Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-82/2023 06.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X8 Yaqub oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyası Kemerovo vilayəti, Prokopyevskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri C.Cabbarlı küçəsi ev 2-A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 yanvar 2023-cü il tarixdə gecə saat 01 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,396 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir müddətdir “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 18 yanvar 2023-cü il tarixdə axşamüstü Salyan şəhəri Plastmas qəsəbəsi ərazisində yolda gedərkən yerdən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan sellofan büküm və içərisində elektron tərəzi olan büküm tapmış, tapdığı narkotiki və elektron tərəzini götürmüşdür. Həmin narkotiki öz istifadəsi üçün götürmüş, həmin maddədən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. 21 yanvar 2023cü il tarixdə gecə saatlarında Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində piyada gedərkən polis əməkdaşları onu saxlayaraq Polis şöbəsinə gətirmiş, Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulmuşdur. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış başlanmazdan əvvəl üzərindəki içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü və həmin elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə heroin və elektron tərəzi ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmış, möhürlənmiş və o, üzərini imzalamışdır. Elektron tərəzi isə tapdığı narkotik maddənin içərisində olmuşdur və tərəzidən istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Valideynləri vəfat etmişdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Salyan şəhəri X.R.Ülutürk küçəsi ərazisində xidmətdə olarkən sonradan adını bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb onu saxlamış, Salyan rayon polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmuş, müdafəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzini polisə təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasiltə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur, həmin maddəni elektron tərəzi ilə birlikdə tutulduğu gündən iki gün əvvəl axşam saatlarında Salyan şəhəri Plastmas qəsəbəsi ərazisində yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitə heroindən bir qədər qəbul etmiş, qalanını da özü qəbul etmək üçün üzərində saxlamış, həmin narkotik vasitə heroindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə və 1 ədəd elektron tərəzi məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Üveys Hüseynovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 01 radələrində Salyan RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin onları gördükdə özünü şübhəli apararaq oradan uzaqlaşıb qaçmaq istədiyini müşahidə edib onu saxlamışlar. Həmin vaxt onlar həmin şəxsin üzərində narkotik vasitə ola biləcəyini ehtimal edib Salyan rayon polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Salyan şəhəri C.Cabbarlı küçəsi ev 2-A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 21 yanvar 2023-cü il tarixdə saat 01:55-dən 02:10-dək Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi olduğunu bildirmiş, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü və 1 ədəd qara rəngli, balaca qutunun içərisində olan gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur, həmin maddəni elektron tərəzi ilə birlikdə iki gün əvvəl axşam saat 18 radələrində Salyan şəhəri Plastmas qəsəbəsi ərazisində yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitə heroindən bir qədər qəbul etmiş, qalanını da özü qəbul etmək üçün üzərində saxlamış, həmin narkotik vasitə heroindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə heroinə oxşar kütlənin çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin olduğu sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü kağız paketdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə izləri aşkar olunmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 0,396 qram, cəmi tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,346 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 21 yanvar 2023-cü il tarixli, 18/70 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik)manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 84 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nızarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 16:10-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,346 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 18 yanvar 2023-cü il tarixdə yaşadığı Salyan şəhəri ərazisində yerdən tapmış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini üzərində saxlayarkən satış məqsədi olmamış, yaxud, heç kimə satmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 16 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə “heroindən başqa şəxslərə satması və ya satış məqsədi ilə saxlaması təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,346 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 yanvar 2023-cü il tarixdə gecə saat 01 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,396 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur ki, həmin narkotik vasitə kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,346 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd elektron tərəzi sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,346 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd elektron tərəzi sahibinə qaytarılsın. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-82/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-82/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver