Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-94/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilməklə ona 06 ay sınaq müddəti müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə ailəsi ilə birlikdə qonaq kimi dəvət edildiyi qayınatası Zərərçəkmiş şəxs məxsus Salyan şəhəri A.Həsənov küçəsində yerləşən fərdi yaşayış evinə gedib orada qalmış, 25 mart 2023-cü il tarixdə saat 20 radələrində bir yerdə olduqları vaxt qayınatası Zərərçəkmiş şəxs cibindən çıxardığı pulu saymaqla onda 6000 manat pul olduğunu görüb həmin puldan ehtiyacı olduğu üçün 2000 manat oğurlamaq qərarına gələrək bu məqsədlə evdə olan şəxslərin həmin gün yatmalarından sonra 26 mart 2023-cü il tarixdə saat 03 radələrində onu heç kimin görməməsindən istifadə edərək evin qonaq otağında olan divanın üzərindəki qayınatası Zərərçəkmiş şəxs şalvarının cibindən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə sonuncuya məxsus 2000 manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Aysel və iki azyaşlı övladı ilə birlikdə Quba rayonundan qaynatası Zərərçəkmiş şəxs Salyan şəhərində yerləşən evinə 3-4 gün qalmaq üçün qonaq getmişlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında onlar evdə olan zaman qaynatası Zərərçəkmiş şəxs cibindən pul çıxartdığını və həmin pulu saydığını görmüşdür. Əhməd təxminən 6000 manat pul saymış və yenidən şalvarının cibinə qoymuşdur. O, ehtiyacı olduğu üçün həmin puldan 2000 manatını götürmək qərarına gəlmiş, axşam hamı yatdıqdan sonra saat 03 radələrində qayınatası Əhmədin şalvarını divanın üzərində olduğunu görmüş, səssizcə yaxınlaşaraq həmin şalvarın cibindən 2000 manat pul götürmüşdür. 2000 manat pulu üzərində saxlaya bilməyəcəyindən həmin pulları həyətə düşərək həyətdə olan soğan kisələrinin altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Aysel ona atası Əhmədin cibindən 2000 manat pulu götürübgötürmədiyini soruşduqda o, Ayselə Əhmədin cibindən 2000 manat pulunu götürmədiyini bildirmişdir. Aysel ona inanmayıb pulu götürdüyünü deyərək evdə olan ona məxsus geyimlərin ciblərini axtarmış, lakin pulu tapa bilməmişdir. Həmin gün Ayselə birlikdə yenidən Qubaya qayıtmaqlarını təklif etmiş, Aysel isə pul tapıldıqdan sonra gedəcəklərini bildirmişdir. O isə artıq qala bilməyəcəyini demiş və evdən çıxmışdır. Evdən çıxdıqdan sonra həyətdə soğan kisələrinin altında gizlətdiyi 2000 manat pulu götürüb həyətdən çıxaraq Quba rayonuna getmişdir.Oğurladığı həmin 2000 manat puldan borclarını ödəmişdir. Hazırda zərərçəkmişə vurduğu ziyanın yarısını, yəni 1000 manatını ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Səhv etmişdir, əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları vardır. Bunları nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin təhqiqat zamanı verdiyi izahatı ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Qızı Şahid2 2018-ci ildə Quba şəhər sakini olan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı övladları olmuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Nəcibə Ayselə zəng edərək həyat yoldaşı ilə birlikdə evlərinə qonaq çağırmışdır. xx.xx.2023-cü il tarixdə Aysel, Zöhrab ilə onlara qonaq gəlmişlər. Həmin tarixdə axşam saatlarında yemək yeyən zaman cibindən 6000 manat pul çıxarıb, saydıqdan sonra yenidən cibinə qoymuş və səhəri gün alış-verişə gedəcəyini bildirmişdir. Həmin vaxt kürəkəni Zöhrab və qızı Aysel də orada olmuşlar. Gecə yatan zaman o, özünə məxsus olan şalvarını çıxardıb divanın üzərinə qoymuş, həmin vaxt Zöhrabla Aysel isə öz otaqlarında olmuşlar. O, səhər durub şalvarını geyinən zaman əlini cibinə salmış və pulunun az olduğunu hiss etmiş, pulunu saydıqda 6000 manat puldan 2000 manatının olmadığını görmüşdür. Dərhal bu barədə həyat yoldaşı Nəcibəyə demişdir. Sonra isə evdən çıxaraq işə getmiş, axşam evə gəldikdən sonra Zöhrabdan 2000 manat pulunu götürüb-götürmədiyini soruşmuşdur. Zöhrab pulu götürmədiyini demişdir. Səhər oyandıqdan sonra isə Zöhrabın evdə olmadığını görmüşdür. Həyat yoldaşı Nəcibə və Aysel dəfələrlə zəng etsə də, Zöhrab mobil telefonu açmamışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Nəcibə və Ayseli pulu Zöhrabdan almaları üçün taksi ilə Quba şəhərinə yola salmış, lakin sonuncular Zöhrabı axtarsalar da, tapa bilməmiş və yenidən Salyan rayonuna qayıtmışlar. Zöhrabın anasına da bu barədə məlumat vermişlər, o, da maşınlarını satıb pulu ödəyəcəklərini bildirmişdir. Həyat yoldaşı Nəcibə xx.xx.2023-cü il tarixdə bu oğurluq barədə Salyan Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra Zöhrab oğurluq etdiyini etiraf etmiş, 2000 manat pulun 1000 manatını qaytarmışdır. Zöhrab polisə şikayət etməzdən əvvəl etiraf etsəydi, onun barəsində şikayət etməzdi. Hazırda Zöhraba qarşı şikayəti yoxdur. Ona vurulmuş ziyanın qalan 1000 manatını tələb etmir, həmin pulu nəvələrinə bağışlayır. Odur ki, Zöhrab barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Sair qızı ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. xx.xx.2023-cü il tarixdə o, qızı Ayseli həyat yoldaşı ilə birlikdə Salyan rayonunda yerləşən evlərinə qonaq çağırmış, sonuncular xx.xx.2023-cü il tarixdə onlara qonaq gəlmişlər. Həmin gün axşam saat 20 radələrində onlar evdə olan zaman Əhməd cibindən 6000 manat pul çıxarıb, saydıqdan sonra yenidən cibinə qoymuş və sabah kartof və soğan almağa gedəcəyini bildirmişdir. Həmin vaxt kürəkəni Zöhrab və qızı Ayseldə orada olmuşlar. Səhər saatlarında Əhməd onu çağırmış, axşam cibinə qoyduğu 6000 manat puldan 2000 manat pulunun olmadığını demişdir. O, da Ayseli çölə çağırmış, əri Zöhrabın pul oğurladığını və Zöhraba məxsus olan geyimlərə baxmağını demişdir. Aysel Zöhraba məxsus geyim əşyalarını baxsa da, pulu tapmamışdır. Zöhrab yuxudan oyandıqdan sonra Aysel ona 2000 manat pulu oğurladığını, pulu gətirməyini bildirmiş, Zöhrab isə Ayselə pulu oğurlamadığını demiş, onlar arasında mübahisə olmuşdur. Həmin gün axşam saatlarında Zöhrab gizli olaraq evdən çıxıb getmişdir. O və Aysel dəfələrlə zəng etsələr də, Zöhrab mobil telefonunu açmamışdır. xx.xx.2023-cü il tarixdə qızı Aysel ilə birlikdə Quba rayonuna getmiş, lakin Zöhrabı tapa bilmədikləri üçün Salyan rayonuna qayıtmışlar. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Zöhrab vurduğu ziyandan 1000 manat ödəmişdir. Ona qarşı şikayətləri yoxdur, Zöhrabı nəvələrinə görə bağışlayırlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid2 tədqiqat zamanı verdiyi izahatı Şahid1 ifadəsi ilə analoji olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs və Şahid1 Salyan RPŞ-yə ünvanlanmış ərizələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 2000 manat pulun onların kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurlanması göstərmiş, Zöhrab barəsində tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Salyan şəhəri A.Həsənov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs şalvarının cibindən 2000 manat pulun oğurlanmasını bildirmiş, cibindən pul oğurlanmış şalvarını əli ilə göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs məxsus Salyan şəhəri A.Həsənov küçəsində yerləşən evin qonaq otağında divanın üstündə olan şalvarın cibindən 2000 manat pul oğurladığını və oğurladığı pulu soğan kisələrinin arasında gizlətdiyini bildirmiş, qayınatası Zərərçəkmiş şəxs məxsus Salyan şəhəri A.Həsənov küçəsində yerləşən evi, qayınatasına məxsus cibindən pul oğurladığı şalvarı əli ilə göstərmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Yekun protokolunun tərtib olunması və təsdiq olunaraq məhkəməyə göndərilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Tərtər Hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 331.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilməklə ona 06 ay sınaq müddəti müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixdə verdiyi xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixdə verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Vaqif küçəsi ev 41 Q-də qeydiyyatdadır və ailə tərkibi xx.xx.2001-ci il təvəllüdlü Şahid2, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsiinn xx.xx.2023-cü il tarixli, PHŞ-6-56/2-463/2023 saylı məktubundan görünür ki, X3 rayon X1 Şöbəsinin psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2022-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, məhkəmə baxışı zamanı ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 71.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan onun əməlində residiv yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli kateqoriyasına görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Buna görə də yuxarıda sadalanan Azərbaycan Respublikasının CM-nin 71.4-cü maddəsinin məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq əməlini barəsində təyin edilmiş şərti məhkum etmə dövründə törətsə də, məhkəmə onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin onu bağışladığını, Təqsirləndirilən şəxs vurduğu ziyanı qismən ödədiyini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmçinin ona təyin olunmuş şərti məhkum etmənin müddətinin başa çatdığını nəzərə alaraq, humanizm prinsipinə əsaslanaraq hesab edir ki, onun barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğvinə lüzum yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məjəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.12, 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini, Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, yuxarıda göstərilən şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə olduğu cəmi 25 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 50 (əlli) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə olduğu cəmi 25 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 50 (əlli) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlı̇ k edən: Adı̇ l Vəlı̇ yev
Məhkəmə qərarları › İş №1(057)-94/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-94/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver