Məhkəmə qərarları › İş №1(057)-90/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-90/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-90/2023 11.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1984-cü ildə Rusiya Federasiyası Xabarovsk vilayəti Lazo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində sənədsiz fərdi tikilidə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Əsgərova (Abbasova) Günay Bəxtiyar qızına verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-1433/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)- 141/2022 nömrəli qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9520,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əsgərova (Abbasova) Günay Bəxtiyar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs ilə rəsmi şəkildə ailə qurmuş, Bakı şəhərində kirayədə yaşamışlar. xx.xx.2007-ci il tarixdə X14 və xx.xx.2009-cu il tarixdə X17 adlı uşaqları anadan olmuşlar. Sonradan Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmış, uşaqları anasının himayəsində yaşamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan uşaqları Elmira və Fazilin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat alimentin tutulması müəyyən olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verməmiş, həmçinin alimentin azaldılması barədə məhkəməyə müraciət etməmişdir. Qətnamənin icrası üçün Salyan Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmiş, ona cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İttiham üzrə onun 9520.00 manat aliment borcu yaranmışdır. İşsiz olduğu və buna görə də maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir.Həmçinin belində ağrılar olduğuna görə ağır işlərdə işləyə bilmir. 2020-ci ilə qədər 3 il ərzində cəmi 2000 manat aliment ödəmişdir. İkinci dəfə ailə qurmuş, həmin evlilikdən bir azyaşlı övladı var, onun himayəsindədir, həmin uşağın sənədi yoxdur, axtarışda olduğuna görə uşağa doğum haqqında şəhadətnamə almaq üçün Asan xidmətə gedə bilməmişlər. İkinci ailəsi ilə birlikdə kirayədə yaşayırlar. Hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs razı olarsa hər ay 150-200 manat aliment ödəyə bilər. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, xx.xx.2007-ci il tarixdə X14 və xx.xx.2009-cu il tarixdə X17 adlı iki uşaqları anadan olmuşlar. Onlar birgə nikah dövründə ev tikmişlər. Sonradan Təqsirləndirilən şəxs həmin evə başqa qadın gətirmiş və onu uşaqları ilə birlikdə evdən qovmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli məhkəmənin qətnaməsinə əsasən onlar rəsmi qaydada boşanmış, uşaqlar onun himayəsində saxlanılmaqla Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan o, uşaqları ilə birlikdə yaşayır. Əli ilə birgə nikah dövründə tikdikləri evi Əli satmışdır. Hazırda həmin evlə bağlı mübahisələrinə dair iş məhkəmə icraatındadır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, alimenti ödəməkdən qərəzli boyun qaçırmışdır. Əli ona indiyədək ümumilikdə cəmi 2000 manat aliment ödəmiş, sonuncu dəfə 2020-ci ildə 500 manat aliment ödəmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin yenə də aliment borcunu ödəməmiş, ittiham üzrə Əlinin 9520.00 manat aliment borcu yaranmışdır. Bundan sonra da hal-hazıradək Əli alimenti vermir. Aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini istəyir, ondan şikayətçidir. Odur ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 160,00 manat, cəmi 320,00 manat alimentin alınaraq tələbkar X4 ödənilməsi qərara alınmışdır. Həmin icra işi onun icraatında olmuşdur. Salyan Rayon İcra və Probasiya şöbəsində xx.xx.2020-ci il tarixdə başlanmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Salyan Rayon Məhkəməsinin qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Salyan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayına kimi tələbkara cəmi 2000 manat ödəmiş, onun verilmiş ittiham üzrə 9520,00 manat ödənilməyən aliment borcu qalmışdır. 2022-ci ilin dekabr ayından bu günə qədər də Təqsirləndirilən şəxs alimenti ödəməkdən müxtəlif bəhanələrlə yayınır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 99LP267 dövlər qeydiyyat nişanlı avtomobil onun adınadır. Həmin avtomobil Təqsirləndirilən şəxs etibatnamə ilə verilmişdir. Təqsirləndirilən şəxs ev tikintilərində və təmirində usta kimi işləyir, Əlini onun bacısının əri Şahid2 evini təmir edən zaman tanımışdır. Təqsirləndirilən şəxs evi təmir edib bitirdikdən sonra Şahid2 məxsus 90MH027 dövlət qeydiyyat nişanlı maşını pul əvəzində istəmiş, razılıqlarına əsasən Təqsirləndirilən şəxs 1000,00 manat borcu qalmışdır. Qalıq borcu hissə-hissə ödəməli olduğu halda ödəyə bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yeni maşın almaq istəyir, Ramin də Əliyə bildirmişdir ki, onun hələ borcu var. Daha sonra Təqsirləndirilən şəxsla aldığı yeni maşını onların adına almaq şərti ilə razılaşmışlar. 2020-ci ildə yuxarıda qeyd edilən 99LP267 dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır (qiymətini və həmin avtomobilin daha əvvəllər kimin adına olmasını dəqiq bilmir). Raminin işi olduğuna görə həmin avtomobil onun adına rəsmləşdirilmiş, daha sonra Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin avtomobili başqa bir şəxsə satmış, maşın onun adına olduğuna görə oda notariusa getmişdir. Təqsirləndirilən şəxs maşını satıb aldığı puldan Şahid2 borclu olduğu pulu ödəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, 99LP267 dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 adınadır. Həmin avtomobil Təqsirləndirilən şəxs etibarnamə ilə verilmişdir. Təqsirləndirilən şəxs ev tikintilərində və təmirində usta kimi işləyir, Əlini ona məxsus evi təmir edən zaman tanımışdır. Təqsirləndirilən şəxs evi təmir edib bitirdikdən sonra ona məxsus 90MH027 dövlət qeydiyyat nişanlı maşını pul əvəzində istəmiş, maşının qiymətini 3500,00 manata razılaşmışlar, Təqsirləndirilən şəxs evdə gördüyü təmir işlərinə görə ödənməli pul çıxıldıqdan sonra maşına görə 1000,00 manat borcu qalmışdır. Qalıq borcu hissə-hissə ödəməli olmuş, lakin ödəyə bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs yeni maşın almaq istədiyini bildirmiş, Əliyə hələ borcu olduğunu bildirdikdən sonra Əli ilə yeni maşını onların adına almaq şərti ilə razılaşmışlar. 2020-ci ildə yuxarıda qeyd edilən 99LP267 dövlət qeydiyyat nişanlı avtomobil alınmış (qiymətini və həmin avtomobilin daha əvvəllər kimin adına olmasını dəqiq bilmir), onun işi olduğuna görə həmin avtomobil Şahid1 adına rəsmləşdirilmişdir. Məlik daha sonra Əliyə etibarnamə vermiş, daha sonra Əli həmin avtomobili başqa bir şəxsə satmış, maşın Məlikin adına olduğuna görə Məlik də notariusa getmişdir. Təqsirləndirilən şəxs maşını satıb aldığı puldan ona olan borcu ödəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun rəsmi əridir. Rəsmi nikahlarından bir az yaşlı övladları var. Təqsirləndirilən şəxs axtarışda olduğuna görə uşağa doğum haqqında şəhadətnamə almaq üçün Asan xidmətə gedə bilməmişlər. Təqsirləndirilən şəxs eşitdiyinə görə əvvəllər Günay adlı xanımla rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan iki övladları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra Günay uşağı saxlaya bilmədiyini əsas gətirərək Təqsirləndirilən şəxs qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (tarixini bilmir) qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Elmira və Fazil adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində aliment tutulub Günaya ödənilməsi qət edilmişdir. Qətnamə Salyan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Əli səkkiz gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bildiyinə görə 9520,00 manat aliment borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qızı Şahid3 əridir. Qızı Şahid3 ilə Təqsirləndirilən şəxs rəsmi evlidilər. Rəsmi nikahlarından bir az yaşlı övladları var. Uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Lakin bir daha qeyd edir ki, uşağın anası qızı Şahid3, atası isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, tikintilərdə işləyir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 may 2020-ci il tarixli 2(006)-1433/2020 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 487 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 iddiaçı X7 ilə qalmaları, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs X3 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, həmin tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 may 2020-ci il tarixli 2(006)-1433/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 may 2020-ci il tarixli 2(006)-1433/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(057)- 55/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 may 2020-ci il tarixli 2(006)-1433/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(057)- 141/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 may 2020-ci il tarixli 2(006)-1433/2020 saylı qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçırdığı üçün Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 gün müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, xəstə və işsiz olduğu üçün alimenti ödəyə bilməmiş, cəmi 2000 manat aliment ödəmiş, alimenti tam şəkildə ödəməyə maddi imkanı yoxdur, borcunu yalnız hissə-hissə ödəyə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs əmlak vəziyyətinin yoxlanılması barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdə yoxlama tədbirləri keçirilmiş və evdə zəruri ehtiyaca malik olan ev əşyaları və tələbin yönəldilə bilməyəcəyi əşyalardan başqa siyahıya alınıb üzərinə həbs qoyulası əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarında olan X6 X1 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən iş axtaran kimi qeydiyyata alınmış, lakin ona məxsus Tel:0552291829**********, **********, ********** saylı mobil nömrələrlə əlaqə saxlamaq mümkün olmamış, ona filial ilə əlaqə saxlamağı üçün dəvət məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatdadır, yaxın qohumlarının deməsinə görə 15 ildən artıqdır ki, Bakı şəhəri Maştağa qəsəbəsində yaşayır. Yaxın qohumlarının dediyinə görə fərdi əməklə məşğul olur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X14 xx.xx.2007-ci ildə və X17 xx.xx.2009-cu ildə anadan olmuşlar. İş materiallarında olan AZ -İİ 434103 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasındakı nikah xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 649 saylı akt qeydi ilə bağlanmış, arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və ittiham elan edilməsi üçün tutularaq İstintaq İdarəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30-da özü könüllü olaraq Salyan RPŞ-yə gəlmiş və əməkdaşlar tərəfindən aidiyyatı üzrə Şirvan Regional Ədliyyə İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi tərəfindən həmin tarixdə, saat 15:35-dən saat 16:30-dək Bakı şəhərində təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əmək qabiliyyətli olmasına baxmayaraq, yəni ifadəsində işlədiyini qeyd etsə də maddi imkanının olmadığını bildirməsi onun ədalət mühakiməsinin bərqərar olunmasına mane olmağa, ibtidai araşdırmanı aparan istintaq orqanını cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul etməkdən yayındırmağa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra etmək istədiyi görüntüsünü yaratmağa və cinəyət məsuliyyətindən yayınmağa yönəlmiş əməl kimi qiymətləndirilmiş, himayəsində az yaşlı övladının olması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, X7 istintaqa təqdim etdiyi AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Əsgərova (Abbasova) Günay Bəxtiyar qızı kimi oxunmuş, aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar, ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. İş materiallarında olan Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Əsgərova (Abbasova) Günay Bəxtiyar qızına verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-1433/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)-141/2022 nömrəli qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9520,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əsgərova (Abbasova) Günay Bəxtiyar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, zərərçəkmiş şəxs ondan şikayətçidir, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını tam təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində xeyrinə aliment tutulan uşaqların maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar