Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-79/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış,"xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyən, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 76995 nömrəli əmri ilə "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilərək həmin tarixdən göstərilən vəzifədə işləyərkən, həmin sahə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, ezam olunduğu Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün "xxxx" QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talamaq məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edilməsi məqsədilə cinayətkar niyyətə uyğun olaraq marşrutun açılması görüntüsü yaratmaq üçün, 08 iyun 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək müddətdə Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində istintaqla müəyyən edilməmiş yerdə tamah niyyətlə bilə-bilə yalan məlumatları, yəni xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqələri, cəmi 23 ədəd marşrut vərəqələrində həmin tarixlər üçün qatarların hərəkət qrafikində nəzərdə tutulmamış marşrutlara dair qeydləri diyircəkli qələmlə müvafiq marşrut vərəqələrinə yazıb, marşrut vərəqələrində “maşinist” qrafalarında imzalar icra edərək, həmçinin 09 iyun 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək olan müddətdə həmin yerdə xx.xx.2022-ci il tarixli 189 nömrəli tələbnaməyə əsasən 3368 kq dizel, xx.xx.2022-ci il tarixli 215 nömrəli tələbnaməyə əsasən 4215 kq dizel, xx.xx.2022-ci il tarixli 520 nömrəli tələbnaməyə əsasən 3838 kq dizel, xx.xx.2022-ci il tarixli 594 nömrəli tələbnaməyə əsasən 4290 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 617 nömrəli tələbnaməyə əsasən 4290 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 618 nömrəli tələbnaməyə əsasən 4290 kq dizel və 18 kq dizel yağı, cəmi 6 ədəd tələbnaməyə əsasən cəmi 24291 kq çəkidə dizel və 54 kq çəkidə dizel yağının Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürülməsinin zəruri olması barədə qeydləri diyircəkli qələmlə müvafiq tələbnamələrə yazıb, tələbnamələrdə isə “aldı” qrafalarında imzalar icra edib, həmin marşrut vərəqələri və tələbnamələrə, yəni rəsmi sənədlərə möhür əkslərinin vurulmasını təmin edərək müvafiq rəsmi sənədlər əsasında müvafiq çəkidə dizel və dizel yağını Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürdükdən sonra qeyd edilmiş marşrut vərəqələrinə saxta marşrutlar əlavə etməklə həmin marşrut vərəqələri və tələbnamələr əsasında, yəni xx.xx.2022-ci il tarixli 08 nömrəli marşrut vərəqəsi üzrə 401 kq dizel 340,85 manat və 12,03 kq dizel yağı 19,45 manat, xx.xx.2022-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 264 kq dizel 224,40 manat və 7,92 kq dizel yağı 12,80 manat, xx.xx.2022-ci il tarixli 85 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 339,15 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 409 kq dizel 347,65 manat və 12,27 kq dizel yağı 19,84 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 416 kq dizel 353,60 manat və 12,48 kq dizel yağı 20,18 manat, xx.xx.2022-ci il tarixli 25 nömrəli marşrut vərəqəsi üzrə 255 kq dizel 216,75 manat və 7,65 kq dizel yağı 12,37 manat, xx.xx.2022-ci il tarixli 31 nömrəli marşrut vərəqəsi üzrə 390 kq dizel 331,50 manat və 11,70 kq dizel yağı 18,91 manat, xx.xx.2022-ci il tarixli 55 nömrəli marşrut vərəqəsi üzrə 422 kq dizel 358,70 manat və 12,66 kq dizel yağı 20,47 manat, xx.xx.2022-ci il tarixli 75 nömrəli marşrut vərəqəsi üzrə 259 kq dizel 220,15 manat və 7,77 kq dizel yağı 12,56 manat, xx.xx.2022-ci il tarixli 08 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 254 kq dizel 215,90 manat və 7,62 kq dizel yağı 12,32 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 25 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 28 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 235 kq dizel 199,75 manat və 7,05 kq dizel yağı 11,40 manat, xx.xx.2022-ci il tarixli 45 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 336,76 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 03 nömrəli marşrut vərəqəsi üzrə 428 kq dizel 361,23 manat və 12,84 kq dizel yağı 20,76 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli marşrut vərəqəsi üzrə 260 kq dizel 219,44 manat və 7,80 kq dizel yağı 12,61 manat, xx.xx.2022-ci il tarixli 45 nömrəli marşrut vərəqəsi üzrə 254 kq dizel 214,38 manat və 7,62 kq dizel yağı 12,32 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 257 kq dizel 216,91 manat və 7,71 kq dizel yağı 12,46 manat, xx.xx.2022-ci il tarixli 50 nömrəli marşrut vərəqəsi üzrə 512 kq dizel 432,13 manat və 15,36 kq dizel yağı 24,83 manat, xx.xx.2022-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 190 kq dizel 160,36 manat və 5,70 kq dizel yağı 9,21 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə Yevlax şəhəri, Şəkitayı küçəsində yerləşən Yevlax təminat məntəqəsindən 1224 kq dizel 1033,06 manat və 36,72 kq dizel yağı 59,36 manat, cəmi 6.999,86 manat dəyərində 8260 kq çəkidə dizel yanacağı və cəmi 400,59 manat dəyərində 247,80 kq çəkidə dizel yağını yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta marşrut vərəqələri və tələbnamələr əsasında "xxxx" QSC-nin Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəxslərə sataraq əldə etdiyi 7.400,45 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş cəmi 7.400,45 manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi – Şahid2 əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli nömrəli, cəmi 23 ədəd marşrut vərəqələrini özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və müvafiq sənədlərdə adı qeyd edilmiş şəxsin, cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi – Şahid2 adına ümumilikdə 627,39 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şahid2 tərəfindən qeyd edilmiş bankın ünvan 2 ünvanda yerləşən bankomatından göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla ona etibar edilmiş cəmi 627,39 manat pul vəsaitini vahid niyyətlə israf etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 7.400,45 manatını mənimsəməklə və 627,39 manatını israf etməklə öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 8.027,84 (səkkiz min iyirmi yeddi manat səksən dörd qəpik) manat pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsi, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında maddi-texniki bazanın müasirləşdirilməsi və səmərəli istifadə olunması sahəsində fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxs kimi "xxxx" QSC-nin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1989-cu ildən "xxxx" QSC-nin Salyan deposunda maşinist işləyir. 2022-ci ilin iyun ayında maddi vəziyyəti çətin olduğu üçün lokomitivlər üzrə saxta marşrut vərəqələri yazıb onun əsasında əlavə əmək haqqı almaq qərarına gəlmişdir. Həmin vaxt Salyan deposundan Ucar rayonuna ezam olunmuşdur. Ezamiyyə zamanı Ucar-Yevlax, Ucar-Hacıqabul marşrutları üzrə lokomotivlərin hərəkət etməsi qrafiklə nəzərdə tutulmuşdur. Əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə əlavə qeydlər aparmış və əmək haqqı almışdır.Həmçinin saxta tələbnamə əsasında yanacaq və dizel yağı götürüb, onu satdığı hallar olmuşdur. Qeyd edilmiş əməlləri 2022-ci ilin dekabr ayına qədər törətmiş, göstərilən zaman kəsiyində məhz az qrafiklə işlədiyi gün reallıqda yerinə yetirmədiyi hərəkətə dair marşrut vərəqəsinə qeydlər yazmışdır. 2023-cü ilin yay aylarında işlədiyi cəmiyyət tərəfindən yoxlama aparılmış və həmin vaxt cəmiyyətə ziyan vurulduğu müəyyən edilmişdir. Ezamiyyədə olduğu müvafiq dövrdə Gəncə, Yevlax, Ucar, Hacıqabul, Biləcəri, Bakı yük təminat məntəqələrindən yanacaq və yağ götürdüyü hallar olmuşdur. Təqdim olunmuş tələbnamələrdə “aldı” qrafasında olan imzalar onun tərəfindən icra edilmiş,müvafiq marşrut vərəqələri və tələbnamələrdəki xətt ona məxsus olmuşdur. Əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə əlavə qeydlər aparmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyini qeyd etmiş, nəticədə də həmin yerinə yetirilməmiş ikinci hərəkət üzrə faktiki olaraq əmək haqqı almışdır. Tərtib olunmuş tələbnamə əsasında yanacaq və dizel yağı götürmüşdür.Törətdiyi əməl nəticəsində dəymiş zərəri tam ödəmiş, təşkilatın ona qarşı heç bir tələbi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış zərərçəkmiş "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş Salyan deposunda maşinist köməkçisi Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi lokomotiv üzrə köməkçi kimi üzərinə düşən vəzifələri həyata keçirmişdir. Həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürülmüşdür. Həmin dövr ərzində Yevlax, Ucar, Hacıqabul təminat məntəqələrindən yanacaq və yağ götürdükləri hallar olmuşdur. Köməkçi kimi təhvil aldığı lokomotivdə marşrutun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmadığını o yoxlamış, yanacaq və yağa zərurət olduğu zaman da bu barədə maşinist Təqsirləndirilən şəxs məlumat vermişdir. Yanacaq və yağın götürülməsini maşinist Kamal özü həyata keçirmişdir. Ona tanış olmağı üçün təqdim edilmiş tələbnamələr ilə tanış olmuş, həmin sənədlərdən marşrut vərəqələrində “maşinist köməkçisinin soyadı” qrafasında onun adı qeyd edilmişdir. Ancaq həmin vərəqələri o yazmamış, müvafiq vərəqələri yazmaq maşinistin vəzifəsi olmuşdur. Tələbnamələrdə isə ümumiyyətlə onun adı, imzası və xətti yoxdur.Dəqiq xatırlamadığı tarixdə deponun rəisi Cabir ona artıq əmək haqqı ödənildiyini bildirmişdir. Şahid qismində dindirilmiş Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləyən Şahid10 ifadəsində göstərmişdir ki, iş materiallarında olan və ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür vurmuşdur. Həmin imzaları icra etməyi və möhür vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıbyazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olubolmadığını yoxlamamışdır Şahid qismində məhkəmədə ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, 1991-ci ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 1997-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində çilingər, maşinist köməkçisi və maşinist işləmiş, təxminən 1997-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqda üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdirl. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. İş materiallarında olan ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olubolmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olub-olmadığını yoxlamamışdır. Şahid qismində ifadə verən Şahid5 göstərmişdir ki, 2001-ci ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 2020-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi və maşinist, təxminən 2020-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqda üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdirl. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. İş materiallarında olan və ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" QSCdə işləmiş, həmin vaxtdan təxminən 2022-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi, təxminən 2022-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqda üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdirl. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. İş materiallarında olan və ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" QSCnin Yük daşıma departamentinin Ucar stansiyasının post növbətçisi vəzifəsində işləmişdir. Stansiyada ondan başqa daha 4 növbətçi olmuş, post növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdir. Belə ki, bir post növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. Post növbətçisi olaraq o, növbədə olduğu zaman ondan əvvəlki növbədə olmuş şəxsdən xidməti otağı və onda olan avadanlıqları təhvil almış, daha sonra isə iş prosesinə başlamışdır. İş prosesi gedişatında maşinistlər tərəfindən təqdim edilmiş marşrut vərəqələrində göstərilmiş marşrutu operatorlara bildirmiş, sonuncu tərəfindən hər hansı irad bildirilmədiyi təqdirdə marşrut vərəqəsində post növbətçisinin möhürünü müvafiq vərəqəyə vurmuşdur. Həmin möhür köhnə möhür olmuş, möhürün üzərində rus hərfləri ilə Ucar stansiyasının adı və kodu göstərilmişdir. Marşrut vərəqəsində post növbətçisi olaraq imza icra etməyi nəzərdə tutulmamış, bu səbəbdən vərəqələrdə imzalar icra etməmişdir. Lokomotiv geri qayıtdıqdan sonra da eyni qaydada operatorla əlaqə saxlanılmaqla marşrut vərəqəsində məlumatlar dəqiqləşdirilmiş, uyğunsuzluq olmadığı halda yenə də müvafiq möhür tərəfindən vərəqəyə vurulmuşdur. Qatarların hərəkət qrafikləri post növbətçisində olmamış, bildiyi qədər həmin qrafiklər depo növbətçisi və operatorlarda olmuşdur. İş materiallarında olan ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdə imzası və xətti olmamışdır. Qeyd etdiyi kimi vərəqələrdə növbədə olduğu tarixlər üzrə post növbətçisinin möhürünü vurduğu hallar ola bilsin ki, olmuşdur. İş prosesində zərurətlə bağlı olaraq xidməti otağını tərk etdiyi hallar olmuş, stansiya növbətçisi tərəfindən hazırlanmış yol vərəqəsinin post növbətçisinin möhür əksi ilə möhürlənərək maşinistə verilməsi, qatarın stansiyada dayandırılması üçün başmağın qatarın altına yerləşdirilməsi, stansiya növbətçisindən əlavə xəbərdarlıqların götürülməsi və digər səbəblərdən xidməti otağını tərk etmək məcburiyyətində olmuşdur. Post növbətçisinin xidməti otağı və möhürün saxlandığı rəf mühafizəsiz olmuş, işlədiyi stansiya tərəfindən həmin mühafizə təşkil edilməmişdir. Bu səbəbdən otağı tərk etdiyi zaman möhür də açıq rəfdə qalmışdır. Şahid qismində dindirilmiş Şahid8, Məmmədov X4 Murad Vəli oğlu ilə eyni məzmunda ifadə vermişlər. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" QSC-nin Təchizat departamentinin Yanacaq və X5 edilməsi Departamentinin Ucar təminat məntəqəsində briqadir vəzifəsində işləmişdir.İşlədiyi məntəqədə briqadirdən başqa 5 nəfər süzücü-tökücü vəzifəsində işləyən şəxs olmuş, məntəqənin rəisi vəzifəsində İldırım Məmmədov işləmişdir. Briqadir kimi əsas vəzifəsi lokomotivə yanacaq və yağın doldurulmasından ibarət olmuşdur. Hər gün saat 08:00-dan 18:00-a kimi işdə olmuş, süzücütökücülər isə hər gün növbəli qaydada işləmişlər. Belə ki, bir süzücü-tökücü hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digər süzücü-tökücü isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuş və bu qaydada süzücü-tökücü vəzifəsində işləyən şəxslər həftənin günləri üzrə müvafiq qaydada növbə üzrə işləmişlər. Lokomotivin yanacaq və ya yağla təmin olunması zərurəti yarandıqda stansiya növbətçisi bu barədə briqadirə yaxud növbətçi süzücü-tökücüyə lokomotivin yanacaq və ya yağla təmin olunması üçün təminat məntəqəsinə gəldiyini xidməti telefon vasitəsilə bildirmiş, həmin zaman briqadir yaxud növbədə olan süzücü-tökücü məntəqədəki xidməti otaqda olmuşdur. Bundan sonra lokomotiv məntəqəyə daxil olmuş, maşinist tələbnamə və marşrut vərəqəsini briqadirə yaxud növbətçi süzücü-tökücüyə təqdim etmişdir. Qeyd etdiyi qaydada ona təqdim edildiyi zaman marşrut vərəqəsində maşinistə aid zəruri qeydlər, yəni maşinist və maşinist köməkçisinin adı, marşrut vərəqəsinin tarixi və nömrəsi, lokomotivdəki yanacaq və yağın qalığına dair məlumatlar, tələbnamədə isə “kimin vasitəsilə”, “tələb etdi”, “Baş(böyük) mühasib” qrafalarında yazılar və imzalar, o cümlədən müvafiq deponun möhürü olmuşdur. Daha sonra maşinist nə qədər yanacaq və yağa ehtiyacının olduğunu ona bildirmiş, o da həmin zaman məntəqənin rəisi İldırım Məmmədova məntəqədə şifahi olaraq yaxud mobil telefon vasitəsilə zəng edərək maşinistin tələb etdiyi yanacaq və yağ barədə məlumat vermiş, sonuncu da tələb olunan çəkidə yanacaq və yağın lokomotivə doldurulmasına etiraz etməkdikdən sonra müvafiq çəkidə yanacaq və yağı lokomotivə doldurmuşdur. İş prosesində səhər saat 09:00-dan 18:00dək (13:00-14:00 nahar fasiləsi istisna olmaqla) İldırım Məmmədov məntəqədə olmuşdur. Həmin iş saatlarından əlavə vaxtlarda İldırım Məmmədovla əlaqə saxlamaq istədikdə sonuncunun mobil telefon nömrəsinə zəng edərək qeyd etdiyi hallar barədə sonuncuya məlumat vermişdir. Daha sonra tələbnamədə doldurulmuş yanacaq və yağın çəkisini, marşrut nömrəsini, tələbnamənin tərtib edildiyi tarixi öz xətti ilə qeyd etmiş, “təhvil verdi” qrafasında imzalamış və xidməti otağında olan məntəqənin möhürü ilə müvafiq tələbnaməyə möhür əksi vurmuşdur. Həmçinin maşinist də onun yanında “aldı” qrafasında imza icra etmişdir. O cümlədən tələbnamənin aid olduğu marşrut vərəqəsinin arxasında da lokomotivə vurulmuş yanacaq və yağın çəkisinə dair məlumatları öz xətti ilə qeyd etmiş və müvafiq möhür ilə möhür əksi vurmuşdur. Bundan sonra lokomotiv marşrutun icra edilməsi üçün məntəqədən ayrılmışdır. İş materiallarında olan təqdim edilmiş tələbnamələr və həmin tələbnamələrin aid olduğu eyni tarixli marşrut vərəqələri ilə tanış olmuş, həmin sənədlərdən tələbnamələrin hamısı maşinist kimi qeyd edilmiş şəxslər tərəfindən ona təqdim edildiyi zaman tələbnamələrdə “kimin vasitəsilə”, “tələb etdi”, “Baş(böyük) mühasib” qrafalarında yazılar və imzalar olmuş, o cümlədən tələbnamələrdə Salyan deposunun möhürü olmuşdur. Salyan deposunun maşinisti Təqsirləndirilən şəxs müvafiq tələbnamələr və marşrut vərəqələrinin bəziləri əsasında işlədiyi məntəqəyə yaxınlaşmış, işdə olduğu üçün müvafiq maşinist nə qədər dizel yanacağı və dizel yağı istəmişdirlərsə o, bu barədə İldırıma məlumat vermiş, sonuncunun da razılığı əsasında yanacaq və yağı lokomotivə doldurmuşdur. Yanacaq və yağın doldurulması zamanı o, tələbnamayə təhvil verilmiş yanacaq və yağın çəkisi, marşrut vərəqəsinin nömrəsini dair qeydləri yazmış, daha sonra “buraxdı” qrafasında imzalar icra etmiş, həmçinin xidməti otaqda olan məntəqənin möhürü ilə imza icra etdiyi qrafanın üzərinə möhür əksi vurmuşdur. Həmçinin yanacağı təhvil alan maşinist də “aldı” qrafasında imzalar icra etmişdir. Tələbnamədə yazdığı müvafiq qeydləri o, eyni tarixli marşrut vərəqəsinin arxasına da qeyd etmiş, imzalamış və möhür əksi vurmuşdur. Təqsirləndirilən şəxslə hər hansı sövdələşmə nəticəsində hər hansı çəkidə yanacaq və yağı mənimsəməmiş, qeyd edilmiş sənədlər əsasında yanacaq və yağı lokomotivə izah etdiyi qaydada doldurmuşdur. Müvafiq tələbnamələr əsasında, o cümlədən ümumiyyətlə yanacaq və yağ məntəqədən tələb olunduğu zaman lokomotivin çənində nə qədər yanacaq və yağ olduğunu heç vaxt yoxlamamış, maşinistin marşrut vərəqəsində qeyd etdiyi qalıq çəkidə yanacaq və yağa baxmaqla kifayətlənmiş və maşinist nə qədər yanacaq və yağ istəmişdirlərsə o qədər də yanacaq və yağ vermişdir. Şahid qismində dindirilmiş Şahid11, Şahid3, Həsənov X3 Şəfi Hacı oğlu ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmədə tədqiq olunmuş Məhkəmə-xətşünaslıq ekspertizasının 27 fevral 2024-cü il tarixli 4/202 nömrəli rəyində xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 21 fevral 2024-cü il tarixli 9/420-9/550 nömrəli rəyində Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqələri üzrə həmin vərəqələrdə adları qeyd edilmiş maşinist və maşinist köməkçilərinə ümumilikdə 627,39 manat məbləğində əmək haqqı hesablanıldığı və ödənildiyi göstərilmişdir. "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələrinin fəaliyyətinə dair xx.xx.2021-xx.xx.2023-cü illər üzrə aparılmış yoxlama nəticəsinə dair tərtib edilmiş 09 avqust 2023-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, rəsmi sənədlər saxtlaşdırılmaqla vəzifəli şəxslər tərəfindən "xxxx" QSC-nin Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 58167,04 manat məbləğində ziyan vurulmuşdur. Belə ki, müvafiq sahə üzrə yoxlanılan dövrdə Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Ucar-Yevlax-Ucar, Yevlax-Ucar- Yevlax, Ucar-Hacıqabul-Ucar, Ucar-Başələt-Ucar və digər marşrut üzrə yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU- 30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 116 ədəd yol vərəqəsində dizel yanacağı 59926 kq dəyəri 50760,83 manat,dizel yağı 1797,78 kq dəyəri 3019,61 manat, maşinistin əmək haqqı 2273,96 manat, maşinist köməkçisinin əmək haqqı 2112,64 manat olmaqla, ümumilikdə 58167,04 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 116 ədəd yol vərəqəsi ilə gediş üzrə 278955 ton (brutto), gəliş üzrə 204702 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Həmçinin həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, qatarların hərəkət qrafikində olmayan Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə marşrutları üzrə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli marşrut vərəqəsi üzrə 401 kq dizel 340,85 manat və 12,03 kq dizel yağı 19,45 manat, xx.xx.2022-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 264 kq dizel 224,40 manat və 7,92 kq dizel yağı 12,80 manat, xx.xx.2022-ci il tarixli 85 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 339,15 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 409 kq dizel 347,65 manat və 12,27 kq dizel yağı 19,84 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 416 kq dizel 353,60 manat və 12,48 kq dizel yağı 20,18 manat, xx.xx.2022-ci il tarixli 25 nömrəli marşrut vərəqəsi üzrə 255 kq dizel 216,75 manat və 7,65 kq dizel yağı 12,37 manat, xx.xx.2022-ci il tarixli 31 nömrəli marşrut vərəqəsi üzrə 390 kq dizel 331,50 manat və 11,70 kq dizel yağı 18,91 manat, xx.xx.2022-ci il tarixli 55 nömrəli marşrut vərəqəsi üzrə 422 kq dizel 358,70 manat və 12,66 kq dizel yağı 20,47 manat, xx.xx.2022-ci il tarixli 75 nömrəli marşrut vərəqəsi üzrə 259 kq dizel 220,15 manat və 7,77 kq dizel yağı 12,56 manat, xx.xx.2022-ci il tarixli 08 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 254 kq dizel 215,90 manat və 7,62 kq dizel yağı 12,32 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 25 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 28 nömrəli marşrut vərəqəsi üzrə 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 235 kq dizel 199,75 manat və 7,05 kq dizel yağı 11,40 manat, xx.xx.2022-ci il tarixli 45 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 336,76 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 03 nömrəli marşrut vərəqəsi üzrə 428 kq dizel 361,23 manat və 12,84 kq dizel yağı 20,76 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli marşrut vərəqəsi üzrə 260 kq dizel 219,44 manat və 7,80 kq dizel yağı 12,61 manat, xx.xx.2022-ci il tarixli 45 nömrəli marşrut vərəqəsi üzrə 254 kq dizel 214,38 manat və 7,62 kq dizel yağı 12,32 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 257 kq dizel 216,91 manat və 7,71 kq dizel yağı 12,46 manat, xx.xx.2022-ci il tarixli 50 nömrəli marşrut vərəqəsi üzrə 512 kq dizel 432,13 manat və 15,36 kq dizel yağı 24,83 manat, xx.xx.2022-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 190 kq dizel 160,36 manat və 5,70 kq dizel yağı 9,21 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə Yevlax şəhəri, Şəkitayı küçəsində yerləşən Yevlax təminat məntəqəsindən 1224 kq dizel 1033,06 manat və 36,72 kq dizel yağı 59,36 manat, cəmi 6.999,86 manat dəyərində 8260 kq çəkidə dizel yanacağı və cəmi 400,59 manat dəyərində 247,80 kq çəkidə dizel yağı götürülmüşdür. "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 76995 nömrəli əmri ilə Təqsirləndirilən şəxs "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edildiyi görünür. Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən Təqsirləndirilən şəxs lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, cəmi 23 ədəd marşrut vərəqələri, xx.xx.2022-ci il tarixli 189 nömrəli, xx.xx.2022-ci il tarixli 215 nömrəli, xx.xx.2022-ci il tarixli 520 nömrəli, xx.xx.2022-ci il tarixli 594 nömrəli, xx.xx.2022-ci il tarixli 617 nömrəli, xx.xx.2023-cü il tarixli 618 nömrəli, cəmi 6 ədəd tələbnamələrin və eyni tarixli 23 ədəd qatarların hərəkət qrafikinin müqayisəsindən görünür ki, həmin marşrut vərəqələri və tələbnamələrdə həqiqətə uyğun olmayan məlumatlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan sənədlər əsasında nəzərdə tutulmuş yanacaq və yağ Ucar, Hacıqabul və Yevlax təminat məntəqələrindən götürülmüşdür. Əmək haqqı hesablanması və ödənilməsi cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 23 ədəd müvafiq saxta marşrut vərəqələri əsasında "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti Təqsirləndirilən şəxs və həmin sahənin maşinist köməkçisi – Şahid2 adına 627,39 manat məbləğində əmək haqqı hesablanaraq ödənilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********07 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə 8.027,84 manat Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənişi qismində ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, cəmi 23 ədəd marşrut vərəqələri, xx.xx.2022-ci il tarixli 189 nömrəli, xx.xx.2022-ci il tarixli 215 nömrəli, xx.xx.2022-ci il tarixli 520 nömrəli, xx.xx.2022-ci il tarixli 594 nömrəli, xx.xx.2022-ci il tarixli 617 nömrəli, xx.xx.2023-cü il tarixli 618 nömrəli, cəmi 6 ədəd tələbnamələrin əsilləri 05 mart 2024-cü il tarixli qərarla sübut kimi kimi tanınaraq işə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə düzgün tövsif olunmuş, lakin CM-nın 308.1-ci maddəsi CM-nın 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-nın 308.1-ci maddəsi ona verilmiş ittihamdan xaric olunmalıdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və Azərbaycan Respublikası CM-nın 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu israf etmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nın 318.1-ci madəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi vəümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində, cərimə növündə cəzanı təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 427 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: ünvan 2, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə dörd min manat miqdarında cərimə, Azərbaycan Respublikası CM-nın 313-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə min beş yüz manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla üzərində dörd min beş yüz manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 427 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: ünvan 2, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-79/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-79/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver