Məhkəmə qərarları › İş №1(058)-10/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-10/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-10/2023 28.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonu Fizuli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində Zərərçəkmiş şəxs Samux rayon Füzuli kəndində yaşadığı evinin qarşısında küçədə sonuncu ilə aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı, daş parçası ilə qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs baş nahiyyəsinə iki dəfə vuraraq sonuncuya – ənsə və sol təpə nahiyyəsinin yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Samux rayonu Füzuli kəndində yaşayır, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs ilə təxminən 2020-ci tarixdə ailə həyatı qurmuş, 1 övladı var. Zərərçəkmiş şəxs övladı olduqdan sonra ayrılmış, Zərərçəkmiş şəxs onunla yaşamadığı üçün Daşkəsən rayon Alaxançallı kəndində valideyinləri ilə birgə yaşayır, lakin hərdən onun evinə gəlib-getsə də o, Zərərçəkmiş şəxs yaşadığı evə buraxmırmış. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, bir gecəlik müvəqqəti qalmasını xahiş etmiş, o isə buna razılaşmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla birgə qalmış, xx.xx.2023-cü il tarixdə saat təxminən 11- 12 radələrində Zərərçəkmiş şəxs getmək istəməmiş, bu səbəbdən küçədə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı o, əsəblərini cilovlaya bilməmiş, yerdə olan daş parçasını götürüb Zərərçəkmiş şəxs baş nahiyyəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşı kimi tanıyır, onlarla münasibəti normal olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində evinin qarşısında küçədə olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmış, həyat yoldaşı Təqsirləndirilən şəxs onu yenə evdən qovduğunu bildirmişdir. Onlar küçədə söhbət edən zaman Təqsirləndirilən şəxs kənardan Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək onlara yaxınlaşmış, sözlə mübahisə etmiş və gözlənilmədən yerdə olan daş parçasını götürərək Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirdiyini görmüş və bu səbəbdən onları sakitləşdirərək ayırmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 fevral 2023-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə və sol təpə nahiyyəsinin yaraları -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, o, daha əvvəl də CM-nin 128-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmiş, həmin iş üzrə istintaq müddətində cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət qanunvericiliyində şəxsin sözügedən cinayət əməlinin törədilməsinə görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs yenidən həmin cinayətin törədilməsinə görə cinayət məsuliyyətindən azad oluna bilməz. Ona görə də, o, təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı 18 saat, məhkəmədə isə 9 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 162 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 27 saat hüquqi yardıma görə 162 (yüz altmış iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar