Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-82/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X10 Yaqub oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonu Armurdpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Armurdpadar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Salyan rayon məhkəməsinin 07 may 2024cü il tarixli qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyətilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs2 atası Şahid2 məxsus həmin kənd ərazisində yerləşən mağazaya dair müvafiq sənədləri düzəldərək çıxarış alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək məqsədilə onunla razılaşıb 2023-cü ilin iyul ayının 1-də sonuncu ilə Salyan rayonu Qarabağlı kəndi ərazisində görüşərək ondan ilk dəfə 200 (iki yüz) manat pulu əlbəəl, daha sonra bu işin düzəlməsinə dair əlavə pullar tələb etdiyi üçün Zərərçəkmiş şəxs2 Salyan rayonu Qarabağlı kəndi ərazisində yerləşən ödəmə terminallarından köçürdüyü 05 iyul 2023-cü il tarixdə 30 manat, iyulun 19-da 400 manat, həmin tarixdə 50 manat, iyulun 21-də 30 manat, həmin tarixdə 50 manat, avqustun 01-də 20 manat, avqustun 10-da 200 manat, avqustun 19-da 70 manat, avqustun 25-də 200 manat, sentyabrın 13-də 20 manat və sentyabrın 19-da 400 manat pulu özünə məxsus, istifadəsində olan, “Kapital Bank”-a aid 4169 7388 8940 9177 nömrəli debit bank kartı vasitəsilə əldə etməklə, vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1670 (min altı yüz yetmiş) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhər sakini Zərərçəkmiş şəxs1 Ələt- Astara yolunun kənarında yerləşən 4 sot torpağa dair müvafiq sənədləri düzəldərək obyekt tikilməsinə çıxarış alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək məqsədilə onunla razılaşıb 2023cü ilin avqust ayının 29-da sonuncu ilə Salyan şəhəri ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək ondan ilk dəfə 880 (səkkiz yüz səksən) manat pulu əlbəəl, daha sonra bu işin düzəlməsinə dair əlavə pullar tələb etdiyi üçün 28 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı günlərdə Zərərçəkmiş şəxs1 Salyan şəhəri ərazisində yerləşən ödəmə terminallarından köçürdüyü 120 manat, 100 manat, 50 manat, 50 manat, 20 manat və 300 manat pulu özünə məxsus, istifadəsində olan, “Kapital Bank”-a aid 4169 7388 8940 9177 nömrəli debit bank kartı vasitəsilə əldə etməklə, vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 1520 (min beş yüz iyirmi) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Törətdiyi dələduzluq əməllərinə görə əvvəllər də dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dəymiş maddi ziyanı ödədiyinə görə Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan azad olunmuşdur. 2023-cü ilin iyun ayının sonlarında Salyan rayonu ərazisində olarkən Qarabağlı kəndində yerləşən Elnur və atası İlhamın mağazasına gedərək Bakı şəhərindən topaq şöbəsindən gəldiyini, bu barədə Salyan rayon İcra Hakimiyyətinin də məlumatı olduğunu bildirib onlara rayon ərazisində olan obyektlərə dair müvafiq sənədləşmə işi ilə məşğul olduğunu demişdir. Həmin şəxslər ona mağazanın çıxarışı olmadığını bildirdikdə, bu işi düzəldəcəyini, mağazaya dair sənədlərə baxıb müvafiq sənədləri düzəldib çıxarış alacağını və bu işi ümumilikdə 1500 manata həll edəcəyini bildirmişdir. Elnur və atası ona inanıb razılaşmışlar. 01 iyul 2023-cü il tarixdə yenidən mağazaya getmiş və Elnurun atası İlham ona bu iş üçün 200 manat pulu əlbəəl vermiş, ayrı-ayrı tarixlərdə mütəmadi olaraq Elnura və atası İlhama zəng vurub bu işin düzəlməsi üçün əlavə pullar tələb etdiyi üçün onlar da ona inandıqlarından onlara verdiyi, istifadəsində olan “Kapital Bank”-a aid kart hesabına 05 iyul 2023-cü il tarixdə 30 manat, iyulun 19-da 400 manat, həmin tarixdə 50 manat, iyulun 21-də 30 manat, həmin tarixdə 50 manat, avqustun 01-də 20 manat, avqustun 10-da 200 manat, avqustun 19-da 70 manat, avqustun 25-də 200 manat, sentyabrın 13-də 20 manat və sentyabrın 19-da 400 manat pulu göndərmişlər. Aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Elnur və atası İlham hər dəfə ondan işin nə yerdə olduğunu soruşduqda, onlara yaxın günlərdə işi həll edəcəyini bildirib onları inandırmışdır. Daha sonra mobil telefonuna mütəmadi olaraq zənglər gəldiyi üçün telefonunu söndürmüşdür. 01 iyul 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hissələrlə olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1670 (min altı yüz yetmiş) manat məbləğində pulunu alaraq ələ keçirmişdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs2 vurduğu ziyanı ödəmiş, zərərçəkmiş ondan şikayətçi deyildir. Bundan başqa, təxminən 1 il bundan əvvəl Salyan rayonu ərazisinə gəlib müəyyən şəxslərə özünü yalandan təqdim edərək Bakı şəhərindən topaq şöbəsindən gəldiyini, bu barədə Salyan rayon İcra Hakimiyyətinin də məlumatı olduğunu bildirib torpağa dair layihə çəkdiyini və müvafiq sənədləşmə işi ilə məşğul olaraq çıxarış düzəltdiyini bildirməyə başlamışdır. Salyan şəhərindən Tələt adlı taksi sürücüsünü tanımış və onun avtomobili ilə müəyyən yerlərə getmiş, həmçinin Tələtə də bu işlərlə məşğul olmağı barədə bildirmişdir. 2023-cü ilin avqust ayında Tələt ona tanışı Səbirağa adlı şəxsin torpaq sahəsini sənədləşdirmək istədiyini bildirmişdir. O da ona bu işi həll edə biləcəyini bildirmişdir. Tələt Səbirağaya onun sözlərini bildirdiyi üçün daha sonra birlikdə görüşmüşlər və Tələt onları tanış etmişdir. Səbirağa həmin vaxt ona Salyan rayon İcra Hakimiyyəti tərəfindən ona obyekt tikmək üçün Ələt-Astara yolunun kənarında 4 sot torpaq verildiyini və həmin torpağa dair sənədləşmə işi aparılaraq çıxarış almaq istədiyini bildirmişdir. O Səbirağanı aldadıb bu işi həll edə biləcəyini bildirmişdir. 29 avqust 2023-cü il tarixdə onun sözü ilə Tələtin avtomobili ilə Səbirağaya verilmiş torpaq sahəsinin olduğu yerə baxış keçirilməsinə getmişlər. Həmin yerdə Səbirağa ona verilmiş torpaq sahəsinin hüdudlarını göstərmişdir. O isə həmin torpaq sahəsinə baxıb ona dair çıxarışı 2000 manata alacağını bildirmişdir. Lakin, Səbirağa əvvəlcə onunla həmin məbləğlə razılaşmayıb bir az aşağı düşməyini demişdir. O da Səbirağanın pulunu ələ keçirmək üçün onunla həmin 4 sot torpaq sahəsinə dair çıxarışın alınmasından ötrü 1300 manata razılaşmışdır. Həmin gün oradan çıxıb Salyan şəhəri ərazisində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında Səbirağanın işlədiyi yerə gəlmişlər. Səbirağa orada 880 manat pulu çıxarıb Tələtin yanında ona vermişdir. O, Səbirağaya pulun qalan hissəsinin yaxın günlərdə ya kart, ya da Salyan şəhərində kirayədə yaşadığı üçün əlbəəl verilməsini demiş və onlar razılaşmışlar. Səbirağaya “Kapital Bank”-a aid öz adına olan kart hesab nömrəsini də vermişdir. Bundan sonra həmin gündən etibarən 28 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Səbirağa istifadəsində olan “Kapital Bank”-a aid kart hesabına əlavə 120 manat, 100 manat, 50 manat, 50 manat, 20 manat və 300 manat pulu göndərmişdir. Səbirağa hər dəfə ondan işin nə yerdə olduğunu soruşduqda, ona əvvəlcə sentyabr ayının 20-nə kimi, daha sonra isə sentyabrın sonuna kimi işi həll edəcəyini bildirmişdir. Səbirağa ona tez-tez zənglər vurduğu üçün sentyabr ayının sonlarında mobil telefonunu söndürmüşdür. Zərərçəkmiş şəxs1 ümumilikdə 1520 manat məbləğində pulunu ələ keçirmişdir. O, eskiz layihələrin çəkilməsi ilə məşğuldur, “SFProje” və “Qiymətləndirmə 2014” şirkətlərini açmışdır. Pulları eskiz çəkmək üçün almışdır. Xəstələndiyi üçün zərərçəkmişlərin işlərini düzəldə bilməmişdir. Aldığı pulları öz ehtiyaclarına istifadə etmiş, Səbirağa və Elnurun sənədlərini düzəltməmiş, onlardan aldığı pulları məhkəmə istintaqı gedişində qaytarmışdır. Əməlindən peşmandır. Bir daha hüquqazidd əməllərə yol verməyəcəkdir. Himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. “Vətən Müharibəsi” iştirakçısı olmaqla çoxsaylı medallarla təltif olunmuşdur. Yük avtomobili ustası kimi Salyan rayonunda yerləşən “Qızılgül” restotranının yanında fəaliyyət göstərir. Himayəsində iki uşağı var. Vətən Müharibəsinin iştirakçısı olduğu üçün Salyan Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin fevral ayında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 61-ci km-də yol kənarında yük avtomobillərinin təmiri sexi tikmək üçün ona 4 sot torpaq sahəsi verilmiş, 2023-cü ilin avqust ayında həmin torpaq sahəsini sənədləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs Salyan şəhərindən olan tanışı Şahid1 vasitəsilə tanımışdır. Tələt ona zəng vuraraq torpaq sahəsini, yaşayış evini sənədləşdirməni həyata keçirən tanışı olduğunu demişdir. Bir müddət sonra Tələtlə telefon danışığı zamanı o, 4 sot torpaq sahəsi olduğunu və onu sənədləşdirmək istədiyini bildirmişdir. Tələt onu Kamillə tanış etmiş, onlar görüşmüş, daha sonra Kamil onun topraq sahəsinə baxış keçirmiş, torpaq sahəsinin sənədləşməsini 2000 manata edə biləcəyini demiş, “Vətən Müharibəsi” iştirakçısı olduğunu dedikdən sonra ona güzəşt edərək 1400 manata razılaşmışdır. O, Salyan şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Kamilə 880 manat pulu Tələtin yanında əlbəəl vermişdir. Qalan məbləği isə hissə-hissə Kamilin kartına göndərməklə ödəmək barədə razılaşmışlar. Kamil ona 1 ay vaxt verməsini istəmiş, həmin müddət ərzində onun işini düzəldəcəyini demişdir. Bundan sonra hissə-hissə olmaqla Kamilin kartına pul göndərmişdir. Kamilə ümumilikdə 1400 manat pul ödədikdən sonra Kamil ona Bakıdan layihə çəkənlərin gələcəyini, 120 manat da pul lazım olduğunu bildirmiş, o, da Kamilin kartına 70 manat, 30 manat, 20 manat olmaqla cəmi 120 manat pul göndərmiş, ümumilikdə Kamilə 1520 manat pul vermişdir. Lakin, onun torpaq sahəsinə layihə çəkənlər gəlməmişdir. Kamil tərəfindən aldadıldığını başa düşdükdən sonra ona zəng edərək pulunu qaytarmasını tələb etmiş, lakin Kamil müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Kamilin dediyi 1 aylıq müddət başa çatdıqda isə onun telefonuna zəng vurmuş, lakin onun telefonuna zəng çatmamışdır. Bundan sonra o, Kamil tərəfindən aldadıldığını başa düşmüş və bu barədə Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir neçə ildir ki, atası İlhama məxsus, Salyan rayonu Qarabağlı kəndində yerləşən mağazaları olsa da, obyektin çıxarışı olmamışdır. 2023-cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs mağazalarına gələrək Bakı şəhərindən topaq şöbəsindən gəldiyini və bu barədə Salyan rayon İcra Hakimiyyətinin də məlumatı olduğunu bildirib atası və ona obyektlərə dair müvafiq sənədləşmə işi ilə məşğul olduğunu demişdir. Mağazalarının çıxarışı olmadığını Kamilə bildirdikdə, o, bu işi düzəldəcəyini və bu işi ümumilikdə 1500 manata həll edəcəyini bildirmişdir. Onlar da Kamilə inanıb razılaşmışlar. 01 iyul 2023-cü il tarixdə Kamil yenidən mağazaya gəlmiş və atası onun verdiyi 200 manat pulu Kamilə əlbəəl vermişdir. Bundan sonra ayrı-ayrı tarixlərdə Kamilin onlara verdiyi, istifadəsində olan “Kapital Bank”-a aid kart hesabına müxtəlif tarixlərdə 1470 manat pul göndərmiş, Kamilə ümumilikdə 1670 manat pul vermişdir.Kamildən pulunu qaytarmasını tələb etdikdə müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Aldadıldığını bildikdən sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməsə də, ondan həmin ziyan məbləğini tələb etmir, onu uşaqlarına bağışlayır. Ondan şikayətçi deyildir. Zərərçəkmiş şəxs2 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməsə də, ondan həmin ziyan məbləğini tələb etmir, uşaqlarına bağışlayır.Sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Atasına məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin may ayının sonlarında rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs onunla taksi kimi yol getmiş və beləliklə, onlar tanış olmuşlar. Kamil özünü ona İqtisadiyyat Nazirliyinin işçisi kimi təqdim etmiş və Salyan rayonu ərazisində fərdi yaşayış evlərinin layihəsini çəkib çıxarış hazırladığını bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanmışdır. Kamil müxtəlif vaxtlarda onu müəyyən yerlərə taksi kimi aparmasından ötrü zənglər etmiş və o da Kamili taksi pulu müqabilində həmin yerlərə aparmışdır. Zərərçəkmiş şəxs1 onun qonşusudur. 2023-cü ilin avqust ayında Səbirağa ilə telefonda danışarkən Səbirağa ona Vətən Müharibəsi iştirakçısı olduğu üçün ona 4 sot torpaq sahəsi verildiyini və bunun üçün ona çıxarış almaq lazım olduğunu bildirmişdir. O isə Səbirağaya Kamil adlı tanışının olduğunu və onun bu işi həll edə biləcəyini bildirmişdir. Daha sonra birlikdə görüşmüşlər və onları tanış etmişdir. Bundan sonra 29 avqust 2023-cü il tarixdə Kamilin sözü ilə avtomobili ilə Səbirağaya verilmiş torpaq sahəsinin olduğu yerə baxış keçirilməsinə getmişlər. Həmin yerdə Səbirağa ona verilmiş torpaq sahəsinin hüdudlarını Kamilə göstərmişdir. Kamil isə həmin torpaq sahəsinə baxıb ona dair çıxarışı 2000 manata alacağını bildirmişdir. Lakin Səbirağa həmin məbləğlə razılaşmayıb bir az aşağı düşməsini demişdir. Bundan sonra Kamil Səbirağa ilə həmin 4 sot torpaq sahəsinə dair çıxarışın alınmasından ötrü onunla 1300 manata razılaşmışdır. Həmin gün oradan çıxıb Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında Səbirağanın işlədiyi yerə gəlmişlər. Səbirağa orada 880 manat pulu çıxarıb onun yanında Kamilə vermişdir. Kamil və Səbirağa qalan pulun isə hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Daha sonra eşitmişdir ki, Kamil kart vasitəsilə hissələrlə olmaqla Səbirağadan 640 manat da əlavə olaraq almaqla ümumilikdə 1520 manat pul almış, lakin onun işini düzəltməmişdir. Səbirağa ona bu barədə bildirdikdə, Kamilə zəng vurub Səbirağanın pulunu geri qaytarmasını tələb etmiş, Kamil ona Səbirağanın 1520 manat pulunu yaxın vaxtlarda qaytaracağını söz versə də, bu günədək həmin məbləğdə pulu geri qaytarmamışdır. Kamilin törətdiyi cinayət əməllərinin onunla heç bir əlaqəsi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir neçə ildir ki, ona məxsus, Salyan rayonu Qarabağlı kəndində yerləşən mağaza olsa da, obyektin çıxarışı olmamışdır. 2023cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs mağazalarına gələrək Bakı şəhərindən topaq şöbəsindən gəldiyini və bu barədə Salyan rayon İcra Hakimiyyətinin də məlumatı olduğunu bildirib ona və oğlu Elnura obyektlərə dair müvafiq sənədləşmə işi ilə məşğul olduğunu demişdir. Mağazalarının çıxarışı olmadığını Kamilə bildirdikdə, o, bu işi düzəldəcəyini, mağazaya dair sənədlərə baxıb müvafiq sənədləri düzəldib çıxarış alacağını və bu işi ümumilikdə 1500 manata həll edəcəyini bildirmişdir. Onlar da Kamilə inanıb razılaşmışlar. 01 iyul 2023-cü il tarixdə Kamil yenidən mağazaya gəlmiş və ona bu iş üçün oğlu Elnurun yanında 200 manat pulu əlbəəl vermişdir. Bundan sonra ayrı-ayrı tarixlərdə Kamil mütəmadi olaraq ona və oğlu Elnura zəng vurub bu işin düzəlməsi üçün əlavə pullar tələb etdiyi üçün inandıqlarından Kamilin istifadəsində olan “Kapital Bank”-a aid kart hesabına müxtəlif vaxtlarda 1470 manat pul göndərmişlər. Həmin pullar oğlu Elnurun olmuşdur. Ümumilikdə Kamilə 1670 manat pul vermişlər. Həmin pulun 1470 manatını Kamilə göndərmələri barədə qəbzləri var, 200 manatı isə əlbəəl verdiyi üçün qəbzi yoxdur. Lakin Kamil onların işini düzəltməmiş, pulllarını tələb etsələr də qaytarmamışdır. Buna görə də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, pulu onun uşaqlarına bağışlayırlar. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə təqdim etdiyi xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, təxminən 1 ay bundan əvvəl ona məxsus torpağın sənədləşdirilməsi üçün Təqsirləndirilən şəxs nağd şəkildə 880 manat, ona məxsus **********409177 hesab nömrəli kartına hissə-hissə olmaqla ümumilikdə 640 manat pul köçürməyinə baxmayaraq həmin şəxs vədinə əməl etməmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Tural Fərmanlı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək təxminən 1 ay bundan əvvəl ona məxsus torpağı sənədləşdirmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 1520 manat pul verməsinə baxmayaraq aldadılmasını bildirmişdir.Zərərçəkmiş şəxs1 müraciəti 02 oktyabr 2023-cü il tarixdə Salyan rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2055 sayla qeydiyyata alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı toplanmış materialın RPŞ-nin İstintaq Bölməsinə verilməsi qənaətinə gəlinmişdir. Odur ki, Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 130-da yaşayan Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materialın araşdırmanın davam etdirilməsi üçün rayon polis şöbəsinin İB-nə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədovun “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, həmin tarixlərdə "xxxx" MMC-yə məxsus Milli Ön elektron və “eManat” ödəmə sistemi vasitəsi ilə Kapital Bankına məxsus S*****K*****Ə*****oğlu adına olan nömrəli karta hissə-hissə olaraq 50 manat, 100 manat, 120 manat, 20 manat və 90 manat pul vəsaitləri Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan RPŞ-nin inzibati binasında saat 10:00-dan 10:30-dək İB-nin rəisi polis mayoru X4 iştirakı ilə ödəniş qəbzlərinin baxışı zamanı Xaçmaz rayonu Armudpadar kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital Bank”-a aid 416973******9177 nömrəli kart hesabına ödəmə terminalları vasitəsilə xx.xx.2023-cü il tarixdə 120 (yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, həmin tarixdə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixdə 50 (əlli) manat, həmin tarixdə 20 (iyirmi) manat pul vəsaitləri mədaxil olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Tural Fərmanlı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək təxminən 1 ay bundan əvvəl ona məxsus torpağı sənədləşdirmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 1520 manat pul verməsinə baxmayaraq aldadılmasını bildirmişdir.Zərərçəkmiş şəxs1 müraciəti 02 oktyabr 2023-ci il tarixdə Salyan rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2055 sayla qeydiyyata alınaraq icraata daxil olmuşdur.Göstərilənləri nəzərə alaraq lazımi profilaktiki tədbirlər keçirilərək aşağıda qeyd olunan xüsusatlar müəyyən edilməli olduğu üçün: Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 130-da yaşayan Zərərçəkmiş şəxs1 aldadılması faktı, bununla bağlı hər hansı sübut növü, eləcə də şahidlərin dairəsi; Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən olunaraq RPŞ-nin TB-nə gətirilməsi; qeyd olunan ərazidə əvvəllər anoloji halların baş verib-verməməsi; qeyd olunan xüsusatların müəyyən edilməsi məqsədilə müvafiq profilaktiki tədbirlərin keçirilməsi üçün İctimai Təhlükəsizlik və Cinayət-Axtarış Bölməsinin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İTB-nin YYÇN-nın PTQ-nun inspektoru polis baş leytenantı Ramil Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 aldadılması faktı, bununla bağlı hər hansı sübut növü, eləcə də şahidlərin dairəsini müəyyən etmək mümkün olmamışdır.Eyni zamanda Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onu RPŞ-nin TB-nə gətirilməsi təmin oluna bilməmişdir.Onun barəsində keçirilən axtarış tədbirlərinin davam etdirildiyini bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 28 oktyabr 2023-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə etdiyi müraciət əsasında toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Salyan RPŞ-nin İBnə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi axtarış elan olunmuş və olduğu yer müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Bayramov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə xx.xx.2024-cü il tarixdən Salyan rayon PŞ-nin İB tərəfindən axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Salyan rayon PŞ-də xx.xx.2024-cü il tarixdə 720609 nömrəli axtarış işi açılmış və müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Bayramov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 iştirakı ilə PŞ-nin İstintaq Bölməsində istintaqı aparılan xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə xx.xx.2024-cü il tarixdən PŞ-nin İstintaq Bölməsi tərəfindən axtarışa elan olunmuş, xx.xx.2024-cü il tarixdə isə barəsində PŞ-də 720609 nömrəli axtarış işi açılmış, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 16:30-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu Armudpadar kəndində yerləşən yaşayış ünvanının qarşısında saxlanılaraq saat 21:00-da Salyan RPŞ-ə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədovun tutma haqqında məlumatından görünür ki, Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olan, Xaçmaz rayonu Armudpadar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 21:10 dəqiqədə PŞ-nin İstintaq Bölməsində şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nın X5 təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında RPŞ-nin İB-də istintaq edilən HK-1/220 saylı material üzrə istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Salyan rayon Polis şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Xaçmaz rayonu Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs atası İlhama məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən mağazaya çıxarış alacağı adıyla onu aldadıb 01 iyul 2023-cü il tarixdən 19 sentyabr 2023-cü ilədək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 1670 manat pulunu alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin polis kiçik leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:14-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş, Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsindən zəng edərək işlətdiyi obyektə sənəd düzəldəcəyi adı ilə Kamil (**********, **********) adlı şəxsin vətəndaşdan 1470 manat pul alması, lakin sonuncunun vədinə əməl etməməsi barədə narazılığını bildirmişdir.Məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:18-də, xx.xx.2023-cü il tarixdə 18:55-də, xx.xx.2023-cü il tarixdə saat 19:18-də, xx.xx.2023-cü il tarixdə 19:35:13-də, xx.xx.2023-cü il tarixdə 11:47-də, xx.xx.2023-cü il tarixdə 19:35:31-də, xx.xx.2023-cü il tarixdə 00:15-də, xx.xx.2023-cü il tarixdə 19:27-də, xx.xx.2023-cü il tarixdə 11:09-da, xx.xx.2023-cü il tarixdə, saat 10:55-də, xx.xx.2023-cü il tarixdə 17:42-də "xxxx" MMC-yə məxsus Milli Ön elektron və “eManat” ödəmə sistemi vasitəsi ilə Kapital Bankına məxsus S*****K*****Ə*****oğlu adına olan nömrəli karta hissəhissə olaraq 200 manat, 30 manat, 400 manat, 50 manat, 50 manat, 400 manat, 20 manat, 200 manat, 70 manat, 30 manat və 20 manat pul vəsaitlərini Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan RPŞ-nin inzibati binasında saat 10:00-dan 10:40-dək İB-nin rəisi polis mayoru X4 iştirakı ilə ödəniş qəbzlərinin baxışı zamanı Xaçmaz rayonu Armudpadar kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital Bank”-a aid 416973******9177 nömrəli kart hesabına ödəmə terminalları vasitəsilə xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat, həmin tarixdə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixdə 50 (əlli) manat, həmin tarixdə 30 (otuz) manat, xx.xx.2023-cü il tarixdə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat,xx.xx.2023-cü il tarixdə 70 (yetmiş) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 20 (iyirmi) manat pul vəsaitləri mədaxil olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, həmin tarixdə saat 12:00-dan saat 12:30-dək aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 1520 manat pul aldığını, lakin ona pulu qaytara bilmədiyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, həmin tarixdə saat 12:40-dan saat 13:10-dək aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs2 1670 manat pul aldığını, lakin ona pulu qaytara bilmədiyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Salyan rayon Polis şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 1670 manat maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 23 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə-dindirmə protokolları, sənədlərə baxış keçrilməsi protokolları və cinayət işinin digər istintaq materialları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 333.2, 177.2.3 və 1772.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 177.2.2, 177.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; sonuncu dəfə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 66.5-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib Azərbaycan Respublikası CM-nin 178.2.2, 66.5, 68.1.1-1, 69.3cü maddələrinə əsasən 03 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 1(067)-59/2020 saylı xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumütmə cəzasına məhkum edilmiş,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi cəzadan azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) və sair maddələri ilə məhkəmə məsuliyyətinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon məhkəməsinin 07 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, X9 oğlu xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 136305 saylı vəsiqədən görünür ki, Zərərçəkmiş şəxs1 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tamah niyyətilə etibardan suiistifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs2 atası Şahid2 məxsus həmin kənd ərazisində yerləşən mağazaya dair müvafiq sənədləri düzəldərək çıxarış alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək məqsədilə onunla razılaşıb 2023-cü ilin iyul ayının 1-də sonuncu ilə Salyan rayonu Qarabağlı kəndi ərazisində görüşərək ondan ilk dəfə 200 (iki yüz) manat pulu əlbəəl, daha sonra bu işin düzəlməsinə dair əlavə pullar tələb etdiyi üçün Zərərçəkmiş şəxs2 Salyan rayonu Qarabağlı kəndi ərazisində yerləşən ödəmə terminallarından köçürdüyü 05 iyul 2023-cü il tarixdə 30 manat, iyulun 19-da 400 manat, həmin tarixdə 50 manat, iyulun 21-də 30 manat, həmin tarixdə 50 manat, avqustun 01-də 20 manat, avqustun 10-da 200 manat, avqustun 19-da 70 manat, avqustun 25-də 200 manat, sentyabrın 13-də 20 manat və sentyabrın 19-da 400 manat pulu özünə məxsus, istifadəsində olan, “Kapital Bank”-a aid 4169 7388 8940 9177 nömrəli debit bank kartı vasitəsilə əldə etməklə, vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1670 (min altı yüz yetmiş) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhər sakini Zərərçəkmiş şəxs1 Ələt- Astara yolunun kənarında yerləşən 4 sot torpağa dair müvafiq sənədləri düzəldərək obyekt tikilməsinə çıxarış alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək məqsədilə onunla razılaşıb 2023cü ilin avqust ayının 29-da sonuncu ilə Salyan şəhəri ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək ondan ilk dəfə 880 (səkkiz yüz səksən) manat pulu əlbəəl, daha sonra bu işin düzəlməsinə dair əlavə pullar tələb etdiyi üçün 28 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı günlərdə Zərərçəkmiş şəxs1 Salyan şəhəri ərazisində yerləşən ödəmə terminallarından köçürdüyü 120 manat, 100 manat, 50 manat, 50 manat, 20 manat və 300 manat pulu özünə məxsus, istifadəsində olan, “Kapital Bank”-a aid 4169 7388 8940 9177 nömrəli debit bank kartı vasitəsilə əldə etməklə, vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 1520 (min beş yüz iyirmi) manat pulunu ələ keçirərək dələduzluq etməsi, bununla da onun Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs sonuncu dəfə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 66.5-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib Azərbaycan Respublikası CM-nin 178.2.2, 66.5, 68.1.1-1, 69.3-cü maddələrinə əsasən 03 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə əsasən cəzadan azad olunmuşdur. Qanunun mənasına görə Təqsirləndirilən şəxs cəzadan azad olunduğu üçün məhkumluq ödənilmiş sayılmalı və məhkumluqla bağlı olan bütün hüquqi nəticələr ləğv edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir,cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə - 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, o, əvvəllər dəfələrlə bir neçə şəxsə qarşı oxşar əməlləri törədərək məhkum olunmasına və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq islah yoluna qədəm qoymamış, dələduzluq cinayətini artıq özünə bir məşğuliyyət növü seçmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində Salyan rayon məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-82/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-82/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver