Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-95/2024 13.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Yaqub oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri Ə. Zeynalov küçəsi ev 13 mənzil 4-də qeydiyyatda olmaqla Salyan şəhəri Y. Zeynalov küçəsi ev 13 mənzil 10-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 mart 2024-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,728 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, buna görə əvvəllər məhkum olunmuşdur.16 mart 2024-cü il tarixdə yaşadığı Salyan şəhəri Y. Zeynallı küçəsində yerdən bir büküm tapmış, həmin bükümə baxdıqda içərisində "patı" adlandırdıqları metamfteaminin olduğunu görüb öz istifadəsi üçün götürmüş, ondan iki dəfə qəbul etmiş, qalanını isə cibində saxlamışdır. 18 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Salyan şəhəri Y.Zeynallı küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq,özlərini təqdim edib, birlikdə Salyan RPŞ-yə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birgə Salyan RPŞ-yə getmiş, orada müstəntiq tərəfindən onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində bir bükümdəki "patı" adlandırdıqları metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkmiş və onun çəkisinin 0,85 qram olması müəyyən edilmiş, qablaşdırılaraq kağız paketə qoyulub möhürlənərək bağlanmış və paketin üzərinə iştirakçılar imza etmişlər. Üzərindən aşkar edilmiş bir bükümdəki psixotrop maddə olan metamfetamin ona məxsus olmaqla onu yerdən tapmış, ondan kiməsə verməmiş, satmamış, ümumiyyətlə narkotik vasitə satışı ilə məşğul olmamışdır. Əməlindən səmimi peşimandır, himayəsində ahıl anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə saat 16:30 radələrində yaşadığı Salyan şəhəri Y.Zeynallı küçəsində saxlanılaraq Salyan RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, qadağan olunmuş əşya və ya predmet vardırsa çıxarıb onları özü təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan bir bükümdəki "patı" adlandırdıqları metamfetamini əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb tədim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğu məlum olmuşdur. Şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya, predmet aşkar olunmamışdur. Sorğu zamanı o, həmin bükümdəki maddəni iki gün əvvəl Salyan şəhərində, yaşadığı küçədə yerdən tapdığını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddə elektron tərəzidə çəkilmiş, onun çəkisinin 0,85 qram olması müəyyən edilmiş və həmin büküm içərisindəki maddə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulub paketin ağzı möhürlənərək bağlanmış və paketin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid Salyan Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə saat 16:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:10-dan saat 17:25-dək Salyan RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Salyan RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, cinayət xarakterli əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş, o, üzərində “patı” kimi adlandırdıqları psixotrop maddə olan metamfetamin olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir sellofan kəsiyi büküm çıxarıb onu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki psixotrop maddə olan metamfetamini 2 gün əvvəl yaşadığı Salyan şəhəri Y. Zeynallı küçəsində yerdən tapdığını və özünün qəbul etməsi üçün üzərində gəzdirdiyini, ondan 2 dəfə yalnız özünün qəbul etdiyini, başqa şəxsə vermədiyini və ya satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,85 qram olması müəyyən edilmiş, həmin büküm içərisindəki kütlə ilə birlikdə kağız paketə qoyulub paketin ağzı bağlanmış və şöbənin 113 saylı möhürü ilə möhürlənmişdir. Üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmənin video görüntülərini əks etdirən 01 ədəd CD disk protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin qəbul etdiyi xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/307 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,728 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetamin təmiz çəkisi– 0,728 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,678 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/307 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 301 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,678 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına alınmış xx.xx.2024-cü il tarixli, 3-13- 104/1-8024/24 nömrəli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini tutulmamışdan əvvəl yerdən tapması və öz istifadəsi üçün üzərində saxlaması məlum olsa da, sonuncunun həmin psixotrop maddə olan metamfetamindən hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (3 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Salyan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 767 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası 1948-ci il təvəllüdlü Gövhər Əhmədova və atası 1944-cü il təvəllüdlü Vaqif Əhmədovdan ibarətdir. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə informasiya sistemindən” çıxarışdan görünür ki, X5 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ibtidai istintaq orqanının 14 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış; onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; onun özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolları, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizasının rəyləri, onun üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski cinayət işi üzrə sübut növü kimi tanınmış; onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,678 qram psixotrop maddə olan metamfetaminin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 mart 2024-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,728 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3, 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, əvvəllər Təqsirləndirilən şəxs dəfələrlə (3 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü üzrə 03 ay 03 gün çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhz Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində tətbiq edilmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə dövründə, məhkumluğu ödənilmədən törətmişdir. Belə olan halda cinayətlərin residivi yaranır, ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm üzrəyəni Salyan rayon məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin müddəti 30 mart 2024-cü il tarixdə başa çatsa da, hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ərzində-yəni 18 mart 2024-cü il tarixdə törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən halları müəyyən etməmiş, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 (üç) ay 03 (üç) gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin psixotrop maddəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda göstərilən məlum məhkəmə qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, cəza müddəti başa çatmadan yenidən hazırki cinayət əməlini törətmişdir. Məhz bu hallar onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun məcburi müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,678 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 (üç) ay 03 (üç) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,678 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-95/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-95/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver