Məhkəmə qərarları › İş №1(057)-94/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-94/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-94/2024 13.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təkrarən, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1.269 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2024-cü il tarixdə saat 01:10-da Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Bazar Store” marketinin qarşısında X11 idarə etdiyi “Kia Rio” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb ünvan 2 ünvanında yerləşən Biləsuvar RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən üzərində Milano sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisində olan falqa bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.706 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2024-cü il tarixdə saat 13:30-da Salyan rayonu, Kərimbəyli kəndi ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 14:00-da ünvan 4 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 10-15 gün əvvəl, yəni 2024-cü ilin yanvar ayının ortalarında Salyan şəhərində dairə adlanan yerin yaxınlığında piyada gəzən zaman yerdən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm tapmış, həmin bükümü açıb baxdıqda içərisində “kakos” yəni narkotik vasitə heroin olmasını görmüş, həmin heroini bükülmüş kağızla birilikdə üzərində “Milano” sözləri yazılmış siqaret qutusunun içərisində gizlətmiş, siqaret qutusunu isə cibində gəzdirmişdir. Tapdığı heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə siqaret qutusunun içərisində istifadə etmək məqsədilə üzərində gəzdirirmiş, 27 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Ramil Məmmədovla görüşən zaman İmişli rayonunda yaşayan əsgər yoldaşı Hüseyn adlı şəxsin onu qonaq çağırmasını və buna görə də onunla birlikdə yoldaş kimi İmişli rayonuna getməsini xahiş etmiş, Ramil də heç bir işinin olmadığını bildirirək onunla birlikdə İmişli rayonuna getməyə razılaşmış, bundan sonra X16 rayonu, Qarabağlı kəndində yaşayan Əkbər Xıdırova zəng edərək idarə etdiyi avtomobillə taksi kimi onları İmişli rayonuna aparıb gətirməsini xahiş etmiş, Əkbər də onları idarə etdiyi “Kia Rio” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonuna aparmağa razılaşmışdır. Həmin gün saat 19 radələrində Əkbər Xıdırovun idarə etdiyi avtomobillə o, Ramil Məmmədovla birlikdə İmişli rayonuna getmiş, orada onun Hüseyn adlı əsgər yoldaşı ilə görüşüb yeyibiçdikdən sonra saat 23:40 radələrində Salyan rayonu Kərimbəyli kəndinə qayıtmağa başlamış, 28 yanvar 2024-cü il tarixdə saat 01:10 radələrində Əkbər Xıdırovun idarə etdiyi avtomobillə Biləsuvar şəhəri ərazisində hərəkətdə olan zaman YPX əməkdaşları sürücüyə avtomobili saxlamaq işarəsi vermiş, sürücü Əkbər Xıdırov da avtomobili saxladıqdan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə ola bilməsi şübhəsini izah edərək onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları ona izah edilmiş, vəkillə təmin olunmuş, vəkil Habil Məmmədov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa çıxarıb təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sol yan cibində saxladığı Milano markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmişdir. Bükümün içərisinə baxılarkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, üzərindən aşkar edilmiş heroinə bənzər kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,38 qram olması müəyyənləşmişdir. İçərisində heroinə bənzər kütlə olan həmin büküm 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra onun, Ramil Məmmədovun, Əkbər Xıdırovun və digər iştirakçıların iştirakları ilə videoçəkiliş aparılmaqla “Kia Rio” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Bundan başqa o, 2024-cü ilin mart ayının əvvəllərində Salyan rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən işlədiyim sexin ərazisində iş görən vaxt yerdə olan 1 ədəd sellofan büküm diqqətini cəlb etmiş, həmin bükümü əlimə götürüb baxdığı vaxt içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin psixotrop maddəni istifadə etmək məqsədilə sellofan bükümü götürüb cibinə qoymuş, sonrakı müddətdə həmin psixotrop maddədən bir qədərini istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün həmin bükümü cibində saxlamışdır. 09 mart 2024-cü il tarixdə saat 13:30 radələrində kənd ərazisində dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmiş, o da polis əməkdaşları ilə razılaşmış və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində müstəntiq tərəfindən ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona dərhal vəkil təqdim edilərək hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona yazılı bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla dövriyyəsi və saxlanılması qadağan olunan əlavə əşya, maddə və predmet aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olmasını və həmin kütlənin özünə məxsus olmasını, həmin kütləni təxminən 2-3 gün öncə Salyan rayonu, Kərimbəyli kəndi ərazisində işlədiyi sexin ərazisində yerdən tapdığını, bir qədərini istifadə etdiyini, qalan hissəsini isə istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.83 qram olduğu müəyyən edilmiş, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan büküm müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün № 113” möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu imzaladığını bildirmişdir. Heç kimə satmamışdır, satmaq məqsədi və niyyəti olmamışdır. Əməlindən peşmandır, bir daha belə hüquqazidd hərəkətlərə yol verməyəcək, həmçinin vətən müharibəsi iştirakçısıdır və ailəlidir, azyaşlı övladı vardır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə Salyan rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Salyan rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar təsdiq edilmiş, həmin gün şöbənin X2 əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndi ərazisində müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, X18 Qasımov müstəntiq tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də həmin anda əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni iki-üç gün öncə Salyan rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən işlədiyi sexin ərazisində yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin predmeti üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamış, yaxud pay verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya, predmet və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və “Zərflər üçün № 113” möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatına uyğun olaraq RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş müvafiq qərar təsdiq edilmiş, müvafiq əməliyyat qrupu təşkil edilmişdir. 28 yanvar 2024-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan Biləsuvar rayonu, Çaylı kəndindən Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan Kia Rio markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat qrupunun üzvləri NMQ-nin əməliyyat müvəkkili Şahid4, CAB-ın əməliyyat müvəkkili Şahid11, PPXB-nin polis nəfərləri Araz Rzayev, Şahid8 və Şahid9, DYPB-nin YPX-nın inspektorları Şahid7 və Şahid6 ilə birlikdə müşahidəyə götürülmüş, təxminən 10 dəqiqə ərzində aparılmış müşahidədən sonra avtomobil Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən Bazar Store marketinin qarşısında hərəkətdə olarkən YPX-nin inspektorları Şahid7 və Şahid6 avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra o, digər əməliyyat qrupunun üzvləri ilə birlikdə avtomobildə olan şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş, üzərilərində və avtomobildə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma barədə şübhələrin olmasını, hava, əməliyyat şəraitini və digər halları nəzərə alıb həmin şəxsləri avtomobillə birlikdə Biləsuvar RPŞ-nin inzibati binasına gətirmişlər. RPŞ-nin inzibati binasına gətirildikdən sonra bu barədə raportla rəhbərliyə məlumat verilmişdir. X18 Qasımova müdafiəçi təyin edilərək təqdim edilmiş və üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edildikdən sonra o, əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilərkən içərisində içərisində siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olan bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində istifadəçisi olduğu narkotik vasitə heroin olmasını bildirmiş, həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 1.38 qram olması müəyyənləşmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan əlavə əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd büküm bir ədəd boş zərfə qoyularaq qablaşıdırlmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Kia Rio markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən iş üçün əhəmiyyət kəsb edən və qanunla qadağan olunan əşya, maddə və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin KTQ-nun baş inspektoru Şahid5 Məzahir oğlu, X21 X17 Xidmətinin inspektoru Şahid7, Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid10 və Şahid11 da şahid X2 əməliyyat müvəkkili Şahid12 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:15-də Biləsuvar RPŞ-nin TB-də şübhəli şəxs qismində tutularaq Biləsuvar Rayon Polis X7 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli Biləsuvar RPŞ-nin baş müstəntiqi Şamil Həsənli tərəfindən verilmiş həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətdən və Biləsuvar rayon porkuroru Camal Bağırov tərəfindən verilmiş “həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” qərardan, həmçinin qərar əsasında tərtib olunmuş “şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə X8 azad edilmişdir, qərar həmin tarixdə sonuncuya elan olunmuşdur. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 1,169 qram çəkidə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar RPŞ-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:15-də Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X7 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-1-16/2- 18/259 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0.706 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 0,706 qram, tədqiqata sərf olundu - 0.05 qram, qalıq – 0,656 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-1-16/2-18/259 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 19/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi-1.269 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi– 1,269 qram, tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 1,169 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19/79 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə X8 azad edilmişdir, qərar həmin tarixdə sonuncuya elan olunmuşdur. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,656 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-68/2-607/2024 saylı məktubdan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 90 saylı və xx.xx.2024-cü il tarixli 257 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kəndi inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-12/2-50/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndində pasport qeydiyyatındadır və yaşayır. Onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı-1999-cu il təvəllüdlü X5 və qızı-2018-ci il təvəllüdlü X14. Həmin nümayəndənin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-da icraatda olan ********* saylı cinayət işi Salyan RPŞ-da icraatda olan ********* saylı cinayəti işi ilə bir icraatda birləşdirilməsi məqsədilə Salyan RPŞ-a göndərilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,656 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,169 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarında olan İ-59277, İ-21436, İ-8624 və İ-19262 saylı Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır. O, Füzuli, Şuşa və Cəbrayıl rayonlarının azad olunmasında iştirak etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1.269 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2024-cü il tarixdə saat 01:10-da Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Bazar Store” marketinin qarşısında X11 idarə etdiyi “Kia Rio” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb ünvan 2 ünvanında yerləşən Biləsuvar RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən üzərində Milano sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisində olan falqa bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülməsi, bundan başqa o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.706 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2024-cü il tarixdə saat 13:30-da Salyan rayonu, Kərimbəyli kəndi ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 14:00da ünvan 4 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vətən müharibəsi iştirakçısı olmasını və himayəsində azyaşlı övladlarının olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsini nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 (səkkiz) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həmçinin, 44 günlük Vətən müharibəsində iştirak edərək medallarla təltif edilmişdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu Kərimbəyli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin Şirvan və X3 aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,656 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,169 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 109,75 manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (49,75 manatı keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22 və 60 manatı keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu, Kərimbəyli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,656 qram çəkidə olan psixotrop maddə metamfetamin və 1,169 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109,74 manat (yüz doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar