Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-92/2025 14.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2025-ci il iyunun 24-də saat 14 radələrində səyyari satışı ilə məşğul olduğu geyim əşyalarını satmaq məqsədilə ünvan 1 ünvanında yaşayan tanışı X7 həyətinə gəlmiş, bir neçə dəqiqə sonradan həmin həyətə gəlmiş tanışı Şahid1 satmağa gətirdiyi əşyaları nümayiş etdirən zaman sonuncunun öz tanışı Zərərçəkmiş şəxs müvəqqəti istifadə üçün götürdüyü və qaytarmaq üçün özü ilə gətirdiyi içərisində həmin qızıl-zinət əşyaları olan selofan paketin içərisinə baxarkən orada qızıl-zinət əşyalarını görüb tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə Şahid1 həmin anda diqqətinin yayındığından istifadə edərək içərisində Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları olan selofan paketi qatlayıb özünə aid selofan torbanın içərisinə qoyub Lamiyə Məmmədovanın həyətini tərk edib oradan gedərək 2450 manat qiymətində 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağını, 4400 manat qiymətində 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağını, 1000 manat qiymətində 5,34 qram çəkidə 750 əyarlı qızıldan, kənarları 583/585 əyarlı qızıldan hazırlanmış üzərində 6 ədəd hər biri 0,098 karat və 15 ədəd hər biri 0,004 karat briliant qaşları olan “paxlava” formalı qızıl üzüyü və cəmi 1200 manat qiymətində 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan, kənarları isə 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən ümumilikdə cəmi 9050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Bir neçə ildir ki, şizofreniya diaqnozu ilə müalicə almışdır, İİİ qrup əlil olmuş, hazırda əlilliyi ləğv olunmuşdur. O, qadın-kişi geyimləri və sair əşyalar satmaqla məşğuldur, zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs və Bayramxatını müştərisi kimi tanımışdır. İyunun 24-də günorta saatlarında içərisində satmaq üçün götürdüyü əşyalar olan 5-6 ədəd selofan paketlərlə Könülün həyətinə gəlmiş, Könül əri onu görməsin deyə qonşuluqda yerləşən, qızı- Lamiyyənin həyətinə getməsini təklif etmiş, o da Lamiyyənin Salyan şəhəri Ə.Hüseynzadə küçəsi 52-də yerləşən həyətinə getmişdir. Bir qədər sonra həyətə Bayramxatın onun satdığı əşyalara baxmaq üçün gəlmiş, həyətdə olan yelləncəkdə oturmuş, əlindəki sellofan paketləri də yelləncəyin üzərinə qoymuşdur. Bayramxatının mallara baxmağa başı qarışdığını görüb, yelləncəyin üzərində olan boş sellofanın içinə baxmış, orada sellofan paketdə qızıl əşyalarının olduğunu görmüş, fürsətdən istifadə edib həmin qızıllar olan sellofan paketi götürüb özünə məxsus sellofan torbanın içinə qoymuşdur. Bundan sonra Lamiyə ona taksi sifariş etdiyini, küçədə taksinin gözlədiyini demiş, o, öz əşyaları ilə birlikdə içərisində qızıllar olan həmin selofan paketi də götürüb tələsik həyətdən çıxıb küçədə gözləyən taksiyə minib oradan getmişdir. Həmin taksi ilə Salyan rayonu Arbatan kəndi yolunda dayanan taksi dayanacağına getmiş, orada düşərək başqa taksiyə minib, taksi ilə Salyan rayonu Qarabağlı kəndinə-xalasıgilə getmişdir. Yolda olarkən oğurladığı qızıllara baxdıqda bunların 2 ədəd qızıl qadın üzüyü, 1 cüt qızıl qadın sırğa dəsti, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı olduğunu bilmişdir. Xalasıgilə çatmış, lakin qızılları orada gizlədə bilməmiş, yenidən həmin taksi ilə Salyan şəhərinə qayıtmışdır. Yolda polis əməkdaşları həmin taksini saxlamış, Salyan RPŞ-yə getmişlər. Polis əməkdaşları tərəfindən onunla aparılmış çoxsaylı söhbətlərdən sonra oğurladığı və üzərində gizlətdiyi həmin qızılları çıxararaq polisə təqdim etmişdir. Ona müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduğu elan olunmuş, müvafiq protokol tərtib olunmuş, o, protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Oğurladığı qızıllar zərərçəkmişə qaytarılmış, sonuncu ondan şikayətçi deyil, barışmışlar, əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Xəstə olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən görünür ki, Salyan şəhər sakini Şahid1 uzun illərdir yaxın rəfiqəsidir. İyunun 23-də Bayramxatın ilə birlikdə Salyan şəhərində toy şənliyinə getməliymişlər. Bayramxatın nisbətən kasıb adam olduğundan toyda özünü narahat hiss etməməyi üçün iyunun 20-də öz həyətində olarkən özü Bayramxatına təklif etmişdir ki, toya gedərkən onun bəzi qızıl-zinət əşyalarını götürüb üzərinə taxsın və toydan sonra qaytarsın. Bayramxatın etiraz etmədiyindən özünə məxsus 1 ədəd “paxlava” formalı briliant qaşlı qızıl üzüyü, “gül” formalı qızıl üzük və sırğa dəstini, 1 ədəd qızıl qolbağı və 1 ədəd “tros” qızıl boyunbağını Bayramxatına vermişdir. Həmin gün Bayramxatın onlarda olarkən səyyar qaydada paltar və xırdavat əşyaların satışı ilə məşğul olan Seyidxanım adlı qadın onların həyətinə gəlib satdığı əşyaları göstərməyə başlamışdır. O, Seyidxanımdan aldığı bir-iki geyim əşyasının pulunu ödəyib 30 manat borclu qalıb 2-3 gündən sonra gəlib qalan pulu aparmağını istəmişdir. Həmin vaxt Bayramxatın da özünə geyim və optik eynəklər alıb pulun bir hissəsini Seyidaxanıma ödəyib qalan 14 manatı 2-3 gündən sonra ödəyəcini demişdir. İyunun 24-də təxminən saat 13 radələrində Seyidxanım onun həyətinə gəlib satmağa yeni paltarlar gətirdiyini və borclu qaldıqları pulu vermələrini istəmişdir. O Seyidxanıma demişdir ki, əri evdədir, onu burada görməsin, qonşuluqda yaşayan qızıgilin həyətinə getsin. Çünki ərinin Seyidxanımdan xoşu gəlmədiyindən dəfələrlə ona tapşırmışdır ki, sonuncunu həyətə buraxmasın. Seyidxanım getdikdən sonra, o Bayramxatın ilə telefon əlaqəsi saxlayıb Seyidxanımın gəldiyini demişdir, həmin vaxt Bayramxatın ona demişdir ki, qızılları da gətirib qaytaracaqdır. Təxminən 20 dəqiqədən sonra Bayramxatın onların həyətinə girdikdə, o ərinin evdə olduğunu deyib qızı Lamiyəgilə getməyini istəyib özünün də birazdan gələcəyini bildirmişdir. Bundan təxminən 30 dəqiqə sonra ərinin qızlarıgilə getmək istədiyini bilib tez həyətdən çıxıb qonşuluqda yaşayan qızı Lamiyənin həyətinə gəlib Seyidxanıma demişdir ki, indi əri buraya gələcəkdir, burada onu görməsin deyə tez öz əşyalarını yığışdırıb çıxıb getsin. Bundan təxminən 10 dəqiqə sonra yenidən qızıgilin həyətinə gəldikdə Bayramxatının yelləncəkdə tək oturduğunu, Seyidxanımın isə artıq həyətdə olmadığını, lakin qutuların və selofan paketlərin bir hissəsinin həyətdə qaldığını görüb Seyidxanım harada olduğunu soruşmuşdur. Həmin vaxt qızı Lamiyə demişdir ki, Seyidxanımın xahişi ilə öz telefonu ilə taksi sifariş vermişdir və Seyidxanım da öz əşyalarını tələm-tələsik yığışdırıb çıxıb getmişdir. O, bundan sonra bir qədər rahatlanmış və Bayramxatına demişdir ki, əri həyətə gəlməmiş qızılları versin ki, aparıb yerinə qoya bilsin. Lakin Bayramxatın yanındakı bir neçə selofan torbalara baxıb həyəcanlı şəkildə qızılların yerində olmadığını demişdir. Onlar Seyidxanımın həyətdə qalmış torbalarının və qutularının içərisinə baxsalar da, qızılları tapa bilməmişlər. Bundan sonra həyətdəki müşahidə kameralarına baxdıqda görmüşdür ki, Seyidxanım öz əşyalarını yığışdıran zaman yelləncəkdə oturmuş Bayramxatının yanındakı selofan torbanı götürüb açıb torbanın içərisinə 2-3 saniyə diqqətlə baxdıqdan sonra həmin torbanı büküb öz əşyalarının üstünə qoymuş və tələm-tələsik həyətdən çıxıb küçədə gözləyən taksi avtomaşınına minib getmişdir. Seyidxanımın mobil telefonu olmadığından əlaqə saxlamaq üçün sifariş verilmiş taksi sürücüsünün mobil telefon nömrəsinə zəng edib onların ünvanından götürdüyü müştərini hansı ünvana apardığını soruşmuşdur. Sürücü telefonda bildirmişdir ki, müştərini əvvəlcə “köhnə bərə ağzı” istiqamətində aparmış, lakin yarıyolda müştəri fikrini dəyişib Arbatan kəndinə gedən yolda düşəcəyini demiş və həmin yerdə də taksidən düşüb getmişdir. Artıq burada ona tam aydın olmuşdur ki, Seyidxanım onun qızıllarını Bayramxatından oğurlayıb aparmışdır. Ona görə Bayramxatına demişdir ki, öz qızıllarını ərindən xəbərsiz vermişdir, əgər əri Seyidxanımın onların həyətinə gəldiyini və üstəlik qızılları da oğurlayıb apardığını bilsə mütləq onu boşayacaqdır və Bayramxatından xahiş etmişdir ki, baş vermiş hadisə barədə 102 xidmətinə zəng edib öz adından məlumat versin. Bayramxatın da onun xahişi ilə 102 xidmətinə zəng edib öz qızıllarının oğurlandığı barədə məlumat vermişdir. Ona məxsus olmuş Seyidxanım tərəfindən oğurlanmış qızılzinət əşyalarının ayrı-ayrılıqda dəqiq qiymətlərini bilmir, lakin ümumilikdə ona təxminən 25000 manat zərər dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin iş üzrə zərərçəkən şəxsdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2025-ci il iyunun 24-də özünə məxsus qızılların oğurlanması barədə DİN-in 102 xidmətinə məlumat verib daha sonra həmin tarixdə rayon polis şöbəsinə ərizə yazmışdır. O, baş vermiş həmin hadisə ilə bağlı güclü həyəcan keçirdiyindən həm 102 xidmətinə verdiyi məlulmatda, həm də yazdığı ərizədə oğurlanmış qızılların özünə məxsus olduğunu bildirsə də, əsl həqiqətdə həmin qızıllar özünə deyil, rəfiqəsi Zərərçəkmiş şəxs məxsus olmuşdur. Belə ki, həmin qızıl-zinət əşyalarını, yəni 1 ədəd “paxlava” formalı briliant qaşlı qızıl üzüyü, “gül” formalı qızıl üzük və sırğa dəstini, 1 ədəd qızıl qolbağını və 1 ədəd “tros” qızıl boyunbağını iyunun 20-də Könül ilə birlikdə toy şənliyinə getməyə hazırlaşarkən Könülün öz təklifi ilə götürüb öz üzərinə taxmışdır. Həmçinin həmin gün Könülgildə olarkən əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş, səyyar qaydada paltar və xırdavat əşyaların satışı ilə məşğul olan Seyidxanım adlı qadından 2 kofta və iki ədəd optik eynək seçib götürmüşdür. O, əşyaların pulunu Seyidxanıma verərkən 14 manat borclu qalıb demişdir ki, eynəkləri və koftanı aparıb evdə yoxlayacaq, xoşuna gəlməsə qaytaracaq, xoşuna gəlsə isə pulunu 2-3 günə verəcəkdir. İyunun 24-də günortaya yaxın saatlarda Könüldən götürdüyü qızılları özünə qaytarmaq üçün telefon əlaqəsi saxladıqda Könül ona demişdir ki, Seyidxanım satmağa paltar gətirib. Ona görə Könülün qızıllarını kiçik bir selofan paketə qoyub daha sonra həmin paketi başqa bir selofan torbanın içərisinə qoymuşdur, həmçinin Seyidxanımdan aldığı kofta və eynəkləri də qaytarmaq üçün həmin torbaya qoyub Könülgilin həyətinə gəlmişdir. O, Könülün həyətinə gəldikdə Könül əri Azərin evdə olduğunu deyib qızı Lamiyəgilə getməyini istəmişdir. O da Könülün həyətindən çıxıb qonşuluqda yaşayan qızı Lamiyənin həyətinə gəlmişdir. Lamiyənin həyətinə girdikdə burada Seyidxanımın və Lamiyənin azyaşlı qızının olduğunu görmüşdür. Seyidxanım həyətdəki yelləncək-divanda oturub satmağa gətirdiyi əşyaları öz ətrafına düzmüşdür. O, salamlaşıb Seyidxanımdan aldığı koftanı və eynəkləri özünə qaytarmışdır. Həmin vaxt Seyidxanım demişdir ki, satmağa yeni paltarlar gətirib və təklif etmişdir ki, paltarlara baxıb bəlkəm nə isə bəyəndi. O da yelləncəyə əyləşib Seyidxanımın ətrafa düzdüyü paltarlara baxmağa başlamışdır, içərisində Könülün qızılları olan selofan torbanı isə öz yanına qoymuşdur. Təxminən 15-20 dəqiqədən sonra Könül də həyətə gəlib Seyidxanıma demişdir ki, indicə əri bu həyətə gələcəkdir, burada onu görməsin deyə öz əşyalarını yığışdırıb çıxıb getsin. Könül bunları deyib həyətdən çıxıb getdikdən sonra Seyidxanım da tələm-tələsik öz əşyalarını yığışdırıb həyətdən çıxıb getmişdir. Seyidxanım o qədər tələsik getmişdir ki, hətta öz əşyalarının bir hissəsini orada qoyub getmişdir. Bir neçə dəqiqədən sonra Könül yenidən həyətə gəlmişdir və o, qızılları Könülə qaytarmaq istədikdə məlum olmuşdur ki, içərisində qızıl əşyalar olan selofan torba qoyduğu yerdə öz yanında yoxdur. Seyidxanımdan qalmış selofan torbaların və qutuların içərisinə baxsalar da, qızılları tapa bilməmişlər. O, baş vermiş hadisədən bərk qorxaraq həyəcan keçirməyə başlamışdır, düşünmüşdür ki, uzun illərin rəfiqəsi Könül qızılların onun tərəfindən oğurlandığını hesab edəcəkdir. Könül isə onu sakitləşdirməyə başlayıb yəqin qızılların Seyidxanım tərəfindən oğurlandığını demişdir. Daha sonra Könül həyətdəki müşahidə kameralarına baxıb demişdir ki, onun selofan torbasını həqiqətən Seyidxanım götürüb tələm-tələsik həyətdən çıxıb getmişdir. Bundan sonra Könül demişdir ki, öz qızıllarını ərindən xəbərsiz vermişdir, əgər əri Seyidxanımın həyətə gəldiyini və üstəlik qızılları da oğurlayıb apardığını bilsə onu boşayacaqdır və buna görə 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumatı öz adından verməyini istəmişdir. O da rəfiqəsinin evində söz-söhbətə səbəb olmamaq üçün DİN-in 102 xidmətinə zəng edib həmin məlumatı vermiş, daha sonra verdiyi ərizədə qızılların özünə məxsus olduğunu bildirmişdir. Oğurlanmış qızıllar rəfiqəsi Zərərçəkmiş şəxs məxsus olmuşdur, həmin qızılların dəyəri və qiyməti barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz-21102” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğuldur, Salyan şəhərində fəaliyyət göstərən *0066 taksi şirkəti ilə çalışır. Taksi kimi daimi duracaq yeri Salyan şəhərindəki 9 mərtəbəli yaşayış binasının yanıdır, həmçinin *0066 xidmətinə sifariş vermiş sərnişinləri də daşımaqla məşğuldur. 2025-ci il iyunun 24-də təxminən saat 14 radələrində ünvan 2 ünvana gəlmiş, oradan əlində sellofan torbalar olan bir nəfər cavan qadın onun maşınına minmişdir. Bir qədər getdikdən sonra sonradan adını bildiyi sərnişin- Seyidxanım fikrini dəyişib “köhnə bərə ağzı” deyilən məhəlləyə gedəcəyini demiş, o da həmin istiqamətə sürmüşdür. Lakin “köhnə bərə ağzı” məhəlləsinə az qalmış Seyidxanım fikrini dəyişib onu Qarabağlı kəndinə aparmağını istəmiş, o, yolun uzaq olduğunu deyib kəndə getməkdən imtina etmişdir. Seyidxanım onu Arbatan kəndində gedən yolda dayanan taksilərin yanına aparmağı istəmişdir. Arbatan kəndində gedən yola girib təxminən 50 metr getdikdın sonra Seyidxanım maşını saxladıb orada maşından düşmüş, ona 6 manat yol haqqı vermişdir. O da nahar etmək üçün kafeyə getmişdir. Kafedə olan zaman taksi sifarişi vermiş nömrədən zəng gəlmiş, zəngə cavab verdikdə qarşı tərəf qadın müştərini hara apardığını soruşmuş, o cavab vermişdir ki, müştərini öz istəyi ilə Arbatan kəndinə gedən yolda “Almarket” adlı mağazanın yanında düşürmüşdür. Onun Seyidxanımın qızıl oğurlamasından xəbəri olmamış, bilsə idi onu maşınla aparmazdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz-21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Taksi kimi daimi duracaq yeri Salyan şəhərindən Arbatan kəndinə gedən yol ayrıcıdır. 2025-ci il iyunun 24-də təxminən saat 15 radələrində Arbatan kəndinə gedən yol ayrıcında taksi sürücüsü kimi tanıdığı Nazimin maşını onun maşının yaxınlığından saxlamış, bir qadın əlində sellfon torbalarla maşından düşərək gəlib onun avtomobilinin arxa oturacağına əyləşmiş, Arbatan kəndinə getmək istədiyini bildirmiş, maşını Arbatan kəndi istiqamətinə sürmüşdür. Seyidxanım Arbatan kəndinə deyil, Kərimbəyli kəndinə gedəcəyini, ona yol haqqı kimi 15 manat pul verəcəyini bildirmiş, o, razılaşıb maşını Kərimbəyli istiqamətində sürmüşdür. Oraya çatdıqdan sonra Seyidxanım xalasına baş çəkməyə getdiyini deyib orada 10-15 dəqiqə gözləyib yenidən onu Salyan şəhərinə gətirməyi xahiş etmiş, o, da orada gözləmişdir. Həmin vaxt həyətdən bir yaşlı kişi küçəyə çıxıb onu həyətə dəvət etmiş, lakin o, həyətə girməyib, təşəkkür edib maşının yanında gözləmişdir. Bu vaxt onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəngə cavab verdikdə danışan şəxs polis əməkdaşı olduğunu deyib avtomobilindəki qadın sərnişini harada düşürdüyünü soruşmuş, olduqları yeri bildirib sərnişini Salyan şəhərinə gətirəcəyini dedikdə polis əməkdaşı sərnişini duyuq salmamaq şərti ilə Salyan şəhərindəki “Qələbə” adlı yanacaqdoldurma məntəqəsinə gətirməyi tapşırmışdır. Seyidxanım gəldikdən sonra maşını Salyan şəhəri istiqamətində sürmüşdür. Salyan şəhərindən Noxudlu kəndinə gedən yolun üzərindəki “Qələbə” adlı yanacaqdoldurma məntəqəsinə çatdıqda avtomobili saxlamış, mülki geyimdə olan polis əməkdaşları maşına əyləşərək rayon polis şöbəsinə getməyi təklif etmişlər, Salyan RPŞyə getmişlər. Onun Seyidxanımın qızıl oğurlmasından məlumatı, xəbəri olmamışdır. İş materiallarında olan Şahid1 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə çantasından təxminən 20-25 min manat dəyərində qızıl-zinət əşyaları naməlum qadın tərəfindən oğurlanmışdır. Odur ki, qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən tərtib edilmiş 24 iyun 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hal şahidləri - X8, X9, iştirakçılar – Şahid1, Zərərçəkmiş şəxs oğlunun, Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə Şahid1 şikayəti əsasında Salyan şəhəri Ə.Hüseynzadə küçəsi 52 ünvanına baxış keçirilmiş, baxış zamanı Şahid1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta vaxtı baxış keçirilən ünvanda alverçi Seyidxanımın satmaq üçün gətirdiyi əşyalara baxarkən Zərərçəkmiş şəxs götürdüyü qızıllar oğurlanmışdır, həmin qızılların Seydixanım tərəfindən oğurlandığından şübhələnir. Buna görə də şikayət etmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Vasif Sadıqov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan şəhəri Ə.Hüseynzadə küçəsi 52-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının oğurlanması faktı ilə əlaqədar olaraq tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən oğurluq hadisəsini törətməkdə xx.xx.1995-ci il təvəllüdlü, Salyan şəhəri Y.Zərgərli küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edilmiş və o, xx.xx.2025-ci il tarixdə saat 16-30 radələrində Salyan şəhəri ərazisində saxlanılaraq maddi sübutlarla birlikdə saat 16:50-də RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı həmin tarixdə saat 16:30-dan məhdudlaşdırılmış, həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaydcan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. X4 maddi zərər vurulduğu üçün iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan, qərardan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs öz əynindəki alt paltarında gizlətdiyi ağ rəngli selofan paketi çıxardıb açaraq içərisindəki əşyaları təqdim edərək bildirmişdir ki, həmin qızıl-zinət əşyaları 2025-ci il iyunun 24-də günorta saatlarında Salyan şəhəri Ə.Hüseynzadə küçəsi 52 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs qızı Lamiyə Məmmədovanın həyətində olarkən digər tanışı Şahid1 özü ilə gətirdiyi selofan paketdə olmuşlar, öz əşyalarını yığarkən içərisində qızıl-zinət əşyaları olan həmin selofan paketi də oğurlayıb öz əşyalarının arasında gizlədib hadisə yerindən getmişdir, həmin paketdəki əşyalara keçirilmiş baxışla bunların sarı rəngli metaldan hazırlanmış 1 ədəd “paxlava” formalı üzərində qaşları olan qadın üzüyü, “gül” formalı üzərində qaşları olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət üzük-sırğa dəsti, 1 ədəd qadın boyunbağı və 1 ədəd qadın qolbağı olduğu müəyyən edilmişdir. Baxış həmin tarixdə saat 19:00-da başlamış, saat 19:15-də qurtarmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, saxlamaq üçün Şahid1 verdiyi 1 ədəd boyunbağı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl qolbaq naməlum şəxs tərəfindən çantadan oğurlanmış, ona təxminən 25000 manat ziyan dəymişdir. Cinayətkarın aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən tərtib olunmuş “müşahidə kamerasından götürülüb istintaqa təqdim olunmuş DVD formatlı diskdə olan vedeogörüntüyə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 2025-ci il iyunun 24-də saat 13:52 dəqiqədə Lamiyə Məmmədovanın yaşadığı evin həyətindəki yelləncək-divanda Təqsirləndirilən şəxs əyləşmiş, ətrafında və yerdə satdığı əşyaları düzmüşdür, bu vaxt Şahid1 sol əlindəki bənövşəyi rəngli selofan torba ilə həyətə daxil olaraq Seyidxanım ilə söhbət etməyə başlamışdır, burada videogörüntü kəsilərək saat 14:20 dəqiqədən davam etmişdir və həmin videogörüntüdə Bayramxatının yelləncəkdivanda oturub ətrafındakı əşyalara diqqətlə baxmaqla məşğul olduğu, ev sahibi Lamiyənin orada ayaq üstə dayanıb öz telefonu ilə kiminləsə danışdığı, həmin vaxt Seyidxanımın öz əşyalarını tələsik yığışdırmaqla məşğul olduğu və yelləncəkdə oturmuş Bayramxatının yanındakı selofan torbanı açıb içərisinə bir neçə saniyə baxdıqdan sonra həmin torbanı büküb öz əşyalarının üzərinə qoyduğu, daha sonra içərisində qızıl-zinət əşyaları olan Bayramxatının özü ilə gətirdiyi bənövşəyi rəngli həmin selofan torbanı və özünün digər 3-4 ədəd selofan torbasını götürüb saat 14:23 dəqiqədə tələm-tələsik həyətdən küçəyə çıxaraq onu gözləyən ağ rəngli taksi avtomaşınına minib oradan getmişdir. Baxış həmin tarixdə saat 10:55-də başlamış, saat 11:30-da başa çatmışdır. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən tərtib olunmuş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 11:10-dan 11:25dək Salyan şəhəri Ə.Hüseynzadə küçəsi 52 ünvanında aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs həmin ünvandan Şahid1 özü ilə gətirdiyi içərisində qızıllar olan sellofan paketi həyətdəki yelləncəyin üzərindən oğurladığını bir daha etiraf edərək, qızılları oğurladığı yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı rəqəmsal kamera ilə fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Tural Əhmədlinin verdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş məlumatlarla müəyyən edilmişdir ki, 24 iyun 2025-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yaşayan Lamiyə Məmmədovanın həyətində geyim əşyalarını satmağa gəlmiş Təqsirləndirilən şəxs həmin vaxt həmin həyətdə olmuş tanışı Bayramxatın Əsgərovanın özü ilə gətirdiyi rəfiqəsi Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını oğurlayıb hadisə yerindən getmişdir. Həmçinin əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbuluna meyillidir, heç yerdə işləmir, hərdən səyyar qaydada geyim əşyalarının və xırdavat malların satışı ilə məşğuldur, qonşular arasında mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Salyan Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “Şəxsiyyətin isterik tipli pozuntusu, dekompensasiya vəziyyəti, psixotik daxil olmalarla” diaqnozu ilə psixonevroloji qeydiyyatdadır, narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs “İsterik tipli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla psixotik hallarla” diaqnozu ilə Salyan Rayonlararası Psixiatrik Xəstəxanasında xx.xx.2019 – xx.xx.2019, xx.xx.2019 – xx.xx.2019, xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə stasionar müalicədə olmuşdur, sonuncu dəfə Salyan RMX-nın xx.xx.2025-ci il tarixli 188 saylı göndərişinə əsasən xx.xx.2025-ci il tarixdə eyni diaqnozla xəstəxanaya daxil olmuş və xx.xx.2025-ci il tarixdə müalicənin davam etdirilməsindən könüllü olaraq imtina etdiyi üçün həmin tarixdən evə buraxılmışdır. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş içərisində xx.xx.2005-ci il tarixdə ünvan 3də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri olan möhürlənmiş 01 ədəd zərfdən görünür ki, KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədinin (ADİS məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta, adsız və çeçələ barmaqları (böyük qabın çöl hissəsindən) ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-71-6/2-1050 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Zərgərli küçəsi ev 9 da yaşayır. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-71-6/2-1021 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ƏƏSMN-nin “tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “şəxsiyyətin isterik tipli pozuntusu, fəsadlaşmış isterik fuqa uzunmüddətli dekompensasiyalarla” diaqnozu ilə 3-cü dərəcəli əliliyi müəyyən edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Nadirova (Cavadzadə) Seyidxanım Rövşən qızı “Şəxsiyyətin isterik tip pozuntusu dekompensasiya ərəfəsində PAM qəbulu ilə fəsadlaşma” diaqnozu ilə dəfələrlə adı göstərilən xəstəxanada stasionar müalicədə olub, sonuncu dəfə xx.xx.2021ci il tarixdə xəstəxanaya qəbul olunub və xx.xx.2021-ci il tarixdə xəstəxanadan evə yazılıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2025-ci il tarixli 6/2556 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatların nəticəsində tədqiqata təqdim edilmiş məmulatların metalı, əyarı və digər göstəricələri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Sarı rəngli, üzərində “585” damğası olan 1 ədəd qolbaq – 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmışdır.
2. Sarı rəngli 1 ədəd boyunbağı – 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmışdır.
3. Sarı rəngli, üzərində 21 ədəd rəngsiz şəffaf qaşları və “750” damğası olan 1 ədəd üzük – 5,34 qram çəkidə üzük 750 əyarlı qızıldan hazırlanmışdır, lakin üzüyün kənarlarına bərkidilmiş 2 ədəd predmet isə 583/585 əyarlı qızıldan hazırlanmışdır, üzərində 6 ədəd hər biri təxminən 0,098 ct və 15 ədəd hər biri təxminən 0,004 ct brilyant qaşları vardır.
4. Üzərlərində ümumilikdə 21 ədəd rəngsiz səffaf qaşları və “583” damğası olan sarı rəngli 1 dəst sırğa cütü-üzük – 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmışdır, lakin üzüyün kənarlarına bərkidilmiş 2 ədəd predmet 925 əyarlı gümüşdən hazırlanmışdır, üzərlərindəki qaşlar qiymətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/2556 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan Məhkəmə-X1 xx.xx.2025-ci il tarixli 2570 №-li “kompleks ambulator məhkəmə psixiatrik və psixoloji” ekspertizasının rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə:
1. Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu, kompensasiya vəziyyətində aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətditi əməl dövründə isterik tipli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs tərətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yəni, törətdiyi əmələ görə anlaqlı hesab edilir.
2. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və bu barədə istintqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə:
3. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir.
4. Təqsirləndirilən şəxs əqli imkanlarında gerlik əlamətləri aşkar edilmir.
5. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində nümayişkaranəlik, situasiyanı öz xeyrinə yönəldib danışmaq, eqosentrizm, kobudluq, xarici qıcıqlara qarşı həssaslıq və s. aşkar edilir.
6. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir.
Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin tərəfindən verilmiş materialların -məhkəmə ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X6 X12 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji kspertizasının rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan “Diamond” qızıl-zinət əşyaların satışı mağazasının sahibi, fərdi sahibkar zərgər Eldar Səmədov tərəfindən verilmiş qiymətləndirmə haqqında 20 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Salyan şəhərində yerləşən “Diamond” qızılzinət əşyaların satışı mağazasına istintaq tərəfindən nümunə kimi təqdim edilmiş qızılzinət əşyaların 2025-ci ilin iyun ayına olan Salyan şəhərində orta bazar satış qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. 21,12 qram çəkidə, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağı – 2450 (iki min dörd yüz əlli) manat;
2. 39,86 qram çəkidə, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı – 4400 (dörd min dörd yüz) manat;
3. 5,34 qram çəkidə, üzüyün özü 750 əyarlı qızıldan, kənarları 583/585 əyarlı qızıldan olan, üzərində 6 ədəd hər biri 0,098 ct və 15 ədəd hər biri 0,004 ct briliant qaşları olan “paxlava” formalı qızıl üzük – 1000 (min) manat; Cəmi 10,84 qram çəkidə, 583/585 əyarlı qızıldan, kənarları 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəsti – 1200 (min iki yüz) manat. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş cinayət işi üzrə maddi sübut kimi tanınmış 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağı, 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 5,34 qram çəkidə 750 əyarlı, kənarları 583/585 əyarlı qızıldan hazırlanmış üzərində 6 ədəd hər biri 0,098 ct və 15 ədəd hər biri 0,004 ct briliant qaşları olan “paxlava” formalı qızıl üzük və cəmi 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan, kənarları 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəsti məhkəməyədək saxlanılması üçün zərərçəkmişə şəxsə təvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Salyan RPŞ-də xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 cüt qızıl qadın sırğası və 2 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl qadın boyunbağısı və 1 ədəd qızıl qolbağı məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il iyunun 26-da Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın və ona elan edilmiş ittihamın məzmununda əlavələr və düzəlişlər edilib həmin maddədə nəzərdə tutulan ittiham yenidən ona elan olunmuş; Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə öz təqsirini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin ümumi məbləği və oğurlanmış qızıl-zinət əşyaların cəmi qiyməti 9050 manat kimi qəbul edilmiş; Şahid3 və Şahid2 əməllərində hər hansı cinayətin tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl-zinət əşyaların iş üzrə maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanıması üçün zərərçəkmişə şəxsə qaytarılması nəzərə alınmış; təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolu, şübhəli şəxs tərəfindən maddi sübutun təqdim edilməsi protokolu, zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi videogörüntünü əks etdirən 01 ədəd DVD disk və diskə baxış protokolu, “Diamond” qızıl-zinət məmulatlarının satışı mağazasının qiymətləndirmə arayışı, digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan müstəntiq İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2025-ci il iyunun 24-də saat 14 radələrində səyyari satışı ilə məşğul olduğu geyim əşyalarını satmaq məqsədilə ünvan 1 ünvanında yaşayan tanışı X7 həyətinə gəlmiş, bir neçə dəqiqə sonradan həmin həyətə gəlmiş tanışı Şahid1 satmağa gətirdiyi əşyaları nümayiş etdirən zaman sonuncunun öz tanışı Zərərçəkmiş şəxs müvəqqəti istifadə üçün götürdüyü və qaytarmaq üçün özü ilə gətirdiyi içərisində həmin qızıl-zinət əşyaları olan selofan paketin içərisinə baxarkən orada qızılzinət əşyalarını görüb tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə Şahid1 həmin anda diqqətinin yayındığından istifadə edərək içərisində Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları olan selofan paketi qatlayıb özünə aid selofan torbanın içərisinə qoyub Lamiyə Məmmədovanın həyətini tərk edib oradan gedərək 2450 manat qiymətində 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağını, 4400 manat qiymətində 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağını, 1000 manat qiymətində 5,34 qram çəkidə 750 əyarlı qızıldan, kənarları 583/585 əyarlı qızıldan hazırlanmış üzərində 6 ədəd hər biri 0,098 karat və 15 ədəd hər biri 0,004 karat briliant qaşları olan “paxlava” formalı qızıl üzüyü və cəmi 1200 manat qiymətində 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan, kənarları isə 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən ümumilikdə cəmi 9050 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 9-da yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağı; 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı; 5,34 qram çəkidə 750 əyarlı, kənarları 583/585 əyarlı qızıldan hazırlanmış üzərində 6 ədəd hər biri 0,098 karat və 15 ədəd hər biri 0,004 karat briliant qaşları olan “paxlava” formalı qızıl üzük; 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan, kənarları 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəstinin zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş içərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 9-da yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 21,12 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağı; 39,86 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı; 5,34 qram çəkidə 750 əyarlı, kənarları 583/585 əyarlı qızıldan hazırlanmış üzərində 6 ədəd hər biri 0,098 karat və 15 ədəd hər biri 0,004 karat briliant qaşları olan “paxlava” formalı qızıl üzük; 10,84 qram çəkidə 583/585 əyarlı qızıldan, kənarları 925 əyarlı gümüşdən hazırlanmış “gül” formalı 1 ədəd üzük və 2 ədəd sırğa dəstinin zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş materiallarına əlavə olunmuş hadisə yerinin müayinəsi zamanı götürülmüş içərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV