Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-9/2024 28.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ı peşə liseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2023-cü il avqustun 20-də saat 20 radələrində yaşadığı ünvan 2ı peşə litseyin yataqxanasının qarşısında təmiz çəkisi 0,837 qram olan narkotik vasitə heroini 20 manat müqabilində tanışı Salyan rayonu Gomuşçu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 2ı peşə liseyinin yataqxanasında yaşayan Şahid4 qanunsuz olaraq satmış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 24-də saat 16:30 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yaşadığı yataqxananın yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək saxlanılıb saat 16:45 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,648 qram və Şahid4 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli təqsirli bilməyərək, özünü yalnız CM-nin 234.1-ci maddəsilə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Salyan şəhəri, H.Məmmədov küçəsi ev 19-da qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2ı peşə litseyin yataqxanasında tək yaşayır, heş yerdə işləmir, məhkum olunmamışdır, İİ qrup əlildir. 2023-cü il avqustun 24-də saat 16 radələrində yuxudan ayılıb yataqxanadan küçəyə çıxmış və təxminən saat 16:30 radələrində yaşadığı yataqxananın yaxınlığında küçədə olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu müstəntiq tərəfindən ona elan olunmuş, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah edilmiş, bu barədə yazılı bildiriş təqdim olunmuş, daha sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. O bildirmiş ki, üzərində narkotik vasitə heroin vardır və əynindəki ağ rəngli şalvarın sol yan cibindən özünə məxsus ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefon, əynindəki şalvarın sağ yan cibindən isə içərisində narkotik vasitə heroin olan bir ədəd selofan bükümü çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər əşya, pul və narkotik vasitə aşkar edilməmişdir. Ondan aşkar edilmiş bir ədəd bükümdə olan heroin müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 0,9 qram təşkil etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur, həmin heroini 2 gün əvvəl yaşadığı yataqxananın yaxınlığından keçən Kür çayının sahilində gəzişərkən yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, həmin heroindən bir-iki dəfə özü qəbul etmişdir, lakin heç kimə narkotik satmamışdlr, satmaq məqsədi və niyyəti olmamışdır. Ondan aşkar edilmiş həmin bir ədəd bükümdə olan narkotik vasitə heroin müstəntiq tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, özü və iştirakçılar zərfin üzərini imzaladıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Həmçinin ondan aşkar edilmiş “Samsung” markalı mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Üzləşmə-dindirmə istintaq hərəkəti zamanı Şahid4 onun üzünə qarşı 20 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsindəki 104 saylı peşə litseyin yataqxanasının 4-cü mərtəbəsində ondan 20 manat müqabilində 1 ədəd bükümdə narkotik vasitə heroin aldığını göstərsə də, Şahid4 yalan danışmışdır, çünki heç bir vaxt Turala narkotik satmamışdır. İstintaq materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyində onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroin eyni tərkibli olmasına dair bir söz deyə bilməmişdir, çünki Şahid4 narkotik vasitə satmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi şahidlərin dindirmə və üzləşdirmə protokolları, materialların məhkəmə ekspertizazı və məhkəmə fiziki-kimyəvi ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 24-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Salyan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupun tərkibində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər və həmin tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı 104 saylı yataqxananın yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunusz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu müstəntiq tərəfindən elan olunmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə heroin vardır və əynindəki ağ rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu və şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya, pul və narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümün içərisinə baxıldıqda orada tünd qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,9 qram təşkil etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini 2 gün əvvəl yaşadığı yataqxananın yaxınlığında Kür çayının sahilində gəzişərkən yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, həmin heroindən bir-iki dəfə özü qəbul etmişdir, lakin heç kimə narkotik satmamışdır, satmaq məqsədi və niyyəti olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroin müstəntiq tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung” markalı mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib etmiş və bildirmişdir ki, o, İbrahimdən narkotik vasitə almamışdır. Onunla qonşudurlar. İbtidai istintaq zamanı polislər onu belə ifadə verməsi üçün məcbur etmiş, ona fiziki və psixi təsir etmişdirlər. Lakin Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində, həmçinin, videoçəkilişlə üzləşdirmə keçirilən zaman narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 24 avqust 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. 24 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 2023-cü il avqustun 24-də Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/844 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 0,648 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə, Şahid4 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 18/844 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. 25 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 4(057)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 963 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nun təqdim etdiyi ******** nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş əməliyyat məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə əməliyat məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə yaşadığı yataqxanada qonşusu Şahid4 20 manat müqabilində narkotik vasitə heroin satmışdır və həmin narkotik vasitə heroin Şahid4 üzərindən aşkar edilib götürülmüşdür. Bundan başqa keçirilmiş sorğu zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik aludəçisidir, lakin onun digər cinayətlərdə iştirakının olubolmadığı barədə əməliyyat məlumatları əldə edilməmişdir. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 2049 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. “Salyan rayon Mərkəzi Xəstəxanası” X10 07 sentyabr 2023-cü il tarixli, 18-1-68/2- 2205/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Oliqofreniya debillik dərəcəsində ciddi davranış pozğunluqları ilə, hiperkinetik sindromla” və “Opiatların qəbulu nəticəsində asıllıq sindromu Fııx2” diaqnozları ilə dispanser qeydiyyatında dayanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs “Oliqofreniya debillik dərəcəsində ciddi davranış qüsurları ilə” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2723 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik xəstəxanalarda stasionar müalicə olmasını nəzərə alaraq istintaqın ekspertlər qarşısında qoyduğu sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 166 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da Qarışıq tipli şəxsiyyət pozuntusu aşkar olunur. Halhazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi nəzərə alınaraq, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı törətdiyi əməlin mahiyyətini tam həcmdə qavramaq qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur. Onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq kimi istintaqa qaytarılmış 0,598 qram heroin maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. 2023-cü il avqustun 25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü yalnız CM-nin 234.1-ci maddəsilə təqsirli bildiyini şifahi olaraq göstərməsi istintaq tərəfindən vəsatət kimi qəbul edilmiş və Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış mötəbər sübutlarla, o cümlədən istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri, şahid ilə üzləşdirmə zamanı tərəflərin verdiyi ifadələr, digər şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlarla və digər istintaq materialları ilə təkzib edildiyindən təqsirləndirilən şəxsin göstərdiyi dəlillər özünü müdafiə xarakterli olduğundan törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək bütünlüklə rədd edilmiş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İbtidai istintaq orqanının 29 avqust 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq kimi istintaqa qaytarılmış 0,598 qram heroin maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. “Salyan rayon Mərkəzi Xəstəxanası” X10 21 noyabr 2023-cü il tarixli, 18-1-68/2- 2856/2023 nömrəli məktubundan görünür ki, həkim-psixiatr Xatirə Ağayevanın və həkimnarkoloq Saraxanım Zərgərlinin məlumatlarına əsasən, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 68-də qeydiyyatda olan və yaşayan, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkolojidə və psixinevrolojidə qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 3046 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: oğlu-1991-ci il təvəllüdlü X9 və qızı-1994-cü il təvəllüdlü X3. Həmin Nümayəndənin verdiyi 13 dekabr 2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 68də qeydiyyatda olan və yaşayan, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. İbtidai istintaq orqanının 14 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il avqustun 25-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində istintaq edilən cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məșğul olmadığı, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxladığı və Şahid4 narkotik vasitə satmadığı kimi göstərdiyi xüsusatlar onun məsuliyyətdən yayınmaq məqsədi güddüyündən özünümüdafiə kimi qiymətləndirilib tənqidi yanaşılaraq rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ona məxsus "Samsung Galaxy" markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etmədiyindən onun ailə üzvlərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,598 qram narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/844 №-li, məhkəmə- narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 963 №-li, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2723 №-li, kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli 166 №-li rəyləri, ifadələr, protokollar, şəxsi axtarışı və üzləşdirməni əks etdirən 2 ədəd CD disk, cinayət işinin digər sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kecirən Salyan rayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşıması, 2023-cü il avqustun 20-də saat 20 radələrində yaşadığı ünvan 2ı peşə liseyin yataqxanasının qarşısında təmiz çəkisi 0,837 qram olan narkotik vasitə heroini 20 manat müqabilində tanışı Salyan rayonu Gomuşçu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 2ı peşə liseyinin yataqxanasında yaşayan Şahid4 qanunsuz olaraq satması, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 24-də saat 16:30 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yaşadığı yataqxananın yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək saxlanılıb saat 16:45 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilməsi, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,648 qram və Şahid4 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasınanəsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yalnız narkotik vasitədən istifadə etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini deyil, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə verdiyi ifadəsini müzakirə edərək belə nəticəyə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Qeyd edilən şahid ifadələri, üzləşdirmə protokolu, eləcə də işin faktiki halı, mexanizminə uyğun gələn digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşıması, 2023-cü il avqustun 20-də saat 20 radələrində yaşadığı ünvan 2ı peşə liseyin yataqxanasının qarşısında təmiz çəkisi 0,837 qram olan narkotik vasitə heroini 20 manat müqabilində tanışı Salyan rayonu Gomuşçu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 2ı peşə liseyinin yataqxanasında yaşayan Şahid4 qanunsuz olaraq satması, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 24-də saat 16:30 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yaşadığı yataqxananın yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək saxlanılıb saat 16:45 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilməsi, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,648 qram və Şahid4 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, məhkəmə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almaması barədə verdiyi ifadəsini müzakirə edərək belə nəticəyə gəlir ki, həmin ifadə də həqiqətə uyğun deyildir. Belə ki, Salyan Rayon Məhkəməsinin 1(057)- 158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə alması faktı öz təsdiqini tapmış, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-202/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Şahid4lə Təqsirləndirilən şəxs arasında video-çəkiliş vasitəsilə üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid4 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını onun üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı isə Şahid4 həmin xüsusatı təkzib etməsi artıq onun uzun illərdir dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmasına yönəlmiş ifadə kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə Şahid4 yuxarıda qeyd edilən xüsusatla bağlı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Xaşxaş bitkisinin qozalarından südə bənzər şirənin alınması da narkotik vasitələri qanunsuz hazırlama hesab olunur. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olubolmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayətləri törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,598 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalı, iş üzrə Salyan RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı telefonun onun ailə üzvlərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Salyan Rayon Vəkil Bürosunun vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,598 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş “02” ədəd DVD disk işdə saxlanılsın. İş üzrə Salyan RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı telefonun onun ailə üzvlərinə qaytarılması nəzərə alınsın. İş üzrə 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-9/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-9/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver