Məhkəmə qərarları › İş №1(057)-78/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-78/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-78/2024 14.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X15 Yaqub oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayətlərini törətmişdir. Belə ki, o,istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1.787 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə saat 17:00-da Salyan şəhəri ərazisində yerləşən Salyan şəhər qəbirstanlığının yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 17:20-də ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 08 fevral 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində yerləşən 111 saylı yaşayış binasında yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı onunla həmin binada yaşayan tanışı Zərərçəkmiş şəxs döş qəfəsindən təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş dəmir barmaqlığın bir hissəsi olan kustar üsul ilə hazırlanmış soyuq silah hesab edilməyən dəmir predmetlə 1 dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ nahiyyəsinin daxilə keçməyən yarası ilə müşayiət edilən xəsarət yetirib, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməmiş, lakin CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür.O, 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində doqquz mərtəbənin yaxınlığından keçən zaman yerdə sellofan büküm görərək götürmüş, içinə baxdıqda orada “qara” kimi tanıdığı narkotik vasitə tiryək olduğunu görmüş, istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Həmin gün əldə etdiyi narkotik vasitə tiryəkdən bir qədər istifadə etmiş, qalanını da sonra istifadə emək üçün cibində saxlamışdır. 20 yanvar 2024-cü il tarixdə saat 17:00 radələrində Salyan şəhər qəbiristanlığının yaxınlığında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona olunan təklif əsasında, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümdə olan tiryəki çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi kütlə narkotik vasitə tiryəkdir, özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə tiryək elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, üzəri möhür və imzalarla təsdiqlənmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul deyil. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Qeyrətlə münasibəti əvvəldən pis olmamış, aralarında heç bir düşmənçilik və ədavət olmayıb, o, evinin açarını Qeyrətin arvadı Arzuya evə nəzarət etməsi üçün vermiş, 08 fevral 2024-cü il tarixdə yaşadığı evə gəlmiş, evdə olan zaman evin içərisində siqaret küllərinin olmasını görmüş, bu barədə Arzuya zəng etmiş və Arzuya bunu kimin etməsini soruşmuşdur. Arzu da bu barədə dərhal Qeyrətə məlumat vermiş, Qeyrət bundan sonra sərxoş vəziyyətdə onun yaşadığı evə gəlmiş, ona məxsus olan evin dəhlizində aralarında sözlü mübahisə baş vermiş, sözlü mübahisənin baş vermə səbəbi Qeyrətin onun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Qeyrət nalayiq ifadələr işlətdikdən sonra onun üzərinə gəlmiş, həmin zaman Qeyrətin arvadı Arzu da orada olmuş, o, Qeyrətin onu nalayiq söyüşlərlə söyməsinə görə və onun üzərinə gələrək onu boğmasına görə məcburiyyət qarşısında qalaraq əlində olan yerdən tapdığı dəmir predmetlə Qeyrətin sinə nahiyəsindən bir dəfə zərbə vurmuş, bundan sonra onları ayırmışlar. Zərərçəkmiş şəxs 300 manat miqdarında dəymiş ziyanı ödəmişdir. O, qonşuları Qeyrət və Arzuya əvvəllər həmişə kömək etmişdir.Törətdiyi əməldən üzərində narkotik vasitə aşkar olunmasına dair hissədə peşmandır, Qeyrəti vurduğuna görə isə peşman deyildir, ona görə ki, onu vurmasının səbəbi Qeyrət tərəfindən onun söyülməsi və boğulması olmuşdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələri ilə, məhkəmə-kimyəvi, məhkəmə-tibbi, məhkəmə-ballistik və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir düşmənçilik və ədavət olmayıb, münasibətləri normal olmuşdur. Qonşusu Məmməd yaşadığı və özünə məxsus olan evin açarını nəzarət etmək üçün arvadı Arzuya vermişdir. 07 fevral 2024-cü il tarixdə arvadı Arzu aralarında olan mübahisəyə görə Məmmədə zəng edərək, onun həmin evdə müvvəqqəti olaraq oturmağına icazə verməsini soruşmuş, Təqsirləndirilən şəxs də buna icazə vermişdir. 08 fevral 2024-cü il tarixdə də yenə bu barədə Məmməddən icazə almış, Məmməd yenə də icazə vermişdir. Elə həmin gün günorta saatlarında o, Arzuya məxsus olan evə getmiş, uşaqları gördükdən sonra Məmmədə məxsus olan evdə 1-2 saat oturmuş, siqaret çəkərək külünü külqabına tökmüşdür. Həmin gün saat təxminən 19 radələrində Məmməd qapını döyərək Arzunu çağırmış, yaşadığı evi Arzuya göstərərək evə siqaret külü töküldüyünü və evi kirlətdiyini bildirmişdir. Arzu da ona evi çirkləndirmədiyini demiş, bir qədər sonra isə Məmmədin evinə gedərək evi çirkləndirmədiyini ona demiş, lazım olarsa evi təmizləmələrini təklif etmişdir.Həmin vaxt Məmməd narkotik vasitənin təsiri nəticəsində əsassız olaraq onunla mübahisə etmiş, sonra yerdə olan istilik sobasını əlində saxlayaraq ona vurmaq istəmiş, həmin anda Arzu da orada olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə onun döş qəfəsinin sağ nahiyyəsindən bir dəfə zərbə vurmuş, həmin dəmir parça onun bədəninə daxil olaraq qan gəlmiş, o, özünü pis hiss etmiş, Arzu təcili tibbi yardım çağırmış, lakin gec gəldiyi üçün taksi ilə xəstəxanaya aparılmış, orada ona tibbi yardım göstərilmişdir. Xəstəxanada olan zaman Məmməd ona 285 manat pulu vermişdir. Hazırda Məmməddən şikayətçidir, onun barəsində azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Hadisə zamanı o, sərxoş olmamış, Məmmədə qarşı heç bir nalayiq ifadə işlətməmiş və onu boğmamışdır.Bu barədə dedikləri yalandır. Məhkəməyə 14 may 2024-cü il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onlar barışmamışlar, ondan şikayətçidir.Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 yanvar 2024-cü tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis şöbəsinə məlumat daxil olmuş, məlumatın yoxlanılması üçün şöbənin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə həmin tarixdə saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində yerləşən qəbiristanlığının yaxınlığında müşahidə edib ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiqin təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümə baxış keçirilərkən içərisində qara rəngli, spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar kütlənin olduğu müəyyən edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin “qara” kimi tanıdığı narkotik vasitə tiryək olmasını bildirmişdir. Həmin kütləni 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində yerləşən “doqquz mərtəbə” adlanan yerin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamış və ya heç kimə satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan qara rəngli, spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar kütlə elektron tərəzidə çəkilmiş və müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üzəri “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən məhkəməkimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə istintaq zamanı verdikləri ifadələri Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür.Təqsirləndirilən şəxs onun qonşusudur. Aralarında heç bir düşmənçilik və ədavət olmamış, Məmməd yaşadığı evin açarını nəzarət etmək üçün ona vermiş, 07 fevral 2024-cü il tarixdə o Məmmədə zəng vuraraq həyat yoldaşı Qeyrətin həmin evdə oturmağına icazə verib-vermədiyini soruşmuş, Təqsirləndirilən şəxs də buna icazə vermişdir. 08 fevral 2024-cü il tarixdə də yenə bu barədə Məmməddən icazə almış və Məmməd yenə də icazə vermiş, elə həmin gün günorta saatlarında Qeyrət Məmmədə məxsus olan evdə 1-2 saat oturaraq çıxıb getmişdir. Həmin gün saat təxminən 19 radələrində Məmməd qapını döyərək onu çağırmış və yaşadığı evi ona göstərərək Qeyrətin həmin evə siqaret külü tökdüyünü və evi kirlətdiyini bildirmişdir. Saat təxminən 20 radələrində o, Qeyrətə zəng vurmuş, ona Məmmədin evini onun tərəfindən çirkləndirilməsi barədə soruşmuş, Qeyrtə də ona evə kül tökmədiyini bildirmiş, gəlib Məmmədə təşəkkür edəcəyini demişdir. Bir qədər sonra Qeyrət oraya gəlmiş, Məmmədə evi çirkləndirmədiyini demiş, bu zaman Məmməd əsassız olaraq mübahisə yaratmağa başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə Qeyrətin döş qəfəsinin sağ nahiyyəsindən bir dəfə zərbə vurmuşdur.Həmin vaxt Məmməd narkotikanın təsiri altında olmuşdur.O, Qeyrəti xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərərək onun yarası tikilmişdir.Qeyrət həmin vaxt Məmmədi döyməmiş, onu söyməmiş, sərxoş olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 17:00-da Salyan şəhər qəbiristanlığının yaxınlığında saxlanılaraq saat 17:20-də rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən tərtib edilmiş 20 yanvar 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 17:55dən 18:05-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X14 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X8, CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2, KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümün içərisində olan qara rəngli, spesifik qoxuya malik olan tiryək kimi tanıdığı narkotik vasitədir, özünə məxsusdur. Həmin narkotik vasitə tiryəki 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində doqquz mərtəbənin yaxınlığında yerdən tapmış və tiryək kimi tanıdığı narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə tiryəkə oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,94 qram olması müəyyən olunmuş, daha sonra həmin kütlə zərfə qoyulub qablaşdırılıb, “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənib və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefonun videokamerası ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2024-cü il tarixli 18/89 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 1,787 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi -1,787 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq – 1,687 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 21 yanvar 2024-cü il tarixli 18/89 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik)manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X12 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2024-cü il tarixli 75 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsin Salyan rayon Şöbəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli 61 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - döş qəfəsinin sağ nahiyəsinin daxilə keçməyən yarası, deşici səthli əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 18 mart 2024-cü il tarixli 3-16-16\2-18\293 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet- kustar üsul ilə hazırlanmış, soyuq silah hesab edilməyən, təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş dəmir barmaqlığın bir hissəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 3-16-16\2-18\293 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddələrinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddələrinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi və məhkəmə-ballistik ekspertizasının rəylərini, məhkəmə-tibbi ekspertizasının rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan rayon baş ədliyyə müşaviri Rəşad Mansurov tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Rza Məmmədovun vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qərar saat 13:10-da sonuncuya elan edilmişdir. İş materiallarında olan Salyan rayon polis şöbəsinin İB-nin mütəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 1,687 qram çəkidə narkotik vasitə tiryək işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər xx.xx.1989-cu il tarixli Salyan rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 213-cü maddəsinin birinci hissəsi (qüvvədən düşmüş) ilə təqsirli bilinərək 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.1992-ci ildə cəzasının sonu ilə azad edilmiş; Salyan rayon Xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 143-cü maddəsinin 3-cü hissəsi (qüvvədən düşmüş) ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Salyan rayon Xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi, 185-ci maddəsinin 1-ci hissəsi (qüvvədən düşmüş) ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Salyan rayon Xalq məhkəməsinin 09.041999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi (qüvvədən düşmüş) ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Salyan rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Salyan rayon məhkəməsinin xx.xx.2007-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2, 93.1.4-cü maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 12 noyabr 2007-ci il tarixli 1-149-2007 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenatı Alxan Mehdiyevin əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkin mənbəyinin müəyyən edilməsi, həmçinin sonuncunun digər cinayətlərdə iştirakının olub-olmamasının, o cümlədən əməliyyat tapşırığında qeyd olunan digər xüsusatların müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və pisxotrop maddə istifadəçisi kimi tanınması və əldə edib üzərində saxladığı narkotik vasitədən satış məqsədinin olmadığı, həmçinin heç kimə satmaması müəyyən edilmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 06 fevral 2024-cü il tarixli 18-1-68/2-245/2024 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opiatların amfetaminlərlə birgə qəbulu nəticəsində asılılıq sindromu F 19x2” diaqnozu ilə qeydiyyatdadır, həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən Təqsirləndirilən şəxs heç bir diaqnozla müraciət etməmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 201 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 198 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 111 mənzil 18 ünvanında tək yaşayır. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi polis kiçik leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:14-də DİN-nin 102 xidmətindən daxil olmuş Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 111 mənzil 7-də yaşayan Şahid4 ***-***-**-** nömrədən zəng edərək qonşusu Təqsirləndirilən şəxs həyat yoldaşı Qeyrətə ucu sivri dəmir alətlə xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi polis kiçik leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:45-də Salyan RMX-dan tibb bacısı Əmənova Salyan RPŞnin NH-ya telefonla məlumat verərək, Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 111 mənzil 17-də yaşayan xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ döş qəfəsində daxilə keçməyən yara diaqnozu ilə xəstəxanaya müraciət etməsini, həyat yoldaşının deməsinə görə qonşusu Məmməd tərəfindən dəmir alətlə xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nə daxil olmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Məmməd onun qonşusudur.Onunla münasibəti pis olmamış, lakin xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində yaşadığı binanın dəhlizində aralarında sözlü mübahisə baş vermiş, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan dəmir alətlə onun sinə nahiyəsindən vurmuşdur.Odur ki onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan RPŞ-nin inzibati binasında saat 22:20-dən 22:40-dək Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd dəmir predmetə baxış keçirilərək iş üzrə sübut əhəmiyyəti kəsb edildiyi üçün götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 fevral 2024-cü il tarixli 18-1-68/2-373/2024 saylı məktubundan görünür ki, təcili yardım şöbəsinin müdiri Emin Abasovun məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da “döş qəfəsinin daxilə keçməyən yarası (sağ tərəf)” (xəstənin deməsinə görə qonşusu armaturla vurub) diaqnozu ilə ambulator müalicə almışdır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının DİN-nin “102” Xidməti-zəng Mərkəzi sisteminə zəng edərək verdiyi məlumatı və həmin tarixdə Salyan RPŞ-yə yazdığı ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş 04 mart 2024-cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materialının cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan HK-1\272 nömrəli məlumat əsasında toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı Təqsirləndirilən şəxs icraatda olan Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan Salyan rayon polis şöbəsinin İB-nin mütəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş dəmir barmaqlığın bir hissəsi olan soyuq silah hesab edilməyən 1 ədəd dəmir predmet işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan rayon polis şöbəsinin İB-nin mütəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 25 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə elan edilmiş yeni ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş; onun üzərində saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki heç bir etiraz etmədən istintaqa təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin dindirmə protokolları, baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin protokolları, məhkəmə tibbi, məhkəmə-kimyəvi, məhkəmə-ballistik və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işi üzrə götürülmüş maddi sübutlar, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlər və şəxsi axtarış və götürmə istintaq həcəkətinin aparılması zamanı videoçəkiliş kadrlarını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş; ondan götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 1.687 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd istehsalatda və məişətdə istifadə etmək üçün nəzərdə tutulmuş dəmir predmetin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilməsi və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq belə qənaətə gəlir ki, həmin ifadə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, həmçinin cinayət işinin tədqiq olunmuş yuxarıda sadalanan digər sübutlarla təkzib olunduğundan inandırıcı hesab etməyərək məsuliyyətdən kənar qalmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1.787 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə saat 17:00-da Salyan şəhəri ərazisində yerləşən Salyan şəhər qəbirstanlığının yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 17:20-də ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 08 fevral 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində yerləşən 111 saylı yaşayış binasında yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı onunla həmin binada yaşayan tanışı Zərərçəkmiş şəxs döş qəfəsindən təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş dəmir barmaqlığın bir hissəsi olan kustar üsul ilə hazırlanmış soyuq silah hesab edilməyən dəmir predmetlə 1 dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ nahiyyəsinin daxilə keçməyən yarası ilə müşayiət edilən xəsarət yetirib, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuş, bununla da onun Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəzalardan hər hansı birinin təyin edilməsini ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir.Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir, lakin o, əvvəllər dəfələrlə oxşar cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin ona verilən cəzalardan heç bir nəticə çıxarmayaq islah yoluna qədəm qoymamış, yenidən eyni xarakterli cinayət əməllərini törətmişdir.Törətdiyi CM-nin 128-ci maddəsi ilə əməlindən peşman deyil. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını hazırda məhkumluğu olmayan şəxs olduğu üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun məcburi müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,687 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və cinayətin aləti olan 1 ədəd dəmir predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 84,12 (səksən dörd manat on iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,687 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və cinayətin aləti olan 1 ədəd dəmir predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 84,12 (səksən dörd manat on iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar