Məhkəmə qərarları › İş №1(057)-98/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-98/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-98/2025 23.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X8 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Saatlı rayonunun Nabatkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin əvvəllərində Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, ev 7A-da yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 3000 manat pul verəcəyi halda X1nın müddəti bitmiş pensiyasını bərpa etdirəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 16 fevral 2024-cü il tarixdə Gədəbəy rayon mərkəzi poçtundan onun adına göndərdiyi 1000 manat, Gədəbəy rayonu ərazisindən "xxxx"a aid 523915** **** 6113 saylı hesaba 03 mart 2024-cü il tarixdə köçürtdüyü 200 manat və 17 mart 2024-cü il tarixdə köçürtdüyü 100 manat, 2024-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Sumqayıt şəhərində yerləşən parkda nağd aldığı 1000 manat, Gədəbəy rayonu ərazisindən "xxxx"a aid istifadəsində olan 416973******0356 hesabına 07 may 2024-cü il tarixdə köçürtdüyü 300 manat və 400 manat məbləğində pulları vahid niyyətlə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, ev 1-də yaşayan Zərərçəkmiş şəxs3 pensiyasının miqdarına artırmaq barədə yalan vədlər verib inandırıb aldadaraq, bu məqsədlə sonuncunun Şirvan şəhəri ərazisindən onun istifadəsində olan “Kapital Bank" ASC-yə məxsus 416973******0356 saylı bank kartına köçürtdüyü 2024-cü il sentyabrın 24-də 500 manat pulu, 2024-cü il sentyabr 25-də 500 manat pulu, 2024-cü il sentyabr 26-da 500 manat pulu, 2024-cü il sentyabr 30-da 150 manat pulu, 2024-cü il oktyabr 03-də 300 manat pulu, 2024-cü il oktyabr 04-də 200 manat pulu, 2024-cü il oktyabr 07-də 300 manat pulu, 2024-cü il oktyabr 08-də 200 manat pulu və 2024-cü il oktyabr 15-də 200 manat pulu vahid niyyətlə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 2850 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Salyan rayonu, Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs2, gəlini X4 və qardaşı X10 pensiya düzəldəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vədlər verib inandırıb aldatmaqla, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin oktyabr ayında hissə-hissə olmaqla 5000 manat pulun bir hissəsini Salyan rayonu, Xalac kəndində nağd almış, qalan hissəsini 2024-cü ilin oktyabr ayında hissə-hissə olmaqla Salyan rayonu, Xalac kəndində yerləşən ödəniş terminalından istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******0356 saylı bank kartına köçürtdürməklə, sonuncu dəfə isə 2025-ci il oktyabr 18-də 1300 manat pulu istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******0356 saylı bank kartına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadədə verərək göstərmişdir ki, 2024-cü ilin əvvəllərində tanışı Aftandil ona qardaşı Gərayın arvadının pensiyasının dayandırılmasını və onun pensiyasını bərpa etmək üçün çalışdıqlarını bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün yalandan Aftandilə baldızının pensiya fondunda işləməsini onun vasitəsilə müxtəlif şəxslərin dayandırılmış pensiyalarını pul qarşılığında bərpa etməyi bacardığını demişdir. O, Aftandilə mobil nömrəsini qardaşı Gəraya verməsini və onunla əlaqə saxlamasını demişdir. Gəray mobil telefon vasitəsilə ona zəng edərək danışmış, o, Gəraya narahat olmamasını və köməlik edə biləcəyini demişdir. Gəray nə qədər pul lazım olduğunu bildirmiş, o da 3000 manat pul verəcəyini demişdir. Gəray da onunla razılaşaraq hissə-hissə verəcəyini bildirmiş, o da problem olmadığını deyərək onunla razılaşmışdır. 2024-cü il fevralın 16-da Gəray poçt vasitəsilə onun adına 1000 manat pul göndərmişdir. 2024-cü il martın 03-də Gəray mobil telefon vasitəsilə ona zəng edərək pul göndərmək istədiyini bildirmiş, o, Gəraya kart hesabının bloka düşdüyünü, xatırlamadığı tanışının kart hesabını ona verərək pulu həmin hesaba göndərməsini demişdir. Gəray da həmin kart hesabına 200 manat pul köçürtmüşdür. 2024-cü il martın 17-də xatırlamadığı tanışının kart hesabına 100 manat pul köçürtdmüşdür. 2024-cü ilin mart ayının sonlarında Gəray mobil telefon vasitəsilə ona zəng edərək Sumqayıt şəhərində olduğunu bildirmişdir. O, vaxt edib Gəray ilə Sumqayıt şəhərində xatırlamadığı parkda görüşmüşlər. O, Gəray ilə biraz söhbət etmiş, bundan sonra Gəray 1000 manat pulu sayıb ona vermişdir. O, 1000 manat pulu alıb cibinə qoymuş və Gəraya narahat olmamasını, işini həll edəcəyini demişdir. 2024-cü ilin may ayının əvvəllərində o, Gəray ilə mobil telefon vasitəsilə danışan zaman qalan pulu da onun Kapital banka aid 4169 7388 8603 0356 hesabına köçürtməsini demiş, Gəray da yaxında göndərəcəyini bildirmişdir. 2024-cü ilin mayın 07-də Gəray onun Kapital banka aid 4169 7388 8603 0356 hesabına 300 və 400 manat pul köçürtmüşdür. Bundan sonra Gəray bir neçə dəfə ona zəng edərək, arvadının dayandırılmış pensiyası baradə soruşmuş, hər hər dəfə ona müxtəlif bəhanələr edərək aldatmışdır. Həmçinin Gəray mütamadi ona zəng edərək pulunu qaytarmasa ondan şikayat edəcəyini dediyi üçün ona məxsus kart nömrəsinə 300 manat pul köçürtmüş, yerdə qalan 2700 manat pulu isə qaytaracağına söz vermişdir. O, Gərayı aldadaraq onun arvadının dayandırılmış pensiyasını bərpa edəcəyi adı ilə aldadıb 3000 manat pulunu ələ keçirmişdir. O, həmin 3000 manat puldan heç kimə verməmiş, hamısını öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 tanıyır, Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış, 2024-cü ilin avqust ayında Vidamət ona zəng edərək, onun ad günü olmasını, Şirvan şəhərində qeyd etdiyini, onuda ad gününə çağırdığını bildirmişdir. 2024-cü il sentyabr 26da o da Şirvan şəhərinə getmiş, həmin vaxt Vidamət onu Zərərçəkmiş şəxs3 ilə tanış eləmişdir. Həmin vaxt onlar yemək-içmək alaraq oradan Bədirənin bağ evinə ğetmişlər. Həmin vaxtı yemək yeyib spirtli içki qəbul etmişlər. Onlar yemək yedikdən sonra Bədirə əlilliyə görə 220 manat pensiya aldığını, pensiyasının miqdarını artırmaq istədiyini bildirmişdir. O da Bədirəyə pensiya işinin həllində ona kömək edə biləcəyini, pensiyasının miqdarını 220 manatdan 450 manatadək arta bildiyini demiş, o da onunla razılaşmışdır. Bundan sonra o, Bədirəyə Kapital banka aid 4169 7388 8603 0356 saylı hesabını verərək ona deyəcəyi pulu hissə-hissə onun kart hesabına atmasını bildirmişdir. Bədirədə 2024-cü ilin sentyabr ayında hissə-hissə olmaqla 2450 manat pulu onun verdiyi kart hesabına köçürtdürmüşdür. 2024-cü ilin oktyabrın 08-də Bədirə Kapital banka aid 4169 7388 8603 0356 saylı hesabına 200 manat pul köçürtdürmüşdür. 2024-cü ilin oktyabrın 10-da Bədirə Kapital banka aid 4169 7388 8603 0356 saylı hesabına 200 manat pul köçürtdürmüşdür. Bədirə hər dəfə ona zəng edərək pensiyası baradə soruşmuş, hər hər dəfə ona müxtəlif bəhanələr edərək aldatmışdır. O, Bədirəni aldadaraq onun pensiyasının miqdarını artıracağı adı ilə aldadıb 2850 manat pulunu ələ keçirmişdir. O, həmin 2850 manat puldan heç kimə verməmiş, hamısını öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bundan başqa 2024-cü ilin noyabr ayında o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri Binəqədi rayonunda görüşmüşdür. Vidamət özünə, gəlini və qardaşı üçün pensiya düzəltdirmək istədiyini bildirmiş, o da problem olmadığını deyərək düzəldə biləcəyini demişdir. Vidamət ondan nə qədər pul alacağını soruşmuş, o, Vidamətə özü üçün 2000 manat, gəlini və qardaşı üçün də hər birinə 1500 manat, ümumilikdə 5000 manat verəcəyini demişdir. Vidamət düşündükdən sonra onunla razılaşmışdır. O, Vidamətə Kapital banka aid 4169 7388 8603 0356 saylı hesabını verərək pulu köçürtməsini demişdir. Vidamət isə nağd o qədər pulunun olmadığını deyərək hissə-hissə verəcəyini bildirmişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində o, Vidamətin yaşadığı Salyan rayonu, Xalac kəndinə gedərək onunla görüşmüş, Vidamət ona 2000 manat pulu sayıb vermişdir. O da 2000 manat pulu alaraq çıxıb getmişdir. Bir müddətdən sonra Vidamət ilə mobil telefon vasitəsilə danışaraq qalan pulu da göndərməyini demiş, Vidamət də pulunun olmadığını, olanda göndərəcəyini bildirmişdir. 2024-cü ilin oktyabr ayında Vidamət müxtəlif vaxtlarda onun Kapital banka aid 4169 7388 8603 0356 saylı hesabına ayrı-ayrı məbləğlərdə ümumilikdə 3000 manat pul köçürtdürmüşdür. Vidamət hər dəfə ona zəng edərək pensiya baradə soruşmuş, hər hər dəfə ona müxtəlif bəhanələr edərək aldatmışdır. O, Vidaməti aldadaraq ona, gəlininə və qardaşına pensiya düzəldəcəyi adı ilə aldadıb 5000 manat pulunu ələ keçirmişdir. O, həmin 5000 manat puldan heç kimə verməmiş, hamısını öz şəxsi məsrəfləri üçün xərcləmişdir. O, cinayət məsuliyyətindən yayınmaq üçün Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs3 2700 manat, Zərərçəkmiş şəxs2 isə 2000 manat aldığımı demişdim. Hazırda isə Zərərçəkmiş şəxs1 3000 manat, Zərərçəkmiş şəxs3 2850 manat, Zərərçəkmiş şəxs2 isə 5000 manat aldığını etiraf etmişdir. Şahid bu cinayətlə heç bir əlaqəsi yoxdur. O, cinayətdən yayınmaq üçün o formada ifadə vermişdir. O, o formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmayacağını düşünmüşdür. Onun ƏƏSMN-nin DFMF-də tanışı yoxdur, heç kimin pensiya işinin düzəlməsində iştirakı olmamışdır. O, maddi vəziyyəti ağır olduğu üçün Gəray, Bədirə və Vidamətə yalan vəd verib, onlardan pul almışdır. O bildirmişdir ki, həmin şəxslərdən aldığım pulları öz şəxsi məsrəfləri üçün xərcləmişdir. 5239 15*** ***** 6113 saylı hesabın kimə məxsus olduğunu xatırlamır, amma həmin şəxsin bu cinayətdə heç bir rolu yoxdur. Çünki həmin hesab kartı onda olmuş, Gəray tərəfindən köçürülən pulları özü çıxartmışdır. Həmin şəxsin hesabına köçürülən puldan xəbəri olmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından əlavə, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş və şahidin ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç yerdə işləmir, 2-ci qrup əlildir. O, hazırda 2-ci qrup əlilliyə görə hər ay 220 manat pensiya alır, 2024-cü ilin avqust ayında o, qohumu Vidamət ilə pensiya almağı barədə söhbət edən zaman sonuncu demişdir ki, onun aylıq pensiya pulunun miqdarının artırılmasında köməklik edə bilər. Belə ki, onun tanışı var, həmin şəxs Təqsirləndirilən şəxsdur, sonuncu onunda pensiya işin düzəldir, bu barədə onunla danışsalar onunda pensiya işini düzəldə biləcəyini demişdir. O da Vidamətə etiraz etməmiş, sonra Vidamət Həmzəyə zəng edərək, ona bu barədə danışmış, o, Şirvan şəhərinə gələcəyəni, bu barədə ətraflı danışacaqlarını demişdir. 2024-cü ilin avqust ayının 12-də Həmzə Şirvan şəhərinə gəlmiş, həmin vaxt sonuncu, o və Vidamət onun yaşadığı ünvanda görüşmüşlər, bu zaman Həmzə onun pensiya pulunun miqdarını 220 manatdan 450 manatadək artıra bilər, bunun üçün 2700 manat pul lazımdır, o da, sonuncunun dediyi ilə razılaşmışdır. Bu zaman Həmzə ona Kapital Bank ASC-yə məxsus bank kartının 4169- ?3******Q356 say|, 16 rəqəmini vermiş, o da pulu həmin karta atmış, 2024-cü ilin sentyabroktyabr aylarında hissə-hissə olmaqla 2850 manat pulu Həmzənin ona verdiyi 4169- 73******0356 say|, bank kartına köçürmüşdür. O, 2850 manat pulu Həmzənin kart hesabına köçürsə də, sonuncu onun pensiya işini həll etməmişdir. O da ondan verdiyi pulu istəsə də, sonuncu əvvəl bəhanələr gətirmiş, sonra isə mobil telefonunu söndürmüşdür. O da məcbur qalıb Həmzə barəsində Şirvan Şəhər Polis Şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, ona dəymiş ziyandan 500 manat pul ödəmişdir. Hazırda 2350 manat ödənilməmiş zərər vardır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Əlavəsi yoxdur, zərəri tələb edir. Məhkəmənin 23 dekabr 2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın çox hissəsini-2550 manatını ödəmiş, ümumilikdə 300 manat ödənməmiş pul qalmış, buna görə də təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, 1-ci Qarabağ döyüşündə iştirak etmiş, veterandır, aylıq 80 manat pul və əlavə olaraq 220 manat sosial pensiya alır. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə Bakı şəhərində xəstəxanada olarkən tanış olmuşdur. 2024-cü ilin sentyabr ayında o, Şirvan şəhərinə DƏDRX-nə gəlmiş, həmin vaxt Həmzə ona zəng edərək, harda olduğunu soruşmuş, o da ona Şirvan şəhərində olduğunu demişdir. Həmin vaxt Həmzə ona Saatlı rayonundan Şirvan şəhərinə gəldiyini və görüşmək istədiyini demişdir. O da ona etiraz etməmiş, təxminən bir neçə dəqiqə sonra tanıdığı Zərərçəkmiş şəxs3 ona zəng edərək, onun mobil telefonuna kontur yükləməyini istəmişdir. O da onunla razılaşmış, sonra sonuncunun mobil telefonuna 1 manatlıq kontur göndərmişdir. Sonra Bədirəyə zəng edərək, ona kontur yüklədiyini bildirmiş, sonra Bədirə bağ evində təmir işləri apardığını demişdir. O da ora gəlmiş və evin təmir işlərinə baxmışdır. O da sonuncunun bağ evinə getmiş və aparılan təmir işlərinə baxmışdır. Bu zaman Həmzə ona zəng edərək harda olduğunu soruşmuş, o da ona tanışının bağ evində olduğunu, ona da evin yerini demiş, bir müddət sonra Həmzə bağ evinə gəlmişdir. Bu zaman sonuncunun evinin həyətində olan masa arxasında oturmuş və çay içmişlər, sonra o, ustaların yanına getmişdir. Biraz görülən işlərə baxdıqdan sonra onların yanına gəlmişdir. Sonra Həmzəyə zəng gəlmiş, o, oradan çıxıb getmişdir. 2024-cü ilin oktyabr ayının ortalarında Həmzə ona zəng edərək tanışı olduğunu, həmin şəxsin pensiya düzəldə bildiyini, əgər kiminsə ehtiyacı varsa kömək edə biləcəyini bildirmişdir. O da ona belədisə onun, gəlini X3 və kiçik qardaşı X9 pensiya işini düzəltməyini demiş, Həmzə də onların pensiya işini həll edə biləcəyini demişdir. Sonra Həmzə onun pensiya işini 2000 manat pul müqabilində, gəlini və qardaşının pensiya işini isə hər birinə 1500 manat pul qarşılığında həll edə biləcəyini demiş, o da onunla razılaşmışdır. Həmzə ona Kapital Bank ASC-yə məxsus bank kartının 4169-73******0356 saylı 16 rəqəmini vermiş, o da 2024-cü ilin oktyabr ayında hissə-hissə olmaqla 5000 manat pulun bir hissəsini yaşadığı Salyan rayonu, Xalac kəndində yerləşən evində və qalan hissəsini isə yaşadığı Salyan rayonu, Xalac kəndində yerləşən Abad marketin həyətinə quraşdırılmış MilliÖN ödəniş terminalı vasitəsi ilə Həmzənin ona verdiyi 4169-73******0356 saylı bank kartına köçürmüşdür. O, 5000 manat pulu Həmzənin kart hesabına köçürsə də, sonuncu pensiya işini həll etməmişdir. O da ondan verdiyi pulu istəsə də, sonuncu əvvəl bəhanələr gətirmiş, sonra isə mobil telefonunu söndürmüşdür. O da məcbur qalıb Həmzə barəsində Şirvan Şəhər Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmənin 23 dekabr 2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın bir hissəsini-800 manatını ödəmiş, ümumilikdə 4200 manat ödənməmiş pul qalmışdır. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəyəndən sonra ona dəymiş ziyanı hissə-hissə ödəməyə başlayacaq. Buna g görə də təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, ev-7A ünvanında yaşayır. Hazırda heç yerdə işləmir və təqaüd ilə dolanır. X1 2-ci qrup əlil olduğuna görə pensiya almışdır. 2021-ci il tarixdə Gözəlin pensiyası dayandırılmış və o, onun dayandırılmış pensiyasını bərpa etmək üçün sənədlər toplasada, lakin əliliyini bərpa edə bilməmişdir. 2023-cü ilin dekabr ayında qardaşı X5 ona bildirmişdir ki, Bakı şəhərində onunla birlikdə ev ustası işləyən Həmzə adlı şəxs var və həmin şəxs qohumu vasitəsilə dayandırılmış pensiyaları bərpa edə bilir. O, qardaşı Aftandildən Həmzənin mobil telefon nömrəsini alıb, onunla bu barədə danışmış və Həmzə ona baldızının pensiya fondunda işləməsini onun vasitəsilə müxtəlif şəxslərin dayandırılmış pensiyalarını pul qarşılığında bərpa etdiyini demişdir. Bundan təxminən 10- 15 gün sonra o, Sumqayıt şəhərində toyda olarkən Həmzə ona zəng edib, görüşmələrini və söhbət etmələrini bildirmişdir. Buna görə də o, Sumqayıt şəhərində qardaşı Əzim Allahverdiyevlə birlikdə Həmzə ilə oturub, söhbət etmişlər və o, dayandırılmış pensiyanı bərpa etməyi bacardığını demişdir. Bundan sonra o, Həmzə ilə teiefon vasitəsilə əlaqə saxlamış və 3500 manat pul müqabilində Gözəlin pensiyasını bərpa edə biləcəyini demişdir. 16 fevral 2024-cü il tarixdə o, Gədəbəy şəhərində yerləşən mərkəzi poçtdan Həmzənin adına 1000 manat pul vurmuşdur. Bundan təxminən bir ay sonra Sumqayıt şəhərində Həmzə ilə görüşmüşlər və o, əlbə-əl ona 1000 manat pul vermişdir. Bundan bir müddət sonra Həmzənin ona göndərdiyi bir banka məxsus 4169 7388 8603 0356 saylı kart hesabına Gədəbəy şəhərində yerləşən terminallardan 300-400-200 və sonuncu dəfə 100 manat pul vurmuşdur. Bundan sonra Həmzə ona guya Gözəlin işi ilə bağlı müxtəlif həkimlərlə görüşdüyünü, sənədləşmələr apardığını desə də, o, onun onu aldatdığını başa düşmüşdür. Son vaxtlar isə artıq Həmzənin nömrələrinə zəng çatmamış və o, onunla əlaqəsini tamamilə kəsmişdir. Buna görə də o, onun onu aldadaraq 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Gədəbəy RPŞ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, o, yol uzaq olduğuna görə və maddi vəziyyəti ağır olduğuna görə məhkəmə iclaslarına gələ bilmir. Bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs Elyar oğlu ödəyərsə, onda ittiham aktının onun zərərçəkmiş olduğu hissəsində xitam verilməsini, ona dəymiş ziyanı ödəməzsə Təqsirləndirilən şəxs Elyar oğlunun təqsirləndirildiyi maddənin ən ağır sanksiyası həddində cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı elan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Gədəbəy rayonu, Günəşli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bəzi vaxtlarda Bakı şəhərinə gedib orada tikinti işlərində fəhləlik edir. Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Saatlı rayonu, Nabatkənd kənd sakini Təqsirləndirilən şəxs 2024-cü ilin əvvəllərində tikintidə fəhlə işləyərkən tamş olmuşdur. Onunla yaxın münasibətləri olmuş, əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. 2023-cü ildə tikintidə fəhlə işləyən zaman söhbət əsnasında müddəti bitmiş pensiya işlərini düzəldə biləcəyini demişdir. Həmin vaxt onun ağlına qardaşı Gəray gəlmiş və ona zəng edib Həmzə adında bir nəfərin pensiya düzəltdiyini və arvadı Gözəlin pensiyasını düzəltdirə biləcəyini ona demişdir. Əvvəlcə qardaşı düzəltdirmək istəmədiyini desə də, yaxın vaxtlarda Bakı şəhərinə gələ biləcəyini demişdir. O da qardaşına gələn zaman özünün Həmzə ilə görüşməsini demişdir. Bundan sonra qardaşı Gəray Sumqayıt şəhərinə gedən zaman orada digər qardaşı Əzimlə birlikdə gedib Həmzə ilə görüşmüşlər. Daha sonra qardaşı Həmzəyə hansısa miqdarda pul vermiş, həmin pulun nə qədər olmasını, ona nə Həmzə, nə də ki Gəray deməmişdir. Bundan sonra Həmzə qardaşı Gərayı aldadıb pulunu ələ keçirmişdir. Şahid məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, o, yol uzaq olduğuna görə və maddi vəziyyəti ağır olduğuna görə məhkəmə iclaslarına gələ bilmir. Onun iştirakı olmadan bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ərizəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, tanıdığı Həmzə adlı şəxs almış olduğu əlilliyi ilə bağlı təqaüdünü artırmaq məqsədi ilə ondan 2500 manat pul almış sonradan verdiyi vədə əməl etməyərək onun pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Şirvan ŞPŞ TB-nin baş təhqiqatçısı İnqilab Məmmədzadənin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 1-də yaşayan Zərərçəkmiş şəxs3 ərizə ilə Şirvan ŞPŞ-yə müraciət edərək tanıdığı Həmzə adlı şəxsə təqaüdünü artırmaq üçün 2500 manat pul verdiyini, lakin Həmzənin vədinə əməl etməyərək pulu mənimsədiyini göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabrın 08-də "xxxx"a aid 4169 7388 8603 0356 saylı hesabına 200 manat, 2024-cü ilin oktyabrın 10-da "xxxx"a aid 4169 7388 8603 0356 saylı hesabına 200 manat pul köçürməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, Saatlı rayon sakini Təqsirləndirilən şəxs ondan gəlini X6 əlilliyə görə pensiya düzəltmək adı ilə onu aldadıb, ondan 2024-cü ilin noyabr ayında istifadəsində olan kart hesabına 5000 manat pulu köçürməklə ələ keçirib ona qarşı dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21,09.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilib, xx.xx.2023-cü ildə cəzası başa çatmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham ona elan edilmişdir. Şirvan ŞPŞ-nin CAB-nin axtarış üzrə baş inspektoru Nazim Bağırovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İB-yə təhvil verilmiş və 26 aprel 2025-ci ildə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Şirvan ŞPŞ-nin MSY-nə keçirilmişdir. xx.xx.2025-ci il tarixli şirvan ŞPŞ-nin İB-nin baş müstəntiqi Əhməd Baloğlanovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, gəlini X4 və qardaşı X10 pensiya düzəldəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vədlər verib inandırıb aldatmaqla, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin oktyabr ayında hissə-hissə olmaqla 5000 manat pulun bir hissəsini Salyan rayonu, Xalac kəndində nağd almış, qalan hissəsini 2024-cü ilin oktyabr ayında hissə-hissə olmaqla Salyan rayonu, Xalac kəndində yerləşən ödəniş terminalından istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******0356 saylı bank kartına köçürtdürməklə, ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. 14 may 2025-ci il tarixli Şirvan Şəhər Polis X11 baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov tərəfindən tərtib edilmiş "xxxx"ın çıxarışına keçirilmiş baxışdan görünür ki, "xxxx" ASC- dən daxil olmuş çıxarışda 24 sentyabr 2024-cü il tarixdə 500 manat, 25 sentyabr 2024-cü il tarixdə 500 manat, 26 sentyabr 2024-cü il tarixdə 500 manat, 30 sentyabr 2024-cü il 50 manat, 03 oktyabr 2024-cü il tarixdə 300 manat, 04 2024-cü il tarixdə 200 manat, 07 oktyabr 2024-cü il tarixdə 300 manat, 08 oktyabr 2024-cü il tarixdə 200 manat, 15 oktyabr 2024-cü il tarixdə 200 manat və 18 oktyabr 2025-ci il tarixdə 1300 manat pulun Təqsirləndirilən şəxs "xxxx"a aid 4169 7388 8603 0356 saylı hesabına köçürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il martın 03-də "xxxx"a aid şəxsiyyəti istintaqa məlum olmayan şəxsin “5239 15** **** 6113 saylı hesabına 200 manat, 2024-cü il martın 17-də "xxxx"a aid şəxsiyyəti istintaqa məlum olmayan şəxsin “5239 15** **** 6113 saylı hesabına 100 manat, 2024-cü il mayın 07-də "xxxx"a aid 4169 7388 8603 0356 hesabına 300 və 400 manat pul köçürtdürməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu ərazisində saxlanılaraq RPŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şçəxs Zərərçəkmiş şəxs1 və şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmiş, ifadələrini birbirlərinin üzlərinə demişlər. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o, dərhal Gədəbəy RPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan və protokoldan görünür ki, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yeri müəyyən edilərək tutulmuş və Şirvan ŞPŞ-nin İb-nə təhvil verilmişdir. “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 5 avqust 2025-ci il tarixli, 18-1-65/2-562/2025 nömrəli məktubundan görünür ki, Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Saatlı rayonu, Nabatkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.1961-ci təvəllüdlü Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetlərində, eləcə də digər xəstəliklərlə bağlı dispanser qeydiyyatda deyil. Saatlı RİHB-nin Çolpı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Nabatkənd kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-361/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-580/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2023-cü tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Azərcell MMC”-nin xx.xx.2025-ci il tarixli, 21333 nömrəli məktubuna əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi və Zərərçəkmiş şəxs1 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə bir-birləri ilə aralarında mütəmadi danışmaları müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, Şahid və şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin barələrində Azərbaycan Respublikası CM- 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-361/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-580/2023 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran haldır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzə rdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən hal aşkar etməmiş, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 25 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı üçün 11 manat olmaqla 275 manat məbləğində pul onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 dekabr 2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 25 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı üçün 11 manat olmaqla 275 manat məbləğində pul onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar