Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-83/2024 21.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1-ci maddəsi ilə xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yardımlı rayonu, Alar kəndində qeydiyyatda olmaqla Salyan şəhəri, Y. Zərgərli küçəsi ev 9-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü il 26 yanvar tarixdə saat 24 radələrində Salyan şəhəri, Yunis Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçələrinin kəsişməsində mikrotunel kanalizasiya layihəsini həyata keçirən "xxxx" MMC-ə məxsus 400 manat dəyərində, istismar müddəti bir il olan, bir ədəd quyuların tikintisində istifadə olunan dəmir qəlib parçasını, istismar müddəti bir il olan 2400 manat dəyərində 60 ədəd montaj üçün bərkidici milləri (barmaqcıqları), istismar müddəti 2 il olmaqla dəyəri 560 manat olan bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsini və 1066 manat dəyərində, istismar müddəti 2 il olan, bir ədəd deşici aləti gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs "xxxx" MMC-nə ümumilikdə cəmi 4426,0 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü il 26 yanvar tarixdə saat 24 radələrində Salyan şəhəri, Yunis Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçələrinin kəsişməsində mikrotunel kanalizasiya layihəsini həyata keçirən "xxxx" MMC-ə məxsus 400 manat dəyərində, istismar müddəti bir il olan, bir ədəd quyuların tikintisində istifadə olunan dəmir qəlib parçasını, istismar müddəti bir il olan 2400 manat dəyərində 60 ədəd montaj üçün bərkidici milləri (barmaqcıqları), istismar müddəti 2 il olmaqla dəyəri 560 manat olan bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsini və 1066 manat dəyərində, istismar müddəti 2 il olan, bir ədəd deşici aləti gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs "xxxx" MMC-nə ümumilikdə cəmi 4426,0 manat məbləğində maddi ziyan vurmuşdur. Hər iki təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddət əvvəl Mirzə ilə birlikdə idarə etdiyi VAZ 2106 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobililə hərəkət edərkən Salyan şəhəri, Y. Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçəsinin kəsişdiyi yerdə tunel qazıldığını və orada xeyli dəmirin olduğunu görmüşlər. 26 yanvar 2024-cü il tarixdə saat 24 radələrində Mirzə ilə birlikdə həmin yerə getmiş orada yeşikdə olan dəmir milləri və dəmir qəlibin kiçik hissələrini götürüb maşına qoyub aparmışlar. Səhəri günü, yəni 27 yanvar 2024-cü il tarixdə günortadan sonra Mirzə onlara gəlmiş və birlikdə həmin dəmirləri aparıb Salyan şəhərində metal qəbulu ilə məşğul olan Şahin adlı şəxsə vermək istəmişlər. Hazırda oğurluq etdiyinə görə səhvini başa düşür və tutduğu bu əməlindən də səmimi peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, tarix yadında qalmamışdır, Əlifağanın idarə etdiyi VAZ 2106 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobililə şəhərdə gəzərkən Salyan şəhəri, Y. Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçəsinin kəsişdiyi yerdə xeyli dəmir əşyalarının olduğunu görmüşlər.Həmin yerdən oğurluq etmək fikrinə düşmüşlər. 26 yanvar 2024-cü il tarixdə saat 24 radələrində Əlifağa ilə onun idarə etdiyi maşınla Salyan şəhəri, Y. Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçəsinin kəsişdiyi yerə gələrək oradan dəmir hissələrini götürüb maşına qoyub aparmışlar. Həmin dəmirləri Əlifağanının evinə aparmışlar.Səhərisi günü 27 yanvar 2024-cü il tarixdə günortadan sonra Əlifağagilə gəlmiş və birlikdə həmin dəmirləri aparıb Salyan şəhərində Şahin dalı şəxsə satmaq istəmişlər. Törətdiyi əmələ görə peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə baxışının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində təqsirləndirilən şəxslər tərəfindən dəymiş zərərin ödənildiyini, şikayət və tələblərinin olmadığını qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci madəsinə əsasən zərərçəkmişin istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O. həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından "xxxx" MMC-də SƏTM mühəndisi vəzifəsində çalışır və işlədiyi MMC hazırda Salyan şəhərində su-kanalizasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olur. 2024-cü ilin yanvar ayının əvvəllərindən etibarən layihə üzrə həyata keçirdikləri işlər MMC-nin maddi problemləri ilə əlaqədar müvəqqəti olaraq dayanmış və işləri yarımçıq qalan yerlərdə də onlar əmlaklarının oğurlanmaması üçün gündəlik gözətçilik təşkil edib həyata keçirmişlər. MMC-də usta vəzifəsində işləyən Şahid1 26 yanvar 2024-cü il tarixdə Salyan şəhəri, Yunis Zərgərli küçəsi ilə Əliağa Kürçaylı küçələrinin kəsişdiyi ərazidə yerləşən mikrotunelin gündüz mühafizəsini həyata keçirdikdən sonra onu həmin gün saat 18:00-də MMC-də rəsmi olaraq gözətçi vəzifəsində işləyən Şahid3 təhvil vermiş, təhvil verərkən də MMC-ə məxsus bütün avadanlıqlar və alətlər mikrotuneldə və onun ətrafında olmuşdur. 27 yanvar 2024-cü il tarixdə saat 8:00-da Şahid1 növbəni Şahid3 təhvil alarkən məlum olmuşdur ki, "xxxx" MMC-ə məxsus 3060 manat dəyərində 60 ədəd bərkidici barmaqcıqlar, 600 manat dəyərində bir ədəd quyuların tikintisində istifadə olunan dəmir qəlbin kiçik parça hissəsi, 680 manat dəyərində bir ədəd mikrotunel makinasının bərkidici kronşteyni, 1600 manat dəyərində bir ədəd böyük dəmirbeton dişarların deşilməsi üçün istifadə olunan pereparator aparatı oğurlanmış və həmin oğurluq nəticəsində işlədiyim "xxxx" MMC-ə təxminən 5940 manat məbləğində ziyan dəymişdir. Ona görə də Şahid1 telefonla bu barədə dərhal rəhbərliyə məlumat vermiş, ondan sonra gəlib həmin yerə baxdıqda qeyd edilən əmlakların naməlum şəxslər tərəfindən oğurlanmasını dəqiqləşdirilmiş və bundan sonra gəlib bununla əlaqədar Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan polis şöbəsində aparlan araşdırma zamanı məlum olmuşdur ki, MMC-ə məxsus həmin əşyalar və avadanlıaqlar Əlifağa və Mirzə adlı şəxslər tərəfindən oğurlanmışdır. Şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayının 26-da saat 18 radələrində MMC-də usta işləyən Şahid1 növbəni təhvil almış, növbəni qəbul edərkən MMC-ə məxsus bütün əşyalar və avadanlıqlar yerində olmuşdur. Gecə saat 23 radələrində özünü pis hiss etdiyindən yaxınlıqdakı evinə getmiş və təxminəın saat 01 radələrində yenidən iş yerinə qayıtmışdır. Qayıdarkən də heç nədən şübhələnmədiyindən nəyəsə fikir verməmişdir.Səhər növbəni təhvil verərkən məlum olmuşdur ki, gözətçi köşkünün yanında, çöldə yeşiklərdə yerə qoyulmuş dəmir barmaqcıqlar, kronşteyn və bir ədəd dişar deşən aparat yerində yoxdur. Ondan növbəni təhvil almağa gəlmiş Şahid1 bu barədə MMC-ə rəhbərliyinə zəng vurub məlumat vermiş, onlar da gələndən sonra bu barədə soruşduqda hər şeyi olduğu kimi onlara danışmış və ona görə də MMC-nin rəhbərliyi tərəfindən bu barədə polisə məlumat verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluğu Əlifağa və Mirzə adlı şəxslər törətmişlər. Şahid kimi dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, 2024-cü ilin yanvar ayının 27-də Salyan RPŞ-nə Salyan şəhərində sukanalizasiya işlərini həyata keçirən "xxxx" MMC-ə məxsus bəzi dəmir əşyaların və avadanlıqların Salyan şəhəri, Ə. Kürçaylı küçəsi ilə Y. Zərgərli küçələrinin kəsişməsində oğurlanması barədə məlumat daxil olmuş, həmin cinayəti törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində onlar tərəfindən həyata keçirilən tədbirlər zamanı 27 yanvar 2024cü il tarixdə qeyd edilən oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi müəyyən edilmiş və həmin şəxslər oğurladqları əşyaları Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21060 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə Salyan şəhərində fəaliyyət göstərən Şahid2 adlı şəxsin metal qəbulu məntəqəsinə təhvil verərkən saxlanılmışlar. Məhkəmədə elan olunmuş avtomobilə baxış keçirilməsi və götürmə aparılması barədə 30 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş bir ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş VAZ 21060 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə Salyan RPŞ-nin inzibati həyətindəki duracaqda həmin tarixdə baxış keçirilərkən avtomobilin yük yerindən quyuların tikintisində istifadə olunan bir ədəd dəmir qəlbin kəsilərək ikiyə bölünmüş hissəsi, üzərinə keçirilən dəmir barmaqcıqlarla bərbər bir ədəd mikrotunel lmakinasının sarı rəngli kronşteyni, 47 ədəd dəmir barmaqcıqlar və onlara əlavə olunan dəmir parçaları aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 aprel 2024-cü tarixli 9/1864 nömrəli rəyindən görünür ki, istismar müddəti bir il olan və quyuların tikintisində istifadə olunan bir ədəd dəmir qəlib parçasının qiyməti 400 manat, istismar müddəti bir il olan, montaj üçün bərkidici millərin (barmaqcıqların) bir ədədinin qiyməti 40 manat olmaqla 60 ədədinin qiyməti 2400 manat,istismar müddəti 2 il olan, bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsinin qiyməti 560 manat, istismar müddəti 2 il olan, bir ədəd deşici alətin qiyməti 1066 manatdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4426,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları "xxxx" MMC-ə məxsus bir ədəd dəmir qəlib parçası, 47 ədəd montaj üçün bərkidici millər (barmaqcıqlar), bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsi xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dəymiş ziyanı tam ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması və dəymiş ziyanı tam ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, onlar təqsirli bilinib həmin maddələrin sanksiya həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, hər iki şəxsə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hər iki təqsirləndirilən şəxs məhkəmə baxışı iclasına gəlmədikləri üçün barələrində axtarış verilməklə 14 may 2024-cü ildə həbs qətimkan tədbiri seçilmiş və hər iki şəxs 21 may 2024-cü ildə tutularaq Salyan RPŞ-nin MSY-yə təhvil verilmişlər. Hər iki təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulub saxlanıldığı üç gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onlar həbsdən azad olunmalı, barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən hər iki təqsirləndirilən şəxsin cəzasının əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi götürülmüş bir ədəd dəmir qəlib parçası, 47 ədəd montaj üçün bərkidici millər (barmaqcıqlar), bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsi "xxxx"MMC-yə qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu üç gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclasında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu üç gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclasında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi götürülmüş bir ədəd dəmir qəlib parçası, 47 ədəd montaj üçün bərkidici millər (barmaqcıqlar), bir ədəd mikrotunel makinasının bərkidici kronşteyninin kiçik makina hissəsi "xxxx"MMC-yə qaytarılsın. Hökmün icrası hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-83/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-83/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver