Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-97/2025 18.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X7 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Zəngilan rayonu Şayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Şayıflı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 4 Azərbaycan Dövlət Dillər Universitetinin 2 nömrəli yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə onun bu niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə tanış olduğu Salyan rayonu Pratman Gəncəli kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Salyan Su X2 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 01 oktyabr 2024-cü il tarixdə Salyan rayonunda yerləşən ASAN Xidmətdə Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat pulu alaraq ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktının mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin əvvəllərində kafedə tanışı Ramillə oturub çay içərkən Ramil Sədulla adlı tanışının Salyan rayonu Pratman-Gəncəli kəndi ərazisində yerləşən nasosa işə düzəlmək istədiyini demiş, o, isə vəzifəli dayısının olduğunu və dayısının bir zənginə işi düzüb-qoşa biləcəyini demişdir. Həmin vaxt kənara çıxıb telefonu qulağına qoyub bir qədər gözləmiş, əslində heç kimlə danışmamışdır, Ramilə dayısı ilə danışdığını, Sədullanı işə düzəldə biləcəyini demişdir. Ramil Sədullanın telefon nömrəsini verərək onunla danışmasını istəmişdir. O, Sədullaya zəng edərək ona işə düzəlməkdə kömək edə biləcəyini demiş, Sədulla ona X15 Sistemləri İdarəsinə işə düzəlmək istədiyini demişdir. O, Sədullaya tanışlarının olduğunu və onu X15 Sistemləri İdarəsinə işə düzəldə biləcəyini, bunun üçün 5000 manat lazım olduğunu demişdir. Bir neçə gündən sonra Sədulla ona pulu hazır etdiyini, həmin pulu ASAN Xidmətdə notariat qaydasında vermək istədiyini demiş, o, da razılaşmışdır. 01 oktyabr 2024-cü il tarixdə onlar Salyan rayonunda yerləşən ASAN Xidmətə getmiş, Sədulla da oraya qaynatası Davud adlı şəxslə gəlmişdir. O, Sədulladan həmin 5000 manatı ona borc adı altında verməsini istəmiş, onlar razılaşmışlar. Sədulla ona 5000 manatı notariat qaydasında borc adı altında vermişdir. Əslində həmin pulu borc yox, Sədullanı işə düzəltmək adı ilə almışdır. O, Sədullaya onu 1 həftə, ən uzağı 10 günə işə düzəldəcəyini vəd etmiş, lakin o, Sədulladan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sədulla tez-tez ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, onu yaxın vaxtda işə düzəldəcəyini demiş, lakin düzəltməmişdir. Lakin, bir neçə ay keçdikdən sonra Sədulla ona işə düzəlmək üçün verdiyi 5000 manatı geri qaytarmasını istəmişdir. O, Sədullanın pulunu qaytarmamışdır. Sədulladan aldığı puldan Ramilə verməmişdir. Əməlindən peşmandır. Vurulmuş ziyanı ödəməmişdir, söz verir ki, xx.xx.2025-ci il tarixə kimi həmin pulu qaytaracaqdır. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Şəkər xəstəsidir. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tanışı X17 X2 İdarəsində maşinist vəzifəsinə işə düzəlmək istədiyini demiş, Ramil ona bir nəfər tanışının olduğunu, nömrəsini həmin tanışına verəcəyini demişdir. Bir gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək nömrəsini Ramilin verdiyini, ona tanışlarının olduğunu və onu Salyan Su X2 İdarəsində maşinist vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 5000 manat lazım olduğunu demişdir. O imkanının olmadığını demiş, Ülvi imkanı olanda xəbər etməsini demişdir. O, bir baş iribuynuzu heyvanı satmış, 3000 manat pul düzəltmiş, lakin qalan 2000 manatı isə qayınatası Davuddan borc almışdır. Davud ona pulu Ülviyə ASAN xidmətdə notarial qaydada verməli olduğunu demişdir. Bundan sonra o, Ülviyə zəng edərək pulu hazır etdiyini demiş, Ülvi ondan 5000 manatı ona verməsini istəmişdir. O, 01 oktyabr 2024-cü il tarixdə Davudla birlikdə Salyan rayonunda yerləşən ASAN Xidmətə getmiş, orada Ülviyə həmin pulu notariat qaydasında işə düzəltməsi məqsədi ilə verəcəyini demiş, lakin, Ülvi elə olarsa onun üçün problem yaranacağını, buna görə də verdiyi pulu borc müqaviləsi kimi sənədləşdirilməsini təklif etmiş, o, da razılaşmışdır. O, Davudun yanında 5000 manat pulu Ülviyə notariat qaydasında borc müqaviləsi adı altında vermişdir. Ülvi də ona 1 həftə, ən uzağı 10 günə onu işə düzəldəcəyini vəd etmişdir. Lakin, Ülvinin dediyi vaxta o, işə düzəlməmişdir. Bundan sonra o, mütəmadi olaraq Ülvi ilə əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşmuş, sonuncu yalandan ona yaxın müddətə işinin alınacağını deyərək onu aldatmışdır. Bir müddətdən sonra o, Ülvinin onu aldatdığını başa düşmüş, pulunu geri qaytarmasını tələb etmiş, lakin, Ülvi onun pulunu da geri qaytarmamışdır. O da məcbur qalıb DİN-in 102 Xidmətinə şikayət etmişdir. Hazıradək ona vurulan ziyanın heç bir hissəsi ödənilməmiş, ziyanın ödənilməsini, pulunun ona qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxs söz verib ki, yaxın zamanlarda pulu ona qaytaracaqdır. Ülvinin tutulmasını istəmir, onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ziyanı ödəməmiş, söz verib ki, ödəyəcək. Buna baxmayaraq Ülvinin tutulmasını istəmir, onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. Həmin vaxt Salyan rayonu Qarabağlı kəndində yerləşən “Samir” restoranını işlətmiş, Ülvi restorana su gətirib satmışdır. O, Salyan rayonu Kərimbəyli kəndində özünə məxsus əkin sahəsində kələm becərməklə məşğul olmuşdur. Həmin vaxt Sədulla da həmin kələm sahəsində fəhlə işləmişdir. Sədulla ona işsiz olduğunu, buna görə də yaşadığı kənd ərazisində olan su nasosunda işə düzəlmək istədiyini demişdir. O da Sədullaya bir nəfər Ülvi adında tanışının olduğunu, istəyirsə onun nömrəsini verə biləcəyini demiş, Sədulla da razı olmuşdur. 2024-cü ilin əvvəllərində o, Ülvi ilə kafedə çay içərkən ona bir nəfər Sədulla adlı tanışının olduğunu və həmin şəxsin yaşadığı Salyan rayonu Pratman-Gəncəli kənd ərazisində yerləşən nasosa işə düzəlmək istədiyini demişdir. Ülvi ona vəzifəli bir dayısının olduğunu və dayısının bir zənginə işi düzüb-qoşa biləcəyini demişdir. O da Sədullanın telefon nömrəsini verərək onunla danışmasını bildirmişdir. Bundan bir neçə gün sonra Sədulla əkin sahəsində Ülvi ilə ASAN Xidmətdə görüşərək ona işə düzəlmək üçün 5000 manat pul verdiyini, lakin pulu borc müqaviləsi ilə rəsmiləşdirdiyini, Ülvinin 2024-cü ilin noyabr ayının 15-nə kimi onu işə düzəldəcəyini demişdir. Noyabr ayının 15-i gəlib çatsa da Ülvi Sədullanı işə düzəltməmişdir. O da Ülviyə dəfələrlə zəng edərək Sədullanı işə düzəltməsini, ya da onun pulunu geri qaytarmasını istəmişdir. Ülvi ona da hər dəfə Sədullanın pulunu geri qaytaracağını desə də, Sədullanın pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs onun qızının əridir. 2024-cü ilin sentyabr ayında Sədulla ona Ramil adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olduğunu və Ülvinin onu Salyan Su X2 İdarəsində maşinist vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 5000 manat istədiyini demişdir. Sədulla ona 3000 manat pul düzəldə bildiyini, qalan 2000 manatı isə düzəldə bilmədiyini demişdir. Həmin vaxt o, övladının əməliyyatı üçün heyvanlarını satdığından nağd şəkildə 2000 manat pulu olmuş, həmin pulu Sədullaya verərək, pulu Ülviyə ASAN xidmətdə notarial qaydada verməli olduğunu demişdir. 01 oktyabr 2024-cü il tarixdə o, Sədulla ilə birlikdə Salyan rayonunda yerləşən ASAN Xidmətdə getmiş, Ülvi onlardan 5000 manat pulu borc müqaviləsi adı altında vermələrini xahiş etmişdir. Sədulla Ülviyə pulu ona borca yox, onu Salyan Su X2 İdarəsində maşinist vəzifəsinə işə düzəltməyi üçün verdiyini demişdir. Ülvi Sədullaya pulu işə düzəltmək adı altında rəsmiləşdiriləcəyi halda onun üçün problem yaranacağını demiş, buna görə də onunla razılaşmışlar. Onlar 5000 manat pulu notarial qaydada Ülviyə vermişlər. Ülvi yaxın zamanda Sədullanı işə düzəldəcəyini vəd etmişdir. Sədulla Ülviyə zəng edərək işin nə yerdə olduğunu soruşduqda Ülvi hər dəfə yalandan işin həll olacağını demişdir. Bir qədər vaxt keçdikdən sonra Sədulla Ülvi onu aldatdığını başa düşmüş, 5000 manat pulu geri tələb etmiş, lakin Ülvi pulu hazıradək qaytarmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin oktyabrın 1-də Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün 5000 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu işə düzəltməmişdir. Həmçinin ondan aldığı pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadə tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu üçün iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş “müqaviləyə baxış keçirilməsi üçün götürmə aparılması” haqqında qərardan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi müqavilə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək müqavilənin surəti götürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Salyan Rayonu “Asan Xidmət Mərkəzi”ndə bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Ələkbərov X4 Ülvi Vahid oğluna xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat borc pul vermişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan barəsində axtarış elan olunmuş və olduğu yer müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin İB-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Cəmil Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan və eyni tarixli “axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 17:30-da Salyan RPŞnin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılaraq saat 20:30-da Salyan RPŞ-yə gətirilmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Dillər Universitetinin 2 saylı Qızlar yataqxanasının komendantı əvəzi İ.Hacıyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 228 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, X1 rayonundan məcburi köçkün düşmüş, Şərifzadə küçəsində yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı Qızlar yataqxanasında müvvəqəti olaraq məskunlaşmış, ailə tərkibi X6, X3, X5 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən və Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X8 xx.xx.2009-cu il tarixdə, X9 xx.xx.2012ci il tarixdə anadan olmuşlar, onların ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Zəngilan rayon İHB -nin Şayıflı kənd İƏD-si üzrə nümayndəsinin əvəzi Z.Allahverdiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Bakı şəhər Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3823 nömrəli arayışdan göünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 avqsut 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; zərərçəkmiş və şahid ifadəsi, cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olumuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə onun bu niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə tanış olduğu Salyan rayonu Pratman Gəncəli kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Salyan Su X2 İdarəsində maşinist vəzifəsinə işə düzəldəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 01 oktyabr 2024-cü il tarixdə Salyan rayonunda yerləşən ASAN Xidmətdə Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat pulu alaraq ələ keçirməklə dələduzluq etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 4 Azərbaycan Dövlət Dillər Universitenin 2 nömrəli yataqxanasında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları var, məcburi köçkün olmaqla məhrumiyyətlərə düçar olmuş, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bununla belə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanın heç bir hissəsini ödəməmişdir, zərərçəkmiş maddi ziyanın ödənilməsini tələb edir, lakin təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəmir, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 4 Azərbaycan Dövlət Dillər Universitenin 2 nömrəli yataqxanasında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-97/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-97/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver