Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-95/2023 13.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonu, Xocalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 23 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Salyan rayonu, Xocalı kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda PX-nin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 351- 353 və 356-cı maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarında saat 11 radələrində özgə əmlakını gizli olaraq talama məqsədilə yaşadığı Salyan rayonu, Xocalı kəndində yerləşən həmkəndlisi və qohumu olan Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətindəki otağa qanunsuz daxil olaraq otaqdakı asılqandan asılmış Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən sonuncuya məxsus 230 manat pulu gizli olaraq talayıb oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 230 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 2023-cü ilin yanvar ayının ortalarından etibarən özgə əmlakını gizli olaraq talama məqsədilə yaşadığı Salyan rayonu, Xocalı kəndində yerləşən həmkəndlisi, Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə ayrı-ayrı günlərdə qanunsuz daxil olaraq həyətdə talvarın altında yığılmış, bir kiloqramın dəyəri 60 qəpik olmaqla hər birinin içərisində 30 kiloqram vələmir olan kisələrdən vahid niyyətlə yanvar ayının sonlarına kimi hər dəfə 3-4 ədədi olmaqla, cəmi 342 manat dəyərində 19 ədəd kisədə 570 kiloqram vələmiri təkrarən başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamış, bundan sonra 03 fevral 2023-cü il tarixdə saat 10 radələrində təkrarən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə yenidən eyni məqsədlə qanunsuz girərək həyətdə talvarın altında yığılmış içi vələmirlə dolu kisələrdən birini vahid niyyətlə əhatə olunmuş qəsdlə götürərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nəvəsi Şahid1 onu görüb bu barədə anasına xəbər verməsinə baxmayaraq yenə də öz hərəkətlərini davam etdirməklə, Zərərçəkmiş şəxs məxsus bir kiloqramın dəyəri 60 qəpik olmaqla 18 manat dəyərində içərisində 30 kiloqram vələmir olan 1 ədəd kisəni açıq talayıb ələ keçirərək özü ilə aparmaq məqsədi ilə hasardan çölə atıb daha sonra özü də hasardan atılaraq həmin kisəni götürüb qaçmaqla təkrarən başqa saxlanc yerinə qanunsuz girib soyğunçuluq etmiş, ümumilikdə Zərərçəkmiş şəxs 360 manat dəyərində maddi ziyan vurmuşdur Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri rəhmətə getdiyindən və yeganə ailə üzvü olan qardaşı Natiq hazırda Bakı şəhərində işlədiyi üçün Salyan rayonu, Xocalı kəndində yerləşən evlərində tək yaşamışdır. 2022-ci ildə oğurluq etdiyinə görə Salyan Rayon Məhkəməsi tərəfindən ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, həmin cəzasını çəkərkən ayağındakı qolbağını icazəsiz çıxarıb rejim qaydalarını pozduğundan sonradan məhkəmədə ona təyin olunmuş cəzası dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və hazırda da o, 14 saylı Cəzaçəkmə Müəssisəsində həmin cəzasını çəkir. Zərərçəkmiş şəxs onun rəhmətlik atasının əmisi oğlu olmaqla onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Tərxangilin evində, həyətində hər hansı bir iş olanda Tərxan kömək etməsi üçün həmişə onu çağırmış və o da bir qohum kimi onlara gedib həmin işlərində ona köməklik etmişdir. Bəzən də bir qohum kimi onlara gedəndə Tərxangil ona yemək vermiş, diqqət göstərmişlər. Lakin onların icazəsi olmadan və özləri çağırmadığı halda heç vaxt Tərxangilin evinə, həyətinə girməmişdir. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində saat 14 radələrində maddi imkanı aşağı olduğundan Tərxangildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də həmin gün qeyd etdiyi vaxtda Tərxangilin evdə olmadığını bilib onların icazəsi olmadan evlərinin küçə darvazasından həyətlərinə daxil olub həyətdəki otağa girmiş, evdə heç kimin olmamasından istifadə edərək otaqdakı giriş qapısının arxasında qoyulmuş asılqandan asılmış Tərxanın şalvarının cibinə əlini salıb oradakı pulların hamısını götürüb cibinə qoymuş və dərhal da otaqdan çıxıb evlərinə getmişdir. Evdə pulu sayanda cəmi 80 manat olduğunu görmüş və həmin vaxt qərara almışdır ki, bir neçə gündən sonra bir də Tərxanın cibindən oğurluq etsin. Ona görə də, həmin pulu gizlətmiş və bu barədə heç kimə bir söz deməmişdir. Tərxan səhəri günü ondan dünən şalvarının cibindən 80 manat pulunun yoxa çıxdığını, bu barədə bilib-bilmədiyini soruşmuşdur. O da cavabında Tərxana bu işdən xəbəri olmadığını demiş, Tərxan da ona daha bir söz deməmişdir. Tərxanın cibindən oğurladığı həmin 80 manatı sonradan öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra ondan şübhələnmədikləri üçün çağıranda yenə Tərxangilə gəlib-getmiş, Tərxanın cibindən 80 manat pulu oğurlayandan təxminən 10 gün sonra, yəni 2022-ci ilin yanvar ayının ortalarında yenə də Tərxangildə olarkən onun arvadının həyətdə təsərrüfat işlərinə başının qarışmasından və anasının yataq xəstəsi olmaqla gəzə bilmədiyindən istifadə edib oğurluq etmək üçün əvvəl girdiyi otağa girib yenə həmin asılqandan asılmış Tərxanın şalvarının cibinə əlini salıb onun cibində olan pulunun hamısını oğurlamışdır. Sonradan öz evlərində pulu sayanda oğurladığı pulun cəmi 230 manat olmasını bilmiş, bu barədə heç kimə heçnə deməmişdir. Artıq ikinci dəfə pulunu oğurladıqdan sonra Tərxanın ondan təkrar şübhələnəcəyini fikirləşib bir də onun evindən oğurluq etməməyi qərara almış və oğurladığı 230 manatı da öz ehtiyaclarına xərcləmişdir. Əksər günlərdə Tərxan öz arvadı ilə birlikdə mal-qara otarmağa gedirdilər. Tərxanın oğlu hazırda Bakı şəhərində, qızı isə Sumqayıtda yaşadığından gündüzlər Tərxanın evində yalnız qoca anası qalirmış. O da yataq xəstəsi olduğundan tərpənə bilmirmiş. Tərxanın evində gündüzlər heç kimin olmadığını bildiyi üçün Tərxanın cibindən 02 dəfə pul oğurladıqdan sonra yenidən ona pul lazım olduğundan bu dəfə onun həyətində yığılmış vələmir kisələrindən bir neçəsini oğurlamaq qərarına gəlmişdir. Ona görə də, 2023-cü ilin yanvar ayının ortalarından başlayaraq həmin ayın sonlarına kimi 2-3 gündən bir Tərxangilin həyətinə küçə darvazasının açıq olan qapısından girib evin qarşısındakı talvarın altına yığılmış vələmir kisələrindən hər dəfə 3 və ya 4-nü götürüb evin həyətindəki arxa hasarından gediş-gəliş olmayan yerə atmış və yaxınlıqdakı öz yaşadığı evinə aparmışdır. Sonra *0066” taksi xidmətinə zəng vurub taksi sifariş edərək oğurladığı vələmir kisələrini də həmin taksi ilə Salyan şəhərində yerləşən İlqar adlı şəxsin yem dükanına aparıb orada tanımadığı işçilərə vələmirin hər kq-nı 40 qəpikdən satmışdır. 3 kisə vələmirə görə ona hər dəfə dükandan 40-45 manat pul verilmiş və əldə etdiyi pulları da öz ehtiyaclarına xərcləmişdir. 03 fevral 2023-cü il tarixdə saat 11 radələrində yenə eyni qayda ilə çöl darvazasından Tərxanın həyətinə daxil olmuş, həmişə olduğu kimi Tərxanın arvadı ilə mal-qarasını otarmağa apardığından onun evində heç kim olmadığını fikirləşmişdir. Həmin gün Tərxanın qızı və nəvəsinin Sumqayıtdan onların evinə qonaq gəlməsini bilməmişdir. Ona görə də, küçə qapısını açıb darvazadan həyətə girmiş, həmin vaxt həyətdə heç kim olmamış, vələmir kisəsindən birini götürüb hasardan çölə atanda qəflətən Tərxanın nəvəsi evdən çıxıb onu görmüş və tez anası Günayı çağırmışdır. Günayın da evdən çıxdığını görüb dərhal çiynindəki kisəni hasardan çölə atıb özü də hasardan tullanaraq kisəni özü ilə götürüb evinə qaçıb getmişdir. Təxminən 2-3 saat sonra Tərxan onun dalınca yaşadığı evə gəlmiş, onu görən kimi oğurluq etdiyini bildiyi üçün qorxusundan qaçıb getmişdir. Ona görə də, Tərxan ondan polis şöbəsinə şikayət etmişdir. Ümumilikdə, Tərxanın həyətindən 03 fevral 2023-cü il tarixdə götürdüyü bir kisə ilə bərabər cəmi 20 kisə vələmir oğurlamış, bunlardan başqa heç bir oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmişin, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Xocalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır və özü də qapısında mal-qara saxlamaqla həm də öz pay torpağında kənd təsərrüfatı məhsulları əkib becərir. Təqsirləndirilən şəxs onun yaxın qohumudur. İbrahimin valideynləri xeyli müddətdir ki, rəhmətə getdiyindən o, əksər hallarda onların evinə gəlib onlarda nahar etmiş, həm də bəzən həyətdə müxtəlif işləri görərkən ona kömək də etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində bir dəfə evində qoyduğu şalvarının cibindən 80 manat pulun yoxa çıxmasını müəyyən etmiş, həmin vaxt evinin içində kiminsə gəlib cibindən pul götürməsini ağlına belə gətirmədiyindən 80 manat pulunun cibindən düşməsini ehtimal etmişdir. Yalnız bu barədə İbrahimdən soruşmuş və o da ona bu işdən xəbəri olmadığını demiş, həmin vaxt İbrahimin bu barədə dediklərinə inanmışdır. Təxminən 10 gün sonra yenə də şalvarının cibindən eyni qayda ilə 230 manat pulu yoxa çıxmış, bunun nə səbəbdən baş verdiyini anlaya bilməmiş, ailə üzvlərindən də şübhələnməmişdir. 03 fevral 2023-cü il tarixdə ailəsi ilə birlikdə hazırda Sumqayıt şəhərində yaşayan qızı Günay öz qızı ilə kəndə onlara qonaq gəlmiş, onunla görüşdükdən sonra Günaygil evdə qalmış, o, isə arvadı ilə birlikdə malqarasını otarmaq üçün sahəyə aparmışdır. Günorta saatlarında Günay ona zəng vurub İbrahimin həyətdəki vələmir dolu kisələri oğurladığı barədə məlumat verdiyindən evə qayıdıb gəlmiş, evə gələndən sonra nəvəsi ona İbrahimin həyətdən vələmir kisələrini oğurlayarkən onu gördüyünü, İbrahimin onu görən kimi oğurladığı vələmir kisəsini çölə atıb sonra özünün də həmin yerdən hasarın üstündən atılmaqla həyətdən qaçıb getdiyini bildirmişdir. Ondan sonra həyətinə yığdığı içi vələmirlə dolu olan kisələri saymış, sayanda İbrahimin həyətindən ayrı-ayrı günlərdə cəmi 20 kisə vələmirini oğurladığını görmüşdür. Ona görə də, İbrahimin dalınca onun yaşdığı evə getmiş, həmin vaxt öz yaşadığı evin həyətində olan İbrahimin əlində vələmirlə dolu iki sellofan torba olduğunu görmüş, İbrahim onun gəldiyini görən kimi dərhal hasardan atılıb qaçıb getmişdir. Ondan sonra evinə qayıtmış və qızı Günay DİN-in 102 Xidmətini zəng vurub bu barədə məlumat vermişdir. Yaşadığı evin qarşısındakı talvarın altına yığdığı hər bir vələmir kisəsində 30 kq vələmir olmuş, ümumilikdə İbrahim onun 20 kisədə olan 360 manatlıq 600 kq vələmirini və cibindən 310 manatını oğurlamaqla ona cəmi 670 manat məbləğində maddi ziyan vurmuşdur. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, ziyanın ödənilməsini və İbrahimə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qisimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxs uzaq qohumları olmaqla onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 03 fevral 2023-cü il tarixdə o, anası Günayla birlikdə Salyan rayonu, Xocalı kəndinə yaşayan babasıgilə gəlmişlər. Babası və nənəsi ilə görüşəndən sonra onlar heyvanları otarmaq üçün sahəyə aparmışlar. O isə anası Günayla birlikdə babasıgilin evində qalmışdır. Babasıgil gedəndən bir az sonra otaqdakı pəncərədən həyətə baxarkən həyətdə əynindəki gödəkçənin kapşon hissəsini başına keçirmiş bir oğlan olduğunu görüb həyətə çıxmış və oğlanın artıq çiynindəki vələmirlə dolu bir kisəni götürüb hasara tərəf apardığını görmüşdür. Vələmir kisəsini çiynində aparan oğlan onu görən kimi özünü itirmiş və tez çiynindəki vələmir dolu kisəni hasardan çölə atmışdır. Həmin vaxt oğurluq edən şəxsin babasıgilin qonşuluğunda yaşayan İbrahim olduğunu bilmiş, ona görə qışqıraraq anasını çağırmışdır. Anası otaqdan həyətə çıxanda İbrahim anasını görüb dərhal hasardan tullanıb qaçıb getmişdir. Anası da dərhal bu barədə telefonla babası Tərxana məlumat vermişdir. Babası Tərxan gələndən sonra vələmir dolu kisələri sayanda məlum olmuşdur ki, onlardan 20 ədədi oğurlanıb. Sonra babası Tərxan onlara demişdir ki, şalvarının cibindən 02 dəfə ayrı-ayrı vaxtlarda bir dəfə 80 manat və bir dəfə də 230 manat pulu oğurlanmışdır. Həyətə İbrahimdən başqa digər heç kim gəlib getmədiyindən yəqin ki, həmin oğurluqları da İbrahim törədib. Bundan sonra anası Günay öz mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub İbrahimin etdiyi oğurluq hadisəsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxs onların uzaq qohumudur. 03 fevral 2023-cü il tarixdə qızı Şərəflə birlikdə valideynlərinə dəymək üçün Salyan rayonu, Xocalı kəndinə gəlmişlər. Valideynləri onlarla görüşəndən sonra heyvanları otarmaq üçün sahəyə aparmışlar. O isə qızı ilə birlikdə atası evində qalmışdır. Valideynləri gedəndən bir az sonra həyətə çıxan qızı Şərəf qonşuluqda yaşayan İbrahimin həyətə girib talvarın altında yığılmış vələmir dolu kisələrdən birini çiyninə qoyub hasara tərəf apardığını görmüşdür. Şərəf bunu görən kimi tez qışqıraraq onu çağırmış, o, otaqdan çölə çıxana kimi İbrahim çiynindəki vələmir dolu kisəni hasardan çölə atmış və onu görən kimi dərhal hasardan atılıb qaçıb getmişdir. Ona görə də, zəng vurub bu barədə telefonla atasına məlumat vermiş, atası gələndən sonra vələmir dolu kisələri sayanda məlum olmuşdur ki, onlardan 20-ni İbrahim artıq oğurlamışdır. Sonra atası onlara cibindən 2 dəfə ayrı-ayrı vaxtlarda, bir dəfə 80 manat və bir dəfə də 230 manat pulunun oğurlandığını demişdir. Həyətlərinə başqa adam gəlib-getmədiyindən yəqin həmin oğurluqları da İbrahim törətdiyini demişdir. Bu səbəbdən öz telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub İbrahimin atasıgildən oğurluq etməsi barədə məlumat vermişdir. . Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid X4 məhkəmə iclasına gəlməmişdir. Şahid X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən 10 il olar ki, Salyan şəhərində yerləşən İlqar adlı şəxsə məxsus yem məmulatlarının satışı mağazasında satıcı işləyir. İşlədiyi dükanda əsasən arpa, buğda, vələmir və digər məhsullar satılır. Salyan rayonu, Xocalı kənd sakini olan Təqsirləndirilən şəxs bir neçə ildir ki, müştəri kimi tanımışdır. Həmin şəxs hərdən gəlib onun işlədiyi dükandan alver etmişdir. Təxminən 2023-cü ilin yanvar ayının ortalarından etibarən İbrahim onun işlədiyi dükana taksi maşınları ilə hər dəfə 3-4 ədəd olmaqla 30 kiloqramlıq vələmir kisələri gətirmiş və o da İbrahimin gətirdiyi vələmir kisələrini tərəzidə çəkib hər kq-nı 45 qəpikdən hesablamaqla pulunu vermişdir. Sonradan aldığı həmin vələmirin hər kq-nı dükanda 50 qəpikdən satmışdır. Bu qayda ilə İbrahim adlı şəxs onun işlədiyi dükana 20 kisə vələmir gətirmiş və o da onun gətirdiyi vələmirlərin pulunu həmin qayda ilə hesablayıb vermişdir. İbrahimin gətirdiyi vələmir kisələrinin oğurluq olmasını bilməmiş, bu barədə onun heç bir məlumatı olmamışdır. Soruşanda İbrahim ona həmin vələmirləri öz evlərindən gətirdiyini və pula ehtiyacı olduğu üçün satdığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Arzu Hacıyevin 16 fevral 2023-cü il tarixli qərarından görünür ki, X3 03 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X9 müraciət edərək Salyan rayonu, Xocalı kəndində yaşayan atasının evindən 600 manata yaxın pul və 2 kisə buğdanın oğurlanması ilə bağlı məlumat vermiş və həmin gün Günayın atası Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 8-11-ci vərəqlərində olan 03 fevral 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Salyan rayonunun, Xocalı kəndində yaşayan Zərərçəkmiş şəxs cibindən 230 manat pulun və həyətdə yığılmış 20 kisə vələmir tumlarının oğurlandığı yerə baxış keçirilmiş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 16-17-ci vərəqlərində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan X11 Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 12 nömrəli məktubundan və vələmir toxumunun qiymətləndirmə cədvəlindən görünür ki, 01 kq vələmirin hazırkı bazar qiyməti 60 qəpik olmaqla bir kisədə 30 kq vələmir olmaqla 20 kisə vələmirin ümumi çəkisi 600 kq, dəyəri isə 360 manat olmuşdur. Cinayət işinin 31-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 48-49-cu vərəqlərində olan Salyan rayon İHB-nın Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib olunmuş 03 aprel 2023-cü il tarixli, 302 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 57-59-cu vərəqlərində olan 11 aprel 2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və həmin protokola əlavə edilmiş bir ədəd “CD” diskində olan videogörüntülərdə Təqsirləndirilən şəxs 2023-cü il yanvar-fevral ayları ərzində ayrı-ayrı günlərdə Salyan rayonu, Xocalı kəndində yaşayan Zərərçəkmiş şəxs həyətinə və evinə hansı qaydada və necə girməsi, Zərərçəkmiş şəxs şalvarının cibindən pulları və həyətindəki vələmir kisələrini necə oğurlaması və onları öz yaşadığı evin həyətinə daşıması əks olunmuşdur. Cinayət işinin 60-63-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 64-66-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 il 05 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 17 gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 05 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmışdir. Cinayət işinin 67-73-cü vərəqlərində olan 11 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif olunmuşdur. Cinayət işinin 81-82-ci vərəqlərində olan 12 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, Azərbaycan Respublikasının CM-nin 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərər çəkmişə vurduğu ziyanın ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmişlə barışmağa heç bir cəhd göstərməmiş, sonuncu ondan şikayətçidir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində “həbs” qətimkan tədbiri seçilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında isə nəzərdə tutulan 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 26 (iyirmi altı) gün müddət hazırki cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 23 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırkı iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 05 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının videogörüntülərini əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 26 (iyirmi altı) gün müddət hazırkı cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının videogörüntülərini əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-95/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-95/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver