Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-8/2023 08.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Salyan rayonu Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,972 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin noyabrın 1-də saat 15:00 dəqiqədə Salyan rayonu Marışlı kəndində yaşadığı evin yaxınlığında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 15:30 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki,01 noyabr 2022-ci ildə saat 11-12 radələrində evdə olduğu vaxt polis əməkdaşları gəlib onu evdən götürərək polis şöbəsinə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş, lakin üzərində heç nə aşkar olunmamışdır.Daha sonra polis əməkdaşı Tural Məlikovn onun cibinə əlini salaraq üzərindən metamfetamin çıxarmışdır.Həmin maddənin ona məxsus olmadığını bildirsə belə əməliyyatçılar onu döyərək həmin maddənin ona məxsus olmasını deməsini tələb etmişlər.Ona görə də məcbur olaraq boynuna almışdır.Onu döyən Tural olmamış, digər polis əməkdaşları olmuşdur.Döyülməsi barədə prokurorluqda yoxlama aparılmış, lakin yoxlama səthi aparılmışdır.Çəkiliş düzgün aparılmamış, çəkiliş nömrəli olmalıdır. İş üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını demişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli məhkəmə baxışında etiraf etməsə belə, onun törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2022-ci il noyabrın 1-də polis şöbəsinə Salyan rayonu Marışılı kənd sakini Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və saat 15 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu Marışılı kəndində yaşadığı evin yaxınlığında piyada halda hərəkət etdiyi vaxt tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində Qabil əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli salfet kağızı bükülünü təqdim edərək metamfetamin olduğunu və kənd qəbristanlığında tapdığını demişdir.Daha sonra Qabilin üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan salfet bükümü elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 2,17 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan salfet bükümü müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Onun üzərinə heç kim psixiotrop maddə qoymamış və onu heç kim döyməmişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində məhkəmədə ifadə verən təqstirləndirilən şəxsin atası X4 bildirmişdir ki, oğlu narkotik maddələr qəbul etdiyinə görə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir.Oğlu Qabil evdə daim narahatçılıq yaratmış, evdəki əşyaları aparıb satmış və narkotik maddə əldə etmişdir.Oğlu dəfələrlə yolda narkotik maddə qəbul etdiyinə yıxılıb qalmışdır.01 noyabr 2022-ci ildə saat 11 radələrində polis əməkdaşları onu tutub polisə aparımşlar.Üzərində hansı maddənin çıxmasından, döyülməsindən və sair hərəkətlərdən məlumatı olmamışdır. Oğluna az müddətdən ibarət cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsi ilə onun istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğundan Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilmiş və həmin ifadəsində göstərmişdir ki, təxminən 1 ildir “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir, əvvəlki müddətdə də narkotik vasitə saxladığına görə məhkum olunmuşdur. 2022-ci il oktyabrın 30-da saat 13-14 radələrində yaşadığı kənddə yerləşən qəbiristanlığın kənarından keçdiyi vaxt yerdə bükülmüş halda olan salfet kağızı diqqətini cəlb etmiş, həmin salfet kağızının içində olan kütlə kənardan parıldamışdır. Salfet kağızını əlinə götürüb içinə baxdıqda içində psixotrop maddə metamfetamin olduğunu görmüş, özü də metamfetamin istifadə etdiyi üçün içində metamfetamin olan həmin salfet kağızını götürüb şalvarının cibinə qoymuşdur. Sonrakı müddətdə tapdığı metamfetamini istifadə etmək məqsədilə üzərində saxlamış və bir dəfə ondan az miqdarda istifadə etmişdir. 2022-ci il noyabrın 1-də saat 15 radələrində Salyan rayonu Marışlı kəndində yaşadığı evin yaxınlığında piyada halda gəzdiyi vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə və üzərində saxlamaqda şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunaraq bununla bağlı bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı ağ rəngli salfet kağızına bükülmüş halda olan psixotrop maddə metamfetamini və əynində olan qara rəngli jiletinin sol yan cibində olan 2 ədəd “Argo” markalı siqaretini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi 2 ədəd “Argo” markalı siqaretə baxış keçirdikdən sonra bükülmüş halda olan salfet kağızının içinə baxmış və içində olan kütlənin psixotrop maddə metamfetaminə oxşadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin metamfetamini 2022-ci il oktyabrın 30-da yaşadığım kənddə yerləşən qəbiristanlıq ərazidə yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetamin olan salfet bükümü elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 2,17 qram olduğu müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetamin olan salfet bükümü müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 2 ədəd “Argo” markalı siqaret özünə qaytarılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini 2022ci il oktyabrın 30-da saat 13-14 radələrində yaşadığı kənddə yerləşən qəbiristanlıq ərazidə yerdən tapmışdır. Psixotrop maddə istifadəçisi olduğum üçün həmin metamfetamini də öz istifadəsi üçün götürüb saxlamış, əldə etdiyi və ya üzərində saxladığı vaxt satış məqsədi olmamışdır. Həmin metamfetamindən heç kimə pay verməmiş yaxud satmamışdır. Saxlanılarkən təmiz çəkisi 0,972 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan şalvarının cibində olmuş, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq edilməmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Eyni zamanda təqsirləndirilən şəxs qismində məhkəmənin 27 dekabr 2022-ci il tarixdə keçirilən iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, marixuana və tiryəkdən həmişə istifadə etmişdir.Üstündə aşkar olunmuş narkotik vasitə ona məxsus deyildir. Əməliyyatçılar onu evdən götürmüş və narkotik maddəni üzərinə Tural adlı əməkdaş qoymuşdur.7 ildir ki, narkotik maddə qəbul edir.Tutulmamışdan 4 gün əvvəl narkotik maddə qəbul etmişdir.Tural əlini cibinə salaraq narkotik maddəni çıxarmışdır. Polis şöbəsində onu Tural döymüşdür. Məhkəmədə elan olunmuş Salyan rayon prokurorunun köməkçisi X2 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünün bildirdiyi kimi istintaq dövründə Tural adlı polis əməkdaşı tərəfindən döyülməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. 2022-ci il noyabrın 1-də Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd salfet kağızı bükümündə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1186 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi – 0,972 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). Məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 1131 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 18 fevral 2015-cil tarixli qərarına əsasən 05 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 1(005)- 127/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 7(057)-53/2015 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 16 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 14 noyabr 2022-ci il tarixli, 2723 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya digər hər hansı xəstəliklər üzrə qeydiyyatda yoxdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,972 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,922 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır.Onun üzərində aşkar olunmuş psixiotrop maddənin ona məxsus olmaması, Tural adlı əməkdaş tərəfindən üzərinə qoyulması və həmçinin döyülməsi barədə irləi sürdükləri vəsatətlər məhkəmə baxaşı zamanı araşdırılmış və tam təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, hazırda məhkumluğu olmasa belə əvvəllər oxşar cinayətə görə məhkum olunması, narkotik maddələrdən istifadə etməyə görə ailə üzvü olan atasının onları narahat etmə səbəbindən şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinnetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli,cəzaçəkməsinin əvvəli 01 noyabr 2022-ci ildən hesablanmalıdır. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,922 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkməsinin əvvəli 01 noyabr 2022-ci ildən hesablansın. Barəsində 03 noyabr 2022-ci ildə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,922 qram psixiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-8/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-8/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver