Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-8/2024 16.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Salyan rayon Vəkil Bürosunun vəkilləri X18 və Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, "xxxx" ASCnin X20 Təchizatı və Satışı İdarəsi X12nin hava və kabel xidmətində elektrik quraşdırıcısı (montyor) işləmiş, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə, xx.xx.1968-ci ildə Salyan rayonu Çuxanlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkum olunmamış, "xxxx" ASC-nin X20 Təchizatı və Satışı İdarəsinin X4 sahə ustası işləyən, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, 13 aprel 2015-ci ildən "xxxx" ASC-nin X20 Təchizatı və Satışı İdarəsinin X4 hava və kabel xidmətində elektrik quraşdırıcısı (montyor) vəzifəsində işləyərkən Salyan rayonu, Şorsulu kəndində yenidənqurmadan sonra kompleks transformator məntəqələrinin sxemə qoşulması işinin aparılması ilə əlaqədar Salyan rayonu Seyidlər kəndindəki sxemdən ayrılmış ******* kod nömrəli 250 kilovolt-amper gücündə olan transformatorun yanındakı dirəkdə təmir işinin aparılması, yəni 35/10 kilovoltluq Şorsulu yarımstansiyasından 10 kilovoltluq “Ağ evlər” hava xəttinin yağ açarı, xətt və şin ayırıcısının açılması məqsədilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 33 №-li “Naryadburaxılış”a əsasən həmin işin yerinə yetirilməsinə “işə buraxan” təyin edilməklə xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş əmək funksiyasına görə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş prosedur, əmr və təlimatlara, habelə bilavasitə tabe olduğu vəzifəli şəxslərin göstərişinə əməl etmək, vəzifə öhdəliklərini vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirmək, şəbəkədə sxem dəyişiklikləri və qəzanın ləğvi ilə əlaqədar əməliyyatlar aparmaq səlahiyyətlərinə malik olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 41 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci bəndinə əsasən, avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinintəsdiqlənməsini, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasını, idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasını, elektrik və ya istilik qurğularında işlərə buraxılan briqadaların vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsini, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasını, buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarınınverilməsini istisna etmək məqsədilə verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünü təmin etməli olduğu, halda qeyd olunan tələblərə əməl etməyərək öz hərəkətinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində onları görməyərək qeyd olunan işin yerinə yetirilməsi ilə əlaqədar 14 iyul 2023-cü il tarixdə saat 09 radələrində briqada üzvləri ilə birlikdə Salyan rayonu, Seyidlər kəndinə gedib 35/10 kilovoltluq Şorsulu yarımstansiyasından 10 kilovoltluq “Ağ evlər” xəttini şəbəkədən ayırmaq əvəzinə səhvən “Seyidlər” xəttini ayırmaqla əməliyyatın düzgün aparılmasını təmin etməməsi nəticəsində elektrik quraşdırıcısı (montyor) işləmiş X9 gərginlik altında olan 10 kilovoltluq “Ağ evlər” xəttinin dirəyinə qalxıb giriş kabelinin ayrıcını açan zaman yüksək gərginlikli elektrik cərəyanı təsirindən baş vermiş elektrik vurması ilə ehtiyatsızlıqdan sonuncunun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid sol qulaqarxası nahiyədə, boynun arxa nahiyəsində, döş qəfəsinin arxa səthində sağda, sağ saidin orta 1/3-nin bayır səthində, sağ bilək nahiyəsində, sol əlin İ, İİ barmağının ovuc səthində, sağ budun yuxarı 1/3-nin iç səthində, sol budun yuxarı 1/3-nin iç səthində, sağ diz büküşündə, sol diz büküşündə orta hissəsi çökək sarımtıl-qonur rəngli nisbətən bərk konsistensiyalı elektrik nişanələri, elektrometka zədələri alması nəticəsində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Adıgözəl oğlu Azərbaycan Respublikasının CM-nin162.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 aprel 2015-ci ildən "xxxx" ASC-nin X20 Təchizatı və Satışı İdarəsinin X4 sahə ustası vəzifəsində işləyərkən Salyan rayonu, Şorsulu kəndində yenidənqurmadan sonra kompleks transformator məntəqələrinin sxemə qoşulması işinin aparılması ilə əlaqədar Salyan rayonu Seyidlər kəndindəki sxemdən ayrılmış ******* kod nömrəli 250 kilovolt-amper gücündə olan transformatorun yanındakı dirəkdə təmir işinin aparılması, yəni 35/10 kilovoltluq Şorsulu yarımstansiyasından 10 kilovoltluq “Ağ evlər” hava xəttinin yağ açarı, xətt və şin ayırıcının açılması məqsədilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 33 №-li “Naryad-buraxılış”a əsasən həmin işin yerinə yetirilməsinə “iş icraçısı” təyin edilməklə xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş əmək funksiyasına görə tabeliyində olan işçi heyətinin təhlükəsizliyini, əməyin təhlükəsizliyini, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, əməliyyatlar zamanı alçaq və yüksək gərginlikli paylayıcı qurğularda qoruyucularındəyişdirilməsi, torpaqlamaların qoyulması, meqoommetr ilə işləmə qaydalarını, fazalaşdırma və mühafizə vasitələrindən istifadə qaydalarını bilməklə meqoometrlə və gərginlik zədə göstəricisi ilə transformator və kabellərin vəziyyətini yoxlamaq, elektrik avadanlığında qoruyucuları dəyişmək, fazalaşma aparmaq, torpaqlama quraşdırıb çıxartmaq, elektrik avadanlıqlarına və mühafizələrinə baxış keçirtmək, qurğularda yük və gərginlik ölçmələrini aparmaq səlahiyyətlərinə malik olmaqla texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 41 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurgularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.13-cü bəndinə əsasən hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğunu, briqada üzvlərinin xüsusi təlimatlandırılmasının dəqiqliyinə və tam olmasını, zəruri mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğunu, sazlığını və düzgün istifadə edilməsini, iş yerində, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün, müəyyən davranışların qadağan edilməsini və ya bu barədə xəbərdarlıq edilməsini, həmçinin istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasını, özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasını və təhlükəsizlik üzrə qaydalara riayət etmələrini və briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsini təmin etməli olduğu, halda qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyərək öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində onları görməyərək qeyd olunan işin yerinə yetirilməsi ilə əlaqədar 14 iyul 2023-cü il tarixdə saat 09 radələrində briqada üzvləri ilə birlikdə Salyan rayonu, Seyidlər kəndinə gedib kompleks transformator məntəqələrinin sxemə qoşulması işinin aparılması zamanı hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğunu, briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsini və digər müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini təmin etməyərək elektrik quraşdırıcısı (montyor) Təqsirləndirilən şəxs1 35/10 kilovoltluq Şorsulu yarımstansiyasında 10 kilovoltluq “Ağ evlər” xəttini şəbəkədən ayırmaq əvəzinə səhvən “Seyidlər” xəttini şəbəkədən ayırması ilə əməliyyatın düzgün aparılmasının təmin edilməməsi və elektrik quraşdırıcısı (montyor) işləmiş X9 gərginlik altında olan 10 kilovoltluq “Ağ evlər” xəttinin dirəyinə qalxıb giriş kabelinin ayrıcını açan zaman yüksək gərginlikli elektrik cərəyanı təsirindən baş vermiş elektrik vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid sol qulaqarxası nahiyədə, boynun arxa nahiyəsində, döş qəfəsinin arxa səthində sağda, sağ saidin orta 1/3-nin bayır səthində, sağ bilək nahiyəsində, sol əlin İ, İİ barmağının ovuc səthində, sağ budun yuxarı 1/3-nin iç səthində, sol budun yuxarı 1/3-nin iç səthində, sağ diz büküşündə, sol diz büküşündə orta hissəsi çökək sarımtıl-qonur rəngli nisbətən bərk konsistensiyalı elektrik nişanələri, elektrometka zədələri alması nəticəsində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olması, onların özlərinin ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ərizəsi, ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə elektrik cərəyanı vurması nəticəsində Salyan rayonu Seyidlər kəndindəki hadisə yerində ölmüş X7 elektrik montyoru X14 uzun illərdir tanıyır. Onunla münasibəti normal olmuş və aralarında heç bir düşmənçilik və şəxsi ədavətləri olmamışdır. Təxminən 2-3 iyul tarixlərində briqada ilə birlikdə Salyan rayonu Şorsulu kəndinə gedib oradakı 35/10 kv-luq Şorsulu yarımstansiyasının xəttini sxemə qoşduqdan sonra Seyidlər kəndində olan hansısa transformatorda nasazlıq olduğunu və cərəyanın torpağa ötürüldüyünü bilmişlər. Bundan sonra Seyidlər kəndinə gedərək orada yeni quraşdırlmış transformatorları sxemə qoşmağa başlamışlar. Həmin nasazlığı tapmaq üçün bir-bir transformatorları və xətləri yoxlamışlar. ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun giriş xəttindən səs gəldiyini eşidib nasazlığın həmin yerdə olduğunu müəyyən etmişlər. Elnur Kazımov dirəyin üst tərəfində baxan zaman həmin transformatorun giriş kabelinin sonluq muftasının qaraldığını və yerlə əlaqələndiyini xəbər vermişdir. Ondan sonra həmin transformatoru sxemdən çıxardıb “ağ evlər” xəttinə gərginlik vermişlər və həmin transformator gərginliksiz qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Seyidlər kəndindəki sxemdən ayırdıqları ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun yanında təmir işinin aparılması ilə əlaqədar 33 nömrəli naryad tərtib edilmiş, naryada əsasən iş rəhbəri Şahid2, iş icraçısı Təqsirləndirilən şəxs2, buraxılış-verən özü, briqada üzvləri Elnur Kazımov, Şahid1 iş sahəsinə getmişlər. Daha sonra iş rəhbəri Şahid2 35/10 kv-luq Şorsulu yarımstansiyasından “ağ evlər” xəttini şəbəkədən ayırmağı və ******* kod nömrəli transformatorun yanına gəlməsini tapşırmışdır. O da briqadanın yanından ayrılıb yarımstansiyaya getmişdir. O, yarımstansiyadan “ağ evlər” xəttini açmaq əvəzinə səhvən “seyidlər” xəttini açmışdır. Belə ki, həmin kəndə əvvəllər “seyidlər” adlandırdıqları xətt vasitəsi ilə elektrik enerjisi verilmiş, “Ağ evlər” adlandırdıqları elektrik xətti isə təxminən 2-3 ay əvvəl çəkilib yekunlaşmış və işlər tam qurtardıqdan sonra “seyidlər” xətti ləğv olunmalı olmuşdur. O, hər zaman “Seyidlər” xəttini ayırdığı üçün bu dəfə də səhvən həmin xətti açıb hadisənin baş verdiyi dayağın yanına gəlmişdir. Xətti açmamışdan əvvəl baş mühəndis Şahid3 4 dəfə zəng etsə də o, telefona cavab verməmişdir. Buna görə ona demədən xətti açmışdır. O, briqadanın yanına gedib xətti açdığını bildirmişdir. O, dayağa çıxmalı olsa da onlara belinin ağrıdığını demiş və bu zaman Elnur ona özünün çıxa biləcəyini bildirmişdir. Ələsgər onun çıxmasını tələb etsə də Elnur təkidlə özünün çıxacağını demişdir və buna görə də belinə kəmər bağlayıb kabelin sonluq muftasını dəyişmək üçün dirəyə dırmaşmağa başlamışdır. Pirverdi ilə Ələsgər transformatorun açarını götürüb qapısını açmışlar və içəri daxil olmuşlar. O isə həmin vaxt dayağın aşağısında dayanmışdır. Ələsgər isə öz telefonu ilə təmir işinin videoqeydiyyatını aparmışdır. Şahid2 bir anda elektrik xəttindən cərəyan olduğunu demiş, o da başını qaldırıb dirəyə baxanda Elnurun dirəyin üzərində ayaq üstə quruyub qaldığını, daha sonra isə ayırıcının üstünə əyildiyini görmüşdür. Bu zaman səhv xətti açdığını başa düşmüşdür. Sonra o, dərhal özünün “Vaz 2106” markalı avtomobilinə minib təkrar xətti açmaq üçün Şorsulu yarımstansiyasına getmiş, qayıdan zaman yol kənarında Şəbəkəyə məxsus səbət maşınını gördüyü üçün ona arxasınca gəlməsini tapşırmış, səbət maşını gəldikdən sonra köməkli şəkildə meyiti dirəkdən götürüb yerə qoymuşlar. Elnurun bədənindəki yaraları görəndə onun artıq öldüyünü başa düşmüşdür. Buna görə də meyiti şəbəkənin işçisi Əsgərin avtomobilinə mindirib Salyan RMX-na aparmışlar. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman orada ondan başqa, montyor Şahid1, sahə ustası Təqsirləndirilən şəxs2 və Şahid2 olmuşdur. Transformatorların giriş xəttindəki kabellərin muftası tez-tez xarab olmuş, həmin dayaqda yaranan nasazlıq birinci dəfə olsa da kənddə bir sıra dayaqların sonluq muftası onlar tərəfindən dəyişdirilmişdir. Həmin vaxtı da işçilər arasında xəsarət alan və ya ölən olmamışdır. Hadisə baş verən elektrik dirəyində qəza yarandığı hallarda onun düzəldilməsinə X7 mühəndis briqadası baxaraq nöqsanı aradan qaldırmışlar, əgər xırda nasazlıq olarsa ona kəndin montyoru, yəni o və ya Həsən Hüseynov xidmət göstərməli olmuşdur. Bundan başqa həmin dirəyə elektrik enerjisinin verilişi X12 tərəfindən təmin olunmuşdur. Həmçinin hər bir işçi ilə, eləcə də onunla və Elnur Kazımovla "xxxx" ASC kadrlar şöbəsində əmək müqaviləsi bağlanmışdır. Salyan EŞ-də işçilərə 5 cür təlimat keçirilmiş, birinci təlimat işçilər işə qəbul olunduğu vaxt, ikincisi ayda bir dəfə, üçüncüsü hər hansı fors-major hadisə baş verdikdə təkrar təlimat, dördüncüsü illik təlimat, beşincisi isə iş yerində iş öncəsi təlimat keçirilmişdir. Xətt açıldıqdan sonra əgər dayaq ortadadırsa həmin dayaqdan əvvəlki və sonrakı dayaqlarda torpaqlama qoyulur. Həmin dirək sonuncu dirək olduğu üçün dirəyin xətti açıldıqdan sonra ora torpaqlama qoyulmalı olmuş, lakin xəttin açılmasına imkan yaranmamış və həmin an hadisə baş verdiyi üçün torpaqlama qoyula bilməmişdir. Hər bir işçi, o cümlədən də Elnur Kazımov xüsusi geyim forması və fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir və Elnur iş gördüyü zaman da kəmərdən və xüsusi geyimdən istifadə etmişdir. Seyidlər kəndinə əvvəllər eyni kodlu köhnə transformator vasitəsi ilə elektrik enerjisi verilmiş, hadisənin baş verdiyi dirək və onun yanındakı transformator məntəqəsi isə yeni qurulmuş və yarımstansiyada “ağ evlər” xəttinə qoşulmuşdur. O, fikirli olduğu üçün yeni xəttlərin “ağ evlər” xəttinə birləşdiyini unutmuş və “Seyidlər” xətti adlandırdıqları köhnə elektrik transofmatorunu xətdən ayırmışdır. Buna görə də iş görəcəkləri dirək gərginlik altında qalmışdır. xx.xx.2023-cü il tarixdə “Seyidlər” kəndi ərazisində aparılan işlərlə əlaqədar özü tərəfindən təsdiq edilmiş 33 nömrəli naryada əsasən həmin işlərə iş rəhbəri Şahid2, iş icraçısı kimi Təqsirləndirilən şəxs2, buraxılış-verən isə özü təyin edilmişdir.Elnur Kazımov spirtli içkilərə meyilli olmamış, heç vaxt spirtli içki qəbul etməmişdir. Ümumiyyətlə iş vaxtı spirtli içki içilməsi və ya işə sərxoş halda gəlinməsi qadağan olunduğundan işçilərin heç biri, o cümlədən də Elnur Kazımov iş vaxtı spirtli içkilər qəbul etməmişdir. Elnur Kazımovun öz sağlamlığı ilə əlaqədar hər hansı narazılığı və şikayətinin olub-olmamasını eşitməmiş və görməmişdir. Bundan başqa işçilərin hamısı iki ildən bir həkim komissiyasından keçmişlər. Sonda Təqsirləndirilən şəxs1 özünün 1-ci Qarabağ müharibəsi iştirakçısı, oğlunun isə 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, X7 elektrik montyoru X14 1994-cü ildən tanımış, onunla münasibəti normal olmuşdur. Elnur Kazımov onun tabeliyində işləmişdir. Təxminən 2-3 iyul tarixlərində briqada ilə birlikdə Salyan rayonu Şorsulu kəndinə gedib oradakı 35/10 kv-luq Şorsulu yarımstansiyasının xəttini sxemə qoşduqdan sonra Seyidlər kəndində olan hansısa transformatorda nasazlıq olduğunu və cərəyanın torpağa ötürüldüyünü bilib Seyidlər kəndinə gedərək orada yeni quraşdırlmış transformatorları sxemə qoşmağa başlamışlar. Həmin nasazlığı tapmaq üçün bir-bir transformatorları və xəttləri yoxladıqda ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun giriş xəttindən səs gəldiyini eşidib nasazlığın həmin yerdə olduğunu müəyyən etmişlər. Elnur Kazımov dirəyin üst tərəfinə baxan zaman həmin transformatorun giriş kabelinin sonluq muftasının qaraldığını və yerlə əlaqələndiyini demişdir. Ondan sonra həmin transformatoru sxemdən çıxardıb “ağ evlər” xəttinə gərginlik vermişlər və həmin transformator gərginliksiz qalmışıdır. xx.xx.2023-cü il tarixdə saat 08:30-da tərtib edilmiş naryad əsasında X13n iş rəhbəri Şahid2, iş icraçısı kimi özü, buraxılış verən kimi Təqsirləndirilən şəxs1, elektrik montyorları Şahid1, Elnur Kazımovla birlikdə çıxıb Seyidlər kəndinə yola düşmüşlər. Onlar birbaşa sxemdən ayırdıqları ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun yanına getmişlər. İş rəhbəri Şahid2 Təqsirləndirilən şəxs1 gedib “ağ evlər” xəttini şəbəkədən ayırmasını, sonra ******* kod nömrəli transformatorun yanına gəlməsini tapşırmışdır. Asəf də 35/10 kv-luq Şorsulu yarımstansiyasının yanına yola düşmüşdür. Onlar transformatorun yanına çatdıqdan sonra Asəf də onların yanına gəlib “ağ evlər” xəttini açdığını bildirmişdir. Asəf həmin xətti açmamışdan əvvəl baş mühəndis Şahid3 məlumat verməli olduğu halda ona məlumat vermədiyini, Mehmana zəng etsə də onun telefona cavab vermədiyini bildirib, özbaşına həmin xətti açdığını demişdir. Dayağın üstündə kabel xətti açılmalı olduğu üçün Asəf həmin xəttə çıxmalı olmuş, lakin Asəf belinin ağrıdığını dediyi üçün Elnur dirəyə çıxa biləcəyini bildirmişdir. O, Elnura dirəyə çıxmamalı olduğunu desə də Elnur çıxacağını deyib kəməri belinə taxmış və kabelin sonluq muftasını dəyişmək üçün dirəyə dırmaşmağa başlamışdır. Pirverdi ilə o da transformatorun açarını götürüb qapısını açmışlar və içərisinə daxil olmuşlar. Həmin vaxt Şahid2 elektrik xəttindən səs gəldiyini və xəttə cərəyan olduğunu demişdir. Onlar dərhal transformatorun içindən çölə qaçıb dirəyə baxanda Elnurun dirəyin üzərində quruyub qaldığını görmüşlər. Asəf başını tutub qışqıraraq “xətti səhv açmışam” demişdir. Sonra Asəf dərhal özünün “Vaz 2106” markalı avtomobilinə minib təkrar xətti açmaq üçün Şorsulu yarımstansiyasına getmişdir. Asəf yolda Şəbəkəyə məxsus səbət maşınını gördüyü üçün maşını hadisənin baş verdiyi yerə göndərmiş, Şahid2 da dərhal Şahid3 zəng edib Elnur Kazımovu elektrik cərəyanının vurduğunu xəbər vermişdir. Səbət maşını gəldikdən sonra köməkli şəkildə meyiti dirəkdən götürüb yerə qoymuşlar. O, Elnurun ürəyini masaj etmək istəyəndə onun ayağında xəsarətlərin olduğunu görüb öldüyünü başa düşmüşdür. Buna görə də meyiti şəbəkənin işçisi Əsgərin avtomobilinə mindirib Salyan RMX-na aparmışlar. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, transformatorların giriş xəttindəki kabellərin muftası tez-tez xarab olmuş, həmin dayaqda yaranan nasazlıq birinci dəfə olsa da kənddə bir sıra dayaqların sonluq muftası onlar tərəfindən dəyişdirilmişdir. Həmin vaxtı da işçilər arasında xəsarət alan və ya ölən olmamışdır. Hadisə baş verən elektrik dirəyində qəza yarandığı hallarda onun düzəldilməsinə X7 mühəndis briqadası baxaraq nöqsanı aradan qaldırmışlar, əgər xırda nasazlıq olarsa ona kəndin montyoru, yəni Təqsirləndirilən şəxs1 və ya Həsən Hüseynov xidmət göstərməli olmuşdur. Bundan başqa həmin dirəyə elektrik enerjisinin verilişi X12 tərəfindən təmin olunmuşdur. Salyan EŞ-də işçilərə 5 cür təlimat keçirilmiş, birinci təlimat işçilər işə qəbul olunduğu vaxt, ikincisi ayda bir dəfə, üçüncüsü hər hansı fors-major hadisə baş verdikdə təkrar təlimat, dördüncüsü illik təlimat, beşincisi isə iş yerində iş öncəsi təlimat keçirilmişdir. Xətt açıldıqdan sonra əgər dayaq ortadadırsa həmin dayaqdan əvvəlki və sonrakı dayaqlarda torpaqlama qoyulur. Həmin dirək sonuncu dirək olduğu üçün dirəyin xətti açıldıqdan sonra ora torpaqlama qoyulmalı olmuş, lakin xəttin açılmasına imkan yaranmamış və həmin an hadisə baş verdiyi üçün torpaqlama qoyula bilməmişdir. Hər bir işçi, o cümlədən də Elnur Kazımov xüsusi geyim forması və fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir və Elnur iş gördüyü zaman da kəmərdən və xüsusi geyimdən istifadə etmişdir. Seyidlər kəndinə əvvəllər eyni kodlu köhnə transformator vasitəsi ilə elektrik cərəyanı verilmiş, hadisənin baş verdiyi dirək və onun yanındakı transformator məntəqəsi isə yeni qurulmuş və yarımstansiyada “ağ evlər” xəttinə qoşulmuşdur. Təqsirləndirilən şəxs1 fikirli olduğu üçün yeni xəttlərin “ağ evlər” xəttinə birləşdiyini unutmuş və “Seyidlər” xətti adlandırdıqları köhnə elektrik transofmatorunu xəttən ayırmışdır. Buna görə də iş görəcəkləri dirək gərginlik altında qalmışdır. xx.xx.2023-cü il tarixdə “Seyidlər” kəndi ərazisində aparılan işlərlə əlaqədar 33 nömrəli naryada əsasən həmin işlərə iş rəhbəri Şahid2, iş icraçısı kimi özü, buraxılış-verən isə Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Elnur Kazımov spirtli içkilərə meyilli olmamış, heç vaxt spirtli içki qəbul etməmişdir. Ümumiyyətlə iş vaxtı spirtli içki içilməsi və ya işə sərxoş halda gəlinməsi qadağan olunduğundan işçilərin heç biri, o cümlədən də Elnur Kazımov iş vaxtı spirtli içkilər qəbul etməmişdir. Elnur Kazımovun öz sağlamlığı ilə əlaqədar hər hansı narazılığı və şikayətinin olub-olmamasını eşitməmiş və görməmişdir. Bundan başqa işçilərin hamısı iki ildən bir həkim komissiyasından keçmişlər. Sonra Təqsirləndirilən şəxs2 özünün 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Şirvan RETSİ X13 sahə ustası işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, X14 uzun illərdir tanıyır. Təxminən 2-3 iyul tarixlərində briqada ilə birlikdə Salyan rayonu Şorsulu kəndinə gedib oradakı 35/10 kvluq Şorsulu yarımstansiyasının xəttini sxemə qoşduqdan sonra Seyidlər kəndində olan hansısa transformatorda nasazlıq olduğunu və cərəyanın torpağa ötürüldüyünü bilmişlər. Bundan sonra Seyidlər kəndinə gedərək orada yeni quraşdırlmış transformatorları sxemə qoşmağa başlamışlar. Həmin nasazlığı tapmaq üçün bir-bir transformatorları və xəttləri yoxlayıb ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun giriş xəttindən səs gəldiyini eşitmişlər və nasazlığın həmin yerdə olduğunu müəyyən etmişlər. Elnur Kazımov dirəyin üst tərəfində baxan zaman həmin transformatorun giriş kabelinin sonluq muftasının qaraldığını və yerlə əlaqələndiyini demişdir. Ondan sonra həmin transformatoru sxemdən çıxartdıb “ağ evlər” xəttinə gərginlik vermişlər və həmin transformator gərginliksiz qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 08:30-da tərtib edilmiş naryad əsasında X13n iş rəhbəri kimi özü, iş icraçısı kimi Təqsirləndirilən şəxs2, buraxılış verən kimi Təqsirləndirilən şəxs1, elektrik montyorları Şahid1, Elnur Kazımovla birlikdə çıxıb Seyidlər kəndinə yola düşmüşlər. Onlar birbaşa sxemdən ayırdıqları ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun yanına getmişlər. O, Təqsirləndirilən şəxs1 gedib “ağ evlər” xəttini şəbəkədən ayırmasını, sonra ******* kod nömrəli transformatorun yanına gəlməsini tapşırmışdır. Onlar ayrılıb transformator məntəqəsinin yanına getmişlər. Asəf də 35/10 kvluq Şorsulu yarımstansiyasının yanına yola düşmüşdür. Onlar transoformatorun yanına çatdıqdan sonra Asəf də onların yanına gəlib “ağ evlər” xəttini açdığını bildirmişdir. Asəf həmin xətti açmamışdan əvvəl baş mühəndis Şahid3 məlumat verməli olduğu halda ona məlumat vermədiyini, Mehmana zəng etsə də onun telefona cavab vermədiyini bildirib, özbaşına həmin xətti açdığını demişdir. Dayağın üstündə kabel xətti açılmalı olduğu üçün Asəf həmin xəttə çıxmalı olmuş, lakin Asəf belinin ağrıdığını dediyi üçün Elnur dirəyə çıxa biləcəyini demişdir. X22 dirəyə çıxmamalı olduğunu desələr də Elnur çıxacağını deyib kəməri belinə taxmış və kabelin sonluq muftasını dəyişmək üçün dirəyə dırmaşmağa başlamışdır. Ələsgərlə o da transformatorun açarını götürüb qapısını açmışlar və içərisinə daxil olmuşlar. Həmin vaxt o elektrik xəttindən səs eşidib xətdə cərəyan olduğunu demişdir. Onlar dərhal transformatorun içindən çölə qaçmışlar və dirəyə baxanda Elnurun dirəyin üzərində quruyub qaldığını görmüşlər. Asəf başını tutub qışqıraraq “xətti səhv açmışam” demişdir. Sonra Asəf dərhal özünün “Vaz 2106” markalı avtomobilinə minib təkrar xətti açmaq üçün Şorsulu yarımstansiyasına getmişdir. Asəf yolda Şəbəkəyə məxsus səbət maşınını gördüyü üçün hadisənin baş verdiyi yerə göndərmişdir. Hadisədən sonra o, dərhal Şahid3 zəng edib Elnur Kazımovu elektrik cərəyanının vurduğunu xəbər vermişdir. Səbət maşını gəldikdən sonra köməkli şəkildə meyiti dirəkdən götürüb yerə qoymuşlar. Ona baxanda Elnurun artıq öldüyünü başa düşmüşdür, çünki onda elektrik nişanələri olmuşdur. Buna görə də meyiti şəbəkənin işçisi Əsgərin avtomobilinə mindirib Salyan RMX-na aparmışlar. Şahid2 əlavə olaraq bildirmişdir ki, transformatorların giriş xəttindəki kabellərin muftası tez-tez xarab olmuş, həmin dayaqda yaranan nasazlıq birinci dəfə olsa da kənddə bir sıra dayaqların sonluq muftası onlar tərəfindən dəyişdirilmişdir. Salyan EŞ-də işçilərə 5 cür təlimat keçirilmişdir. Elnur Kazımova hadisənin baş verdiyi gün işə başlamamışdan əvvəl təlimat keçirilmişdir. Hadisənin baş verdiyi dirəkdə torpaqlama işləri görülməmişdir. Təqsirləndirilən şəxs1 xətti açdıqdan sonra yarımstansiyada torpaqlama qoyduğunu onlara demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan RETSİ X13 elektrik montyoru işləyən Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Şirvan RETSİ X13 baş mühəndis işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, X7 elektrik montyoru X14 1997-ci ildən tanımış, münasibətləri normal olmuş və aralarında heç bir düşmənçilikləri və şəxsi ədavətləri olmamışdır. Seyidlər kəndində yenidən qurma işləri ilə əlaqədar podratçı şirkət “UNİ enerji” şirkəti tərəfindən yeni xətlər çəkilmiş və yeni KTM-lər quraşdırılmışdır. Hadisədən bir müddət əvvəl briqada ilə birlikdə Salyan rayonu Şorsulu kəndinə gedib oradakı 35/10 kv-luq Şorsulu yarımstansiyasındakı “ağ evlər” xəttinə gərginlik vermişlər. Bundan sonra hansısa fazada yerlə əlaqələnmə yarandığını görmüşdür. Onlar kəndin içərisində olan bütün xətlərə və transformatorlara baxış keçirtmişlər. ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun giriş xəttindən səs gəldiyini eşidib nasazlığın həmin yerdə olduğunu müəyyən etmişlər. Elnur Kazımov dirəyin üst tərəfində baxan zaman həmin transformatorun giriş kabelinin sonluq muftasının qaraldığını və yerlə əlaqələndiyini demişdir. Ondan sonra həmin transformatoru sxemdən çıxardıb “ağ evlər” xəttinə gərginlik vermişlər və həmin transformator gərginliksiz qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 08:30-da onun təsdiq etdiyi naryad əsasında X13n iş rəhbəri Şahid2, iş icraçısı kimi Təqsirləndirilən şəxs2, buraxılış-verən Təqsirləndirilən şəxs1, elektrik montyorları Şahid1, Elnur Kazımovla birlikdə çıxıb Seyidlər kəndinə yola düşmüşlər. Onlar həminki günə qədər nömrəsi olmayan dirəkdəki sonluq muftanı dəyişməli olmuşlar. Saat 10 radələrində Şahid2 onun mobil telefonuna zəng edərək ondan səbət maşını istəmiş, o da Pirverdinin həyəcanlı səsindən nəsə baş verdiyini başa düşüb gərginliyə kimin düşdüyünü soruşmuşdur. Pirverdi də ona Elnur Kazımovun gərginliyə düşdüyünü demişdir. O, dərhal 35 kv/713 saylı hava xəttinin yağ açarını Salyan şəhərindən açdırmışdır. O, hadisə yerinə gedənə qədər onlar artıq səbət maşını taparaq Elnuru dirəkdən düşürtmüşlər və Əsgərin avtomobili ilə Salyan rayonuna gətirmişlər. Onlarla yolda rastlaşdığı üçün təkrar onlarla birlikdə Salyan RMX-na qayıtmışdır. Onu meyitxanaya yerləşdirdikdən sonra meyit müayinə olunub ailə üzvlərinə təhvli verilmişdir. O, növbəti gün hadisənin baş verdiyi yerə gedib ora baxış keçirtmiş, xəstəxanada olarkən Pirverdidən hadisənin necə baş verdiyini maraqlananda Pirverdi ona Təqsirləndirilən şəxs1 səhv xətti açdığını, buna görə də Elnurun gərginlik olan xəttə çıxdığını bildirmişdir. Şahid3 əlavə olaraq bildirmişdir ki, transformatorların giriş xəttindəki kabellərin muftası tez-tez xarab olmuş, həmin dayaqda yaranan nasazlıq birinci dəfə olsa da kənddə bir sıra dayaqların sonluq muftası briqada üzvləri tərəfindən dəyişdirilmişdir. Həmin vaxtı da işçilər arasında xəsarət alan və ya ölən olmamışdır. Hadisə baş verən elektrik dirəyində qəza yarandığı hallarda onun düzəldilməsinə X7 mühəndis briqadası baxaraq nöqsanı aradan qaldırmışdır, əgər xırda nasazlıq olarsa ona kəndin montyoru, yəni Təqsirləndirilən şəxs1 və ya Həsən Hüseynov xidmət göstərmişdir. Bundan başqa həmin dirəyə elektrik enerjisinin verilişi X12 tərəfindən təmin olunmuşdur. Salyan EŞ-də işçilərə 5 cür təlimat keçirilmişdir. Belə ki, birinci təlimat işçilər işə qəbul olunduğu vaxt, ikincisi ayda bir dəfə, üçüncüsü hər hansı fors major hadisə baş verdikdə təkrar təlimat, dördüncüsü illik təlimat, beşincisi isə iş yerində iş öncəsi təlimat keçirilmişdir. Elnur Kazımova da bütün təlimatlar keçirilmişdir. Hər bir işçi, o cümlədən də Elnur Kazımov xüsusi geyim forması və fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir və Elnur iş gördüyü zaman da kəmərdən və xüsusi geyimdən istifadə etmiş, lakin dielektrik əlcəyindən istifadə etməmişdir. Asəfdən soruşanda Şahid2 Seyidlərdəki transformatora mufta vurmağa gəldiklərini dediyini bildirmişdir. Seyidlər kəndinə əvvəllər eyni kodlu köhnə transformator vasitəsi ilə elektrik cərəyanı verilmiş, hadisənin baş verdiyi dirək və onun yanındakı transformator məntəqəsi isə yeni qurulmuş və yarımstansiyada “ağ evlər” xəttinə qoşulmuşdur. Təqsirləndirilən şəxs1 fikirli olduğu üçün yeni xəttlərin “ağ evlər” xəttinə birləşdiyini unutmuş və “Seyidlər” xətti adlandırdıqları köhnə elektrik transofmatorunu xəttən ayırmışdır. Buna görə də iş görülən dirək gərginlik altında qalmışdır. xx.xx.2023-cü il tarixdə “Seyidlər” kəndi ərazisində aparılan işlərlə əlaqədar onun tərəfindən təsdiq edilmiş 33 nömrəli naryada əsasən həmin işlərə iş rəhbəri Şahid2, iş icraçısı kimi Təqsirləndirilən şəxs2, buraxılış-verən Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, guya 2-3 dəfə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib, lakin ona zəng çatmayıb. Təqsirləndirilən şəxs1 ya ona, ya da dispetçerə məlumat vermədən xətti aça bilməz. Xətt yalnız onun və ya dispetçerin göstərişi ilə açıla bilər. Bundan başqa xəttə hər hansı fövqəladə hadisə olanda xətt özbaşına açıla bilər və bundan dərhal sonra ona məlumat verilməlidir. Briqada Seyidlər kəndində təmir işləri aparmağa getdikləri zaman Aşağı Kürkənd kəndi ərazisində yeni çəkilən xəttlərə baxdığı üçün onlara zəng edib iş barədə maraqlanmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X9 hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Əmək müqaviləsi bildirişindən görünür ki, X21 ilə "xxxx" ASC arasında xx.xx.2015ci il tarixdə əmək müqaviləsi bağlanmış və Elnur Kazımov elektrik quraşdırıcısı (montyor) kimi işləmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs2 sahə ustası kimi işləmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs1 elektrik quraşdırıcısı (montyor) kimi işləmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,Salyan rayonu Seyidlər kəndində yerləşən "xxxx" ASC-nin X20 və Təchizat İdarəsinin X12nin balansında olmaqla Seyidlər kəndinə elektrik verilişinin təmin olunması üçün istifadə olunan ******* kod nömrəli 250 kVA gücündə olan transformatorun yanındakı dirək 11 metr hündürlüyə malikdir. Şəbəkənin montyoru Elnur Kazımov elektrik dirəyindəki sonluq muftanı dəyişmək üçün həmin dirəyə çıxmış və xəttlərdə gərginlik olduğu üçün elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölmüşdür. “Meyitə baxış keçirilməsi haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Elnur Kazımovun bədəni üzərində Sol qulaq arxası nahiyədə 10x2 sm ölçüdə, boyunun arxa nahiyəsində 24x3 sm ölçüdə, döş qəfəsinin arxa səthində sağda 8x2 sm ölçüdə, döş qəfəsinin arxa səthində sağda 7x4 sm ölçüdə, sağ saidin orta 1/3-nin bayır səthində 8x3 sm ölçüdə, sağ bilək nahiyəsində 6x2 sm ölçüdə, sol əlin İ, İİ barmağının ovuc səthində 7x4 sm ölçüdə, sağ budun yuxarı 1/3-nin iç səthində 32x5 sm ölçüdə, sol budun yuxarı 1/3-nin iç səthində 20x5 sm ölçüdə, sağ diz büküşündə 5x6 sm ölçüdə, sol diz büküşündə 7x3 sm ölçüdə orta hissəsi çökək sarımtıl-qonur rəngli nisbətən bərk konsistensiyalı elektrik nişanəsi elektrometka zədəsi vardır. "xxxx" ASC Şirvan RETSİ X8 tərəfindən tərtib edilmiş 33 nömrəli “Naryadburaxılış”a əsasən xx.xx.2023-cü il tarixdə Salyan rayonu Şorsulu kəndində yenidənqurmadan sonra KTM-lərin sxemaya qoşulması və 35/10 kv-luq Şorsulu yarımstansiyasında 10 kv-luq “Ağ evlər” hava xəttinin yağ açarının və xətt ayırıcısında aparılan işlərlə əlaqədar Şahid2 iş rəhbəri, Təqsirləndirilən şəxs1 buraxılış verən, Təqsirləndirilən şəxs2 iş icraçısı, Şahid1 və X21 isə briqada üzvləri təyin edilməklə həmin “Naryad-buraxılış” şəbəkənin baş mühəndisi Şahid3 tərəfindən təsdiq edilmişdir. "xxxx" ASC-nin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatından görünür ki, sahə ustasının tabeliyində olan işçilərin vəzifə təlimatlarına, müəssisədaxili nizam-intizam qaydalarına uyğun davranmasını həyata keçirtmək, “Təhlükəsizlik texnikası qaydaları”na aid bütün tələbləri yerinə yetirmək, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini, əməyin təhlükəsizliyini, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, əməliyyatlar zamanı alçaq və yüksək gərginlikli paylayıcı qurğularda qoruyucuların dəyişdirilməsi, torpaqlamaların qoyulması, meqoommetr ilə işləmə qaydalarını, fazalaşdırma və mühafizə vasitələrindən istifadə qaydalarını bilməklə meqoometrlə və gərginlik zədə göstəricisi ilə transformator və kabellərin vəziyyətini yoxlamaq, elektrik avadanlığında qoruyucuları dəyişmək, fazalaşma aparmaq, torpaqlama quraşdırıb çıxartmaq, elektrik avadanlıqlarına və mühafizələrinə baxış keçirtmək, qurğularda yük və gərginlik ölçmələrini aparmaq səlahiyyətlərinə malik olmaqla texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri vardır. "xxxx" ASC-nin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatından görünür ki, elektrik montyorunun “Təhlükəsizlik texnikası qaydaları”na aid bütün tələbləri yerinə yetirmək, əmək funksiyasına görə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş prosedur, əmr və təlimatlara, habelə bilavasitə tabe olduğu vəzifəli şəxslərin göstərişinə əməl etmək, vəzifə öhdəliklərini vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirmək, şəbəkədə sxem dəyişiklikləri və qəzanın ləğvi ilə əlaqədar əməliyyatlar aparmaq vəzifələri vardır. Təlimat və biliyin yoxlanması jurnallarının surətlərindən görünür ki, Şahid2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və X15 bütün təlimatlar vaxtlı vaxtında keçirilmiş və bilikləri yoxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 Salyan rayonlararası zonası tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 №-li rəyi ilə müəyyən edilmişdir ki, mərhum X9 almış olduğu xəsarətlər: sol qulaq arxası nahiyədə, boynun arxa nahiyəsində, döş qəfəsinin arxa səthində sağda, sağ saidin orta 1/3-nin bayır səthində, sağ bilək nahiyəsində, sol əlin İ, İİ barmağının ovuc səthində, sağ budun yuxarı 1/3-nin iç səthində, sol budun yuxarı 1/3-nin iç səthində, sağ diz büküşündə, sol diz büküşündə orta hissəsi çökək sarımtıl-qonur rəngli nisbətən bərk konsistensiyalı elektrik nişanələri elektrometka zədələri, qərarda qeyd olunan vaxt və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə elektrik cərəyənı vurması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X9 ölümünə səbəb yüksək gərginlikli elektrik cərəyanı təsirindən baş vermiş elektrik vurma olmuşdur. İlk meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Çuxanlı kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, 128 və 129 saylı arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayonu Çuxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda arvadı və 2 uşağı ilə birgə yaşayır, yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Salyan rayon İcra Hakimiyyəti başçısının Şorsulu kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, 1148 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda arvadı və oğlu ilə birgə yaşayır, yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxsin hüququ varisi qismində tanınma haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 203 saylı məktubdan görünür ki, X21, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 adı qeyd olunan xəstəxanada qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olan xx.xx.2023-cü il tarixli, 9966 nömrəli arayışdan görünür ki, X21, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adı qeyd olunan xəstəxanada qeydiyyatda yoxdurlar. Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli, 3-13-104/2- 23284/23 saylı məktubdan görünür ki, X21, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində, eləcə də onların şikayətləri əsasında Salyan RPŞ-də heç bir araşdırma materialı olmamış və cinayət işinin istintaqı aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrin surətindən görünür ki, X21, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 daxil olan xx.xx.2023-cü il tarixli, xx/xx-9518 nömrəli məktubdan görünür ki, X21, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adı qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 10/6144 №-li rəyi ilə müəyyən edilmişdir ki, Salyan rayonu Seyidli kəndində yerləşən elektrik dirəyində işlərin görülməsi zamanı xəttin şəbəkədən ayrılması əməliyyatının düzgün aparılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. X4 elektrik montyoru işləyən, xx.xx.2023-cü il tarixli 33 nömrəli “Naryad-Buraxılış”a əsasən Şorsulu kəndində yenidənqurmadan sonra KTM-lərin sxemaya qoşulması işinin görülməsinə buraxılış-verən təyin edilmiş Təqsirləndirilən şəxs1 Mğhtərəm oğlu yarımstansiyada “ağ evlər” xəttinin şəbəkədən ayırmaq əvəzinə səhvən “seyidlər” xəttini ayırmaqla əməliyyatın düzgün aparılmasını təmin etmədiyinə görə, onun tərəfindən “Elektrik və istilik texniki istismar Qaydası”nın 2.1.8 bəndinin tələbləri pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, Elnur Kazımov tərəfindən qayda və tələblərin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 10/6144 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 10/7444 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.1.8 və 2.1.13 bəndlərinin tələbləri pozulmuşdur. Salyan rayonu Şorsulu kəndində yenidənqurmadan sonra KTM-lərin sxemaya qoşulması işinin aparılması zamanı hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğunu, briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsini və digər müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini təmin etmədiyinə görə, “Elektrik və istilik texniki istismar Qaydası”nın 2.1.13 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli 33 nömrəli “Naryad-Buraxılış”a əsasən həmin işin görülməsinə iş icraçısı təyin edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. X4 elektrik montyoru işləyən, xx.xx.2023-cü il tarixli 33 nömrəli “Naryad-Buraxılış”a əsasən Şorsulu kəndində yenidənqurmadan sonra KTM-lərin sxemaya qoşulması işinin görülməsinə buraxılış-verən təyin edilmiş Təqsirləndirilən şəxs1 Mğhtərəm oğlu yarımstansiyada “ağ evlər” xəttinin şəbəkədən ayırmaq əvəzinə səhvən “seyidlər” xəttini ayırmaqla əməliyyatın düzgün aparılmasını təmin etmədiyinə görə, onun tərəfindən “Elektrik və istilik texniki istismar Qaydası”nın 2.1.8 bəndinin tələbləri pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə almaqla, Salyan rayonu Şorsulu kəndində yenidənqurmadan sonra KTM-lərin sxemaya qoşulması işinin aparılması zamanı müvafiq naryad-buraxılışın tərtib olunmasına, həmin sənədin mövcud qaydaların tələblərinə uyğun hazırlanmasına, naryad-buraxılış sənədində işin təhlükəsiz aparılmasına cavabdeh olan şəxslərin dairəsinin müəyyən edilməsinə əsaslanaraq, şəbəkənin rəisi Şahid4 və baş mühəndis Şahid3 tərəfindən təhlükəsizlik texnikasına dair norma və qaydaların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 10/7444 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz manat) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 Salyan rayonlararası zonası tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 oktaybr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 oktaybr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının 26 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şahid2, Şahid3 və Şahid4 əməllərində hər hansı cinayətin tərkib əlamətləri olmadığından bu xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət təqibinin rədd edilməsinə dair materiallar cinayət işindən ayrıca icraata ayrılmış və qeydiyyata alınmaqla Salyan Rayon Prokurorluğunun dəftərxanasında saxlanılmış, iş üzrə ekspertiza rəyləri, ifadələr, istintaq hərəkəti protokolları və digər sənədlər sübut kimi qəbul edilmiş, cinayət işi başlanması rədd edilmiş xüsusatlarla bağlı materiallar ayrılaraq Salyan Rayon Prokurorluğunda saxlanılmışdır. 077186 №-li, xx.xx.2005-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. 028462 №-li, xx.xx.2005-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır.. İ-72811 №-li Azərbaycan Respublikası medalının vəsiqəsinin sərətindən görünür ki, X19 (Təqsirləndirilən şəxs1 oğlu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. "xxxx" ASC tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 50 №-li, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunur. Həmçinin, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müharibə veteranıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan adam öldürməsi, bununla da onun Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və Təqsirləndirilən şəxs2 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ərizəsi, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən,cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.3-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə əsasən,cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 124.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa — iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 162.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda — üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özünün 1-ci Qarabağ müharibəsində, oğlunun isə 44 günlük Vətən müharibəsində iştirak etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxs X9 hüquqi varisi X3 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən,probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən,probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 40-cı maddəsinə əsasən, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. 43.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. 44.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. 45.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəkməli, cəzanın əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 iş yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxs X9 hüquqi varisi X3 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri – 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X10 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilmələri ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onların “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 iş yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata orqana həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X10 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onların “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-8/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-8/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver