Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-88/2024 16.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən, 19 gün vaxtından əvvəl şərti azad edilmiş, Salyan şəhəri, X26 küçəsi, ev 50-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 01 gün hissəsi 10 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərarı ilə çəkilməmiş cəzasından şərti olaraq azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri, X26 küçəsi, ev 5, D-1də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq yəni özgənin əmlakını gizli olaraq talama və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 yanvar 2024-cü il tarixdə günorta saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən qanunsuz olaraq tullanmaq yolu ilə daxil olmuş, daha sonra həyətdə yerləşən hamama daxil olaraq oradan 80,00 manat dəyərində 01 ədəd saz vəziyyətdə olan 2 il əvvəl alınmış, yarımavtomat tipli “Termet” markalı 24 litrlik həcmli su qızdırıcısı, habelə fərdi yaşayış evinin mətbəx hissəsindən 85,00 manat dəyərində 01 ədəd 1 il əvvəl alınmış, “Siemens” markalı avtomat tipli, 24 litrlik həcmli su qızdırıcısını oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 165 (yüz altmış beş) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 yanvar 2024-cü il tarixdə günorta saat 13:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Salyan şəhəri H.Əliyev küçəsi ev 110 nömrəli binanın zirzəmisinə qanunsuz olaraq daxil olub zirzəmidə dəmir barmaqlığı qırıb daha sonra orada yerləşən Zərərçəkmiş şəxs2 məxsus otağa daxil olaraq həmin yerdən 1 ədəd 10 manat dəyərində odun doğramaq üçün nəzərdə tutulan taxta dəstəyli balta, 1 ədəd 10 manat dəyərində taxta kəsən mişar, 1 ədəd 5 manat dəyərində metal kəsən mişar, 1 ədəd 20 manat dəyərində balaca drel, 1 ədəd 30 manat dəyərində balaca laqonda, 60 manat dəyərində müxtəlif ölçülü çilingər açarları dəsti və hər biri 15 manat dəyərində olmaqla 300 manat dəyərində 20 ədəd 3 kq-lıq şüşə balonlarda olan pomidor, xiyar turşuları və müxtəlif növ mürəbbələri oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 435 (dörd yüz otuz beş) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 yanvar 2024-cü il tarixdə günorta saat 14:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Salyan şəhəri 28 may küçəsi 26 nömrəli fərdi yaşayış evinin qarşısında, həmin küçədə olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində 2 ədəd dəmir kanalizasiya qapağını oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanında yerləşən ticarət mərkəzinin arxasındakı qapalı ərazidən qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus hər biri 180 manat dəyərində olmaqla 360 manat dəyərində 2 ədəd 1x2 metr ölçüdə 10 mm qalınlığında metal lövhədən, ayaqlıqları 7,5 sm diametrli borulardan hazırlanmış dəzgah masası, hər biri 2 manat dəyərində olmaqla 900 manat dəyərində 450 ədəd beton təməlin tökülməsində istifadə olunan ciloz aləti, 1 ədəd 400 manat dəyərində 0,5 sm qalınlığında metal lövhədən və 5x2 sm qalınlığında metal profillərdən hazırlanmış metal qapı, hər metri 15 manat dəyərində olmaqla 180 manat dəyərində olan 2 ədəd hər biri 6 metr uzunluğunda 0,5 sm qalınlığında 10 sm diametrli olmaqla ümumilikdə 12 metr uzunluğunda metal borular və 400 manat dəyərində 2 ədəd hər biri 4 metr uzunluğunda 1,0 sm qalınlığında iki tərəfli metal şivelleri oğurlamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 2240 (iki min iki yüz qırx) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 fevral 2024-cü il tarixdə saat 09:10 radələrində Salyan şəhərində, X.R.Ulutürk küçəsində, yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq saat 09:20 radələrində ünvan 3 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,794 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanında yerləşən ticarət mərkəzinin arxasındakı qapalı ərazidən qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus hər biri 180 manat dəyərində olmaqla 360 manat dəyərində 2 ədəd 1x2 metr ölçüdə 10 mm qalınlığında metal lövhədən, ayaqlıqları 7,5 sm diametrli borulardan hazırlanmış dəzgah masası, hər biri 2 manat dəyərində olmaqla 900 manat dəyərində 450 ədəd beton təməlin tökülməsində istifadə olunan ciloz aləti, 1 ədəd 400 manat dəyərində 0,5 sm qalınlığında metal lövhədən və 5x2 sm qalınlığında metal profillərdən hazırlanmış metal qapı, hər metri 15 manat dəyərində olmaqla 180 manat dəyərində olan 2 ədəd hər biri 6 metr uzunluğunda 0,5 sm qalınlığında 10 sm diametrli olmaqla ümumilikdə 12 metr uzunluğunda metal borular və 400 manat dəyərində 2 ədəd hər biri 4 metr uzunluğunda 1,0 sm qalınlığında iki tərəfli metal şivelleri oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2240 (iki min iki yüz qırx) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 24 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində Salyan şəhəri, Nizami küçəsi ərazisində şübhəli kimi saxlanılaraq saat 16:45 radələrində ünvan 5 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,336 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəlləri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin əldə edilib saxlanması cinayət əməlinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Narkotik vasitələr istifadə etdiyi üçün onu əldə etməyə pulu olmadığından oğurluq etməyi qərara almışdır. Bu səbəbdən 2024-cü ilin yanvar ayında qonşusu Elşənin həyət evinə çəpərdən daxil olmuşdur. Həyətdəki hamama daxil olub su qızdırıcı cihazı götürmüşdür. Daha sonra mətbəxə daxil olaraq oradan da su qızdırıcı cihazı götürmüşdür. Su qızdırıcılarını sökərək içindəki mis metalları satmış digər hissələrini isə zibilliyə atmışdır. Misləri məhəllədən keçən, əvvəllər tanımadığı metal yığan şəxslərə 15 manata satmışdır. Bir neçə gün sonra pula ehtiyacı olduğundan oğurluq etmək üçün yaşadığı evin yaxınlığında yerləşən binanın zirzəmisinə daxil olub metal axtarmışdır. Orada gəzərkən sonradan qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi yerin qarşısının dəmir barmaqlıqla örtüldüyünü görmüşdür. Əli ilə dəmir barmaqlığı qırıb həmin yerə daxil olmuşdur. O, içəridə çoxlu sayda olan pomidor, xiyar turşuları və müxtəlif növ mürəbbələri oğurlayıb aparmışdır. Daha sonra o, həmin əşyaları Salyan şəhər avtovağzalına və Salyan rayon heyvan bazarına aparıb orada tanımadığı şəxslərə ümumilikdə 30-40 manata satmışdır. Əldə etdiyi pulu isə narkotik vasitələr alıb istifadə etməyə xərcləmişdir. Pulu bitdikdə narkotik vasitə almaq üçün 26 yanvar 2024-cü il tarixdə günorta saat 14 radələrində Salyan şəhəri, 28 may küçəsi ərazisində sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus evin qarşısından keçən kanalizasiyanın üstündə olan dəmir qapaqları tanımadığı dəmir yığanlara 40 manata satmışdır. Narkotik vasitələri əldə etməyə pul tapa bilmədiyi üçün qonşusu və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etməyi qərara almışlar. Bu səbəbdən 2024-cü il yanvarın sonlarında Zərərçəkmiş şəxs4 məxsus ticarət mərkəzinin arxasındakı qapalı əraziyə daxil olaraq həmin ərazidən onunla birlikdə 2 ədəd hər biri 1x2 metr ölçüdə ayaqlı metaldan hazırlanmış masaları, təxminən 30-40 ədəd cilioz aləti və bir neçə köhnə yararsız metalı oğurlamışlar. Həmin əşyaları tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünə 40 manata satmışlar. Həmçinin bildirmişdir ki, psixotrop maddə metamfetamin qəbul edir. 2024-cü ilin fevral ayında Salyan şəhərində piyada gedən zaman “Terrasa” adlanan kafenin qarşısında yerdən tapmışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 məxsus Salyan şəhərində yerləşən ticarət mərkəzindən oğurluq hadisəsində iştirak etsə də, oradan yalnız xırda ölçülü və köhnə metalları oğurlamışdılar. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, narkotik aludəçisidir. 4-5 ildir ki, ayaqlarında yaralar əmələ gəlmişdir. Narkotik vasitələri əldə etməyə pul tapa bilmədiyi üçün tanışı olan Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etməyi qərara almışlar. Bu səbəbdən 2024-cü il yanvar ayında Salyan şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus ticarət mərkəzinin arxasındakı qapalı əraziyə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə daxil olaraq həmin ərazidən onunla birlikdə 2 ədəd metaldan hazırlanmış masaları və bir neçə ədəd köhnə metal oğurlamışlar. Oğurladıqları həmin əşyaları da Salyan şəhərində metal qəbulu ilə məşğul olan tanımadığı “Qazel” sürücüsünə cəmi 40 manata satmışlar. Həmin pulu xərcləmişlər. 2024-cü il fevralın 23-də Salyan şəhərində yaşadığı məhəllədə yerdən tapmışdır. Həmin bükümün içində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görüb özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin metamfetamindən özü bir qədər qəbul etmiş, qalan hissəsini isə sonradan qəbul etmək üçün şalvarın cibinə qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanmışdır. Polis şöbəsində üzərində narkotik vasitəni müstəntiqə təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Maddi vəziyyəti imkan vermir ki, zərəri ödəsin. Sağlamlıq vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 7, ev 174-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Həftənin müəyyən günlərində Salyan rayonu Marışlı kəndində yerləşən fərdi yaşayış evində və Bakı şəhərində olan evində yaşayır. Qeyd etmişdir ki, hadisə baş verməzdən əvvəl sonuncu dəfə 03 yanvar 2024-cü il tarixdə evdən çıxarkən oğurluq hadisəsi baş verməmişdir. Növbəti dəfə 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında evin həyətyanı sahəsinə daxil olduqdan sonra həyətdə yerləşən hamam otağına daxil olmuşdur. Həmin vaxt oradan 2 il bundan əvvəl 350 manata aldığı saz vəziyyətdə olan, yarımavtomat tipli “Termet” markalı 24 litrlik həcmli su qızdırıcının oğurlandığını aşkar etmişdir. Daha sonra Azərbaycan Respubikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bundan sonra Salyan rayon polis şöbəsinin əməkdaşları ona məxsus evə gəlmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə evə baxış keçirərkən evin mətbəx hissəsindən 01 ədəd 1 il əvvəl 110 manata aldığı, “Siemens” markalı avtomat tipli, 24 litrlik həcmli su qızdırıcının da oğurlandığını aşkar etmişdir. Həmin vaxt baş vermiş oğurluq faktı ilə əlaqədar Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra bilmişdir ki, Salyan şəhərində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə müəllim işşlədiyini, yaşadığı evdən oğurluq cinayətini törətmiş şəxs qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 bağışladığını bildirmişdir, Maddi ziyanın məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən kimi olması ilə razıdır və maddi ziyanın ekpertiza qiymətinə uyğun 165 (yüz altmış beş) manat dəyərində tanınmasını xahiş edir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş ziyan ödənilmədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yaşayır. Yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir. O, bloka girişdən aşağı tərəfdə yerləşən zirzəmi hissəni bağlayaraq qapı qoydurmuş və həmin yer zirzəminin içərisindən qabaq tərəfdən də dəmir barmaqlıqla örtülmüşdür. O, həmin yerə özünə aid olan evə dair əşyalarını, usta alətlərini və qışa tədarük yeyinti məsullarını yığmışdır. O, adətən, müəyyən günlərdə zirzəmidə yerləşən həmin otağa baş çəkmişdir. 21 yanvar 2024-cü il tarixdə saat 19 radələrində qeyd etdiyi yerə baxarkən zirzəminin o biri tərəfdən dəmir barmaqlığının qırıldığını görmüşdür. Həmin vaxt o, əşyalar yığdığı yerə baxış keçirərkən 1 ədəd odun doğramaq üçün nəzərdə tutulan taxta dəstəyli balta, 1 ədəd taxta kəsən mişar, 1 ədəd metal kəsən mişar, 1 ədəd balaca drel, 1 ədəd balaca laqonda, müxtəlif ölçülü çilingər açarları dəsti və 20 ədəd 3 kq-lıq şüşə balonlarda olan pomidor, xiyar turşuları və müxtəlif növ mürəbbələrin oğurlandığını aşkar etmişdir. Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub məlumat vermiş və sonradan ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ona bilmişdir ki, yaşadığı evin zirzəmisinin dəmir barmaqlığının sındırılaraq oradan oğurluq cinayətini törətmiş şəxs qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1dur. Ədaləti tanıyır, onun atası ilə də qonşu kimi münasibəti olmuşdur. Baş vermiş oğurluq cinayət əməli nəticəsində 1 ədəd 20 manat dəyərində odun doğramaq üçün nəzərdə tutulan taxta dəstəyli balta, 1 ədəd 10 manat dəyərində taxta kəsən mişar, 1 ədəd 8 manat dəyərində metal kəsən mişar, 1 ədəd 25 manat dəyərində balaca drel, 1 ədəd 60 manat dəyərində balaca laqonda, 60 manat dəyərində müxtəlif ölçülü çilingər açarları dəsti və 20 ədəd hər biri 15 manat dəyərində olmaqla 300 manat dəyərində 3 kq-lıq şüşə balonlarda olan pomidor, xiyar turşuları və müxtəlif növ mürəbbələrim oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 483 (dörd yüz səksən üç) manat maddi ziyan dəymişdir. Ona dəymiş olan maddi ziyanın məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən kimi olması ilə razıdır və maddi ziyanın ekpertiza qiymətinə uyğun tanınmasını xahiş edir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənilmədiyini, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs1 bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımır. Salyan şəhəri, 28 may küçəsi, ev 26da yaşayır. 27 yanvar 2024-cü il tarixdə səhər saatlarında küçə tərəfdən evin qarşısından pis qoxu gəldiyini hiss etmişdir. O, kanalizasiyanın olduğu yerə yaxınlaşdıqda, üstündə olan 2 (iki) ədəd dəmir qapaqların olmadığını görüb onların oğurlandığını aşkar etmişdir. Bundan sonra həmin vaxt o, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra bilmişdir ki, yaşadığı evin qarşısında yerləşən kanalizasiyanın 2 (iki) ədəd dəmir qapağını oğurlamış şəxs Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Baş vermiş oğurluq cinayət əməli nəticəsində hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində 2 (iki) ədəd dəmir kanalizasiya qapağı oğurlanmaqla həmin məbləğdə maddi ziyan dəymişdir. Ona dəymiş olan maddi ziyanın məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən kimi olması ilə razıdır və maddi ziyanın ekpertiza qiymətinə uyğun tanınmasını xahiş edir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bundan sonra sağlam həyat yaşamasını arzuladığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslər onun qonşularıdır. Ona məxsus əmlakın oğurlanmasını mülkiyyətində quraşdırılmış müşahidə kameraları vasitəsi ilə aşkar etmişdir. Həmin videogörüntülərdən məlum olmuşdur ki, axşam saatlarında havanın qaranlıq vaxtında 2 nəfər naməlum şəxs həmin əraziyə daxil olaraq ona məxsus əmlakı oğurlamışlar. Sonradan özü tərəfindən aparılmış soraqlaşma zamanı məlum olmuşdur ki, ona məxsus əmlakı oğurlamış şəxslər qonşuluqda yaşayan Ədalət və Hilal olmuşdur. Həmin şəxslər tərəfindən oğurlanmış əmlaklar daha artqı dəyərdə olmuşdur. Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsinə müraciət etmişdir. İlk əvvəl təqsirləndirilən şəxslərdən tələb etmişdir ki, oğurladığı əmlakları kimə satıblarsa onun adını ona desinlər, özü gedib həmin şəxslərdən əmlakı geri alacaqdır. Bu məqsədlə təqsirləndirilən şəxsləri qəbul etmiş, onlar səhf iş tutduqlarını etiraf edərək ondan vaxt istəmişdilər. Sonradan onların telefonuna zəng vursa da cavab verməmişlər. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi törətməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 09:10 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında saxlamışlar və Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddəni 18 fevral 2024-cü il tarixdə Salyan şəhəri ərazisində “Terrasa” adlı kafenin qarşısında yerdən tapmış və özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Salyan şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 21 fevral 2024-cü il tarixdə əməliyyat qurupu yaradılmış və onun gedə biləcəyi yerlər nəzarətə götürülmüşdür. Həmin günü Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında saxlamışlar və Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddəni 18 fevral 2024-cü il tarixdə Salyan şəhəri ərazisində yerdən tapmış və özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə bağlı Salyan rayon RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs1 Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında görüb yaxınlaşmışlar, özlərini təqdim edərək Salyan Rayon Polis X8 dəvət etmişlər. İstintaq Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 1 büküm çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Onu “Terrasa” adlı kafenin qarşısında yerdən tapmış və özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Psixotrop maddə metamfetaminə oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddələr əldə edərək, üzərində saxlamaqla daşımaqda şübhəlidir. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olundu. Daha sonra Təqsirləndirilən şəxs2 Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs2 Salyan şəhərində müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi müstəntiq tərəfindən bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin Salyan şəhərində yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən raportla məruzə edilərək Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 5, D-1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid5 və Şahid1 daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin günü Təqsirləndirilən şəxs2 Salyan şəhəri Nizami küçəsində yaxınlaşıb və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsinin X12 Əsgərova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxslərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin İ cildinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 21 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin İ cildinin 12-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 20-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X15 21 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 azadlıq hüququ xx.xx.2024-cü il tarixdə saat 09:10 dəqiqədə məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 09:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 25-27-ci vərəqlərində olan 21 fevral 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X21 Azərbaycan Respublikası CPM-in 51, 85.4.2, 207.4, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib edir həmin protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs1, müdafiəçi - Salyan rayon Vəkil Bürosunun vəkili X14, Salyan RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 Fizuli oğlu, Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Salyan RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə tərtib edir ondan ötrü ki, 21 fevral 2024-cü il tarixdə tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini keçirmişdir. Belə ki, Salyan RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 21 fevral 2024-cü il tarixdə saat 09:10-da Salyan şəhərində, yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 09:20-də rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti yaranmışdır. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində qara rəngli papaq, qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, boz rəngli cins şalvar və üstü qara altı ağ rəngdə olan ayaqqabısı vardır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri ilə bağlı yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 də həmin anda əynində olan qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən 01 ədəd polietilen bükümdə olan ağ rəngli kristal şəkilli “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, maddə və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd polietilen bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir və özünə məxsusdur. Həmin kütlələri 18 fevral 2024-cü il tarixdə Salyan şəhərində “Terrasa” adlanan kafenin qarşısından yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd polietilen büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.88 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd polietilen büküm tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “canon” markalı videokamera ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Cinayət işinin İ cildinin 40-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-18/199 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi -0,794 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf olundu-0.05 qram, qalıq-0.744 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin İ cildinin 43-cü vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 21 fevral 2024-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Salyan RPŞ-nin İB-də istintaq edilən HK-1/68 saylı material icraatında təsdiq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin İ cildinin 50-51-ci vərəqlərində olan 10 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və 4 ədəd foto şəkillərdən görünür ki, Salyan RPŞ-nin TBnin təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib edir həmin protokolu Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Samir Eynullazadənin, hal şahidləri X16, Mahir Qafarovun iştirakları ilə ondan ötrü ki, vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ünvan 7, ev 174-də yerləşən fərdi yaşayış evinə baxış keçirtmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi ünvan 7ndə yerləşir. Fərdi yaşayış evinin hər tərəfli daş hasarla örtülüdür. Həyətə daxil olduqda bir-birinin yanında bitişik formada 2 fərdi yaşayış evi vardır. Həyətə daxil olan kimi sol tərəfdə hamam və tualet vardır. Orada olan istilik cihazı oğurlanmışdır. Həmin hamam 2 hissədən ibarətdir. Fərdi yaşayış evinin daxilinə baxış keçirən zaman sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilmədi. Əl-barmaq izləri götürülmüş, fotoşəkillər çəkilmiş, fotocədvəl tərtib olunaraq materiala əlavə edilmişdir. Cinayət işinin İ cildinin 63-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-104/2-733/2024 nömrəli məktubu vasitəsilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 7 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BİTİ-dən daxil olan) xx.xx.1991-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc (№ 2-pəncərənin qarşısından götürülüb) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin İ cildinin 68-70-ci vərəqlərində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/709 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən su qızdırıcılarının istifadədə olması nəzərə alınmaqla 2024cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 01 ədəd saz vəziyyətdə olan 2 il əvvəl alınmış, yarımavtomat tipli “Termet” markalı 24 litrlik həcmli su qızdırıcısı-80 manat, 01 ədəd 1 il əvvəl alınmış “Siemens” markalı avtomat tipli, 24 litrlik həcmli su qızdırıcısı-85 manat olduğunu müəyyən olunmuşdur. Cinayət işinin İ cildinin 88-89-cu vərəqlərində olan 22 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin İ cildinin 105-108-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 109-110-cu vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 23 fevral 2024-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Salyan RPŞ-nin İB-də istintaq edilən HK-1/153 saylı material icraatında təsdiq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin İ cildinin 117-118-ci vərəqlərində olan 21 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və 04 ədəd fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus təmir tikinti alətləri və qış ərzaq tədarüklərinin oğurlandığı yeri göstərir. Cinayət işinin İ cildinin 132-ci vərəqində olan 24 fevral 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0.744 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 142-143-cü vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 05 mart 2024-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Salyan RPŞ-nin İB-də istintaq edilən HK-1/193 saylı material icraatında təsdiq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin İ cildinin 146-147-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” qərarından görünür ki, Salyan RPŞ-nin İB-nin rəisi Rəsul İbayevin 27 fevral 2024-cü il tarixli vəsatətinin təmin edilməsi, Salyan şəhəri, 28 May küçəsi, ev 26-da yaşayan Zərərçəkmiş şəxs3 müraciəti əsasında Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı Tural Fərmanlı tərəfindən toplanmış material üzrə qəbul etdiyi 06 fevral 2024-cü il tarixli qərarın ləğv edilməsi, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan RPŞ-nin İB-nə qaytarılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 151-153-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və 01 ədəd fotoşəkildən görünür ki, X11 yaşadığı evin qarşısında yerləşən kanalizasiya qapaqlarının oğurlandığı yeri göstərir. Cinayət işinin İ cildinin 171-173-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, narkomaniyadan məcburi müalicəsinin təyin olunmuş Ərazi Narkoloji Dispanserində qeydiyyata alınmışdır. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan 2 ay 18 gün əvvəl azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtarmışdır. xx.xx.2019-cu ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəzanı tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin İ cildinin 184-cü vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X17 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 198-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 25 fevral 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraatına qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 210-cu vərəqində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 217-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 24 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 azadlıq hüququ xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 16:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 222-223-cü vərəqlərində olan 24 fevral 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan Rayon Polis X6 müstəntiqi, polis mayoru İsmayılov Nəriman oğlu, icraatında olan HK-1/399 №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmiri protokolu Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid5, Şahid4, ekspert-kriminalist Yüzbaşıyev Fuad Elxan oğlunun, şübhəli şəxs qismində tutulmuş - Təqsirləndirilən şəxs2 və müdafiəçisi X9 iştirakları ilə ondan ötrü ki, 24 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində Salyan RPŞ-nin inzibati binasında “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə, o, üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf sellofan bkümə baxıldıqda orada kristalik ağ rəngli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 23 fevral 2024-cü il tarixdə Salyan şəhərində, yaşadığı X.R.Ulutürk küçəsində, məhəllədə yerdən tapmışdır, “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, həmin metamfetamindən bir qədər özü qəbul etmişdir, lakin heç kimə satmamışdır, satmaq məqsədi və niyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0,4 qram təşkil etmişdir, daha sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmış, möhürlü kağız məhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün tərəfindən götürülmüşdür. Cinayət işinin İ cildinin 231-233-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/213 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs2...” sözləri yazılmış kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi -0,336 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata sərf olundu-0.05, qalıq-0.286 qram. Cinayət işinin İ cildinin 238-243-cü vərəqlərində olan 15 fevral 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və 08 ədəd fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 ona məxsus inşaat materiallarının oğurlandığı yeri göstərir. Cinayət işinin İ cildinin 262-263-cü vərəqlərində olan 26 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin İ cildinin 280-ci vərəqində olan 27 fevral 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0.286 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 286-290-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 291-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X25 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 18-1-68/2-527/2024 saylı, 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 5, D-1-də qeydiyyatda olan və yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 2014-cü il tarixdən “opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən isə qeydiyyatda yoxdur. Cinayət işinin İ cildinin 293-295-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 15 faiz dövlət nəfinə islah işlərinə dair tutulması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli “Amnistiya” haqqında qərarının 6.5 maddəsinin 6-cı bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 ay 4 gün müddətinə cəza çəkmə yerinə qaytarılmış, cəzasının əvvəli xx.xx.2013-cü il hesablanmış, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 02 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2016-cı ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1,69.3 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş qalan 1 il 8 ay 1 gün hissəsi 10 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü ildə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmış, xx.xx.2023-cü ildə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin İ cildinin 297-298-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında valideynləri ilə birlikdə yaşayır və yaşadığı müddətdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə barəsində şikayət daxil olmamışdır. Cinayət işinin İİ cildinin 1-4-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 9/2714 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzər hesablama yolu ilə təxminən 75 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (sayı, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin İİ cildinin 5-8-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 9/2715 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların 2024cü ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzər hesablama yolu ilə təxminən 1440 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (ölçüləri, forması və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin İİ cildinin 9-cu vərəqlərində olan "xxxx" Şirkətinin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 2024-cü ilin yanvar ayında bir ədəd 3 kq-lıq şüşə balonlarda pomidor, xiyar turşuları və müxtəlif növ mürəbbələrin bazarda satış qiyməti 15 manat məbləğində olmuşdur. Bununla da, 20 ədəd 3kq-lıq şüşə balonlarda olan həmin qida məhsullarının ümumi dəyəri 300 manat məbləğində olmuşdur. Cinayət işinin İİ cildinin 28-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X17 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ilin “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin İİ cildinin 31-36-cı vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” qərar və 8 ədəd fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq etdiyi yerləri göstərir. Cinayət işinin İİ cildinin 37-39-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” qərar və 2 ədəd fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdiyi yerləri göstərir. Cinayət işinin İİ cildinin 40-42-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin İİ cildinin 50-51-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin İİ cildinin 60-61-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında yaşayır və yaşadığı müddətdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə barəsində şikayət daxil olmamışdır. Cinayət işinin İİ cildinin 62-65-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutulduğu üç gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin İİ cildinin 66-71-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)-95/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə 1 il 6 ay, CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsi ilə ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı 3 ədəd video diskə baxış keçirilmiş, 1-ci diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 gödəkcəsinin cibindən 01 ədəd polietilen bükümdə olan ağ rəngli kristal şəkilli “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin çıxarıb masanın üzərinə qoymuşdur. 2-ci diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. 3-cü diskdə olan video görüntüdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus tikinti sahəsində quraşdırılmış müşahidə kamerasından əldə olunmuş görüntülərdən görünür ki, 2 nəfər günün gecə vaxtı ərazidən əşyaları aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 video görüntüdə olan şəxslərin onlar olduqlarını etiraf etmişdilər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özlərinin etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.1-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Psixotrop maddələr” adlı İİ siyahıya əsasən Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 0,744 qram və Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 0.286 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri əməlləri etiraf edərək səmimi peşmançılıq çəkmələri cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, dəymiş ziyanın ödəməmələrini, habelə ziyanı ödəməyə heç bir cəhd etməmələrini, zərər çəkmiş şəxslərin onlardan şikayətçi olmalarını (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 şikayətçidir) və əvvəllər məhkum edilmələrini isə şəxsiyyətlərini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus tikilidən daha az dəyərdə oğurluq etmələri ilə bağlı məhkəmə istintaqında verdikləri ifadələrə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus tikinti sahəsində oğurladıqları əşyaları ayrı-ayrılıqda göstərsələr də məhkəmə istintaqında fərqli ifadələr vermişlər. Bundan başqa, zərər çəkmiş şəxs bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərər çəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəza çəkməsinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 1 (bir) il 7 (yeddi) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində 2022-ci ildən qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.744 qram və 0.286 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının video görüntülərini əks etdirən 02 ədəd və cinayətin görüntülərini əks etdirən 01 ədəd “DVD” disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan- hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd (ADİS-in məlumat bankının BİTİ-dən daxil olan) əl izlərinin olduğu zərfin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı ümumi iddia icraatı qaydasında təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş üzrə ekspertiza xərci 174.74 (yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. İş üzrə ekspertiza xərci 74 (yetmiş dörd) manat 0,74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.744 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə ekspertiza xərci 174.74 (yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.286 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində 2022-ci ildən qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 74 (yetmiş dörd) manat 0,74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı ümumi iddia icraatı qaydasında təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının video görüntülərini əks etdirən 02 ədəd və cinayətin görüntülərini əks etdirən 01 ədəd “DVD” disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd (ADİS-in məlumat bankının BİTİ-dən daxil olan) əl izlərinin olduğu zərfin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxslər isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-88/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-88/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver