Məhkəmə qərarları › İş №1(057)-88/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-88/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-88/2025 30.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X13 Yaqub oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi vəkili X5 iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsi ev 111, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il iyunun 23-də saat 10:09 dəqiqədə Salyan şəhəri E.İmanov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təxminən bir ildir metamfetamin qəbul edir. 20 iyun 2025-ci il tarixdə günorta saatlarında Salyan şəhərində Kür çayının sahilində gəzişərkən yerdən içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan büküm tapmış, özü istifadə etmək üçün götürmüşdür. Həmin metamfetamindən özü qəbul etmiş, lakin heç kimə verməmiş, satmamış, satmaq niyyəti olmamışdır. 23 iyun 2025-ci il tarixdə səhər saatlarında evdən çıxıb Elçin İmanov küçəsi ilə “Salyan dairəsi” istiqamətində gedərkən 3 nəfər polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı üzərində baxış keçiriləcəyini bildirmiş, o, üzərindəki içərisində metamfetamin olan bükümü çıxarıb polisə təqdim etmişdir. Bu barədə videoçəkiliş aparılmış, ona heç bir təzyiq göstərilməmişdir. Həmin metamfetamin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 0,58 qram olmuşdur. Həmin metamfetamin bükümü zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və o zərfin üzərini imzalamışdır. Sonra polis əməkdaşları ilə birlikdə Salyan rayon polis şöbəsinə gəlmiş, üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi barədə tərtib edilmiş protokolu imzalamışdır. O narkotiklərin və psixotrop maddələrin satışı ilə məşğul olmur, ondan aşkar edilmiş metamfetamini isə öz istifadəsi üçün üzərində saxlamışdır. Anemiya -qan azlığı xəstəliyindən əziyyət çəkir, ona hər ay qan köçürülür. 3-cü qrup əliliyi olmuş, hazırda ləğv edilmişdir. Himayəsində anası var. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin verdiyi ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. 23 iyun 2025-ci ildə səhər saatlarında Təqsirləndirilən şəxs Salyan şəhəri E.İmanov küçəsində müşahidə edib yaxınlaşmış, özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkiliş aparılmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını, əgər vardırsa təqdim edilməsini təklif edildikdə Təqsirləndirilən şəxs üzərində olan içərisində “patı” olan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin selofan bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 20 iyun 2025-ci il tarixdə Salyan şəhərində Kür çayının sahilində yerdən tapmışdır, metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, bir qədər özü qəbul etmişdir, lakin heç kimə verməmiş və satmamışdır. Həmin bükümdə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,58 qram olduğu müəyyən olunmuş, zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxslə birlikdə Salyan rayon polis şöbəsinə gəlmişlər, üzərindən psixotrop maddə metamfetamının aşkar edilməsi barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərində baxış keçirilərək maddi sübutun götürülməsini əks etdirən videogörüntü, bu barədə tərtib edilmiş protokol və maddi sübut videoçəkiliş aprılmaqla istintaqa təqdim edilmişdir. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Salyan RPŞ-nin CABnin əməkdaşları Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələr Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə anoloji olmuşdur. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 111, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 10:09-da Salyan şəhəri, E.İmanov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs saat 10:30-da Salyan RPŞnə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD diskə köçürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, baxış 10:09-da başlanmış, 10:16-da bitmişdir. Barəsində əməliyyat-axtarış tədbiri və üzərinə baxış keçirilən şəxs Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 10:09-da Salyan şəhəri, E.İmanov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 0,58 qram olması müəyyən olunmuş və həmin kütlə 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər hər hansısa iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya predmet maddə aşkar edilməmişdir. Baxış və götürmə günün işıqlı vaxtında keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd disk əlavə olunmuşdur. Protokolun tərtibinə 10:35-də başlanmış, protokolun tərtibi 11:00-da bitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” haqqında qərardan görünür ki, Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi sənədlərə, maddi sübuta və DVD diskə baxış keçirilmiş və götürmə aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş müstəntiq Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış 11:15-də başlanmış, 11:31-də bitmişdir. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təqdim olunan 01 ədəd qablaşdırılmış və möhürlənmiş zərfdə olan maddi sübuta və 01 ədəd DVD diskdə olan videogörüntüyə tərəfindən baxış keçirilmişdir. Tərəfindən DVD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan şəhəri T.Xəlilbəyi küçəsi ev 111, mənzil 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 10:09-da Salyan şəhəri E.İmanov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılan zaman əynindəki şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümdə 0,58 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra tərəfindən möhürlənmiş zərfdə olan maddi sübuta baxış keçirilmiş, zərf açıldıqda içərisində 01 ədəd selofan bükümdə ağ rəngli kristalik formada psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,58 qram olduğu müəyyən edilmiş, daha sonra həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Baxış və götürmə zamanı Salyan RPŞ-nin ekspert-kriminalisti Fuad Yüzbaşıyev tərəfindən “Honor” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokol imzalarla təsdiq olunmuşdur. Protokolun tərtibinə 11:32-də başlanmış, protokolun tərtibi 11:50-də bitmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən tərtib edilmiş 23 iyun 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadılğının məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2025-ci il tarixdə saat 10:09 dəqiqədən hesab edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/491 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,482 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir (Siyahı İ). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi -0,482 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,432 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/491 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X9 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 374 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin gün ona saat 10:00-da elan edilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il saat 12:00-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2025-ci il tarixdə saat 10:09 dəqiqədən hesab edilmişdir. 24 iyun 2025-ci il tarixdə saat 10:00-da tutulmadan azad edilərək barəsində tətbiq edilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barədə qərar ona elan edilmişdir. Onun tutulduğu müddət 24 saatı keçmədiyindən 1 gün hesaba alınır. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,432 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi müəyyən etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan "xxxx" MMC-nin verdiyi 16 iyul 2025-ci il tarixli, 513 saylı arayışdan görünür ki, Əliyev X6 şəhəri T.Xəlilbəyli küçəsi ev 111, mənzil 12-də yaşayır, onun ailə tərkibi anası- 1960-cı il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Salyan "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli 514 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RMX-nin 15 iyul 2025-ci il tarixli 18-1-68/2-1169/2025 saylı arayışından görünür ki, Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 111, mənzil 12-də qeydiyyatda olan və yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi icrata qəbul edilmiş və istintaqı davam etdiriir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 mart 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il iyunun 24-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,432 qram metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizasının 18/491 Ne-li və məhkəmə-narkoloji ekspertizasının 374 No-li rəyləri, ifadə və protokollar, şəxsin üzərinə baxış və götürməni, həmçinin maddi sübutun və sənədlərin istintaqa təqdim edilməsini əks etdirən 2 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il iyunun 23-də saat 10:09 dəqiqədə Salyan şəhəri E.İmanov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsi ev 111, mənzil 12-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində anası var, qan azlığı xəstəliyindən əziyyət çəkrir, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,432 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsi ev 111, mənzil 12-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,432 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar