanında yerləşən Salyan Su X1 İdarəsində Zərərçəkmiş şəxs15 tanışı Zərərçəkmiş şəxs14 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin aprel ayının əvvəllərində onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Yuxarı Noxudlu kənd sakini Şahid5 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Noxudlu kənd sakini Zərərçəkmiş şəxs13 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 06-da Şahid5 işlədiyi Salyan Su X1 İdarəsinin Salyan rayonu Yuxarı Noxudlu kənd ərazisində yerləşən nasosunda sonuncudan tanışı Zərərçəkmiş şəxs13 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin aprel ayının əvvəllərində onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Yuxarı Noxudlu kənd sakini Şahid5 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Noxudlu kənd sakini Zərərçəkmiş şəxs11 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 08-də Şahid5 işlədiyi Salyan Su X1 İdarəsinin Salyan rayonu Yuxarı Noxudlu kənd ərazisində yerləşən nasosunda sonuncudan tanışı Zərərçəkmiş şəxs11 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin aprel ayının əvvəllərində onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Yuxarı Noxudlu kənd sakini Şahid5 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Noxudlu kənd sakini Zərərçəkmiş şəxs12 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 10-da Şahid5 işlədiyi Salyan Su X1 İdarəsinin Salyan rayonu Yuxarı Noxudlu kənd ərazisində yerləşən nasosunda sonuncudan tanışı Zərərçəkmiş şəxs12 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayının ortalarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Noxudlu kənd sakini Şahid1 vasitəsilə qohumu Sabirabad rayonu Cəngən kənd sakini Zərərçəkmiş şəxs4 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 20-də Şahid1 məxsus həmin kənd ərazisində yerləşən fərdi yaşayış evində sonuncudan tanışı Zərərçəkmiş şəxs4 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin aprel ayının ortalarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Parça Xalac kənd sakini Şahid8 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Seydan kənd sakini Zərərçəkmiş şəxs5 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 24-də Salyan şəhərində bayraq meydanının yaxınlığında Şahid8 tanışı Zərərçəkmiş şəxs5 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci il aprel ayının ortalarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Parça Xalac kənd sakini Şahid8 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Parça Xalac kənd sakini Zərərçəkmiş şəxs6 Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 24-də Salyan rayonu Çuxanlı kəndində Şahid8 tanışı Zərərçəkmiş şəxs6 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Salyan Su X1 İdarəsinin Ümumi Şöbəsində əməyin mühfizəsi üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayının sonlarında onun bu niyyətindən xəbəri olmayan Salyan rayonu Xalac kənd sakini Şahid3 vasitəsilə sonuncunun tanışı Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs7 Hüseyn oğlunu Salyan Su X1 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə qabaqcadan yalan vəd verməklə aldadıb inandırdıqdan sonra etibarından sui-istifadə edərək 2025-ci il aprelin 24-də Salyan şəhərində dairə adlanan yerdə Şahid3 tanışı Zərərçəkmiş şəxs7 məxsus 4500 (dörd min beş yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə elan olunmuş ittihamla üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadədə verərək göstərmişdir ki, 2022-ci il dekabr ayının 12-dən o, Salyan Su X4 İdarəsində xx.xx.2024-cü il tarixdən isə Ümumi şöbədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işə işləmişdir. O özünə məxsus olan Samsung A 51 markalı mobil telefonuna “Mostbet” qumar oyunu tətbiqi yükləmişdir. 2025-ci ilin əvvəllərindən “Mostbet” proqramında olan müxtəlif kazino oyunları oynamağa başlamışdır. “Mostbet” proqramında Elektron ünvan adı ilə qeydiyyatdan keçmişdir. Proqramda olan qeyd etdiyi hesaba pul köçürmək üçün depozit yazılan hissəyə daxil olub ödəniş üsulunu seçmək olur. O "xxxx" vasitəsilə ödəniş üsulunu seçirmiş. Proqram hər dəfə müxtəlif bank hesablarını təqdim edir. Proqramın təqdim etdiyi hesablara o Birbank tətbiqi vasitəsilə özünə məxsus "xxxx" ASC-yə məxsus 4169 7387 0581 0236, 5103 0714 3525 2941 və 4169 7388 7673 5691 nömrəli kart hesablarından pul vəsaitləri köçürərək proqramdakı müxtəlif kazino oyunlarını oynamışdır. "xxxx" ASC-yə məxsus kart hesabından köçürmələr zamanı faiz tutulduğu üçün o ödəniş üsulunu dəyişərək m10 proqramından qeydiyyatdan keçib pul vəsaitlərini həmin proqram vasitəsilə “Mostbet” proqramına köçürərək proqramdakı müxtəlif kazino oyunları oynamışdır. M10 proqramından pul dövriyyəsini çox etdiyinə və gəlir mənbəyi naməlum olduğuna görə hesabı bloklanmıışdır. Bundan sonra ABB-yə məxsus 5522 0993 6545 1715 və 5522 0993 5327 8880 nömrəli kart hesablarından istifadə edərək pul vəsaitləri Mostbet” tətbiqindəki hesabına köçürərək proqramdakı müxtəlif kazino oyunları oynamışdır. Oyun zamanı bəzən udsa da yekunda oyuna köçürdüyü bütün pulları uduzmuşdur. Artıq heç bir pul vəsaiti qalmadığı üçün insanları işə düzəltmək adı ilə pul alıb həmin oyunu oynamaq, udduqdan sonra pullarını geri qaytarmağa qərar vermişdir. Bundan sonra iş yoldaşlarıma yalan məlumat verərək işlədiyi Salyan Su X4 İdarəsinə yeni işçilər lazım olduğunu deməyə başlamışdır. İlk dəfə Zərərçəkmiş şəxs16 onun mobil nömrəsinə zəng edərək oğlu Ramili işə düzəltmək istədiyini demişdir. O da Şahinə oğlunu idarəyə işə düzəldə biləcəyini demişdir. Şahin bunun müqabilində ondan nə qədər pul alacağını soruşmuşdur. O Şahinə oğlunu işə düzəltməyə 5000 manat alacağını demişdir. Sonra da digər məsələləri danışmaq üçün yanına gəlməyini istəmişdir. Şahin də 20 yanvar 2025-ci il tarixdə onun iş yerinə gəlib xidməti otağında onunla görüşmüşdür. O, Şahinə oğlunu 10 gün ərzində həmin idarədə hidrotexnik vəzifəsinə işə düzəldəcəyini və əmək haqqının da 500 manat olacağını demişdir. Şahin də onun sözlərinə inanıb ona 5000 manat vermişdir. O Şahindən aldığı pulu da kazino oyununda uduzmuşdur. 10 gün sonra Şahin ona zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. O Şahinə növbəti ayın birində oğlunu işə düzəldəcəyini demişdir. Şahin ona inanıb dediyi vaxta qədər gözləmişdir. Həmin vaxt çatdıqdan sonra Şahinin oğlu işə düzəlmədiyi üçün Şahin ona yenidən zəng etmişdir. O bu dəfə idarəyə komissiya gəldiyini, ona görə də işin biraz yuvanacaığı demişdir. Şahin bir neçə gün sonra yenidən ona zəng etmişdir. O, Şahinə kənd savetindən arayış, xasiyyətnamə, şəkil və xatırlamadığı digər sənədləri hazırlamağını tapşırmışdır. Beləcə Şahin bir qədər arxayınlaşır, o, isə vaxt udur. Şahin onun dediyi sənədləri hazırlayıb hazır olması barədə ona məlumat vermişdir. O, Şahinə ona idarəyə çağıracağını demişdir. Şahid6 Salyan Su X1 İdarəsində baş mexanik vəzifəsində işləyir, onunla normal münasibəti var. 2025-ci ilin yanvar ayında o, Kamilə idarədə boş yer olduğunu, istəyən olarsa işə düzəldə biləcəyini demişdir. Kamil də ona əgər istəyən olarsa bu barədə məlumat verəcəyini demişdir. 2025-ci ilin fevral ayının əvvəllərində Kamil ona zəng edərək qaynatasının işə düzəlmək istədiyini demişdir. Kamil ondan Rasimi işə düzəltməyə nə qədər pul istədiyini soruşmuşdur. O, Kamilə Rasimi işə düzəltməyə 5000 manat lazım olduğunu demişdir. Kamil ona Rasimin qaynatası olduğunu, buna görə də qiyməti bir qədər aşağı etməyini istəmişdir. O, Kamilə idarənin rəsinin 5000 manat istədiyini demişdir. Kamil ona Rasimin zəng edəcəyini demişdir. Bir neçə gündən sonra Kamil ona zəng edərək Rasimin pulu hazır etdiyini demişdir. O, Kamilə Rasimin idarəyə gələrək onunla görüşməli olduğunu demişdir. 2025-ci il fevralın 05-də Rasim onunla telefon vasitəsilə əlaqə saxlamış və pulu düzəltdiyini demişdir. O, da idarədə olduğunu deyərək yanına gəlməsini bildirmişdir. Rasim də onun iş yerinə gəlmişdir. O, Rasimlə idarədə xidməti otağında görüşmüşdür. O, Rasimdən nə qədər pul gətirdiyini soruşmuşdur. Rasim ona 5000 manat pul gətirdiyini deyərək pulu sayıb ona vermişdir. O, Rasimə bu ilin martın ayının 1 ya da 2-nə onu çağıracağını və işə çıxacağını bildirmişdir. Rasim də onunla razılaşmış və çıxıb getmişdir. Bir müddətdən sonra Rasim onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb işin nə vaxt alınacağını soruşduqda, o, müxtəlif bəhanələr gətirərək onu işə çağıracaqlarını bildirmişdir. Tarverdiyev X8 Su X1 İdarəsinin Salyan rayonu Bəşirbəyli kəndində yerləşən nasosunda maşinist vəzifəsində işləyir, onunla normal münasibəti var. 2025-ci ilin fevral ayında Seymur ondan idarədə boş yer olub-olmadığını soruşmuşdur. İlk öncə o, Seymura boş yer olmadığını bildirmişdir. Lakin, təxminən 3-4 gündən sonra o, Seymura zəng edərək Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən nasosa 2-3 nəfər işçi axtarıldığını, istəyən olarsa sənədləri ilə birlikdə idarəyə gəlmələrini bildirmişdir. Zərərçəkmiş şəxs18 idarənin əməkdaşı kimi tanımışdır. Natiq ona zəng edərək oğlunu işə düzəltmək istədiyini və bununla bağlı onunla görüşmək istədiyini demişdir. O ,Natiqə Salyan şəhərinə gələrək orada görüşməyi istəmişdir. Natiq də onunla razılaşmışdır. 28 fevral 2025-ci il tarixdə o, Natiqlə Salyan şəhərində Access Bankın qarşısında görüşmüşdür. Natiq ona Seymurdan onun idarəyə işçi axtardığını eşitdiyni bildirmişdir. O, Natiqə idarədə maşinist vəzifəsinə 4 nəfərlik vakant yer olduğunu demişdir. Natiq də ona öz oğlunu işə düzəltmək istədiyini demişdir. O, Natiqə həmin 4 nəfərdən birinin də onun oğlunun olacağını demişdir. Natiq ondan nə qədər vaxta oğlunu işə düzələcəyini soruşmuşdur. O, Natiqə 10 günə oğlunu işə düzəldəcəyini demişdir. Natiq də onunla razılaşmış və elə orada da ona 4500 manat pulu vermişdir. O, Natiqə oğlunun şəxsiyyət vəsiqəsini və hərbi bileti hazır saxlamasını, idarəyə çağıran zaman özü ilə gətirməsini bildirmişdir. Bir neçə gündən sonra Natiq ona zəng edərək Nurəddin adlı tanışının da oğlunu işə düzəltmək istədiyini demişdir. O, Natiqə onu da işə düzəldə biləcəyini demişdir. O, Natiqlə danışıb görüş təyin etmişdir. 03 mart 2025-ci il tarixdə Natiq Nurəddin ilə birlikdə Salyan şəhərində Access Bankın qarşısına gələrək onunla görüşmüşlər. Sonra onlar onun avtomobilinə oturub söhbət etməyə başlamışlar. O, Nurəddinə 2-3 günə onun oğlunu işə düzəldəcəyini demişdir. Bundan sonra Nürəddindən onun oğlunu işə düzəltmək üçün 4500 manat almışdır. Sonra onlar çıxıb getmişlər. Təxminən 15 gündən sonra Natiq ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O, Natiqə çox darıxdığını, yaxın müddətə oğlunu işə düzəldəcəyini demişdir. Natiq bir neçə gün gözlədikdən sonra yenidən ona zəng etmişdir. O, yenə də Natiqə yaxın müddətə oğlunu işə düzəldəcəyini demişdir. Natiq beləcə bir neçə dəfə ona zəng etdikdən sonra o, Natiqə oğluna sağlamlıq haqqında arayış almağını tapşırmışdır. Natiq də Sabir və Allahverdi üçün arayış, hərbi biletin və şəxsiyyət vəsiqələrinin surətlərini Salyan RMX-nın həyətində ona vermişdir. O, Natiqə narahat olmamığını, yaxın günlərdə uşaqlara zəng gələcəyini demişdir. 2025-ci ilin mart ayında Kamil ona zəng edərək Zərərçəkmiş şəxs2 adında tanışının işə düzəlmək istədiyini demişdir. O, Kamilə Tofiqi də işə düzəldəcəyini demişdir. Kamil bunun üçün Tofiqdən nə qədər istədiyini soruşmuşdur. O, Tofiqdən 5000 manat alacağımı demişdir. Kamil də Tofiqin razı olduğunu demişdir. 2025-ci ilin mart ayının əvvəllərində o, Kamillə Salyan şəhər avtovağzalında olan zaman Tofiqlə rastlaşmışlar. Kamil Tofiqi onunla tanış edərək Tofiqi işə onun düzəldəcəyini demişdir. Onlar onun avtomobilinə əyləşmişlər. O, avtomobili sürərək Salyan dairəsi adlanan yerdə yolun kənarında saxlamışdır. Tofiq ona 4700 manat pul düzəltdiyini deyərək pulu ona vermişdir. O, pulu sayaraq 4700 manat olduğunu görmüşdür. O, Tofiqə 100 manat keçdiyini deyərək 200 manatı sonra verməyini bildirmişdir. Tofiq də onunla razılaşmışdır. Bir müddətdən sonra o, 2 dəfə Tofiq ilə görüşmüşdür. Tofiq ondan hər dəfə işi barəsində soruşduqda o Tofiqə darıxmamağını deyib onu yaxın vaxtlarda işə düzəldəcəyini bildirmişdir. Şahid2 Salyan SMSİİ-də məsul şəxs vəzifəsində işləyir, onunla normal münasibəti var. 2025-ci ilin mart ayının ortalarında o Coşqunun işlədiyi nasosa gedərək orada ona demiş ki, rəisin tapşırığına əsasən işlədiyi nasosa 2 nəfər işçi lazımdır. Bundan başqa şəhid ailələri və qazilərin işə pulsuz düzləmək istədiklərinə görə digər şəxsləri işə götürmək istədiklərini qeyd etmişdir. Həmçinin bu barədə heç kimə deməməsini və onu tanıdıqlarına görə ona bu barədə məlumat verdiyini demişdir. Coşqun da kimsə istəyərsə ona bu barədə məlumat verəcəyini demişdir. Sonra Coşqun ona zəng edərək Orxan adlı qazi qonşusunun işə düzəlmək istədiyini demişdir. O, Coşqundan Orxanın necə biri olduğunu soruşmuşdur. Coşqun Orxanın məsləhətli bir adam olduğunu demişdir. O Coşquna xəbər verəcəyini demişdir. Sonra o Coşquna rəhbərliyə bu barədə məlumat verdiyini, rəhbərliyin Orxanın qazi olmasını nəzərə alaraq onu 3500 manata işə düzəldəcəyini demişdir. 14 mart 2025-ci il tarixdə o Coşquna zəng edərək işdən çıxdıqdan sonra onlarla görüşəcəyini demişdir. Onlar həmin günü Salyan rayonu Marışlı kəndində onun avtomobilində 3 məfər görüşmuşlər. Orxan 3500 manat pulu ona vermişdir. O aprel ayının əvvəlində Orxanın işə çıxacağını demiş və sonra çıxıb getmişlər. Sonra o Coşquna bir nəfər də işçinin lazım olduğunu demişdir. Coşqun Vüsal adında bir nəfərində işə düzəlmək istədiyini demişdir. Vüsal deyilən şərtlərlə razıolduqdan sonra onalr 3 nəfər 15 mart 2025-ci il tarixdə Salyan rayonu Marışlı kəndində onun avtomobilində görüşmüşlər. Vüsal 4500 manat pulu ona vermişdir. O Vüsala da aprel ayının əvvəlində işə çıxacağını demişdir. Aprel ayının əvvəlində Coşqun ondan Orxan və Vüsalın işinin nə yerdə olduğunu soruşmuşdur. O bir neçə günə onların işini həll edəcəyini demişdir. Bir neçə gündən sonra Coşqun yenidən ondan iş barəsində soruşmuşdur. O Bakıdan işi dayandırdıqlarını, idarəyə komissiya gəldiyini, ona görə də bir qədər gözləməli olduqlarını bildirmişdir. Şahid4 Salyan Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. 2025-ci ilin mart ayının sonlarında o Əliyə zəng edərək idarədə maşinist vəzfəsinə 1 nəfərlik vakant yer olduğunu demişdir. Əli ondan həmin vəzifəyə işə düzəlməyə nə qədər pul lazım olduğunu soruşmuşdur. O Əliyə həmin vəzifəyə iş götürməyə idarə rəhbərliyinin 4500 manat pul istədiyini bildirmişdir. Əli də ona bu barədə məlumat verəcəyini demişdir. Bir neçə gündən sonra Əli ona zəng edərək bir nəfər tapdığını demişdir. O Əliyə həmin şəxsdən pulu alaraq onunla görüşməyini isəmişmişdir. Elə həmin günü Əli onunla əlaqə saxlayaraq pulu aldığını bilidirmişdir. 24 mart 2025-ci il tarixdə o Əli ilə Salyan rayonu Arbatan kəndində görüşmüşdür. Əli ona 4500 manatı pul vermişdir. Əli pulu verdiyi paketin üzərinə işə götürəcəyi adamın ad-familiyasını yazmışdır. O, Əliyə 1 və ya 2 həfətəyə dediyi şəxsi işə düzələcəyini demişdir. Əli də onun dediklərinə inanmışdır. Təxminən 3 gündən sonra o Əliyə demiş ki, işə düzəlmək istəyən adamın sağlamlıq haqqında arayışı və digər xatırlamadığı sənədləri hazırlayıb ona versin. Sonra Əli həmin sənədləri idarəyə gətirərək ona vermişdir. O Əliyə bu gün ya da sabah mühasibatlıqdan həmin şəxsə zəng gələcəyini demişdir. Bundan başqa həmin şəxsin zəngdən sonra idarəyə gedib işə qəbul olunmaq istədiyini təsdiq etməsini bildirmişdir. Bu cür etməkdə məqsədi vaxt qazanmaq olmuşdur. Əliyev X23 Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. 2025-ci ilin aprel ayının əvvəllərində Elşən ona zəng edib 2 nəfər tanışının işə düzəlmək istədiyini demişdir. O da Elşənə idarədə maşinist vəzifəsinə 2 nəfər vakant olduğunu, buna görə onun tanışlarını işə düzəldə biləcəyini demişdir. Elşən ondan onun tanışlarını işə düzəltməyə nə qədər alacağını soruşmuşdur. O Elşənə həmin şəxsləri işə düzəltməyə hər birindən 4500 manat alacağımı demişdir. Elşən də ona bu barədə tanışlarına deyecəyini, istədikləri təqdirdə ona məlumat verəcəyini demişdir. 04 aprel 2025-ci il tarixdə Elşən oma zəng edərək bir nəfərin pulu hazır edərək ona verdiyini demişdir. 04 aprel 2025-ci il tarixdə o Elşənlə Salyan şəhərində dairə adlanan yerdə görüşüb ondan 4500 manat pul almışdır. Elşəndən pulu aldıqdan sonra 10 günə işə Tahir adlı şəxsi işə düzəldəcəyini demişdir. Bundan başqa Elşənə Tahirin şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı, kənd savetindən arayışı və başqa bir neçə sənədi hazırlamalı olduğunu demişdir. Bunu demək də məqsədi Elşəni və işə düzəlmək istəyən Tahiri inandırmaq və vaxt qazanmaq olmuşdur. 10 gün keçdikdən sonra o Tahiri işə düzəltmədiyi üçün Elşən ona zəng edərək Tahirin işi barəsində soruşmuşdur. O da hər dəfə Elşənə Tahiri yaxın müddətə işə düzəldəcəyini demişdir. Sonuncu dəfə Elşən artıq odan Tahiri işə düzəldə bilməməsinin səbəbini soruşmuşdur. O Tahiri işə düzəldə bilmədiyi üçün ona bəhanə olaraq Tahirin sənədlərin problem çıxdığını ona görə işinin yuvandığını demişdir. Elşən də onun dediklərinə inanmışdır. Lakin, o Elşəndən aldığı pulu oyunda uduzmuşmuşdur və ona pul lazım imiş. Ona görə də Elşənə bir nəfəri də işə düzəldə biləcəyini, Tahirin sənədlərində problem çıxdığı üçün işinin yuvandığını başqa şəxs olarsa onu qısa zamanda işə düzəldə biləcəyini demişdir. Elşən ona kimsə olarsa məlumat verəcəyini demişdir. Zərərçəkmiş şəxs15 Salyan Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. 2025-ci ilin aprel ayının 01-də o, Fuadla idarədə qarşılaşan zaman ona idarənin nasoslarında boş yer olduğunu, 4500 manata istəyən olarsa işə düzəldə biləcəyini demişdir. Bundan başqa pulu verən şəxslərin 3 gün ərzində işə düzələcəyini əlavə etmişdir. Fuad şəhid ailəsi olduğunu və işin dəqiq olub-olmadığını soruşmuşdur. O Fuada işin dəqiq olduğunu demişdir. Fuad da ona istəyən olarsa məlumat verəcəyini demişdir. Təxminən 2-3 gün sonra o Fuadla idarədə xidaməti otağında görüşmüşdür. Fuad ona oğlu Rahili işə düzəltmək istədiyini demişdir. O Fuada heç bir problem olmadığını, oğlunu işə düzəldə biləcəyini demişdir. Bundan başqa Fuada pulu qabaqcadan verilməli olduğunu bildirmişdir. Fuad da onunla razılaşmış və pulu düzəldib ona verəcəyini demişdir. 05 aprel 2025-ci il tarixdə o yenidən Fuadla idarənin həyətində görüşmüşdür. İdarənin həyətində Fuad oğlunu idarənin maşinist vəzifəsinə işə düzəltməsi üçün ona 4500 manat pul vermişdir. O da Fuada növbəti həftənin 2-ci gününə kimi oğlunu işə düzəldəcəyini demişdir. Növbəti həftənin 2-ci günü məon Fuada zəng edərək idarədə komissiya olduğunu, buna görə işə götürmənin dayandırıldığını və işin növbəti həftənin 2-ci gününə qaldığını bildirmişdir. O Fuaddan aldığı pulu da uduzduğu və onun oğlunu işə düzəldə bilmədiyi üçün 1 həftədən sonra yenədə də həftənin 2-ci günü Fuada zəng edərək üzrxahlıq edərək işin yenidən növbəti həftənin 2-ci gününə qaldığını bildirmişdir. Bundan başqa Fuada deyilən vaxtda oğlu ilə birlikdə idarəyə gəlməli olduqlarını və həmin vaxt hansı sənədlərin lazım olduğunu deyəcəyini bildirmişdir. Bu cür etməklə həm vaxt qazanır, həm də pullarını aldığı şəxslər ona inanırmış. Artıq aprel ayının sonunda Fuad onun aldatdığını bildiyi üçün ona verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Lakin, pulu olmadığı üçün Fuadın pulunu geri qaytara bilməmişdir. Sonra Zərərçəkmiş şəxs15 ona Xəyyam adlı tanışının da işə düzəlmək istədiyini demişdir. O eyni qaydada Xəyyamdan da 4500 manat alacağını demişdir. Fuad Xəyyamın deyilən şərtlərlə razı olduğunu dedikdən sonra o Fuada Xəyyamdan pulu alaraq ona verməsini istəmişdir. Fuad da 05 aprel 2025-ci il tarixdə idarədə onunla görüşüb Xəyyam adlı tanışını işə düzəlməsi üçün ona 4500 manat pul vermişdir. O da Fuada Xəyyamın hərbi biletinin, şəxsiyyət vəsiqəsinin və atestatının surətini hazırlamalı olduğunu demişdir. Xəyyamın sənədlərində problem olduğu üçün Xəyyam həmin vaxtdan işi barəsində o qədər də maraqlanmamışdır. Şahid5 Salyan Su X1 İdarəsinin Salyan rayonu Yuxarı Noxudlu kəndində yerləşən nasosunda baş maşinist vəzifəsində işləyir. 2025-ci ilin aprel ayının əvvəllərində o İlqara zəng edərək idarə rəisinin onun işlədiyi nasosa 3 nəfər işçi axtardığını demişdir. Bundan başqa idarə rəhbərliyinin əgər istəyən olarsa həmin 3 nəfər şəxsi 4500 manata işə götürəcəyini, pulu verdikdən sonra 3 gün ərzində işə çıxacaqlarını demişdir. Həmçinin İlqara həmin şəxslərin məsuliyətli olmasını, əlillərin və şəhid ailələrinin pulsuz işə düzəlmək istədikləri üçün bu barədə heç kimə deməməsini bildirmişdir. İlqar da ona bu barədə məlumat verəcəyini demişdir. 2-3 gündən sonra İlqar ona 3 nəfər həmkəndliləri Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13 işə düzəlmək istədiklərini və onun dediyi kimi onların hər birindən 4500 manat pul aldığını demişdir. O İlqara işə düzəlmək istəyən hər 3 şəxsin adını və mobil nömrələrini yazaraq pulları ilə birlikdə paketə qoyaraq hazır saxlamasını demişdir. Təxminən aprel 10-da mən Salyan rayonu Yuxarı Noxudlu kəndində yerləşən nasosa gedərək İlqardan üzərində adları, mobil nömrələr yazılmış və içərisində pul olan paketi götürmüşdür. O İlqara 2 günə həmin 3 nəfərlə birlikdə idarəyə gəlmələrini, işə düzəlmək istəyən şəxslərin gələrkən üst-başlarının və geyimlərinin səliqəli olmasını tapşırmışdır. İlqara demiş ki, idarə rəhbəri həmin şəxslərə baxış keçirəcək. 2 gündən sonra İlqar həmin 3 nəfərlə birlikdə idarəyə gəlmişdir. O onları idarənin qarşısında qarşılayıb idarə rəhbərinin iclasa getdiyini, onu “Muğan” şadlıq sarayının qarşısında olan çayçıda gözləmələrini tapşırmışdır. Onlar da onu dediyi yerdə gözləmişlər. Təxminən 5 dəqiqədən sonra o onların yanına getmişdir. İlqar onu işə düzəlmək istəyən şəxslərlə tanış etmişdir. Bundan sonra o həmin şəxslərə bu işin deyəsən alınmayacağını, həmin gümü axşam vaxtı “Access” Bankın sənədlərini gətirmələrini, həmin şəxslərin pullarını faizi ilə birlikdə qaytaracağını demişdir. O İlqardan aldığı 13500 manatı da kazino oyunlarında uduzduğu üçün onların pulunu geri qaytara, nə də ki, onları işə düzəldə bilmədiyi üçün onlara belə yalan demişdir. Bunu deməkdə də məqsədim vaxt qazanmaq olmuşdur. O hər dəfə uduzduğu pulları geri qayataracağını və düşdüyü vəziyyətdən çıxacağını fikrləşirmiş. Həmin günü axşam o İlqar və həmin 3 nəfər şəxslə görüşmüşdür. O onlara pulu ala bilmədiyini, səhəri gün yenidən gəlmələrini istəmişdir. Onlar səhəri gün yenidən hamısı həmin çayçıya gəlmişlər. Bu dəfə də o həmin şəxslərə pulun hələki ona çatmadığını demişdir. Yenə də həmin şəxslərə səhəri gün gəlməli olduqlarını demişdir. Beləcə o onlarla 3 dəfə görüşmüş və hər dəfəsində eyni bəhanə ilə onların pulunu geri qaytarmamışdır. Aprel ayının 24-də o kazinoda 60 000 manat pul udduğum üçün İlqara zəng edərək 25 aprel idarəyə gəlməsini bildirmişdir. Onları çağırmaqda məqsədi onların pulunu geri qaytarmaq olmuşdur. Lakin, o həmin günü axşam udduğumo 60 000 manat pulun hamısını yenidən uduzmuşdur. 25 aprel 2025-ci il tarixdə İlqar idarəyə gəlmişdir. O İlqarla idarənin qapısında görüşüb Access” Bankın qarşısında onu gözləmələrini, 15 dəqiqəyə onların yanına gələcəyini demişdir. Lakin, o, İlqargilin pulunu geri qaytara bilməyəcəyi və onları aldatdığ üçün onların yanına getməmişdir. Bundan başqa Fəridi X14 SMSİİ-də məsul şəxs vəzifəsində işləyir. 2025-ci ilin mart ayının ortalarında o Allahquluya zəng edərək idarəyə maşinist vəzifəsinə adam düzəldə biləcəyini, bu barədə kimsə istəyərsə ona məlumat verməyini bildirmişdir. Bir neçə gündən sonra Allahqulu ona zəng edərək bir nəfər qohumunu işə düzəltmək istədiyini demişdir. O da Allahquludan bunun müqabilində 5000 manat alacağını demişdir. Allahqulu ona həmin şəxsin onun qohumu olduğunu ona görə də qiymətdə endirim etməyini istəmişdir. O da Allahquluya ona görə 4500 manat alacağını və həmin pulu idarənin rəhbərliyinə verəcəyini demişdir. 20 aprel 2025-ci il tarixdə Allahqulu ona zəng edərək pulu hazır etdiyini demişdir. O da elə həmin günü Allahqulunun yaşadığı evə gedərək onunla görüşmüşdür. Allahqulu ona qohumunun işə düzəlməsi üçün 4500 manat pul vermişdir. O Allahquluya 3 gün ərzində qohumunu işə düzəldəcəyini demişdir. 3 gündən sonra Allahqulu onunla bir neçə dəfə əlaqə saxlayıb Vüsalın işi barədə soruşduqda o yaxın günlərdə Vüsalı işə düzəldəcəyini bildirmişdir. Lakin, sonradan Allahqulu onun və başqalarınının aldatıldığını bildikdən sonra ona verdiyi pulu tələb etmişdir. Lakin, digərləri kimi onun pulunu da geri qaytarmamışdır. Bundan sonra Orucov X9 Su X1 İdarəsində maşiinist vəzifəsində işləyir. 2025-ci ilin aprel ayının sonlarında o Şöhrətə zəng edərək işlədiyi Gəncəli nasosuna 2 nəfər işçi lazım olduğunu demişdir. Şöhrət ona işçi tapa bilməyəcəyini demişdir. Həmin günü o yenidən Şöhrətə zəng edərək iki nəfər işçi tapmalı olduğunu bildirmişdir. Şöhrət yenə də işçi tapa bilməyəcəyini demişdir. Əgər kimsə tapa bildiyi halda ona deyəcəyini bildirmişdir. Sonra Şöhrət ona zəng edərək iki nəfər tanışının işə düzəlmək istədiyini demişdir. O da həmin şəxsləri işə düzəldəcəyini, bunun üçün həmin şəxslərin qabaqcadan pulu verməli olduqlarını bildirmişdir. Şöhrət də ona xəbər verəcəyini demişdir. Təxminən 1 gün sonra o Şöhrətə zəng edərək onun tanışlarının pulu hazır edib-etmədiklərini soruşmuşdur. Şöhrət ona bir nəfərin pulu hazır edərək ona verdiyini demişdir. Ona pul lazım olduğu üçün 22 aprel 2025-ci il tarixdə Salyan rayonu Cuxanlı kəndində Şöhrətlə görüşmüşdür. Şöhrət ona bir nəfəri işə düzəltməyi üçün 4500 manat vermişdir. O Şöhrətə həmin şəxsi qısa zamanda işə düzəldəcəyini, bundan başqa qısa zamanda o biri işə düzəlmək istəyən şəxsdən də pulu alaraq ona verməli olduğunu demişdir. 23 aprel 2025-ci il tarixdə də Şöhrət ona zəng edərək o biri şəxsin də pulu ona verdiyini demişdir. Onlar həmin günü Salyan şəhəri bayraq meydanı yaxınlığında görüşmüşlər. Şöhrət öz tanışının işə düzəlmək üçün Şöhrətə verdiyi 4500 manatı ona vermişdir. O bu dəfə də Şöhrətə onun tanışlarının qısa zamanda işə çıxacaqlarını demişdir. Bundan başqa o işə düzəlmək istəyən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin ona göndərmələrini, sağlamlıq haqqında arayış almalarını və 25 aprel 2025-ci il tarixdə deyilən sənədlərlə birlikdə işə düzəlmək istəyən şəxsləri idarəyə gətirməsini tapşırmışdır. 25 aprel 2025-ci il tarixdə Şöhrət işə düzəlmək istəyən Zülfüqar və Rəşid adlı şəxsləri sənədləri ilə birlikdə idarəyə gətirmişdir. O Şöhrəti və tanışlarını qapıda qarşılamışdır və onlara qapıda duran şəxsin atasının rəhmətə getdiyini, buna görə də saat 14:00-da gəlmələrini istəmişdir. Sonra isə o idarəni tərk edərək oradan uzaqlaşmışdır. Bundan başqa Şahid3 ona Mehdi adlı tanışının işə düzəlmək istədiyini demişdir. O Elşənə həmin şəxsi işə düzəldə biləcəyini və ondan bunun müqabilində 4500 manat alacağını demişdir. Elşən də həmin şəxsin deyilənlərlə razı olduğunu demişdir. O da Elşənə həmin şəxsdən pulu alaraq ona verməsini istəmişdir. 24 aprel 2025-ci il tarixdə o Elşənlə Salyan şəhərində dairə adlanan yerdə görüşərək ondan tanışı Mehdini işə düzəldəcəyi adı ilə 4500 manat pul almışdır. O Elşənə keçən dəfəki kimi Mehdinin də eyni sənədləri hazırlamasını demişdir. Lakin, səhəri günü artıq hamı kimi Elşən də aldatıldığını anlamışdır. Həmin günü heç kim onunla əlaqə saxlaya bilməmişdir. Lakin, bir neçə gündən sonra Elşən ondan Mehdini işə düzəltmək üçün verdiyi 4500 manatı geri tələb etmişdir. Lakin, o həmin vaxt onun pulunu geri qaytara bilməmişdir. Qeyd etdiyi şəxslərdən aldığı pulların hamsını “Mostbet” proqramında olan müxtəlif kazino oyunlarında uduzmuşdur. Hər dəfə kimdənsə pul alıb oyun oynayaraq düşünürmüş ki, uduzduğu pulları geri qaytaracaq. Lakin, hər dəfəsində uduzmuşdur. İlk dəfələrdə bir neçə dəfə oyuna qoyduğu puldan bir neçə dəfə artıq pul qazanmışdır. Ona görə də o ümidlə hər dəfə kimisə aldadıb pulunu alıb həmin oyunları oynamışdır. Sonuncu dəfə 24 aprel 2025-ci il tarixdə o kazino oyununda 60 000 manat pul udmuşdur. Buna görə də Zərərçəkmiş şəxs3, Şahid5 və başqa xatırlamadığı bir neçə nəfərə zəng edərək 25 aprel 2025-ci il tarixində idarəyə gəlmələrini bildirmişdir. Həmin şəxsləri çağırmaqda məqsədi onaların pulunu geri qaytarmaq olmuşdur. Qeyd etdiyi şəxslərə zəng etdikdən sonra yenidən kazino oynamağa davam etmişdir. İlk öncə 5000 manat oynamağı düşünmüşdür. 5000 manatı udsa da, uduzsam da daha oynamayacaqmış. Bundan sonra 5000 manat oynamış və uduzmuşdur. Lakin, özünə verdiyi sözü tuta bilməmişdir. Yenidən 5000 manatlıq oynamağa başlamış və yenə də uduzmuşdur. Bu dəfə də özünə verdiyi sözün üzərində dayana bilməyib oynamağa davam etmişdir. Elə həmin axşam udduğu 60 000 manat pulun hamısını yenidən uduzmuşdur. O, 25 aprel 2025-ci il tarixdə səhər saat 09-da işə gəlmişdir. Bir qədər sonra idarəyə pullarını qaytarmaq üçün çağırdı şəxslər gəlmişlər. Həmin günü o idarənin qapısında nöbbətçi imiş. İlqar və Kamil idarənin qarşısında ona yaxınlaşaraq iş barəsində soruşmuşlar. O onlara işin alınmadığını buna görə də bankdan pul götürüb günortadan sonra pullarını qaytaracağını demişdir. Bundan başqa da gələn digər şəxslərdən gətirdikləri sənədləri alaraq getmələrini və onları çağıracağını demişdir. Bir qədər özünü saldığı vəziyyətdən çıxmaq barədə düşünmüşdür. Lakin, heç bir çıxış yolu tapa bilmədiyi üçün özünü öldürmək qərarına gəlmişdir. Bu məqsədlə iş yoldaşından onun avtomobilini alıb Kür çayının sahilinə getmişdir. İş yoldaşından onun avtomobilini alarkən avtovağzala gedib qayıdacağını demişdir. Getməyi barədə heç kimə məlumat verməmişdir. İdarədən çıxaraq birbaşa Kür çayının sahilinə gəlmişdir. Kür çayının sahilində etdikləri barəsində səhərə kimi düşünmüşdür. Heç bir çıxış yolu tapa bilməmişdir. Onun Kür çayının sahilinə getməkdə məqsədi özünü öldürmək olmuşdur. 26 aprel 2025-ci il tarixdə o Kür çayının sahilində olarkən onu tapmışlar. Artıq bundan sonra dediyi bütün yalanlar ortaya çıxmışdır və hamı pulunu tələb etmişdir. Lakin, onun bütün pulları uduzduğu üçün heç kimin pulunu geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından əlavə, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ifadəsi, digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o hazırda X15 Edənlər Birliyində mühasib vəzifəsində işləyir. O tez-tez Salyan Su X1 İdarəsinə gedir. Təqsirləndirilən şəxs da həmin idarədə işlədiyi üçün onunla tanışlığı yaranmışdır. Əvvəllər onunla normal münasibəti olmuşdur. Eşitmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi idarəyə işə adam düzəldir. O da iş yoldaşlarından Fəridin nömrəsini tapıb onunla əlaqə saxlamışdır. Telefonla danışıq zamanı o Fəridə oğlu Ramili onun işlədiyi idarəyə işə düzəltmək istədiyini demişdir. Fərid də ona oğlunu həmin idarəyə işə düzəldə biləcəyini demişdir. O Fəriddən bunun müqabilində nə qədər pul alacağını soruşmuşdur. Fərid ondan oğlunu işə düzəltməyə 5000 manat alacağını demişdir. Sonra da digər məsələləri danışmaq üçün onun yanına getməyini istəmişdir. O da 20 yanvar 2025-ci il tarixdə Fəridin iş yerinə gedib onun kabinetində onunla görüşmüşdür. Fərid ona oğlunu 10 gün ərzində həmin idarədə hidrotexnik vəzifəsinə işə düzəldəcəyini və əmək haqqının da 500 manat olacağını demişdir. O da Fəridin sözlərinə inanıb ona 5000 manat vermişdir. 10 gün sonra o Fəridə zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. Fərid ona təzə ayın birində oğlunu işə düzəldəcəyini demişdir. Onlar da Fəridə inanıb onu dediyi vaxta qədər gözləmişlər. Həmin vaxt çatdıqdan sonra oğlu işə düzəlmədiyi üçün o yenidən Fəridə zəng etmişdir. Fərid bu dəfə idarəyə komissiya gəldiyini, ona görə də işinin biraz yuvanacağını demişdir. O bir neçə gün sonra yenidən Fəridə də zəng etmişdir. Fərid ona kənd savetindən arayış, xasiyyətnamə, şəkil və xatırlamadığı digər sənədləri hazırlamağını tapşırmışdır. O da Fəridin dediyi sənədləri hazırlayıb hazır olması barədə məlumat vermişdir. Aprel ayının sonuncu həftəsində Fərid ona oğlunu və onun sənədlərini götürərək idarəyə gəlməyini istəmişdir. O da deyilən günü Fəridə zəng edib ondan nə vaxt gəlməli olduğumu soruşmuşdur. Fərid onunla əlaqə saxlayacağını demişdir. O həmin günü Fəridin zəngini gözləmişdir. Lakin, Fərid ona zəng etməmişdir. Nə də ki, o Fəridlə əlaqə saxlaya bilməmişdir. Həmin günü eşitmişdir ki, Fərid itkin düşüb. O bundan sonra anlamış ki, Fərid onu aldadaraq 5000 manat pulumu ələ keçirib. Sonra o Fəridlə əlaqə saxlayıb məlumat almaq istəmişdir. Fərid onunla axşam vaxtı görüşəcəyini desə də onunla görüşməmişdir. Həmçinin onun mobil nömrəsinə zəng çatmamışdır. Sonra yenidən o Fəridlə əlaqə saxlamışdır. Bu dəfə də Fərid ona axşam vaxtı görüşəcəyini desə də o Fəridlə görüşə bilməmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Şahid6 onun yeznəsidir, onunla yaxın münasibətim var. Kamil Salyan rayon Suvarma Sistemləri İdarəsində baş mexanik işləyir. 2025-ci ilin fevral ayının əvvəllərində o dövlət işində işləmək qərarına gəlmişdir. Təsadüfən yeznəsi Kamil ilə söhbət edən zamanı işlədiyi Salyan rayon Suvarma Sistemləri İdarəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və idarəyə işçi axtardığını bildirmişdir. O da Kamildən Fəridin mobil telefon nömrəsini alaraq onunla əlaqə saxlamışdır. O Fəridə iş yoldaşı Kamilin qaynatası olduğunu və mobil telefon nömrəsini ondan aldığını demişdir. Fərid də problem olmadığını deyərək ona köməklik edə biləcəyini bildirmişdir. O Fəriddən bu işin qarşılığında nə qədər pul verməli olduğunu soruşmuşdur, Fərid isə 5000 manat verəcəyini bildirmişdir. O da bir qədər düşündükdən sonra Fərid ilə razılaşmışdır. 2025-ci il fevralın 05-də o Fərid ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və pulu düzəltdiyini demişdir. Fərid də işlədiyi Salyan rayon Suvarma Sistemləri idarəsində olduğunu deyərək yanına gəlməyini istmişdir. O da Fəridin işlədiyi iş yerinə getmişdir. O idarədə Fəridin otağında onunla görüşmüşdür, Fərid nə qədər pul gətirdiyimi soruşmuşdur. O da Fəridə 5000 manat pul gətirdiyini deyərək pulu sayıb ona vermişdir. Fərid bu ilin martın ayının 1 və ya 2-nə çağıracağını və işə çıxacağını bildirmişdir. O Fəridlə razılaşmış və oradan çıxıb getmişdir. Bir müddətdən sonra o, Fəridlə mobil telefon vasitəsilə əlaqə saxlayıb işin nə vaxt alınacağını soruşduqda, Fərid müxtəlif bəhanələr gətirərək onu çağıracaqlarını bildirmişdir. Sonradan Fəridin onu aldatdığını bilmişdir. Fərid onu işə düzəldəcəyi adı ilə ona yalan vəd verib ondan 5000 manat pul almışdır. O da Salyan Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Şahid9 Faxrəddin oğlu onun xalası oğludur. Zərərçəkmiş şəxs17 tanışıdır. Seymur da onunla eyni idarədə maşinist işləyir. Oğlu Sabir işsiz olduğu üçün o Sabir üçün iş axtarırmış. Bu məqsədlə qohumu Seymura da müraciət etmişdir. 2025-ci fevral ayının sonlarında Seymur ona zəng edərək onların idarəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs işə adam düzəltdiyini demişdir. O, Seymurdan Fəridin oğlunu işə düzəltməyə nə qədər pul istədiyini soruşmuşdur. Seymur ona Fəridin 4500 manat pul istədiyini demişdir. O özü Fəridi idarənin əməkdaşı kimi tanıyırmış. Bundan sonra o Fəridə zəng edərək onunla görüşmək istədiyini demişdir. Fərid ona Salyan şəhərinə gələrək orada görüşmələrini istəmişdir. O da Fəridlə razılaşmışdır. 28 fevral 2025-ci il tarixdə saat 13 radələrində o, Fəridlə Salyan şəhərində Y.Qasımov küçəsində görüşmüşdür. Fərid ona idarədə maşinist vəzifəsinə 4 nəfərlik vakant yer olduğunu demişdir. O da Fəridə öz oğlunu işə düzəltmək istədiyini demişdir. Fərid ona həmin 4 nəfərdən birinin də onun oğlunun olacağını demişdir. O Fəriddən nə qədər vaxta oğlunu işə düzələcəyini soruşmuşdur. Fərid ona 10 günə oğlunu işə düzəldəcəyini demişdir. O da Fəridlə razılaşmış və elə orada da ona 4500 manat pulu vermişdir. Fərid ona oğlunun şəxsiyyət vəsiqəsini və hərbi bileti hazır saxlamasını, idarəyə çağıran zaman özü ilə gətirməsini bildirmişdir. Nurəddinin oğlu Allahverdi də işsiz olduğu üçün ona bu barədə bir neçə dəfə müraciət edibmiş. Ona görə mart ayının əvvəllərində o Nurəddinə belə bir iş olduğunu demişdir. Nurəddin də oğlunu işə düzəltmək istədiyini demişdir. O da Fəridə zəng edərək tanışı Nurəddinin oğlunu işə düzəltmək istədiyni demişdir. Fərid ona Allahverdini də işə düzəldə biləcəyini demişdir. O bundan sonra Nurəddinə o oğlunu ora işə düzəltmək üçün 4500 manat pul verdiyini, yaxın müddətə işə düzələcəyini demişdir. Nurəddin də 4500 manat pul düzəltdiyini ona demişdir. O da Fəridlə danışıb görüş təyin etmişdir. 03 mart 2025-ci il tarixdə o Nurəddin ilə birlikdə Salyan şəhəri Y.Qasımov küçəsinə gələrək Fəridlə görüşmüşlər. Sonra onlar Fəridin avtomobilinə oturub söhbət etməyə başlamışlar. Fərid Nurəddinə 2-3 günə onun oğlunu işə düzəldəcəyini demişdir. Təxminən 15 gündən sonra o Fəridə zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. Fərid ona çox darıxdığını, yaxın müddətə oğlunu işə düzəldəcəyini demişdir. O bir neçə gün gözlədikdən sonra yenidən Fəridə zəng etmişdir. Fərid yenə də ona yaxın müddətə oğlunu işə düzəldəcəyini demişdir. O, beləcə bir neçə dəfə zəng etdikdən sonra Fərid oğluna sağlamlıq haqqında arayış almasını tapşırmışdır. O, da oğlu Sabiri və Nurəddinin oğlu Allahverdini Salyan RMX-ya aparıb sağlamlıq haqqında arayış almışdır. Sonra hərbi biletin və şəxsiyyət vəsiqələrinin surətlərini xəstəxanın həyətində Fəridə vermişdir. Bu dəfə Fərid narahat olmamasını, yaxın günlərdə uşaqlara zəng gələcəyini demişdir. Onlar da Fəridə inandıqları üçün uşaqlara kiminsə zəng etməyini gözləmişllər. 2025-ci ilin aprel ayının sonlarında onlara məlum olmuş ki, Fərid onları və başqa bir çox insanı aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, hazırda işləmir. X39 X1 İdarəsində baş maşinist vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs18 qohumudur, onunla yaxın münasibəti var. X42 X1 İdarəsində maşinist vəzifəsində işləyir. Onun oğlu Allahverdi işsiz olduğu üçün O oğlu üçün iş axtarırmış. Bu barədə tanışlarına, həmçinin Natiqə məlumat vermişdir. 2025-ci ilin mart ayının əvvəlində Natiq ona Salyan Su X1 İdarəsində vakant yer olduğunu əgər istəyərsə Allahverdini düzəldə biləcəyini demişdir. Bundan başqa Natiq idarədə vakant yerin olduğunu ona qohumları Seymurun dediyini və o öz oğlunu da idarəyə düəltməyə çalışdığını demişdir. O Natiqdən işə düzəlməyə nə qədər pul istədiklərini soruşmuşdur. Natiq ona öz oğlunu işə düzəltmək üçün idarədə işləyən Fərid adlı şəxsə 4500 manat verdiyini demişdir. O da Natiqə Fərid adlı şəxslə danışmasını, əgər alınarsa oğlunu işə düzəltmək istədiyini demişdir. Natiq Fəridlə danışdıqdan sonra həmin şəxsin onun oğlunu da işə düzəldə biləcəyini dediyini bildirmişdir. O da 4500 manat pulu düzəltdikdən sonra 03 mart 2025-ci il tarixdə Natiqlə ilə birlikdə Salyan şəhəri Y.Qasımov küçəsinə gələrək Fəridlə görüşmüşlər. Sonra onlar Fəridin avtomobilinə oturub söhbət etməyə başlamışlar. Fərid ona 2-3 günə oğlunu işə düzəldəcəyini demişdir. Bundan sonra o Fəridə oğlunu işə düzəltməsi üçün 4500 manat vermişdir. Təxminən 15 gündən sonra Natiq Fəridə zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. Fərid Natiqə səbirli olmasını, yaxın müddətə uşaqları işə düzəldəcəyini demişdir. O Fəridlə özü əlaqə saxlamırmış. Fəridi Natiq tanıdığı üçün onunla tez-tez Natiq əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmışdır. O hərdən bir Natiqdən iş barəsində soruşduqda Fəridin ona yaxın günlərdə uşaqları işə düzəldəcəyini dediyini bildirmişdir. Sonra Natiqə uşaqlara sağlamlıq haqqında arayış almağısını tapşırmışdır. Natiq də Sabiri və Allahverdini Salyan RMX-ya aparıb sağlamlıq haqqında arayış almışdır. Sonra hərbi biletin və şəxsiyyət vəsiqələrinin surətlərini xəstəxanın həyətində Fəridə vermişdir. Bu dəfə də Fərid narahat olmamalarını, yaxın günlərdə uşaqlara zəng gələcəyini demişdir. Onlar da Fəridə inandıqları üçün uşaqlara kiminsə zəng etməyini gözləmişlər. 2025-ci ilin aprel ayının sonlarında onlara məlum oldu ki, Fərid onları və başqa bir çox insanı aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o hazırda işləmir. Dostu Şahid6 Salyan Su X1 İdarəsinə baş mexanik işləyir. O əvvəllər Kamilə işlədiyi Salyan Su X1 İdarəsində iş olanda ona xəbər verməsini demişdir. 2025-ci ilin mart ayının əvvəllərində o Kamil ilə söhbət edən zaman işlədiyi Salyan Su X1 İdarəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və idarəyə işçi axtardığını bildirmişdir. O da Kamilə ona köməklik etməsini xahiş etmişdir. Kamil mobil telefon vasitəsilə Fəridə zəng edərək yanlarına çağırmışdır. Təxminən 15 dəqiqə sonra Fərid onların yanına gəlmiş, onlar Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən Access Bankın qarşısında görüşmüşlər. Kamil Fəridi onunla tanış etmişdir. O Fəridə işsiz olduğunu və Salyan rayon Suvarma Sistemləri idarəsində işləmək istədiyini demişdir. Fərid 5000 manat qarşılığında onu işə düzəldəcəyini bildirmişdir. O, da Fəridə 5000 manat düzəldəcəyini demişdir. Fərid də onunla razılaşmışdır. 2025-ci il martın 06-da axşam saatlarında o Kamilə mobil telefon vasitəsilə zəng edərək pulu düzəltdiyini və Fərid ilə görüşmək istədiyini demişdir. Kamil də səhər ona zəng edərək çağıracağını bildirmiş, o da razılaşmışdır. 2025-ci il martın 07-də Kamil mobil telefon vasitəsilə ona zəng edərək tez gəlməsini, Fəridin də gəldiyini bildirmişdir. O evdən çıxaraq Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən Access Bankın qarşısında Kamil ilə görüşmüşdür. Biraz sonra Fərid VAZ 2106 markalı, nömrəsini bilmədiyi avtomobil ilə gəlmişdir, onlar birlikdə Fəridin avtomobilinə əyləşmişlər. Fərid avtomobili sürərək Salyan dairəsi adlanan yerdə kənarda saxlamışdır. O Fəridə 4700 manat pul düzəltdiyini deyərək pulu ona vermişdir. Fərid pulu sayaraq 4700 manat olduğunu görmüş, ona 100 manat keçdiyini deyərək 200 manatı sonra alacağını demişdir. O da deyilənlərlə razılaşmışdır. Həmin vaxt Kamil Fəridin işi yaxında həll edəcəyini və martın əvvəlində işə çıxacağını bildirmişdir. Bir müddətdən sonra o Kamil ilə birlikdərastlaşdım, Kamil ilə söhbət edən zaman darıxmamağımı və çağıracaqlarını bildirdi. Sonra 2 dəfə Fəridlə görüşmüşlər. Fərid ona darıxmamağını bildirmişdir. Sonra o işin çox uzandığını gördüb və narahat olmağa başlamışdır. Sonradan Fəridin onu aldatdığını başa düşmüşdür. Yekun olaraq bildirmək istəyir ki, Fərid onu işə düzəldəcəyi adı ilə ona yalan vəd verib ondan 4700 manat pul almışdır. O da Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şahid2 onun qonşusudur. Onunla yaxın münasibəti var. X41 X4 İdarəsinə işləyir. O işsiz olduğuma görə Coşqundan onu Salyan Su X4 İdarəsinə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Coçqun onu işə düzəldə bilməyəcəyini, əgər elə bir imkan olarsa ona bu barədə məlumat verəcəyini demişdir. 2025-ci ilin mart ayının ortalarında Coşqun ona Təqsirləndirilən şəxs adlı şəxsin Su İdarəsində əmək mühafizəsi üzrə mühəndis vəzifəsində işlədiyini demişdir. Sonra Fəridin bu yaxınlarda onun iş yerinə gələrək idarənin rəhbərliyinin göstərişinə idarədə işləmək istəyən olarsa həmin şəxsləri işə düzəldə biləcəyini qeyd etdiyi bildirmişdir. O da Coşquna işləmək istədiyini demişdir. Coşqun da ona Fəridlə danışıb bu barədə məlumat verəcəyini demişdir. Təxminən 2 gün sonra o Coşqunla evlərinin yaxınlığında görüşüb işin nə yerdə olduğunu maraqlanmışdır. Coşqun ona Fəridlə danışdığını, rəhbərliyinə dediyinə görə onun qazi olduğumu nəzərə alıb 3500 manat müqabilində onu işə düzəldəcəyini bildirmişdir. O da Coşquna deyilənlərlə razı olduğunu demişdir. O, Coşqun və Fərid 14 mart 2025-ci il tarixdə saat 17 radələrində Salyan rayonu Marışlı kəndində Fəridə məxsus avtomobildə görüşmüşlər. Əvvəlcədən deyildiyi kimi o Fəridə 3500 manat pulu vermiş və Fəriddən nə vaxta işə düzələcəyini soruşmuşdur. Fərid ona rəhbərliyin göstərişinə əsasən aprel ayının 2-3-nə kimi işə düzələcəyini demişdir. Bundan başqa aprel ayının əvvəlində onun dediyi vaxtda sağlamlıq haqqında arayış alaraq idarəyə gəlməli olduqlarını bildirmişdir. O da Fəridlə razılaşmışdır. O da aprel ayının əvvəllinə kimi Fəridi gözləmiş, lakin Fəriddən heç bir xəbər gəlməmişdir. Buna görə də o, Coşqundan işinin nə yerdə olduğunu soruşmuşdur. Coşqun Fəriddən bu barədə soruşub ona məlumat verəcəyini demişdir. X36 danışdığını, Fəridin onun yaxın günlərdə işə düzələcəyini dediyini bildirmişdir. Buna görə də o, bir qədər də gözləmişdir. Yenə də Fərid onlara eyni sözləri demişdir. Aprel ayının sonlarında o Fəriddən pulunu geri tələb etmişdir. Fərid Coşquna demişdir ki, əgər onu işə düzəldə bilməsə pulunu geri qaytaracaq. Aprel ayının sonlarında onlara məlum olmuş ki, Fərid ondan başqa da bir neçə nəfərin pulunu alaraq hamını aldatmışdır. Buna görə o Fəriddən pulunu geri tələb etmişdir. Lakin, Fərid onun pulunu geri qaytarmadığı üçün o Fəriddən rayon polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs8 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Səhhəti ilə bağlı yay fəsli olduğundan yaşadığı evdən çıxa bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əlavəsi yoxdur. Onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, hazırda işləmir. Şahid2 tanıyır, onunla normal münasibəti var. Coşqun SMSİİ-də işləyir. O Coşquna demişdir ki, əgər onun işlədiyi idarədə iş olarsa mənə bu barədə məlumat versin. 12 mart 2025-ci il tarixdə Coşqun ona zəng edərək həmin idarədə işçiyə ehtiyac var. O da Coşquna alırnarsa işləmək istədiyini demişdir. Coşqun ona idarədə Fərid adlı şəxsin olduğunu, işi həmin adamın düzüb qoşduğunu demişdir. O Coşqundan Fəridin onu işə düzüəltmək müqabilində nə qədər pul istədiyini soruşmuşdur. Coşqun ona Fəridin 4500 manat pul istədiyini demişdir. O da razılaşmış və 3 günə həmin pulu düzəltmişdir. 15 mart 2025-ci il tarixdə Coşquna zəng edərək pulu düzəltdiyini demişdir. Coşqun da Fəridlə danışıb ona məlumat verəcəyini demişdir. Bir qədər sonra Coşqun ona həmin günü Fəridin gəlib onlarla görüşəcəyini demiş. O Coşqundan Fəridin kim olduğunu soruşmuşdur. Coşqun ona Fəridin idarədə rəhbər vəzifəli şəxslərdən birinin olduğunu demişdir. Onlar həmin günü Salyan rayonu Marışlı kəndində Fəridin avtomobilində oturub bu barədə danışmışlar. Fərid ona aprel ayının əvvəlində işə çıxacağımı demişdir. Həmin vaxt Coşqun da onun yanında olmuşdur. Onlara Fəridi idarənin rəhbərliyin göndərdiyini demişdir. O Fəridin dediklərinə inanıb 4500 manat pulu Fəridə vermişdir. Fərid həmin pulun rəhbərliyə çatacağını demişdir. Sonra Fərid ona şəxsuyyət vəsiqəsinin sürətini ona göndərməyini istəmişdir. O da şəxsiyyət vəsiqəsinin surətini Coşquna göndərmişdir. Coşqun da şəxsiyyət vəsiqəsinin surətini Fəridə göndərmişdir. Aprel ayının əvvəllərində o Coşqundan işimin nə yerdə olduğunu soruşmuşdur. Coşqun ona Fəridin onun yaxın müddətdə işə çıxacağını dediyini bildirmişdir. O bir neçə gün gözləmişdir. Lakin, işindən heç bir xəbər çıxmadığı üçün o yenidən Coşqundan işinin nə yerdə olduğunu soruşmuşdur. Coşqun yenə də Fəridin bir neçə günə işi alındıracağını demişdir. Onlar da hər dəfə Fəridin sözünə inanıb onu gözləmişlər. Beləcə aprel ayının sonuna qədər Fəridi gözləmişlər. Lakin, Fərid onu işə düzəltməmişdir. Bundan sonra o Coşqunla birlikdə Fəridin işlədiyi idarəyə gedib işlə maraqlanmağa çalışmışlar. Lakin, Fəridi idarədə tapa bilməmişlər. Bundan sonra başa düşmüş ki, Fərid onu aldadaraq 4500 manat pulunu ələ keçirmişdir. Bundan sonra o Fəriddən aldığı pulu geri qaytarmasını tələb etsə də Fərid bu günə qədər onun pulumu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o hazırda işləmir. Şahid4 onun həmkəndlisidir, onunla yaxın münasibəti var. X46 X4 İdarəsində işləyir. Onun Uğur adında bir övladı var. Uğur hazırda işsizdir. Buna görə də o Uğura iş axtarırmış. Bu məqsədlə Əliyə müraciət edərək Uğuru Su X4 İdarəsində işə düzəltməyə ona kömək etməsini istəmişdir. Əli onun oğlunu işə düzəltmək imkanın olmadığını, əgər elə şey olarsa ona məlumat verəcəyini demişdir. O bu barədə qeyd edilən idarəyə gedərək özü şəxsən də müraciət etmişdir. İdarədən ona vakant yer olan zaman məlumat verəcəyini bildirmişlər. 23 mart 2025-ci il tarixdə Əli ona zəng edərək həmin idarədə işləyən Fərid adlı şəxsin işə adam düzəltdiyini demişdir. O Əlidən Fəridin bunun müqabilində nə qədər pul istədiyini soruşmuşdur. Əli ona Fəridin bunun müqabilində ondan 4500 manat pul istədiyini demişdir. O da 4500 manat pul düzəltmişdir və Əliyə zəng edərək pulu düzəltdiyini demişdir. 24 mart 2025-ci il tarixdə o Əli ilə onların küçəsində görüşərək ona 4500 manat pulu vermişdir. Əli ona Fərid adlı şəxsin oğlu Uğuru 1 ay ərzində işə düzəldəcəyini demişdir. O da Əli ilə razılaşmışdır. Əli ondan Fəridin sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsinin sürətini və narkoloji dispanserdən arayış istədiyini demişdir. Onlar da deyilən sənədləri hazırlayıb Əliyə vermişlər. Lakin, sonradan onlara məlum olmuş ki, Fərid adlı şəxs onları aldadaraq 4500 manat pullarını ələ keçirmişdir. Ona görə də o bu barədə Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X19 ifadəsində göstərmişdir ki, hazırda işləmir. Salyan Rayonu Xalac kənd sakini Şahid3 qonşu kənddən olduğu üçün tanıyır, onunla normal münasibəti var. Şahid3 Su X1 İdarəsində işləyir. O da işsiz olduğum üçün Elşənə onun işlədiyi idarədə vakant yer olarsa ona məlumat verməsini bildirmişdir. 2025-ci ilin mart ayının sonlarında Elşən ona idarədə maşinist vəzifəsinə boş yer olduğunu bildirmişdir. O da işləmək istədiyini demişdir. Elşən ona işlədiyi idarədə Fərid adlı şəxsin işi düzübqoşduğunu bildirmişdir. O Elşəndən həmin Fərid adlı şəxsin onu işə götürməyə nə qədər pul istədiyini soruşmuşdur. Elşən ona Fəridin 4500 manat pul istədiyini demişdir. O da deyilənlərlə razı olduğunu deyib qısa zamanda pulu düzəldəcəyini bildirmişdir. 2025-ci ilin aprelin 04-də o kənd ərazisində Elşənlə görüşüb ona Fəridin onu işə düzəltməsi üçün 4500 manat pul vermişdir. Elşən ona Fəridin onu aprel ayının sonuna kimi işə düzəldəcəyini dediyini bildirmişdir. Pulu verdikdən bir neçə gün sonra Elşən ona Fəridin onun şəxsiyyət vəsiqəsinin surətini istədiyni demişdir. O da şəxsiyyət vəsiqəsinin və veteran sənədinin surətini çıxardıb yaşadığı kənd ərazisində Elşənə vermişdir. Bundan sonra ona işlə bağlı heç bir məlumat verilməmişdir. 2025-ci ilin aprel ayının sonlarında ona məlum olmuş ki, Fərid ondan başqa bir çox şəxsi aldadaraq pullarını ələ keçirmişdir. O Elşəndən bu barədə soruşduqda Elşən eşitdilərinin doğru olduğunu və Fəridin onu da aldatdığını bildirmişdir. Bundan başqa Elşən ona Fəriddən pulu geri tələb etdiyini, lakin Fəridin pulu geri qaytarmadığını bildirmişdir. Buna görə də o bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, hazırda Salyan Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Fəridlə normal münasibəti olmuşdur. 2025-ci ilin aprel ayının 01-də o, Fəridlə idarədə qarşılaşan zaman Fərid ona idarənin nasoslarında boş yer olduğunu, 4500 manata istəyən olarsa işə düzəldə biləcəyini demişdir. Bundan başqa pulu verən şəxslərin 3 gün ərzində işə düzələcəyini əlavə etmişdir. O Fəridə şəhid ailəsi olduğunu və işin dəqiq olub-olmadığını soruşmuşdur. Fərid ona işin dəqiq olduğunu demişdir. O da Fəridə istəyən olarsa ona bu barədə məlumat verəcəyini demişdir. Təxminən 2-3 gün sonra o Fəridlə idarədə onun otağında görüşmüşdür. O Fəridə oğlu Rahili işə düzəltmək istədiyini demişdir. Fərid ona heç bir problem olmadığını, oğlunu işə düzəldə biləcəyini demişdir. Bundan başqa Fərid ona pulun qabaqcadan verilməli olduğunu bildirmişdir. O da Fəridlə razılaşmış və pulu düzəldib ona verəcəyini demişdir. 05 aprel 2025-ci il tarixdə o yenidən Fəridlə idarənin həyətində görüşmüşdür. İdarənin həyətində Fəridə oğlunu idarəndə maşinist vəzifəsinə işə düzəltməsi üçün 4500 manat pul vermişdir. Fərid ona növbəti həftənin 2-ci gününə kimi oğlunu işə düzəldəcəyini demişdir. Fərid ona idarədə bir neçə boş yer olduğunu demişdir. Zərərçəkmiş şəxs14 onun qonşusudur, onunla yaxın münasibəti var. Xəyyam işsiz olduğu üçün ona bu barədə bir neçə dəfə müraciət etmişdir. Fərid ona idarədə boş yer olduğunu deyən zaman o bu barədə Xəyyama demişdir. Xəyyam da deyilən şərtlərlə razı olduğunu deyilən 4500 manatı düzəlib yaxın müddətdə ona verəcəyini demişdir. O da Fəridə Xəyyamın da işə düzəlmək istədiyini demişdir. Fərid də heç bir problem olmadığını demişdir. 05 aprel 2025-ci il tarixdə o oğlunun işə düzəlməsi üçün 4500 manatı Fəridə verdikdən sonra Xəyyam ona pulu düzəltdiyini demişdir. O da həmin günü Xəyyamla kənd ərazisində görüşərək ondan 4500 manat almışdır. Elə həmin günü Fəridə zəng edərək Xəyyamın işə düzəlmək üçün ona 4500 manat verdiyini demişdir. Fərid də pulu gətirib ona verməsini istəmişdir. O həmin günü yenidən Fəridlə idarədə görüşərək ona Xəyyamın işə düzəlmək üçün ona verdiyi 4500 manatı Fəridə vermişdir. Fərid oğlunun işə düzəlməsi ilə bağlı ona dediyi sözləri Xəyyamın barəsində də demişdir. O da Fəridin dediklərinə inanmışdır. Bundan başqa Fərid ona oğlunun və Xəyyamın hərbi biletin, şəxsiyyət vəsiqənin və atestatın surətlərini hazırlamalı olduğunu demişdir. O da Fəridin dediklərini Xəyyama demişdir. Onlar da Fəridin dediklərini hazırlamışlar. Lakin, Fərid onlardan həmin sənədləri götürməmişdir. Xəyyam isə sənədləri hazırlaya bilməmişdir. Növbəti həftənin 2-ci günü Fərid ona zəng edərək idarədə komissiya olduğunu, buna görə işə götürmənin dayandırıldığını və işin növbəti həftənin 2ci gününə qaldığını bildirmişdir. Onlar da 1 həftə gözləmişlər. Yenə də Fərid həftənin 2-ci günü ona zəng edərək üzrxahlıq edərək işin yenidən növbəti həftənin 2-ci gününə qaldığını bildirmişdir. Bundan başqa Fərid ona deyilən vaxtda Xəyyam və oğlu ilə birlikdə idarəyə gəlməli olduqlarını və həmin vaxt əlavə hansı sənədlərin lazım olduğunu deyəcəklərini bildirmişdir. Bu dəfə isə həftənin 2-ci günü olmamış onlara məlum olmuş ki, Fərid onlardan başqa bir çox insanı aldadaraq işə düzəltmək adı ilə pullarını ələ keçirmişdir. Bundan sonra o Fəriddən ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Fərid ona pulu geri qaytaracağını desə də ona oğlunu və Xəyyamı işə düzəltməsi üçün verdiyi 9000 manat pulu geri qaytarmamışdır. Ona görə də o və Xəyyam bu barədə rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, hazırda işləmir. Zərərçəkmiş şəxs15 qonşusudur, onunla yaxın münasbəti var. X45 X1 İdarəsində işləyir. O işsiz olduğu üçün Fuada ona iş tapmaqda köməklik etməsi üçün bir neçə dəfə müraciət etmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində Fuad ona işlədiyi idarədə vakant vəzifə olduğunu deyib ondan həmin idarədə işləmək istəyib-istəmədiyini soruşmuşdur. O da Fuada işləmək istədiyini demişdir. Fuad ona işlədiyi idarədə Fərid adlı şəxsin 4500 manata işi düzüb qoşduğunu demişdir. O da Fuadla razılaşmış və pulu düzəldib ona xəbər verəcəyini demişdir. 05 aprel 2025-ci il tarixdə Fuadın ona dediyi 4500 manatı düzəldib kənd ərazisində ona vermişdir. Fuad idarədə işləyən Fərid adlı şəxsin onu qısa zamanda işə düzəldəcəyini demişdir. Həmin günü sonradan Fuad ona zəng edərək hərbi biletimin, şəxsiyyət vəsiqəmsinin və atestatımın surətini hazırlamalı olduğunu demişdir. O qeyd edilən sənədləri itirdiyi üçün həmin tarixdən sənədləri düzəltməklə məşğul olmuşdur. Hərdən Fuaddan işinin nə yerdə olduğunu soruşmuşdur. Fuad ona Fəridin qısa zamanda onu işə düzəldəcəyini dediyini bildirmişdir. Bir neçə gün bundan qabaq o yenidən Fuaddan işinin nə yerdə olduğunu soruşmuşdur. Fuad ona Fərid adlı şəxsin onları və başqa şəxsləri aldadaraq pullarını ələ keçirdiyini demişdir. Fuad ona Fəriddən pulu tələb etdiyini, lakin Fəridin pulu geri qaytarmadığını demişdir. Buna görə də o bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, hazırda işsizdir. Şahid5 onun həmkəndliisidir, onunla normal münasibəti var. X43 X3 İdarəsində işləyir. O da işsiz olduğu üçün İlqara onun işlədiyi idarədə işçiyə ehtiyac olarsa ona məlumat verməsini bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində İlqar ona idarədə maşinist vəzifəsinə ehtiyac olduğunu bildirmişdir. O, İlqara işləmək istədiyini demişdir. İlqar ona idarədə Fərid adlı şəxsin həmin vəzifəyə 4500 manata adam düzəltdiyini demişdir. O da deyilənlərlə razı olduğuu bildirmişdir. O da 4500 manat pulu düzəldib 06 aprel 2025-ci il tarixdə Noxudlu kənd ərazisində İlqarın işlədiyi nasosda İlqara vermişdir. İlqar Fərid adlı şəxsin onu 1 həftəyə işə düzəldəcəyini demişdir. O da bir həftə gözləmişdir. Lakin, iş barəsində heç kim ona heç nə deməmişdir. O da İlqardan işin nə yerdə olduğunu soruşmuşdur. İlqar ona onu Fəridlə görüşdürəcəyini demişdir. Ona sonradan məlum olmuş ki, Zahid Məliki və Zərərçəkmiş şəxs11 də onun kimi işə düzəlmək üçün pul veriblər. İlqar onların üçünü aprel ayının sonunda Salyan şəhərində “Muğan” şadlıq sarayının qarşısında çayçıda Fəridlə görüşdürmüşdür. Onlar həmin vaxta qədər Fəridi tanımırmışlar. Fərid onlara həmin günün səhəri onları idarə rəisi ilə görüşdürəcəyini demişdir. Onlar da səhəri gün 3 nəfər idarəyə rəislə görüşməyə gəlmişlər. Lakin, onlar Fəridlə yenidən “Muğan” şadlıq sarayının qarşısında çayçıda görüşmüşlər. İlqar da onlarla birlikdəolmuşdur. Fərid bu dəfə onlara demiş ki, deyəsən işiniz alınmayacaq. Bundan başqa Fərid onlara işləri alınmayacağı təqdirdə həmin günü axşam, yada səhəri gün pullarını qaytaracağını demişdir. Onlar yenə də hamısı idarəyə gəlmişlər. Lakin, idarədə Fəridi tapa bilməmişlər. İdarənin əməkdaşlarından Fəridin harada olduğunu soruşmuşlar. Heç kim Fəridin harada olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərid onların hamısını aldadıb pullarını ələ keçirmişdir. Ona görə də o bu barədə rayon polis şöbəsinə gedərək Fəriddən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, hazırda işsizdir. Şahid5 mənim həmkəndlisidir, onunla normal münasibəti var. X43 X3 İdarəsində işləyir. O da işsiz olduğu üçün İlqara onun işlədiyi idarədə işçiyə ehtiyac olarsa ona məlumat verməsini bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində İlqar ona idarədə maşinist vəzifəsinə ehtiyac olduğunu bildirmişdir. O, İlqara işləmək istədiyini demişdir. İlqar ona idarədə Fərid adlı şəxsin həmin vəzifəyə 4500 manata adam düzəltdiyini demişdir. O da deyilənlərlə razı olduğunu bildirmişdir. O da 4500 manat pulu düzəldib 08 aprel 2025-ci il tarixdə Noxudlu kənd ərazisində İlqarın işlədiyi nasosda İlqara vermişdir. İlqar Fərid adlı şəxsin onu 1 həftəyə işə düzəldəcəyini demişdir. O da bir həftə gözləmişdir. Lakin, iş barəsində heç kim ona heç nə deməmişdir. O da İlqardan işin nə yerdə olduğunu soruşmuşdur. İlqar ona onu Fəridlə görüşdürəcəyini demişdir. Ona sonradan məlum olmuş ki, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 da onun kimi işə düzəlmək üçün pul veriblər. İlqar onların üçünü aprel ayının sonunda Salyan şəhərində “Muğan” şadlıq sarayının qarşısında çayçıda Fəridlə görüşdürmüşdür. Onlar həmin vaxta qədər Fəridi tanımırçışlar. Fərid onlara həmin günün səhəri onları idarə rəisi ilə görüşdürəcəyini demişdir. Onlar da səhəri gün 3 nəfər idarəyə rəislə görüşməyə gəlmişlər. Lakin, onlar Fəridlə yenidən “Muğan” şadlıq sarayının qarşısında çayçıda görüşmüşlər. İlqar da onlarla birlikdəolmuşdur. Fərid bu dəfə onlara demiş ki, deyəsən işiniz alınmayacaq. Bundan başqa Fərid onlara işləri alınmayacağı təqdirdə həmin günü axşam, ya da səhəri gün pullarını qaytaracağını demişdir. Onlar yenə də hamısı idarəyə gəlmişlər. Lakin, idarədə Fəridi tapa bilməmişlər. İdarənin əməkdaşlarından Fəridin harada olduğunu soruşmuşlar. Heç kim Fəridin harada olduğunu bilməmişdir. Sonradan ona məlum olmuş ki, Fərid onların hamısını aldadıb pullarını ələ keçirmişdir. Ona görə də o bu barədə rayon polis şöbəsinə gedərək Fəriddən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o hazırda "xxxx" MMC-də fəhlə işləyir. Şahid5 onun həmkəndlisidir, onunla normal münasibəti var. X43 X3 İdarəsində işləyir. O da aprel ayında işsiz olduğu üçün İlqara onun işlədiyi idarədə işçiyə ehtiyac olarsa ona məlumat verməsini bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində İlqar ona idarədə maşinist vəzifəsinə ehtiyac olduğunu bildirmişdir. O İlqara işləmək istədiyini demişdir. İlqar ona idarədə Fərid adlı şəxsin həmin vəzifəyə 4500 manata adam düzəltdiyini demişdir. O da deyilənlərlə razı olduğunu bildirmişdir. O da 4500 manat pulu düzəldib 10 aprel 2025-ci il tarixdə Noxudlu kənd ərazisində İlqarın işlədiyi nasosda İlqara vermişdir. İlqar Fərid adlı şəxsin onu 1 həftəyə işə düzəldəcəyini demişdir. O da bir həftə gözləmişdir. Lakin, iş barəsində heç kim ona heç nə deməmişdir. O da İlqardan işin nə yerdə olduğunu soruşmuşdur. İlqar onu onu Fəridlə görüşdürəcəyini demişdir. Ona sonradan məlum olmuş ki, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 də onun kimi işə düzəlmək üçün pul veriblər. İlqar onların üçünü aprel ayının sonunda Salyan şəhərində “Muğan” şadlıq sarayının qarşısında çayçıda Fəridlə görüşdürmüşdür. Onlar həmin vaxta qədər Fəridi tanımırmışlar. Fərid onlara həmin günün səhəri onları idarə rəisi ilə görüşdürəcəyini demişdir. Onlar da səhəri gün 3 nəfər idarəyə rəislə görüşməyə gəlmişlər. Lakin, onlar Fəridlə yenidən Muğan” şadlıq sarayının qarşısında çayçıda görüşmüşlər. İlqar da onlarla birlikdəolmuşdur. Fərid bu dəfə onlara demişdir ki, deyəsən işiniz alınmayacaq. Bundan başqa Fərid onlara işlərinin alınmayacağı təqdirdə həmin günü axşam, yada səhəri gün pullarını qaytaracağını demişdir. Onlar yenə də hamısı idarəyə gəlmişlər. Lakin, idarədə Fəridi tapa bilməmişlər. İdarənin əməkdaşlarından Fəridin harada olduğunu soruşmuşlar. Heç kim Fəridin harada olduğunu bilməmişdir. Sonradan ona məlum olmuş ki, Fərid onların hamısını aldadıb pullarını ələ keçirmişdir. Ona görə də o, bu barədə rayon polis şöbəsinə gedərək Fəriddən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qohumu Şahid1 müraciət edərək ona iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Allahqulu da ona bu barədə köməklik etmək imkanının olmadığı demişdir. Bir neçə gündən sonra Allahqulu onun işlədiyi Salyan SMSİİ-də Fərid adlı şəxsin işə adam düzəltdiyini demişdir. O Allahquludan həmin şəxsin onu işə düzəltmək müqabilində nə qədər istəyəcəyini soruşmuşdur. Allahqulu ona Fərid adlı şəxsin onu işə düzəltmək müqabilində 4500 manat pul istədiyini demişdir. O da Allahqulu ilə razılaşmışdır. 20 aprel 2025-ci il tarixdə 4500 manat pulu düzəldərək Allahquluya vermişdir. Allahqulu ona Fərid adlı şəxsin onu 3 gün ərzində işə düzəldəcəyini demişdir. O da 3 gün gözləmişdir. Lakin, Fərid adlı şəxs onu aldadaraq işə düzəltməmişdir. O Allahquludan işinin nə yerdə olduğunu soruşmuşdur. Allahqulu Fərid adlı şəxsin onu aldatdığını demişdir. O Allahquludan Fərid adlı şəxsdən pulunu almasını istəmişdir. Allahqulu ona Fəridə verdiyi 4500 manat pulu ondan almaq istədiyini, lakin Fəridin pulu vermədiyini demişdir. Onlar bir neçə gün Fəridin pulu geri qaytarmasını gözləmişlər. Bu müddət ərzində hər dəfə Fərid onlara pulu geri qaytaracağını desə də aldığı 4500 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hazırda işləmir. 2025-ci ilin aprel ayının ortasında həmkəndlisi Şöhrətlə söhbət əsnasında ona işə düzəlmək istədiyini demişdir. Şöhrət ona SMSİİ-də əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs işə adam düzəltdiyini bildirmişdir. O Şöhrətə onu həmin şəxs vasitəsilə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Şöhrət də ona bu barədə Fəridlə danışacağını demişdir. Aprel ayında Şöhrət Əliyev ona Fəridlə danışdığını, Fəridin idarəyə adam düzəltmək üçün 4500 manat pul istədiyind i bildirmişdir. O Şöhrətlə razılaşaraq 22 aprel 2025-ci il tarixdə ona 4500 manat pulu vermişdir. Şöhrət ona Fəridin məni 3 gün ərzində işə düzəldəcəyini dedi. Lakin, 3 gün keçməyinə baxmayaraq Şöhrətin tanışı olan Fərid onu işə düzəltməmişdir. O bu barədə Şöhrətdən soruşmuşdur. Şöhrət ona Fəridin yaxın müddətdə onu işə düzəlcəyini dediyini bildirmişdir. O, bir neçə gün gözlədikdən sonra Fəridin onu aldatdığını anlamışdır. Buna görə də Fəriddən pulunu geri tələb etmişdir. Lakin Fərid onun Şöhrət vasitəsilə ona verdiyi 4500 manat pulunu da geri qaytarmamışdır. Ona görə də o, bu barədə Salyan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şöhrət Əliyev onun qohumudur. Onunla yaxın münasibəti var. 2025-ci ilin aprel ayının ortasında Şöhrət Əliyevlə söhbət əsnasında ona işə düzəlmək istədiyimi demişdir. Şöhrət ona SMSİİ-də əmək mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs adında tanışının olduğunu və həmin şəxsin işə adam düzəltdiyini bildirmişdir. O Şöhrətə onu həmin şəxs vasitəsilə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Şöhrət də ona bu barədə Fəridlə danışacağını demişdir. 2025-ci il aprel ayında qohumu Şöhrət Əliyev ona Fəridlə danışdığını, Fəridin idarəyə adam düzəltmək üçün 4500 manat pul istədiyini bildirmişdir. O da bir neçə günə pulu düzəldib Şöhrətə məlumat vermişdir. Şöhrət onun evinə gəlməyini istəmişdir. O da 23 aprel 2025-ci il tarixdə Şöhrətin evinə gedərək ona 4500 manat pulu vermişdir. Şöhrət ona Fəridin onu 3 gün ərzində işə düzəldəcəyini demişdir. Lakin, 3 gün keçməyinə baxmayaraq Şöhrətin tanışı olan Fərid onu işə düzəltməmişdir. O bu barədə Şöhrətdən soruşmuşdur. Şöhrət ona Fəridin yaxın müddətdə onu işə düzəlcəyini dediyini bildirmişdir. O bir neçə gün gözlədikdən sonra Fəridin onları aldatdığını anlamışdır. O Şöhrətdən bu barədə soruşduqda Şöhrət Fəridin onlardan başqa bir çox insanı aldadraq pullarını ələ keçirdiyini bildirmişdir. Buna görə də Şöhrət Fəriddən onun pulunu geri tələb etdiyini demişdir. Lakin, Fərid onun Şöhrət vasitəsilə ona verdiyi 4500 manat pulumu da geri qaytarmamışdır. Ona görə də o bu barədə Salyan Rayon Poliş Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, hazırda işləmir. Şahid3 onun həmkəndlisidir. Onunla normal münasibəti var. X44 X1 İdarəsində işləyir. Onun işi olmadığı üçün o bir neçə dəfə Elşəndən ona iş tapmaqda köməklik etməsini istəmişdir. Aprel ayının sonlarında Elşən onun işlədiyi yerdə işçi axtardıqlarını demişdir. O da Elşənə əgər alınarsa işləmək istədiyini demişdir. Elşən də ona bu barədə məlumat verəcəyini demişdir. Sonra Elşən ona həmin idarəyə işə düzəlməyə 4500 manat pul istədiklərini demişdir. O da Elşənə razı olduğunu demişdir. 24 aprel 2025-ci il tarixdə Elşənə zəng edərək pulun hazır olduğunu demişdir. Elşən də onların evə gələrək ondan 4500 manat pulu almışdır. Bundan başqa Elşən təxminən 10 gün müddətinə onun işə düzəldəcəyini demişdir. O da Elşənlə razılaşmışdır. Lakin, bir neçə gündən sonra Elşən ona Fərid adlı şəxsin onu və bir çox şəxsi aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Elşən Fəriddən ona verdiyi 4500 manatı geri qaytarmasını tələb etdiyini, lakin Fəridin onun pulunu geri qaytarmadığını demişdir. Buna görə də o bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Salyan Su X1 İdarəsində baş mexanik vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Onunla normal münasibəti olmuşdur. 2025-ci ilin yanvar ayında Fərid ona idarədə boş yer olduğunu, istəyən olarsa işə düzəldə biləcəyini demişdir. O da Fəridə əgər istəyən olarsa ona bu barədə məlumat verəcəyini demişdir. 2025-ci ilin fevral ayının əvvəllərində o qaynatası Rasim ilə söhbət edən zaman Rasim işsiz olduğu üçün dövlət işində işləmək istədiyini bildirmişdir. O da işlədiyi Salyan Su X1 İdarəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və idarəyə işçi axtardığını demişdir. Rasim ona Fəridlə danışmasını əgər alınarsa işə düzəlmək istədiyni demişdir. O bundan sonra Fəridin mobil nömrəsinə zəng edərək ona qaynatasının işə düzəəlmək istədiyini demişdir. O, Fəriddən Rasimi işə düzəltməyə nə qədər pul istədiyini soruşmuşdur. Fərid ona Rasimi işə düzəltməyə 5000 manat istəmişdir. O Fəridə Rasimin qaynatası olduğunu, buna görə də qiyməti bir qədər aşağı etməsini istəmişdir. Fərid ona idarə rəsinin 5000 manat istədiyini demişdir. O da Fəridə Rasimin ona zəng edəcəyini demişdir. Rasim ona bir neçə gündən sonra pulun hazır olduğunu demişdir. O da Fəridə zəng edərək Rasimin pulu hazır etdiyini demişdir. Fərid ona demişdir ki, Rasim idarəyə gələrək onunla görüşsün. O da Rasimə Fəridin onunla idarədə görüşmək istədiyini demişdir. Rasim Fəridlə telefon əlaqəsi saxlayıb idarədə görüşməy barəsində razılığa gəlmişlər. Həmin günü Fərid ona zəng edərək Rasimin pulu ona verdiyini, fevral ayının sonuna kimi Rasimin işə çıxacağını demişdir. Həmçinin Rasim də ona zəng edərək Fəridlə idarədə görüşərək 5000 manatı ona verdiyini demişdir. Təxminən 10 gündən sonra o Fəridə zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. Fərid ona Rasimin əmrinin gəldiyini, buna görə də Rasimin ¾ şəkil, şəxsiyyət vəsiqəsinin surəti və kənd savetindən arayış alaraq idarəyə gətirməsini bildirmişdir. O da Fəridin ona dediklərini Rasimə dedikdən sonra Rasim deyilən sənədləri düzəldib Fəridə vermişdir. Zərərçəkmiş şəxs2 onun sinifyoldaşıdır. Onunla yaxın münasibəti var. Tofiq işsiz olduğu üçün ona işlədiyi idarədə iş olarsa məlumat verməyini xahiş etmişdir. 2025-ci ilin mart ayında Tofiqlə təsadüfən görüşən zaman Tofiq yenidən ona iş axtardığını demişdir. O da Tofiqə Fərid haqqında məlumat vermişdir. X25 də pul verdiyni demişdir. Tofiq də ona şərtlərlə razı olduğunu, bu barədə Fəridlə danışmağını istəmişdir. O da Fəridə zəng edərək Tofiqin işə düzəlmək istədiyini demişdir. Fərid Tofiqi də işə düzəldəcəyini demişdir. O bunun üçün Tofiqdən nə qədər istəyəcəyini soruşmuşdur. Fərid Tofiqdən 5000 manat alacağını demişdir. O da Fəridin dediklərini Tofiqə demişdir. Tofiq də razı olduğunu demişdir. 2025-ci ilin mart ayının əvvəllərində o Fəridlə Salyan şəhər avtovağzalında olan zaman Tofiqlə rastlaşmışlar. O Tofiqi Fəridlə tanış edərək onu işə Fəridin düzəldəcəyini demişdir. Bundan sonra onlar iş barəsində bir qədər söhbət etmişlər. Tofiq mart ayının sonuna kimi pulu düzəldəcəyini demişdir. Bundan bir gün sonra Tofiq ona zəng edərək pulu hazır etdiyini demişdir. O da Fəridlə əlaqə saxlayıb səhəri günə görüş təyin etmişdir. Onlar da üçü Salyan şəhər avtovağzalında görüşmüşlər. Bundan sonra onlar Fəridin avtomobilinə əyləşərək söhbəti davam etdirmişlər. Tofiq maşın 4700 manat pulu sayaraq Fəridə vermişlər. Tofiq qalan 800 manatı da işə çıxandan sonra Fəridə verəcəkmiş. Fərid Tofiqi aprel ayının sonuna kimi işə düzəldəcəyini demişdir. Bir müddətdən sonra Tofiq onunla rastlaşmış, Tofiq ilə söhbət edən zaman darıxmamağını və çağıracaqlarını demişdir. Təxminən bir neçə gün keçdikdən sonra o Fəridin qohum və tanışlarını işə düzəldəcəyi adı ilə pul aldığını, lakin heç bir nəticəsinin olmadığını gördüyü üçün narahat olmağa başlamışdır. Fərid ilə görüşüb danışan zaman Fərid narahat olmamağını və həll edəcəyini bildirmişdir. O da Fəridə inanmışdır. Sonradan Fəridin yalan danışdığını başa düşmüşdür. Fərid işə düzəltmək adı qayntası Rasimdən 5000 manat, tanışı Tofiqdən 4700 manat pul almışdır. O Fəridin həqiqətən onları işə düzəldəcəyinə inanmışdır.Onun bu işlə heç bir əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid9 Faxrəddin oğlu ifadəsində göstərmişdir ki, Salyan Su X1 İdarəsinin Salyan rayonu Bəşirbəyli kəndində yerləşən nasosunda maşinist vəzifəsində işlədiyi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs17 onun əmisidir. Zərərçəkmiş şəxs18 isə xalası oğludur. Onların hər ikisinin oğlu işsiz olduğu üçün onlara iş tapmaqda köməklik etməsini xahiş etmişlər. O da Nurəddin və Natiqə əgər işə adam götürsələr onlara məlumat verəcəyini demişdir. 2025-ci ilin fevral ayında Fərid vəzifə baxımından idarədə ondan yüksək vəzifədə olduğu üçün ondan idarədə boş yer olub-olmadığını soruşmuşdur. İlk öncə Fərid ona boş yer olmadığını bildirmişdir. Lakin, təxminən 3-4 gündən sonra Fərid ona zəng edərək Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən nasosa 2-3 nəfər işçi axtarıldığını, istəyən olarsa sənədləri ilə birlikdə idarəyə gəlmələrini bildirmişdir. O da bu barədə Natiqə zəng edərək onlarla eyni idarədə işləyən Fəridin Qaraçala qəsəbəsində yerləşən nasosa 2-3 nəfər işçi işçi axtardığını, əgər istəyərsə oğlunu düzəldə biləcəyini demişdir. Natiq Fəridlə bu barədə danışacağını demişdir. Bir neçə gündən sonra Natiq ona Nurəddin ilə birlikdə hər biri 4500 manat pul və uşaqların sənədlərini Fəridə verdiklərini və Fəridin uşaqları yaxın günlərdə onalrı işə düzəldəcəyini demişdir. Sonradan o eşitmişdir ki, Fərid Natiq və Nurəddindən başqa da bir çox insanı aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Salyan SMSİİ-də məsul şəxs vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Fəridlə normal münasibəti var. 2025-ci ilin mart ayının ortalarında Fərid işlədiyi nasosa gələrək ona bildirmişdir ki, müdiriyyətin tapşırığına əsasən işlədiyi nasosa 2 nəfər işçi lazımdır. Bundan başqa şəhid ailələri və qazilərin işə pulsuz düzəlmək istədiklərinə görə digər şəxsləri işə götürmək istədiklərini qeyd etmişdir. Həmçinin bu barədə heç kimə deməməsini və onu tanıdıqlarına görə ona bu barədə məlumat verdiyini bildirmişdir. O da bu barədə kimsə istəyərsə Fəridə bu barədə məlumat verəcəyini demişdir. Onunal qonşuluqda yaşayan Zərərçəkmiş şəxs8 bir neçə dəfə ona işinin olmadığını, əgər onun işlədiyi idarədə iş olarsa ona bu barədə xəbər verməsini istəmişdir. O da Orxana idarədə Fərid adlı şəxsin işçiyə ehtiyac olduğunu, buna görə işçi axtardıqlarını demişdir. Orxan da alınarsa işləmək istədiyini demişdir. O da Fəridə zəng edərək Orxan adlı qazi qonşusunun işə düzəlmək istədiyini demişdir. Fərid ondan Orxanın necə biri oldğunu soruşmuşdur. O da Fəridə Orxanın məsləhətli bir adam olduğunu demişdir. Fərid də ona məlumat verəcəyini demişdir. Sonra Fərid ona rəhbərliyə bu barədə məlumat verdiyini, qazi olduğuna görə Orxanı 3500 manata işə düzəldəcəyini demişdir. O da Orxana Fəridin onu işə düzəltmək üçün 3500 manat pul istədiyini demişdir. Orxan da deyilənlərlə razılaşmışdır. 14 mart 2025-ci il tarixdə Fərid ona zəng edərək işdən çıxdıqdan sonra onlarla görüşəcəyini demişdir. O da Orxana bu barədə məlumat vermişdir. Onlar həmin günü Salyan rayonu Marışlı kəndində Fəridin avtomobilində 3 məfər görüşmüşlər. Orxan 3500 manat pulu Fəidə vermişdir. Fərid də aprel ayının əvvəlində Orxanın işə çıxacağını demişdir. Sonra onlar çıxıb getmişlər. Sonra Fərid ona bir nəfər də işçinin lazım olduğunu demişdir. Buna görə o X12 demişdir. Vüsal da ona işlə bağlı bir neçə dəfə müraciət etmişdir. Eyni qaydada olanları Vüsala da demişdir. Vüsal da razılaşmışdır. Onlar 3 nəfər 15 mart 2025-ci il tarixdə Salyan rayonu Marışlı kəndində Fəridin avtomobilində görüşmüşlər. Vüsal 4500 manat pulu Fəridə vermişdir. Fərid Vüsala da aprel ayının əvvəlində işə çıxacağını demişdir. Aprel ayının əvvəlində o Fəriddən Orxan və Vüsalın işinin nə yerdə olduğunu soruşmuşdur. Fərid bir neçə günə onların işini həll edəcəyini demişdir. Bir neçə gündən sonra o, yenidən Fəriddən iş barəsində soruşmuşdur. Fərid Bakıdan işi dayandırdıqlarını, idarəyə komissiya gəldiyini, ona görə də bir qədər gözləməli olduqlarını bildirmişdir. Onlar da bir qədər də gözləmişlər. Aprel ayının sonlarında onlar idarəyə gələrək Orxan və Vüsalın işinin nə yerdə olduğunu öyrənməyə çalışmışlar. Həmin vaxt Fərid idarədən qaçmışdır. Onlar bundan sonra anlamışlar ki, Fərid onları aldadaraq Orxan və Vüsal pulunu ələ keçirmişdir. Onlar sonradan Fəriddən Orxan və Vüsal pulunu geri qaytarmasını tələb etsələr də Fərid onaların pulunu geri qaytarmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Salyan Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Onunla normal münasibəti var. Məmmədin oğlu işsiz olduğu üçün Məmməd ona iş axtarır. Bu barədə ona də bir neçə dəfə müraciət etmişdir. Lakin, onun elə bir səlahiyyəti olmadığı üçün ona köməklik edə bilməyəcəyini demişdir. 2025-ci ilin mart ayının sonlarında tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək idarədə maşinist vəzfəsinə 1 nəfərlik vakant yer olduğunu demişdir. O, Fəriddən həmin vəzifəyə işə düzəlməyə nə qədər pul lazım olduğunu soruşmuşdur. Fərid ona həmin vəzifəyə iş götürməyə 4500 manat pul istədiklərini bildirmişdir. O da Fəridə bu barədə məlumat verəcəyini demişdir. Sonra o, Məmmədə zəng edib belə bir işin olduğunu demişdir. Məmməd də onunla razılaşaraq oğlunu həmin işə düzəltdirməkdə ona kömək etməyini istəmişdir. O da Fəridə zəng edərək bir nəfər tapdığını demişdir. Sonra o Məmmədin evinə gedərək ondan 4500 manat pulu götürmüşdür. Elə həmin günü də Fəridlə əlaqə saxlayaraq onunla Salyan rayonu Arbatan kəndində görüşmüşlər. O, Fəridə Məmmədin ona verdiyi 4500 manatı Fəridə vermişdir. Fərid ona 1 və ya 2 həfətəyə Məmmədin oğlunu işə düzələcəyini demişdir. O da Fəridin dediklərinə inanmışdır və Məmmədə onun dediklərini demişdir. Təxminən 3 gündən sonra Fərid ona demişdir ki, Məmməd sağlamlıq haqqında arayışı və digər xatırlamadığı sənədləri hazırlayıb ona versin. O da Məmmədə qeyd edilən sənədləri hazırlamasını demişdir. Məmməd də həmin sənədləri hazırlayaraq ona vermişdir. O da həmin sənədləri idarəyə gedərək Fəridə vermişdir. Fərid ona bu gün ya da sabah mühasibatlıqdan Məmmədin oğluna zəng gələcəyini demişdir. Bundan başqa Məmmədin də zəngdən sonra idarəyə gedib işə qəbul olunmaq istədiyini təsdiq etsin. O da Məmmədin mobil nömrəsini Fəridə vermişdir. Sonra Fəridin ona dediklərini Məmmədə demişdir. Onlar bir neçə gün gözləmişlər. Lakin, iş barəsində heç kim zəng etməmişlər. Sonradan onlara məlum olmuş ki, Fərid onları, həmçinin bir çox insanı aldadaraq eyni qaydada pullarını ələ keçirmişdir. O, Fəridə onun vasitəsi ilə Məmməddən aldığı pulu geri qaytarmasını tələb etsə də Fərid onun vasitəsi ilə Məmməddən aldığı 4500 manatı geri qaytarmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Salyan Su X1 İdarəsində maşinist vəzifəsində işləyir. İşlədiyi idarədə əmək mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə normal münasibətimi var. Zərərçəkmiş şəxs7 Hüseyn oğlu və X19 ilə də normal münasibəti var. Mehdi və Tahir işsiz olduqları üçün ona bir neçə dəfə müraciət edərək onun işlədiyi idarədə işə düzəlmək istədiklərini bildirmişlər. Onun Zərərçəkmiş şəxs7 Hüseyn oğlu və X11 işə düzəltmək səlahiyyəti olmadığı üçün onlara heç bir köməklik edə bilməmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində eşitmişdir ki, Təqsirləndirilən şəxs idarəyə işə adam götürür. O da onun mobil nömrəsini zəng edim 2 nəfər tanışımın işə düzəlmək istədiyini demişdir. Fərid də ona idarədə maşinist vəzifəsinə 2 nəfər vakant olduğunu, buna görə onun tanışlarını işə düzəldə biləcəyini demişdir. O Fəriddən tanışlarını işə düzəltməyə nə qədər alacağını soruşmuşdur. Fərid ona həmin şəxsləri işə düzəltməyə hər birindən 4500 manat alacağını demişdir. O da Fəridə bu barədə tanışlarına deyecəyini, istədikləri təqdirdə ona məlumat verəcəyini demişdir. O Fəridin ona dediklərini ilk öncə Xanəliyev Tahirə demişdir. Tahir də Fəridin dedikləri ilə razılaşmış və bir neçə günə pulu düzəldəcəyini demişdir. 04 aprel 2025-ci il tarixdə Tahir ona zəng edərək pulu düzəltdiyini demişdir. O da həmin günü Salyan rayonu Qarabağlı kəndinə gedərək Tahirlə görüşmüşdür. Tahir ona 4500 manat pul vermişdir. O da həmin pulu həmin günü Salyan şəhərində dairə adlanan yerdə Fəridlə görüşüb Fəridə vermişdir. Fərid ona 10 günə Tahiri işə düzəldəcəyini demişdir. Fərid ona Tahirin şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı, kənd savetindən arayışı və başqa bir neçə sənədi hazırlamalı olduğunu demişdir. O da Fəridin dediklərini Tahirə demişdir. Lakin, 10 gün keçdikdən sonra Fərid Tahiri işə düzəltməmişdir. Tahir hər gün ona zəng edərək işi barəsində soruşmuşdur. O da eyni qaydada Fəriddən Tahirin işinin nə yerdə olduğunu soruşmuşdur. Fərid ona bir neçə dəfə Tahiri yaxın müddətə işə düzəldəcəyini demişdir. Lakin, Fərid Tahiri işə düzəltməmişdir. Sonuncu dəfə o artıq Fəridə Tahiri işə düzəldə bilməməsinin səbəbini soruşmuşdur. Fərid ona Tahirin sənədlərin problem çıxdığını buna görə işin yuvandığını demişdir. Fərid ona Tahiri sənədlərində problem çıxdığı üçün onun işinin uzandığını, başqa adam olarsa onu qısa zamanda işə düzəldə biləcəyini demişdir. Fəridi idarədə hamı yaxşı bir əməkdaş kimi tanıdığı və idarədə yüksək vəzifədə işlədiyi üçün o Fəridin sözlərinə inanmışdır. Ona görə də eyni qaydada həmkədlisi Mehdiyə bu iş barəsində demişdir. Mehdi də razı olduğu üçün o 24 aprel 2025-ci il tarixdə Mehdinin evinə gedərək ondan 4500 manat pulu almışdır. Bu pulu da Salyan şəhərində Fəridlə görüşərək Fərdiə vermişdir. Fərid bu dəfə də eyni sənədləri tələb etmişdir. O Mehdiyə həmin sənədləri hazılamasını demişdir. Bir neçə gün sonra o Fəridin ondan başqa bir neçə nəfərdən də işə düzəltmək adı ilə pul aldığını eşitmişdir. Bundan sonra Fəridin onu aldadacağından narahat olub ondan pulu geri tələb etmişdir. Fərid ilk öncə pulu geri qaytarmamışdır. Bu gün ya da sabaha Mehdini işə düzəldəcəyini demişdir. Ona görə o 2 gün gözləmişdir. 2 gün keçməsinə baxmayaraq Fərid Mehdini işə düzəltməmişdir. Ona görə də o Fəridə Tahiri və Mehdini işə düzəltməsini, ya da onlardan aldığı 9000 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin, Fərid nə Tahiri və Mehdini işə düzəltmiş, nə də ki, onların pulunu geri qaytarmışdır. Ona görə də Tahiri və Mehdi polisə gedərək Fəriddən şikayət etmişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Salyan Su X1 İdarəsinin Salyan rayonu Yuxarı Noxudlu kəndində yerləşən nasosunda baş maşinist vəzifəsində işləyir. İşlədiyi idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə normal münasibəti olmuşdur. 2025ci ilin aprel ayının əvvəllərində Fərid onun mobil nömrəsinə zəng edərək idarə rəisinin işlədiyi nasosa 3 nəfər işçi axtardığını demişdir. Bundan başqa idarə rəhbərliyinin əgər istəyən olarsa həmin 3 nəfər şəxsi 4500 manata işə götürəcəyini, pulu verdikdən sonra 3 gün ərzində işə çıxacaqlarını demişdir. Həmçinin Fərid həmin şəxslərin məsuliyətli olmasını, əlillərin və şəhid ailələrinin pulsuz işə düzəlmək istədikləri üçün bu barədə heç kimə deməməsini bildirmişdir. O da Fəridə bu barədə məlumat verəcəyini demişdir. O da işsiz olduqları üçün ona iş axtardıqlarını deyən həmkənliləri Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13 belə bir iş olduğunu demişdir. Hər 3 şəxs deyilənlərlə razı olmuşdur. 1-2 gün ərzində həmin 3 nəfərin hər biri 4500 manat pulu gətirib ona işlədiyim nasosda vermişdir. O da Fəridin dediyi kimi pulları paketə qoyaraq hər 3 şəxsin adını və mobil nömrələrini yazaraq Fəridə pulların hazır olduğunu demişdir. Təxminən aprel 10-da Fərid işlədiyi Salyan rayonu Yuxarı Noxudlu kəndində yerləşən nasosa gələrək ondan üzərində adları, mobil nömrələr yazılmış və içərisində pul olan paketi ondan götürmüşdür. Fərid ona 2 günə 3 nəfərlə birlikdə idarəyə gəlmələrini tapşırmışdır. O, Şamili, Zahidi və Ruslanı götürüb idarəyə gəlmişlər. Həmin şəxslər Fəridin dediyi kimi üz-başları və geyimləri səliqəli olmuşdur. Fəridin deməsinə görə idarə rəhbəri işə düzəlmək istəyən işçilərə baxış keçirəcəkmiş. Fərid onları idarənin qarşısında qarşılayıb idarə rəhbərinin iclasa getdiyini, onların “Muğan” şadlıq sarayının qarşısında olan çayçıda onu gözləmələrini tapşırmışdır. Onlar da həmin yerə gəlib Fəridi gözləmişlər. Təxminən 5 dəqiqədən sonra Fərid onların yanına gəlmişdir. O Fəridi uşaqlarla tanış etmişdir. Bundan sonra Fərid uşaqlara bu işin deyəsən alınmayacağını, həmin günü axşam vaxtı “Access” Bankın sənədlərini gətirmələrini, həmin şəxslərin pullarını faizi ilə birlikdə qaytaracaqlarını demişdir. Həmin günü axşam onlar sənədlərlə birlikdə həmin yerə gələrək Fəridlə görüşmüşlər. Fərid pulu ala bilmədiyini, səhəri gün yenidən gəlmələrini istəmişdir. Onlar da səhəri gün yenidən hamısı yenidən həmin çayçıya gəlmişlər. Bu dəfə də Fərid onlar pulun hələki ona çatmadığını demişdir. Yenə də onlar səhəri gün gəlməli olduqlarını demişdir. Beləcə onlar Fəridlə 3 dəfə görüşmüşllər. Lakin, Fərid uşaqların pulunu geri qaytarmamışdır. Aprel ayının sonunda o tək idarəyə gedərək idarənin qapısında Fəridlə görüşmüşdür. Həmin uşaqlar onu “Access” Bankın qarşısında gözləyirmişlər. Fərid ona 15 dəqiqəyə onların yanına gələcəyini demişdir. Onlar da Fəridi gözləmişlər. Lakin, Fərid gəlməmişlər. O, idarənin qarşısında ondan başqa şəxslərində gözlədiyini görmüşdür. Həmin şəxslərdən nəyə görə gözlədiklərini soruşduqda onlar da Fəridi gözlədiklərini bildirmişlər. Onlar bundan sonra anlamışlar ki, Fərid onları aldadaraq pulumuzu ələ keçirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda yuxarıda göstərilən ünvanda yaşayır. Hazırda Salyan SMSİİ-də məsul şəxs vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Onunla normal münasibəti olmuşdur. 2025-ci ilin mart ayının ortalarında Fərid ona zəng edərək idarəyə maşinist vəzifəsinə adam düzəldə biləcəyini, bu barədə kimsə istəyərsə ona bu barədə məlumat verməyini bildirmişdir. Zərərçəkmiş şəxs4 onun qohumudur, onunla normal münasibəti var. Vüsal işsiz olduğu üçün iş axtarmışdır. Bu barədə ona da müraciət etmişdir. O da Vüsala işlədiyi idarədə Təqsirləndirilən şəxs adlı iş yoldaşının işə adam düzəltdiyini demişdir. Vüsal da ona işləmək istədiyini demişdir. O da Fəridə zəng edərək bir nəfər qohumunu işə düzəltmək istədiyini demişdir. Fərid də ondan bunun müqabilində 5000 manat alacağını demişdir. O, Fəridə həmin şəxsin onun qohumu olduğunu ona görə də qiymətdə endirim etməyini istəmişdir. Fərid ona görə 4500 manat alacağını və həmin pulu idarənin rəhbərliyinə verəcəyini demişdir. O da Fəridin ona dediklərini Vüsala demişdir. Vüsal da onunla razılaşmışdır. 20 aprel 2025-ci il tarixdə o, Vüsalla görüşmüşdür və Vüsal ona 4500 manat pul vermişdir. O da həmin günü Fəridə zəng edərək pulu hazır etdiyini demişdir. Fərid elə həmin günü onun yaşadığı evə gələrək onunla görüşmüşdür. O, Vüsalın ona verdiyi 4500 manat pulu sayaraq Fəridə vermişdir. Fərid ona 3 gün ərzində qohumu işə düzəldəcəyini demişdir. O da Vüsala Fəridin onu 3 günə işə düzəldəcəyini demiçdir. 3 gün keçməsinə baxmayaraq Fərid Vüsalı işə düzəltməmişdir. O, Fəridlə bir neçə dəfə əlaqə saxlayıb Vüsalın işi barədə soruşduqda Fərid yaxın günlərdə Vüsalı işə düzəldəcəyini bildirmişdir. Lakin, sonradan ona məlum olmuş ki, Fərid vədinə əməl etməyək onu aldatmış və qohumumu işə düzəltməmişdir. O, bundan sonra Fəriddən ona verdiyi pulu tələb etmişdir. Lakin, Fərid ondan aldığı 4500 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda Salyan Su X1 İdarəsində maşiinist vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mənimlə eyni idarədə əmək əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyirmiş. Onunla normal münasibəti olmuşdur. 2025-ci ilin aprel ayının sonlarında Fərid ona zəng edərək işlədiyi Gəncəli nasosuna 2 nəfər işçi lazım olduğunu demişdir. O Fəridə işçi tapa bilməyəcəyini demişdir. Həmin günü o evdə olarkən Fərid ona yenidən zəng edərək iki nəfər işçi tapmalı olduğunu bildirmişdir. O yenə də Fəridə işçi tapa bilməyəcəyini demişdir. Əgər kimsə tapa bildiyi halda Fəridə deyəcəyini bildirmişdir. Həmin vaxtlar şəhid ailəsi olan Zərərçəkmiş şəxs6 və tanışı Zərərçəkmiş şəxs5 tez-tez ona iş barəsində müraciət edirmişlər. O bu barədə həm şəhid ailəsi olan Zərərçəkmiş şəxs6 və tanışı Zərərçəkmiş şəxs5 məlumat vermişdir. Hər ikisi deyilənlərlə razı olmuşdur. 22 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 ona nasosa işə düzəlmək üçün 4500 manat pul vermişdir. Sonra Fərid zəng edərək pulun hazır olub-olmadığını soruşmuşdur. O bir nəfərin pulunun hazır olduğunu demişdir. Bundan sonra o Fəridlə danışıb 22 aprel 2025-ci il tarixdə Salyan rayonu Cuxanlı kəndində görüşmüşdür. O həmin vaxt Rəşidin ona verdiyi 4500 manatı pulu onun işə düzəlməsi üçün Fəridə vermişdir. Sonra 23 aprel 2025-ci il tarixdə də Zülfüqar ona işə düzəlmək üçün 4500 manat pulu vermişdir. O da həmin günü Fəridə zəng edərək pulu hazır etdiyini demişdir. O yenidən Salyan şəhərində bayraq meydanının yaxınlığında Fəridlə görüşmüşdür. Bu dəfə də o, Fəridə Zülfüqarı işə düzəltmək üçün 4500 manat pul vermişdir. Fərid işə düzəlmək istəyən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin ona göndərməsini, sağlamlıq haqqında arayış almalarını və 25 aprel 2025-ci il tarixdə deyilən sənədlərlə birlikdə işə düzəlmək istəyən şəxsləri idarəyə gəlmələrini istəmişdir. 25 aprel 2025-ci il tarixdə o, Zülfüqarı və Rəşidi sənədləri ilə birlikdə idarəyə aparmışdır. Fərid onları qapıda qarşılamışdır. Fərid onlara qapıda duran şəxsin atasının rəhmətə getdiyini, buna görə də saat 14:00-da gəlmələrini istəmişdir. Onlar da saat 14:00da idarəyə gələrək Fəridi axtarmışlar. Lakin, Fəridi tapa bilməmişlər. Həmin gün onlara məlum olmuş ki, Fərid onları və başqa bir çox insanı aldadaraq pullarını ələ keçirmişdir. Həmin günü onlar Fəridi tapa bilməmişlər. Buna görə də Zülfüqar və Rəşid rayon polis şöbəsinə gedərək Fəriddən şikayət etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş X20 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2024-cü ildən Salyan Su X1 İdarəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə öz vəzifələrini və verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişdir. 25 aprel 2025-ci il tarixdə Fəridin itkin düşməsi barədə məlumat almışdırım. Fəridin nəyə görə itkin düşməsi və hansı səbəbdən heç kimə bu barədə məlumat verməməsini bilməmişdir. Həmin günü idarənin qarşısına toplaşan insanların verdiyi məlumatlardan onlara məlum olmuş ki, Təqsirləndirilən şəxs xeyli sayda insanı aldadaraq onları idarədə müxtəlif vəzifələrə işə düzəldəcəyi adı ilə pullarını ələ keçirmişdir. Həmin vaxta qədər Təqsirləndirilən şəxs etdiyi əməl barəsində heç bir məlumatı olmamışdır. O dərhal bu barədə idarənin hüquqşunasına aidiyyatı şəxslərin izahatlarını almasını tapşırdır. Təqsirləndirilən şəxs idarədə işləyən şəxslərin vasitəsilə insanları aldatmışdır. Həmin şəxslərin izahatları alındıqdan sonra göstərişinə əsasən aidiyyatı üzrə araşdırma aparılması üçün həmin izahatlar Salyan Rayon Polis Şöbəsinə göndərilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, 25 aprel 2025-ci il tarixinə qədər Təqsirləndirilən şəxs onun adından insanları aldadadaraq pullarını ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2022-ci ildən 10 sentyabr 2024-cü il tarixinə qədər Salyan Su X1 İdarəsində rəis vəzifəsində, 10 sentyabr 2024-cü il tarixindən isə həmin idarənin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə öz vəzifələrini və verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişdir. 25 aprel 2025-ci il tarixdə idarə rəisi İlkin Əzizov ona Fəridin itkin düşdüyünü bildirmişdir. Həmin vaxta qədər o Fəridin itkin düşməsini bilməmişdir. Fəridin nəyə görə itkin düşməsini və heç kimə bu barədə məlumat verməməsini bilməmişdir. 26 aprel 2025-ci il tarixdə Fərid tapıldıqdan sonra idarənin əməkdaşlarının ona verdiyi məlumata görə Fərid xeyli sayda insanı idarəyə işə düzəldəcəyi adı ilə aldadaraq həmin şəxslərin pulunu almışdır. Fərid tapıldıqdan sonra o, Fəridlə bu barədə heç bir danışmamışdır. 26 aprel 2025-ci il tarixinə qədər Fəridin insanları aldadaraq işə düzəltmək adı ilə pullarını ələ keçirməsi barədə məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Fərid aldığı pulları onlayn mərc oyunlarında uduzmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdən Salyan Su X1 İdarəsində Hüquq və X17 hüquq məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni idarədə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə öz vəzifələrini və verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişdir. 28 aprel 2025-ci il tarixdə idarə rəisi İlkin Əzizovun göstərişinə əsasən Təqsirləndirilən şəxs idarəyə işə adam düzəltməsi faktı üzrə idarədə işləyən Şahid4 Abdulrəhim oğlu, Zərərçəkmiş şəxs15, Şahid5, Şahid6, Şahid8, Şahid2, Şahid1 və Şahid3 Sabir oğlunun izahatlarını almışdır. Qeyd edilən şəxslərin izahatlarını alarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qeyd edilən şəxslərin vasitsilə bir çox şəxsi aldadaraq onları işə düzəldəcəyi barədə yalan vəd verib inandırdıqdan sonra pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən həmin şəxslərə bütün hərəkətləri idarə rəisinin tapşırığına əsasən etdiyini bildirmişdir. O da həmin şəxslərin izahatlarını rəisin göstərişinə əsasən aidiyyatı üzrə araşdırma aparılması üçün Salyan Rayon Polis Şöbəsinə göndərmişdir. Həmin vaxta qədər Təqsirləndirilən şəxs etdikləri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışlar. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4700 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 5000 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs oğlunu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs8 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 3500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs7 Hüseyn oğlunun xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. X6 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. X7 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs11 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs12 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs13 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs14 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs15 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs oğlunu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs16 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs oğlunu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 5000 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs17 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs oğlunu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Zərərçəkmiş şəxs18 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs oğlunu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 4500 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X38 16 may 2025-ci il tarixli 18-1-68/2- 864/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid6 şahid Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Salyan RPŞ-nə verilmiş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına alınmış cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar-aprel aylarında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Salyan Su X1 İdarəsinə maşinist vəzifəsinə işə düzəldəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra qeyd edilən şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən tək olmuş, hər hansı şəxsin köməyindən istifadə etməmiş, digər cinayət əməlinin iştirakçısı olması barədə məlumat əldə edilməmiş, iş üzrə başqa zərərçəkmiş şəxslər olmamışdır və dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitlərini sosial şəbəkə vasitəsilə “online qumar-mərc” oyunlarına yatırdığını bildirmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid8 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid9 Faxrəddin oğlu və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Zərərçəkmiş şəxs7 Hüseyn oğlunun Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs6 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs5 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs8 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Salyan Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024cü il tarixində 46k/7 nömrəli əmrlə Salyan SMSİİ-nin Ümumi şöbəsində Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində təyin edilib. xx.xx.2025-ci il tarixində 38k/1 nömrəli əmrlə 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X19 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X18 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 Hüseyn oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 Hüseyn oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 iyun 2025-ci il tarixli hesablardan çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hesablardan çıxarışlara baxışla müəyyən edildi ki, "xxxx" ASC-yə məxsus 4169 7387 0581 0236, 5103 0714 3525 2941 və 4169 7388 7673 5691, ABB-yə məxsus 5522 0993 6545 1715 və 5522 0993 5327 8880 nömrəli kart hesabları, həmçinin m10 hesabı Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Qeyd olunan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs “Mostbet” proqramının təqdim etdiyi müxtəlif bank hesablarına köçürmələr etmişdir. xx.xx.2025-ci il tarixli “plastik karta baxış keçirilməsi və götürülməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC-yə məxsus 4169 7387 0581 0236 nömrəli kart hesabında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cəmi məxaric 76472.5 manat, mədaxil isə 76395.86 manat olmuşdur. "xxxx" ASC-yə məxsus 4169 7388 7673 5691 nömrəli kart hesabında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cəmi mədaxil və məxaric 47126 manat olmuşdur. "xxxx" ASC-yə məxsus 5103 0714 3525 2941 nömrəli kart hesabında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cəmi mədaxil 13994.25 manat, məxaric 13994.26 manat olmuşdur. ABB-yə məxsus hesab nömrəsi ******************** olan kart hesabında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cəmi kredit və debit dövriyyəsi 10170 manat olmuşdur. ABB-yə məxsus hesab nömrəsi ******************** olan kart hesabında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cəmi kredit və debit dövriyyəsi 42690.57 manat olmuşdur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Məzahir Əsgərov, anası Lalə Əsgərova, qardaşları Ülfət Əsgərov, Saleh Əsgərovdan ibarətdir. Xasiyyətnamədən görünür ki, Fərid Əsgərov yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il iyunun 14-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 Zakır oğlu, Şahid9 Faxrəddin oğlu və Şahid8 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş; zərərçəkmiş və şahid ifadələri, cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxs X7 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs7 Hüseyn oğlunun Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs6 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs5 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs8 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs14 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs17 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs18 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də onunla barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs18 Salyan Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı ödəməmiş, buna görə də ondan şikayətçidir. İş materiallarında olan, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, X19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs16 ərizə ilə məhkəməyə müraciət edərək onlara dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, buna görə Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını bildirmişlər. Zərərçəkmiş şəxs12 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş 4500 maddi ziyanın 1000 manatının ödənildiyini bildirsə də, sonradan məhkəməyə ünvanladığı ərizədə dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. 10 fevral 2026-cı il tarixdə məhkəmə prosesində iştirak edən Zərərçəkmiş şəxs12 dəymiş ziyanın 1100 manatının ödənildiyini, qalan hissəsinin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs13 əvvəlcə məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirsə də, xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuş ərizədə dəymiş ziyanın 1000 manatının ödənildiyini, qalan 3500 manatının ödnilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs11 əvvəlcə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirsə də, xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuş ərizədə dəymiş ziyanın 1000 manatının ödənildiyini, qalan 3500 manatının ödnilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 10 fevral 2026-cı ildə məhkəmə prosesində iştirak edərək ona dəymiş 4700 manat maddi ziyanın 3000 manatının ödənildiyini, 1700 manatın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs15 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş maddi ziyanın heç bir hissəsinin ödənilmədiyini, xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək tam ödənildiyini, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək dəymiş 4500 maddi ziyanın 1000 manatının ödənildiyini bildirsə də, 10 fevral 2026cı il tarixdə məhkəmə prosesində iştirak edərək dəymiş 4500 maddi ziyanın tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs14 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş maddi ziyanın heç bir hissəsinin ödənilmədiyini, xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək tam ödənildiyini, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək dəymiş 4500 maddi ziyanın 1000 manatının ödənildiyini bildirsə də, 10 fevral 2026cı il tarixdə məhkəmə prosesində iştirak edən Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs14 xəstəlik səbəbindən məhkəmə iclasına gələ bilmədiyini, təqsirləndirilən şəxslə barışdığını, şikayətinin olmadığını bildirmişdir. X18 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş 4500 maddi ziyanın 1000 manatının ödənildiyini bildirsə də, sonradan məhkəməyə ünvanladığı ərizədə dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. 10 fevral 2026-cı il tarixdə məhkəmə prosesində iştirak edən zərərçəkmiş şəxs X18 dəymiş ziyanın tam ödənilməməsinə (2000 manat ödənilib) baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2ci və 178.2.3-cü maddələrində nəzərdə tutulan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzə rdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). X27 23-cü bəndində göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs adları qeyd olunmuş zərərçəkmiş şəxsləri vəd etdiyi kimi işə götürmək səlahiyyətində olmasa da, zərərçəkmiş şəxslərin də məhkəmə proseslərində bildirdiyi kimi onu işlədikləri idarədə “3-cü rəhbər şəxs” kimi tanıdıqlarını, rəhbər vəzifəli şəxslərlə yaxın münasibətdə olduğunu fikirləşərək onları işə götürməkdə yardımçı olacağını düşünmüş, ona inanıb işə düzəlmələri müqabilində pul vermişlər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxsləri təkrarən aldatmış, onun əməlində AR CM-nin 178.2.3-cü maddəsinin tərkibi var və ibtidai istintaq orqanı qanuni və əsaslı olaraq təqsirləndirilən şəxsə AR CM-nin həmin maddəsi ilə də ittiham elan etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslərin böyük əksəriyyəti ilə barışıq əldə edilməsini; cinayət nəticəsində dəymiş ziyanın çox hissəsinin ödənilməsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum edilməməsini, əməlindən peşman olmasını, atasının 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir, cəzanı ağırlaşdıran hal isə müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən halları, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir hissəsini ibtidai istintaq dövründə ödəməyə başlamış, məhkəmə istintaqı zamanı da davam etdirmişdir. Belə ki, ibtidai istintaq zamanı nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, həmin şəxslər ondan şikayətçi olmadığını bildirmişdir. Bu hal onu göstərir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi olaraq peşmançılıq hissi keçirtmiş, həmin cinayəti törətdikdən bir müddət müddət sonra vurduğu maddi ziyanın ödənilməsi istiqamətində müəyyən addımlar atmış, daha sonra məhkəmə istintaqı zamanı da maddi ziyanın ödənilməsini davam etdirmişdir. O, ibtidai istintaq zamanı 4 nəfər zərərçəkmişə, (ibtidai istintaq zamanı dəymiş maddi ziyanın tam ödənilməsi barədə ərizə yazan digər zərərçəkmiş şəxslər məhkəmə istintaqı zamanı başqa məzmunda ərizə verərək ziyanın ödənilmədiyini demiş, onlardan da bir qismi yenidən ərizə verib təkrarən dəymiş maddi ziyanların ödənildiyini bildirmişdir) məhkəmə istintaqı zamanı isə 8 nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir hissəsini ödəməklə onlarla barışıq əldə etmişdir. İbtidai istintaq zamanı dəymiş maddi ziyanın tam ödənildiyini bildirən şəxslərdən Zərərçəkmiş şəxs18 sonradan dəymiş ziyanın ödənilməməsi barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlasa da, sonradan məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini bildirmiş, məhkəmə proseslərinə gəlməyərək maddi ziyanla bağlı mövqeyini müdafiə etməmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs18 dəymiş maddi ziyanın tam ödənildiyini bildirsə də, məhkəmə həmin ziyanı ödənilmiş kimi qəbul etmir. Bundan başqa Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 məhkəməyə ünvanladıqları sonuncu ərizələrində onlara dəymiş maddi ziyanın 1000 manatının ödənildiyini, qalan 3500 manatın ödənilmədiyini bildirmişlər. xx.xx.2026-cı ildə məhkəmə prosesində şahid qismində iştirak edən Şahid5 Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 sonradan ödəniş olunduğunu, onların artıq şikayətlərinin olmadığını bildirsə də, məhkəmə həmin zərərçəkmiş şəxslərə yalnız 1000 manat pulun ödənilməsini qəbul edir. Həmçinin Zərərçəkmiş şəxs12 da sonuncu məhkəmə prosesində ona dəymiş 4500 manat maddi ziyanın 1100 manatının ödənildiyini bildirmişdir. Digər Zərərçəkmiş şəxs2 da sonuncu məhkəmə prosesində-xx.xx.2026-cı il tarixdə iştirak edərək ona dəymiş 4700 manat maddi ziyanın 3000 manatının ödənildiyini, qalan 1700 manatının ödənilmədiyini bildirmişdir. X18 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciəet edərək ona dəymiş 4500 maddi ziyanın 1000 manatının ödənildiyini bildirsə də, sonradan məhkəməyə ünvanladığı ərizədə dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. 10 fevral 2026-cı il tarixdə məhkəmə prosesində iştirak edən zərərçəkmiş şəxs X18 dəymiş ziyanın tam ödənilməməsinə (2000 manat ödənilib) baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Ümumilikdə məhkəmə istintaqının gedişində mütəmadi olaraq zərərçəkmiş şəxslərə müəyyən məbləğlərdə ödənişlər edilmiş, nəticədə dəymiş 80700 (səksən min yeddi yüz) manat maddi ziyanın 61600 (altmış bir min altı yüz) manat məbləği ödənilmiş, 19100 (on doqquz min yüz) manat məbləği isə ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın davamlı ödənilməsi onun törətdiyi əməldən səmimi peşmançılığının və islah olunmağa başlamasının göstəricisidir. Cəzanın məqsədlərindən birinin də məhz şəxsin islah olunması olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəza tətbiri ilə onun islah olunması mümkün olduğu halda, həmin maddələrin sanksiyasında olan daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin olunması cəzanın məqsədlərinə xidmət etməmiş olar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ödənilməsi istiqamədində davamlı hərəkətlərin edilməsi zərərçəkmiş şəxslərin hüquqlarının təmin edilməsi baxımından da ədalətli olar, belə ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi onlara dəymiş maddi ziyanın ödənilməsi prosesinin qarşısını ala bilər (Məhkəmə alınmış pulların davamlı olaraq hissə-hissə qaytarıldığını nəzərə alaraq həmin mövqeyə gəlir). Məhkəmə prosesləri zamanı zərərçəkmiş şəxslər də, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəmədiklərini, dəymiş maddi ziyanın ödənilməsini istədiklərini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi ilə onun zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın müəyyən hissəsinin ödənilməsinə fürsət verilmiş, təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməməsini islah olunmaq istiqamətində dəyərləndirərək dəymiş maddi ziyanın müəyyən hissəsini ödəmiş, məhkəmə istintaqı dövründə də bunu davam etmişdir. Təqsirləndirilən şəxs son sözündə davamlı olaraq dəymiş maddi ziyanın qalan hissəsini ödəməyə çalışdığını, azadlıqdan məhrumetmə cəzasının seçilməsi ilə həmin imkandan məhrum olacağını bildirmişdir. Məhkəmə proseslərinin davam etdiyi müddətdə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyanın böyük hissəsinin ödənilməsi təqsirləndirilən şəxsə azadlıqdan məhrum edilməyə nisbətən daha yüngül cəzanın seçilməsinin həm zərərçəkmiş şəxslərin hüquqlarının bərpa olunması, həm də cəzanın məqsədləri baxımından daha ədalətli cəza olduğuna məhkəmədə inam formalaşdırır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin əksəriyyətinin ziyanını ödəməsi, digərlərinə münasibətdə isə dəymiş ziyanın qismən ödəməsi artıq törətmiş olduğu cinayət əməlindən həqiqi, real peşmançılıq hissi keçirərək islah yoluna qədəm qoyduğunun göstəricisidir. Ona görə də məhkəmə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə digər zərər çəkmiş şəxslərin də ziyanını ödəməyə dair real addımlar atacaqdır. Bu səbəbdən ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə lüzum yoxdur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, ziyanı ödənilməmiş zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı üçün 11 manat olmaqla 220 manat məbləğində pul onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CMnin 46.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu, Dayıkənd kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 220 məbləğində pul onun onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar