Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-9/2025 11.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs hüquqi şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X8 nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna aid torpaq sahəsində pambıq bitkisi əkmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X13 Mərkəzinə məxsus Salyan rayonu, Alçalı kəndi ərazisindəki 3 saylı dolayında X18 aid, dövlət mülkiyyətində olan X=322666. 4940 Y=4378561.9102, X=322977.7947 Y=4378956.4950, X=323027.8040 Y=4378821.5550, X=322719.9894 Y=4378406,9530, X=322671.7007 Y=4378410.7807, X=322649.0787 Y=4378395.3025, X=322591.2672 Y=4378438.0328, X=322673.6850 Y=4378552.5976 nömrəli koordinatlarda yerləşən 7,8 ha torpaq sahəsini özbaşına tutaraq orada 2023-cu ilin mart ayında əkdiyi pambıq bitkisini yığdıqdan sonra vahid niyyətlə yenidən 2024-cü ilin may ayında pambıq bitkisi əkib becərərək torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 məktubla müraciət edilərək torpaq sahəsinin boşaldılması tələb edilmişdir. Həmin məktub barədə onun məlumatı olmamışdır. Pambıq əkdiyi torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsinə dair onda çıxarış olmuşdur. Həmin çıxarışın müddəti bitməsinə baxmayaraq o torpaq sahəsində pambıq əkini aparmışdır. Ekologiya İdarəsinin nümayəndələri gələrək ona 2023-2024-cü il üçün 3600 manat icarə borcu olduğunu demişlər. Bundan başqa, Vergi Xidməti tərəfindən "xxxx" MMC-yə vergi hesablanmışdır. "xxxx" MMC-nin sədri ona demişdir ki, həmin torpaq sahəsi cəmiyyətə məxsusdur. Ona görə də o, torpaq sahəsində pambıq bitkisi əkmişdir. Pambıq ekoloji baxımdan daha faydalıdır. Cəmiyyətin sənədlərinə əsaslanaraq və ailəsini dolandırmaq üçün pambıq əkin aparmışdır. O, əkin apardığı torpaq sahəsinin meşə fonduna aid olmasını və ya cinayət məsuliyyətinə səbəb olacağını vaxtında bilmiş olsaydı əkin aparmazdı. Birinci dəfə məsuliyyətə cəlb olunmasının nəzərə alınmasını xahiş etmişdir. Sonradan, yəni polis əməkdaşı tərəfindən araşdırmadan sonra bilmişdir ki, torpaq sahəsi meşə fonduna məxsusdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsində 2024-cü ildə pambıq əkmişdir. 2024-cü ildə həmin torpaq sahəsində mülkiyyət hüququnun olması ilə bağlı heç bir sənədi yoxdur. X24 məxsus torpaq sahəsini geri qaytarmağa razıdır. Torpaq sahəsini qanunsuz zəbt etməsi ilə bağlı ona heç bir məktub gəlməmişdir. İyun ayının 5-i müstəntiq gələrək ona bildirmişdir ki, bu torpaqlar Meşə Fonduna aid torpaqlardır. İlqarı işçi kimi tanımışdır. "xxxx" MMC-yə məxsus torpaq sahəsindən 1 il əkin əkərək istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X8 nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Meşələrin İnkişafı Departamentinin 3 saylı Sabirabad X13 Mərkəzində meşələrin qorunması və mühafizəsi mühəndisi vəzifəsində işləyir. İşə başladıqdan sonra, nə kimi işlərin görülməsi ilə bağlı araşdırma aparan zaman müəyyən etmişdir ki, İlqar adlı şəxsə meşə fonduna aid torpaq sahəsində əkin işləri aparıldığı üçün rəsmi qaydada xəbərdarlıq edilmişdir. Əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs meşə fonduna aid sahədə pambıq əkibdir. İlk dəfə Ekologiya İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən pambıq əkini əkməsi faktını aşkar etmiş və bu barədə polis orqanlarına şikayət edilmişdir. Polis əməkdaşı tərəfindən araşdırma başlandıqdan sonra X8 mütəxəssisləri işə cəlb edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs meşə fonduna aid torpaq sahəsində pambıq əkməsi və istifadəsi ilə bağlı heç bir icazəsi olmamışdır. Torpaq sahəsi onlara təhvil verilməmişdir. Məhkəmə baxışın gedişində Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi aktla Meşə Fonduna qaytarıldığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən 3 saylı Sabirabad X13 Mərkəzində meşə gözətçisi vəzifəsində işləyir və meşə gözətçisi kimi onun xidməti ərazisinə X8 Salyan Meşəbəyliyinin 3 saylı dolayı daxildir. Meşə gözətçisi kimi onun vəzifəsinə meşələrin və onlara aid torpaq sahələrinin qorunması və bərpası daxildir. Meşə fonduna dair elektron xərtə olsa da onlara kağız daşıyıcıda xəritə verilməmişdir. Təxminən 2023-cü ilin yaz aylarında meşə gözətçisi kimi qoruduğu əraziyə daxil olan Quyçu kəndi ərazisində Təqsirləndirilən şəxs 7 ha sahədə pambıq əkdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, torpaq sahəsində əkin aparmaq üçün müqaviləsi var. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pambıq əkdiyi torpaq sahəsi meşə fonduna aid torpaq sahəsidir. Torpaq sahəsinə baxış keçirilərkən o da, həmin baxışda iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, 2005-ci ildən hal-hazıradək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışır. Təqribən 2 il əvvəl meşə fonduna aid torpaq sahələrinin istifadə olunma vəziyyətinə dair araşdırma aparılmasına dair rəhbərlik tərəfindən göstəriş verilmişdir. Xatırladığına görə 2022-ci ilin aprel-may aylarında torpaq sahələrinə baxış keçirilmişdir. Həmin idarənin əməkdaşı Şahid2 və 3 saylı Sabirabad Regional X8 meşə gözətçisi Şahid6la birlikdə Salyan rayon ərazisindəki meşə fonduna aid torpaqlarda monitorinqlər aparılarkən monitorinqdə iştirak edən meşə gözətçisi Təqsirləndirilən şəxs meşə fonduna aid ərazidə Təqsirləndirilən şəxs pambıq bitkisi əkməsini müəyyən etmişdir. Aktı tərtib edərkən meşə gözətçisinin sözlərinə əsaslanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, akt tərtib edilən günü Salyan rayonunun bir çox ərazisində, bir neçə yerə baxış keçirildiyindən hazırda dəqiq xatırlamır ki, həmin ərazidə hansı bitki əkilmişdir. Meşə fonduna aid torpaq sahəsində əkin aparılmasını dəqiq xatırlayır. 2024-cü ildə təkrar baxış keçirilərkən əkin əkildiyi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Ayətdin oğlu ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin 3 saylı Sabirabad X13 Mərkəzində hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əkin apardığı torpaq sahəsi onun istifadəsində olmuşdur. Zəbtdən söhbət gedə bilməz. Həmin torpaq sahəsindən başqa şəxs də istifadə edibdir. 2018-ci ilə kimi meşə fonduna aid torpaq sahələrindən ayrı-ayrı vətəndalar istifadə etmişdir. Sonradan bu kimi hallara yol verilmədi. Salyan Rayon Məhkəməsində meşə fonduna aid torpaq sahələrinin boşaldılması ilə bağlı baxılan 20 mülki iş üzrə iddiaçının nümayəndəsi kimi mülki işlərdə iştirak etmişdir. 30 ildir ki, meşə fonduna aid torpaq sahələrində ağac əkilmirdi. Həmin ərazidə pambıq əkilmişdir. Sabah həmin torpaq sahəsində ağac əkiləcəkdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2016-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin 3 saylı Sabirabad X13 Mərkəzində müavin kimi, 2023-cü ilin noyabr ayından isə həmin Mərkəzin direktor əvəzi vəzifəsində işləyir və işlədiyi Regional X8 xidməti ərazisinə Sabirabad, Şirvan, Hacıqabul, Kürdəmir, Saatlı, Biləsuvar və Salyan rayonlarındakı meşə dolayları daxildir. X2 3-cü dolayında Təqsirləndirilən şəxs torpaq sahəsində əkin işləri aparmışdır. Sonradan onunla söhbət aparılmış və torpaq sahəsi boşaldılaraq əkindən azad edilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Meşə fonduna aid torpaq sahəsində hazırda ağac əkilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən meşə fonduna aid torpaq sahəsində pabıq əkilmişdir, ona imkan verilmişdir ki, əkdiyi pambığı yığsın. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-2-ci vərəqlərində olan 26 sentyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* №-li cinayət işindən cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 5-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 6-cı vərəqində olan Salyan rayon Şorsulu Bələdiyyəsi ilə Təqsirləndirilən şəxs Bahadir oğlu arasında bağlanmış 05 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Bahadir oğluna 15 yanvar 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixdədək 2 ha torpaq sahəsində pambıq əkmək üçün icarəyə verilmişdir. Cinayət işinin 17-18-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1519/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Sabirabad Regional X8 cavabdeh X6 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilərək, Salyan rayonu, Quyçu kənd sakini X4 Salyan meşəbəyliyinin 3-cü kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 7 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması və X11 Mərkəzinə təhvil verilməsi qət edilmişdir. Cinayət işinin 20-ci vərəqində olan 05 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, X14 və Bərpası Müəssisəsinin direktoru X15 3 il müddətinə "xxxx" MMC-nin direktoru X7 X17 İcarəyə vermişdir. Cinayət işinin 47-60-cı vərəqlərində olan 17 aprel 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Ələt-Astara avtomobil yolunun Ələt qəsəbəsi istiqamətində sağ tərəfində, "Ceyran istirahət mərkəzinin yaxınlığında meşə fonduna aid 7,8 ha torpaq sahəsində əkin aparılması üçün şumlama işləri həyata keçirilmişdir. Cinayət işinin 60-cı vərəqində olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs Bahadır oğlunun faktiki istifadəsində olan 7.8 ha şumlanmış əkin sahəsi, Alçalı kənd sakini X10 istifadəsində olan 1.94 ha taxıl əkin sahəsi, Quyçu kənd sakinləri X3 istifadəsində olan 2.75 ha yonca əkini sahəsi, X5 istifadəsində olan (ümumi 24.98 ha olan bundan Kürqaraqaşlı Bələdiyyə mülkiyyətinə aid reyestr nömrəsi **********91 olan Çıxarışa əsasən X5 icarəsində olan 10 ha əkin torpaq sahəsinin çıxmaqla yerdə qalan) 14.98 ha əkin torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən X18 aid, Dövlət mülkiyyətində olan torpaq sahələridir. Cinayət işinin 81-ci vərəqində olan Azərbaycan Respublikası Salyan rayonu Quyçu Bələdiyyəsinin 04 nömrəli, 01 may 2006-cı il tarixli qərarından görünür ki, "xxxx" MMC-yə bələdiyyə mülkiyyətinə məxsus olan ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3.8 ha, bundan ticarət obyektinin tikintisi üçün 0.20 ha, cəmi 4 ha torpaq sahəsi icarəyə ayrılması, "xxxx" MMC-nin rəhbərliyinə icarəyə ayrılan torpaq sahəsindən istifadəyə görə icarə haqqında qanuna uyğun olaraq yerli bələdiyyə ilə müvafiq icarə müqaviləsi bağlanması tapşırılmışdır. Cinayət işinin 82-ci vərəqində olan Azərbaycan Respublikası Salyan rayonu Quyçu Bələdiyyəsinin 10 nömrəli, 10 oktyabr 2006-cı il tarixli qərarından görünür ki, "xxxx" MMCyə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Quyçu Bələdiyyə mülkiyyətinə məxsus olan ərazidən 4.5 ha torpaq sahəsinin icrayə ayrılması, Ekologiya, Təbiəti və Yanğından mühafizə tədbirlərinin həyata keçirilməsi və icarəyə ayrılan torpaq sahəsindən istifadəyə görə icarə haqqında qanuna uyğun olaraq yerli bələdiyyə ilə müvafiq icarə müqaviləsi bağlanılması "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmışdır. Cinayət işinin 110-111-ci vərəqlərində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X8 08 avqust 2024-cü il tarixli, 3- 14-99-3/2-137/2024-cü il saylı məktubundan görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs hazırda qanunsuz istifadə etdiyi torpaq sahəsindən istifadə ilə bağlı 2006-2007-ci illərdə "xxxx" MMC-nin direktoru X12 ilə müqavilələr bağlanmış, ilk müqavilənin müddəti bir il, ikinci müqavilənin müddət isə 3 il üçün müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ildən başlayaraq meşə fonduna aid 8 hektara yaxın sahədən qanunsuz istifadə etməklə orada pambıq bitkisi əkib becərir. Cinayət işinin 124-125-ci vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış 16 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Salyan rayonu, Şorsulu kəndində yaşayır və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 126-127-ci vərəqlərində olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 3-21-3-38/2-2716/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs Bahadır oğlunun faktiki istifadəsində olan 7.8 ha şumlanmış əkin sahəsi, Alçalı kənd sakini X10 istifadəsində olan 1.94 ha taxıl əkin sahəsi, Quyçu kənd sakinləri X3 istifadəsində olan 2.75 ha yonca əkini sahəsi, X5 istifadəsində olan (ümumi 24.98 ha olan bundan Kürqaraqaşlı Bələdiyyə mülkiyyətinə aid reyestr nömrəsi **********91 olan Çıxarışa əsasən X5 icarəsində olan 10 ha əkin torpaq sahəsinin çıxmaqla yerdə qalan) 14.98 ha əkin torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən X18 aid, Dövlət mülkiyyətində olan torpaq sahələridir. Cinayət işinin 130-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 173-174-cü vərəqlərində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 01 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Cinayət işinin 185-186-cı vərəqlərində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 01 noyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı ifadənin yerində yoxlanılması barədə 19 avqust 2024-cü il tarixli protokola və “CD” diskdə olan video görüntüyə baxış keçirilmiş, görüntüdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Ələt-Astara avtomobil yolunun Astara istiqamətində sol tərəfində yerləşən meşə fonduna aid sahədə şumlama işləri aparmış, sonradan isə həmin yerdə pambıq bitkiləri əkilməklə hazırda da həmin sahə onun istifadəsindədir. Səhv iş tutduğunu başa düşür və tutduğu əməlindən də səmimi peşimandır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamıirəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2 və 145.3cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X13 Mərkəzinə məxsus Salyan rayonu, Alçalı kəndi ərazisindəki 3 saylı dolayında X18 aid, dövlət mülkiyyətində olan 7,8 ha torpaq sahəsini özbaşına tutaraq orada 2023-cu ilin mart ayında əkdiyi pambıq bitkisini yığdıqdan sonra vahid niyyətlə yenidən 2024-cü ilin may ayında pambıq bitkisi əkib becərərək torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozması yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərər çəkən şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və həmin maddə üzrə barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin, eləcə də, iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə də, Cinayət-Prosessual Məcəllənin 44-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət uzanan cinayət olmaqla 2023-cü il ərzində pambıq bitkisi əkmiş, 2024-cü ilin aprel ayında meşə fonduna aid torpaq sahəsindən qanunsuz istifadə etməsi barədə ona xəbərdarlıq edilsə də o, yenə də həmin sahədə pambıq bitkisi əkərək onu becərmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə aradan qaldırılmasını (torpaq sahəsi aktla Meşə Fonduna qaytarılmışdır), zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayətin görüntülərini əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə, Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Şorsulu kəndindəki evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, maddi ziyan və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Şorsulu kəndindəki evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İfadənin yerində yoxlanılmasının video görüntülərini əks etdirən 01 ədəd “DVD” disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-9/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-9/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver