Məhkəmə qərarları › İş №1(057)-93/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-93/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-93/2024 29.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Şirvan (Əli-Bayramlı) şəhəri, Hacı- Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan Rayon Məhkəməsinin 1(057)-113/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 28 gün hissəsi 01 il 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-161 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.1, 67.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, Salyan rayonu, Qarabağlı kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 9.93 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 mart 2024-cü il tarixdə, saat 17:00-da Salyan rayonu, Qarabağlı kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 17:30-da ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunda həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə təxminən saat 5 radələrində onu yaşadığı evdən Salyan Rayon Polis Şöbəsinə aparıblar. Onu apararkən dayısı arvadı Şahid5 və dayısı oğlu Şahid4 evdə olmuşdur. Onu aparan şəxslər Tural, Alxan və tanımadığı bir nəfər polis əməkdaşı olmuşdur. Kəndlərində ölüm hadisəsi olduğuna görə onunda əl-barmaq izlərini götürmək üçün şöbəyə aparmışlar. Həmin gün şöbədə onun əl-barmaq izlərini götürdükdən sonra evə qayıtmışdır. Səhəri gün, yəni 12 mart 2024-cü il tarixdə təxminən saat 10-11 radələrində polis əməkdaşı Şahid1 mobil telefon vasitəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, barmaq izi ilə bağlı sənəddə imzasının olmadığını və həmin sənədi imzalamaq üçün şöbəyə gəlməli olduğunu demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Şahid1 ona yenidən zəng edərək, onun gəlməməsini, özünün onu polis şöbəsinə aparacağını demişdir. Evləri yandığı üçün bəzən dayısıgildə qalmışdır. Həmin vaxt dayısının yoldaşı və dayısı oğlu da evdə olmuşdur. Anası xəstə olduğu üçün Bakı şəhərində yaşayır. Təxminən saat 10-11 radələrində Şahid1, Şahid3 və tanımadığı başqa bir polis əməkdaşı onun yaşadığı evə gəlib onu şöbəyə aparmışlar. Şöbədə onun boynuna 7 (yeddi) baş inək, 4 (dörd) baş qoyun qoymaq istəmişlər ki, oğurluq etmişdir. 7 (yeddi) baş inək öz kəndlərindən, yəni Qarabağlı kəndindən oğurlanmış, 4 (dörd) baş quzu isə Salyan şəhərindən oğurlanmışdır. Onu döysələrdə o, razılaşmamışdır. Sonra Şahid1 onun üzərinə “nəşə” ataraq ona demişdir ki, “bunu boynuna götür, sən getməlisən”. Onu yenə də 1-2 saat döydükdən sonra o, narkotikin ona məxsus olması ilə razılaşmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 ona demişdir ki, “narkotikin sənin olduğunu boynuna almasan evinə 10 kiloqram narkotik qoyacam və sonra deyəcəm ki, yeznəndə Bakıda yaşayır, səndə narkotiki burdan ona göndərirsən o, orada satır”. Onu 1-2 saat dayanmadan döymüşlər. O da məcbur qalaraq razılaşmışdır ki, “nəşə” onundur. Təcridxanaya gedəndə bədənində xəsarət izləri olmamışdır. Bədənində xəsarət izləri olmadığı üçün prokurorluğa şikayət etməmişdir. Həmin vaxt onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur, nömrə öz adına qeydiyyatdadır. Şahid1 həmin mobil nömrəyə 12 mart 2024-cü il tarixində, saat 10-11 radələrində zəng etmişdir. Şöbədə Şahid1 otağında ona məxsus “SAMSUNG J7” markalı mobil telefonu, alışqan və “Argo” markalı siqareti ondan götürmüşlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs şöbəyə gedəndə telefonunun işlək vəziyyətdə olduğunu və telefon məlumatlarının araşdırılmasını məhkəmədən xahiş etmişdir. Videoçəkiliş aparılarkən qorxduğu üçün döyüldüyünü deyə bilməmişdir. O, düşünmüşdür ki, olanların hamısını məhkəmədə hakimə deyəcəkdir. O, sonuncu dəfə 2022-ci ildə narkotik vasitədən istifadə etmişdir. İttiham aktını aldıqdan sonra bilmişdir ki, orda başqa şeylər yazılmışdır. 11 və 12 mart 2024-cü il tarixlərində polis əməkdaşı Orxan Soltanov ona zəng edərək harada olması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya hər hansı ədavəti yoxdur. 12 mart 2024cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onlar Sakitin ola biləcəyi yerləri müşahidə altına almışlar. Salyan rayonu, Kərimbəyli kəndində Sakitin yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq, Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılaraq baxış keçirilmiş və üzərində narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə evinin yaxınlığında saxlamışlar. Saat yadında deyil. Təqsirləndirilən şəxs başqa hadisə ilə bağlı şöbəyə gətirilə bilər, yəqinki ölüm işi ilə bağlı çağrılıb şöbəyə. Təqsirləndirilən şəxs saxlanılması zamanı əməliyyat tədbirində onunla birlikdə Şahid3 və Şahid2 iştirak etmişlər. Sakitə qarşı heç bir zorakılıq və hədə-qorxu olmamışdır. O, oğurluq işinə baxmır, o, ancaq narkotik işinə baxır. Təqsirləndirilən şəxs özü də narkotikin ona məxsus olmasını etiraf edib. O, Sakitə heç vaxt zəng etməmişdir. Hazırda istifadəsində olan 051 *** ** ** mobil nömrə onun adına qeydiyyatdadır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş Şahid1 göstərmişdir ki, 11 mart 2024-cü ildə ola bilsin ki, Sakit şöbəyə gətirilib, amma o, 12-si gətirilməsində iştirak etmişdir. 12 mart 2024-cü ildə saat 17:00-da Qarabağlı kəndində Sakitə yaxınlaşaraq şöbəyə dəvət etmişlər. Şöbədə videoçəkiliş aparılaraq vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkarlanmışdır. Sakit özü etiraf etmişdir ki, narkotik vasitə ona məxsusdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə əvvəllər ona məxsus olmuşdur. "xxxx" nömrəsidir, amma iki ilə yaxındır ki, istifadə etmir. Nömrə onun tanışının adına olmuş sonra tanışı Fransaya qaçqın kimi köçmüşdür. Sonradan həmin nömrəni itirmişdir. Lakin tanışı ona etibarnamə verə bilmədiyi üçün həmin nömrəni öz adına rəsmiləşdirə bilməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsus deyil, ona məxsus olmayıb və onun adına qeydiyyatda da deyildir. 099-884-17 - 17 saylı mobil nömrə ona tanış deyil, o, heç vaxt həmin nömrəni istifadə etməmişdir. 11 mart 2024-cü il tarixində o, Sakitin şöbəyə gətirilməsində iştirak etməmişdir. Sakitə ümumiyyətlə ona məxsus olan hər hansı nömrələrdən zəng etməmiş və Sakitlə başqasının telefon nömrəsi ilə də danışmamışdır. Məhkəmə baxışı zamanı iki dəfə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1, ona verilən suallar ətrafında dəfələrlə və qətiyyətlə əməliyyatın keçirildiyi gün, yəni 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamadığını bildirsə də, məhkəmə baxışının sonrakı gedişində əldə olunmuş telefon danışıqları (həmçinin, nömrənin sahibi) ilə Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlar təkzib edilmiş, bunun müqabilində isə Təqsirləndirilən şəxs dedikləri təsdiq edilmişdir. Göründüyü kimi, 12 mart 2024-cü il tarixdə Şahid1 Təqsirləndirilən şəxslə həqiqtən da telefon əlaqəsi saxlamışdır. Məhkəmə, belə qənaətə gəlir ki, məhz bu xüsusat belə məhkəmənin Təqsirləndirilən şəxs dediklərinin həqiqi, real və danılmaz olduğuna dair daxili inamını artırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin X5 əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya hər hansı ədavəti yoxdur. 12 mart 2024-cü ildə Salyan Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O, Salyan Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2la birlikdə vətəndaşın ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüşlər. Salyan rayonu, Qarabağlı kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə videoçəkiliş aparılmaqla müstəntiqin, vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və şalvarının cibindən, siqaret qutusunda narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. O, narkotik vasitəni iki gün əvvəl Qarabağlı kəndində yerləşən su kanalının yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narktoik vasitə qablaşdırılaraq, ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinə gətirilərkən, Təqsirləndirilən şəxs üzərində başqa əşya səhv etmirsə aşkarlanmamışdır. Sakitin üzərində mobil telefonun olub-olmamasını xatırlamır. 12 mart saat 17:00 radələrində Sakitə yaxınlaşıb özlərini təqdim edərək, onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs özü də ifadəsində bunları qəbul etmişdir. İstifadəsində bir mobil nömrə vardır. İstifadəsində olan mobil nömrə ***-***-**-** saylı nömrədir və onun adına qeydiyyatdadır. Başqa mobil nömrəsi yoxdur. Ümumiyyətlə, onların əməliyyat tədbiri zamanı üzərlərində telefon daşımaq icazələri yoxdur. O, Sakitə heç vaxt zəng etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə Sakitin polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. 12 mart 2024-cü il tarixdə Sakit barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onlar tərəfindən dərhal operativ şəkildə əməliyyat tədbiri keçirilmişdir. O, Şahid1 və Şahid2 əməliyyat tədbirində iştirak etmişlər. Təqsirləndirilən şəxs saat 16-17 radələrində yaxınlaşaraq, onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində telefon olmamışdır. O, ümumiyyətlə, Sakitə zəng etməmişdir. Əməliyyat məlumatı Salyan Rayon Polis Şöbəsinə daxil olmuşdur. Hazırda istifadəsində bir mobil nömrə vardır və bu ***-***-**-** saylı mobil nömrəsidir, həmçinin onun adına qeydiyyatdadır. Başqa nömrəsi yoxdur. Sakiti onlar saxlamadan öncə onun Salyan şəhərində olub-olmaması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin X5 əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qarabağlı kənd sakini Sakit adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. 12 mart 2024-cü il tarixində günün ikinci yarısında Qarabağlı kəndi ərazisində Sakitə yaxınlaşaraq onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Müstəntiqin, vəkilin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə marixuana aşkarlanaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, Şahid1 və Şahid3 əməliyyat tədbirində iştirak etmişlər. Təxminən saat 16:30-17:00 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Sakitə qarşı təzyiq və hədə-qorxu olunmamışdır. Şöbədə üzərinə baxış keçirilmiş və özünün buna etirazı olmamışdır. Üzərində telefon olub-olmamasını xatırlamır. Ölüm işi ilə əlaqədar Qarabağlı kəndində olmuş, lakin o, Sakiti bir gün əvvəl şöbəyə gətirməmişdir. İstifadəsində olan nömrə ***-***-**-** saylı mobil nömrədir və onun adına qeydiyyatdadır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş Şahid2 göstərmişdir ki, Sakitin 11 mart 2024-cü il tarixində ölüm işi ilə bağlı polis şöbəsinə gətirilməsi barədə məlumatı yoxdur. X22 kəndi ərazisində saxlamışlar. Əməliyyat tədbirində o, Şahid1 və Şahid3 iştirak etmişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Orxan Soltanov əməliyyat tədbiri zamanı onlarla birlikdə olmamışdır. O, Sakitə, ümumiyyətlə, zəng etməmişdir. Onlar Sakiti polis şöbəsinə gətirərkən onun üzərində mobil telefon olmamışdır. O, Sakiti 12 martda polis şöbəsinə gətirərkən görmüşdür. 11 martda görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Sakitgilin evləri təxminən yanvar ayında yandığı üçün o, evlərinin həyətində qamışdan çardaq qurmuş və orada yaşamışdır. Özü yemək hazırlamış, arada o da onun üçün yemək hazırlamışdır. Sakitgilin evləri yanmadan öncə anası ilə birgə yaşamışdır. Sonra anası atası evinə yaşamağa getmişdir. Təxminən mart ayının 10-11-i Sakiti polislər gəlib evdən aparmışlar. Sakiti aparan şəxslər üç polis əməkdaşı olmuşdur. Əvvəl onunla söhbət etmişlər sonra aparmışlar. Onlar Sakitdən izahat alınacağını, sonra isə buraxılacağını demişlər. Həmin gün axşam saat 10:00 radələrində Sakit evə geri qayıtmışdır. Sakit saxlamaq üçün ona verdiyi sənədləri ondan götürməyə gəldikdə bilmişdir ki, o, evə qayıtmışdır. Onlar həmin vaxt süfrə başında yemək yeyirmişlər. Bundan sonra Sakiti daha görməmişdir. Sakitin tanışlarından eşitmişdir ki, onu tutublar. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, polislərin gəldiyi avtomobil və geyimləri mülki olmuşdur. Sakit ona zəng vurub demişdir ki, onu gəlib polis şöbəsinə aparacaqlar və günahsız olmasına baxmayaraq tutacaqlar. Onu aparsalar özünü bıçaqla kəsəcəyini demişdir. Onu bir böyük kimi gəlib yanında olması üçün çağırmışdır. Sakiti aparanda polislər izahat alıb buraxacaqlarını demişlər. Nə ilə bağlı izahat alacaqlarını soruşduqda isə deməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, kənd sakinləri Sakitin harada olmasını ondan soruşmuşlar, o da bilmədiyini demişdir. Sonra eşitmişdir ki, Sakit tutulmuşdur. Sakiti axırıncı dəfə polis əməkdaşları gəlib apararkən görmüş, o, həmin günün axşamı da qayıtmışdır. Post patrulun əməkdaşı Orxan Soltanov ona zəng edərək, Sakitin harada olması ilə maraqlanmışdır. Sakit evə gəldikdən sonra o, Sakitin yanında polis əməkdaşı Orxana zəng edib bu barədə məlumat vermişdir ki, Sakit evdədir. Sonra Orxan iki polis əməkdaşı ilə birlikdə gəlmişdir. Orxanı əvvəldən tanısa da digər iki polis əməkdaşını tanımamışdır. Orxan onların kəndində işləyir. Digərləri özlərini əməliyyatçı kimi təqdim etmişlər. Onlar mülki geyimdə olmuşlar. Axşam Sakit evə qayıtdıqda, ondan nəyə görə polis şöbəsinə aparıldığını soruşduqda o, da demişdir ki, kənddə olan ölüm hadisəsi ilə əlaqədar məhkumluğu olanları aparıb, polis şöbəsində izahatlarını alırlar. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, bu hadisədən 7-8 gün sonra bilmişdir ki, Sakiti tutublar. Sakit fəhləliklə məşğul olmuşdur. Kim nəyə çağırsa gedib işləmişdir. Sakitin nə avtomaşını, nə də atı olmamışdır. Bir iti, birdə eşşəyi vardır. Bir ədəd də deyəsən velosipedi vardı, arada onu sürürdü, amma bilmir velosiped ona məxsus idi ya yox. Sakiti polis şöbəsinə apararkən ona demişlər ki, izahatını alıb buraxacaqlar. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Salyan RPŞ-nin Post Patrul xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və hər hansı bir ədavəti yoxdur. Qarabağlı kənd ərazisində işlədiyi üçün Sakiti kənd sakini kimi tanıyır. 12 mart 2024-cü il tarixində Sakitin narkotiklə bağlı Salyan Rayon Polis Şöbəsinə gətirilməsində iştirak etməmişdir. Həmçinin 11 mart 2024-cü il tarixində ölüm hadisəsi ilə əlaqədar ona zəng etsə də, lakin onun şöbəyə gətirilməsində iştirak etməmişdir. Verilən suallara cavab olaraq şahid Orxan Soltanov bildirmişdir ki, 11 mart 2024cü il tarixində ölüm işi ilə bağlı işlədiyi ərazidən hədsiz çox adamla əlaqə saxlamış və şöbəyə dəvət etmişdir, amma Sakitə zəng vurmasını tam dəqiq xatırlamır. Narkotiklə bağlı onun polis şöbəsinə gətirilməsində isə dəqiq olaraq iştirak etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotiklə bağlı Salyan Rayon Polis Şöbəsinə aparılması barədə məlumatı olmamışdır. Sakitin narkotiklə bağlı həbs edilməsini bugün bilmişdir. İstifadəsində olan mobil nömrə, 050 *** ** ** saylı mobil nömrəsidir və onun adına qeydiyyatdadır. Həmçinin 051 *** ** ** saylı mobil nömrə də onundur. O işlədir və öz adına qeydiyyatdadır. Ona məxsus olan həmin nömrə və ya hər hansısa mobil nömrə ilə nə Şahid1, nə Şahid3, nə də ki, Şahid2 Sakitlə danışmamışdır. Abunə nömrə olduğu üçün həmin nömrəni istifadə edir. Sədrlik edənin sullarına cavab olaraq şahid Orxan Soltanov bildirmişdir ki, istifadəsində olan 051 *** ** ** saylı mobil nömrənin X10 adına qeydiyyatda olmasını bilmir, o, düşünürmüş ki, nömrə onun adınadır. Həmin mobil nömrəni işlədiyi ərazidən almışdır, amma kimin adına olduğunu bilmir. Bir ildən artıqdır ki, həmin mobil nömrə onun istifadəsindədir. 12 martda Sakitə zəng etmişsə də, ölüm işi ilə əlaqədar zəng etmişdir. 11 martda Sakitin qohumu ilə də danışmışdır ki, Sakit haradadır. Sonra qohumu ona zəng edib demişdir ki, Sakit evdədir. O, Sakitin qohumuna zəng etməmişdən öncə Sakitin yaşadığı evə də gedib baxmış, lakin Sakit evdə olmamışdır. Deyəsən həmin vaxt Sakit toyda olmuşdur. Sakitin dayısı oğlu ona demişdir ki, evdə yoxdur. Həmin telefon nömrəsindən özü danışmışdır, başqasına verməmişdir. O, ölüm hadisəsi ilə bağlı rəhbərliyin tapşırığı ilə Sakiti gətirmişdir. O, Sakitin tutulmasını bu gün bilmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun 13 mart 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin 11-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları 12 mart 2024-cü il tarixdə saat 17:00-dan etibarən məhdudlaşdırılmış, 12 mart 2024-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-35-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2- 18/282 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 9.93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 9,91 qram. Cinayət işinin 44-45-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 64-65-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin № 4(057)- 21/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 66-cı vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9.93 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 9.91 qram işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 76-cı vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X28 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 18 mart 2024-cü il tarixli, 18-1-68/2-611/2024 saylı məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 2022-ci il tarixdən “çətənə” ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, qeydiyyatda yoxdur. Cinayət işinin 78-79-cu vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 28 gün hissəsi 01 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.1, 67.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 82-83-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 161/2022 saylı, 22 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə ona təyin olunmuş cəzaya Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 7(057)-675/2022 nömrəli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan 1 (bir) il 3 (üç) gün hissəsi qismən birləşdirilərək üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Cinayət işinin 84-cü vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin 94-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X19 Yoxlamanın xx.xx.2024-cü il tarixli 271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-96-cı vərəqlərində olan Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində anası ilə birlikdə yaşayır və onun haqqında ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 1(057)- 113/2022 saylı, 23 avqust 2022-ci il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022 il tarixədək şübhəli şəxs kimi tutulması nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 1(057)- 161/2022 saylı, 22 noyabr 2022-ci il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzaya Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 7(057)-675/2022 nömrəli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan bir il üç gün hissəsi qismən birləşdirilərək üzərində qəti olaraq bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Salyan Rayon Polis X7 müstəntiqi X13, icraatında olan HK-1/514 №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmin protokolu Salyan RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2, ekspert-kriminalist Yüzbaşıyev Fuad Elxan oğlunun, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisi X14 iştirakları ilə ondan ötrü ki, 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə, o, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananın və şəxsiyyətini təsdiq edən №******** seriyalı sənədinin olduğunu bildirib, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı və qara rəngli gödəkcəsinin sol yan cibindən şəxsiyyətini təsdiq edən sənədi çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusuna baxıldıqda orada yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusunda olan kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı 02 gün əvvəl Salyan rayonu, Qarabağlı kəndində su kanalının üzərindən tapmışdır, özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, lakin heç kimə satmamışdır, satmaq məqsədi və niyyəti olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 15,74 qram təşkil etmişdir, daha sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlü kağız möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün tərəfindən götürülmüşdür.Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, heç bir qeyd, təklif, ərizə və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi №******** seriyalı şəxsiyyətini təsdiq edən sənəd isə götürülmüşdür. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” istintaq hərəkətinin videoçəkilişdən görünür ki, video görüntü 11 dəqiqə 53 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması barədə” protokolda isə şəxsi axtarışın başlanma vaxtı saat 17:50, bitmə vaxtı isə saat 18:00 olaraq göstərilmiş, faktiki olaraq 11 dəqiqə 53 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 10 dəqiqə davam etdiyi göstərilmişdir. Bununla yanaşı şəxsi axtarış istintaq hərəkətinə dair videogörüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin videogörüntü 14 mart 2024-cü il tarixində saat 10:20-də (başlama 10:20:29 - 10:48:34 qurtarma) yaradılmışdır. CPM-in 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. CPM-in 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, “şəxsi axtarışın keçirilməsi haqqında” protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması barədə” 12 mart 2024-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdiyi digər xüsusatlarla yanaşı eyni zamanda bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə təxminən saat 5 radələrində onu evdən Salyan Rayon Polis Şöbəsinə aparıblar. Onu apararkən dayısı arvadı Şahid5 və dayısı oğlu Şahid4 da görmüşlər. Onu aparan şəxslər Tural, Alxan və tanımadığı bir nəfər polis əməkdaşı olmuşdur. Kəndlərində ölüm hadisəsi olduğuna görə onun da əl-barmaq izlərini götürmək üçün şöbəyə aparmışlar. Həmin gün şöbədə əlbarmaq izini verib evə qayıtmışdır. Səhəri gün, yəni 12 martda təxminən saat 10-11 radələrində Şahid1 mobil telefon vasitəsi ilə istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək ondan götürülmüş əl-barmaq izləri ilə bağlı sənəddə imzasının olmadığını və imza atması üçün Salyan Rayon Polis Şöbəsinə gəlməli olduğunu demişdir. Təxminə 10 dəqiqə keçdikdən sonra Şahid1 ona yenidən zəng edərək, gəlməməsini və özünün gəlib onu gətirəcəyini demişdir. Təxminən saat 10-11 radələrində Şahid1, Şahid3 və tanımadığı başqa bir polis əməkdaşı gəlib onu evdən götürüb şöbəyə aparmışlar. Şöbədə onun boynuna 7 (yeddi) baş inək, 4 (dörd) baş qoyun qoymaq istəmişlər ki, oğurluq etmişdir. 7 (yeddi) baş inək öz kəndlərindən, yəni Qarabağlı kəndindən oğurlanmış, 4 (dörd) baş quzu isə Salyan şəhərindən oğurlanmışdır. Onu döysələr də o, razılaşmamışdır. Şahid1 ona demişdir ki, “narkotikin sənin olduğunu boynuna almasan evinə 10 kiloqram narkotik qoyacam və sonra deyəcəm ki, yeznəndə Bakıda yaşayır, səndə narkotiki burdan ona göndərirsən o, orada satır”. Onu 1-2 saat dayanmadan döymüşlər. O da məcbur qalaraq razılaşmışdır. Təcridxanaya gedəndə bədənində xəsarət izləri olmamışdır. Bədənində xəsarət izləri olmadığı üçün prokurorluğa şikayət etməmişdir. Həmin vaxt onun istifadəsində 050 *** ** ** mobil nömrə olmuşdur, nömrə öz adınadır. Şahid1 həmin mobil nömrəyə 12 mart 2024-cü il tarixində, saat 10-11 radələrində zəng etmişdir. Şöbədə Şahid1 otağında ona məxsus “SAMSUNG J7” markalı mobil telefonunu, alışqanını və “Argo” markalı siqaretini də götürmüşlər. Telefonunun işlək vəziyyətdə olduğunu və telefon məlumatlarının araşdırılmasını xahiş edir. Videoçəkiliş aparılanda o, qorxduğu üçün döyüldüyünü deyə bilməmişdir. O, düşünmüşdür ki, olanların hamısını məhkəmədə hakimə deyəcəkdir. O, sonuncu dəfə 2022-ci ildə narkotik vasitədən istifadə etmişdir. Məhkəmə baxışında Şahid1 ifadəsində və verilən suallara cavab olaraq bildirmişdir ki, 099 *** ** ** saylı mobil nömrə ona məxsus deyil, ona məxsus olmayıb və onun adına qeydiyyatda deyildir. 099 *** ** ** saylı mobil nömrə ona tanış deyil, o, heç vaxt həmin nömrəni istifadə etməmişdir. 11 və 12 mart 2024-cü il tarixlərində polis əməkdaşı Orxan Soltanov da ona zəng edərək harada olması ilə maraqlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 30 iyul 2024-cü il tarixdə daxil olmuş məlumatdan görünür ki, Şahid1 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 10:27:09-da zəng vurmuş, aralarında 43 saniyə danışıq olmuş, anten məlumatı isə Sabirabad rayonu, Cəngən kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 10:26:24-də zəng vurmuş, aralarında 41 saniyə danışıq olmuş, anten məlumatı isə Salyan rayonu, Qarabağlı kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:23:56-da zəng vurmuş, aralarında 46 saniyə danışıq olmuş, anten məlumatı isə Salyan rayonu, Qarabağlı kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:23:56-da zəng vurmuş, aralarında 46 saniyə danışıq olmuş, anten məlumatı isə Salyan rayonu, Qarabağlı kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:30:21-də zəng vurmuş, aralarında 10 saniyə danışıq olmuş, anten məlumatı isə Sabirabad rayonu, Cəngən kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:30:21-də zəng vurmuş, aralarında 11 saniyə danışıq olmuş, anten məlumatı isə Salyan rayonu, Qarabağlı kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:37:40-da zəng vurmuş, aralarında 22 saniyə danışıq olmuş, anten məlumatı isə Sabirabad rayonu, Cəngən kəndini göstərmişdir. X12 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 11:37:40-da zəng vurmuş, aralarında 22 saniyə danışıq olmuş, anten məlumatı isə Salyan rayonu, Qaraçala kəndini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Bakcell" MMC-nin BKG/LGL-16766/24 saylı, 25 oktyabr 2024-cü il tarixli məktubuna əlavə olunmuş “СD” diskdən əldə edilmiş məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə ünvan 3 ünvanında yaşayan Şahid1 məxsusdur. Şahid1 998-84-17-17 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 10:27:09-da zəng vurmuş, aralarında 43 saniyə danışıq olmuşdur. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 12 mart 2024-cü il tarixdə saat 10:27:09-da Salyan şəhəri, Heydər Əliyev küçəsi 94, Salyan TQK-nın texniki binasının yanı göstərir. Cinayət işinə əlavə edilmiş Salyan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, İsrafil Məmmədov və Minəvər Məmmədovanın qəsdən öldürülmələri faktına görə Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsi ilə ********* cinayət işi başlanmışdır. Cinayət işinə əlavə edilmiş Salyan RPŞ-nin 3-13-104/2-31216/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini Piriyev X17 2024-cü il martın 11-də rayon polis şöbəsinin əməkdaşları tərəfindən əlbarmaq izi çıxarılması üçün rayon polis şöbəsinə dəvət edilmiş, martın 12-də isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə yaşadığı kənd ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilən zaman üzərində “Samsung J7” markalı mobil telefon olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Azerfon” LLC-dən 30 iyul 2024-cü il tarixdə daxil olmuş məlumatdan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi və qorxudulması faktı ilə bağlı bədənində xəsarət izləri olmadığı üçün prokurorluğa şikayət etmədiyini bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olubolmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. CPM-in 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. CPM-in 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Cinayət işinin 27-ci səhifəsində olan “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 17:40-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 10-cu səhifəsində olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində yaşadığı evin yaxınlığında saat 17:00-da saxlanılmış və 17:30-da Salyan RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu 11 mart 2024-cü il tarixdə təxminən saat 17 radərələrində yaşadığı evdən şöbəyə apardıqlarını, əl-barmaq izlərini götürdükdən sonra yaşadığı evə qayıtdığını, səhəri gün, yəni 12 martda təxminən saat 10-11 radələrində ona Şahid1 zəng edib sənədlərə imza etmədiyini, şöbəyə gəlib sənədi imzalamasını, 10 dəqiqə sonra yenidən zəng edərək, gəlməməsini özünün gəlib onu gətirəcəyini deyərək onu yaşadığı kənddən Şahid1, Alxan və tanımadığı başqa bir polis əməkdaşı götürüb şöbəyə apardığını göstərmişdir. Dindirilmiş Şahid5 ifadəsində mart ayının 10-11-i üç polis əməkdaşının Sakiti evlərindən götürüb apardıqlarını, axşam saat 10 radələrində Sakitin geri qayıtdığını, onların evində olan sənədləri götürdüyünü və ondan sonra bir daha Sakiti görmədiyini bildirmişdir. Dindirilmiş Şahid4 ifadəsində post patrul əməkdaşı Orxanın ona zəng edərək Sakitin harda olmasını soruşduğunu, Sakit evə gəldikdən sonra Sakitin yanında Orxana zəng edib, Sakitin evdə olduğuna dair məlumat verdiyini, Orxanın iki polis əməkdaşı ilə gəlib Sakiti polis şöbəsinə apardıqlarını bildirmişdir. Dindirilmiş şahid X12 bildirmişdir ki, 12 mart 2024-cü ildə Sakitin Salyan Rayon Polis Şöbəsinə gətirilməsində iştirak etməmişdir. 11 mart 2024-cü ildə ölüm hadisəsi ilə əlaqədar ona zəng etmiş, lakin şöbəyə gətirilməsində iştirak etməmişdir. 11 mart 2024-cü ildə ölüm işi ilə bağlı işlədiyi ərazidən hədsiz çox adamla əlaqə saxlamış və şöbəyə dəvət etmişdir, amma Sakiti tam dəqiq xatırlamır. Narkotiklə bağlı onun polis şöbəsinə aparılmasını bilməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə var və onun adına qeydiyyatdadır. ***-***-**- ** saylı mobil nömrə də onundur. O, işlədir və öz adına qeydiyyatdadır. Ona məxsus olan həmin nömrə və ya hər hansısa mobil nömrə ilə nə Şahid1, nə Şahid3, nə də Şahid2 Sakitlə danışmamışdır. Abunə nömrə olduğu üçün həmin nömrəni istifadə edir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş polis əməkdaşı X12, ona verilən suallara cavab olaraq 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamadığını bildirsə də, məhkəmə baxışının sonrakı gedişində əldə olunmuş telefon danışıqlarından görünür ki, o, 12 mart 2024-cü il tarixdə bir neçə dəfə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs zəng vuraraq danışmışdır. İşin bu halı əlavə şahid ifadələri ilə öz təsdiqini tapdığından Orxan Soltanovun göstərmiş olduğu xüsusatlar təkzib edilmiş, bunun müqabilində isə Təqsirləndirilən şəxs dedikləri təsdiqini tapmışdır. Şərh edilənlərdən göründüyü kimi polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eləcə də özlərinin ifadələri və anten məlumatları ilə ziddiyyət təşkil etmiş, obyektiv həqiqəti özündə ehtiva etməmişdir. Bundan başqa, şəxsi axtarış keçirilməsi haqqında protokol, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan təqribən 7-8 saat sonra onun üzərində şəxsi axtarış kimi istintaq hərəkəti icra edilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 10-11 radələrində Salyan rayonu, Qarabağlı kəndi ərazisində yerləşən yaşadığı evdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə aparılsa da onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxmini 7-8 saat sonra, yəni məhkəməyədək icraat zamanı toplanmış istintaq sənədlərinə əsasən saat 17:50-də üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitəni əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı” təqdim etməsi ilə bağlı şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X21 da hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, üzləşdirmə istintaq hərəkətinin aparılması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. CPM-in 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. CPM-in 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X15rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3 (c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini CPM-in tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil Təqsirləndirilən şəxslə saxlandığı Bakı İstintaq Təcridxanasında, nə də ki, X16 görüşməmiş, gizli ünsiyyəti olmamış və bununla bağlı hər hansı təşəbbüsdə bulunmamışdır. Vəkilin həmin hüquqları istintaq orqanı tərəfindən məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X6rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 77-ci səhifəsində olan Salyan RPŞ-nin İB-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş 25 mart 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon Qarabağlı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tutmamışdan əvvəl yaşadığı evin yaxınlığında, Kür çayının sahilində yerdən tapması və öz istifadəsi üçün üzərində saxlaması və 12 mart 2024-cü il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Salyan rayonu, Qarabağlı kəndində saxlanılıb Salyan RPŞ-nə gətirildikdən sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyataxtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 12 mart 2024-cü il tarixli raportla Salyan RPŞ-nə təqdim edilmiş həmin məlumatlar CPM-in tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən “ambulator X19 yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, CPM-in 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPM-in 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və CPM-in müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və CPM-də təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmə öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. CPM-in 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. CPM-in 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında CPM-in 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-in 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. CPM-in 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. CPM-in 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 9.91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakim tərəfindən baxıldıqdan sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 50 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 300 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352-354, 356-358, 384 və 385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 9.91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 50 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 300 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar