Məhkəmə qərarları › İş №1(057)-88/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-88/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-88/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il yanvarın 15-də səhər saatlarında Salyan şəhəri Şəhriyar küçəsi ev 97-də yaşayan Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən və uzun müddət istifadə olunmayan Çörək Qənnadı emalatxanasından hər biri 200 manat olmaqla, cəmi 400 manat dəyərində olan 02 ədəd 150 sm uzunluğu 70 sm enində dəmir seyf; hər biri 15 manat olmaqla, cəmi 450 manat dəyərində 30 ədəd 25 mmlik ölçüdə 6 metr uzunluğunda şveller; hər biri 15 manat olmaqla, cəmi 300 manat dəyərində 20 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda dəmir boru; hər biri 4 manat olmaqla, cəmi 120 manat dəyərində 30 ədəd 10 mm-lik ölçüdə 6 metr uzunluğunda armatur; hər biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində 02 ədəd 130 sm uzunluğu 50 sm enində taxta stol; hər biri 10 manat olmaqla, cəmi 70 manat dəyərində 07 ədəd taxta stul; hər biri 150 manat omaqla, cəmi 1500 manat dəyərində 10 ədəd 250 sm uzunluğu 200 sm enində dəmir barmaqlıq; 250 manat dəyərində 01 ədəd Dnepr markalı soyuducu; 150 manat dəyərində 01 ədəd markası məlum olmayan fətir yayan aparat; 120 manat dəyərində 01 ədəd markası məlum olmayan şirniyyat bişirən aparat; 170 manat dəyərində 01 ədəd markası məlum olmayan peraşki bişirən aparat; 1 kiloqramı 3 manat olmaqla, cəmi 9 manat dəyərində 3 kiloqram aliminium; 1 kiloqramı 13 manat olmaqla, cəmi 52 manat dəyərində 4 kiloqram mis; hər biri 30 manat olmaqla, cəmi 90 manat dəyərində 03 ədəd markası məlum olmayan şirniyyat bişirən aparatın matoru və 70 manat dəyərində 01 ədəd markası məlum olmayan metaldan ibarət olan soyuducunun matorunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3851 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Anası xəstə olduğu üçün ona pul lazım olmuş, o, da pul əldə etmək üçün Zərərçəkmiş şəxs məxsus fəaliyyəti dayanmış sexdən oğurluq etmişdir. Həmin sexdə çoxlu sayda dəmir, aliminum və mis metallarının olduğunu əvvəlcədən bilmişdir. 15 yanvar 2023-cü ildə axşam saatlarında həmin sexin nəzarətsiz olduğunu bilib, ətrafda heç kimin olmadığını görüb sexin qarşısına getmiş və sexin qarşısındakı dəmir qapının kilidini sındıraraq içəri keçmişdir. İçəridə çoxlu sayda dəmir metallar olduğunu görmüş, içəridə olan 02 ədəd dəmir seyf, 30 ədəd 6 metrlik şveller, 20 ədəd 6 metrlik dəmir boru, 30 ədəd 6 metrlik armatur, 02 ədəd taxta stol, 07 ədəd taxta stul, 10 ədəd dəmir barmaqlıq, 01 ədəd soyuducu, 03 ədəd şirniyyat aparatını, 03 ədəd şirniyyat aparatının içərisində olan aliminium, misdən ibarət olan hissələri və 04 ədəd matorunu oğurlamışdır. Dəmir metalları satmaq üçün əvvəlcədən metal alıcısı olan nömrəsini bilmədiyi “Qazel” markalı avtomobilin adını bilmədiyi sürücüsü ilə danışmışdır. O, 02 ədəd dəmir seyf, 30 ədəd 6 metrlik şveller, 20 ədəd 6 metrlik dəmir boru, 30 ədəd 6 metrlik armatur, 08 ədəd dəmir barmaqlıq, 01 ədəd soyuducu, 03 ədəd şirniyyat aparatını, 02 ədəd taxta stol və 07 ədəd taxta stulu 300 manat həmin şəxsə satmış, birlikdə həmin əşyaları sexdən çıxararaq həmin şəxsə məxsus Qazel markalı yük avtomobilinin yük yerinə yığmışlar. O, həmin şəxsə metal əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra o, nömrəsini bilmədiyi “Vaz 2106” markalı taksinin adını bilmədiyi sürücüsü ilə sexdən oğurladığı 02 ədəd dəmir barmaqlığı, kisədə olan soyuducunun, şirniyyat aparatlarının içərisində olan aliminum, mis metallarını və 04 ədəd matoru Salyan rayonu Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Valeh adlı şəxsə məxsus olan Metal qəbul məntəqəsinə gətirmiş, həmin metalları Valehə 51 manata satmışdır. Taksi sürücüsünə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Oğurluq əməlini təkbaşına törətmiş, ittiham aktında adları göstərilən əmlakları oğurlamışdır. Oğurluq yolu ilə əldə etdiyi pulla anasının dərmanlarını almışdır. Törətdiyi əməldən peşmandır. Vurduğu ziyanı ödəməmiş, ziyanı hissə-hissə ödəyə bilər. Odur ki, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2023-cü il fevralın 05-də Təqsirləndirilən şəxs tanımadığı 5-6 nəfərlə birlikdə ona məxsus Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən emalatxanadan ittihamda adları göstərilən əşyaları oğurlayaraq ona cəmi 20000 manat ziyan vurmuşdur. Həmin ziyanı hal-hazıradək ödəməmiş, həmin ziyanı ödəmək iqtidarında da deyil, ondan şikayətçidir, Məlik ziyanı ödəsə, onu bağışlaya bilər. Odur ki, onun barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən emalatxanası var, təxminən 25 ilə yaxındır həmin emalatxana istifadə olunmadığı üçün bağlamışdır. Həmin emalatxananın qarşısında metal şiferdən hasar çəkilmiş, girişində kilidi olan taxta qapı var. Həmin emalatxananın içərisində çoxlu sayda şirniyyat aparatları, 03 ədəd dəmir seyf, dəmir borular, metal armaturlar, metal barmaqlıqlar, stol, stullar, 02 ədəd soyuducu, metal şveller olmuşdur. O, xəstə olduğu üçün emalatxanaya gedib nəzarət edə bilməmiş, buna görə də emalatxana nəzarətsiz qalmışdır. 2023-cü il fevralın 05-də emalatxananın yanında yaşayan Razi adlı şəxs mobil telefon vasitəsilə ona zəng edərək emalatxanadan oğurluq olduğunu bildirmiş, o, da yaşadığı evdən çıxaraq emalatxanaya baxmağa getmiş, bu zaman emalatxananın qarşısında olan metal şiferdən çəkilmiş hasarın qapısının kilidinin sındırıldığını görüb içəri keçmiş, emalatxananın taxtadan olan giriş qapısınında kilidinin sındırıldığını aşkar etmişdir. O, dərhal emalatxanaya daxil olub ətrafa baxmış və emalatxanadan müxtəlif əşyaların oğurlandığını aşkar etmişdir. Ona məxsus olan emalatxanadan 02 ədəd 150 sm uzunluğu 70 sm enində dəmir seyf , 30 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda şveller, 20 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda dəmir boru, 30 ədəd 10 mm-lik ölçüdə 6 metr uzunluğunda armatur, 02 ədəd 130 sm uzunluğu 50 sm enində taxta stol, 07 ədəd taxta stul, 10 ədəd 250 sm uzunluğu 200 sm enində dəmir barmaqlıq, 01 ədəd Dnepr markalı soyuducu, markasını bilmədiyi 01 ədəd fətir yayan aparat, markasını bilmədiyi 01 ədəd şirniyyat bişirən aparat, markasını bilmədiyi 01 ədəd peraşki bişirən aparat, 03 ədəd şirniyyat aparatının içərisində olan aliminium, misdən ibarət olan hissələri və 03 ədəd matoru, 01 ədəd markasını bilmədiyi metaldan ibarət olan soyuducunun matorunun oğurlandığını aşkar etmişdir. Onda yaddaş pozğunluğu olduğu üçün o, emalatxanadan çıxaraq yaşadığı evə getmiş, 2023-cü il fevralın 09-da oğlu Elvinə bu barədə məlumat vermiş, Elvin də Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X11 zəng edərək məlumat vermişdir. O, da Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ona məxsus emalatxanadan oğurluğu yaxınlıqda yaşayan Məlik adlı şəxsin 5-6 nəfər ətrafında olan uşaqlarla törətdiyini öyrənmişdir. Ona 20000 manat dəyərində maddi ziyan dəymişdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 9/1174 nömrəli rəyi ilə tanış olmuş, heç bir narazılığı yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Onun Salyan rayonu Kürqaraqaşlı kəndində metal qəbul məntəqəsi vardır. 2023-cü il yanvarın 15-də axşam saatlarında metal qəbul məntəqəsinə tanımadığı bir nəfər şəxs yaxınlaşaraq metal gətirmiş, həmin şəxs adının Məlik olduğunu, Salyan rayonunda yaşadığını, gətirdiyi əşyaların özünə məxsus olduğunu bildirmişdir. Məlik 2 ədəd dəmir barmaqlıq, aliminum, mis və 04 ədəd mator gətirmişdir. O, Məlikdən gətirdiyi əşyaların oğurluq olub-olmadığını soruşmuş, Məlik isə oğurluq olmadığını və özünə məxsus olduğunu bildirmişdir. O, Məlikin gətirdiyi əşyaları tərəzi vasitəsilə çəkərək 02 ədəd dəmir barmaqlığın 5 manat, 3 kq aliminumun 11 manat, 4 kq misin 20 manat və 04 ədəd istifadəyə yararsız matorun isə 15 manat etdiyini demişdir. O, ümumlikdə Məlikə 51 manat pul vermişdir. Təxminən 1 həftə sonra aldığı bütün metalları və əşyaları Bakı şəhərində yerləşən metal əritmə zavoduna satmışdır. Həmçinin Məlikdən aldığı 02 ədəd dəmir barmaqlıq, 3 kq aliminum, 4 kq mis və 04 ədəd istifadəyə yararsız mator da onun içində olmuşdur. Təqsirləndirilən şəxs aldığı metal əşyaların oğurluq olmasından xəbəri olmamış, oğurluq olmasını bilmiş olsaydı, ümumiyyətlə həmin metal əşyaları almazdı. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X5, Salyan şəhəri Şəhriyar küçəsi ev 97-də yaşayan Zərərçəkmiş şəxs, hal şahidləri X7, X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan saat 16:00-dək Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus sexə baxış keçirilmişdir. Baxış zamanı oğurluq hadisəsinin Salyan şəhəri Şəhriyar küçəsi ev 97-də yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən tikilidə baş verdiyi müəyyən olunmuş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkilləri çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 17 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:25-dən 17:35-dək Təqsirləndirilən şəxs Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus sexdən ona məxsus metal əşyalarını oğurladığını bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli, 9/1174 saylı rəyindən görünür ki, istifadədə olmuş malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 3851 manat müəyyən edilir. - 02 ədəd 150 sm uzunluğu 70 sm enində dəmir seyf hər biri 200 manat, - 30 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda şveller hər biri 15 manat, - 20 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda dəmir boru hər biri 15 manat, - 30 ədəd 10 mm-lik ölçüdə 6 metr uzunluğunda armatur hər biri 4 manat, - 02 ədəd 130 sm uzunluğu 50 sm enində taxta stol hər biri 50 manat, - 07 ədəd taxta stul hər biri 10 manat, - 10 ədəd 250 sm uzunluğu 200 sm enində dəmir barmaqlıq hər biri 150 manat, - 01 ədəd Dnepr markalı soyuducu 250 manat, - markası məlum olmayan 01 ədəd fətir yayan aparat 150 manat, - markası məlum olmayan 01 ədəd şirniyyat bişirən aparat 120 manat, - markası məlum olmayan 01 ədəd peraşki bişirən aparat 170 manat, - 3 kq aliminium 1 kq 3 manat, - 4 kq mis 1 kq 13 manat, - 01 ədəd markası məlum olmayan şirniyyat aparatının matoru 30 manat, 01 ədəd markası məlum olmayan metaldan ibarət olan soyuducunun matoru 70 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 9/1174 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2023-cü il tarixli, 9/2008 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1170 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində 03 ədəd markası məlum olmayan şirniyyat aparatı bir ədədi 350 manat olmaqla, cəmi 1050 manat; 01 ədəd markası məlum olmayan metaldan ibarət olan soyuducu 120 manat kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 9/2008 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2023-cü il martın 17-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 3851 manat qəbul edilmiş; oğurlanmış əmlakların bərpası üçün lazım olan 1170 manat Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilmədiyi nəzərə alınmış; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; “Qazel” markalı yük avtomobilin sürücüsü olan şəxsin və taksi fəaliyyəti ilə məşğul olan “VAZ 2106” markalı avtomobilin sürücüsü olan şəxsin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən həmin şəxslər barəsində cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmiş; Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən Çörək-Qənnadı emalatxanasındakı markası məlum olmayan 03 ədəd şirniyyat aparatının içərisində olan mis, aliminiumun və 01 ədəd markası məlum olmayan metaldan ibarət olan soyuducunun matorunun oğurlanması nəticəsində zədələnmiş həmin əmlakların bərpası üçün lazım olan 1170 manat pulu mülki iddia qaydasında Təqsirləndirilən şəxs tələb edilməsi hüququnun olması Zərərçəkmiş şəxs nəzərinə çatdırılmış; cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi və ifadənin yerində yoxlanılması protokolu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli 9/1174 nömrəli və 17 mart 2023-cü il tarixli 9/2008 nömrəli rəyləri, digər istintaq hərəkətlərinin protokol və sənədləri iş üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin MN ******* saylı xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2005-ci il və xx.xx.2008-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 01 il 06 ay və 02 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 539 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı 1962-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə Zərərçəkmiş şəxs oğurluq hadisəsinin Təqsirləndirilən şəxsla birlikdə 5-6 nəfər şəxs tərəfindən törədilməsi və ona vurulmuş ziyanın məbləğinin 20000 manat olması ilə bağlı istər ibtidai istintaq zamanı və istərsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs həmin ifadələrinə tənqidi yanaşaraq qəbul etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il yanvarın 15-də səhər saatlarında Salyan şəhəri Şəhriyar küçəsi ev 97-də yaşayan Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən və uzun müddət istifadə olunmayan Çörək Qənnadı emalatxanasından hər biri 200 manat olmaqla, cəmi 400 manat dəyərində olan 02 ədəd 150 sm uzunluğu 70 sm enində dəmir seyf; hər biri 15 manat olmaqla, cəmi 450 manat dəyərində 30 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda şveller; hər biri 15 manat olmaqla, cəmi 300 manat dəyərində 20 ədəd 25 mm-lik ölçüdə 6 metr uzunluğunda dəmir boru; hər biri 4 manat olmaqla, cəmi 120 manat dəyərində 30 ədəd 10 mm-lik ölçüdə 6 metr uzunluğunda armatur; hər biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində 02 ədəd 130 sm uzunluğu 50 sm enində taxta stol; hər biri 10 manat olmaqla, cəmi 70 manat dəyərində 07 ədəd taxta stul; hər biri 150 manat omaqla, cəmi 1500 manat dəyərində 10 ədəd 250 sm uzunluğu 200 sm enində dəmir barmaqlıq; 250 manat dəyərində 01 ədəd Dnepr markalı soyuducu; 150 manat dəyərində 01 ədəd markası məlum olmayan fətir yayan aparat; 120 manat dəyərində 01 ədəd markası məlum olmayan şirniyyat bişirən aparat; 170 manat dəyərində 01 ədəd markası məlum olmayan peraşki bişirən aparat; 1 kiloqramı 3 manat olmaqla, cəmi 9 manat dəyərində 3 kiloqram aliminium; 1 kiloqramı 13 manat olmaqla, cəmi 52 manat dəyərində 4 kiloqram mis; hər biri 30 manat olmaqla, cəmi 90 manat dəyərində 03 ədəd markası məlum olmayan şirniyyat bişirən aparatın matoru və 70 manat dəyərində 01 ədəd markası məlum olmayan metaldan ibarət olan soyuducunun matorunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3851 manat məbləğində maddi ziyan vurmaqla bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın heç bir hissəsini ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmişlə barışmağa heç bir cəhd göstərməmiş, sonuncu ondan şikayətçidir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri cəmi 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar