Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-91/2023 11.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1969-cu ildə Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasın vətəndaşı, orta təhsilli, evli, 3-cü qrup əlil, məhkumluğu olmayan, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Salyan rayonu, Çuxanlı qəsəbəsində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 10-cu Korpus-da yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 15000 manat pul verəcəyi halda onun 2-ci qrup əlilliyini 1-ci qrup əlillik ilə dəyişdirəcəyi və Salyan şəhərində əlillər üçün tikilən binadan 3 otaqlı ev verdirəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs1 2022-ci il mayın 12-də 8000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3rşısında yerləşən çayxanada, 2022-ci il iyunun 07-də 3500 manat pulu Bakı şəhəri, Binəqədi şossesində yerləşən kafedə, 2022-ci il iyunun 14-də 3000 manat pulu Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən “Dostluq” kafesində alaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 14500 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 2022-ci il sentyabr ayının əvvəllərində Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 6500 manat pul verəcəyi halda onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs2 05 sentyabr 2022-ci il tarixdə 1500 manat pulu yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsində yerləşən evində 2022-ci il sentyabrın 10-da 500 manat pulu Salyan rayonunda yerləşən Mərkəzi Avtovağzalda almış, Zərərçəkmiş şəxs2 03 oktyabr 2022-ci il tarixdə Bakı-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində yerləşən “Ay İşığı” supermarketində quraşdırılmış “e-Manat” elektron ödəmə sistemi vasitəsi ilə özünə məxsus 4098********5918 saylı “Unibank” kart hesabına saat 10:11:54də 1000 manat, saat 10:14:34-də 400 manat, həmin supermarketdə quraşdırılmış "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə həmin kart hesabına saat 10:18:09-da 1000 manat, saat 10:19:15-də 600 manat, 2022-ci il oktyabrın 07-də həmin supermarketdə quraşdırılmış “e-Manat” elektron ödəmə sistemi vasitəsi ilə özünə məxsus 4098********5918 saylı “Unibank” kart hesabına saat 12:22:47-də 1000 manat, saat 12:25:05-də 200 manat, 2022-ci il oktyabrın 20-də həmin supermarketdə quraşdırılmış "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə özünə məxsus 4098********5918 saylı “Unibank” kart hesabına saat 09:17:32-də 350 manat pulu köçürtdürüb həmin pulları əldə edərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 6550 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o 3-cü qrup əlildir, heç bir yerdə işləmir. Barəsində bir neçə dəfə məhkəmədə cinayət işinə baxılmış, lakin cərimə cəzası təyin olunmuşdur. 2022-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3rşısında çayxanada çay içmişdir. Həmin vaxt orada Salyan rayon sakini Zərərçəkmiş şəxs1 ilə rastlaşmışdır. O, Məmmədi əyləşdiyi masaya dəvət etmiş, onlar birlikdə çay içib söhbət etmişlər. O, Məmməddən nə işlə məşğul olduğunu soruşmuş, Məmməd isə 2-ci qrup əlil olduğunu, pensiya aldığını və günün müxtəlif vaxtlarında şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, Məmmədə yalandan 2-ci qrup əlilliyini 1-ci qrup əlillik ilə dəyişməyə və Salyan rayonunda əlillər üçün nəzərdə tutulmuş 3 otaqlı evlə təmin olunmağına müəyyən məbləğ müqavilində öz şəxsi münasibətlərindən istifadə edərək köməklik göstərə biləcəyini demişdir. Məmməd isə bu işə nə qədər pul lazım olduğunu öyrənməyini və ona məlumat verməyini xahiş etmişdir. Təxminən 3 gün sonra eyni ünvanda Məmməd ilə görüşüb bu məsələ haqqında danışmışlar. O, Məmmədə 1-ci qrup gözdən əlilliyə dəyişməsi və Salyan rayonunda 3 otaqlı ev alması üçün 15000 manat lazım olduğunu demişdir. Məmməd isə düşündükdən sonra razılaşıb 15000 manatı bütöv şəkildə yox, hissə-hissə verəcəyini bildirmişdir. O da Məmməd ilə razılaşmış və onlar sağollaşaraq çıxıb getmişlər. 2022-ci il mayın 12-də o, Məmməd ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3rşısında çayxanada görüşmüşlər. Həmin vaxt Məmməd ona 8000 manat pul vermişdir. 07 iyun 2022-ci il tarixdə o, Məmməd ilə Bakı şəhəri Binəqədi şossesində yerləşən kafedə görüşmüşdür. Həmin vaxt Məmməd ona 3500 manat pul vermişdir. 2022-ci il iyunun 14-də o, Məmməd ilə mobil telefon vasitəsilə danışan zaman Salyan şəhərində olduğunu bildirmişdir. O da Məmmədə Salyan şəhərində olduğunu demişdir. Məmməd 3000 manat pulun üzərində olduğunu deyərək onunla görüşmək istəmişdir. O da Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən “Dostluq” kafesində Məmməd ilə görüşmüşdür. Həmin vaxt Məmməd ona 3000 manat pul vermişdir. Məmməd ona qalan 500 manatı da yaxın müddətdə verəcəyini bildirmiş, o da Məmmədə heç bir problem olmadığını demişdir. Məmmədin əlillik və ev məsələsini həll edə bilməmişdir. Həmin vaxt o, Məmməddən aldığı 14500 manat pulu qaytarmamışdır. Məmməd mobil telefon vasitəsilə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, o da səbrli olmağını və yaxın günlərdə həll edəcəyini demişdir. Sonra pula ehtiyacı olduğu üçün Məmməddən aldığı ümumilikdə 14500 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bir neçə aydan sonra Məmməd mobil telefon vasitəsilə ona zəng edərək işin həll olmadığını və pulu qaytarmağını bildirmişdir. O da hal-hazırda pulunun olmadığını, problemlərinin olduğunu deyərək qaytaracağını demişdir. Bundan başqa o, 2022-ci il sentyabr ayında Salyan rayon Məşğulluq İdarəsinin qarşısında dayandığı vaxt idarənin qarşısında Zərərçəkmiş şəxs2 görüb onun yanına getmiş və nə üçün burada gözlədiyini soruşmuşdur. Həmin vaxt Vüqar müharibə iştirakçısı olduğunu, iş üçün gözlədiyini bildirmişdir. O da Qarabağ əlili olduğunu deyərək onunla tanış olmuşdur. O, Orxana tanışının olduğunu, ona iş düzəldəcəyini deyərək narahat olmamağını demişdir. 2022-ci il sentyabrın 05-də o, mobil telefon vasitəsilə Orxana zəng edərək 6500 manat pulun qarşılığında onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini deyərək sənədlərinin hazırlanması üçün əvvəl 1500 manat pul verməyini demişdir. Orxan da problem olmadığını deyərək verə biləcəyini bildirmişdir. Həmin tarixdə Orxan mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da Salyan rayonu, Çuxanlı kəndində yerləşən fərdi yaşayış evində olduğunu demişdir. Təxminən 1 saat sonra Orxan mobil telefon vasitəsilə ona zəng edərək küçədə olduğunu bildirmiş, o da evdən çıxaraq küçəyə getmişdir. Orxan ilə küçədə görüşmüş, Orxan onun yanında olan şəxsin atası Vüqar olduğunu bildirmişdir. O da onları evə dəvət etmişdir. O, Orxan ilə söhbət edərək narahat olmamağı, yaxın zamanda həll olunacağını demişdir. Orxan atası Vüqarın yanında 1500 manat pulu sayaraq ona vermişdir. Orxan qalan pulu da hissə-hissə verəcəyini bildirmiş, o da Orxan ilə razılaşmışdır. 2022-ci il sentyabrın 10-da o, Orxana zəng edərək 500 manat pul lazım olduğunu demişdir. Orxanla Salyan rayonunun Mərkəzi Avtovağzalda görüşmüşlər. Orxan ona 500 manat pul vermişdir. 03 oktyabr 2022-ci il tarixdə Orxanla telefonla danışaraq 3000 manat göndərməsini demiş, Orxana “UniBank”a məxsus olan “4098********5918” nömrəli kartının şəklini göndərmişdir. Həmin vaxt Orxan 3000 manatı kart hesabına göndərmişdir. Sonradan 1200 manat pulu “UniBank”a məxsus olan “4098********5918” nömrəli kart hesabına göndərmişdir. 2022-ci il oktyabrın 20-də Orxan onun kart hesabına 350 manat pul göndərmişdir. Bir neçə aydan sonra Orxan mobil telefon vasitəsilə zəng edərək işin alınmadığını və ona verdiyi 6550 manatı geri qaytarmağını bildirmiş, o da ondan aldığı 6550 manat pulu geri qaytaracağını demişdir. 2022-ci il dekabrın 30-da o, mobil telefon vasitəsilə Orxana zəng edərək ona kart hesabını göndərməyini demişdir. Orxan “Whatsapp” sosial şəbəkə vasitəsilə “Kapital bank” a məxsus olan hesab kartının şəklini ona göndərmişdir. O da 500 manat pulu Orxanın hesabına köçürmüşdür. Sonradan Orxan qalan pulun hamısını verməyini bildirmiş, o da verəcəyini demişdir. Orxanın iş məsələsini həll edə bilməmişdir. Həmin vaxt o, Orxandan aldığı 6550 manat pulun 500 manatını qaytarmış, lakin 6050 manatını isə qaytarmamışdır. Orxandan aldığı ümumilikdə 6050 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs Qarabağ müharibəsinin iştirakıçısı olmasını, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2-ci qrup əlildir, arada bir özünə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3rşısında çayxanada çay içmişdir. Bu zaman orada əvvəldən tanıdığı özünü müharibə veteranı kimi tanıdan həmyerlisi Salyan rayonu sakini Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Onunla eyni masada əyləşib söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs ona pensiyası imtina olunmuş, əlillik dərəcələri ləğv olunmuş, müxtəlif şəxslərə pul müqavilində müxtəlif qurumlarda işləyən tanışlarının vasitəsilə gördüyü işin təsdiqi kimi ona üzərində olan diplomatik səfər vəsiqəsini, müxtəlif tədbirlərdə çəkilmiş şəkilləri, böyük nüfuza malik şəxslər kimi tanıtdığı Aleksandr və Cəmilə xanımın adını çəkmişdir. Ondan nə işlə məşğul olduğunu soruşanda, ona 2-ci qrup əlil olduğunu, pensiya aldığını və günün müxtəlif vaxtlarında şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu demişdir. Səfər ona 2-ci qrup əlilliyini 1-ci qrup əlillik ilə dəyişməyə və Salyan rayonunda əlillər üçün nəzərdə tutulmuş 3 otaqlı evlə təmin olunmağına müəyyən məbləğ müqavilində öz şəxsi münasibətlərindən istifadə edərək köməklik göstərə biləcəyini bildirmişdir. O, Səfərdən bu işlə maraqlanmağı, bu işə nə qədər pul lazım olduğunu öyrənməyini istəmişdir. Təxminən 3 gün sonra eyni ünvanda görüşüb bu məsələ haqqında danışmışlar. Səfər ona 1-ci qrup gözdən əlilliyə dəyişməsi və Salyan rayonunda 3 otaqlı ev alması üçün 15000 manat lazım olduğunu bildirmişdir. O, Səfərlə razılaşıb 15000 manatı bütöv şəkildə yox, hissə-hissə verəcəyini demişdir. 2022-ci il mayın 12-də o, Səfər ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3rşısında çayxanada görüşüb ona 8000 manat pul vermişdir. 2022-ci il iyunun 07-də o, Səfər ilə Bakı şəhəri, Binəqədi şossesində yerləşən kafedə görüşüb ona 3500 manat pul vermişdir. 2022-ci il iyunun 14də o, Səfər ilə mobil telefon vasitəsilə danışan zaman Salyan şəhərində olduğunu demiş, Səfər də Salyan şəhərində olduğunu bildirmişdir. O, Səfərə 3000 manat da pul vermək istədiyini, buna görə də, görüşməyi təklif etmişdir. Həmin tarixdə Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən “Dostluq” kafesində Səfər ilə görüşüb ona 3000 manat pul vermişdir. O, Səfərə qalan 500 manatı da yaxın müddətdə verəcəyini demişdir, Səfər də ona heç bir problem olmadığını bildirmişdir. Bundan sonra işin nəticəsini gözləməyə başlamışdır. Lakin iyul ayında əlilliyinin dəyişəcəyi, növbəti mərhələdə isə evin veriləcəyi söz olaraq qalmağa və vaxt uzanmağa başlamışdır. O, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışan zaman işin alınmadığını, pulunu geri qaytarmasını desə də, Səfər vaxtı uzadaraq narahat olmamağını və həll edəcəyini bildirmişdir. Aldanıldığını və ona qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edildiyini başa düşmüşdür. Sonra Səfərdən pulunu almağa çalışmış, lakin heç bir nəticə olmamışdır. Buna görə də, aidiyyəti üzrə müraciət etmişdir. Səfərə verdiyi ümumilikdə 14500 manat ona məxsus olmuş, Səfər ilə özü danışdığı üçün pulu da özü vermişdir. Yəni Təqsirləndirilən şəxs konkret olaraq onu aldadıb 14500 manat pulunu ələ keçirmişdir. Hazırda da Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, buna heç bir cəhd də göstərməmişdir. Odur ki Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Ona müharibə iştirakçısı statusu verilmişdir. O, heç bir yerdə işləmir. Buna görə də, Salyan rayon Məşğulluq İdarəsinə gedib iş haqqında maraqlanmışdır. 2022-ci ilin sentyabr ayında Salyan rayon Məşğulluq İdarəsinin qarşısında dayanmışdır. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq nə üçün burada gözlədiyini soruşmuş, o isə müharibə iştirakçısı olduğunu, iş üçün gəldiyini demişdir. Həmin şəxs isə özünü təqdim edərək Salyan şəhər sakini Təqsirləndirilən şəxs olduğunu, Qarabağ əlili olduğunu deyərək onunla tanış olmuşdur. Onlar həmin vaxt müharibədən söhbət etmişlər. Səfər onunla tanış olan zaman mobil telefon nömrəsini götürmüşdür. Səfər ona tanışının olduğunu, ona iş düzəldəcəyini deyərək narahat olmamağını bildirmişdir. Sonra Səfər ilə sağollaşıb evə getmişdir. Səfər onunla söhbət edən zaman onu inandırmışdır. O, Səfərin onu işə düzəltməsini gözləməyə başlamışdır. 2022-ci il sentyabrın 05-də Səfər mobil telefon vasitəsilə ona zəng edərək Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini deyərək 6500 manat xərcinin çıxacağını deyib sənədləri hazırlamaq üçün 1500 manat pul verməyini bildirmişdir. O da problem olmadığını deyərək heyvan satdığını verə biləcəyini demişdir. Səfər isə Salyan rayonu, Çuxanlı kəndində yerləşən fərdi yaşayış evində olduğunu deyərək pulu aparıb ona verməyini bildirmiş, o da Səfər ilə razılaşaraq gətirə biləcəyini demişdir. Həmin vaxt atası Vüqar olanları demiş, o da onunla gedəcəyini bildirmişdir. O, atası Vüqar ilə birlikdə Salyan rayonu, Çuxanlı kəndinə gedərək Səfərin evini tapmışlar. Səfər ilə küçədə görüşmüşlər, Səfər onu və atası Vüqarı evinə dəvət etmişdir. Səfər evdə onunla söhbət edərək narahat olmamağını, yaxın zamanda düzəldəcəyini bildirmişdir. O da 1500 manat pulu sayaraq atası Vüqarın yanında Səfərə vermişdir. Səfər sənədləri düzəldəcəyini, sonra qalan pulu verməli olduğunu bildirmişdir. Səfər ilə razılaşmış və qalan pulu da istədiyi vaxt verəcəyini demişdir. 10 sentyabr 2022-ci il tarixdə Səfər mobil telefon vasitəsilə ona zəng edərək sənədləri hazırlamaq üçün əlavə 500 manat pul lazım olduğunu bildirmiş, o da verə biləcəyini, harada olduğunu soruşmuş, Səfər də Salyan rayonununda yerləşən Mərkəzi Avtovağzalda olduğunu bildirmişdir. O da evdən çıxaraq Salyan rayonununda yerləşən Mərkəzi Avtovağzala getmişdir. Səfər ilə görüşmüş və ondan istədiyi 500 manat pulu ona vermişdir. Sonra oradan çıxaraq evə getmişdir. 03 oktyabr 2022-ci il tarixdə Səfər mobil telefon vasitəsilə ona zəng edərək qalan puldan 3000 manatını ona göndərməyini bildirmişdir. O, Səfərdən pulu necə göndərəcəyini soruşmuş, Səfər isə “UniBank”a məxsus olan kart hesabına göndərməyini bildirmişdir. Səfər “Whatsapp” sosial şəbəkə vasitəsilə “UniBank”a məxsus olan kartının şəklini ona göndərmişdir. O da evdən çıxaraq Salyan şəhərində fəaliyyət göstərən “Ay İşığı” supermarketinə getmişdir. “Ay İşığı” supermarketində quraşdırılmış “eManat” ödəmə terminalına yaxınlaşaraq Səfərə “UniBank”a məxsus olan “4098********5918” nömrəli kart hesabına 1000 manat, 400 manat, həmin yerdə quraşdırılmış "xxxx" MMC-yə məxsus olan ödəmə terminalından isə 1000 manat və 600 manat pul göndərmişdir. Səfərin ondan istədiyi 3000 manat pulu onun kart hesabına göndərdikdən sonra ona məlumat vermişdir. 2022-ci il oktyabrın 07-də Səfər mobil telefon vasitəsilə ona zəng edərək qalan 1200 manatını onun “UniBank”a məxsus olan kart hesabına göndərməyini bildirmişdir. O da evdən çıxaraq Salyan şəhərində fəaliyyət göstərən “Ay İşığı” supermarketinə getmişdir. “Ay İşığı” supermarketində quraşdırılmış “eManat” ödəmə terminalına yaxınlaşaraq Səfərə “UniBank”a məxsus olan “4098********5918” nömrəli kart hesabına 1000 manat, 200 manat pul göndərmişdir. Səfərin ondan istədiyi 1200 manat pulu onun kart hesabına göndərdikdən sonra ona məlumat vermişdir. 2022-ci il oktyabrın 20-də Səfər mobil telefon vasitəsilə ona zəng edərək “UniBank”a məxsus olan kart hesabına 350 manat pul göndərməyini bildirmişdir. O da evdən çıxaraq Salyan şəhərində fəaliyyət göstərən “Ay İşığı” supermarketinə yaxınlaşaraq Səfərə “UniBank”a məxsus olan “4098********5918” nömrəli kart hesabına “Ay İşığı” supermarketində quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəmə terminalından 350 manat pul göndərmişdir. Səfərin ondan istədiyi 350 manat pulu onun kart hesabına göndərdikdən sonra ona məlumat vermişdir. Səfər də narahat olmamağını və işini düzəldəcəyini bildirmiş, o da Səfərə inandığı üçün onunla razılaşmışdır. O, Səfərə mobil telefon vasitəsilə zəng edərək işin alınmadığını və ona verdiyi 6550 manatı geri qaytarmasını demiş, Səfər isə geri qaytaracağını bildirmişdir. 2022-ci il dekabrın 30-da Səfər mobil telefon vasitəsilə ona zəng edərək ona kart hesabını göndərməyini 500 manatı geri qaytaracağını, qalan pulu da sonra verəcəyini bildirmiş, o da onunla razılaşmışdır. O, “Whatsapp” sosial şəbəkə vasitəsilə “Kapital bank” a məxsus olan hesab kartının şəklini Səfərə göndərmişdir. Səfər də 500 manat pulu onun kart hesabına köçürmüşdür. Sonradan Səfərə qalan pulun hamısını verməsini demiş, o da verəcəyini bildirmişdir. O, Səfərin yalan danışdığını, pulu verməyəcəyini və ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Buna görə də, o, Salyan Rayon Prokurorluğuna ərizə ünvanlamışdır. Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə ümumilikdə 6050 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Səfərə verdiyi ümumilikdə 6550 manat ona məxsus olmuş, Səfər ilə özü danışdığı üçün pulu da özü vermiş, lakin Səfər 500 manatını geri qaytarmışdır. Yəni Təqsirləndirilən şəxs konkret olaraq onu aldadıb 6050 manat pulunu ələ keçirmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 Vətən müharibəsində iştirak etmiş, buna görə də, ona müharibə iştirakçısı statusu verilmişdir. Oğlu Orxan heç bir yerdə işləmir. 2022-ci il sentyabr ayında Orxan evə gələrək Salyan rayon Məşğulluq İdarəsinin qarşısında Salyan şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olduğunu bildirmişdir. X13 Qurbanovun Qarabağ əlili olduğunu bildirmişdir. Orxan Səfərin onu işə düzəldəcəyini söz verdiyini bildirmişdir. O da Orxan kimi Səfərə inanmışdır. 2022-ci il sentyabrın 05-də Səfər mobil telefon vasitəsilə Orxana zəng edərək Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini deyərək 6500 manat xərcinin çıxacağını deyib sənədləri hazırlamaq üçün 1500 manat pul verməyini bildirmişdir. Orxan da problem olmadığını deyərək heyvan satdığını və verə biləcəyini demişdir. Səfər isə Orxana Salyan rayonu, Çuxanlı kəndində yerləşən fərdi yaşayış evində olduğunu deyərək pulu evinə gətriməyini bildirmişdir. Həmin vaxt Orxan ona birlikdə getməyi təklif etmiş, o da Orxan ilə razılaşaraq taksi ilə birlikdə Səfərin yaşadığı Salyan rayonu, Çuxanlı kəndinə getmişlər. Səfər ilə küçədə görüşmüşlər, Səfər onu və Orxanı evinə dəvət etmişdir. Səfər evdə söhbət edərək Orxana narahat olmamağını, yaxın zamanda düzəldəcəyini bildirmişdir. Orxan da 1500 manat pulu sayaraq onun yanında Səfərə vermişdir. Səfər sənədləri düzəldəcəyini, sonra qalan pulu verməli olduğunu bildirmişdir. Sonradan oğlu Orxanın Səfərin bank hesabına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul göndərdiyini öyrənmişdir. X11 6550 manat, bir qismini nağd şəkildə, digərlərin isə hesabına köçürtməklə vermişdir. Orxan işin düzəlmədiyini görüb Səfərə ona verdiyi pulun hamısını verməsini demiş, Səfər də verəcəyini bildirmişdir. Orxan Səfərin yalan danışdığını, pulu verməyəcəyini və ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Buna görə də, Orxan hüquq mühafizə orqanlarına şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 № ********* saylı cinayət işi üzrə 10 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 5-ci vərəqində olan materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Elvin Qənizadənin HK-1-68 saylı material üzrə 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış materal ərazi aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilməsinə qərar verilmişdir. Cinayət işinin 71-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 13 fevral 2023-cü il tarixli “zərər çəkmiş qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 105-ci vərəqində olan 01 mart 2023-cü il tarixl “şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsindən ötrü tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq istintaqa təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin 116-ci vərəqində olan 06 mart 2023-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da könüllü olaraq Salyan RPŞ-nə gəlmişdir. Cinayət işinin 111-113-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək ŞMV-nin 500 misli miqdarında cərimə cəzasına, Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək 6000 manat cərimə cəzası, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri il nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinmiş 03 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti tətbiq edilməklə şərti məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3, 71.5, 67, 68.2 və 70-ci maddələri tətbiq edilməklə 02 il sınaq müddəti tətbiq edilməklə şərti məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinmiş 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan 07 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 147-148-ci vərəqlərində olan 07 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 151-152-ci vərəqlərində olan 07 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin X6 azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin X9 saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunması qərara alınmışdır. Cinayət işinin 155-156-ci vərəqlərində olan Salyan rayon İHB-nin Salyan şəhər İƏDN tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və iki oğlu ilə birlikdə yaşayır, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 157-158-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 157/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək 2000 manat cərimə cəzası təyin olunmuşdur. Cinayət işinin 159-161-ci vərəqlərində olan 14 may 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan 22072058 nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dindirmə istintaq hərəkətinin aparılmasının videogörüntüsünə baxış keçirilmiş, görüntülər zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını, müharibə veteranı olmasını, könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə gəlməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi 2 epizodlu cinayət əməli üzrə zərər çəkmiş şəxslərə ümumilikdə dəymiş 21050 manat ziyandan cəmi 500 manat (1 epizod üzrə) ödəniş etmiş, digər 1 epizod üzrə ziyan ödənilməmiş və bunun nəticəsində zərərçəkmiş şəxslər haqlı olaraq Təqsirləndirilən şəxs şikayətçi olmuşlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), istintaq zamanı X7 saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətindən çıxılmaqla qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli 11 iyul 2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan RPŞ-nin X7 saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 11 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-91/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-91/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver