Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-87/2024 30.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2004-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 20 fevral 2024-cü il tarixdə saat 23 radələrində Salyan rayonu, Yeni Uluxanlı kəndi ərazisində həmin kənd sakini Vasif adlı şəxsə məxsus inşa edilməkdə olan yarımtikilidə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını dəqiq bildiyi xx.xx.2008-ci il təvəllüdlü, Salyan rayonu, Yeni Uluxanlı kəndində fəaliyyət göstərən Siyavuş Qurbanov adına kənd tam orta məktəbinin 9-cu sinfində oxuyan həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təxminən 10 dəqiqə müddət ərzində qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs ilə seksual xarakterli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə və oğlu Zərərçəkmiş şəxs tanıyır, onların heç bir ilə düşmənçilik və ədavəti yoxdur. 20 fevral 2024cü il tarixdə saat 20 radələrində o, yaşadığı kəntdə yerləşən İlqar adlı şəxsə məxsus kafedə oturub pivə içirmiş, bir qədər sonra kafeyə həmkəndliləri Şahid1 və Şahid2 gəlmiş, onların hər ikisi onun oturduğu masada əyləşmiş, o, Əli və Mehranla oturub yeyib-içməyə başlamış, araq içdiyi üçün sərxoş imiş, bir qədər sonra kafeyə Zərərçəkmiş şəxs gəldiyini görmüş, Üzeyiri tanıyırmış və onun 16 yaşına çatmadığını, kəntdəki orta məktəbdə 9-cu sinifdə oxuduğunu bilirmiş, Üzeyir onun əyləşdiyi masada əyləşib onlarla birlikdə yeyibiçməyə başlamış, o, eləcə də Əli və Mehran əvvəlcə Üzeyirin onların masasında oturmasını istəməmiş və Üzeyirdən getməsini xahiş etmişlər. Səbəbi isə Üzeyirin yaşca onlardan kiçik olması imiş, buna baxmayaraq Üzeyir çıxıb getməmiş və onlarla oturub yeyib-içmiş, o, Üzeyirin araq içmək istədiyini görüb ona bir qədər araq süzmüş və Üzeyir də arağı içmişdir. Üzeyir onlarla birlikdə oturan zaman iki dəfə onun cinsi orqanına əl atmış, Üzeyirin iki dəfə cinsi orqanına əl atmasından sonra o, Üzeyirin onunla seksual əlaqədə olmaq istədiyini yəqin etmiş, həmin vaxtı da o, sərxoş imiş, Üzeyirin bu hərəkəti onun cinsi ehtirasını da oyatmışdır. Bunun üçün də o, Üzeyirlə seksual əlaqədə olmaq istəmiş, Üzeyiri kimsəsiz bir yerə aparıb onunla araxdan olmaq istəyirmiş, Üzeyirin özünə də getmək təklifi edəndə Üzeyir onunla razılaşmışdır. Yeyib içdikdən sonra ayağa qalxmış, o, Mehran, Əli və Üzeyir birlikdə kafedən çıxıb kənd sakini Vasif adlı şəxsə məxsus inşa edilməkdə olan bir tikiliyə tərəf getmiş, həmin tikili tam olaraq inşa edilməmişdir. O, həmin tikilinin yerləşdiyi ərazinin kimsəsiz bir yer olmasını bilirmiş, Bunun üçün də Üzeyiri məhz həmin yerə aparıb orada Üzedyirlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyirmiş, Əli və Mehran da onun kafedən çıxmağının da səbəbini çox güman yəqin etmişdirlər. Piyada təxminən 3-4 dəqiqə yol qət etdikdən sonra həmin yerə gəlib çatmış, həmin yarımtikilinin içərisinə daxil olmuş, ətrafda heç kəs yox imiş, o, Üzeyirdən şalvarını aşağı çəkməsini istəmiş, Üzeyir də şalvarını aşağı çəkmiş, bundan sonra o da şalavrını aşağı çəkib Üzeyirə yaxınlaşmış, Üzeyirin əllərini tikilinin divarına dayamış, daha sonra öz cinsi orqanını Üzeyirin arxa keçəcək nahiyyəsinə daxil etmiş, bir neçə dəfə öz cinsi orqanını Üzeyirin arxa keçəcək daxil edib çıxarmış, bundan sonra tam olaraq həmin vəziyyətdən zövq ala bilmədiyini görüb Üzeyiri yerə uzatmış, Üzeyirin üstünə uzanıb öz cinsi orqanını yenidən arxa keçəcək nahiyyəsinə daxil etmiş, bir neçə dəfə də həmin vəziyyətdə Üzeyirin arxa keçəcək nahiyyəsinə öz cinsi orqanını daxil edib çıxarmış, təxminən 10 dəqiqə ərzində Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Seksual əlaqəni başa çatdırdıqdan sonra o və Üzeyir ayağa qalxmış, geyimlərini qaydaya salıb oradan çıxmış, o, Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman Əli və Mehran hadisəyə şahidlik etmiş, Mehran baş vermiş hadisəni mobil telefon vasitəsilə videoçəkilişlə qeydə almış, o, bir neçə dəfə Mehrandan videoçəkilişi dayandırmasını tələb etsə də o, Mehran öz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, Üzeyir, Əli və Mehranla birlikdə oradan çıxıb yenidən kafe istiqamətinə getmiş, Mehran və Əli öz evinə, o da öz evinə getmişdir. Etdiyi əməldən peşmançılıq çəkdiyini, Əli və Mehranın Üzeyirə qarşı seksual hərəkətlər etmədiyini, könüllü olaraq Üzeyirə qarşı seksual hərəkətlər etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslə artıq barışmışdırlar. Əməlindən çox peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin dindirmə protokolları, baxış, baxış və götürmə, ifadələrin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, komisyon məhkəmə-tibbi, təkrar məhkəmə-tibbi, məhkəmə-tibbi, məhkəmə-sənətşünaslıq, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizaları üzrə rəylər, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı evdən çıxıb kənd ərazisində yaşadığı evin yaxınlığında yerləşən kənd sakini Vüqarın oğlu İlqara məxsus kafeyə tərəf piyada gəlmiş, evdən çıxmaqda dəqiq hər hansı bir məqsədi yox imiş, evdə darıxdığı üçün gəzintiyə çıxmış, kafeyə girib orada bir qədər vaxt keçirmək istəmiş, ünsiyyəti olan bir şəxslə söhbət etmək fikrində imiş, bu zaman kafedə həmkəndlisi Təqsirləndirilən şəxs oturub yeyib-içdiyini görüb Riyadla salamlaşmış, Riyadın oturduğu stola gedib orada oturmuş, Riyadla onun münasibəti normal imiş, Riyadla oturduğu eyni masaya sonradan həmkəndliləri Şahid2 və Şahid1 da gəlmiş, birlikdə yeyib-içir və spirtli içki qəbul etmişlər. Təxminən 1 saat o, Riyad və stolda olan digər şəxslərlə birlikdə eyni masada əyləşib söhbət etmiş və həmin şəxslərlə birlikdə yemək yeyib spirtli içki olan araq içmişdir. O, arabir spirtli içki içir. Əvvəlcə masada oturan şəxslər onun spirtli içki içməsinə qarşı çıxmış, lakin, o, bir qədər içəcəyini demiş və spirtli içki içmişdir. Yeyib-içən zaman o, Riyadın cinsi orqanına iki dəfə əl atmış, bunu masada oturan digər şəxslər görə bilməmiş, Riyad hər iki halda onun əlini kənara çəkmişdir. O, Riyadla seksual əlaqədə olmaq istəyirmiş, seksual əlaqədə olmaq onun xoşuna gəlirmiş, 1 saat ərzində həmin şəxslərlə yeyib içdikdən sonra masada olan Riyad və digər şəxslər ayağa qalxmış və o, həmin şəxslərlə birlikdə kafedən çölə çıxıb gəzişməyə başlamışdır. Riyad gəzinti zamanı ona “gedək səninlə arxadan olmaq istəyirəm” demiş, o da Riyada “mən də istəyirəm” demişdir. Daha sonra onlar birlikdə piyada Vasif adlı şəxsə məxsus yarımtikili istiqamətinə getməyə başlamış, Əli və Mehran da onların arxasınca gəlmişlər. Riyadla birlikdə kənd ərazisində yerləşən Vasif adlı həmkəndlisinə məxsus tikilməkdə olan evin həyətinə gəlmiş, həmin yarımtikilidə yaşayış yox imiş, həmin evin həyətyanı sahəsi də demək olar mühafizə edilmirmiş, həmin yarımtikili kafedən 400-500 metr məsafədə yerləşirmiş, həmin yerə gəldikdən sonra Riyadla birlikdə həmin tikiliyə daxil olmuş, şalvarını aşağı çəkib üzünü divara dayamış, Riyad da öz şalvarını aşağı çəkmiş, bir neçə dəfə Riyad öz cinsi orqanını onun arxa keçəcək nahiyyəsinə salıb çıxartmış, daha sonra Riyadın təklifi ilə o, yerə üzü üstə uzanmış, bir neçə dəfə də Riyad həmin vəziyyətdə öz cinsi orqanını arxa keçəcək nahiyyəsinə daxil edib çıxartmışdır. Riyad təxminən 10 dəqiqə ərzində onunla arxa nahiyəyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bu zaman Mehran öz mobil telefonu vasitəsilə videoçəkiliş aparmış, Riyad və o, bir neçə dəfə Mehrandan videoçəkilişi dayandırmasını xahiş etmiş, lakin Mehran gülərək çəkilişə davam etmişdir. Mehran sərxoş olduğu üçün belə bir hərəkət etmiş, seksual əlaqəni bitirdikdən sonra o, və Riyad geyimlərini qaydaya salıb oradan çıxmış və o, öz evinə getmişdir. Onunla həmin vaxtı yalnız Riyad seksual xarakterli hərəkətlər etmiş, Əli və Mehran heç bir yardım göstərməmiş, o, özü könüllü olaraq Riyadla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Əli və Mehran onunla heç bir seksual əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, 20 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, həmkəndlisi Şahid2 ilə birlikdə yaşadığı kənddə yerləşən İlqar adlı şəxsə məxsus kafeyə pivə içmək üçün getmiş, kafedə həmkəndlisi Təqsirləndirilən şəxs oturub pivə içdiyini görüb Mehranla birlikdə Riyadla oturub pivə içməyə başlamış, Riyadla onun münasibəti yaxşıdır. Bir masada oturub yeyib-içməyə başladıqdan təxminən 1 saat sonra kafeyə Zərərçəkmiş şəxs gəldiyini görmüş, Üzeyiri tanıyırmış, Üzeyir onun əyləşdiyi masada əyləşib onlarla birlikdə yeyib-içməyə başlamış, o və digərləri əvvəlcə Üzeyirin oturmasını istəməmiş və getməsini istəmişlər. Səbəbi isə Üzeyirin yaşının az olması imiş, buna baxmayaraq Üzeyir çıxıb getməmiş və onlarla birlikdə masada oturmuşdur. Üzeyirin gəlişindən təxminən 1 saat sonra Üzeyirlə Riyad ayağa qalxıb getmək istədiklərini onlara demiş və kafedən çıxmış, ardınca o da Mehranla birlikdə onların arxasınca getmişlər. Kafedən təxminən 400-500 metr məsafəni piyada qət edib həmkəndlisi Vasif adlı şəxsə məxsus inşa edilməkdə olan yarımtikilinin yanına gəlib çatmış, Riyadla Üzeyir əvvəlcə həmin yarımtikilinin ərazisinə girmiş, ardınca isə o, Mehranla birlikdə oraya girmişdir. Üzeyir və Riyad tikilinin içərisinə daxil olduqdan sonra hər ikisi şalvarlarını aşağı çəkmiş, Riyad Üzeyiri tikilinin divarına dayamış, Riyad öz cinsi orqanını Üzeyirin arxa keçəcək nahiyyəsinə daxil etmiş, bir neçə dəfə Riyad öz cinsi orqanını Üzeyirin arxa keçəcək nahiyyəsinə daxil edib çıxartmış, sonra isə Riyad Üzeyiri yerə uzatmış, Riyad Üzeyirin üzərinə uzanıb öz cinsi orqanını bir neçə dəfə Üzeyirin arxa keçəcək nahiyyəsinə daxil edib çıxartmış və Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Riyad Üzeyirə qarşı seksual xarakterli hərəkətlər edərkən Mehran həmin anların bir hissəsini mobil telefon vasitəsilə videogörüntü ilə qeydə almış, təxminən 5-10 dəqiqə ərzində Riyad Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan və seksual əlaqəni bitirdikdən sonra hər ikisi ayağa qalxıb geyimlərini qaydaya salmış və həmin yarımtikilinin ərazisindən çıxmışlar. Üzeyirlə həmin vaxtı yalnız Riyad seksual xarakterli hərəkətlər etmiş, o və Mehran heç bir yardım göstərməmiş, Üzeyir özü könüllü olaraq Riyadla qeyritəbii yolla cinsi əlaqədə olmuş, o və Mehran Üzeyirə qarşı heç bir seksual hərəkət etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları öz ifadəsində təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Salyan rayonu Yenik Uluxanlı kəndi sakini Qanuni nümayəndə Salyan RPŞ-nin rəisi Nəzər Əsgərova müraciət edərək, bildirmişdir ki, 2024-cü ilin fevral ayında Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində həmkəndlisi Riyad adlı şəxs xx.xx.2008-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Odur ki, Riyad adlı həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası Rzayeva İradədir. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə təyin edilmişdir. 24 fevral 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə saat 23 radələrində xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi faktı öz təsdiqini tapmışdır. Şahid2 məxsus 1 ədəd yaş asfalt rəngli Xiaomi markalı, Redmi modelli mobil telefondan 1 ədəd DVD diskə köçürülmüş olan 3 ədəd videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Yeni Uluxanlı kəndi ərazisində Vasif adlı şəxsə məxsus inşa edilməkdə olan tikilidə on altı yaşına çatmadığını dəqiq bildiyi Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyi, Zərərçəkmiş şəxs könüllü olaraq Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu, hadisəni şahidlər Şahid1 və Şahid2 müşahidə etdiyi müəyyən edilir. 24 fevral 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:35-də Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 85 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, -2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı; -Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. Məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/135 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, təqdim edilmiş 1 ədəd DVD diskdə olan “BDWQ 0391”, “CEBİ 8083”, “EXMJ 2373” adlı videogörüntülər pornoqrafik xarakterlidir. Cinayət işinin istintaq materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 94 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, -2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi; -Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsində aşkar edilmiş dəyişikliklər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına dəlalət edən əlamətlərdəndir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyyəsində xəsarət və ya xəsarət izi olmadıqda müddət haqqında fikir söyləmək mümkün deyil. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 645 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak prosesləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Dünyagörüşü və ümumi məlumatlılıq səviyyəsi nisbətən aşağıdır. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 770 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 93 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olacaq hər hansı patalogiya və ya anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər alınır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş komisyon məhkəmə-tibbi, təkrar məhkəmə-tibbi, məhkəmə-tibbi, məhkəmə-sənətşünaslıq, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizaları üzrə rəyləri müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli, 18-1-68/2- 538/2024 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Əməliyyat tapşırığının icrası ilə bağlı Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli raportda göstərilir ki, tapşırığın icrası ilə bağlı tapşırıqda qeyd olunan xüsusatlar əsasında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və keçirilmiş həmin tədbirlər nəticəsində əldə olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, tapşırıqda təsvir olunan cinayət hadisəsi 20 fevral 2024-cü il tarixdə saat 23 radələrində Salyan rayonu, Yeni Uluxanlı kəndi ərazisində həmin kənd sakini olmuş mərhum X2 məxsus yarımtikilidə baş vermişdir. Hadisənin şahidləri olmuş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs qarşı seksual xarakterli (həmçinin seksual xarakterli zorakılıq) hərəkətləri etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətlərdə hadisənin şahidləri olmuş Şahid1 və Şahid2 heç bir iştirakı olmamışdır. Tapşırıqda göstərilən Salyan rayonu, Yeni Uluxanlı kəndi ərazisində yerləşən kafenin sahibinin həmin kənd sakini X13 olması müəyyən edilmiş, hadisə iştirakçılarının kafedən hadisə yerinə qədər məsafəni qət edən zaman hər hansı bir nəqliyyat vasitəsindən istifadə etmədikləri müəyyən olunmuşdur. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs qarşı əvvəllər digər şəxs (şəxslər) tərəfindən seksual xarakterli (həmçinin seksual xarakterli zorakılıq) hərəkətləri edilməmişdir. Cinayət hadisəsinin baş verməsi ilə bağlı qabaqcadan məlumatı olmuş şəxslərin müəyyən edilməsi və tapşırıqda göstərilən digər xüsusatların əsasında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də bu istiqamətdə müsbət nəticə əldə edilməmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası-1964-cü il təvəllüdlü X6, qardaşları-1996-cı il təvəllüdlü X10, 1999-cu il təvəllüdlü X11 və 2003-cü il təvəllüdlü X5r. Həmin nümayəndə tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, xx.xx.2004-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş və Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 150, 151, 152.2, 152.3, 152.4.1, 153 və 157-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 və Şahid2 barəsində Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 150, 152, 153, 157 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və șahidlərin dindirmə protokolları, baxış, baxış və götürmə, ifadələrin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, komisyon məhkəmə-tibbi, təkrar məhkəmə-tibbi, məhkəmə-tibbi, məhkəmə-sənətşünaslıq, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizaları üzrə rəylər, İ ədəd DVD diskdə olan videogörüntülər, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasınanəsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X3 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-87/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-87/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver