Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-80/2023 27.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2022-ci il oktyabrın 1-də yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətində evliliklə bağlı təşkil olunmuş toy məclisindən sonra həmin gün saat 23 radələrində, aralarında on bir il yaş fərqi olan, on altı yaşına çatmamış, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını bilə-bilə onunla yaşadığı evdə cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra 15 yanvar 2023-cü il tarixədək olan müddətdə yuxarıda göstərilən ünvanda on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı şəhərində tanış olmuş, həmin vaxtdan bir-birini sevmiş, aralarında münasibət yaranmış, ailə qurmaq qərarına gəlmişlər. 2022-ci ilin sentyabr ayının 8-də Şəhlanı ailə qurmaq məqsədi ilə Bakı şəhərindən maşınla Salyan rayonu Arbatan kəndində yerləşən evlərinə gətirmişdir. Bundan sonra Şəhlanın anası Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edib qızının evdən getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermiş, o, da Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin tələbi ilə Şəhla ilə birlikdə həmin İdarəyə getmiş, orada Şəhla anasına təhvil verilmiş, bundan sonra Şəhlanın anası Şəhlanın onunla ailə qurmasına icazə vermiş, o da Şəhlanı götürüb yaşadığı evlərinə gətirmişdir. 01 oktyabr 2022-ci il tarixdə evlərinin həyətində toy məclisi təşkil olunmuş, lakin həmin vaxt Şəhlanın 15 yaşı olduğu üçün bu səbəbdən nikahlarını rəsmiləşdirə bilməmiş, toy günü saat 23 radələrində Şəhlanın 16 yaşına çatmadığını bildiyi halda Şəhla ilə ilk dəfə kənddəki evlərində cinsi əlaqədə olmaqla Şəhlanın qızlıq bəkarətini həmin vaxt pozmuşdur. Ondan sonra Şəhla ilə birlikdə 15 gün bir yerdə qalmış və həmin müddət ərzində mütəmadi olaraq Şəhla ilə təbii yola cinsi əlaqədə olmuşdur. Evləndikləri gündən 15 gün sonra Şəhla xəstələnmiş və buna görə anasının yanına -Bakı şəhərinə getmiş, orada 4 ay qalaraq müalicə almışdır. O, Şəhlaya zəng edərək onun geri qayıtmasını tələb etdikdə sonuncu buna etiraz etmiş, buna görə də aralarında mübahisə yaranmışdır. Şəhla da əsəbiləşərək onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək şikayət etmişdir. Şəhlanın müraciətindən sonra Salyan RPŞ-də aparılan araşdırma zamanı Şəhla ilə barışmış və onu evlərinə gətirmişdir. Şəhlanın anası polisə şikayət edəndən sonra, yəni 2023-cü ilin yanvar ayının 15-dən artıq Şəhla ilə heç bir cinsi əlaqədə olmamışdır. Əvvəldən o, Şəhlanın 15 yaşı olmasını bilməmiş, yalnız toy günü Şəhla ilə ilk dəfə cinsi əlaqədə olub onun qızlıq bəkarətini pozan zaman artıq onun 16 yaşının olmadığını bilmişdir. Hazırda səhv etdiyini başa düşür və tutduğu əməlindən səmimi peşimandır. Hal-hazırda Şəhla onlarında evində yaşayır, anası ilə bir otaqda yatır. Şəhla ilə onun arasında heç bir ailə münasibəti yoxdur. O, Şəhlanın nikah yaşına çatmasını gözləyir ki, onunla nikaha daxil olaraq ailə qursun. Hal-hazırda özü müxtəlif işlərdə işləyir, günün çox hissəsini işi ilə əlaqədar evdə olmur. Ona görə də, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, anası ilə birlikdə əvvəllər Ağcabədi rayonu Hindarx kəndində yaşamış, həmin kənddə yaşadıqları dövrdə kənd orta məktəbinin 5-ci sinfinə kimi oxumuş və ondan sonra daha məktəbə getməmişdir. 5 il əvvəl isə anası ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi "Südçülük sovxozu" adlanan yaşayış massivinə köçüb orada yaşamağa başlamışlar. Salyan rayonu Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxsla o, 2022-ci ilin sentyabr ayının əvvəllərində Xəzər rayonu Zirə qəsəbəsində yerləşən parkda tanış olmuş, həmin vaxtdan sonra aralarında münasibət yaranmış və mütəmadi olaraq mobil telefon vasitəsi ilə danışıb əlaqə saxlamışlar. Bir müddət belə əlaqə saxladıqdan sonra Murad onunla ailə qurmaq istədiyini bildirdikdə onun bu təklifinə razılıq vermiş, lakin anasının buna razı olmayacağını deyib Murada onu qaçırmasını təklif etmişdir. Murad da onunla razılaşmış və 2022-ci ilin sentyabr ayının 8-də saat 21 radələrində ona zəng edərək parkda gözlədiyini bildirdiyindən o da evlərindən özünə lazım olan əşyalarını götürüb evdən çıxaraq Muradın parkda onu gözlədiyi yerə gəlmişdir. Ondan sonra Murad onu ailə qurmaq məqsədi ilə bir yol maşını ilə Salyan rayonu Arbatan kəndində yerləşən evlərinə gətirmiş, Muradın valideynləri onu mehriban qarşılamış və həmin gün o, Muradgildə onun bacısı ilə birlikdə gecələmişdir. Anası - Pərvanə onun Salyan rayonuna getməsini bilmədiyindən bundan narahat olub Azərbaycan Respublikası DİN-nin 102 X8 zəng edərək onun evdən getməsi və bir daha geri qayıtmaması barədə məlumat verdiyindən səhəri günü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Muradla əlaqə saxlayaraq onunla birlikdə İdarəyə gəlməli olduğunu Murada demişlər. Ona görə də səhəri günü o, Muradla birlikdə Xəzər Rayon Polis İdarəsinə getmiş, orada onlardan izahat alınandan sonra onu məhkəmə tibb ekspertizasından keçirmiş, üzərində heç bir xəsarət olmadığından və Murad onunla cinsi əlaqədə olmadığından və qızlıq bəkarətini pozmadığından onu sonra anasına təhvil vermişlər. Muradın anası, anası Pərvanəyə "Şəhla bizim gəlinimizdir və biz onu evimizə aparmaq istəyirik" deyə bildirdikdə anası vəziyyəti belə görüb razılıq vermiş və ondan sonra yenidən Muradla Salyan rayonuna qayıtmışdır. 01 oktyabr 2022-ci il tarixdə Muradın yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evlərində onların toyu olmuş, lakin həmin vaxt 15 yaşı olduğundan nikahlarını rəsmiləşdirə bilməmişlər. Toy günü saat 23 radələrində Murad onunla ilk dəfə yaşadıqları evdə cinsi əlaqədə olaraq onun qızlıq bəkarətini pozmuş, ondan sonrakı 15 gün ərzində bir yerdə qalmaqla mütəmadi olaraq Murad onunla təbii yola cinsi əlaqədə olmuşdur. Evlənəndən 15 gün sonra xəstələnmiş və başında kəskin ağrılar yaranmış, bu səbəbdən tez-tez qıcolmalar keçirmişdir. Ona görə də Muraddan icazə alıb anasının yanına qayıtmış, bundan sonra anasının yanında qalaraq təxminən 4 ay müalicə almışdır. Murad həmin vaxtlarda tez-tez zəng edərək onunla əlaqə saxlamış, 4 ay keçəndən sonra isə ondan geri, rayona qayıtmasını tələb etməyə başlamışdır. Murada səhhətinin yaxşı olmadığını, buna görə bir az da anası evində qalacağını deyəndə Murad əsəbiləşərək telefonda üstünə qışqırmış, bundan sonra aralarında sözlə mübahisə yaranmış və vəziyyəti belə görüb Muraddan gəlib onu rayona aparmasını xahiş etmişdir. Lakin, Murad rayona özünün gəlməli olduğunu bildirdikdə onunla mübahisə etmiş və əsəbiləşdiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək Muradla birgə yaşadıqları dövrdə onu döyməsi, bıçaqla hədələməsi barədə məlumat vermişdir. Əslində heç vaxt belə şeylər olmamış, Murad onu döyməmiş, bıçaqla onu öldürəcəyi ilə hədələməmiş, ondan yalnız evlərinə qayıtmasını tələb etmişdir. Murad bu tələbini ona çox əsəbi formada etdiyindən o da əsəbiləşərək həmin vaxt onun barəsində 102 Xidmətinə düzgün olmayan məlumat vermişdir. Həmin müraciətindən sonra Salyan RPŞ-də aparılan araşdırma zamanı Muradla barışmış və Murad onu yenidən Salyan rayonu Arbatan kəndindki evlərinə aparmışdır. Həmin vaxtdan da onlar yenə də Muradgilin kənddəki evlərində yaşamış və Murad onunla 15 yanvar 2023-cü il tarixədək ər-arvad kimi yalnız təbii formada cinsi əlaqədə olmuş, ondan sonrakı müddətdə isə heç bir formada əlaqədə olmamışdır. Murad indiyədək ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, hazırda birlikdə yaşayırlar, onunla evlənməyi düşünür. Ona qarşı şikayəti və tələbi olmayacaq. Təqsirləndirilən şəxs tutulmasını istəmir. Cinayət işinə onun iştirakı olmadan baxıb Murada yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qız nəvəsi olmaqla onun anası Pərvanə onun qızıdır və onlar 5 ildir ki, birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yaşayırlar. Salyan rayonu Arbatan kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımamış və onunla heç bir münasibəti də olmamışdır. Bildiyi qədər Şəhla, Murad adlı şəxslə tanış olandan sonra onlar arasında münasibət yaranmış və 2022-ci ilin sentyabrın 28-də Murad Şəhlanı öz razılığı ilə qaçırıb yaşadığı rayona aparmışdır. Şəhlanın anası Pərvanə də Şəhlanın harada olmasını bilmədiyindən bu barədə polisə məlumat vermiş, polis də Şəhlanın yerini müəyyənləşdirdikdən sonra onları Bakıya çağırıb izahatlarını almış, Şəhlanı ekspertizadan keçirmiş və Şəhla da heç bir xəsarət olmadığından onu anasına təhvil vermişlər. Murad və anasıgil Şəhlanı aparmaq istədiklərindən Pərvanə də onlara razılıq vermiş, 2022-ci ilin oktyabr ayının 1-də Şəhla ilə Muradın Salyan rayonu Arbatan kəndində toyları olmuş və ondan sonra onlar ər-arvad kimi birlikdə orada yaşamışlar. Sonradan Şəhlanın baş ağrıları olduğundan Bakıya anasının yanına gəlmiş və orada 4 ay müalicə olunmuşdur. Murad da buna görə əsəbiləşdiyindən Şəhla ilə telefonda danışanda Şəhlanın üstünə qışqırmış, bu səbəbdən Şəhla da Muraddan polisə şikayət vermişdir. Lakin, sonradan onlar barışmış və hazırda da bir yerdə yaşayırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük oğludur. Murad bir müddət əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuş, onlar bir-birlərini sevmiş, ailə qurmaq istəmiş, 2022-ci ilin sentyabr ayının 8də axşam saat 21 radələrində Murad Şəhlanı ailə qurmaq məqsədi ilə Salyan rayonu Arbatan kəndində yerləşən evlərinə gətirmişdir. Növbəti gün Şəhlanın anası Xəzər RPİ-yə müraciət etdiyindən ona görə də Murad Şəhlanı da götürüb Xəzər Rayon Polis İdarəsinə getmiş, orada Şəhlanı anasına təhvil vermişlər. Anası bundan sonra Şəhlanın Muradla evlənməsinə icazə vermiş, Murad Şəhlanı yenidən evlərinə gətirmişdir. 01 oktyabr 2022-ci il tarixdə evlərinin həyətində onlar üçün toy məclisi təşkil etmiş, həmin vaxt Şəhlanın 15 yaşı olduğundan Murad onunla nikahını rəsmiləşdirə bilməmişdir. Toy günü axşam saat 23 radələrindən etibarən də Murad Şəhla ilə kənddəki evlərində ər-arvad münasibətinə girib onunla birlikdə yaşamağa başlamışdır. Onlar evlənəndən 15 gün sonra Şəhla xəstələnmiş və buna görə Şəhla anasının yanına Bakı şəhərinə getmişdir. Şəhla orada bir müddət qaldıqdan sonra Murad ondan geri qayıtmasını tələb etmiş, Şəhla buna etiraz etdikdə isə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən əsəbləşən Şəhla Murad barəsində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək Murad barəsində şikayət etmişdir. Hal-hazırda Murad Şəhla ilə barışmış, barışandan sonra da Murad Şəhlanı götürüb Salyan rayonu Arbatan kəndindəki evlərinə gətirmişdir. Hazırda Murad və Şəhla bir evdə yaşasalar da, onlar ər-arvad münasibətlərində deyillər. Şəhla onunla bir otaqda yaşayır, Murad isə digər otaqda yaşayır. Şəhlanın nikah yaşı tamam olan kimi Muradla Nikah münasibətlərinə daxil olub ailə quracaqlar. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş canlı şəxsin məhkəmətibbi ekspertizasının 44 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmasa da müayinə olunanın göstərdiyi tarixdə pozulması inkar olunmur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi cinayət işi üzrə sübut kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.1 və 134-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayonu Arbatan kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 127 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası 1960-cı il təvəllüdlü X6, anası 1972-ci il təvəllüdlü Şahid, qardaşı 2001-ci il təvəllüdlü X5, bacısı 2003-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Salyan rayonu Arbatan kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X11 hissəsinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci il oktyabrın 1-də yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətində evliliklə bağlı təşkil olunmuş toy məclisindən sonra həmin gün saat 23 radələrində, aralarında on bir il yaş fərqi olan, on altı yaşına çatmamış, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını bilə-bilə onunla yaşadığı evdə cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra 15 yanvar 2023-cü il tarixədək olan müddətdə yuxarıda göstərilən ünvanda on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi əlaqədə olması kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı toplanmış sübutları birgə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərər çəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən etməmiş, onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdəki məsuliyyəti yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilməsini və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, o, zərərçəkmiş şəxslə barışmış, hal-hazırda əməlindən səmimi peşman olmuşdur. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bundan başqa zərərçəkmişin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, zərər çəkmiş şəxs onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-80/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-80/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver