Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-77/2024 04.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan, "xxxx" MMC-də təmizləyici vəzifəsində işləyən, məhkum olunmayan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 109-da qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməlini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanda olarkən tanışı Salyan şəhər sakini Zərərçəkmiş şəxs öz evindəki hamam otağında duş qəbul etdiyi zaman WhatsApp tətbiqi vasitəsilə ona zəng edib görüntülü telefonla danışarkən Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olmasından istifadə edərək pulunu hədə-qorxu ilə tələb edib ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs fotoşəkilini özünə məxsus “Samsung Galaxy A02s” markalı mobil telefonun fotokamerası vasitəsilə çəkib bir neçə dəqiqədən sonra həmin fotoşəkilləri WhatsApp tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs mobil telefonuna göndərmiş, həmin fotoşəkilləri internet sosial şəbəkəsində yayaraq rüsvay edəcəyi barədə sonuncuya hədə-qorxu gələrək bunu etməmək müqabilində 350 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs öz ailəsinin dağılmasından və cəmiyyət içərisində rüsvay olacağından ehtiyyat edərək ondan tələb olunan pulu verməyə razılıq verdikdən sonra sonuncunun 2024-cü il yanvarın 13-də Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə adına olan “Leobank”a aid **********243382 nömrəli bank kartının hesabına köçürülmüş 200 manat, həmin il yanvarın 14-də qeyd edilən qaydada həmin kart hesabına köçürülmüş daha 150 manat, cəmi 350 manat pulunu hədə-qorxu ilə tələb edib alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 109-da qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayır. Əvvəllər ailəli olmuşdur, sonradan boşanmışdır, 15 və 17 yaşlarında 2 oğlan övladı vardır, övladları onun himayəsində yaşayırlar. Hazırda Bakı şəhəri, Nizami küçəsindəki “Nərgiz Mall” ticarət mərkəzində yerləşən “Zara” geyim mağazasında xadimə işləyir. Salyan şəhər sakini Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Onunla “İnstaqram” mobil internet tətbiqi vasitəsilə tanış olmuşlar və sonralar “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamışlar. Elvinin istifadə etdiyi “WhatsApp” tətbiqi xarici ölkəyə məxsus +**********3 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Ayda bir-iki dəfə Elvin “WhatsApp” vasitəsilə ona zəng etmiş və onlar hal-əhval tutmuşlar. Elvin ilə aralarında mehriban dost münasibətləri yaranmışdır, lakin bu müddət ərzində cinsi münasibətlərdə olmamışlar. 2023-cü ilin dekabr ayından etibarən dəfələrlə gecə saat 22-23 radələrində artıq yuxuda olarkən Elvin ona “WhatsApp” vasitəsilə zəng edib yataqdan qalxıb mətbəxə keçib telefonun kamerası qarşısında özünü ona nümayiş etdirməyini istəmişdir. Elvinin bu kimi istəkləri onun təbiətinə uyğun olmadığından, həmçinin oğlan övladları ilə birlikdə yaşadığından, həmişə işdən evə yorğun gəldiyindən Elvinin bu kimi istəklərini rədd etmişdir. Elvin hər dəfə ona demişdir ki, özünün bir çox tanış qızları var ki, hər biri onun bu kimi xahişini yerinə yetirsələr də, bircə o bunu etməməklə özünü naza qoyur. Bu səbəbdən hər dəfə Elvin ilə aralarında sözlü mübahisələr yaranmışdır. O, 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərindəki ata evinə gəlmişdir və bir neçə gün Salyan şəhərində qalmışdır, çünki həmin vaxt pulu olmadığından Bakı şəhərində kirayə yaşadığı evin kirayə haqqını ödəməkdə çətinlik çəkmişdir və Salyan şəhərində yaşayan qohumlardan borc pul almaq istəmişdir. Həmin vaxtlar, yanvar ayının 10-da təxminən saat 23 radələrində evdə yatdığı zaman Elvin yenidən ona zəng edib mətbəxə keçib telefonun kamerası qarşısında özünü nümayiş etdirməyini istəmişdir və o, yenidən Elvinə rədd cavabı verib telefonu qapatmışdır. Həmin gün saat 24 radələrində Elvin yenidən ona videogörüntü olaraq zəng etmiş və o, telefonu açdıqda Elvinin hamam otağında paltarsız vəziyyətdə duş qəbul etdiyini görmüşdür. Elvinin bu cür şəkildə ona zəng etməsindən bərk əsəbləşmiş və həmin vaxt ani olaraq qərara gəlmişdir ki, Elvinin bu vəziyyətdə fotoşəklini çəkib onu qorxutsun ki, bir daha bu saatlarda ona zəng vurmasın. Ona görə Elvinin hamamda çimərkən paltarsız vəziyyətdə fotoşəklini öz telefonunun kamerası vasitəsilə çəkmişdir, daha sonra həmin fotoşəkilləri “WhatsApp” vasitəsilə Elvinə göndərib sms yazmışdır ki, əgər 350 manat göndərməsə bu fotoşəkilləri internetdə yayıb onu biabır edəcəkdir. Elvin onun bu tələbi ilə razılaşmış və pulu bir neçə gündən sonra göndərəcəyini demişdir. Yanvarın 13-də Elvin ona zəng edib pulu necə göndərəcəyini soruşduqda ona bildirmişdir ki, pulu onun bank kartına göndərsin və sonra özünə məxsus “Leobank”ın 4098 5844 6524 3382 nömrəli bank kartının şəklini “WhatsApp” vasitəsilə Elvinə göndərmişdir. Yanvarın 13-də Elvin onun həmin bank kartına 200 manat və yanvarın 14-də daha 150 manat göndərmişdir. O da yanvarın 15-də Bakı şəhərinə gedib həmin pulun 300 manatını bankomatdan çıxardıb kirayə qaldığı evin aylıq ödənişini ödəmişdir. Daha sonra Elvinin telefon nömrəsini öz telefonunun yaddaşından silmişdir, çünki güman etmişdir ki, Elvin bir daha zəng edib onu narahat etməyəcəkdir. Həmçinin Elvinə demişdir ki, pulu göndərdiyi halda fotoşəklini öz telefonunun yaddaşından siləcəkdir, lakin Elvinin fotoşəklini telefonun “qalereya” papkasından silsə də, telefonun “zibil qutusu” papkasından silməyi unutmuşdur. Fevralın 5-də Elvin yenidən ona zəng edib Bakı şəhərinə gələcəyini deyib onunla görüşməyi təklif etdikdə, o bu dəfə də Elvinə rədd cavabı vermişdir. Buna baxmayaraq Elvin təkidlə bir neçə dəfə zəng edib onunla görüşməyi istəmişdir, lakin o hər dəfə rədd cavabı vermişdir. Növbəti günlərdə Elvin yenidən zəng edib Bakı şəhərinə gəlib onunla görüşəcəyini dedikdə, o bu dəfə etiraz etməyib razılaşmışdır. Fevralın 10-da axşam saatlarında Elvin ona zəng edib Bakı şəhərində onun yaşadığı evin yanında olduğunu demişdir. O da, Elvin ilə görüşmək üçün evdən küçəyə çıxmış və həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib Elvinin şikayət ərizəsi əsasında aparılan araşdırma ilə bağlı izahat verilməsi üçün onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Salyan rayon Polis Şöbəsinə gəlmişdir. O, Elvindən pul tələb edərkən Elvinin fotoşəkilini internetdə yaymaq məqsədi olmamışdır, bunu sadəcə Elvinin ondan əl çəkməsi məqsədilə etmişdir və o bilməmişdir ki, bu cinayətdir. Peşmandır, himayəsində 2 övladı olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 4, mənzil 26-da yaşayır. O, Elvira ilə təxminən 3-4 il əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olmuşlar, Elviranın istifadəsində ***-***-**-** mobil telefon nömrəsi varmış, aralarında dost münasibətləri yaranmışdır. Bu müddət ərzində Elvira ilə ayda 1-2 dəfə telefon vasitəsilə əlaqə saxlayıb söhbət etmişlər, bir neçə dəfə Bakı şəhərində Elvira ilə görüşmüşdür, lakin cinsi münasibətlərdə olmamışlar. Maddi vəziyyəti çətin olduğundan Elvira bir neçə dəfə ondan borc pul istəmişdir və o, hər dəfə istədiyi pulu borc olaraq Elviraya vermişdir, lakin bu günədək Elvira ona borclu olduğu cəmi 400 manatı qaytarmamışdır. 2024-cü ilin yanvar ayının 10-da öz evində hamamda olarkən videogörüntülü zəng vasitəsi ilə ona zəng gəlmiş bir neçə saniyəlik telefonu açmış zəng edənin Elvira olduğundan dərhal telefonu qapatmışdır. Bundan təxminən 20-25 dəqiqə sonra Elvira WhatsApp vasitəsilə sms yazıb bildirmişdir ki, onun hamamda lüt vəziyyətdə fotoşəkilini çəkib və əgər ona 350 manat göndərməsə həmin fotoşəkilini internet vasitəsilə yayacaqdır. Elvira ilə aralarında olmuş sonrakı telefon söhbəti zamanı Elvira ona bildirmişdir ki, 350 manatı göndərdikdən sonra onun fotoşəkilini öz telefonundan siləcəkdir. O, ailəli olduğundan, Salyan şəhərində özünə görə hörməti və nüfuzu olduğundan biabır olmamaq və ailəsinin dağılmaması üçün məcbur qalıb Elviranın istədiyi pulu göndərməyə razılıq vermişdir. Pulu necə və harada verəcəyini soruşduqda Elvira öz adına olan bank kartının şəklini “WhatsApp” vasitəsilə ona göndərib pulu həmin bank kartına göndərməyini istəmişdir. O da, yanvarın 13-də Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinə gəlib burada quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 200 manatı, ertəsi gün yanvarın 14-də həmin ticarət mərkəzinə gəlib “Milliön” ödəmə terminalı vasitəsilə daha 150 manatı Elviranın plastik kartına göndərmişdir. Elvira pulu aldıqdan sonra zəng edib bildirmişdir ki, pulu alıb və onun fotoşəklini öz telefonundan silmişdir. Lakin, o, Elviraya inanmamış və fevral ayının 5-də Elviraya zəng edib demişdir ki, Bakı şəhərinə gəlir və təklif etmişdir ki, görüşüb çay içsinlər. Məqsədi Elvira ilə görüşüb imkan tapıb telefonuna baxmaq olmuşdur ki, fotoşəklinin telefondan silinməyinə əmin olsun. Lakin cavabında Elvira onun hamamda çəkilmiş fotəşəklini “WhatsApp” vasitəsilə ona göndərib sms yazmışdır ki, əgər bir daha ona zəng etsə onun həmin fotoşəklini internetdə yayacaqdır. Artıq burada ona aydın olmuşdur ki, Elvira onun hamamda çəkilmiş həmin fotoşəkilini öz telefonunun yaddaşından silməmiş və gələcəkdə onu bununla şantaj edib fotoşəkilini internetdə yayacağı ilə hədə-qorxu gəlib hər ay ondan pul ala biləcəkdir. Bu səbəbdən fevralın 9-da Salyan rayon polis şöbəsinə gəlib Elviranı qorxutmaq üçün şikayət ərizəsi yazmışdır. Elvira ilə barışmışdır. O Elvira barəsində Salyan Rayon Polis Şöbəsinə şikayət edərkən işin bu yerə gəlib çıxacağını düşünməmişdir. Elvira cəmi bir dəfə ona hədə-qorxu gəlməklə onun 350 manat pulunu almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Elvira ona zəng vurmamış, özü Elviraya zəng vurmuşdur. Elviranın təkrar olaraq ona şəkil göndərməsini və ondan pul tələb etməsi barədə ərizəsində və ifadəsində göstərsə də əslində elə hal olmayıbdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 10 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 3-cü vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən Salyan RPŞ-də ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs onun fotoşəkilini internetdə yayacağı ilə bağlı hədə-qorxu gələrək ondan pul tələb etmiş və o həmin pulu xx.xx.2024-cü il tarixdə bank kart vasitəsilə göndərmişdir. Lakin Təqsirləndirilən şəxs fevral ayında yenidən fotoşəkilini internetdə yayacağı hədə-qorxusu gələrək yenidən ondan 300 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan 10 fevral 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan və 4 ədəd foto şəkillərdən görünür ki, Salyan RPŞnin İB-nin müstəntiqi X6 icraatında olan HK-1/279 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmin protokolu X2 iştirakı ilə ondan ötrü ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona xidməti otağında baxış keçirtmişdir. Tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, bu qara rəngli smartfon modelli “Samsung Galaxy A02s” markalı mobil telefondur, üzərində gözlə görünən zədə izləri yoxdur, mobil telefon işlək vəziyyətdədir, üzərində ***- ***-**-** nömrəli sim-kart vardır. Telefonun “Kontaktlar” papkasına daxil olub nəzərdən keçirildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, kontaktlarda “Elvina” adı altında +**********3 mobil nömrə ilə Salyan şəhər sakini Zərərçəkmiş şəxs qeyd edilmişdir. Telefonun “Qalereya” papkasına daxil olub nəzərdən keçirdikdə 15 yanvar tarixində yaddaşa vurulmuş 3 ədəd fotoşəkildə hamam otağında duş qəbul edən zaman Zərərçəkmiş şəxs fotoşəkilləri aşkar edilmişdir. Telefonun “WhatsApp” mobil tətbiqi papkasına daxil olub nəzərdən keçirdikdə “Elvina” adı altında +**********3 mobil nömrənin qeydiyyatdan keçdiyi müəyyən edilsə də, “Elvina” ilə Təqsirləndirilən şəxs arasında sms yazışmaların olduğu müəyyən edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində təxminən saat 23 radələrində Elvin ona “WhatsApp” vasitəsilə zəng edib mətbəxə keçib telefonun kamerası qarşısında özünü ona nümayiş etdirməyi istəmişdir, lakin o, Elvinə rədd cavabı verib telefonu qapatmışdır, bundan bir neçə dəqiqə sonra təxminən saat 24 radələrində Elvin yenidən ona “WhatsApp” vasitəsilə videgörüntülü zəng etmiş, o telefonu açdıqda Elvinin hamam otağında paltarsız vəziyyətdə duş qəbul etdiyini görmüş və Elvinin bu cür ona zəng etməsindən əsəbləşərək sonradan Elvini cəzalandırmaq məqsədilə hamamda çimərkən Elvinin paltarsız vəziyyətdə fotoşəkilini öz telefonunun kamerası vasitəsilə çəkib skrin etmişdir. Telefonun “Daxil olan və çıxan zənglər” bölməsinə baxıldıqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında hər hansı telefon danışıqların olduğu müəyyən edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə yalnız “WhatsApp” mobil tətbiqi vasitəsilə danışmışlar və biri-birinə sms yazmışlar. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonuna keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Telefona keçirilmiş baxış zamanı fotoçəkilişdən istifadə edilmiş və protokola əlavə ediləcəkdir. Cinayət işinin 25-26-cı vərəqlərində olan “bank kartına baxış keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan və 2 ədəd foto şəkildən görünür ki, Salyan RPŞ-nin İBnin müstəntiqi X6 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmin protokolu Təqsirləndirilən şəxs iştirakı ilə ondan ötrü ki, Təqsirləndirilən şəxs məxsus plastik bank kartına xidməti otağında baxış keçirtmişdir. Tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, bu qara rəngli plastik bank kartıdır, kartın üz hissəsində “Leobank” sözləri yazılmışdır, kartın arxa tərəfində 4098 5844 6524 3382 rəqəmləri, alt hissəsində 04/27 rəqəmləri, kartın sağ aşağı küncündə qartal quşunun profili əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaqa təqdim etdiyi həmin bank kartı onun özünə məxsusdur, 2024-cü ilin yanvarın 10-da tanışı Zərərçəkmiş şəxs hamamda çimdiyi yerdə çəkilmiş fotoşəkillərini internet səhifəsində yayacağı ilə hədə-qorxu gəlib 350 manat tələb etdikdən sonra Zərərçəkmiş şəxs həmin il yanvarın 13də və yanvarın 14-də ümumilikdə 350 manatı məhz həmin bank kartına göndərmişdir. Bank kartına keçirilmiş baxış zamanı fotoçəkilişdən istifadə edilmiş və protokola əlavə ediləcəkdir. Cinayət işinin 41-42-ci vərəqlərində olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda oğulları Saday və Hüseyn ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 48-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən Salyan RPŞ-də verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş 350 manat maddi ziyan onun tərəfindən tam olaraq ona ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur və gələcəkdə də, olmayacaqdır. Cinayət işinin 63-64-cü vərəqlərində olan 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 73-74-cü vərəqlərində olan 18 mart 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən-xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 109-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, İ.Səfərli küçəsi, ev 9-da kirayədə yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinə əlavə olunmuş X4 ksero surətlərindən görünür ki, X14 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2008-ci il təvəllüdlü X12 doğulmuşdur. Cinayət işinə əlavə olunmuş Salyan şəhər 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 129/1 nömrəli arayışdan görünür ki, X1 şəhər 2 nömrəli tam orta məktəbin Vİİİ (səkkizinci) sinfində oxuyur. Cinayət işinə əlavə olummuş Salyan Rayon Məhkəməsinin 2(057)-713/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, X14 ilə Təqsirləndirilən şəxs arasında Salyan rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış və 525 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə anadan olmuş Saday, xx.xx.2008-ci ildə doğulmuş Hüseyn adlı uşaqlar iddiaçı Təqsirləndirilən şəxs himayəsində saxlanılması, xx.xx.2006-cı ildə anadan olmuş Saday, xx.xx.2008-ci ildə doğulmuş Hüseyn adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün X8 xx.xx.2020-ci ildən başlayaraq hər uşağa ayda 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment alınaraq Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə çıxışından görünür ki, o, özünü tam təqsirli bilir. Tutduğu əməldən səmimi peşmandır. İlk dəfədir cinayət əməli törədib. Əvvəllər məhkumluğu olmamışdır. Zərər çəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Dəymiş ziyanı ödəmişdir. Himayəsində iki məktəbli oğlu var. Ailəsindən boşanmış, iki uşağını təkbaşına böyüdür. Müsbət xarakterizə olunur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-713/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qadın olmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Məhkəmə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbayjan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərənjamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin, himayəsində olan iki yetkinlik yaşına çatmayan uşaqlarının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Belə ki, təqsirləndirlən şəxs qadın olmaqla himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları var, ailə münasibətləri pozulduğuna görə X8 boşanmış və Salyan Rayon Məhkəməsinin 2(057)-713/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2008-ci il təvəllüdlü X12 Təqsirləndirilən şəxs himayəsinə verilmişlər. Hazırda təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı X3 şəhərində işləyir, onunla bir neçə dəfə əlaqə saxlanıldıqda məhkəməyə gələ bilməyəcəyini və uşaqlarının taleyi ilə maraqlanmadığı müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs real olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunarsa onun tək olaraq himayəsində saxladığı yetkinlik yaşına çatmayan uşaqlar psixoloji, mənəvi, maddi və s. məhrumiyyətlərə düçar ola bilərlər, hazırda məktəbli olmaqla təhsildən yayına bilərlər. Bu üsulla təyin olunmuş cəza şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə ciddi şəkildə mənfi təsir göstərə bilər. Cinayət qanunun mənasına görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəllik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdiriən və ağırlaşdıran halları nəzərə alır. Konkret bu halda təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb, şəxsiyyəti müsbət cəhətdən səciyyələndirlir, zərər çəkmiş şəxslə barşıq əldə olunmuşdur, qadındır, ən əsası da ana qayğısına ehtiyacı olan himayəsində 2 yetkinlik yaşına çatmayan məktəbli uşaqları var. Cinayət qanunun tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəllik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bütün bu qeyd olunan hallar ona dəlalət edir ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs real olaraq çəkilməsi üçün azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün olmaz. Ona görə də təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs oğluna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Salyan Rayon Vəkil Bürosunun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD: **********, Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-77/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-77/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver