Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-93/2023 25.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulanadək 01 il 04 ay 23 gün çəkilməmiş cəzası olan, ünvan 5 qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə ümumi təmiz çəkisi 208,91 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 0,194 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib ümumi təmiz çəkisi 4,76 qram olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,035 qram olan narkotik vasitə heroini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında, ümumi təmiz çəkisi 204,15 qram olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içində saxlamış, təmiz çəkisi 0,159 qram olan narkotik vasitə heroini isə yerini dəyişməklə üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 208,91 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 0,194 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib ümumi təmiz çəkisi 4,76 qram olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,035 qram olan narkotik vasitə heroini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında, ümumi təmiz çəkisi 204,15 qram olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içində saxlamış, təmiz çəkisi 0,159 qram olan narkotik vasitə heroini isə yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması və satmasına dair əsaslı şübhələr müəyyən edildiyi üçün 2023-cü ilin fevralın 15də saat 15:00-da Salyan şəhəri, T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 15:15-də ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,159 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 17:05-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evin yataq otağında yerləşən şkafın siyirməsindən təmiz çəkisi 0,035 qram və üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,28 qram, 2,12 qram, 2,21 qram olmaqla ümumi təmiz çəkisi 4,76 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə qurudulmuş marixuananın mikrohissəcikləri olan 01 ədəd elektron tərəzi, həmçinin həyətyanı sahədə yerləşən yarımtikilinin içində olan şkafın aşağı hissəsindən ayrıayrılıqda təmiz çəkiləri 0,58 qram, 20,42 qram, 59,78 qram, 123,37 qram olmaqla ümumi təmiz çəkisi 204,15 qram və yataq otağından aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 685 ədəd ümumi çəkisi 34,85 qram olan çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Bir neçə dəfə məhkum edilmişdir. Sonuncu dəfə 2022-ci ildə Salyan Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ayağında elektron nəzarət cihazı gəzdirmişdir. Təxminən 2-3 il əvvəl dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində təsadüfən adını və mobil telefon nömrəsini xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona istifadə etməyi üçün pay kimi narkotik vasitə heroin vermişdir. Sonrakı müddətdə həmin narkotik vasitəni üzərində və yaşadığı evdə saxlamış və arabir istifadə etmişdir. 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə həyətyanı sahəsində 01 ədəd çətənə bitkisi əkib-becərmiş və bitki tam yetişdikdən sonra hissələrini yığıb qurudaraq marixuana əldə etmişdir. Həmin marixuananı da yaşadığı evdə saxlamış və arabir istifadə etmişdir. Həmin marixuananın bir hissəsini yaşadığı evdə yataq otağında, digər hissəsini isə həyətdə yerləşən yarımtikilidə saxlamışdır. 15 fevral 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuşdur. Üzərində şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O da həmin anda əynində olan cins şalvarının sol yan cibindən cəzası ilə bağlı üzərində gəzdirdiyi mobil cihazı, şalvarının sağ yan cibində saxladığı kağız bükümdə olan narkotik vasitə heroini, şalvarının arxa sağ cibindən özünə məxsus “Samsung” markalı mobil telefonunu və sol yan cibindən 30 manat nağd pulu çıxararaq masanın üzərinə qoymuşdur. Kağız bükümdə olan kütləyə baxış keçirdikdən sonra şifahi sorğu zamanı bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Narkotik vasitə heroin olan 1 ədəd kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,27 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda, ona məxsus “Samsung” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi də müstəntiq tərəfindən götürülmüşdür. Onun üzərindən aşkar esdilmiş “Attenti” markalı mobil cihaz və 30 manat nağd pul isə özünə qaytarılmışdır. Yaşadığı evdə və həyətyanı sahəsində yerləşən tikilidə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və “kakos” kimi tanıdığı narkotik vasitə heroin saxladığını dediyi üçün yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini və baxış zamanı həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Yaşadığı evə getmişlər. Bundan sonra ona yaşadığı evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmiş və o, həyətə daxil olaraq evin qarşı hissəsində olan pilləkənlərlə qalxıb evə daxil olmuşdur. Evə girdikdən sonra irəliləyərək özünün istifadə etdiyi yataq otağına daxil olmuşdur. Yataq otağında yatağın sağ tərəfində yerləşən qəhvəyi rəngli şkafın üzərində güzgülər olan qapısına yaxınlaşıb qapını açmış və şkafın içində olan siyirməni göstərib bildirmişdir ki, narkotik vasitəni məhz həmin siyirmənin içində saxlayır. Həmin siyirmə polis əməkdaşı tərəfindən açılaraq içinə baxış keçirildikdə orada 2 ədəd kibrit qutusunda və 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, həmin siyirmədə 1 ədəd sellofan bükümdə “nəşə tozu”, həmçinin özünün istifadə etdiyi elektron tərəzi də aşkar edilmişdir. Müstəntiq “nəşə tozu”nu da heroinə bənzətdiyi üçün götürüləcəyini bildirmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroindir. Daha sonra aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu ayrıayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 4,8 qram və 5,1 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş içində “nəşə tozu” olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 18,9 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş içlərində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd sellofan büküm ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 1,5 qram və 0,6 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş içində narkotik vasitə heroin olan kiçik ölçülü 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilsə də, çəkisi az olduğundan müəyyən etmək mümkün olmamışdır. Daha sonra onun yaşadığı evin yataq otağından aşkar edilmiş içlərində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu və 2 ədəd sellofan büküm, içində narkotik vasitə heroin 1 ədəd sellofan büküm, içində “nəşə tozu” olan 1 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra onun yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilinin içində olan şkafın aşağı hissəsində saxladığı 4 ədəd sellofan torbada və 1 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş içlərində narkotik vasitə qurudulmuş marixuana olan 4 ədəd sellofan torba və 1 ədəd kağız büküm ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 141 qram, 87 qram, 37,7 qram, 22,2 qram və 1 qram olduğu müəyyən edilmişdir. Bundan sonra onun yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içindən aşkar edilmiş içlərində narkotik vasitə qurudulmuş marixuana olan 4 ədəd sellofan torba və 1 ədəd kağız büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Sonda bildirmişdir ki, yaşadığı evin yataq otağından və həyətyanı sahədə yerləşən yarımtikilinin içindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin özünə məxsusdur, həmin narkotik vasitələrdən heç kimə pay verməmiş yaxud satmamışdır. Yaşadığı evdən aşkar edilərək götürülmüş elektron tərəzi özünə məxsusdur və uzun müddət istifadə etmişdir. Əvvəlki müddətdə qızıl alqı-satqısı ilə məşğul olduğu üçün həmin tərəzini yaşadığı evdə saxlamışdır. Lakin ola bilər ki, nə vaxtsa saxladığı narkotik vasitə qurudulmuş marixuananın çəkisinə baxmaq üçün həmin tərəzidən istifadə etmişdir. 2023-cü il fevralın 14-də şübhəli şəxs qismində tutulmuş X9 tanıyır, lakin 2023-cü il fevralın 11-də Elnur Əsgərova narkotik vasitə satmamış yaxud pay verməmişdir. Yaşadığı evdə və həyətyanı sahəsində yerləşən yarımtikilidə narkotik vasitə saxlamağı barədə ailə üzvlərinin yaxud başqa hər hansı şəxsin məlumatı olmamışdır. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, saxlanılarkən təmiz çəkisi 0,159 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan şalvarının cibində olmuşdur. Törətdiyi əməldən peşmandır, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirli hesab edir. Sonda Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirlən şəxsin yaşadığı evdə keçirilmiş baxış və götürmə zamanı tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zanmanı şahid qismində dindirilən Salyan Rayon Polis X3 qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan şəhərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, satması, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, əməliyyat qurupu təşkil olunmuşdur. O, Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə məlumat əsasında Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şəxsi axtarış zamanı müstəntiq Məmmədə təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Məmməd də həmin anda əynində olan şalvarının cibindən 1 ədəd qara rəngli mobil cihazı, şəxsiyyət vəsiqəsi, 1 ədəd kağız bükümü, mobil telefonu və nağd pulu çıxararaq masanın üzərinə qoymuşdur. Məmmədin təqdim etdiyi qara rəngli kağız bükümə baxış keçirilərkən içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Məmməd bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Sonra Məmmədin üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd kağız büküm müstəntiq tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş zərfə qoyularaq qablaşdırılıb. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə və həyətyanı sahəsində yerləşən tikilidə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və “kakos” kimi tanıdığı narkotik vasitə heroin saxlayır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdıqdan sonra Məmmədin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Yataq otağında yerləşən şkafın siyirməsindən 2 ədəd kibrit qutusunda və 2 ədəd polietilen kəsiyi bükümlərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 2 ədəd polietilen kəsiyi bükümlərində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlələr, 1 ədəd elektron tərəzi, həmçinin həyətyanı sahədə yerləşən yarımtikilinin içində olan şkafın içindən 4 ədəd sellofan torbada və 1 ədəd kağız bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüş və hər bir kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, zərflərə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərflərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edərək üzərində və yaşadığı evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Salyan Rayon Polis İdarəsinin rəis müavini Etibar Balakişiyev məhkəməyə məktub ünvanlayaraq Şahid3 məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi N.Abbaslının 16 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 18-ci vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-cı vərəqində olan 15 fevral 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 15 fevral 2023-cü il tarixdə, saat 15:00-da məhdudlaşdırılmışdır. Cinayət işinin 33-35-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Salyan Rayon Polis X4 müstəntiqi, polis kapitanı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2 və 207.4, 242 və 445.2-ci maddələrinin tələblərinə əsasən Salyan Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Salyan RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili baş leytenantı Şahid1; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs – xx.xx.1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 12 A ünvanında yaşayan Təqsirləndirilən şəxs və müdafiəçisi X10 iştirakı ilə məlum olmuşdur ki, üzərində 01 ədəd kağız bükümdə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroin vardır. Cinayət işinin 41-45-ci vərəqlərində olan 2023-cü il fevralın 15-də Salyan Rayon Polis X4 müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilərkən evin yataq otağında yerləşən şkafın siyirməsindən 02 ədəd kibrit qutusunda və 02 ədəd polietilen kəsiyi bükümlərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 02 ədəd polietilen kəsiyi bükümlərində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlələr, 01 ədəd elektron tərəzi, həmçinin həyətyanı sahədə yerləşən yarımtikilinin içində olan şkafın içindən 04 ədəd sellofan torbada və 01 ədəd kağız bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 60-cı vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 16 fevral 2023-cü il tarixli, 18/185-18/186 nömrəli rəyində göstərilmişdir ki,
1. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,159 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.
2. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı ... yataq otağındakı ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,035 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 18,008 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir; - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,15 qram, 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,28 qram, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,12 qram, 2,21 qram, ümumi çəkisi 4,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; - 1 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir.
3. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı ... həyətindəki əlavə tikilinin ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,58 qram, 3 ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 20,42 qram, 59,78 qram, 123,37 qram, ümumi çəkisi 204,15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; - 1 ədəd polietilen torbada 685 ədəd ümumi çəkisi 34,85 qram olan bitki hissələri çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim olunmuş ümumi çəkisi -0,194 qram olan heroinlər xarici əlamətlərinə və kimiyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) təşkil edir. Cinayət işinin 73-74-cü vərəqlərində olan 17 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 93-95-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin iş № 4(057)-20/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 3 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan Salyan Rayon İHB-nın Salyan şəhər İƏDN tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 163-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X13 Yoxlamanın xx.xx.2023-cü il tarixli 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 2 ədəd “DVD” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir bükülünün içərisindən heroinin və yaşadığı evin yataq otağında yerləşən şkafın siyirməsindən 02 ədəd kibrit qutusunda və 02 ədəd polietilen kəsiyi bükümlərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 02 ədəd polietilen kəsiyi bükümlərində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlələr, 01 ədəd elektron tərəzi, həmçinin həyətyanı sahədə yerləşən yarımtikilinin içində olan şkafın içindən 04 ədəd sellofan torbada və 01 ədəd kağız bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddə ilə deyil CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetamin ekspert tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,194 qram olan heroin və 208,91 qram marixuana təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü (Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(057)-74/2022 nömrəli hökmü) çıxarıldıqdan sonra hazırki cinayəti törətsə də, onun əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Həmçinin, məhkəmə qeyd edir ki, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsinin iştirakçısı olması, oğlu X5 44 günlük Vətən müharibəsinin iştirakçısı olması, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin hər iki günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 8 (səkkiz) ay 11 (on bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddəti ilə qismən birləşdirilərək üzərində 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və Ərazi Narkoloji Kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,154 qram narkotik maddə olan heroin, 208,75 qram qurudulmuş marixuana, 34,31 qram çətənə (kannabis) bitkilərinin hissələri, 17,958 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan bozumtul maddə və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli