Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-99/2023 22.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 3-də qeydiyyatda olan və orada yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1995-ci ildə Sabirabad rayonu, Əliləmbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 283A-da qeydiyyatda olan və orada yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən, xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş fermanın ətrafı hasarlanmamış həyətyanı sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 80 manat dəyərində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsini oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən, xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş fermanın ətrafı hasarlanmamış həyətyanı sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 80 manat dəyərində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsini oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 3-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanımış və onunla dostluq münasibətləri vardır. Etibarnamə əsasında idarə etdiyi, hazırda satdığı “QAZ 24” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 30 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində tanışı Tural ilə birlikdə idarə etdiyi avtomobil ilə Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində gəzdikləri zaman ətrafda olan həmin zaman adını bilmədiyi, sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus fermanın həyətində dəmir hissələrinin olmasını görmüşlər. Həmin vaxt Tural ilə birlikdə həmin dəmirləri oğurlamağı planlaşdırmışlar. Avtomobili fermanın yanına sürmüşdür. Avtomobildən yerə enmiş və ətrafa baxdıqda heç kimin olmadığını görmüşlər. Sonra Tural ilə birlikdə orada yerə yığılmış dəmirləri götürüb avtomobilin yük hissəsinə yığmış və daha sonra oradan uzaqlaşmışlar. Tural ilə birlikdə Şirvan şəhəri “Salyan dairəsi” adlanan yerdə Anar adlı şəxsə məxsus metal qəbulu sexinə gəlmişlər. Anarla söhbət edərək ona özlərinə məxsus dəmirlərin olmasını və həmin dəmirləri satmaq istədiklərini demişlər. Həmin dəmirlərin qarşılığında Anar onlara 120-130 manat arasında pul vermişdir. O və Tural da həmin pulu bərabər hissəyə bölmüş və daha sonra oradan çıxıb getmişlər. Oğurladıqları dəmirlərdən əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs qeyd etdiyi kimi ona məxsus fermanın ərazisindən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə əslində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsini oğurlamışdır. Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları dəmirləri Anar adlı şəxsə satdıqları zaman Anar həmin dəmirlərin oğurluq olmasını bilməmişdir. Anar onlardan həmin dəmir metallarının kimə məxsus olmasını soruşduqda, həmin dəmirlərin özlərinə məxsus olmasını söyləmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiklərini bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 283Ada qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanımış və onunla dostluq münasibətləri vardır. Süleymanın etibarnamə əsasında idarə etdiyi, hazırda satdığı “QAZ 24” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 30 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində tanışı Süleyman ilə birlikdə idarə etdiyi avtomobil ilə Salyan rayonunun, Qaraçala qəsəbəsi ərazisində gəzdikləri zaman ətrafda olan həmin zaman adını bilmədiyi, sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus fermanın həyətində dəmir hissələrinin olmasını görmüşlər. Həmin vaxt Süleyman ilə birlikdə həmin dəmirləri oğurlamağı planlaşdırmışlar. Süleyman avtomobili fermanın yanına sürmüşdür. Avtomobildən yerə enmiş və ətrafa baxdıqda heç kimin olmadığını görmüşlər. Sonra Süleyman ilə birlikdə orada yerə yığılmış dəmirləri götürüb avtomobilin yük hissəsinə yığmış və daha sonra oradan uzaqlaşmışlar. Süleyman ilə birlikdə Şirvan şəhəri “Salyan dairəsi” adlanan yerdə Anar adlı şəxsə məxsus metal qəbulu sexinə gəlmişlər. Anarla söhbət edərək ona özlərinə məxsus dəmirlərin olmasını və həmin dəmirləri satmaq istədiklərini demişlər. Həmin dəmirlərin qarşılığında Anar onlara 120-130 manat arasında pul vermişdir. O və Süleyman da həmin pulu bərabər hissəyə bölmüş və daha sonra oradan çıxıb getmişlər. Oğurladıqları dəmirlərdən əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs qeyd etdiyi kimi ona məxsus fermanın ərazisindən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə əslində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsini oğurlamışdır. Təqsirləndirilən şəxs1lə birlikdə oğurladıqları dəmirləri Anar adlı şəxsə satdıqları zaman Anar həmin dəmirlərin oğurluq olmasını bilməmişdir. Anar onlardan həmin dəmir metallarının kimə məxsus olmasını soruşduqda, həmin dəmirlərin özlərinə məxsus olmasını söyləmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiklərini bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr, şahid ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə istintaqında elan edilmiş ifadəsi ilə, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qisimində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən metalqəbuletmə məntəqəsini işlətmişdir. 30 oktyabr 2022-ci il tarixə günorta saatlarında metalqəbuletmə məntəqəsində olan zaman Təqsirləndirilən şəxs2 və Süleyman Təqsirləndirilən şəxs1 idarə etdiyi qara rəngli “Qaz 24” markalı avtomobillə məntəqəyə gəlmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məntəqədə olan tərəzinin yanına yaxınlaşmışlar. O da onların yanına getmişdir. Tural ona Süleyman ilə birlikdə işlədiklərini, işlədikləri yerdən əmək haqqı əvəzinə dəmir aldıqlarını və həmin dəmiri pula ehtiyacları olduğu üçün satmaq istədiklərini bildirmiş və o da onlarla razılaşmışdır. Bundan sonra Tural, Süleyman və məntəqəsində işləyən Ariz adlı şəxs köməkləşib “Qaz 24” markalı avtomobildən dəmirləri götürüb tərəzinin üzərinə yığmışlar. O, dəmirləri çəkdikdən sonra Turala ümumilikdə 197 manat pul vermişdir. Bundan sonra Tural və Süleyman “Qaz 24” markalı avtomobilə əyləşib məntəqədən getmişlər. Bildirmişdir ki, Tural və Süleyman ilə əvvəllər aralarında təxminən 2-3 dəfə dəmir alveri olmuşdur. Tural və Süleymanın ona satmış olduqları dəmirlərin oğurluq olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, 07 iyun 2023-cü il tarixdə məhkəməyə Təqsirləndirilən şəxs1 və qeyrisinin ona dəymiş olduğu ziyanı ödəmələri, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmaması, istintaqa verdiyi ifadəsini təsdiq etməsi barədə teleqram ünvanlamışdır. Zərərçəkmiş məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Quba rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla Quba şəhəri, Timyazov küçəsi “Təzə Məhəllə”də fərdi evdə yaşayır. Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində özünə məxsus olan ferması vardır. Həmin fermada xırdabuynuzlu heyvan olan qoyunlarını saxlamışdır. Həmin ferma mişar daşlarından tikilsə də, fermanın həyəti hasarlanmamış və ətrafı açıqlıqdır. 30 oktyabr 2022-ci il tarixdə axşam saatlarında ona məxsus həmin fermaya getdiyi zaman fermanın həyətində olan dəmir hissələrinin olmadığını görmüşdür. Bundan sonra həmin dəmirlərin oğurlanmasını bilmiş və həmin dəmirləri oğurlayan şəxsləri axtarmağa başlamışdır. Həmin vaxtdan etibarən Şirvan şəhəri ərazisində yerləşən dəmir qəbulu sexlərinə vaxtı olduqca gedib baxmağa və soruşmağa başlamışdır. 05 noyabr 2022-ci il tarixdə Şirvan şəhəri “Salyan dairəsi” adlanan yerin yaxınlığında yerləşən Anar adlı şəxsə məxsus dəmir qəbulu sexinə baxdığı zaman ona məxsus fermadan oğurlanmış həmin dəmirlərin olmasını görmüşdür. Anardan həmin dəmirləri kimlərin ona gətirib verməsini soruşmuşdur. Anar da ona həmin dəmirləri Şirvan şəhər sakinləri Tural və Süleyman adlı şəxslərin gətirib ona satmasını və onların həmin dəmirlərin özlərinə məxsus olmasını söyləmələrini bildirmişdir. O da bu səbəbdən 09 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, ona məxsus olan fermanın ərazisindən 1 ədəd 80 manat dəyərində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 200 (iki yüz) manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, ilkin ərizə, izahat və ifadəsində baş vermiş oğurluq hadisəsinin aşkar olunmuş tarixini və dəmirlərin əlamətlərini düzgün göstərməmişdir. Əslində o, hadisəni 30 oktyabr 2022-ci il tarixdə axşam saatlarında aşkar etmişdir. Fermasının ərazisindən oğurlanmış dəmirlər də yuxarıda qeyd etdiyi sayda, ölçüdə və əlamətlərdə olmuşdur. Həmin şəxslər ona məxsus fermasından başqa dəmir əşyaları oğurlamamış və dəmirlərin bir hissəsini söküb aparmağa cəhd etməmişlər. Sadəcə olaraq həmin vaxt o, həyəcanlı və əsəbi olduğundan belə qeyd etmişdir. Daha sonra fermasına baxış zamanı heç bir dəmir əşyasının sökülmədiyini və oğurluq edilməsinə cəhd edilmədiyini aşkar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Elvin Əlizadənin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 30 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən, xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş fermanın ətrafı hasarlanmamış həyətyanı sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 80 manat dəyərində 1 metr enində, 2 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsi və 1 ədəd 120 manat dəyərində 1,2 metr enində, 2,4 metr hündürlüyündə və qalınlığı 2,5 sm olan dəmir hissəsini oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmuşlar. Cinayət işinin 19-cu vərəqində olan Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Elvin Əlizadə tərəfindən “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhə yarandığından o, şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:10 dəqiqədə tutulmuşdur. Cinayət işinin 42-ci vərəqində olan Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Elvin Əlizadə tərəfindən “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhə yarandığından o, şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 20:45 dəqiqədə tutulmuşdur. Cinayət işinin 57-58-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 69-70 və 85-86-cı vərəqələrində olan “polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-98-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında protokollardan və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmir oğurladıqları yeri göstərmişlər. Cinayət işinin 101-ci vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 118-119-cu vərəqələrində olan Şirvan şəhər İH-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 fevral 2023-cü il tarixli yaşayış yeri barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 120-121-ci vərəqələrində olan Şirvan şəhər İH-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 fevral 2023-cü il tarixli yaşayış yeri barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır və yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokuroruğu vasitəsi ilə Salyan RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Cinayət işinin 148-149-cu vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamdən görünür ki, təqsirləndirilən şəxs Ağayev X2 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 09 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 150-152-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il şərti, sınaq müddəti tətbiq edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib (CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə) 01 il 09 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Cinayət işinin 150-152-ci vərəqlərində olan Azərbaycan Respublikası adından Şirvan Şəhər Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 1(032)-88/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, (CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə) 01 il 09 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, (CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə) tutulduğu və həbsdə saxlandığı 07 ay 09 gün müddət 14 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cinayət işinin 205-ci vərəqində olan Zərərçəkmiş şəxs yazdığı 29 aprel 2023-cü il tarixli ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş olan 200 (iki yüz) manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona tam olaraq ödənilmiş və bununla bağlı həmin şəxslərdən heç bir şikayəti yoxdur. Cinayət işinin 214-215-ci vərəqələrində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 234-235-ci vərəqələrində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin (istintaqda) və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənilməsini və sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilmələri onların şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, onların Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlar təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs1 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 3 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Müdafiəçi2 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs2 müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 iş saatına görə 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Şirvan şəhərində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Şirvan şəhərində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün.. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-99/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-99/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver