Məhkəmə qərarları › İş №1(058)-11/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-11/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-11/2024 18.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Samux rayonu Hacıalılı kəndində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu Hacıalılı kəndində qeydiyyatsız yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs (əvvəllər adı X10 olmuş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 13 (on üç) ədəd ümumi təmiz çəkisi yaş halda 85 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə, yaşadığı Samux rayonu Hacıalılı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 13 (on üç) ədəd ümumi təmiz çəkisi yaş halda 85 qram olan çətənə (kannabis) bitkiləri yaşadığı Samux rayonu Hacıalılı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda yuxarıda göstərilən ünvanda qardaşı oğlu Şahid4, onun arvadı Elnarə və onların 3 az yaşlı övladları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özü narkotik istifadəçisidir. Əvvəllər eşitmiş ki, Samux rayonu Kür çayının sahillərində çətənə kolları yabanı şəkildə bitir. Buna görədə özü istifadəçisi olduğu üçün qərara gəlib ki, yabanı halda bitən çətənə kolları tapıb özü üçün istifadə etsin. Təxmini bilir ki, çətənə kolları yay aylarında yetişir. 2023-cü ilin may ayında Samux rayonu ərazisində Kür çayının sahilində axtaran zaman yabanı halda bitmiş çətənə kolları tapmışdır.Tapdığı kollar istifadə üçün yararsız imiş, çox güman ki, keçən ildən qalan kollar imiş, həmin vaxt fikirləşib ki, bir neçə toxum götürüb özü əkib yetişdirsin. Həmin yerdən 13 ədəd toxum götürmüşdür. Həmin toxumları cibində saxlayaraq daşımış və heç kimədə bu barədə heçnə deməmişdir. Toxumları təxminən iyul ayında yaşadığı evin həyətində heç kim görə bilməyəcəyi yerdə əkmişdir. Həmin əkmiş olduğu çətənə kollarını mütəmədi olaraq diblərini sulayırmış. O, 13 ədəd toxum əkmiş və 13 ədəd toxumda cücərək böyümüşdür. Həmin kollar böyüdükdən sonra qurudub özü həmin kollardan istifadə edəcəkmiş. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Samux rayonu Hacıalılı kəndində evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. Qapını açanda bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlarla birlikdə sonradan tanıdığı aqranom-mütəxəssis də gəlmişdir. Polis əməkdaşları yaşadığı həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirib bu barədə qəbul edilmiş qərarla onu tanış etmişlər. Videoçəkiliş altında yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Onların yaşadığı evin həyətinə baxış keçirməsinə etiraz etməmiş,bu barədə ərizə yazmışdır. Onları baxış keçirmək üçün həyətə dəvət etmiş, həyətyanı torpaq sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Həmin əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə baxış keçirildikdən sonra həmin bitkilər videoçəkiliş altında kökündən çıxaılaraq ağ rəngli politelin kisəyə yığılmış, cəmi 13 ədəd bitki olmuşdur. Həmin bitkilər elektron tərəzidə çəkildi və çəkisi 0.170 qram olmuşdur. Həmin kisənin ağzı tikilib bağlanmış və həmin kisənin üzərinə bağlanıb möhürlənmiş kağızı imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə gəlmişdir. Şöbədə hüquqlarnı müdafiə etmək üçün seçdiyi vəkillə təmin olunmuşdur. Sonra bu barədə protokol və digər sənədlər tərtib edilmişdir. Həmin sənədlərin doğru tərtib edilməsinə görə imzalamışdır O həmçinin göstərmişdir ki, heç vaxt heç kimə narkotik vasitə satmamış və belə bir məqsədi olmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün Samux rayonu Hacıalılı kəndində sahibsiz ərazidə əkib kultivasiya etmiş, heç bir yerə qoymamış, hal-hazırda onda başqa bir yerdə narktotik vasitə yoxdur,evdəkilər həmin bitkilər görməmişlər bunu heç kəs bilmirmiş, təkcə olaraq çətənə kollarını yaşadığı evin həyətyanı sahəsində əkmişdir, daha heç kəsin də bundan xəbəri olmamış, əvvəllər heç kəsdən narkotik vasitə almamış və verməmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.1960-cı il tarixdə Samux rayonu Hacıalılı kəndində doğulmuş, atası Şahid4 Salah oğlu, anası isə X5r. 1990-cı illərdə Azərbaycan Respublikasında iş tapmaqda çətinlik çəkdiyi üçün Rusiya Federasiyasına işləmək üçün getmişdir. Rusiyada olan zaman orada hamı onu Şittifik kimi çağırırmış Ora getdikdən sonra əlində sadəcə olaraq doğum haqqında şəhadətnaməsi var imiş. Həmin illərdə özünə sənəd almaq üçün Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət edərək özünə sənəd toplamışdır. Sənədlərini düzəltdikdən sonra fikir vermiş ki, adını sənədlərdə İttifaq kimi yox Şittifik kimi qeyd etmişlər. Hamı onu Şittifik kimi tanıdığı üçün həmin sənədi dəyişdirməmişdir. Həmin sənədlərdə adıı Təqsirləndirilən şəxs kimi qeyd olunubmuş. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə pasportunu Rusiya Federasiyasında yeniləmişdir və həmin pasport xx.xx.2024-cü il tarixə kimi qüvvədədir. Özünə məxsus olan 65№7894060 №-li pasportla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Samux RPŞ-nin əməkdaşları onu tutan zaman özünü X2 təqdim etmişdir. Belə ki, düşünürmüş ki, burada onu X2 tanıyırlar. X1 olmağına və Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə bağlı heç bir rəsmi sənədi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 01 avqust 2023-cü il tarixdə, 01 yanvar 1960-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Samux rayonu Hacıalılı kəndində qeydiyyatda olmaqla yaşayan X10 adlı şəxsin Samux rayonu Hacıalılı kəndində yaşadığı evin həyətində qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat dərhal Samux RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra X8 narkotik vasitə olan çətənə kolları əkməsi ehtimal olunan Samux rayon Hacıalılı kəndində yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır, həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq, keçiriləcək baxışda iştirak etmək üçün aqronom ixtisasına malik, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şahid3 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Samux Rayon Polis X7 baş təhqiqatçısı polis mayoru X4, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu Hacıalılı kəndinə İttifaq İsayevin yaşadığı evə gedilmiş, baxışdan əvvəl ev sahibi X10 ona məxsus fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra İttifaq İsayevə fərdi yaşayış evində qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya və predmetin bundan başqa əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli bitkilərin əkilib-becərilməsi soruşulmuş, İttifaq İsayev bu təklifdən sonra qanunsuz olaraq narkotik vasitə hesab edilən çətənəyə oxşar kolları əkdiyi ərazini göstərmişdir. Baxış zamanı təmizlənmiş ərazinin təxminən 3 kvadrat metr olması, bir-birləri ilə təxminən 20-25 sm aralı dibləri yumşaldılaraq alaq otlarından təmizlənmiş 13 ədəd ilk baxışdan çətənəyə oxşar kollar aşkar olunaraq torpaqdan çıxarılmış, həmin aşkar olunmuş, narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 0.170 kq olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və kağız zərf AR DİN –nin 180 saylı möhrü ilə möhürlənərək üzəri iştirakçılar və tərəfindən imzalanmışdır. Sorğu zamanı İttifaq İsayev bildirmişdir ki, Samux rayonu Hacıalılı kəndində yerləşən evində aşkar edilmiş 13 ədəd çətənə kollarının ona məxsusus olmasını, həmin çətənə kollarını 2-3 həftə bundan əvvəl şəxsi istifadəsi üçün əkib becərməsini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsirə məruz qalmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmişdir, iştirakçılara ucadan oxunmuşdur, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini tam kurs bitirmiş və rəsmi olaraq Samux Samux RİHB aparatının Sosial-iqtisadi İnkişaf Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 01 avqust 2023-cü il tarixdə AR DİN-nin Samux RPŞ-nin baş təhqiqatçısı polis mayoru Murad Balakişiyev tərəfindən Samux rayon Hacıalılı kəndində X6 narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan yaşadığı evə baxış keçirilməsi üçün mütəxəssis qismində iştirakı ilə bağlı qərar qəbul edilərək hüquq və vəzifələrim izah edilmiş və daha sonra həmin tarixdə, yəni 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Samux RPŞ -nin əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinə məxsus xidməti avtomobillərlə Samux rayonu Hacıalılı kəndində X6 narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan evə gedilmişdir. Bundan sonra həmin əraziyə X6 iştirakı ilə baxış və Götürmə İstintaq hərəkəti keçirilmişdir. Baxış zamanı dibləri yumşaldılmış, alaq otlarından təmizlənmış və qulluq göstərilməklə kökü torpaqda olan aqrotexniki qaydada qulluq edilmiş 13( on üç) ədəd narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənə kolları elektron tərəzidə çəkilmiş və çəkinin 0.170 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə hesab edilən çətənə kolları qablaşdırılmış və kağız zərf Azərbaycan Respublikası DİN-nin 180 saylı möhrü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı X18 rayonu Hacıalılı kəndində yerləşən evində aşkar edilmiş 13 ədəd çətənə kollarının ona məxsusus olmasını, həmin çətənə kollarını 2-3 həftə bundan əvvəl şəxsi istifadəsi üçün əkib becərməsini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. X13 onun doğma əmisidir. X13 əvvəllər Rusiya Fedarasiyasında yaşamış, təxminən 1 il olar ki, Azərbaycanda yaşayır. Özü heyvan saxladığından əmisi Şttifik İsaevlə elə də çox maraqlanmırmış. X9 yaşadığı Samux rayonu Hacıalılı kəndində yerləşən evində qanunsuz olaraq 13 ədəd çətənə kollarını əkməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Sonradan axşam evə gələn zaman ailə üzvləri ona belə bir hadisə olması barədə məlumat vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 avqust 2023-cü il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində X6 Samux rayonu Hacıalılı kəndində yaşadığı evin həyətyanı sahəsinə təbi işıqlandırma şəraitində, “Redmi” markalı mobil cihazından istifadə etməklə, polis baş leytenantı X11 tərəfindən video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, narkotik vasitələrinin əkilib-becərildiyi, kultivasiya və aqrotexniki qaydada qulluq edildiyi yer Samux rayonu Hacıalılı kəndində yaşadığı evin həyətyanı sahəsində xüsusi vasitə ilə təmizlənmişdir. Təmizlənmiş ərazi təxminən 3 kvadrat metrdir. Həmçinin baxış zamanı bir-biriləri ilə təxminən 20-25 sm aralı məsafələrdə, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmiş və qulluq göstərilməklə kökləri torpağın altında olan 13 (on üç) ədəd narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar aşkar edilmişdir. Sonra aşkar olunmuş çətənəyə oxşar kollar aqronumun iştirakı ilə torpaqdan çıxarıldı və 13 (on üç) ədəd torpaqdan çıxarılmış çətənə kollarının uzunluqları 36 sm, 45 sm, 39 sm, 33 sm, 30 sm, 55 sm, 46 sm, 59 sm, 46 sm, 15 sm, 60 sm, 28 sm, 41 sm olmuşdur. Həmçinin aşkar olunmuş narkotik vaxtə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkildi və çəkinin 0.170 (sifir tam mində yüz yetmiş) kq olması müəyyən edilmişdir. Sorğu zamanı X10 çətənə toxumlarını 2-3 həftə əvvəl əkdiyini və özü istifadə üçün əkib-becərdiyini bildirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(058)-19/2023 saylı qərarınıdan görünür ki, X6 barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(058)-27/2023 saylı qərarınıdan görünür ki, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 02 iki ay müddətinə uzadılmışdır. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizanın 02 avqust 2023-cü il tarixli 16/769 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X10.” adlar və imzalar olan sintetik kisədəki, 13 ədəd ümumi təmiz çəkisi 85 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 1644 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X6 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarda qeyd edilmişdir ki, X10 01 yanvar 1960-cı il tarixdə Azərbaycan SSR-nin Samux rayonu Hacıalılı kəndində doğulmuş, atası Şahid4 Salah oğlu, anası X5r. İstintaq orqanının sonrakı araşdırması zamanı müyəyyən edilmişdir ki, X6 adı istintaq materiallarına əlavə olunmuş pasportlarda Təqsirləndirilən şəxs kimi qeyd olunmuşdur. Bu hal Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2019-cu il tarixdə verilmiş və xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan 65N:7894060 pasportla öz təsdiqini tapdığı, odur ki cinayət işinin bütün materiallarında X6 adının Təqsirləndirilən şəxs kimi və vətəndaşlığının Rusiya Federasiyasının vətəndaşı kimi oxunmalı olduğu göstərilmişdir. 02 avqust 2023-cü il tarixli Samux rayonu Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, X10 müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, “baxış keçirmə və götürmə haqqında” protokol, maddi sübutlar, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısı”nda (İİİ siyahı) çətənə növlü bitkilərin 3-15 ədədinin xeyli miqdar təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etməsi öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, 64 yaşında olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və qeyd edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona törətdiyi cinayətə görə məsuliyyət müəyyən edən normanın sanksiyasında alternativ cəza nəzərdə tutulduğu halda azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri (CM- 58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gün həbs müddətinə iki gün cəza müddəti bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş çətənə bitkisinin ekspertizadan sonrakı qalığı – 84,74 qram çətənə (kannabis) bitkisi məhv edilməli, aparılan baxış keçirmə və götürmə, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı 2(iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 44 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 264 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 17 gün müddət Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq ona təyin edilmiş cəzadan 15 ay 4 gün müddət çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş çətənə bitkisinin ekspertizadan sonrakı qalığı – 84,74 qram çətənə (kannabis) bitkisi məhv edilsin, aparılan baxış keçirmə və götürmə, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı 2(iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 44 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 264 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar