Məhkəmə qərarları › İş №1(057)-89/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-89/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-89/2024 04.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla Salyan rayonu, Kərimbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2024-cü il tarixdə saat 01:10 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Biləsuvar şəhəri, H. Əliyev küçəsində yerləşən "Bazar store" mağazasının qarşısında, X4 idarə etdiyi "KİA RİO" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Biləsuvar Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki gödəkçəsinin sol iç cibindən üzərində "MAGNA" sözləri yazılmış siqaret qutusunun içərisində olan bir ədəd bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,938 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 mart 2024-cü il tarixdə saat 18:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol üst cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,918 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Biləsuvar epizodu üzrə özünü təqsirli bildiyini, Salyan epizodu üzrə isə təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, tarix yadında qalmamışdır.Təqribən 2024-cü ilin yanvar ayında saat 22 radələrində dostu Azadla birlikdə KİA markalı taksi maşını ilə (sürücüsü Əkbər) Biləsuvar rayonu ərazisində marketin qarşısında polis əməkdaşları onları saxlayaraq şöbəyə aparmışlar. Üstündə psixiotrop maddə aşkar olunmuşdur.Həmin maddəni Kərimbəyli kəndində avtobus dayanacağının yanından tapdığını polislərə demişdir.Ondan aşkar olunmuş həmin maddə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır.Vəkilin iştirakı ilə videoçəkiliş aparılmış, həmin vaxt ona heç bir təsir olunmamışdır. Maddə ondan götürülərək protokol tərtib olunmuş, lakin protokolu oxumadan imza etmiş və eyni zamanda özü izahat vermişdir. Kərimbəyli kəndində yaşamış Məmmədov İsrafil və arvadının ölüm günü onu polisə çağırmışlar.Birinci dəfə onu sahə rəisi Samir adlı şəxs çağırmış və izahat almışlar.Səhərisi günü polisə gəlmiş və əl barmaq izlərini götürmüşlər.Daha sonra evinə getmiş və səhərisi günü 08 mart 2024-cü ildə Tural onu votsapla Çingizin kafesinə çağırmışdır.Ona ölüm işi ilə bağlı köməklik olunmasını xahiş etmişdir. Saat təqribən 11 radələri olarkən Çingizin çayxanasına təqribən 200 metr qalmış Tural, Alxan və Orxan onu Turalın maşınına oturmağı təklif edərək polis şöbəsinə aparılmışdır.Ona ölüm işini boynuna almasını demişlər,lakin boynuna almamışdır.Turalın otağında Orxan ona üz nahiyyəsindən iki dəfə şillə vurmuşdur.Sonra Tural ona narkotika vermiş və barəsində sənədləşmə olacağını demişdir.Bir müddət boynuna almamış, lakin Tural,Etibar və Orxan onu döydükləri üçün boynuna almağa məcbur olmuşdur.Çəkiliş zaman qorxusundan boynuna almışdır.48 saat müddətin qurtarmasına 4 saat qalmış rəis onu çağırmış və onu buraxacağını demiş və əvəzində ölüm işində onlara köməklik etməsini xahiş etmişdir. Döyülməsi barədə rəisə məlumat verməmiş, axırı gözləmişdir.Məhkəmədə deyəcəyini düşünmüşdür.Heç bir həkimə müraciət etəməmiş və həmçinin şikayət də etməmişdir.İki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Şahid kimi dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki,Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 27 yanvar 2024-cü ildə ona daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və 28 yanvar 2024-cü il tarixdə saat 01 radələırində Təqsirləndirilən şəxs olduğu "KİA RİO" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, H. Əliyev küçəsində yerləşən "Bazar store" adlı marketin qarşısında saxlanılmış, sonra "KİA RİO" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü X6, sərnişinlərinin isə Təqsirləndirilən şəxs və X7 ilə birlikdə Biləsuvar RPŞ-yə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üəzrindən metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş və 1.12 qram olması müəyyən edilmişdir. Qeyd olunan ekspertə təqdim olunması üçün qablaşdırılıb götürülmüşdür.X3 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən bir bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüş, həmin büküm iççərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə onun çəkisinin 1,38 qram olması müəyyən edilmişdir. Əkbər Xıdırovda isə heç bir qadağanedicə əşya aşkar olunmamışdır. İş üzrə şahid kimi dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid kimi dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Kərimbəyli kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla hər hansı bir münasibəti də olmamışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 08 mart 2024-cü ildə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində müəyyən edib onu tutub polisə aparmışlar. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, o, üzərində qanunsuz olaraq metamfetamin saxlamışdır.Həmin maddə tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdəki psixotrop maddənin ona məxsus olmaqla, onu yaşadığı kənddə yerdən tapdığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs ola bilsin ki, ölüm işi ilə bağlı Salyan RPŞ-yə çağrılmışdır. Təqsirləndirilən şəxsi heç kim vurmamış, ona heç kim təsir göstərməmiş, heç kim üzərinə psixiotrop maddə qoymamışdır. Təqsirləndirilən şəxs yaşadığı kənddə evinin yaxınlığında, təqribən 200-300 metr məsafədə tutulmuşdur. Şahid kimi dindirilmiş Şahid6 və Şahid5 da Şahid4 ifadəsinə əsasən oxşar məzmunlu ifadə vermişlər. 28 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi, götürmə aparılması barədə protokoldan görünür ki, 27 yanvar 2024-cü il tarixdə Biləsuvar RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindəki "MAGNA" markalı siqaret qutusunun içərisindəki bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. 08 mart 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi, götürmə aparılması barədə protokoldan görünür ki, 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Salyan RPŞ-nin inzibati binasında şəxsi axtarışı keçirilərkən onun üzərindən bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2024-cü il tarixli, 19/78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən " sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,938 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2024-cü il tarixli, 3-16-16/2-18/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdəki, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,918 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,888 qram psixotrop maddə olan metamfetamin 30 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,868 qram psixotrop maddə olan metamfetamin 11 mart 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 31 yanvar 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olduğu və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı, həmçinin himayəsində iki azyaşlı uşpağının olması göstərilmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması,himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Onun qeyd olunan cinayəti təkrar törətməsi, təqsirini etiraf etməməsi, əməlindən peşimançılıqı hissi keçirməməsi kimi halların olması, bir daha onu göstərir ki, onu azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Salyan RPŞ tərəfindən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, psixiotrop maddənin Tural adlı əməkdaş tərəfindən üzərinə qoyulması, özünün döyülməsi barədə verdiyi vəsatətlər müdafiə xarakteri daşıdığından və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla təkzib olunduğundan təmin olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü ildən 29 yanvar 2024-cü il tarixədək, 08 mart 2024-cü ildən 10 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəsini alana kimi barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,868 və 0,888 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il beş ay iyirmi altı gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəsini alana kimi barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,868 və 0,888 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar