Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-86/2024 21.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X27 Yaqub oğlunun sədrliyi, X23 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X6 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X18 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin fevral ayında Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5 ünvanında yaşadığı evin həyətyanı sahəsində dibçək və torpaqda qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 03 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2024-cü il martın 16-da saat 16:00 dəqiqədə yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 16:25 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 17:20-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən ümumilikdə 03 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 9,06 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Arada bir narkotik vasitə marixuananı çəkməklə istifadə edir. Təxminən 1 il bundan əvvəl o, qurudulmuş marixuananın toxumlarını yaşadığı Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5 ünvanında saxlamışdır. 2024-cü il fevral ayının əvvəllərində həmin toxumları həyətyanı sahəsində 01 ədəd dibçək qabda və torpaqda əkmiş, 3 ədəd marixuana bitkisi bitmiş, həmin bitkilərə su verib qulluq etmişdir. Həmin bitkiləri əkən zaman heç kimin xəbəri olmamış, gizli əkib-becərmişdir. 2024-cü il martın 16-da saat 16 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şəxsiyyət vəsiqəsindən başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. O, həyətyanı sahəsində çətənə bitkilərinin olduğunu bildirmiş, RPŞ-nin əməkdaşlarının baxış keçirilməsinə etirazının olmadığı barədə yazılı ərizə verdikdən sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Dəvət olunmuş aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmiş, həyətyanı sahəsində dibçəkdə və torpaqda ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmiş, şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin fevral ayının əvvəllərində dibçəkdə və torpaqda əkmiş, sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom mütəxəssis həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olmasını və həmin bitkilərə qulluq göstərldiyini bildirimişdir. Baxış keçiriləndən sonra polis əməkdaşları 1 ədəd dibçəkdə və torpaqda aşkar edilmiş yaş halda kök üstə olan 3 ədəd çətənə bitkilərini bir-bir dibçəkdən çıxarıb müstəntiq tərəfindən 01 ədəd zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmin narkotik tərkibli bitkiləri özü qəbul etmək üçün əkmiş,digər şəxslərə satmaq, bağışlamaq niyyəti olmamışdır. Əməlindən səmimi peşimandır, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir, himayəsində yaşlı xəstə anası var. Odur ki barəsində həbslə əlaqədar olamyan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Fizuli oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, 2024-cü il martın 16-da Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Salyan Rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında onu müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər.Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsiyyət vəsiqəsindən başqa qadağan olunan digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özü səmimi olaraq həyətyanı sahəsində çətənə bitkilərini əkib-becərdiyini bildirərək həmin bitkiləri könüllü olaraq təqdim etmək istədiyini bildirmiş və yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmadığı barədə yazılı ərizə verdikdən sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Dəvət olunmuş aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində dibçəkdə və torpaqda, ümumilikdə 3 ədəd əkib-becərdiyi çətənə bitkisini iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkiləri 2024-cü ilin fevral ayının əvvəllərində özü istifadə etmək üçün əkmiş, sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, həmin bitkilərin dibləri yumşaldılmış, nəm olduqları üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aşkar edilmiş 3 ədəd çətənə bitkilərinin 1 ədədi dibçəkdən, 2 ədədi isə torpaqdan yaş halda çıxardılaraq müstəntiq tərəfindən 01 ədəd zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmədə göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid X11 ibtidadi istintaq zamanı verdiyi ifadəsi Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və kultivasiya etməsində şübhəli olduğu barədə RPŞ-nə məlumat daxil olmuşdur.Cinayət başında yaxalanmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli raportdan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 16:00-da Salyan şəhəri Y.Zeynalov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 16:25-də rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən tərtib edilmiş 16 mart 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:35-də Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 16 mart 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 16:43-dən 16:54-dək Salyan RPŞ-nin inzibati binasında İB-nin müstəntiqi polis kapitanı X24 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X15, NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Fizuli oğlunun, NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, əynində olan idman şalvarının arxa cibindən şəxsiyyət vəsiqəsi aşkar olunmuş və onun üzərindən əlavə heç bir əşya aşkar edilməmişdir. Sorğun zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd çətənə bitkiləri əkmişdir, həmin bitkiləri polis əməkdaşlarına təqdim edə bilər və buna etiraz etmir.Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Salyan RPŞ-nə verdiyi 16 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evin həyətyanı sahəsində 01 ədəd dibçəkdə, torpaqda isə 02 ədəd, ümumilikdə 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkmiş, əgər onunla birlikdə yaşadığı ünvana baxış keçirilərsə həmin çətənə (kannabis) bitkilərini təqdim edə bilər, bununla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etməmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən qəbul edilmiş “mütəxəssisin dəvət edilməsi haqqında” qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda iştirak etməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu X16 mütəxəssis qismində dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən qəbul edilmiş “baxış və götürmə aparılması haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi və həmin ünvanda narkotik vasitə və ya cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 16 mart 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 17:20-dən 17:30-dək Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə İB-nin müstəntiqi polis kapitanı X24 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X15, mütəxəssis - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu X16, NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Fizuli oğlunun, NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun razılığı ilə yaşadığı ünvana baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yerləşməklə bir mərtəbəli fərdi yaşayış evidir. Həyətyanı sahənin bir tərəfi mişar daşlarından tikilmiş hasar ilə, digər tərəfi isə şifer ilə əhatə olunmuş, həyətin giriş qapısından içəri daxil olduqda sol tərəfdə ev yerləşir, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirmişdir ki, həyətyanı sahədə dibçəkdə və torpaqda narkot tərkibli bitkilər əkib becərmiş, həmin bitkiləri təqdim edə bilər, Təqsirləndirilən şəxs həmin bitkiləri təqdim etməsi təklif edilmiş və bundan sonra o həyətə daxil olaraq həyətin axırına doğru irəliləmiş, orada 1 ədəd dibçəkdə, torpaqda isə 2 ədəd, ümumilikdə 3 ədəd əkib-becərdiyi çətənə bitkisini iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin fevral ayının əvvəllərində dibçəkdə və torpaqda əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X22 həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilərin dibləri yumşaldıldığı və nəm olduğu üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Sonra polis əməkdaşları 03 ədəd aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir çıxarıb 1 ədəd zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə-bioloji ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntüsünü əks etdirən 1 ədəd “DVD” disk protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu Tofiq Əzizov tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli 02 saylı mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 01 dibçəyin içərisində 01 ədəd kök üstündə yaş vəziyyətdə və torpaqda isə 2 ədəd kök üstündə yaş vəziyyətdə olan ümumilikdə 03 ədəd bitki nümunələrinə aqronommütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, cəmi 03 ədəd bitki nümunələri becərilməsinə, gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidirlər, bitkilərin gövdə ətrafında alaq otlarından təmizlənməsi, kök dibində olan torpağın nəm və yumşaq olması, hər bir bitkinin boyu, gövdə, budaq və yarpaqlarının yaxşı inkişaf etməsinə görə belə nəticəyə gəlinir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X13 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 17 mart 2024-cü il il tarixli 3-16-16/2- 18/304 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs yaşadağı evin həyatyanı sahəsindən...3 ədəd” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 3 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-9,06 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş eyni tərkibli çətənə (kannabis) bitkisinin bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-9,06 qram, cəmi tədqiqata sərf edildi-0,06 qram(hər obyektdən 0,02 qram götürüldü), qalıq-9,0 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2024-cü il il tarixli 3-16-16/2-18/304 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Salyan RPŞnin MSY-də saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert təhqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 9,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, mərkəzləşdirilmiş uçotlardakı məlumata əsasən xx xxxxxx 1976-cı ildə Salyan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkumluğu yoxdur. Ona görə də Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilməlidir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X19 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2024-cü il tarixli 303 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 596 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5 ünvanında yaşamaqla ailə tərkibi: 1934-cü il təvəllüdlü anası-X10, bacısı-1963-cü il təvəllüdlü X4, bacısı-1970-ci il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 597 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 05 aprel 2024-cü il tarixli 18-1-68/2-706/2024 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın və həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatlarına əsasən Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenatı Şahid3 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Salyan şəhər sakini X3 23 yanvar 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə Salyan şəhəri PMK 19 adlanan ərazidə satış məqsədi olmadan şəxsi istifadəsi üçün yerdən tapması və öz istifadəsi üçün üzərində saxlaması məlum olsa da, sonuncunun həmin narkotik vasitə olan heroindən hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir.X1 arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Tapşırıqda göstərilən digər xüsusatların icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də əməliyyat marağı doğuran məlumat və müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenatı Alxan Mehdiyevin əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər əldə edib saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2024-cü il fevral ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində 01 ədəd dibçəkdə və torpaqda əkib-becərmişdir. Ağalarov Əhmədovun yaşadığı evin həyətyanı sahəsindən 1 ədəd dibçək qabdan 1 ədəd, torpaqdan isə 2 ədəd, ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkilərinin toxumlarını təxminən 1 il bundan əvvəl tapmış və özündə saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini tək halda törətmiş və hər hansı şəxsin köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinin onun törətdiyi cinayət əməlindən məlumatlarının olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazidə sakinlər arasında müsbət xarakterizə olunmuş, hər hansı cinayət əlaqəsinin olması, yaxud başqa cinayətin törədilməsində iştirakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən hər hansı şəxsin məlumatının olması müəyyən edilməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il martın 18-də Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun barəsində Azərbaycan Respublikası CMnin 237.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; onun çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, saxlaması faktı üzrə onun əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun yaşadığı evin həyətyanı sahəsində çətənə (kannabis) bitkilərini satış və ya digər məqsədlə əkib-becərməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; X7 barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 9,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verildiyi nəzərə alınmış; cinayət işi üzrə şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə, baxış keçirilməsi və götürmə aparılması barədə protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəməbiolojli ekspertizasının 17 mart 2024-cü il tarixli 3-16-16/2-18/304 nömrəli və məhkəmənarkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli 303 nömrəli rəyləri, digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin fevral ayında Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5 ünvanında yaşadığı evin həyətyanı sahəsində dibçək və torpaqda qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 03 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2024-cü il martın 16-da saat 16:00 dəqiqədə yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 16:25 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 17:20-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən ümumilikdə 03 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 9,06 qram olan əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməsi, bununla da onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X14 aparılmış ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 9 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Y.Zeynalov küçəsi ev 13 mənzil 5-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X14 aparılmış ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 9 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-86/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-86/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver