Məhkəmə qərarları › İş №1(057)-84/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-84/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-84/2025 21.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X21 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.2003-cü ildə Masallı rayonu Hişkədrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olmaqla fakitiki olaraq Abşeron rayonu Xırdalan şəhəri N.Gəncəvi küçəsi 7 nömrəli yataqxanada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, 26 avqust 2003-cü ildə Ağdam rayonu Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu Qasımlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 67.1, 68.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə cəzasının həmin tarixə çəkilməmiş qalan 01 il 08 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2000-ci ildə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2002-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 32.5, 180.2.1, 177.2.1 və 32.5, 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq və təkrarən özgə əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz olaraq girməklə soyğunçuluq əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu ərazisində yol kənarında nəzarətsiz otlayan xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 14-də saat 14 radələrində Lənkəran rayonu Osaküçə kəndi ərazisinə gəlib həmin kənd Sakini Zərərçəkmiş şəxs2 məxsus yol kənarında nəzarətsiz otlayan 39 başdan İbarət qoyun sürüsündən 450 manat dəyərində diri çəkisi 60 kq çəkidə 1 yaşlı erkək cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu və 80 manat dəyərində diri çəkisi 10 kq çəkidə 3-4 aylıq dişi cinsli quzunu, cəmi 4 baş xırda buynuzlu heyvanı tutub ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən gedərək özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər tanışı Təqsirləndirilən şəxs3 cinayətin törədilməsinə verdiyi məlumatları və məsləhəti ilə xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 15-də gecə saat 00 radələrində Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus heyvan saxlanılan tövlənin qapısını açmaq yolu ilə başqa saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq girib sonuncuya məxsus 360 manat dəyərində diri çəkisi 45 kq çəkidə 1 baş erkək cinsli qoyunu, hər birinin 45 kq diri çəkisi olan 5 baş dişi cinsli qoyunları, cəmi 6 baş xırda buynuzlu heyvanın ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən uzaqlaşaraq Salyan rayonu Alçalı kəndi ərazisində heyvanların sahibi Zərərçəkmiş şəxs1 idarə etdiyi öz avtomobili ilə onların arxasınca gələrək avtomobilin uzaq işıqlarını yandırıb-söndürməklə, həmçinin avtomobilin səs siqnalından istifadə etməklə saxla işarəsi verərək özünə məxsus əmlakın açıq talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərin dayandırması tələbinə əhəmiyyət verməyərək öz cinayətkar hərəkətlərini davam etdirib avtomobili sürətlə idarə edib ərazidən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 2160 manat maddi zərər vurmaqla xırdabuynuzlu heyvanları açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq və təkrarən özgə əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz olaraq girməklə soyğunçuluq əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu ərazisində yol kənarında nəzarətsiz otlayan xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 14-də saat 14 radələrində Lənkəran rayonu Osaküçə kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yol kənarında nəzarətsiz otlayan 39 başdan ibarət qoyun sürüsündən 450 manat dəyərində diri çəkisi 60 kq çəkidə 1 yaşlı erkək cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu və 80 manat dəyərində diri çəkisi 10 kq çəkidə 3-4 aylıq dişi cinsli quzunu, cəmi 4 baş xırda buynuzlu heyvanı tutub ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən gedərək özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər tanışı Təqsirləndirilən şəxs3 cinayətin törədilməsinə verdiyi məlumatları və məsləhəti ilə xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 15-də gecə saat 00 radələrində Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus heyvan saxlanılan tövlənin qapısını açmaq yolu ilə başqa saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq girib sonuncuya məxsus 360 manat dəyərində diri çəkisi 45 kq çəkidə 1 baş erkək cinsli qoyunu, hər birinin 45 kq diri çəkisi olan 5 baş dişi cinsli qoyunları, cəmi 6 baş xırda buynuzlu heyvanın ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən uzaqlaşaraq Salyan rayonu Alçalı kəndi ərazisində heyvanların sahibi Zərərçəkmiş şəxs1 idarə etdiyi öz avtomobil ilə onların arxasınca gələrək avtomobilin uzaq işıqlarını yandırıb-söndürməklə, həmçinin avtomobilin səs siqnalından istifadə etməklə saxla işarəsi verərək özünə məxsus əmlakın açıq talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərin dayandırması tələbinə əhəmiyyət verməyərək öz cinayətkar hərəkətlərini davam etdirib avtomobili sürətlə idarə edib ərazidən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 2160 manat maddi zərər vurmaqla xırdabuynuzlu heyvanları açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq və təkrarən özgə əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz olaraq girməklə soyğunçuluq əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu ərazisində yol kənarında nəzarətsiz otlayan xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 14-də saat 14 radələrində Lənkəran rayonu Osaküçə kəndi ərazisinə gəlib həmin kənd Sakini Zərərçəkmiş şəxs2 məxsus yol kənarında nəzarətsiz otlayan 39 başdan İbarət qoyun sürüsündən 450 manat dəyərində diri çəkisi 60 kq çəkidə 1 yaşlı erkək cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu, 380 manat dəyərində diri çəkisi 50 kq çəkidə 2 yaşlı dişi cinsli qoyunu və 80 manat dəyərində diri çəkisi 10 kq çəkidə 3-4 aylıq dişi cinsli quzunu, cəmi 4 baş xırda buynuzlu heyvanı tutub ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən gedərək özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər tanışı Təqsirləndirilən şəxs3 cinayətin törədilməsinə verdiyi məlumatları və məsləhəti ilə xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlib "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 15-də gecə saat 00 radələrində Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus heyvan saxlanılan tövlənin qapısını açmaq yolu ilə başqa saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq girib sonuncuya məxsus 360 manat dəyərində diri çəkisi 45 kq çəkidə 1 baş erkək cinsli qoyunu, hər birinin 45 kq diri çəkisi olan 5 baş dişi cinsli qoyunları, cəmi 6 baş xırda buynuzlu heyvanın ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən uzaqlaşaraq Salyan rayonu Alçalı kəndi ərazisində heyvanların sahibi Zərərçəkmiş şəxs1 idarə etdiyi öz avtomobili ilə onların arxasınca gələrək avtomobilin uzaq işıqlarını yandırıb-söndürməklə, həmçinin avtomobilin səs siqnalından istifadə etməklə saxla işarəsi verərək özünə məxsus əmlakın açıq talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərin dayandırması tələbinə əhəmiyyət verməyərək öz cinayətkar hərəkətlərini davam etdirib avtomobili sürətlə idarə edib ərazidən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 2160 manat maddi zərər vurmaqla xırdabuynuzlu heyvanları açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq və təkrarən özgə əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz olaraq girməklə soyğunçuluq əməllərini törətmişdir. Belə ki, o, Salyan rayonu Qızılağac kənd sakini Zərərçəkmiş şəxs1 məxsus tövlədən xırda buynuzlu heyvanların oğurlanması məqsədilə mobil telefon vasitəsilə videogörüntü bağlantısı yaradaraq Zərərçəkmiş şəxs1 yaşadığı evin dəqiq yerini və həyətində itin olduğuna dair məlumatlar və məsləhətlər verdikdən sonra tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-dən icarə əsasında götürüb idarə etdikləri “Toyota Camry” markalı 77-NA830 dövlət qeydiyyat nişanlı avtomaşınla 2025-ci il mayın 15-də gecə saat 00 radələrində Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus heyvan saxlanılan tövlənin qapısını açmaq yolu ilə başqa saxlanc yeri hesab edilən tövləyə qanunsuz olaraq girib sonuncuya məxsus 360 manat dəyərində diri çəkisi 45 kq çəkidə 1 baş erkək cinsli qoyunu, hər birinin 45 kq diri çəkisi olan 5 baş dişi cinsli qoyunları, cəmi 6 baş xırda buynuzlu heyvanın ayaqlarını kəndirlə bağlayıb gəldikləri avtomobilin arxa yük yerinə yerləşdirib hadisə yerindən uzaqlaşaraq Salyan rayonu Alçalı kəndi ərazisində heyvanların sahibi Zərərçəkmiş şəxs1 idarə etdiyi öz avtomobili ilə onların arxasınca gələrək avtomobilin uzaq işıqlarını yandırıb-söndürməklə, həmçinin avtomobilin səs siqnalından istifadə olunan hüquqazidd hərəkətlərin dayandırması tələbinə əhəmiyyət verməyərək öz cinayətkar hərəkətlərini davam etdirib avtomobili sürətlə idarə edib ərazidən uzaqlaşara zərərçəkmiş şəxsə ümumilikdə 2160 manat maddi zərər vurmaqla xırdabuynuzlu heyvanları açıq talamaqla soyğunçuluq cinayət əməlinin törədilməsində məlumatları və məsləhətləri ilə köməkçi qismində iştirak etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5.180.2.1 və 32.5,180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Fariz oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, hal-hazırda Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk universitetində təhsil alır. 13 may 2025-ci il tarixdə saat 22:00 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Xırdalanda yerləşən “818” rent a car-a getmişdir. Oradan 2 günlük müddətinə 150 manat müqabilində ağ rəngli, “Toyota Camry” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşlər və Alimin adına yol vərəqəsi verilmişdir. Maşını götürdükdən sonra xalası oğlu Alim ilə birlikdə Xırdalan şəhərində bir az gəzmişlər. 14 may 2025-ci il tarixdə gecə saat 01:06 radələrində Təqsirləndirilən şəxs4 adlı dostuna zəng edərək rayona gəzməya gedəcəklərini və əgər istəyirsə onu da götürə biləcəklərini demişdir. Fərid onunla razılaşmış və o, Alim və Fərid birlikdə saat 03:00 radələrində Lənkəran şəhərinə yola düşmüşlər. Saat 05:00 radələrində Lənkəran şəhərinin Vilvan kəndinə çatmışlar. Orada xalasıoğlu Alimgilə məxsus olan evdə qalmışlar və həmin evin çox yaxınlığında Alimin babasıgilin evi var imiş, səhər saat 13:00 radələrində yuxudan oyanıb həyətə düşmüşlər. Həyətdə gəzişdikdən sonra maşına minərək saat 14:00 radələrində Lənkəran rayonunun Osaküçə kəndinə gəlmişlər. Fərid maşında yatmışdır. Orada yolun kənarında bir sıra qoyunların olduğunu görmüşlər. Onlar qoyunların kimə məxsus olduğunu bilmirmişlər. O, Alimə təklif etmişdir ki, həmin qoyunlardan oğurlayıb aparıb satıb pulunu aralarında bölsünlər. Alim onunla razılaşmışdır və onlar 04 baş xırdabuynuzlu heyvanı oğurlayıb ayaqlarını bağlayaraq “Toyota Camry” markalı avtomobilin yük yerinə yükləmişlər. Onlar həmin xırda buynuzlu heyvanları əvvəlcə Masallıya aparmışlar. Orada heyvanı sata bilmədikləri üçün sonra isə Lerikə aparmışlar. Lakin heç bir yerdə sata bilməmişlər. Yolda Fərid oyanmış, onlar Fəridə 04 baş xırdabuynuzlu heyvanın pay verildiyini və satmaq istədiklərini bildirmişlər. Bakı şəhərinə doğru gedən zaman yolda Fərid tanış bir adam olduğunu və qoyunları satmaqla bağlı onunla məsləhətləşəcəyini bildirmişdir. Yolda Fərid tanışı olan, “Emin” kimi tanıdıqları Təqsirləndirilən şəxs3 adlı şəxslə onun mobil telefonu ilə əlaqə saxladıqdan sonra Havasət Fəridə qoyunların şəkilini atmağını demişdir. O qoyunların şəkilini çəkərək Havasətə almışdır. Bundan sonra Havasət Salyan rayonunda yerləşən Salyan dairəsi adlanan yerə getməklərini demişdir. Həmçinin Havasət onlara Salyan şəhəri “Stansiya” qəsəbəsində yaşayan Kamran adlı şəxsin nömrəsini verərək Salyan dairəsi adlanan yerə çatdıqdan sonra həmin şəxslə əlaqə saxlayacaqlarını demişdir. Əlavə olaraq Havasət onlara Kamrana zəng edərkən nömrəni Əlihüseyn adlı şəxsin verdiyini deməli olduqlarını demişdir. Salyan dairəsinə çatdıqdan sonra Kamran ilə əlaqə saxlamışlar və ona nömrəni Əlihüseyindən aldıqlarını demişlər. Kamran onlara “WhatsApp” sosial şəbəkəsi vasitəsilə konum ataraq həmin konumla getməklərini demişdir. Konumla getdikdən sonra “Stansiya” qəsəbəsində Kamran ilə görüşmüşlər. Fərid ilə Kamran heyvanların qiyməti barəsində söhbətləşmişdir. Bir az danışdıqdan sonra manata razılığa gəlmişlər və Kamran 04 baş xırda buynuzlu heyvanın qarşılığında Fəridə 650 manat pul ödəmişdir. Həmin 650 manat puldan Fərid 50 manatını xırda buynuzlu heyvanların satılmasına köməklik göstərdiyi üçün Havasətin kartına atmışdır, 230 manatını Fərid ilə ortaq borcları olan adama atmışlar. Daha sonra idarə etdikləri avtomobilin sol arxa təkərinin buraxdığını aşkar etmişlər. Həmin yerdə mağazanın qarşısında olan adamlar onlara təkəri düzəldə biləcəkləri yer demişlər. Onlar həmin yerə gəldikdən sonra təkər düzəldən şəxs 60 manata təkəri verə biləcəyini demişdir. Fərid Havasətə zəng edərək ona buraları tanıdığını və qiymətdə onlara köməklik etməsini demişdir. Havasət təkər düzəldən şəxs ilə danışaraq 50 manata razılaşdırmışdır. Təkər dəyişilən zaman Fərid maşında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Havasət ilə görüntülü olaraq telefonda danışırmış. O isə Alim ilə birlikdə təkərin dəyişilməsinə baxsa da, hər ikisi Fəridlə Havasətin görüntülü danışmasını görürmüşlər. Maşına əyləşdikdən sonra Fərid yaxınlıqda getməli olduqları bir yerin olduğunu bildirmişdir. 14 may 2025-ci il tarixdə saat 19:00 radələrində onlar Salyan rayonu Qızılağac kəndinin girişinə çatmışlar. Orada olan zaman Fərid Havasətin nənəsinin qonşuluğunda olan Saqif adlı şəxsin xırda buynuzlu heyvanlarını oğurlayacaqlarını bildirmişdir. Kəndin içərisində Fərid Havasət ilə görüntülü danışaraq həmin ünvanın yolunu izah etmişdir. Həmçinin Havasət gedəcəkləri həyətdə itin olduğunu və ehtyatlı davranmaqlarını bildirirmişdir. Onlar da Havasətin görüntülü zənglə etdiyi məsləhətləri və dediyi məlumatları ilə göstərdiyi qaydada həmin evə çatmışlar. Erkən olduğu üçün hava tam qaralmamışmışdır. Bu səbəbdən onlar çörək yemək və havanın tam qaralmasını gözləmək üçün geri qayıtmışlar. Onlar Ələt-Astara avtomobil yolunun Salyan rayonu Sarvan kəndi ərazisindən keçən hissəsində yerləşən “Yolüstü” restoranına getmişlər. Restoranda yemək yemiş, mağazaya daxil olmuş və avtomobilə yanacaq vurduqdan sonra yenidən Salyan rayonu Qızılağac kəndində Havasətin oğurluq etmək üçün dediyi yerə getmişlər. Həmin vaxt gecə 00 radələri olarmış. Onlar orada heyvan tövləsini görüb avtomobil ilə tövlənin qapısına yaxınlaşdıqdan sonra o, xalasıoğlu Alim ilə avtomobildən düşmüşdür. Fərid isə avtomobili sürdüyü üçün sükan arxasında oturmuşdur. O, Alim ilə tövləyə yaxınlaşıb tövlənin qapısında olan ipi alışqan ilə yandırıb qapını açmışlar. Bundan sonra tövləyə daxil olmuşlar. Tövlədə təxminən 10 baş xırda buynuzlu heyvan olarmış. O, Alim ilə həmin heyvanlardan 06 başını oğurlayıb çölə çıxartmışlar. Tövlənin qarşısında avtomobildən götürdükləri heyvan ipləri ilə həmin 06 baş qoyunun ayaqlarını bağlayıb avtomobilin arxa yük yerinə atmışlar. Həmin vaxt orada heç kəs olmamış, onları heç kəs görməmişdir. Bundan sonra avtomobilə əyləşib gəldikləri istiqamətdə kəndin içi ilə geri qayıtmışlar. Onlar Ələt-Astara yoluna çıxdıqdan sonra Bakı şəhəri istiqamətində yola davam etmişlər. Fərid Ələt-Astara avtomobil yolu ilə getməyin təhlükəli, yəni qarşıda saxlanıla biləcəklərini bildirib daha qısa yol ilə yəni kənd içərisi yol ilə getməli olduqlarını bildirmiş və bundan sonra baş yoldan Alçalı kənd yoluna girib yola davam etmişlər. Fərid kənd içərisi yol ilə getdikdən sonra yolu tanımadıqları üçün azmışlar və orada dalana dirənmişlər. Bundan sonra onlar yenidən gəldikləri yolu geri qayıtmağa başlamışlar. Kənd yolunda qayıdarkən arxadan AZ 2106 markalı avtomobilin sürətlə onların avtomobilin arxasınca gələrək işıqlarını yandırıb-söndürdüyünü və onlara saxla işarəsi və siqnal verməsini görmüşlər. Onlar həmin avtomobilin sahibinin kim olduğunu bilməmiş, heyvanlar avtomobildə səs etdikləri üçün saxlamayıb sürətlə idarə edərək qaçmağa başlamışlar. Onlar yenidən baş yola yəni Ələt-Astara yoluna çıxıb sürətlə oradan uzaqlaşaraq Bakı şəhəri istiqamətində yola davam etmişlər. Həmin avtomobil isə onlara çata bilməyib geridə qalmışdır. Onlar isə gecə 03:00 radələrində Xırdalan şəhərinə gəlmişlər. Fəridi avtoyumanın qarşısında düşürtmüşlər. Kənd Xırdalan adlanan yerə gələrək dostu Kənanın evinin düz yanında yerləşən ətrafı daş hasarla hörülmüş boş əraziyə 06 baş qoyunu Alim ilə birlikdə qoymuşlar. Həmin daş hasarla hörülmüş boş ərazi də Kənangilə məxsus imiş. Bundan sonra o, Alimlə birgə Xırdalanda avtoyumaya gəlmişlər. Fərid oradan çıxıb evinə getmişdir. O, isə Alim ilə maşını yuyub şəhərdə bir az gəzmişlər. Gecə radələrində evə gəlib yatmışlar. Axşam radələrində onları Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Qoyunların isə satılıb-satılmadığını bilməmişdir. O, daha əvvəllər Salyan rayonu Qızılağac kəndinə gəlməmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onun ünvanını bilmirmiş. Onlar həmin an oraya Havasətin görüntülü zəng zamanı etdiyi izah və məsləhətləri ilə Saqifin yaşayış yerinin qarasına gəlmişlər. Əgər Havasət olmasaymış və onlara izah və məsləhətlər verməsəymiş, onlar Salyan rayonu Qızılağac kənd sakini Zərərçəkmiş şəxs1 ünvanını tapa bilməyəcəkmişlər, çünki buraları tanımırmışlar və daha əvvəllər Salyan rayonu ərazisinə həmçinin Qızılağac kəndinə gəlməmişlər. Lənkəran rayonunun Osaküçə kəndində yolun kənarından oğurlanmış 04 baş xırda buynuzlu heyvanın oğurluq olması barədə Fərid və Havasətin heç bir məlumatı olmamışdır. 04 baş xırdabuynuzlu heyvanın satılmasında köməklik göstərdiyi üçün Fərid onun kartına 50 manat pul atmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki o, 2023-cü il iyunun 21-də Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının 1/3 hissəsini çəkdikdən sonra 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 14 may 2025-ci il tarixdə Xırdalan şəhərində olarkən təxminən 4-5 ay müddətdir tanıdığı dostu Təqsirləndirilən şəxs1 gecə saat 01:00 radələrində ona zəng edərək xalasıoğlu Alim ilə birlikdə Lənkəran şəhərinə gəzməyə getdiyini demişdir. O isə Fərhadla razılaşaraq onlarla birlikdə Lənkəran şəhərinə getmək qərarına gəlmişdir. Gecə saat 03:00 radələrində Fərhadgilin “rent a car”dan kirayə götürdüyü ağ rəngli Toyota Camry markalı **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Lənkəran şəhərinə yola düşmüşlər. Saat 05:00 radələrində Lənkəran şəhərinin Vilvan kəndinə çatmışlar. Orada Fərhadın xalası oğlu Alimgilin evində qalmışlar. Səhər saat 13:00 radələrində yuxudan oyanıb həyətə düşmüşlər. Həyətdə gəzişirmişlər. Daha sonra maşına minərək saat 14:00 radələrində Lənkəran şəhərinin Osaküçə kəndinə gəlmişlər. O, maşında yatmışdır. Daha sonra yolda oyanmış, maşından heyvan səsləri gəldiyini eşitmiş, soruşduqda onlar Fəridə 04 baş xırdabuynuzlu heyvanın pay verildiyini və satmaq istədiklərini bildirmişlər. Fərhad ona xırda buynuzlu heyvanları sata biləcəkləri bir yerin olub olmadığını soruşmuşdur. O isə Salyan rayonunda “Emin” kimi tanıdıqları Təqsirləndirilən şəxs3 adlı tanışının olduğunu demiş və Havasətə Fərhadın telefonu ilə zəng edərək bu barədə bildirmişdir. Havasət isə ilk növbədə ondan xırda buynuzlu heyvanların oğurluq olub-olmadığını soruşmuşdur. O isə Havasətə xırdabuynuzlu heyvanların oğurluq olmadığını, Alimin nənəsinin heyvanları olduğunu demiş və ona xırda buynuzlu heyvanların şəklini göndərmişlər. Bir az keçdikdən sonra Havasət onlara zəng edərək Salyan rayonunda yerləşən Salyan dairəsi adlanan yerə getməklərini demişdir. Həmçinin Havasət ona Kamran adlı şəxsin nömrəsini verərək Salyan dairəsi adlanan yerə çatdıqdan sonra əlaqə saxlamaqlarını demişdir. Həmçinin Havasət onlara Kamrana zəng edərkən nömrəni Əlihüseynin verdiyini deməklərini demişdir. Salyan rayonunda yerləşən Salyan dairəsi adlanan yerə çatdıqdan sonra Kamran ilə əlaqə saxlamışlar və Kamran onlara “WhatsApp” sosial şəbəkəsi vasitəsilə konum ataraq həmin konuma gəlməklərini demişdir. Konumla hərəkət etdikdən sonra Salyan rayonunda yerləşən “Stansiya” adlanan qəsəbəyə gəlmişlər və orada Kamran ilə görüşmüşlər. Kamran ilə biraz söhbət etdikdən sonra 650 manata razılığa gəlmiş və Kamran onlara 650 manat vermişdir. Oradan uzaqlaşdıqdan sonra maşının sol arxa təkərinin buraxdığını aşkar etmişlər. Yaxınlıqda təkər düzəldən yerə gəlmiş, 60 manata təkəri düzəldə biləcəklərini demişlər. Havasətə zəng edərək ona buraları tanıdığını və onlara daha ucuz təkər düzəltməyə köməklik göstərməsini demişdir. Havasət təkər düzəldən şəxslə danışmış və onlar 50 manat müqabilində təkəri düzəltmişlər. Təkər düzəldikdən sonra onlar yollarına davam etmişlər. Yolda Havasətə zəng edərək ona təkəri 10 manat ucuza düzəltdirdiyi üçün təşəkkür edərək söhbətləşməyə başlamışdır. Söhbət zamanı haradan heyvan oğurlaya biləcəklərini soruşduqda Havasət ona Salyan rayonu Qızılağac kəndində nənəsinin qonşusunda xırda buynuzlu heyvanlarının olmasını və yerini deyə biləcəyini bildirmişdir. Bundan sonra görüntülü şəkildə ona həmin evin yerini izah etmişdir. Onlar həmin yerə çatıb baxdıqdan sonra hava tam qaralmadığından oraya daxil olmamışlar. Salyan rayonunda yerləşən “Yolüstü” adlanan restorana gəlmişlər və orada axşam yeməyi yemişlər. Həmçinin avtomobilə yanacaq doldurmuşlar. Orada olan marketin içərisinə daxil olaraq Havasətin kartına 50 manat pul yükləmişdir. Daha sonra 15 may tarixdə gecə 00:00 radələrində yenidən Salyan rayonu Qızılağac kəndində yerləşən Havasətin dediyi yerə gəlmişlər. O avtomobildə əyləşmişdir. Fərhad və Alim isə həyətyanı sahənin yanında yerləşən tövləyə daxil olaraq oradan 06 baş xırdabuynuzlu heyvanı oğurlayıb maşının yük yerinə yükləmişlər. Həmin vaxt orada heç kəs olmamış, onları heç kəs görməmişdir. Daha sonra o, sükanın arxasında əyləşmişdir. Magistral yol ilə hərəkət etməyin təhlükəli olacağını düşünüb kənd içi hərəkət edirmişlər. Salyan rayonu Alçalı kəndinin içi ilə hərəkət edərkən VAZ 2106 markalı avtomobilin onların avtomobilinin arxasıyca gəldiyini aşkar etmişlər. Onlar yollarına davam edirmişlər. Həmin avtomobil də sürətlə maşının işıqlarını arxalarıyca yandırıb söndürərək onlara siqnal verərək arxalarıyca gəlirmiş. Onlar sürətlə hərəkət etdikləri müddətcə həmin avtomobil də işıqlarını yandırıb söndürərək arxalarıyca hərəkət edirmiş. Onlar həmin avtomobilin sahibinin kim olduğunu bilməmiş, heyvanlar avtomobildə səs etdikləri üçün saxlamayıb sürətlə idarə edərək qaçmağa başlamışlar. Həmin avtomobil bir müddət arxalarıyca hərəkət etdikdən sonra çata bilməyib gəlməyi saxlamışdır. Salyan postuna çatmaqlarına az qalmış maşını saxlamışlar və sükanın arxasına Fərhad keçmişdir. Gecə 03:00 radələrində Xırdalan şəhərinə çatmışlar. O, Xırdalan şəhərində olan avtoyumanın yanında maşından düşərək sağollaşmışdır. Fərhad ona xırda buynuzlu heyvanları Fərhadın dostu olan və onun da Fərhada görə tanıdığı Kənangilin həyətinə boşaldacağını demişdir. Lakin Kənan həmin xırda buynuzlu heyvanların oğurluq olmasından xəbərsiz imiş. Fərhad xırdabuynuzlu heyvanları Kənangilin həyətinə boşaltdıqdan sonra gəlmiş və Alim ilə birlikdə maşının içərisini avtoyumada təmizləmişlər. Bundan sonra onlar sağollaşmış və hərə öz evinə getmişdir. O, daha əvvəllər Salyan rayonu Qızılağac kəndinə gəlməmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onun ünvanını bilmirmiş. Onlar həmin an oraya Havasətin görüntülü zəng zamanı etdiyi izah və məsləhətləri ilə Saqifin yaşayış yerinin qarşısına gəlmişlər. Əgər Havasət olmasaymış və onlara izah və məsləhətlər verməsəymiş onlar Salyan rayonu Qızılağac kənd sakini Zərərçəkmiş şəxs1 ünvanını tapa bilməyəcəkmişlər. Çünki buraları tanımırmışlar və daha əvvəllər Salyan rayonu ərazisinə həmçinin Qızılağac kəndinə gəlməmişlər. Lənkəran rayonunun Osaküçə kəndində yolun kənarından oğurlanmış 04 baş xırda buynuzlu heyvanın oğurluq olması barədə o və Havasətin heç bir məlumatı olmamışdır. 04 baş xırdabuynuzlu heyvanın satılmasında köməklik göstərdiyi üçün o, Havasətin kartına 50 manat pul atmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, hal-hazırda Xırdalan şəhərində kuryer kimi fəaliyyət göstərir. 13 may 2025-ci il tarixdə saat 22:00 radələrində xalasıoğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Xırdalanda yerləşən “818” rent a car-a getmişdir. Oradan 2 günlük müddətinə 150 manat müqabilində ağ rəngli, “Toyota Camry” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşlər və onun adına yol vərəqəsi verilmişdir. Maşını götürdükdən sonra xalasıoğlu Fərhad ilə birlikdə Xırdalan şəhərində bir az gəzmişlər. 14 may 2025-ci il tarixdə gecə saat 01:00 radələrində Fərhad dostu Təqsirləndirilən şəxs4 zəng edərək rayona gəzməyə gedəcəklərini və əgər istəyirsə onu da götürə biləcəklərini demişdir. Fərid xalasıoğlu Fərhad ilə razılaşmış və o, Fərhad və Fərid birlikdə saat 03:00 radələrində Lənkəran şəhərinə yola düşmüşlər. Saat 05:00 radələrində Lənkəran şəhərinin Vilvan kəndinə çatmışlar. Orada onun ailəsinə məxsus olan evdə qalmışlar və həmin evin çox yaxınlığında onun babasıgilin də evi var imiş. Səhər saat 13:00 radələrində yuxudan oyanıb həyətə düşmüşlər. Həyətdə gəzişirmişlər. Bundan sonra maşına əyləşərək saat 14:00 radələrində Lənkəran rayonun Osaküçə kəndinə gəlmişlər. Fərid maşında yatmışdır. Orada yolun kənarında bir sıra xırda buynuzlu heyvanların otladığını görmüşlər. Onlar heyvanların kimə məxsus olduğunu bilmirmişlər. Fərhad ona təklif etmişdir ki, heyvanları oğurlayıb satıb pulunu aralarında bölsünlər. O, razılıq vermiş və bundan sonra birlikdə yol kənarındakı sürüdən 04 baş xırdabuynuzlu heyvanı oğurlayıb ayaqlarını bağlayaraq “Toyota Camry” markalı avtomobilin yük yerinə yükləmişlər. Onlar həmin xırda buynuzlu heyvanları əvvəlcə Masallıya aparmışlar. Orada heyvanı sata bilmədikləri üçün sonra isə Lerikə aparmışlar. Lakin heç bir yerdə sata bilməmişlər. Yolda Fərid oyanmış, onlar Fəridə 04 baş xırdabuynuzlu heyvanın pay verildiyini və satmaq istədiklərini bildirmişlər. Bakı şəhərinə doğru gedən zaman yolda Fərid tanış bir adam olduğunu və qoyunları satmaqla bağlı onunla məsləhətləşəcəyini bildirmişdir. Yolda Fərid tanışı olan, “Emin” kimi tanıdıqları Təqsirləndirilən şəxs3 adlı şəxslə Fərhadın mobil telefonu ilə əlaqə saxladıqdan sonra Havasət Fəriddən ilk öncə xırda buynuzlu heyvanların oğurluq olub-olmadığını daha sonra isə heyvanların şəkilini atmağını demişdir. Fərhad heyvanların şəkilini çəkərək Havasətə atmışdır. Bundan sonra Havasət Salyan rayonunda yerləşən Salyan dairəsi adlanan yerə getməklərini demişdir. Həmçinin Havasət onlara Salyan şəhəri “Stansiya” qəsəbəsində yaşayan Kamran adlı şəxsin nömrəsini verərək Salyan dairəsi adlanan yerə çatdıqdan sonra həmin şəxslə əlaqə saxlayacaqlarını demişdir. Əlavə olaraq Havasət onlara Kamrana zəng edərkən nömrəni Əlihüseyn adlı şəxsin verdiyini deməli olduqlarını demişdir. Salyan dairəsinə çatdıqdan sonra Kamran ilə əlaqə saxlamışlar və ona nömrəni Əlihüseyindən aldıqlarını demişlər. Kamran onlara “WhatsApp” vasitəsilə konum ataraq həmin konumla getməklərini demişdir. Konumla getdikdən sonra “Stansiya” qəsəbəsində Kamran ilə görüşmüşlər. Fərid ilə Kamran heyvanların qiyməti barəsində söhbətləşmişdir. Bir az danışdıqdan sonra 650 manata razılığa gəlmişlər və Kamran 04 baş xırda buynuzlu heyvanın qarşılığında Fəridə 650 manat pul ödəmişdir. Həmin 650 manat puldan 230 manatını Fərhad və Fəridin ortaq borcu olan adama atmışlar. Daha sonra idarə etdikləri avtomobilin sol arxa təkərinin buraxdığını aşkar etmişlər. Həmin yerdə mağazanın qarşısında olan adamlar onlara təkəri düzəldə biləcəkləri yer demişlər. Onlar həmin yerə gəldikdən sonra təkər düzəldən şəxs 60 manata təkər verə biləcəyini demişdir. Fərid Havasətə zəng edərək ona buraları tanıdığını və qiymətdə onlara köməklik etməsini demişdir. Havasət təkər düzəldən şəxs ilə danışaraq 50 manata razılaşdırmışdır. Təkər dəyişildikdən sonra onlar yollarına davam etmişlər. Yolda Fərid ilə Havasət görüntülü danışan zaman Fərid oğurluq edə biləcəkləri yeri soruşduqda Havasət ona nənəsigilin qonşusunun qoyunları olduğunu və yerini dəqiq deyə biləcəyini demişdir. 14 may 2025-ci il tarixdə saat 19 radələrində onlar Salyan rayonu Qızılağac kəndinin girişinə çatmışlar. Kəndin içərisində Fərid yenidən Havasət ilə görüntülü danışarkən Havasət oğurluq edəcəkləri ünvanın yolunu izah etmişdir. Həmçinin Havasət gedəcəkləri həyətdə itin olduğunu və ehtiyatlı davranmaqlarını bildirirmiş. Onlar da Havasətin görüntülü zənglə etdiyi məsləhətləri və dediyi məlumatları ilə göstərdiyi qaydada həmin ünvana çatmışlar. Erkən olduğu üçün hava tam qaralmamışdır. Bu səbəbdən onlar çörək yemək və havanın tam qaralmasını gözləmək üçün geri qayıtmışlar. Onlar Ələt-Astara avtomobil yolunun Salyan rayonu Sarvan kəndi ərazisindən keçən hissəsində yerləşən “Yolüstü” restoranına getmişlər. Restoranda yemək yemiş, mağazaya daxil olmuş, mağazada Fərid Havasətin kartına 50 manat pul yükləmiş və avtomobilə yanacaq vurduqdan sonra yenidən Salyan rayonu Qızılağac kəndində Havasətin oğurluq etmək üçün onlara dediyi yerə getmişlər. Həmin vaxt, yəni 15 may tarixdə gecə saat 00 radələri olarmış. Onlar orada heyvan tövləsini görüb avtomobil ilə tövlənin qapısına yaxınlaşdıqdan sonra o xalasıoğlu Fərhad ilə avtomobildən düşmüşdür. Fərid isə avtomobili sürməkdən ötrü sükan arxasında oturmuşdur. O, Fərhad ilə tövləyə yaxınlaşıb tövlənin qapısında olan ipi alışqan ilə yandırıb qapını açmışlar. Bundan sonra tövləyə daxil olmuşlar. Tövlədə təxminən 10 baş xırda buynuzlu heyvan olarmış. O, Fərhad ilə həmin heyvanlardan 06 başını oğurlayıb çölə çıxartmışlar. Tövlənin qarşısında avtomobildən götürdükləri heyvan ipləri ilə həmin 06 baş qoyunun ayaqlarını bağlayıb avtomobilin arxa yük yerinə atmışlar. Həmin vaxt orada heç kəs olmamış, onları heç kəs görməmişdir. Bundan sonra avtomobilə əyləşib gəldikləri istiqamətdə kəndin içi ilə geri qayıtmışlar. Onlar Ələt-Astara yoluna çıxdıqdan sonra Bakı şəhəri istiqamətində yola davam etmişlər. Yolda gedərkən həmin kəndin qonşuluğunda yerləşən, sonradan adını bildikləri Salyan rayonu Alçalı kəndi ərazisində Fərid Ələt-Astara avtomobil yolu ilə getməyin təhlükəli yəni qarşıda saxlanıla biləcəklərini bildirib daha qısa yol ilə yəni kənd içərisi yol ilə getməli olduqlarını bildirmiş və bundan sonra baş yoldan Alçalı kənd yoluna girib yola davam etmişlər. Fərid kənd içərisi yol ilə getdikdən sonra yolu tanımadıqları üçün azmışlar və orada dalana dirənmişlər. Bundan sonra onlar yenidən gəldikləri yolu geri qayıtmağa başlamışlar. Kənd yolunda qayıdarkən arxadan VAZ 2106 markalı avtomobilin sürətlə onların avtomobilin arxasınca gələrək işıqlarını yandırıb-söndürdüyünü və onlara saxla işarəsi və siqnal verməsini görmüşlər. Onlar həmin avtomobilin sahibinin kim olduğunu bilməmiş, heyvanlar avtomobildə səs etdikləri üçün saxlamayıb sürətlə idarə edərək qaçmağa başlamışlar. Onlar yenidən baş yola yəni Ələt-Astara yoluna çıxıb sürətlə oradan uzaqlaşaraq Bakı şəhəri istiqamətində yola davam etmişlər. Həmin avtomobil isə onlara çata bilməyib geridə qalmışdır. Onlar isə gecə 03 radələrində Xırdalan şəhərinə gəlmişlər. İlk öncə Fəridi Xırdalan şəhərində olan avto yumaya düşürtmüşlər. Kənd Xırdalan adlanan yerə gələrək Kənan adlı şəxsin evinin düz yanında yerləşən ətrafı daş hasarla hörülmüş boş əraziyə 06 baş qoyunu Fərhad ilə birlikdə qoymuşlar. Həmin daş hasarla hörülmüş boş ərazi də Kənangilə məxsus imiş. Kənan qoyunların oğurluq olmasından xəbərsiz imiş. Bundan sonra o və Fərhad Xırdalandakı həmin avtoyumaya gəlmişlər. Fərid oradan çıxıb evinə getmişdir. O isə Fərhad ilə maşını yuyub şəhərdə biraz gəzmişdir. Gecə radələrində evə gəlib yatmışlar. Oyandıqdan sonra onları Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Qoyunların isə satılıb-satılmadığını bilməmişdir. O, daha əvvəllər Salyan rayonu Qızılağac kəndinə gəlməmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onun ünvanını bilmirmiş. Onlar həmin an oraya Havasətin görüntülü zəng zamanı etdiyi izah və məsləhətləri ilə Saqifin yaşayış yerinin qarşısına gəlmişlər. Əgər Havasət olmasaymış və onlara izah və məsləhətlər verməsəymiş onlar Salyan rayonu Qızılağac kənd sakini Zərərçəkmiş şəxs1 ünvanını tapa bilməyəcəkmişlər. Çünki buraları tanımırmışlar və daha əvvəllər Salyan rayonu ərazisinə həmçinin Qızılağac kəndinə gəlməmişlər. Lənkəran rayonunun Osaküçə kəndində yolun kənarından oğurlanmış 04 baş xırda buynuzlu heyvanın oğurluq olması barədə Fərid və Havasətin heç bir məlumatı olmamışdır. 04 baş xırdabuynuzlu heyvanın satılmasında köməklik göstərdiyi üçün Fərid onun kartına 50 manat pul atmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.1 və 32.5, 180.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 onun uzaq qohumudur. 14 may 2025-ci il tarixdə saat 18:10 radələrində Fərid adlı qohumu ona zəng edərək Lənkəran şəhərindən Bakı şəhəri istiqamətinə doğru getdiyini vəəlində 04 baş xırdabuynuzlu heyvanın olduğunu demişdir. O, ilk öncə Fəriddən həmin 04 baş xırda buynuzlu heyvanların oğurluq olub-olmaması barədə maraqlanmışdır. Fərid isə ona bildirmişdir ki, xırda buynuzlu heyvanlar dostunun nənəsinə aiddir, oğurluq deyil və satmaq lazımdır. O isə Fəridə tanış adamlardan maraqlanıb xəbər edəcəyini demişdir. Bundan sonra Salyan rayonunda bir neçəşəxslərlə əlaqə saxlamışdır. X22 rayonu Stansiya qəsəbəsindən Kamran adlı tanışının olduğunu və onunla əlaqə saxlamağını demişdir. Əlaqə saxlamalarıüçün Fəridə Kamranın mobil telefon nömrəsini vermiş vəəlavə olaraq demişdir ki, Salyan şəhərinin Salyan dairəsi adlanan əraziyə gəlib çatdıqları zaman Kamran iləəlaqəsaxlasınlar. Onlar Salyan dairəsi adlanan yerəçatdıqdan sonra Kamran iləəlaqə yaradacağını bildirmişlər. Stansiya qəsəbəsinə gedərək Kamran ilə görüşmüşlər. Kamran xırda buynuzlu heyvanlara baxdıqdan sonra 650 manat pul vermişdir. Lakin onlara heyvanları istəmədiyini sadəcə olaraq 1 günlük götürdüyünü və onlar pul tapandan sonra heyvanları geri qaytararaq 650 manatı alacağını demişdir. Fərid və yanındakı tanımadığı 2 nəfər də Kamran ilə razılaşmışdır. Sonra Fərid ona zəng edərək maşınlarının təkərlərinin buraxdığını və təkər satanın təkəri düzəltmək müqabilində 60 manat pul istədiyini demişdir. Həmin təkər yeri Salyan rayonu Seyidsadıqlı kəndində yerləşən döngənin yaxınlığında yerləşirmiş. O, həmin təkər düzəldən şəxsi tanıdığından ona qiymətdə Fəridə biraz köməklik göstərməsini demişdir. O da bunun müqabilində Fəriddən 50 manat pul almışdır. Fərid təkəri düzəltdikdən sonra yenidən ona zəng edərək həm xırda buynuzlu heyvanların satılmasında köməklik göstərdiyi üçün həm də təkərin təmir olunmasına köməklik göstərdiyi üçün ona təşəkkür etmişdir. Bundan sonra Fərid heyvan oğurluğu etməyə yer axtardığını demişdir. O isə Fəridə Salyan rayonu Qızılağac kəndində nənəsigilin evinin qonşuluğunda yerləşən Saqifin həyətyanı sahəsinin yanında yerləşən tövlədə xırdabuynuzlu heyvanların olmasını demişdir. Saat 19:00 radələrində Fərid və yanındakı 2 yoldaşı Salyan rayonu Qızılağac kəndinə çatdıqdan sonra Fərid yenə ona görüntülü zəng etmişdir. Ondan Saqifin evinə gedən yolu soruşmuşdur. O isə Fəridə yolu izah etmişdir. Həmçinin həyətdə it olduğunu və ehtiyyatlı olmalarını demişdir. Sonradan bilmişdir ki, 15 may tarixdə gecə saat 01:00 radələrində Fərid və dostları Saqifin həyətindən 06 baş xırda buynuzlu heyvanı oğurlayıb aparmışdır. Əlavə olaraq gecə Fərid ona zəng edərək Saqifgilin həyətindən çıxdıqdan sonra “VAZ 2106” markalı avtomobilin onların arxasınca bir müddət düşdüyünü demişdir. Bildirmişdir ki, 04 baş xırda buynuzlu heyvanın oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Sadəcə satılmasına köməklik göstərmiş və buna görə Fərid onun kartına 50 manat atmışdır. Fərid və yanındakı 2 dostuna Salyan rayonu Qızılağac kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşayış yerini və həmçinin tövləsində xırda buynuzlu heyvanlarının olmasını o demişdir. Görüntülü şəkildə danışaraq onlara ünvanı və necə gedəcəklərini izah etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, dəymiş ziyanın ona tam olaraq ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 15 may 2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə o şikayət etmişdir. Həyətində təsərrüfat ilə məşğul olub ailəsini dolandırır. Təsərrüfatında 39 baş mal-qara saxlayır. Təsərrüfatında olan malqaraları ümumi örüş sahəsinə hər gün saat 8-də aparıb axşam saat 18 radələrində həyətə gətirir. 14 may 2025-ci il tarixdə eyni qaydada mal-qaralarını örüş sahəsinə aparmış və saat 18 radələrində örüş sahəsindən gətirib həyətindəki tövləyə salanda 04 baş qoyunun yerində olmadığını aşkar etmişdir. Qoyunlara nəzər salan zaman ona məlum olmuşdur ki, 300 manat qiymətində olan, diri çəkisi 60 kiloqram bir yaşlı ağ rəngli erkək cinsli qoyun, 200 manat qiymətində olan, diri çəkisi 50 kiloqram iki yaşlı qırmızımtıl rəngli dişi cinsli qoyun, 200 manat qiymətində olan diri çəkisi 50 kiloqram iki yaşlı ağ rəngli dişi cinsli qoyun, 80 manat qiymətində olan diri çəkisi 10 kiloqram üç-dörd aylıq qırmızı rəngli dişi cinsli quzusu yoxdur. Bundan sonra qoyunlarını axtarmağa başlamışdır. Tapa bilmədiyi üçün Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Qoyunlarının oğurlanması nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Lakin qoyunlar ona qaytarılmışdır. İstintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, o 16 may 2025-ci il tarixində verdiyi ifadəsində həmin əlamətlərə malik olan sözügedən xırdabuynuzlu heyvanların oğurlanması nəticəsində 780 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin Baytarlıq Xidmətinin məktubunda göstərilmiş xüsusatlar ilə yəni 2025-ci ilin may ayı ərzində Salyan və digər rayonlar ərazisində yerləşən heyvan bazarında diri çəkisi 60 kiloqram bir baş bir illik ağ rəngli erkək cinsli qoyunun dəyəri 450 manat, diri çəkisi 50 kiloqram, iki illik qırmızımtıl rəngli dişi cinsli qoyunun dəyəri 380 manat, diri çəkisi 50 kiloqram, iki illik ağ rəngli dişi cinsli qoyunun dəyəri 380 manat və diri çəkisi 10 kiloqram olan üç-dörd aylıq qırmızımtıl rəngli dişi cinsli quzunun dəyəri 80 manat olmaqla ümumilikdə həmin heyvanlar 1290 manat dəyərində olması ilə razıdır. Heç bir etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X28 və Salyan Rayon Polis Şöbəsinə o müraciət etmişdir. Məlumat üçün bildirmişdir ki, o yaşadığı evin həyətində olan tövlədə xırdabuynuzlu heyvanlar saxlayırmış. Onun tövləsində 9 baş xırdabuynuzlu heyvanı var imiş. Gündəlik olaraq heyvanları yaşadığı evin həyətindəki tövlədə qalır. Onları otarmaq üçün heç yerə aparmır. 14 may 2025-ci il tarixdə gecə saat 23 radələrində o, işdən evə gəlmişdir. Yemək yeyib mobil telefonu ilə məşğul olan zaman anası onu çağırıb tövlədə olan xırdabuynuzlu heyvanların səs-küy saldığını demişdir. Bu səbəbdən o, dərhal paltarını geyinib tövləyə tərəf getmişdir. Tövlənin qapısının açıq olduğunu görmüşdür. İçəri daxil olub baxan zaman xırdabuynuzlu qoçunun orada olmadığını görmüşdür. Oğurluq olduğunu başa düşdüyü üçün digər heyvanlarını saymamışdır. Bu zaman küçədə avtomobil səsini eşidib dərhal küçəyə qaçmış və ağ rəngli xarici markalı avtomobilin küçədən çıxdığını görmüşdür. O, dərhal öz avtomobilinə əyləşib kənd ərazisinə çıxmış, lakin həmin avtomobili görə bilməmişdir. Ondan sonra o, bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Daha sonra kənd ərazisində yerləşən mağazada kamera görüntülərinə baxmışdır. Həmin müddət ərzində kənd ərazisinə daxil olan avtomobili görmüşdür. Lakin avtomobilin markasını və qeydiyyat nömrəsini müəyyən edə bilməmişdir. Ondan sonra o, təxminən 1-2 saat sonra kənd ərazisində həmin avtomobili görmüş, onun arxasınca sürmüş, işıqlar və siqnal ilə saxlamaqlarını tələb etsə də, həmin avtomobil onun arxadan gəldiyini bilib sürətini artırıb getmişdir və o, həmin avtomobili saxlatdıra bilməmişdir. Evinə qayıtdıqdan sonra heyvanlarını saymışdır. Bu zaman naməlum şəxs və ya şəxslərin onun 5 baş qoyununu və 1 baş qoçunu oğurladığını aşkar etmişdir. Bildirmişdir ki, onun 1 baş xırdabuynuzlu qoçu ağ rəngli, erkək cinsli, diri çəkisi 45 kiloqram, digər 5 baş xırdabuynuzlu qoyunları isə ağ-qara rəngli, dişi cinsli, diri çəkiləri isə 45 kiloqramdır. Qeyd etmişdir ki, naməlum şəxs və ya şəxslər 15 may 2025-ci il tarixdə gecə saatlarında yaşadığı evin həyətində olan tövlədən altı baş xırdabuynuzlu heyvanını oğurlamaqla ona ümumilikdə 2160 manat maddi ziyan vurmuşdur. Bildirmişdir ki, o, kənd ərazisində olan marketlərin kamerasına baxan zaman ağ rəngli yad bir maşının kənd ərazisinə giribçıxdığını aşkar etmişdir. Bundan sonra kənd ərazisində olan digər marketin mühafizəçisi ona zəng edərək həmin ağ rəngli maşının buralarda olduğunu və “102” xidmətinin növbətçi hissə maşınını görən kimi yoxa çıxdığını demişdir. O, dərhal həmin tərəflərə gəlmiş və Salyan rayonu Alçalı kənd ərazisində ağ maşını aşkar edərək arxasınca sürmüşdür. O, həmin maşının arxasıyca işıqları yandırıb-söndürərək və siqnal verərək gəlirmiş. Lakin o, buna məhəl qoymayaraq çox sürətli hərəkət etdiyindən ona çata bilməmişdir. Naməlum şəxs və ya şəxslər 15 may 2025-ci il tarixdə gecə saatlarında yaşadığı evin həyətində olan tövlədən altı baş xırdabuynuzlu heyvanını oğurlamaqla ona ümumilikdə 2160 manat maddi ziyan vurmuşdur. Onun yaşadığı evin həyətində əvvəllər heç bir oğurluq hadisəsi olmamışdır. Ərizədə və ilkin izahatında səhvliklə ona 2200 manat ziyan dəydiyini və həmçinin 1 baş xırdabuynuzlu, ağ rəngli, erkək cinsli qoçun diri çəkisinin 65 kiloqram olduğunu göstərmişdir. Ona dəymiş ziyan ümumilikdə 2160 manatdır və 1 baş xırdabuynuzlu, ağ rəngli, erkək cinsli qoçun diri çəkisi 45 kiloqram olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, dəymiş ziyanın ona tam olaraq ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, kənd təsərrüfatı ilə məşğul olur. 14 may 2025-ci il tarixdə tanışı olan Salyan rayonu Qızılağac kənd sakini Əlihüseyn ona zəng edərək bildirmişdir ki, tanış adam olduğunu və əlində 04 baş xırda buynuzlu heyvan olduğunu demişdir. O, ilk öncə telefonda xırda buynuzlu heyvanların oğurluq olub-olmaması barədə maraqlanmışdır. Xırda buynuzlu heyvanların oğurluq olmaması deyildikdən sonra o bildirmişdir ki, heyvanları gətirsinlər və o, ilk öncə onlara baxsın. Bundan sonra həmin xırda buynuzlu heyvanları satmaq istəyən şəxs ona zəng edərək Salyan dairəsi adlanan yerdə olduğunu demişdir. O, ona olduğu ünvanın, yəni Salyan rayonu Stansiya qəsəbəsinin ünvanını ataraq gəlməsini bildirmişdir. Bir az vaxt keçdikdən sonra 3 nəfər şəxs ağ rəngli “Toyota Camry” markalı avtomobil ilə olduğu yerə gəlmişdir. Maşının yük yerindəki 04 baş xırda buynuzlu heyvanlara baxdıqdan sonra qiymət barədə söhbətləşməyə başlamışlar. Onlar kredit borclarının olduğunu və təcili pula ehtiyacı olduğunu demişlər. Kreditlərinin nə qədər olduğunu soruşan zaman 670 manat olduğunu bildirmişlər. O isə onlarla 650 manata razılaşmışdır. Lakin onlara bildirmişdir ki, çətin vəziyyətdə olduqlarına görə heyvanları götürüb 650 manat pul verir. Onlar isə ona sabah əllərinə pul gələcəyini və gələn kimi 650 manatı geri qaytarıb 04 baş xırda buynuzlu heyvanı götürəcəklərini demişlər. Beləliklə onlar razılaşmışlar. Üstündən 1 gün keçdikdən sonra o, həmin xırda buynuzlu heyvanların oğurluq olması xəbərini almışdır. Əlihüseynə isə zəng edərək bu barədə soruşan zaman təəccüblənmiş və ona belə bir məsələdən xəbərsiz olduğunu və özünün də aldanıldığını demişdir. Əlavə olaraq bildirmişdir ki, o 650 manat qarşılığında 04 baş xırda buynuzlu heyvanı alan zaman onun oğurluq olmasından xəbərsiz imiş. Hazırda isə həmin 04 baş xırda buynuzlu heyvan Lənkəran şəhərinin Osaküçə kəndində yaşayan sahibinə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, 14 may 2025-ci il tarixdə özünə məxsus 39 baş qoyunu Osaküçə kəndi ərazisində yerləşən otlaq sahəsinə buraxmışdır. Həmin gün qoyunları gətirəndə saymışdır, lakin 4 baş qoyunu naməlum şəraitdə ovlanmışdır, kim tərəfindən ovlandığını bilmir, xahiş etmişdir ki, bu barədə tədbir görülsün. 15 may 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 6 baş xırdabuynuzlu heyvanların oğurladığı yerə baxış istintaq hərəkəti aydın havada Salyan rayonu, Qızılağac kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinin yanında yerləşən tövlənin olması müəyyən edilmiş, bununla bağlı protokol və foto cədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. 15 may 2025-ci il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Salyan rayonu Qızılağac kəndində yaşayan Zərərçəkmiş şəxs1 15 may 2025ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan Rayon Polis Şöbəsinin İB-nə verilmişdir.Qərarın surəti nəzarət qaydasında ibtidai araşdırmaya rəhbərlik edən Salyan rayon İrokuroruna göndərilmişdir.Qərarın surəti Salyan rayonu Qızılağac kəndində yaşayan Zərərçəkmiş şəxs1 ğluna göndərilmişdir. 15 may 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. 15 may 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. 16 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 16 may 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. 16 may 2025-ci il tarixli “zərərçəkmiş qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxsa qismində tanınmışdır. 16 may 2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 16 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardad görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 17 may 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl CM-nin 180.2.1 və 180.2.3-cü maddələrinə tövsif edilmişdir. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. 17 may 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 17 may 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 17 may 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 17 may 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs1 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 may 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 may 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs3 oğlu barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 18 may 2025-ci il tarixli “cədvələ baxış keçirilməsi haqqında” protokoldan görünür ki, **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin 13 may 2025ci il və 15 may 2025-ci il tarixləri arasında ilk öncə Xırdalan şəhərindən Lənkəran rayonu istiqamətinə hərəkət etdiyi, daha sonra isə Lənkəran rayonundan Salyan rayonuna və Salyan rayonundan isə yenidən Xırdalan şəhəri istiqamətində hərəkət etdiyi aşkar edilmişdir. 19 may 2025-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. 19 may 2025-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. 22 may 2025-ci il tarixli “cinayət işini aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi, Salyan RPŞ-nin İB-də istintaq olunan Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilməsin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan ********* saylı cinayət işi ilə eyni şəxslər barələrində olması nəzərə alınmaqla həmin cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Salyan RPŞ-nin İB-nə göndərilməsi və qərarın surəti Lənkəran rayon prokuroruna göndərilməsi qərara alınmışdır. 09 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlmişlər və burada Təqsirləndirilən şəxs1 avtomobili Zərərçəkmiş şəxs1 yaşayış yerinin qarşısında saxlatdırıb bildirmişdir ki, o Zərərçəkmiş şəxs1 məxsus həmin 06 baş xrda buynuzlu heyvanı **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı “toyota camry” markalı avtomobil ilə xalası oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə örlikdə məhz burada oğurlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 “VAZ2106” mərkalı avtomobil ilə həmin gecə rastlaşdığı yeri və həmin avtomobilin hansı istiqamətdə onların arxasınca düşdüyünü göstərmişdir.Təqsirləndirilən şəxs1 Burada Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması başa çatmış, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən yeni hallar aşkar olunmamışdır. İfadənin yerində yoxlanılması zamanı “İPhone” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və protokola əlavə edilmişdir. 09 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Salyan rayonu Qızılağac kəndi ərazisinə gəlmiş və burada Təqsirləndirilən şəxs2 avtomobili Zərərçəkmiş şəxs1 yaşayış yerinin qarşısında saxlatdırıb bildirmişdir ki, o Zərərçəkmiş şəxs1 məxsus həmin 06 baş xırda buynuzlu heyvanı **-NA- *** dövlət qeydiyyat nömrə nişanlı “toyota camry” markalı avtomobil ilə xalasıoğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə məhz burada oğurlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 “VAZ2106” markalı avtomobil ilə həmin gecə rastlaşdığı yeri və həmin avtomobilin hansı istiqamətdə onların arxasınca düşdüyünü göstərmişdir.Burada Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması başa çatmış, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən yeni hallar aşkar olunmamışdır. İfadənin yerində yoxlanılması Zamanı “İPhone” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və protokola əlavə edilmişdir. 10 iyun 2025-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 barəsində istintaq edilən ********* №-li cinayət işi və icaatda olan ********* №-li cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı bir icraatda davam etdirilməsi qərara alınmışdır. 10 iyun 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilməsi qərara alnmışdır. 10 iyun2025-ci il tarixli “hesabdan çıxarışa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 may 2025-ci il tarixdə saat 23:27:33-da Təqsirləndirilən şəxs3 hesabına 50 manat mədaxil olunduğu müəyyən edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış 17 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən alınmış 17 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən alınmış 17 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 71.5, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş 20 iyun2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci üin nay ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında diri çəkisi 45 kiloqrarn bir baş ağ rəngli, erkək cinsli qoçun, eləcə də hər birinin diri çəkisi 45 kiloqram, 5 baş ağ-qara rəngli, dişi cinsli, xırdabuynuzlu qoyunların dəyəri 360 manat olmaqla ümumilikdə həmin heyvanlar 2160 (iki min yüz altmış) manat dəyərində olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş 20 iyun2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ilin may ayı ərzində Salyan və digər rayonlar ərazisində yerləşən heyvan bazarında diri çəkisi 60 kiloqram bir baş bir illik ağ rəngli erkək cinsli qoyunun dəyəri 450 manat, diri çəkisi 50 kiloqram, iki illik qırmızımtıl rəngli dişi cinsli qoyunun dəyəri 3580 manat, diri çəkisi 50 kiloqram, iki illik ağ rəngli dişi cinsli qoyunun dəyəri 380 manat və diri çəkisi 10 kiloqram olan üç-dörd aylıq qırmızımtıl rəngli dişi cinsli quzunun dəyəri 80 manat olmaqla ümumilikdə həmin heyvanlar 1290 (min ikiyüz doxsan) manat dəyərində olmuşdur. 21 iyun 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Lənkəran rayonu, Ösaküçə kəndində yaşayan X6 məxsus olan gizli yolla talayıb oğurladıqları 450 manat dəyərində diri çəkisi 60 kiloqram bir baş bir illik ağ rəngli erkək cinsli qoyun, 380 manat dəyərində olan, diri çəkisi 50 kiloqram, iki illik qırmızımtıl rəngli dişi cinsli qoyun, 380 manat dəyərində olan, diri çəkisi 50 kiloqram, iki ı ilik ağ rəngli dişi cinsli qoyun və 80 manat dəyərində, diri çəkisi 10 kiloqram olan üç-dörd aylıq qırmızımtıl rəngli dişi cinsli quzunu olmaqla ümumilikdə 1290 manat dəyərində 04 baş xırda buynuzlu heyvan (qoyun-quzu) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmışdır. Qərarın surəti İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. 08 iyul 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə, Təqsirləndirilən şəxs3 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.1, 32.5, 180.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. 08 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. 08 iyul 2025-ci il tarixli “qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət iş ilə əlaqədar Təqsirləndirilən şəxs4 barəsində Salyan rayon Məhkəməsinin Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2025-ci il tarixli,1-1(097)- 154/2023 nömrəli hökmdən çıxarışına əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərə alınmış və qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. 08 iyul 2025-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 15 may 2025-ci il tarixdə Salyan rayonu Qızılağac kəndində Zərərçəkmiş şəxs1 məxsus 06 baş xırda buynuzlu heyvanı oğurladığığını təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. 10 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. 10 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. 10 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.1 və 32.5, 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Lənkəran RİHB-nin Vilvan kənd İƏD üzrə nümayəndəliyinin 10 iyul 2025-ci il tarixli, 253 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə yaşayır, onun ailə tərkibi atası-1973-cü il təvəllüdlü X7, anası 1973-cü il təvəllüdlü X1 ibarətdir. Eyni tarixli 252 saylı xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Lənkəran RMX” Publik hüquqi şəxsindən alınmış 10 iyul 2025-ci il tarixli, 895 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Lənkəran RMX” Publik hüquqi şəxsin psixiatrik kabinetində hər hansı diaqnozla qeydiyyatda yoxdur. Masallı RİHB-nin Hişkədərə kənd İƏD üzrə nümayəndəliyinin 10 iyul 2025-ci il tarixli, 186 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə yaşayır, onun ailə tərkibi atasıxx.xx.1982-ci il təvəllüdlü-X10, anası-xx.xx.1982-ci il təvəllüdlü X2, qardaşı-29 iyul 2006-cı il təvəllüdlü X11 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 10 iyul 2025-ci il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, ********** və ********** saylı nömrələrin qərarda göstərilən müddətdə SMS mətni aşkar edilməmişdir. “Masallı RMX” Publik hüquqi şəxsindən alınmış 11 iyul 2025-ci il tarixli, 1262 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Masallı RMX” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. “Salyan RMX” Publik hüquqi şəxsindən alınmış 14 iyul 2025-ci il tarixli, 1161 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 “Salyan RMX” Publik hüquqi şəxsin Poliklinika Şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. Salyan RİHB-nin Qızılağac kənd İƏD üzrə nümayəndəliyinin 16 iyul 2025-ci il tarixli, 280 saylı ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə yaşayır, onun ailə tərkibi atası-xx.xx.1972-ci il təvəllüdlü X8, anası- 12 iyul 1979-cu il təvəllüdlü X4, qardaşı-xx.xx.2000-ci il təvəllüdlü X12 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 22 iyul 2025-ci il tarixdə tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrə daxil olan və həmin mobil nömrələrdən çıxan zənglərin çıxarışlarına, həmin nömrəyə daxil olan və həmin nömrədən göndərilən SMS mətnlərinə həmçinin anten dairəsinə nəzər saldıqda müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 may 2025-ci il tarixdən 15 may 2025-ci il saat 03:47:29-a qədər ilk öncə Lənkəran rayonunun Vilvan kəndində olmuş, daha sonra Masallı və Salyan rayonuna tərəf istiqamətlənmiş, ən sonda isə Xırdalan şəhərinə gəlmişdir. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsinin 25 iyul 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X19 Şəxsinin 25 iyul 2025-ci il tarixli arayışından görünür ki, Cəfərov X14 Xəstəxanasında müalicədə olmamışdır. Nərimanov MKTB-nin 55 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 55/553 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ailəsi ilə birlikdə yaşayır, onun ailə tərkibi atası-1975-ci il təvəllüdlü- X16, anası-1975-ci il təvəllüdlü X3, bacısı-1999-cu il təvəllüdlü X13 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1-1(097)-154/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.1-ci maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 7(010)- 563/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. 5 saylı MTCM tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2025-ci il tarixə çəkilməmiş 01 il 17 gün cəza müddətini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 7(125)-70/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs4 Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1-1(097)-154/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 67.1 və 68.1ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 13 iyun 2025-ci il tarixə çəkilməmiş qalan 01 il 08 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cəzasının çəkilməmiş qalan hissəsinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablanışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(104)-27/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 01 avqust 2025-ci il tarixdə tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin mobil nömrədən çıxan zənglərin çıxarışlarına, həmin nömrəyə daxil olan və həmin nömrədən göndərilən SMS mətnlərinə və həmçinin anten dairəsinə nəzər saldıqda Təqsirləndirilən şəxs3 14-15 may tarixləri arasında Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “X37”də olması müəyyən edilmişdir. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb hər hansı məlumat aşkar edilməmişdir. İbtidai istintaq orqanının 03 avqust 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş; Təqsirləndirilən şəxs1 2025-ci il iyulun10da Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs4 2025-ci il iyulun 08-də Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs2 2025-ci il iyulun 10-da Azərbaycan Respublikası CM-in 177.2.1, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs3 2025-ci il iyulun 10-da Azərbaycan Respublikası CM-in 32.5,180.2.1 və32.5,180.2.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs3 və Şahid2 Lənkəran rayonu Osaküçə kəndində baş vermiş heyvan oğurluğu cinayətində hər hansı iştirakları istintaq materialları ilə öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı barələrində Azərbaycan Respublikası CM-in 177.2.1 və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X9 və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin Salyan rayonu Qızılağac kəndində baş vermiş heyvan oğurluğu cinayətində hər hansı iştirakları istintaq materialları ilə öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı barələrində Azərbaycan Respublikası CM-in 177.2.1 və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməlləri səmimi etiraf etmələri bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, onlara qarşı ittihamın əsası kimi qəbul edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 birlikdə 2025-ci il mayın 14-də Lənkəran rayonu Osaküçə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuş oğurladıqları 4 baş xırda buynuzlu heyvanların işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmışdır. Salyan Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış 20 iyun 2025-ci il tarixli mütəxəssis rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin ifadələri və ifadələrin yerində yoxlanılması protokolları və digər protokollar iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan, Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasının 01 il 08 gün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilən məhkum Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi 08 ay 07 gün təşkil edir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Cəfərov X18 rayonu Osaküçə kəndi ərazisində baş vermiş oğurluq zamanı Təqsirləndirilən şəxs4 avtomobildə yatması barədə ifadələri əsaslı sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində Lənkəran rayonunda baş vermiş oğurluq hadisəsinin hər üç şəxs tərəfindən birgə törədildiyini etiraf etmişlər. Bundan başqa, qoyunların avtomobilə yüklənməsi fiziki olaraq səs-küylü və aktiv hərəkətlərdən ibarət olmuş, bu proses zamanı heyvanların müqavimət göstərməsi, səslənməsi, həmçinin baqajın açılıb-bağlanması qaçılmazdır. Belə şəraitdə avtomobildə olan şəxsin, yəni deyilənə görə Təqsirləndirilən şəxs4 həmin hərəkətləri hiss etməməsi və oyanmaması məntiqə ziddir və inandırıcı deyil. Odur ki, məhkəmə ibtidai istintaq zamanı verilmiş həmin ifadələri bir-biri ilə uzlaşan və iş üzrə toplanmış digər sübutlarla təsdiqlənən ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri Təqsirləndirilən şəxs4 məsuliyyətdən kənarda saxlamaqla əslində onun hüquqi vəziyyətini yüngülləşdirmək məqsədir güdür. Belə ki, iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olmuş və məhkumluğu ödənilməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələrini Təqsirləndirilən şəxs4 məsuliyyətdən kənarda qalmasına edilən cəhd kimi qiymətləndirir və tənqidi yanaşaraq rədd edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 birinci epizod üzrə törətdikləri əməl Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onlar tərəfindən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmiş, törədilmiş əməl düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 14 may 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 14 may 2025-ci il tarixdə Salyan rayonu Qızılağac kəndində Təqsirləndirilən şəxs3 oğurluq etmək üçün dediyi yerə getmişlər. Həmin vaxt gecə 00:00 radələri olarmış. Fərid avtomobili sürdüyü üçün sükan arxasında oturmuşdur. Fərhad ilə Alim isə tövləyə yaxınlaşıb tövlənin qapısında olan ipi alışqan ilə yandırıb qapını açmışlar. Bundan sonra tövləyə daxil olmuşlar. Tövlədə təxminən 10 baş xırda buynuzlu heyvan olarmış. Fərhad Alim ilə həmin heyvanlardan 06 başını oğurlayıb çölə çıxartmışlar. Tövlənin qarşısında avtomobildən götürdükləri heyvan ipləri ilə həmin 06 baş qoyunun ayaqlarını bağlayıb avtomobilin arxa yük yerinə atmışlar. İşin məhkəmə istintaqı zamanı araşdırılan faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən zərərçəkmişə məxsus qoyunlar tövlədən mülkiyyətçinin və ya digər şəxslərin iştirakı və müşahidəsi olmadan, gecə vaxtı gizli şəkildə götürülmüş, qoyunlar nəqliyyat vasitəsinə yüklənərək hadisə yerindən uzaqlaşdırılmışdır. Zərərçəkmiş şəxs ifadəsində əmlakın götürülməsi anında hadisəni görmədiyini, yalnız sonradan tövlədən səs gəldiyini eşidərək heyvanların oğurlandığını aşkar etdiyini bildirmişdir. Məhkəmə iclasında həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş şəxs ifadələrində qoyunların oğurlandığı zaman ətrafda heç kəsin olmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs ifadəsində də bildirdiyi kimi, təqsirləndirilən şəxsləri nə üzlərindən tanımış, nə də onların kimliyini müəyyən etmiş, eyni zamanda təqsirləndirilən şəxslər də yolda siqnal verən şəxsin məhz əmlakın mülkiyyətçisi olduğunu bilməmiş və bilməli olmamışlar. Zərərçəkmiş şəxs qoyunların aparılmasını birbaşa müşahidə etməmiş, yalnız hadisədən 1–2 saat sonra təqsirləndirilən şəxslərin istifadə etdiyi nəqliyyat vasitəsini yolda görmüş və onları saxlamaq üçün siqnal vermişdir. Lakin talama artıq başa çatdığından və əmlak təqsirləndirilən şəxslərin faktiki nəzarətinə keçdiyindən, nəqliyyat vasitəsinin sonradan təqib edilməsi və ya görülməsi əməli açıq talama kimi qiymətləndirməyə əsas vermir. Məhkəmə hesab edir ki, yolda naməlum bir şəxs tərəfindən nəqliyyat vasitəsinə siqnal verilməsi, təqsirləndirilən şəxslər üçün həmin şəxsin əmlakın mülkiyyətçisi olduğunu dərk etməyə əsas vermədiyindən, bu hal açıq talama üçün zəruri olan subyektiv şüurluluq əlamətini formalaşdırmır. Təqsirləndirilən şəxslər öz hərəkətlərinin mülkiyyətçinin və ya digər şəxslərin gözü qarşısında açıq şəkildə baş verdiyini dərk etmədiklərinə görə, onların əməli gizli talama xarakterini saxlamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Göründüyü kimi, Plenum Qərarının 2-ci bəndində izah edilmişdir ki, mülkiyyətçinin, əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxtda, yaxud onların olsa belə əmlakın götürülməsini hiss etmədikləri şəraitdə özgə əmlakın qanunsuz götürülməsi gizli talama, yəni oğurluq kimi tövsif edilməlidir. Həmin qərarda xüsusi olaraq vurğulanır ki, zərərçəkən və ya kənar şəxslər sonradan əmlakın götürüldüyünü müəyyən etsələr belə, bu hal əməli açıq talamaya çevirmir. Plenum Qərarının 3-cü və 5-ci bəndlərinin mənasına görə, soyğunçuluq o halda mövcud sayılır ki, əmlakın götürülməsi bilavasitə mülkiyyətçinin və ya digər şəxslərin gözü qarşısında baş versin və təqsirkar şəxs bunun açıq xarakter daşıdığını dərk etsin. Hazırkı iş üzrə isə əmlakın götürülməsi tam gizli şəraitdə baş vermiş, zərərçəkmiş yalnız sonradan baş vermiş cinayətin nəticəsini aşkar etmişdir. Vahid təcrübənin 7-ci bəndində göstərilən «əmlakdan istifadə etmək və onun üzərində sərəncam vermək üçün real imkan» anlayışı dərhal fiziki istifadənin (məsələn, qoyunu elə maşındaca kəsib yemək) mümkünlüyünü deyil, faktiki nəzarətin yaranmasını nəzərdə tutur. Yəni təqsirkar əmlakı zərərçəkənin nəzarətindən çıxarıb onu öz nəzarətinə keçirmiş, gələcəkdə ona sərəncam vermək üçün (gizlətmək, başqa yerə aparmaq, satmaq üçün şərait yaratmaq, satış üçün vasitəçiyə çatdırmaq və s.) real imkan əldə etmiş, əmlakı faktiki şəkildə öz idarəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında “ 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə, yəni oğurluq kimi tövsif edilməlidir. Bundan başqa, ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 32.5, 180.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 yalnız cinayətin törədilməsinə kömək etmiş, məsləhət vermiş, lakin əmlakın açıq şəkildə talan ediləcəyini, yəni mülkiyyətçinin və ya digər şəxslərin gözü qarşısında özgə əmlakının götürüləcəyini bilməmiş və bilməli olmamışdır. Köməkçinin cinayətə münasibətdə məsuliyyəti onun subyektiv münasibəti və dərk etdiyi hallar çərçivəsində müəyyən edilir. Məhkəmə qeyd edir ki, hətta əsas icraçılar tərəfindən əmlakın açıq şəkildə talan edilməsi halında belə, köməkçi şəxs bu halı qabaqcadan bilmədikdə və ya bunu dərk etmədikdə, onun əməli açıq talamaya görə deyil, gizli talamaya kömək kimi qiymətləndirilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs3 əməlində soyğunçuluq üçün zəruri olan subyektiv əlamətlər olmadığından, onun əməli Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə, həmin Məcəllənin 59.1.8, 59.1.1-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 16-cı maddəsinə müvafiq olaraq cinayətlərin təkrar törədilməsi əlaməti üzrə məsələn, CM-in 177.2.2-ci maddəsi ilə tövsif edildikdə Cinayət Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən həmin hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Bu zaman cəzanı ağırlaşdıran digər hallar da müəyyən edilmədikdə, eyni zamanda CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda təqsirləndirilən şəxsə cəza Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə müvafiq olaraq təyin edilməli, yəni cəzanın müddəti və ya miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə cəzanın miqdarına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi üçün yüngülləşdirici hallar, yəni zərərin tam ödənilməsi və zərərçəkmiş şəxslə barışığın əldə olunması mövcud olsa da, cinayətin törədilmə üsulu və ictimai təhlükəlilik dərəcəsi cəzanın müddətinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir. Belə ki, Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Hazırki işdə cinayət əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmişdir ki, bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ağırlaşdırıcı əlamətlərdir və əməli sadə oğurluqdan fərqləndirərək onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə artırır. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərini rəhbər tutaraq cəzanın həm təqsirləndirilən şəxsin islahına, həm də yeni cinayətlərin qarşısının alınmasına xidmət etməli olduğunu nəzərə alır. Bu baxımdan, yüngülləşdirici halların mövcudluğu cəzanın növünün azadlığın məhdudlaşdırılması kimi digər alternativ cəza ilə əvəz edilməsinə əsas versə də, ağırlaşdırıcı halların çoxluğu və xarakteri həmin cəzanın üç il müddətinə təyin edilməsini zəruri etmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə ünvan 10 yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə cəzanın miqdarına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi üçün yüngülləşdirici hallar, yəni zərərin tam ödənilməsi və zərərçəkmiş şəxslə barışığın əldə olunması mövcud olsa da, cinayətin törədilmə üsulu və ictimai təhlükəlilik dərəcəsi cəzanın müddətinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir. Belə ki, Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Hazırki işdə cinayət əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmişdir ki, bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ağırlaşdırıcı əlamətlərdir və əməli sadə oğurluqdan fərqləndirərək onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə artırır. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərini rəhbər tutaraq cəzanın həm təqsirləndirilən şəxsin islahına, həm də yeni cinayətlərin qarşısının alınmasına xidmət etməli olduğunu nəzərə alır. Bu baxımdan, yüngülləşdirici halların mövcudluğu cəzanın növünün azadlığın məhdudlaşdırılması kimi digər alternativ cəza ilə əvəz edilməsinə əsas versə də, ağırlaşdırıcı halların çoxluğu və xarakteri həmin cəzanın üç il müddətinə təyin edilməsini zəruri etmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Salyan rayonu Qızılağac kəndində yerləşən yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 sonuncu dəfə Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 68.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə cəzasının həmin tarixə çəkilməmiş qalan 01 il 08 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərini rəhbər tutaraq, cəzanı fərdiləşdirərkən işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları da nəzərə almaqla, hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tam ödədiyi üçün onun barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə həddində cəza təyin edilməsi məqsədəuyğundur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin cəzanın xx.xx.2025-ci il tarixə, yəni Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbiri seçildiyi tarixə 08 ay 07 günü çəkilməmiş qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu baxımdan, məhkəmə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi, yəni 08 (səkkiz) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılmalı, maddi sübut kimi tanınmış 04 baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353 , 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 10 ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 32.5, 180.2.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Salyan rayonu Qızılağac kəndində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi - 08 (səkkiz) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 220 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 220 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 220 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar