Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-10/2024 30.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin ünanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 18 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs Samux rayonu, Əhmədbəyli kəndində yerləşən yaşayış evinə evin giriş qapısının açıq olmasından istifadə edərək qəsdən qanunsuz daxil olub, yaşayış evinin yardımçı otağında olan dolabdan (şkafdan) Zərərçəkmiş şəxs məxsus 4255( dörd min iki yüz əlli beş) manat dəyərində 2500( iki min beş yüz) X4 dollarını gizli yolla talayıb qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, anası Dilarə, bacısı Leyla və onun iki azyaşlı övladları ilə birlikdə yaşayır. Yaşadığı ev bacısı Leylanın qaynanası Cəmiləyə məxsus olasa da həmin ev əvvələr rəhmətlik atası İlhama məxsus olmuş, sonradan atası borca düşdüyünə görə evi Zərərçəkmiş şəxs satmışdır. Atası evi satdıqdan sonra yaşamağa evi olmadığı üçün Cəmilə onlara evin həyətində olan balaca evdə yaşamaq üçün icazə vermişdir. Evin həyətində olan digər evdə isə bacısı Leyla və onun X10 yaşayır. O, uzun müddət Azərbaycan Respublikasının hüdudlarından kənarda başqa dövlətlərdə yaşamışdır. Sənədləri ilə bağlı problemləri olduğu üçün 2023-cü ilin iyul ayında Azərbaycana qayıtmış və qayıtdıqdan sonra Samux rayonu Əhmədbəyli kəndinə anası Dilarənin məskunlaşdığı evə gəlmişdir. Samux rayonu Əhmədbəyli kəndinə gələndə bacısının X10 təxminən 1 ay olarmış ki, Azərbaycandan xaricə Rusiya Federasiyasına gedibmiş. O, gələrək anası Dilarə və bacısı Leylayla birlikdə Samux rayonu Əhmədbəyli kəndində Zərərçəkmiş şəxs evində yaşamağa başlamışdır. Ona və anasına yaşamaq üçün evin həyətində yerləşən balaca evi vermişlər və onun digər evdə yaşamağa icazəsi olmamışdır. Özünə iş tapa bilmədiyindən gündəlik olaraq anası və bacısından siqaret pulu alırmış. Ara bir evin həyətində olan digər evə də gedib gəlirmiş. 18 avqust 2023-cü il tarixdə günorta saat 13 radələrində Samux rayonu Əhmədbəyli kəndində Zərərçəkmiş şəxs məxsus olan, yaşadığı evin həyətində yerləşən bacısı Dilarə və və onun X10un yaşadığı evə açıq qapıdan daxil olmuşdur. Evin dəhlizinə daxil olub oradanada digər otağa daxil olmuş, otaqda yerləşən şkafa baxan zaman orada pul görmüşdür. Həmin pulu götürüb sayan zaman 2500 ABŞ dolları olduğunu müəyyən etmişdir. Həmin zaman pula ehtiyyacı olduğundan düşünmüş ki, X1yıdana kimi həmin pulu düzəldib yerinə qoyar. O, həmin pulu oradan götürüb çıxmışdır. Pulu götürdüyü günün sabahısı günü yəni 19 avqust 2023-cü il tarixdə 300 Dollar pulu Gəncə şəhəri Savxoz Nizami dairəsi adlanan ərazidə yerləşən mağazada dəyişdirmiş. Digər pulları isə Gəncə şəhərində yerləşən valyuta məntəqələrində xırdalamışdır. Həmin pullardan təxminən 500 manatlıq yaşadığı evə bazarlıq etmişdir. Qlan pulu isə müxtəlif yerlərdə xərcləmişdir. Həmin pulları xərclədiyi yerləri hal-hazırda xatırlamır. Əməlindən çox peşmandır, buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İlham Cəfərov onun oğlu, Şahid3 isə oğlu İlham Cəfərovun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə gəlini Şahid3 qardaşıdır. Samux rayonu Əhmədbəyli kəndində iki evi vardır. Həmin evlərin biri kəndin mərkəzində digər evi isə Ağasıbəyli kəndinin yolunun üzərində yerləşir. Özü Ağasıbəyli kəndinin yolunun üzərində yerləşən evində yaşayır. Digər evində isə oğlu İlham, gəlini Leyla və az yaşlı nəvələri İslam və Aylin yaşayırlar. Röyal Mustafeyavin özü və anası Dilarə ona məxsus olan Samux rayonu Əhmədbəyli kəndində yerləşən, hansı ki, oğlu Röyal və gəlini Leyla yaşayan evin həyətində yerləşən digər evdə məskunlaşmışlar. Belə ki, onların qalmaq üçün evləri olmadığı üçün özünə məxusus olan Samux rayonu Əhmədbəyli kəndində yerləşən evin həyətində yerləşən tikilidə onlara qalmaq üçün yer vermişdir. Oğlu və gəlini yaşayan evin həyətində iki dənə ev vardır. Həmin evin birində oğlu, gəlini və nəvələri yaşayır və onlar həmin evə böyük ev deyirlər. Balaca evdə isə qudası Dilarə və onun oğlu Röyal yaşayır. Röyal əvvəllər Ukranyada yaşayıb. Röyal gəldikdən sonra o, heç bir yerdə işləmirmiş və tufeyli həyat tərzi keçirirmiş. Oğlu İlhamın övladları AUTİZİM xəstədir və onları tez-tez həkimlərə aparırlar. Bunun üçün daima evdə pul saxlayırlar. Oğlu İlham 22 iyun 2023-cü il tarixdə Rusiya Fedarasiyasına gedən zaman 2500 dollar pul vermiş ki, dar günləri üçün lazım olsa o puldan istifadə etsinlər. Həmin pulu yaşadığı Samux rayonu Əhmədbəyli kəndində yerləşən hansı ki, oğlu İlham və gəlini Leyla yaşayan evdə yerləşən yardımçı otaqda olan şkafda karopkanın altına qoymuş və pulu qoyduğu yeri oğlu İlhama demişdir. Özü ara-bir evdə həmin pula nəzarət edirmiş. Oğlu ona zəng edərək pulun orada olmadığını deyəndə o, həmin evə gedib gəlini Şahid3 ilə birlikdə pul olan otaqdakı şkafa baxmışlar. Şakafa baxdıqdan sonra müəyyən etmişlər ki, pul oradan oğurlanıb. Bundan sonra polisə məlumat vermişdir. Onun evindən oğurluğu Röyal Mustafev etmişdir. Lakin hazırda ona dəymiş ziyan tam həcmdə təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri “X7” adlanan ərazidə “Budaqlı” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçəlik və ədavəti olmamışdır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə işlədiyi Gəncə şəhəri “X7” adlanan ərazidə yerləşən “Budaqlı” marketə gəlmiş, mağazadan bazarlıq etdikdən sonra ona 100 ABŞ dolları məbləğində pul vermişdir. Röyaldan ona milli pul verməsini istəmiş, Röyal ona cibində olan pulların hamısının dollar olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs 100 dollar pul vermiş, o, həmin 100 dolların əvəzində Təqsirləndirilən şəxs 170 Azərbaycan Manatı vermişdir. Röyal isə həmin puldan etmiş olduğu bazarlığın pulunu verib çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə müxtəlif saatlarda eyni qaydada 2 dəfə eyni üsulla bazarlıq edib ABŞ dolları vermişdir və hər dəfəsində onun verdiyi dolları xırdalamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan cəmi 300 ABŞ dolları pul xırdalamış və o, Röyala 510 Azərbaycan manatı vermişdir. O, Röyal Mustafeyvin həmin pulları oğurladığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İlham Cəfərov onun kürəkəni, Zərərçəkmiş şəxs qudası, Təqsirləndirilən şəxs doğma oğlu, Şahid3 isə qızıdır. X8 sağlığında borca düşdüyü üçün bütün mülkünü satmışdır. Halhazırda yaşadığı evi isə X8 qudası Zərərçəkmiş şəxs satmışdır. Yaşamağa evi olmadığı üçün Zərərçəkmiş şəxs onlara həmin evin həyətində yerləşən digər yarımçıq evdə yaşamaq üçün icazə vermişdir. Onun yaşadığı evin həyətində iki ədəd ev vardır. Həmin evin birində o və oğlu Röyal yaşayır. Digər evdə isə qızı Leyla və onun əri İlham yaşayır. Oğlu Təqsirləndirilən şəxs əvvəllər Ukranya respublikasında yaşayıb. Röyal 2023-cü ilin iyul ayında Azərbayacana gəlmiş, Röyalın evi olmadığı üçün o da Cəmilənin ona yaşamaq üçün verdiyi evdə yaşamağa başlamışdır. X6 2023-cü ilin iyun ayında Rusiya Fedarasiyasına işləmək üçün getmişdir. İlham Cəfərov getdikdən sonra qızı Leyla evin həyətində olan digər evdə yəni onun yanında yaşamağa başlamışdır. Röyal ara-bir qızı Leyla və onun əri İlhamın yaşadığı digər evə gedib orada qalırmış. Təxminən avqust ayının sonlarında Röyal 2 dəfə evə bazarlıq etmişdir. Həmin bazarlığın qiyməti təxminən 500 manat olarmış. Röyal evə bazarlıq edən zaman ondan pulu haradan almasını soruşmuş. Röyal isə ona alacağı olduğunu, həmin pulu ona verdikərini bildirmişdir. Röyal heç bir işlə məşğul olmurmuş və onun siqaret pulunu o və qızı Leyla verirmiş. Təxminən sentyabr ayının 3-də o, qızı Leyladan və qudası Cəmilədən eşitmişdir ki, qızı Leyla və onun əri yaşayan evdən, yəni o yaşayan evin həyətində yerləşən digər evdən 2500 ABŞ dolları məbləğində pul oğurlanmışdır. Sonra bilmiş ki, həmin pulu oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Röyal pula ehtiyyacı olduğu üçün bu hərəkəti etdiyini bildirmişdir. Pul olan evə Röyal Mustafeyev bir neçə dəfə girmiş, lakin Röyalın o evə girməyə icazəsi olmamışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, İlham Cəfərov əri, Zərərçəkmiş şəxs qaynanası, Təqsirləndirilən şəxs doğma qardaşı, Şahid2 isə anasıdır. O, X10la birlikdə qaynanası Zərərçəkmiş şəxs məxsus Samux rayonu Əhmədbəyli kəndində yerləşən evdə yaşayır. Həmçinin anası Dilarənin yaşamaq üçün evi olmadığına görə anası onların yaşadığı evin həyətində olan digər evdə məskunlaşmışdır. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər Ukranya respublikasında yaşayıb, 2023-cü ilin iyul ayında isə Azərbayacana gəlmişdir. Röyalında evi olmadığı üçün o da onların yaşadığı evə gələrək anası Dilarənin yaşadığı evdə yaşamağa başlamışdır. X10 2023-cü ilin iyun ayında işləmək üçün Rusiya Fedarasiyasına getmişdir. X10 getdikdən sonra o, evin həyətində olan digər evdə yəni anasının yanında yaşamağa başlamışdır. Röyal da onlarla yaşayırmış. Röyal ara-bir digə evə, yəni əri ilə onun yaşadığı evə gedib orada qalırmış. Təxminən avqust ayının sonlarında Röyal 2 dəfə evə bazarlıq etmişdir. Həmin bazarlığın qiyməti təxminən 500 manat olmuşdur. Röyal evə bazarlıq edən zaman ondan pulu haradan almasını soruşmuş, Röyal isə ona alacağı olduğunu, həmin pulu ona verdikərini bildirmişdir. Röyal heç bir işlə məşğul olmurmuş və onun siqaret pulunu o və anası verirlərmiş. O, Bakı şəhərinə getməli olduğundan əri İlhama zəng vurub ondan pul istəmiş, İlham isə ona yaşadıqları evdə olan yardımçı otaqdakı şkafda karopkanın altında 2500 ABŞ Dolları olduğunu, onu götürüb lazım olan qədər xərcləməsini bildirmişdir. O, həmin yerə baxan zaman orada pulun olmadığını müəyyən etmişdir. Onun əvvəlcədən orada pul olması barədə heç bir məlumatı olmamışdır. O, ərinə pulun orada olmadığını dedikdən sonra qaynanası Zərərçəkmiş şəxs onlara gəlmiş və evi qaynanası Zərərçəkmiş şəxs ilə birlikdə nə qədər axtarsalar da pulu tapa bilməmişlər. Bundan sonra müəyyən etmişlər ki, evdən oğurluq olmuşdur. Pul olan evə ondan başqa qardaşı Röyal Mustafeyev bir neçə dəfə girmişdir. Həmçinin Röyalın o evə girməyə icazəsi olmamışdır. Sonradan bilmişdir ki, həmin pulu qardaşı Təqsirləndirilən şəxs oğurlayıb və ehtiyyacı olduğu üçün xərcləmişdir. Hazırda Röyal həmin pulu hissəhissə qaynanası Cəmiləyə qaytarır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 sentaybr 2023cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hahisə yeri Samux rayonu, Əhmədbəyli kəndində yerləşir. Evin giriş darvazası dəmir materialdan olmaqla göy rəngdədir. Darvazadan içəri daxil olduqda biri sağ, digəri sol tərəfdə olmaqla iki ev yerləşir. Zərərçəkmiş şəxs bildirdiyinə görə sol tərəfdə yerləşən evdə baş vermişdir. Qapı taxtadan və açıq qəhvəyi rəngdə olmaqla açıq vəzyiyyətdə olmuş, otaq dağınıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs pulu saxladığı şkafı göstərmiş, şkaf müayinə olunan zaman kriminalist tərəfindən 05 ədəd əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisain nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "Kapital Bank" ASc tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 15 avqust 2023-cü il tarixdən 3 sentyabr 2023-cü il tarixədək olan vaxt aralığında 1 ABŞ dollarının alış məzənnəsi 1.6970 AZN, satış məzənnəsi 1.7020 AZN olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkumluğu olmayıb. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 30 yanvar 2024-cü il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs şikayəti və ya tələbi yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus 05 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdr. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus 05 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 246 (iki yüz qırx altı) manat pul Samux rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-10/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-10/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver