Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-92/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2023-cü ilin yanvarın 1-də saat 08 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən, yaşayış olmayan ata evinin həyətinə vahid niyyətlə qapıdan qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə olunan həyətdəki 300 manat dəyərində, bir ədəd dəmirdən hazırlanmış 2 laylı, 1,4 metr enində, 2 metr hündürlüyündə küçə qapısını, 40 manat dəyərində, bir ədəd avtomobillərdə istifadə olunan işlənmiş qaz balonunu, 100 manat dəyərində, bir ədəd 70 sm enində və 70 sm hündürlüyündə su çənini, 110 manat dəyərində, bir ədəd 5,5 metr uzunluğunda, 20 sm enində şvelleri, 10 manat dəyərində, bir ədəd 50 sm enində, 1 metr uzunluğunda dəmir lövhəni oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə cəmi 560,0 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs onun qonşusudur. Onların evinin qonşuluğunda Hicranın ata evi yerləşir.Təxminən 8-9 ildir ki, həmin evdə adam yaşamamış, buna görə də ev nəzarətsiz qalmış, o, da bundan istifadə edərək oğurluq etmişdir. 2023-cü ilin yanvar ayının 1-də səhər saatlarında qonşuluqda yerləşən Zərərçəkmiş şəxs ata evinin həyətinə oğurluq məqsədilə girmiş, həyətdən kiçik su çənini özü ilə gətirdiyi laqonda ilə doğramaqla, 2 laylı balaca dəmir qapıları, bir ədəd avtomobillərdə istifadə olunan işlənmiş qaz balonunu, bir ədəd köhnə list dəmiri, 5-6 metr uzunluğunda təxminən 20 sm enində olan şvelleri laqonda ilə iki yerə bölməklə oğurlayaraq öz həyətinə araba ilə aparmışdır. Oğurladığı əşyaların qalan hissəsini də öz həyətlərində laqonda ilə kəsib doğradıqdan sonra qonşuluqda yaşayan və taksi kimi fəaliyyət göstərən Mirheydərə zəng vurub özünə məxsus bir az dəmirləri olduğunu, onun maşını ilə dəmiryığan məntəqəyə satmaq üçün aparmasını xahiş etmiş, Mirheydərlə razılaşdıqdan sonra həmin dəmirləri onun maşınına yığıb 2 dəfəyə aparıb onları Salyan şəhərində "stansiya" deyilən ərazidə yerləşən Ceyhun adlı şəxsin dəmir yığma məntəqəsinə hər kq-nı 54 qəpikdən təhvil vermiş, həmin məntəqədən 120 manat pul almış və həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu o, tək törətmiş, oğurluğu edərkən onun yanında heç kim olmamış və kiminsə bundan xəbəri olmamışdır.Əməlindən peşimandır. O, zərərçəkmişə 450 manat pul verməklə vurulmuş ziyanı tam ödəmiş, qalan 110 manat dəyərində 20 sm enində 5,5 metr uzunluğunda şeveller isə “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsində saxlanılır. Himayəsində bir azyaşlı uşağı var. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi ilə, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Onun ünvan 2 ünvanda ata evi var və həmin evdə təxminən 7 ildir ki, heç kim yaşamır. Axırıncı dəfə o, ata evində 2022-ci ilin yay aylarında olmuş, 2023-cü il yanvarın 4-də ona zəng vurub ata yurdundakı küçə qapılarından birinin açıq olması barədə məlumat vermişlər. Ona görə də bacısı Sevda ilə birlikdə ata evinə gəlmiş, onun həyətindən 2 laylı küçə qapısı, bir ədəd avtomobillərdə istifadə olunan qaz balonu, bir tonluq dəmir su çəni, 5 metrlik şveller, bir ədəd dəmir lövhə oğurlanmasını aşkar etmişdir. Onun həyətindən oğurluğu Seyidəli, Taleh, Saleh ediblər. O, gedib Seyidəli və Mirtalehi tapıb onlardan oğurlanmış əşyalarını geri qaytarmalarını tələb etmiş, lakin cavabında onların həyətinə girib oğurluq etmədiklərini ona demişlər. Ona görə də məcbur qalıb ərizə ilə Salyan RPŞ-nə müraciət etmişdir. Bundan sonra Seyidəligil ona 300 manat pul təklif etmişlər, o, isə razılaşmamışdır. Oğurlanmış əşyalarının cəmi dəyəri təxminən 1200 manat olmaqla bir ədəd 1 tonluq su çəni 500 manat, 5 metrlik şveller 150 manat, dəmir qapı 250 manat, bir ədəd avtomobillərdə istifadə olunan qaz balonu 150 manat, bir ədəd dəmir lövhə isə 20 manat dəyərindədir. Məhkəmə iclasında Seyidəli ona 450 manat pul vermiş, 110 manat dəyərində şveller isə “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsində saxlanılır. O, Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona 450 manat məbləğində ziyan ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2021-ci ilin dekabr ayından "Baku STEEL KOMPANİ"-nin Salyan rayon dəmir yığma məntəqəsində baş mütəxəsis vəzifəsində işləyir və işlədiyi həmin məntəqədə köhnə, lazımsız dəmir məmulatlarını qəbul edir, sonra da onları Bakı şəhərində yerləşən şirkətlərinə göndərməklə məşğul olur. 2023-cü ilin yanvar ayının 2-də Təqsirləndirilən şəxs onların məntəqəsində göy rəngli VAZ 21011 markalı avtomobillə 120 kq doğranmış metal gətirmiş, onun gətirdiyi metalın hər kq-nı 54 qəpikdən qiymətləndirib pulunu Seyidəliyə vermişlər. İlk dəfə gələndə Seyidəli dəmirlərin yarısının hələ həyətdə qaldığını və onları sonra gətirəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının 3-də eyni maşınla onların məntəqəsinə 185 kq metal gətirmiş və yenə də eyni qayda ilə gətirdiyi metalın hər kq-na görə ona 54 qəpikdən pul hesablayıb vermişlər. Təqsirləndirilən şəxs məntəqəyə gətirdiyi dəmir məmulatlar kəsilmiş və doğranmış vəziyyətdə olmuş, soruşanda Seyidəli ona gətirdiyi metalların özünün olduğunu və onları öz həyətlərindən gətirdiyini demişdir. Seyidəlinin gətirdiyi doğranmış dəmirləri Bakı şəhərində yerləşən metalloma göndərmiş, onun gətirdiklərindən yalnız iki yerə bölünmüş şveller hazırda da məntəqənin həyətində qalmışdır. Təqsirləndirilən şəxs gətirdiyi dəmirlərin oğurluq olmasını bilməmiş və bu barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, VAZ 2101 markalı, 63BA853 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir və onunla hərdən bir yük də daşıyır. Təxminən 2023-cü ilin yanvarın 2-də Seyidəli ona zəng vurub onda olan köhnə dəmir metalları metalloma satmaq istədiyini bildirmiş, ondan həmin metalların oğurluq olubolmadığını soruşanda Seyidəli and içərək özünə məxsus olduğunu demişdir. Ona görə də maşını ilə Seyidəlinin yaşdığı evə gedib, təxminən 3 metr uzunluğunda bir ədəd şvelleri maşınının baqaj hissəsinə qoyub, aparıb Ceyhun adlı şəxsin işlədiyi metalloma təhvil vermişlər. Seyidəlinin orada nə qədər pul almasını o, bilməmiş, ancaq zəhmət haqqı kimi ona 4 manat pul vermişdir. Növbəti günü Seyidəli yenə də ona zəng vurmuş, o, da maşınla onların həyətinə getmiş, təxminən 2.5 metr uzunluğunda bir şveller, bir neçə dənə də köhnə metalları maşınına yığıb aparıb onları Ceyhun adlı şəxsin işlədiyi metalloma təhvil vermişlər. Yenə də Seyidəli ona benzin pulu kimi 4 manat pul vermişdir. Həmin malların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Narkotik vasitələrdən istifadə edir, buna görə də 3 ay əvvəl, yəni 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhərində yerləşən Narkoloji dispanserdə 16 gün müalicə olunmuş, müalicə aldıqdan sonra Salyan şəhərinə qayıtmış, qonşuları Hicranın həyətindən oğurluq olduğunu da həmin vaxt Hicranın özündən eşitmişdir. O, Hicranın ata həyətindən heç vaxt oğurluq etməmiş, sonradan Hicrandan eşitmişdir ki, sonuncunun həyətindən oğurluğu əmisi oğlu olan Seyidəli törətmiş və oğurladığı əşyaları da qonşuları Mirheydərin maşını ilə aparıb metalloma təhvil vermişdir. Hicranın ata həyətindən Seyidəli oğurluq edən dövrdə Salyan şəhərində olmamış, həmin vaxt o, Bakı şəhərində olmuşdur. Hicranın onun barəsində dedikləri hamısı yalandır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəldən qonşu kimi tanımış və onunla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 Mirbaba oğlu onun doğma əmi oğlanlarıdır və bir qohum kimi onlarla da münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Onların hər üçü narkotik vasitələrdən istifadə edirlər və özü 2022-ci ildə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ona məhkəmə hökmünə əsasən 1 il 29 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla hazırda da həmin cəzasını çəkir. Zərərçəkmiş şəxs ata evi onun yaşadığı evlə divar qonşuluğunda yerləşir və Hicranın ata həyətindən heç bir oğurluq hadisəsi etməmiş, həmin həyətdən dəmir çəni, şvelleri, dəmir qapıları kimin oğurlamasını da bilmir. Ancaq sonradan eşitmişdir ki, Hicranın həyətindən oğurluğu əmisi oğlu Seyidəli törədib və oğurladığı əşyaları da qonşuları Mirheydərin maşını ilə aparıb metalloma təhvil vermişdir. Təxminən 1 ay əvvəl Seyidəlinin Hicranın həyətindən şveller oğurladığını görmüş, lakin Seyidəli onun əmisi oğlu olduğundan bunu onun üzünə deyə bilmir və nə də deməyəcəkdir. Eşitdiyinə görə Hicranın ata evindən dəmir çəni, qapıları da Seyidəli oğurlayıb. Lakin onun həmin şeyləri hara aparmasını, kimə təhvil verməsini bilmir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Arzu Hacıyev tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X8, Salyan şəhəri N.Nərimanov küçəsi ev 65-də yaşayan Zərərçəkmiş şəxs, Salyan RPŞ-nin EKQ-nin eksperti polis kapitanı X9, hal şahidləri X10, X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:20-dən saat 18:05-dək Salyan şəhəri Ə.Qasımzadə küçəsi 113-də yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerində müxtəlif dəmir əşyaların oğurlanması faktı öz təsdiqini tapmış, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkilləri çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü tarixli Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Mürsəl Haşımov tərəfindən tərtib edilmiş raport və ona əlavə edilmiş SD diskdən görünür ki, Salyan rayonunda yerləşən “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsində quraşdırılmış videokamera görüntülərinə baxış keçirilmiş Zərərçəkmiş şəxs ata yurdundan oğurlanmış dəmir materialların Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən həmin metal qəbulu məntəqəsinə təhvil verilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokol və həmin protokola əlavə edilmiş bir ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il 01 yanvar tarixdə, saat 08 radələrində ünvan 2 ünvanda yerləşən evin həyətinə hansı qaydada və necə girməsi, həyətdən hansı əşyaları oğurlaması, sonra onları hansı qaydada öz yaşadığı evin həyətinə daşıması faktı bir daha öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş, baxış zamanı iki yerə bölünmüş hər birinin uzunluğu 5,5 metr olan 2 ədəd şveller aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Şahid2 tərəfindən verilmiş qəbzdən görünür ki, iki yerə bölünmüş hər birinin uzunluğu 5,5 metr, eni 20 sm olan 2 ədəd şveller saxlanması üçün ona təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli, 9/1173 nömrəli rəyindən görünür ki, dəmirdən hazırlanmış 2 laylı, 1,4 metr enində, 2 metr hündürlüyündə bir ədəd küçə qapısının dəyəri 300 manat; avtomobillərdə istifadə olunan işlənmiş bir ədəd qaz balonunun dəyəri 40 manat; 70 sm enində və 70 sm hündürlüyündə bir ədəd su çəninin dəyəri 100 manat; 5,5 metr uzunluğunda, 20 sm enində bir ədəd şvellerin dəyəri 110 manat; 50 sm enində, 1 metr uzunluğunda bir ədəd dəmir lövhənin dəyəri 10 manat; ekspertiza təyini barədə qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 560,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 9/1173 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş; Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi cinayət işi üzrə sübut növü kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd 5,5 metr uzunluğunda, 20 sm enində dəmir şveller maddi sübut kimi tanınmış; onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Şahid4, X1, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmiş; Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 814 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı 1986-cı il təvəllüdlü X3 və 2012-ci iəvəllüdlü X4ndan ibarətdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvarın 1-də saat 08 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən, yaşayış olmayan ata evinin həyətinə vahid niyyətlə qapıdan qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə olunan həyətdəki 300 manat dəyərində, bir ədəd dəmirdən hazırlanmış 2 laylı, 1,4 metr enində, 2 metr hündürlüyündə küçə qapısını, 40 manat dəyərində, bir ədəd avtomobillərdə istifadə olunan işlənmiş qaz balonunu, 100 manat dəyərində, bir ədəd 70 sm enində və 70 sm hündürlüyündə su çənini, 110 manat dəyərində, bir ədəd 5,5 metr uzunluğunda, 20 sm enində şvelleri, 10 manat dəyərində, bir ədəd 50 sm enində, 1 metr uzunluğunda dəmir lövhəni oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə cəmi 560,0 manat məbləğində maddi ziyan vurması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Təqsirləndirilən şəxs vurulmuş ziyanı zərərçəkmişə tamamilə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Ə.Qasımzadə küçəsi ev 115-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməklə vurduğu ziyanı aradan qaldırmış,əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində bir azyaşlı uşağı var. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsində saxlanılan 20 sm enində 5,5 metr uzunluğunda şeveller Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Ə.Qasımzadə küçəsi ev 115də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və “X22”nin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsində saxlanılan 20 sm enində 5,5 metr uzunluğunda şeveller Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-92/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-92/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver