Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-85/2023 21.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Salyan rayonu, Boranıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayının 20-də Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 17, mənzil 16-da yaşayan Zərərçəkmiş şəxs zəng edərək satışa çıxardığı MPR 7360 “Qaz 52-01” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili guya almaq istədiyini bildirib avtomobilin qiyməti və texniki göstəriciləri barədə zəruri məlumatları aldıqdan sonra 4000 manata alacağı, ilkin olaraq 1000 manat, avtomobili öz adına rəsmiləşdirdiyi vaxt isə yerdə qalan 3000 manat pulu verəcəyi barədə yalan vəd verib aldatmış, bundan sonra həmin avtomobilin fotoşəkillərini tanışı Cəlilabad rayonu, Təklə kənd sakini Şahid2 göndərib ona 2000 manata satmaqla bağlı razılaşdıqları üçün Salyan şəhərində Şahid2lə görüşüb 1500 manat pul aldıqdan sonra birlikdə 2022-ci ilin oktyabr ayının 27-də saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı yuxarıda qeyd olunan ünvandan sonuncuya zəng edərək avtomobili almaq üçün gəldiyini bildirmiş, Zərərçəkmiş şəxs həmin vaxt işdə olduğundan ona qardaşı Şahid1la görüşüb avtomobilə görə şərtləşdikləri kimi 1000 manat pulu qardaşına verməyi tapşırmış, o da, Şahid2 aldığı 1500 manat puldan 900 manatını Şahid1 verib MPR 7360 “QAZ 52-01” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək Zərərçəkmiş şəxs 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəldən Zərərçəkmiş şəxs Salyan rayon sakini kimi tanımışdır. Rayon ərazisində ot maşınlarına ot yükləməklə məşğul olub ailəsini dolandırmış, Cəlilabad rayon sakini Şahid2lə birlikdə işlədiklərindən tez-tez görüşmüşlər. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında maşınla Salyan şəhərinin 20 Yanvar küçəsindən keçən zaman oradakı bir binanın qarşısında, yol kənarında “QAZ-52-01 furqon” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı bir avtomobilin olduğunu, onun üzərində iri hərflərlə "SATİLİR" sözləri yazıldığını görüb avtomobildəki elanın altında yazılmış maşının sahibinin telefon nömrəsinə zəng vurub maşının sahibi, Rəfaildən maşının vəziyyəti, texniki göstəriciləri barədə məlumat alıb maşını neçəyə satmaq istədiyini soruşanda Rəfail ona avtomobilini 4000 manata satmaq istədiyini demiş, o da, fikirləşib bu barədə ona öz sözünü deyəcəyini bildirmişdir. Ondan sonra çox fikirləşib Rəfaili aldadıb onun maşınını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə də onunla birlikdə fəhləçilik edən tanışı Raminə zəng vurub ona guya özünün “QAZ 52” markalı bir maşını olduğunu, lakin maşınının sənədlərinin olmadığını, bu səbəbdən maşını ucuz qiymətə, yəni 2500 manata satmaq istədiyini, maşının çox yaxşı vəziyyətdə olduğunu, onunla yaxşı çörək qazanmaq olduğunu dedikdə Ramin əvvəlcə ona maşın almaq istəmədiyini bildirmişdir. O da, Raminin maşın almaq istəmədiyini görüb israrla maşını ondan almasını istəmiş, hətta maşını ona 2000 manata sata bilcəyini, onu heç sürməyib doğrayıb metalloma verərsə bundan yaxşı qazanc əldə edə biləcəyini deyəndə Ramin maşını görmədən onu almaq istəməmiş, ona görə də, Raminə Rəfailin satdığı maşının özündə olan fotoşəkillərini göndərmişdir. Ramin də, fotoşəkillərə baxandan sonra maşını ondan 2000 manata almağa razılaşmış, bundan sonra o, Ramini Salyan rayonuna dəvət etmişdir. 2022-ci il oktyabrın 27-də Ramin Salyan rayonuna gəlmiş və saat 11 radələrində onunla yaşadığı Şorsulu kəndində görüşən zaman Ramin ona hələlik yalnız 1500 manat pul düzəldə bildiyini, qalan 500 manat pulu da sonra, yəni bir həftəyə düzəldib ona verəcəyini bildirmişdir. Ramindən 1500 manat alandan sonra Raminə "gedək maşını sənə verim, ancaq orada mən səni maşın ustası kimi təqdim edəcəm və sən orada bir söz demə, bütün söhbətləri mən özüm edəcəm" deyə bildirmiş, Ramin ona bir söz deməmişdir. Həmin vaxt o, Raminə maşın sahibini aldatmaq fikrindən olduğunu deməmiş, bu barədə Raminə deyərsə Raminin maşını almayacağından qorxmuşdur. Raminlə birlikdə Rəfailin yaşadığı binanın qarşısına, yəni Salyan şəhərində "stansiya" deyilən ərazidə, “Qaz-52-01 furqon” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı yerə gəlib orada Rəfailə zəng vuranda Rəfail ona hazırda işdə olduğunu, qardaşının isə evdə olduğunu bildirib onunla görüşməyi tapşırmış, həmin vaxt Rəfailə üstündə cəmi 900 manat pul olduğunu, həmin pulu verib qalan 3100 manatı da, 10 günə düzəldib verəcəyini dedikdə Rəfail bu səbəbdən maşını ona sənədsiz verəcəyini, pulu tam gətirəndən sonra gedib maşını onun adına sənədləşdirəcəyini demiş, o da Rəfailə onun bu şərti ilə razılaşdığını demişdir. Ondan sonra Rəfail qardaşı Samidlə danışmış və Samidə ondan 900 manat pulu alıb maşını sonra ona verməyi tapşırmışdır. Razılaşandan sonra onlarda tam etibar yaratmaqdan ötəri usta kimi təqdim etdiyi Raminə maşını sürüb onun barəsində fikir bildirməsini xahiş etmiş, Ramin də maşını sürüb bir-iki dövrə vurduqdan sonra ona maşının yaxşı vəziyyətdə olmasını bildirmişdir. Ondan sonra orada Samidə 900 manat pul verib maşını götürmüş və onu Raminə vermişdir. Ramin də maşını götürüb getmiş, bir həftədən sonra Raminə zəng vurub ondan qalan 500 manat pulu istəyəndə Ramin pulun hazır olduğunu, lakin Salyan rayonuna gələ bilmədiyini bildirmiş, ona görə də özü Raminin yaşadığı Cəlilabad rayonu, Təklə kəndinə gedib orada Raminlə görüşüb ondan qalan 500 manatı da alıb həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Rəfail də hər dəfə ona zəng vurub maşının qalan pulunu istəyəndə onu müxtəlif bəhanələrlə aldatmış, axırıncı dəfə onunla danışanda da Rəfailə maşını guya tanışı Raminə 2 aylıq icarəyə verdiyini demiş və daha Rəfailin telefon zənglərinə cavab verməmişdir. Ramindən də qalan 500 manatı alandan sonra onu daha görməmiş və onun həmin maşını nə etməsini bilməmişdir. O, Rəfailin satmaq istədiyi maşını ondan 4000 manata alacağı barədə ona yalandan söz verərkən məqsədi onu aldatmaq olmuş, ona görə də Rəfailin ona 4000 manata satdığı maşını, onun yarı qiymətinə, yəni 2000 manata Raminə satmışdır. Əvvəldən 900 manat pulu da Rəfail ona inansın deyə ona vermişdir. Ramindən aldığı cəmi 2000 manat puldan 900 manatını onlara verib qalan 1100 manatını özü üçün xərcləmişdir. Rəfaili aldatmaqla ona məxsus maşını ucuz qiymətə satıb pulunu ələ keçirməyinə görə səhv iş tutduğunu başa düşür və tutduğu əməlindən də səmimi peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməldən çox peşmandır. Ailə üzvləri tərəfindən zərər çəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Salyan şəhərində yerləşən "xxxx" MMC-də sürücü işləyir və Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Onun etibarnamə ilə idarə etdiyi özünə məxsus “Qaz-52-01 furqon” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını olmuş və onu satmaq qərarına gəlmiş, ona görə də həmin maşınını yaşadığı evin qarşısında saxlayaraq üzərinə böyük hərflərlə “SATİLİR” sözünü və özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazıb qoymuşdur. 2022-ci ilin oktyabr ayının 20-də sonradan tanıdığı Elgün adlı şəxs onun həmin mobil nömrəsinə zəng edib onunla danışaraq maşının buraxılış ili, vəziyyəti ilə maraqlananda Elgünə maşın barədə ətraflı məlumat vermiş, Elgün ona həmin vaxt maşın barəsində verdiyi məlumatlar, maşının vəziyyəti onu qane etdiyini bildirib guya maşını almaq istədiyini bildirib maşını neçəyə satmasını ondan soruşmuşdur. O da, Elgünə maşını 4000 manata ona sata biləcəyini demiş, Elgün maşını ondan 4000 manata alacağına razılaşandan sonra həmin puldan ilkin olaraq 1000 manatını maşını alıb aparacağı gün dərhal verəcəyini, qalan 3000 manatını isə maşını alıb aparandan 10-15 gün sonra verəcəyini deyib həmin vaxt da maşını onun adına rəsmiləşdirəcəyini ona demiş və Elgünün dediyi bu şərtlərlə razılaşmışdır. 2022-ci ilin oktyabr ayının 27-də işdə olduğu zaman Elgün onlara gələrək qardaşı Samidə 900 manat verərək maşını götürüb aparmış, bunu biləndən sonra Elgünə zəng edib nə üçün ilkin verməli olduğu 1000 manat əvəzinə 900 manat verib maşını aparmasının səbəbini soruşanda Elgün ona maşına görə qalan 3000 manat pulu verib maşını sənədləşdirəndə həmin qalıq 100 manat pulu da verəcəyini bildirmişdir. Ondan sonra bir neçə gün keçsədə Elgündən heç bir xəbər çıxmamış, Elgünə zəng vurub ondan harada qalmasını, nə üçün qalan pulu gətirmədiyinin səbəbi ilə maraqlandıqda Elgün əvvəlcə ona bu gün sabah gələcəyini deyib müxtəlif yalanlarla onu aldatmış, sonradan isə ümumiyyətlə telefonunu söndürmüşdür. Ona görə məcbur qalıb Elgünün yaşadığı Salyan rayonu, Şorsulu kəndindəki evlərinə getmiş, evlərində atası Vüqarla görüşüb Elgündən ona şikayət etmişdir. Elgünün ondan maşın almasından heç bir xəbərinin olmadığını və Elgünün maşını yaşadıqları həyətə gətirmədiyini ona demişdir. Ondan sonra atası Elgünə xəbər verdiyindən Elgün ona zəng edib onların evinə gedib nə üçün atasını narahat etməsinin səbəbini soruşub bununla bağlı narazılığını bildirəndə o da, Elgünə ya qalan pulunu, ya da maşınını qaytarmasını bildirmiş, Elgün həmin vaxt ona 2022-ci ilin dekabr ayının 15-nə kimi gələcəyini və qalan pulunu verəcəyini deyib ona narahat olmamasını tapşırmışdır. Lakin sonradan nə qədər gözləsədə Elgün gəlməmiş və onunla telefon əlaqəsi saxlayanda Elgün ona maşınını guya Ramin adlı şəxsə icarəyə verdiyini demişdir. Ondan sonra həmin Ramin adlı şəxsin mobil nömrəsini tapıb ona zəng vurub Ramindən maşınını Elgünün ona icarəyə verib-verməməsini soruşanda Ramin ona maşını icarəyə götürmədiyini, maşını Elgündən 2000 manata aldığını, Elgünə maşını alarkən əvvəlcə 1500 manat verdiyini, qalan 500 manat pulu isə sonra verdiyini, Elgündən aldığı maşını da doğratdırıb hissələrə ayıraraq satdığını ona demişdir. Ona görə də, məcbur qalıb Salyan RPŞ-nə bununla bağlı ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs atası ona dəymiş ziyanı ödəmişdir. Elgünə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Qardaşı Zərərçəkmiş şəxs etibarnamə əsasında özünə məxsus “Qaz-5201 furqon” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını olmuş və Rəfail onu satmaq qərarına gəlmişdir. 2022-ci ilin oktyabr ayının 27də Rəfail işdə olan zaman sonradan adını bildiyi Elgün adlı şəxs tanımadığı bir oğlanla onların evinin qarşısına gəlmiş, həmin vaxt Rəfail zəng vurub maşını qapılarına gələn Elgün adlı şəxsə verməsini və ondan buna görə 1000 manat pul almasını tapşırmışdır. O da, Elgünə bu barədə deyəndə Elgün ona 1000 manat əvəzinə cəmi 900 manat pul vermiş, bu barədə telefonla Rəfailə bildirdikdə Rəfail özü Elgünlə danışmış və Elgün Rəfailə maşına görə bir həftəyə qalan 3000 manatı gətirəndə indi verməli olduğu 100 manatı da o pulun üstünə qoyub, cəmi 3100 manat pul verəcəyini demişdir. Onlar öz aralarında razılaşandan sonra Rəfail maşını Elgünə verməyi ona tapşırmışdır. Həmin gün Elgün gəlmiş adını bilmədiyi bir oğlan onlardan bir qədər aralıda dayanmış və söhbətə qoşulmamışdır. Elgündən həmin oğlanın kim olmasını soruşanda Elgün ona həmin şəxsin maşın ustası olduğunu və maşını sürüb yoxlaması üçün onu özü ilə gətirdiyini demişdir. Elgün ona 900 manat pulu verəndən sonra onlar çıxıb getmiş və o, bir daha onları görməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Elgün qardaşı Rəfaili aldatmış, Rəfaildən maşını 4000 manata alması barədə ona söz verib maşını başqasına 2000 manata satmış, əldə etdiyi 2000 manat puldan da onlara cəmi 900 manat pul verib qalan 110 manat pulu özünə götürmüşdür. Ondan sonra Rəfail nə qədər çalışdısa Elgünü tapa bilməmiş və nə də onda qalan 3100 manatı ondan ala bilməmişdir. Bu səbəbdən Rəfail məcbur qalıb Salyan RPŞ-nə bununla bağlı ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, yük maşınlarına ot yükləməklə məşğul olur və Təqsirləndirilən şəxs da təxminən 7-8 ildir ki, tanıyır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Elgün ona zəng edərək satmaq üçün bir maşını olduğunu deyib həmin maşını almasını ona təklif etdikdə Elgünə maşın almaq fikrində olmadığını demiş, onun maşını almaq istəmədiyini görən Elgün təkidlə həmin maşını almasını, maşını alandan sonra sadəcə olaraq söküb satarsa bundan yaxşı qazanc əldə edə biləcəyini ona demişdir. Ona görə Elgündən maşını neçəyə satmaq istədiyini soruşanda Elgün ona maşını 2500 manata satmaq istədiyini bildirmişdir. Ondan sonra Elgündən avtomaşının sənədlərinin qaydasında olub-olmadığını soruşanda Elgün ona həmin maşının sənədlərinin əvvəldən olmadığını bildirmiş, buna görə yenə etiraz edib maşını almaq istəməyəndə Elgün maşını ona 2500 manata deyil, 2000 manata satacağını bildirmişdir. O da, Elgündən maşını alandan sonra onu söküb metal kimi satarsa qazanc əldə edəcəyini düşünərək həmin “Qaz 5201” markalı maşını ondan almağa razılaşmışdır. Elgün satmaq istədiyi maşının şəklini də telefon vasitəsi ilə ona göndərmiş, maşının şəklinə baxıb onu almağa razılıq verəndən sonra Elgün onu Salyan rayonuna dəvət etmiş və Salyana gəldikdən sonra Elgün ondan üzərində olan 1500 manat alıb qalan 500 manatı nə vaxt verəcəyini soruşanda o Elgünə qalan pulu bir həftəyə düzəldib ona verəcəyini bildirmişdir. Bundan sonra Elgün onu sonradan adını bildiyi Rəfayıl adlı şəxsin evinə aparmış, orada Elgün tanımadığı bir oğlanla söhbət etdikdən sonra orada olan “Qaz 5201” markalı maşını ona göstərib "artıq bu maşın sənindir və onu sürüb apara bilərsən" deyə bildirmişdir. O da, həmin maşını sürərək yaşadığı Cəlilabad rayonu, Təklə kəndindəki evlərinə gətirmiş, təxminən bir həftə sonra Elgün zəng vurub maşına görə qalan 500 manat pulu istəyəndə o, Elgünə 500 manat pulun hazır olduğunu, lakin maşın olmadığından Salyana gələ bilmədiyini demişdir. Ona görə də, Elgün həmin gün ağ rəngli “Vaz 2107” markalı bir maşınla onun yaşadığı Cəlilabad rayonu, Təklə kəndindəki evlərinə gəlmiş və həyətlərində ondan 500 manat pul alaraq getmişdir. O da, qonşu kənddə yaşayan Zəfər adlı şəxsin metallom işi ilə məşğul olduğunu bildiyindən ona zəng vurub onda işlənmiş maşın hissələri olduğunu bildirib onları satmaq istədiyini demiş, Zəfər ona razılıq verdikdən sonra Elgündən aldığı maşını həyətində laqonda ilə doğrayıb onları hissə-hissə Zəfərin yaşadığı Cəlilabad rayonu, Musalı kəndində yerləşən evlərinə aparmış və orada Zəfər apardığı metallomu çəkib ona ümumilikdə cəmi 2150 manat pul vermişdir. Əvvəldən Elgünə 2000 manat verdiyindən aldığı maşını doğrayıb satmaqla ona cəmi 150 manat qazanc qalmışdır. Sonradan maşının sahibi olan Rəfail adlı şəxs ona zəng vurub maşınının harada olmasını soruşanda o da, Rəfailə maşını söküb satdığını demiş, cavabında Rəfail bununla əlaqədar şikayət edəcəyini bildirmişdir. Yalnız həmin vaxt Elgün tərəfindən aldadıldığını başa düşmüş, Elgünün sözünə inanıb belə bir iş tutduğuna görə bu əməlindən səmimi peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonu, Musalı kəndində yaşayır və özü də yaşadığı kənddə köhnə, lazımsız metalları yığıb sonra aparıb onları Bakı şəhərində zavodlara təhvil verməklə gündəlik çörək pulunu qazanır. Təqsirləndirilən şəxs tanımır və belə bir adamla ümumiyyətlə heç vaxt münasibətdə olmamışdır. Şahid2 da təxminən 1-2 ildir ki, tanıyır. Belə ki, Raminin özünün bir “QAZ 53” markalı maşını olmaqla o, çox vaxt ot maşınlarına pres yükləmək üçün tez-tez onların kəndinə gəlib getmişdir. Dəqiq tarix yadında qalmasada, təxminən 2022-ci ilin oktyabr ayında Ramin ona zəng vurub onda işlənmiş maşın hissələri olduğunu bildirib onları almağı təklif etmiş, o da işinin metal yığmaq olduğunu bildirib gətirərsə onları metallom kimi alacağını demişdir. Ondan sonra Ramin bir gün “QAZ 53” markalı maşınla onun Musalı kəndində yaşadığı evin həyətinə doğranmış vəziyyətdə işlənmiş maşın raması, peredok və köhnə avtomobilə aid başqa digər hissələr gətirmiş, həmin vaxt Ramindən gətirdiyi işlənmiş maşın hissələrini haradan almasını soruşmamış, Raminin gətirdiyi doğranmış maşın hissələrini həyətdəki qapanda çəkdikdən sonra Raminə hər kq-na görə 45 qəpikdən hesablamaqla təxminən 2150 manat pul vermişdir. Ondan sonra Ramin çıxıb getmiş, özü isə Ramindən aldığı həmin doğranmış maşın hissələrini yığdığı digər köhnə metallarla birlikdə aparıb Bakı şəhərində, Dərnəgüldəki zavoda təhvil vermiş, hazırda Raminin ona satdığı doğranmış maşın hissələrindən onda heç nə qalmamışdır. Raminin ona gətirdiyi doğranmış maşın hissələrinin başqa şəxsə aid maşına məxsus olmasını bilməmiş, bu barədə onun heç bir məlumatı da olmamışdır. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabrın 27-də Salyan şəhərində Zərərçəkmiş şəxs məxsus “QAZ-5201 furqon” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmağa görə Şahid2 1500 manat alarkən, eləcədə sonradan bu məqsədlə ondan əlavə 500 manat da alarkən avtomobilin Zərərçəkmiş şəxs məxsus olmasını və onun rəsmi sənədlərinin olmasını bildirmədiyi, əksinə ona maşının özünə məxsus olmasını deməsi faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzləşdirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabrın 27-də Salyan şəhərində Zərərçəkmiş şəxs məxsus “QAZ-5201 furqon” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını 4000 manata alacağı barədə sonuncuya yalan vəd verib onun etibarından sui-istifadə etməklə həmin avtomobili dələduzluq yolu ilə ələ keçirib sonra onu Şahid2 2000 manata sataraq əldə etdiyi 2000 manat puldan 1100 manatını özünə götürərək Zərərçəkmiş şəxs cəmi 3100 manat məbləğində aldatması faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 02 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, HK-1/2676 nömrəli toplanmış material aidiyyatı üzrə araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 22-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, ona bu barədə məlumat verilməsi və qərar elan edilərək zərər çəkmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməsi qərara alınmışdır. Cinayət işinin 33-cü vərəqində olan “məcburi gətirilmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs polis vasitəsi ilə məcburi qaydada Salyan RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin 35-ci vərəqində olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan etmək məqsədi ilə xx.xx.1995-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ittiham etmək üçün barəsində axtarış elan edilməklə tutulması və tutulduqdan sonra o, Salyan RPŞ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 36-cı vərəqində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin 41-ci vərəqində olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işinin 42-ci vərəqində olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işinin 51-ci vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 03 mart 2023-cü il tarixdə, saat 10:20-də məhdudlaşdırılmış, 03 mart 2023-cü il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 91-92-ci vərəqlərində olan Salyan rayon İHB-nın Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi F.Qəhrəmanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Salyan rayonu, Boranıkənd kəndində oğlu və arvadı ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhəkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərər çəkmiş şəxsə tamamilə ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 (iyirmi) saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 (bir yüz iyirmi) manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayətin nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 (iyirmi) saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 (bir yüz iyirmi) manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardan elan edildiyi gündən 20 (iyirmi) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-85/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-85/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver