Məhkəmə qərarları › İş №1(057)-82/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-82/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-82/2025 04.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan Rayon Məhkəməsinin 1(057)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 24 iyun 2025-ci il tarixdə saat 08:44 dəqiqədə Salyan şəhəri A.Ağabəyli küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən təmiz çəkisi 0,456 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri T.Davudzadə küçəsi ev 9-da qeydiyyatda olmaqla Salyan şəhəri A.Ağabəyli küçəsi ev 63-də ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, miliyyətcə rus olsa da, Azərbaycan vətəndaşıdır və Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan dilində sərbəst şəkildə yaza, oxuya və danışa bilir. Qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanmasına görə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza müddəti başa çatmamışdır. Buna baxmayaraq, o, müəyyən vaxtlarda “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul etmişdir. Salyan rayonu Arbatan kəndində yerləşən qəbirstanlısda piyada halda gedərkən yerdə sellofan büküm olduğunu görüb həmin bükümü götürüb içərisinə baxmışdır. Bu zaman sellofan bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Evə gəldikdən sonra bir qədərini istifadə etmişdir. 2025-ci il iyunun 24-da saat 08:44 radələrində A.Ağabəyli küçəsi ilə hərəkət edən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərini yoxlamışlar və əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 0 polis əməkdaşlarına təqdim etmişdir. Üzərində baxış keçirilmiş, lakin əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin kütləni təxminən 2 gün bundan əvvəl Salyan rayonu Arbatan kəndində yerləşən qəbirstanlıqda yerdən tapmış və istifadə etmə məqsədilə götürüb üzərində saxlamışdır. O, həmin kütlədən heç kimə kimə verməmiş yaxud satmamışdır. Həmçinin, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Himayəsində xəstə anasının olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Salyan şəhəri T.Davudzadə küçəsi ev 9-da qeydiyyatda olmaqla Salyan şəhəri A.Ağabəylı küçəsi ev 63də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədilə o, Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polhs leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 08:44 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri A Ağabəyli küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs Azərbaycan dilində bildirmişdir ki, miliyyətcə rus olsa da, Azərbaycan vətəndaşıdır və Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan dilində sərbəst şəkildə yaza, oxuya və danışa bilir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Həmin vaxt videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan üzərində nə olması və olduğu halda təqdim etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamın olduğunu, özünə məxsus olduğunu, 23 gün əvvəl Salyan rayonu Arbatan kəndində yerləşən qəbirstanlıqda yerdən tapdığını və istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsinə dair protokol tərtib olunmuş, tərtib edilmiş protokol Təqsirləndirilən şəxs ucadan oxunduqdan sonra özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərtib olunmuş protokol, CD disk, möhürlənmiş kağız zərf və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aidiyyəti üzrə Salyan RPŞ-nin İstintaq Bölməsinə təqdim edilmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 24 iyun 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Salyan RPŞ-nin CAB-nin rəisi VMİE, polis kapitanı Şahid1 oğlunun xx.xx.2025-ci il tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, RPŞ-nin CABnin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 oğlu və polis baş leytenantı Şahid2 iştirakları ilə Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 9-da qeydiyyatda olan və Salyan şəhəri, A.Ağbayli küçəsi, ev 63-də yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, qaşıması və üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması və tədbirin həyata keçirilməsi məqsədilə yuxarıda göstərilən əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil olundu və bütün iştirakçılara davranış xətti izah edilmişdir. Ona görə də həmin protokol Salyan RPŞ-nin inzibati binasında yerləşən xidməti otağıda tərtib olunmuş, iştirakçılar tərəfindən heç bir irad və əlavə olunmadığı üçün imzalarla təsdiq olunmuşdur. Salyan Rayon Polis Şöbəsinin CAB-nin rəisi VMİE, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, təqdim olunan 2 ədəd zərfə və 01 ədəd diskə videoçəkiliş vasitəsilə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar olunduğu və elektron tərəzi vasitəsilə çəkildikdə həmin kütlənin çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. Kağız zərfdə olan həmin kütləyə yenidən baxış zamanı 01 ədəd bükümdə psixotrop maddə meamfetaminə oxşar kütlə aşkar olunmuş və elektron tərəzi vasitəsilə çəkisinin 0,55 qram olması müləyyən olunmuşdur.Daha çonra həmin kütlə yenidən kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli “material üzrə tərcüməçi qismində təyin edilməsi üçün istintaqa dəvət edilmiş şəxsin tərcüməçi kimi iştirakına öz razılığının olmasının aydınlaşdırılması barədə” protokol və qərardan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, rus dili üzrə tarix müəllimi, Salyan rayonu 1 saylı tam orta məktəbdə müəllim işləyən, Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan X4 iştirakı ilə ondan ötrü ki, icraatda olan HK-1/1221 saylı material üzrə rus dilini bilən tərcüməçinin dəvət edilməsinə zərurət yarandığından, zəruri biliyə malik olan X5 24 iyun 2025-ci il tarixdə istintaqa dəvət edərək, iş üzrə tərcüməçi qismində dəvət edilməsinə öz razılığının olub-olmamasını, habelə cinayət prosesində şəxsi marağının olub-olmamasını aydınlaşdırarkən, X7 bildirmişdir ki, cinayət prosesində şəxsi marağı yoxdur. O, material üzrə tərcüməçi qismində təyin olunmasına razıdır. Odur ki, Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan X7 tərcüməçi kimi təyin edilmişdir. Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə saat 10:45 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2025-ci il tarixli 18/493 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,456 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,456, qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,406 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli 18/493 №-li rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(057)-32/2025 saylı qərarından görünr ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.Qərarın icrası Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,406 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan rayon Polis şöbəsinin maddi sübutların saxlaması otağına təhvil verilmişdir. Salyan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2025-ci il tarixə qədər təyin edilmiş cəza müddətinin 01 il 08 ay 25 gün hissəsinin çəkmiş, çəkilməmiş cəza müddəti 03 ay 01 gün təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 384 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülmüşdür. Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-136/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 iyul 2025-ci il tarixli, 5-71-6/2-169/2025 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası 1953-cü il təvəllüdllü X6 ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Salyan rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 15 iyul 2025-ci il tarixli, 18-1- 68/2-1171/2025 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü il tarixdən "Amfetaminlərin” qəbulundan yaranan aslılıq sindromu ilə narkoloji qeydiyyatdadır,Poliklinika şöbəsinin həkim-psixiatrının məlumatına əsasən, Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədovun əməliyyat tapşırığından görünür ki, 24 iyun 2025-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılır.Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.1982-ci ildə Salyan şəhərində madan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə qəşğul olan, məhkumluğu olan, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 9-da qeydiyyatda ymaqla Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 63-də yaşayan Təqsirləndirilən şəxs isintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda yəni təmiz çəkisi 0,456 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Salyan RPŞ-nin məkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 2025-ci il iyunun 24-də saat 08:44 dəqiqədə Salyan şəhəri A.Ağabəyli küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının şol yan cibindən həmin psixotrop maddə aşkar olunaraq götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 24 iyun 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 2-3 gün əvvəl Salyan rayonu Arbatan kəndində yerləşən qəbiristanlıqda piyada halda gedərkən yerdə sellofan büküm olduğunu görüb həmin bükümü götürüb içərisinə baxmışdır. Bu zaman sellofan bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsinin, həmin maddədən başqa şəxslərə satmasının və ya satmaq niyyətinin olmasının müəyyən edilməsi istiqamətində aparılan istintaq hərəkətləri ilə yanaşı həmin xüsusatlar üzrə müəyyən əməliyyat-axtarış tədbirləri keçirilməli, Təqsirləndirilən şəxs həyat tərzi, cinayət əlaqələri, bundan əvvəl hər hansı cinayətin törədilməsində iştirakının olub-olmaması əməliyyat-axtarış tədbirləri yolu ilə yoxlanılmalıdır.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 85.4.5-ci maddəsini rəhbər tutaraq, əməliyyat tapşırığının icra olunmasına və nəticəsi barədə istintaqa məlumat verilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamindən başqa şəxslərə satması və ya satış məqsədi ilə saxlaması təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, şahid ifadələri, əməliyyataxtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,406 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilsin və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış;iş üzrə bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs ata adı “Viladimiroviç” kimi qeyd edilsə də, şəxsin ata adının Vladimiroviç olması nəzərə alınmışdır.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs daha əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş, lakin cəza siyasətinin humanistləşdirilməsi məqsədilə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmuşdur. Lakin təqsirləndirilən şəxs bu cəzadan nəticə çıxarmamış və yenidən eyni qəbildən olan cinayət əməlini törətmişdir. Məhkəmə müəyyən etdi ki, təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilən alternativ cəza məqsədinə çatmamış, onun islah olunması üçün yetərli olmamış, o, ictimai təhlükəli davranışını davam etdirmişdir. Təqsirləndirilən şəxsin yenidən cinayət törətməsi onun cəmiyyət üçün təhlükə təşkil etdiyini və azadlıqdan məhrum etmə cəzasının zəruriliyini göstərir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,406 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “DVD” diskin cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 31,95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Müdafiəçi1 vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxsna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 01 (bir) ay 15 (on beş) gün müddət Cinayət Məcəlləninin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,406 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “DVD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31,95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Müdafiəçi1 vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxsna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar