Məhkəmə qərarları › İş №1(057)-89/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-89/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-89/2023 23.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Biləsuvar rayonunun, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(022)-394/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 7(022)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 1 ay 29 gün hissəsi 2 günə 1 gün hesabı ilə hesablanmaqla 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Biləsuvar rayonunun, Əsgərabad kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,333 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü il martın 2də saat 16:00 radələrində Salyan rayonu, Çuxanlı kəndi ərazisində Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3 ünvanında kirayədə yaşayır. Bakı şəhərindəki “Sədərək” ticarət mərkəzində icarə əsasında kiçik piştaxta işlədirmiş. 2016-cı il aprel döyüşləri və 2020-ci il Vətən Müharibəsi iştirakçısıdır, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Döyüş əməliyyatları zamanı yaralanmışdır, hazırda barotravma və qapalı kəllə beyin travması diaqnozu ilə müalicə olunurmuş. Bədənində güclü ağrılar olanda məcbur qalıb hərdən narkotik qəbul etmişdir. Bakı Şəhəri Qaradağ Rayon məhkəməsinin 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, hazırda cəza çəkir. 2023-cü il martın 2-də saat 16 radələrində tanışı Fəridə Rüstəmzadə ilə Salyan rayonu, Çuxanlı kəndi ərazisində Ələt- Astara magistral avtomobil yolunun kənarında Fəridəni Hacıqabul rayonuna yola salmaq məqsədi ilə dayanıb avtomobil və ya avtobus gözləyərkən onların yanında dayanmış avtomobildən düşmüş mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Orada ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. O, üzərində “kokos” kimi tanıdığı narkotik vasitə heroin oldğunu bildirib əynindəki göy rəngli cins şalvarın sağ yan “piston” cibində saxladığı 01 ədəd sellofan bükümdə olan heroini, həmçinin üzərində olan “Nokia” və “Samsung A10s” markalı mobil telefonları, adi metaldan olan kişi qol saatını çıxardıb təqdim etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, təxminən 15-20 gün əvvəl “İnstaqram” internet sosial şəbəkəsi üzərindən qiyabi tanış olduğu “Ağa Əhmədi” adlı İran vətəndaşının bank kartına 25 manat köçürtdükdən sonra “Ağa Əhmədi” həmin heroini gizlətdiyi yerin fotoşəklini ona göndərmiş, o da Bakı şəhərindəki “Qış parkı”na gəlib həmin heroini tapıb özü qəbul etmək üçün üzərində saxlamışdır, həmin heroindən heç kimə satmamışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə büküm ilə birlikdə çəkisi 0,42 qram olmuşdur. Bundan sonra həmin büküm müstəntiq tərəfindən kağız zərfə qoyulub qablaşdırılıb möhürlənmiş, özü və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd mobil telefon müstəntiq tərəfindən götürülmüş, 8 manat pul və ona məxsus qol saatı isə özünə qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il martın 02-də Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs mütamadi olaraq Salyan rayonu ərazisində narkotik vasitələr əldə etməsi, daşıması və üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupun tərkibində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Çuxanlı kəndi ərazisində Astara-Ələt magistral avtomobil yolunun kənarında bir nəfər qadın ilə dayanıb söhbət etdiyini müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və pul əskinasları, şalvarın sağ arxa cibindən daha 01 ədəd mobil telefon, şalvarın sağ qabaq “piston” cibindən 01 ədəd sellofan büküm və sol əlindəki qol saatını çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qol saatı və cəmi 8 (səkkiz) manat pul onun özünə qaytarılmışdır, “Nokia” və “Samsung” markalı mobil telefonlar isə müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda isə orada tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar tozvari kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin bükümdə olan kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, təxminən 15-20 gün əvvəl “İnstaqram” internet sosial şəbəkəsində tanış olduğu “Əhmədi” adlı İran vətəndaşının bank kartına 25 manat pul köçürtdükdən sonra həmin heroini Bakı şəhərindəki “Qış parkı”nda “Əhmədi” tərəfindən ona nişan verildiyi yerdən götürüb özü qəbul etmək üçün üzərində saxlamışdır, həmin heroindən qəbul etməmişdir, həmçinin heç kimə satmamışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisi 0,42 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan heroinə oxşar kütlə müstəntiq tərəfindən kağız zərfə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzaladı. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edən şahidlərin və Salyan rayon PŞ-nin rəis müavini Etibar Balakişiyev tərəfindən məlumat verilmişdir ki, Mürsəl Haşimov 15 iyun 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixlərində (Türkiyə və Naxçıvan MR) məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmişdir. Şahid Mürsəl Haşimovun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 2023-cü il martın 02-də Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Salyan rayonu ərazisində narkotik vasitələr əldə etməsi, daşıması və üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupun tərkibində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Çuxanlı kəndi ərazisində Astara-Ələt magistral avtomobil yolunun kənarında bir nəfər qadın ilə dayanıb söhbət etdiyini müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və pul əskinasları, şalvarın sağ arxa cibindən daha 01 ədəd mobil telefon, şalvarın sağ qabaq “piston” cibindən 01 ədəd sellofan büküm və sol əlindəki qol saatını çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qol saatı və cəmi 8 (səkkiz) manat pul onun özünə qaytarılmışdır, “Nokia” və “Samsung” markalı mobil telefonlar isə müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda isə orada tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar tozvari kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin bükümdə olan kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, təxminən 15-20 gün əvvəl “İnstaqram” internet sosial şəbəkəsində tanış olduğu “Əhmədi” adlı İran vətəndaşının bank kartına 25 manat pul köçürtdükdən sonra həmin heroini Bakı şəhərindəki “Qış parkı”nda “Əhmədi” tərəfindən ona nişan verildiyi yerdən götürüb özü qəbul etmək üçün üzərində saxlamışdır, həmin heroindən qəbul etməmişdir, həmçinin heç kimə satmamışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisi 0,42 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan heroinə oxşar kütlə müstəntiq tərəfindən kağız zərfə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzaladı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun 03 mart 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 21-ci vərəqində olan 02 mart 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 02 mart 2023-cü il tarixdə, saat 16:00-da məhdudlaşdırılmış və saat 16:50 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Salyan Rayon Polis X4 müstəntiqi, polis kapitanı X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85, 242-246-cı maddələrinin tələblərinə əsasən Salyan rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və həmin şöbənin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs – xx.xx.1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakları ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Sony” markalı rəqəmsal kamera ilə video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişlər, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və pul əskinaslarını, şalvarın sağ arxa cibindən daha 1 ədəd mobil telefon, şalvarın sağ qabaq “piston” cibindən 1 ədəd sellofan büküm və sol əlindəki qol saatını çıxardıb təqdim etmişdir. Cinayət işinin 39-cu vərəqində olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/265 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,333 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0-05 qram, qalıq 0-283 qram. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil etmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan 04 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan Salyan RPŞ-nin 04 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-cü vərəqində olan Salyan RPŞ-nin 04 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X10 Yoxlamanın xx.xx.2023-cü il tarixli 253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(022)-394/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cinayət işinin 89-104-cü vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(022)-394/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 1 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Biləsuvar rayon İHB-nın Əsgərabad kənd İƏDN tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, yaşayış yeri üzrə heç bir şikayət və narazılıq daxil olmamışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və pul əskinaslarını, şalvarın sağ arxa cibindən daha 1 ədəd mobil telefon, şalvarın sağ qabaq “piston” cibindən 1 ədəd sellofan büküm və sol əlindəki qol saatını çıxardıb təqdim etmişdir. Cinayət işinə əlavə olunmuş Biləsuvar Rayon Məhkəməsinin 1(022)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisinin təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(022)-394/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 29 gün hissəsi 2 (iki) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,283 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, 44 günlük Vətən müharibəsinin iştirakçısı olması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 7(022)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş hazırkı cəzaya qismən toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, həbsdə olduğu nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 7(022)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş hazırkı cəzaya qismən toplansın və üzərində qəti olaraq, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,283 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar