Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-12/2023 04.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ İHakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Samux rayonunda fərdi qaydada fəliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Culfa şəhəri, H.Cavid küçəsi, mənzil 26-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində kirayədə yaşamış, başqa bir cinayət əməlini törətməkdə təqsirləndirildiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 180.2.2, 182.2.1, 182.2.2, 274, 32.4, 312.2, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Qobustan qapalı həbsxanasında cəza çəkən Şahid2 qeyd olunan məhkəmə tərəfindən verilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının azaldılaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsi və ya azadlığa buraxılmasında köməklik göstərilməsi barədə 2019-cu ilin noyabr ayında sonuncunun anası Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz qohumu Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs və Şahid1la sonuncunun yaşadığı Samux rayonu, Lək kəndində yerləşən fərdi yaşayış evində görüşləri zamanı, hər iki şəxsə guya özünün Azərbaycan Respublikasının məhkəmə və ədliyyə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən məsələdə köməklik etmək imkanına malik olduğunu onlara yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Şahid2 Füzuli Hərbi Məhkəməsi tərəfindən verilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, bundan bir müddət sonra isə ümumiyyətlə Şahid2 azadlığa buraxılmasına nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu məhkəmə və ədliyyə orqanlarının yüksək səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2019-cu ilin noyabr ayında cinayətdən xəbərsiz Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin dekabr ayının əvvəllərində Samux rayonu, Lək kəndində Şahid1 yaşadığı evdə Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat, 2019-cu ilin dekabr ayının sonlarında Samux rayonu, Lək kəndində Şahid1 yaşadığı evdə Zərərçəkmiş şəxs 5.000 (beş min) manat olmaqla, ümumilikdə 20.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, Zərərçəkmiş şəxs aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 20000 manatı Zərərçəkmiş şəxs deyil Şahid1 almışdır. Onlar arasında borc razılaşması olmuş, o həmin pulu borc kimi almışdır. Onun məhkəmə və ədliyyə orqanlarında heç bir tanışı yoxdur, Zərərçəkmiş şəxs oğluna təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının azaldılmasına və ya onun azadlığa buraxılmasına yardımçı olacağı barədə heç bir vəd verməmiş, onun başqasının əmlakını ələ keçirmək niyyəti olmamışdır. Aldığı pulun isə 10130 manat hissəsini qaytarmış, qalan 9870 manat hissəsini isə qaytarmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında tamamilə uyğunsuzluq olduğundan, məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında bir-birinə tamamilə zidd ifadə verməsini aydınlaşdırarkən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsir altında verdiyini və həmin ifadənin doğru olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstədi ki, Təqsirləndirilən şəxs barəsində 13 oktyabr 2022-ci il tarixdə Baş İdarənin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə zəng edərək şikayət etmişdir. Şahid2 onun övladıdır. Oğlu Şahid2 “Tər-Tər” hadisələri ilə bağlı 2019-cu il tarixdə Füzuli hərbi məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, övladının işi ilə bağlı müxtəlif qurumlara şikayətlər etməyə başlamış, oğluna kömək edilməsi üçün bütün tanışlarına müraciət etmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayında dayısı oğlu Şahid1 ona oğlu ilə əlaqədar söhbətlərinin birində bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı vardır, həmin tanış şəxs özünün Məhkəmə və Ədliyyə orqanlarında yüksək vəzifədə işləyən şəxslərlə yaxın olduğunu demişdir, ona görə də düşünür ki, Təqsirləndirilən şəxs Şahid2 cəzasının yüngülləşdirilməsi işində onlara köməklik göstərə bilər. O da Mübarizə demişdir ki, razıdır, həmin şəxlə birlikdə görüşsünlər, oğlunun işində nə köməklik göstərə bilərsə, bu barədə ətraflı danışsınlar. Bundan sonra, 2019-cu ilin noyabr ayında (tarixi dəqiq xatırlamır) Şahid1 Samux rayonu, Lək kəndində yerləşən evində Təqsirləndirilən şəxslə görüşmüşlər. Mübariz həmin şəxsi söhbət etmək üçün evinə dəvət etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və həmin şəxsi ilk dəfə görmüşdür. O və Mübariz Şahid2 barəsində gedən məhkəmə prosesi və yekun olaraq oğluna ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsi barədə ətraflı olaraq Təqsirləndirilən şəxs məlumat vermişlər. Həmçinin Təqsirləndirilən şəxs xahiş etmişlər ki, oğlu Şahid2 cəzasının azaldılmasına və ya azadlığa buraxılmasına köməklik göstərsin. Zaur da onları dinlədikdən sonra qeyd etmişdir ki, Məhkəmə və Ədliyyə orqanlarında yüksək vəzifədə işləyən tanış vəzifəli şəxsləri vardır, həmin tanış şəxslərin vasitəsi ilə Şahid2 ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlətdirəcək, bundan bir müddət sonra isə ümumiyyətlə Elşəni azadlığa buraxdıracaqdır. Təqsirləndirilən şəxs özünün iş yeri, harada işləməsi və hansı orqanın əməkdaşı olması barədə onlara heçnə deməmişdir. Sadəcə geyimindən, sürdüyü xarici bahalı avtomobildən hiss olunmuşdur ki, Təqsirləndirilən şəxs imkanlı, yaxşı əlaqələrə malik bir insandır. Söhbət zamanı Təqsirləndirilən şəxs onlara demişdir ki, bu iş müəyyən pul vəsaiti müqabilində öz həllini tapacaqdır, iş barədə tanış bildiyi vəzifəli şəxslərə məlumat verəndən sonra nə qədər pul vəsaiti müqabilində işin həllini tapacağını konkret olaraq biləcək və onlara bu barədə məlumat verəcəkdir. Onlar da bundan sonra Zaurla razılaşmışlar və sonuncu məlumat verəcəyini deyərək çıxıb getmişdir. Növbəti dəfə 2019-cu ilin dekabr ayında, yəni ikinci dəfə Təqsirləndirilən şəxslə qohumu Şahid1 evində yenidən görüşmüşlər. Görüşdə o, Mübariz və Zaur iştirak etmişdir. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs Məhkəmə və Ədliyyə sistemində özünə tanış olan vəzifəli şəxslərlə danışdığını, Şahid2 məhkəmə tərəfindən verilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə azdlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, bir müddət sonra isə azadlığa buraxılması üçün 40.000 manat pul vəsaitinin verilməli olduğunu ona demişdir. Həmçinin qeyd etmişdir ki, veriləcək 40.000 manat puldan özünə nəsə çatmayacaqdır. İşin sonunda sadəcə olaraq onlardan şirinlik alacaqdır. O, bundan sonra Zaurdan xahiş etmişdir ki, oğlunun məsələsi öz həllini tapsın, o da bundan sonra tələb edilən 40.000 manat pul vəsaitini verəcəkdir. Lakin, Zaur ona vəsaitin ilkin olaraq 20.000 manat hissəsini əvvəlcədən verməli olduğunu, həmin pulu tanıdığı vəzifəli şəxslərə oğlunun məsələsinin həll edilməsinə başlanılması üçün verəcəyini demişdir. O da məcbur qalaraq həmin şəxslə razılaşaraq ilkin olaraq 20.000 manat pul verəcəyini bildirmiş və oğlu tam olaraq azadlığa buraxıldıqdan sonra qalan 20.000 manat pulu da verməyə razılaşmışdır. Təqsirləndirilən şəxs də onlarla razılaşmışdır. Həmin gün o, evinə gedərək özünə məxsus olan 15.000 manat pulu götürmüş, yenidən dayısı oğlu Şahid1 evinə gəlmiş, Mübarizin iştirakı ilə 15.000 manat pulu Zaura vermiş, demişdir ki¸ pulu tam olaraq çatmır, iki həftədən sonra da 5.000 manat pulu verəcəkdir. Təqsirləndirilən şəxs də razılaşaraq ondan 15.000 manat pulu sayaraq qəbul etmişdir. Daha sonra sağollaşaraq getmişdir. Təxminən 2 həftə sonra 2019-cu ilin dekabr ayının 23-də Mübarizin evində yenidən Təqsirləndirilən şəxslə görüşmüşlər. Zaur həmin vaxta kimi bir neçə dəfə istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı nömrələrdən Mübarizlə danışaraq 5.000 manat pulun da verilməli olduğunu israrla bildirmişdir. O, görüş zamanı 5.000 manat pulu Zaura vermiş, Zaur da pulu sayaraq qəbul etmiş, bununla da Zaura cəmi 20.000 manat pul vermişdir. Aralarında aparılan danışığa əsasən Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 1 ay ərzində onun oğlu Şahid2 cəzası yüngülləşdiriləcək, məhkəmə tərəfindən yenidən işə baxılaraq 5 il və ya 10 il cəza veriləcək və daha sonrakı proseslərdə yenidən məhkəmə tərəfindən müəyyən işlər görüləcək və sonda Elşən azadlığa buraxılacaqdır. Onlar buna sevinmiş, daha sonra Zaur sağollaşaraq getmişdir. 1 ay müddət keçməsinə baxmayaraq oğlunun qeyd olunan məsələsi öz həllini tapmamış, bundan sonra Zaurla Mübarizin evində görüşmüşlər və artıq başa düşmüşlər ki, Zaur onları aldatmışdır, ona görə də konkret olaraq pulunu həmin şəxsdən tələb etmişdir. Zaur da görmüşdür ki, artıq hər şey başa düşülüb, bundan sonra aldığı 20.000 manat pulu qısa zamanda qaytaracağını bildirmişdir. Lakin müəyyən vaxt da keçmiş, Zaur onun pulunu qaytarmamışdır. Zaurla əsasən qohumu Mübariz danışmış, dəfələrlə telefon əlaqəsi saxlamışdır. Zaurun onları müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmaqdan yayındığını gördükdən sonra o, 2021-ci ilin təxminən mart ayında Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bir müddət sonra müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlanılmış, onun və Təqsirləndirilən şəxs izahatını almışlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs Mübarizin evinə gələrək sonuncuya 1.000 manat pulu nağd şəkildə vermişdir, ümimilikdə isə 7.200 manat pulu hissələr şəklində dayısı oğlu Mübarizə gətirib vermişdir, Mübariz də pulu ona təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hissəvi şəkildə dəfələrlə 200, 250, 300, 380 manat olmaqla bu şəkildə cəmi 2.730 manat pulu poçt vasitəsi ilə Samux rayonu, Lək kəndinin poçt şöbəsinə onun, eləcə də əsasən Şahid1 adına göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə verdiyi 20.000 manat puldan cəmi 9.930 manatını ona geri qaytarmışdır. O, bütün pulunun qaytarılacağına inanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs tutulmamasını, pulunu tam qaytarmasını xahiş etmişdir. Bundan sonra araşdırma dayandırılmış, hansı qərarın verildiyini bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs uzun müddət yerdə qalan pulu ona qaytarmamışdır, ona görə də Təqsirləndirilən şəxs barəsində artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Şikayəti əsasənda onu idarəyə dəvət edərək izahatını almışlar. O, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və qalan pulunun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Oğlu Şahid2 bütün bu baş verənlərdən həmin vaxt xəbəri olmamışdır, Elşənə pis olmaması üçün bu barədə həmin vaxt heçnə danışmamışdır. Şahid2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında cəzasını çəkir. Təqsirləndirilən şəxs yüksək vəzifəli tanışlarının olduğunu bildirərək onun oğlunun cəzasının yüngülləşdirilməsinə kömək edəcəyinə dair vəd versə də, konkret olaraq vəzifəli tanışının və ya tanışlarının adını, vəzifəsini ona deməmişdir. Onlar sonradan bilmişlər ki, Zaur sadəcə dələduz insandır, ümumiyyətlə həmin şəxsin belə tanış vəzifəli şəxsləri də yoxdur. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstədi ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır və Samux rayonu, Lək kəndində yaşayır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində 13 oktyabr 2022-ci il tarixdə Baş İdarənin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə zəng edərək şikayət etmişdir. Şahid2 Zərərçəkmiş şəxs övladıdır. Şahid2 “Tər-Tər” hadisələri ilə bağlı Füzuli hərbi məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğlunun işi ilə bağlı müxtəlif qurumlara şikayətlər etməyə başlamış, oğluna kömək edilməsi üçün bütün tanışlarına, qohumlarına müraciət etmişdir. Ona da bir qohum kimi müraciət edərək övladı Şahid2 ömürlük azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi və ya oğlunun azad olunması məsələsində kömək edəcək bir şəxs tapmağını ondan xahiş etmişdir. Bundan sonra o, Şahid2 məsələsi barədə kənd sakinləri arasında danışmışdır. Həmin vaxtlar Samux rayonu, Lək kəndində icarəyə götürdüyü torpaq sahəsində günəbaxan bitkisi əkən, eyni zamanda kənd sakinləri arasında özünü imkanlı adam kimi tanıtmış Təqsirləndirilən şəxs ilə təsadüf nəticəsində kənddə tanış olmuşdur. Təqsirləndirilən şəxslə tanışlıqdan sonra həmin şəxsin bəlkə Zərərçəkmiş şəxs oğlunun işi ilə bağlı köməklik göstərə biləcəyini düşünüb bir gün Zaurun istifadəsində olan ***-***-**-** saylı telefona zəng edərək məsələnin mahiyyətini izah etmişdir. Təqsirləndirilən şəxs cavab olaraq Məhkəmə və Ədliyyə orqanlarında yüksək vəzifədə işləyən şəxslərlə yaxın olduğunu, həmin məsələni həmin şəxslərin vasitəsi ilə həll edə biləcəyini ona demişdir. O da bundan sonra 2019-cu ilin noyabr ayında qohumu Zərərçəkmiş şəxs ilə danışaraq Təqsirləndirilən şəxs adlı tanışının olduğunu demiş, həmin tanış şəxsin özünün Məhkəmə və Ədliyyə orqanlarında yüksək vəzifədə işləyən şəxslərlə yaxın olduğunu dediyini, Təqsirləndirilən şəxs Şahid2 işində, cəzasının yüngülləşdirilməsi işində köməklik göstərə biləcəyini bildirmişdir. Ofelya da demişdir ki, razıdır, həmin şəxlə birlikdə görüşsünlər, oğlunun işində nə köməklik göstərə bilərsə, bu barədə ətraflı danışsınlar. Bundan sonra, 2019-cu ilin noyabr ayında (tarixi konkret xatırlamır) onun Samux rayonu, Lək kəndində yerləşən yaşadığı evində Təqsirləndirilən şəxslə görüşmüşlər. O, Zauru söhbət etmək üçün evinə dəvət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə həmin vaxt görmüşdür. O və Zərərçəkmiş şəxs Şahid2 barəsində gedən məhkəmə prosesi və yekun olaraq Elşənə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsi barədə ətraflı olaraq Təqsirləndirilən şəxs məlumat vermişlər. Həmçinin Təqsirləndirilən şəxs xahiş etmişlər ki, Şahid2 cəzasının azaldılmasına və ya azadlığa buraxılmasına köməklik göstərsin. Zaur da onları dinlədikdən sonra qeyd etmişdir ki, Məhkəmə və Ədliyyə orqanlarında yüksək vəzifədə işləyən tanış vəzifəli şəxsləri vardır, həmin tanış şəxslərin vasitəsi ilə Şahid2 ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlətdirəcək, bundan bir müddət sonra isə ümumiyyətlə Elşəni azadlığa buraxdıracaqdır. Təqsirləndirilən şəxs özünün iş yeri, harada işləməsi və hansı orqanın əməkdaşı olması barədə onlara heçnə deməmişdir. Onun Zaur haqqında bildiyi o olmuşdur ki, həmin şəxs onların kəndində icarəyə götürdüyü torpaq sahəsində günəbaxan bitkisi əkmişdir. Sadəcə geyimindən, sürdüyü xarici bahalı avtomobilindən hiss olunmuşdur ki, Təqsirləndirilən şəxs imkanlı, yaxşı əlaqələrə malik bir insandır. Söhbətləri zamanı Təqsirləndirilən şəxs onlara demişdir ki, bu iş müəyyən pul vəsaiti müqabilində öz həllini tapacaqdır, iş barədə tanış bildiyi vəzifəli şəxslərə məlumat verəndən sonra nə qədər pul vəsaiti müqabilində işin həllini tapacağını konkret olaraq biləcək və onlara bu varədə məlumat verəcəkdir. Onlar da bundan sonra Zaurla razılaşmış və sonuncu məlumat veəcəyini deyərək çıxıb getmişdir. Növbəti dəfə 2019-cu ilin dekabr ayında, yəni ikinci dəfə Təqsirləndirilən şəxslə onun evində yenidən görüşmüşlər. Görüşdə o, Ofelya və Zaur iştirak etmişdir. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs Məhkəmə və Ədliyyə sistemində özünə tanış olan vəzifəli şəxslərlə danışdığını, Şahid2 məhkəmə tərəfindən verilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə azdlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, bir müddət sonra isə azadlığa buraxılması üçün 40.000 manat pul vəsaitinin verilməli olduğunu Ofelyaya demişdir. Həmçinin qeyd etmişdir ki, veriləcək 40.000 manat puldan özünə nəsə çatmayacaqdır. İşin sonunda sadəcə olaraq onlardan şirinlik alacaqdır. Zərərçəkmiş şəxs bundan sonra Zaurdan xahiş etmişdir ki, oğlunun məsələsi öz həllini tapsın, bundan sonra tələb edilən 40.000 manat pul vəsaitini Zaura verəcəkdir. Lakin, Zaur Ofelyaya vəsaitin ilkin olaraq 20.000 manat hissəsini əvvəlcədən verməli olduğunu, həmin pulu tanıdığı vəzifəli şəxslərə oğlunun məsələsinin həll edilməsinə başlanılması üçün verəcəyini demişdir. Ofelya və o da məcbur qalaraq Zaurla razılaşaraq ilkin olaraq 20.000 manat pul verəcəklərini və Elşən tam olaraq azadlığa buraxıldıqdan sonra qalan 20.000 manat pulu da verməyə razılaşmışlar. Təqsirləndirilən şəxs də onlarla razılaşmışdır. Həmin gün qohumu Ofelya yaxınlıqda yerləşən evinə gedərək özünə məxsus olan 15.000 manat pulu götürmüş, yenidən onun evinə gəlmiş, onun iştirakı ilə 15.000 manat pulu Zaura vermiş, demişdir ki¸ pulu tam olaraq çatmır, iki həftədən sonra da 5.000 manat pulu verəcəkdir. Təqsirləndirilən şəxs də razılaşaraq Zərərçəkmiş şəxs 15.000 manat pulu sayaraq qəbul etmişdir. Daha sonra sağollaşaraq getmişdir. Təxminən 2 həftə sonra 2019-cu ilin dekabr ayının 23-də onun evində yenidən Təqsirləndirilən şəxslə görüşmüşlər. Zaur həmin vaxta kimi ona bir neçə dəfə istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı nömrələrdən onun istifadəsində olan ***-***-**-** saylı telefonla danışaraq 5.000 manat pulun da verilməli olduğunu israrla bildirmişdir. O da bu barədə Ofelyaya məlumat vermişdir. Görüş zamanı Ofelya 5.000 manat pulu Zaura vermiş, Zaur da pulu sayaraq qəbul etmiş, bununla da Təqsirləndirilən şəxs cəmi 20.000 manat pul verilmişdir. Aparılan danışığa əsasən Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 1 ay ərzində Şahid2 cəzası yüngülləşdiriləcək, məhkəmə tərəfindən yenidən işə baxılaraq 5 il və ya 10 il cəza veriləcəkdir və daha sonrakı proseslərdə yenidən məhkəmə tərəfindən müəyyən prosedur işlər görüləcək və sonda Ofelyanın oğlu azadlığa buraxılacaqdır. Onlar da buna çox sevinmişlər, Zaur sağollaşaraq çıxıb getmişdir. 1 ay müddət keçməsinə baxmayaraq Şahid2 qeyd olunan məsələsi öz həllini tapmamışdır, bundan sonra Zaurla onun evində Ofelyanın da iştirakı ilə görüşmüşlər, artıq başa düşmüşlər ki, Zaur onları aldatmışdır, ona görə də konkret olaraq həmin şəxsdən pulu tələb etmişlər. Zaur da görmüşdür ki, artıq hər şey başa düşülmüşdür, bundan sonra aldığı 20.000 manat pulu qısa zamanda qaytaracağına söz vermişdir. Lakin müəyyən vaxt da keçmiş, Zaur Ofelyanın pulunu qaytarmamışdır. Zaurla əsasən Ofelya qadın olduğu və əri öldüyü üçün o danışmış, dəfələrlə telefon əlaqəsi saxlamışdır. Zaurun onları müxtəlif bəhanələrlə aldadaraq pulu qaytarmaqdan yayındığını gördükdən sonra Zərərçəkmiş şəxs tərəfindən 2021-ci ilin təxminən mart ayında Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bir müddət sonra müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlanılmış, onun, Ofelyanın, eləcə də Təqsirləndirilən şəxs izahatını almışlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs onun evinə gələrək ilkin olaraq ona Ofelyanın pulundan 1.000 manat pulu nağd şəkildə qaytarmışdır, daha sonra ilkin qaytardığı 1.000 manat da daxil olmaqla ümumilikdə 7.200 manat pulu hissələr şəklində ona gətirib vermişdir, o da verilmiş bütün pulları Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hissəvi şəkildə dəfələrlə 200, 250, 300, 380 manat olmaqla bu şəkildə cəmi 2.730 manat pulu poçt vasitəsi ilə Samux rayonu, Lək kəndinin poçt şöbəsinə əsasən onun, eləcə də Zərərçəkmiş şəxs adına göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs verdiyi 20.000 manat puldan cəmi 9.930 manatını geri qaytarmışdır. Ofelya bütün pulunun qaytarılacağına inanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs tutulmamasını, pulunu tam qaytarmasını xahiş etmişdir. Bundan sonra araşdırma dayandırılmışdır, hansı qərarın verildiyini artıq bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs uzun müddət yerdə qalan pulu qaytarmamışdır, ona görə də Zərərçəkmiş şəxs həmin şəxsin barəsində artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid2 bütün bu baş verənlərdən xəbəri olmamışdır, Ofelya həmin vaxt Elşənə pis olmaması üçün bu barədə heçnə danışmamışdır. Şahid2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında cəzasını çəkir. Təqsirləndirilən şəxs onları Şahid2 cəzasının yüngülləşdirilməsinə köməklik göstərməsinə dair söz verərərkən əslində onları aldatmış, o, konkret olaraq vəzifəli tanışının və ya tanışlarının adını, vəzifəsini nə ona, nə də Ofelyaya deməmişdir. Sonradan bilmişlər ki, Zaur sadəcə dələduz insandır, ümumiyyətlə həmin şəxsin belə tanış vəzifəli şəxsləri də yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin ikinci baxış iclasında mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanın, yəni 9870 manat pulun və iddia ərizəsinə görə ödədiyi 120 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında mülki iddianı qəbul etdiyini və pulu yavaşyavaş qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs onun qohumu X1 vasitəsilə təxminən 2019-cu ilin noyabr ayında tanıdığını, həmin şəxslərə yalan danışaraq məhkəmə və ədliyyə orqanlarında guya yüksək vəzifədə işləyən şəxslərlə yaxınlıq əlaqələrinin olduğunu bildirərək, həmin tanış vəzifəli şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs oğlu Şahid2 məhkəmə tərəfindən verilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlətdirə biləcəyini, daha sonra isə ümumiyyətlə onu azadlığa buraxdıracağına vəd verərək vəzifəli şəxslərə verilməsi adı ilə Zərərçəkmiş şəxs 20 000 manat pul vəsaiti aldığını, daha sonra isə həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərclədiyini, əslində məhkəmə və ədliyyə orqanlarında yüksək vəzifədə işləyən tanışlarının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmiş bir ədəd CD diskə baxışkeçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə cəmi 14 faylda telefon danışıqlarını əhatə edən səs yazılarının olması müəyyən olunmuş, sözügedən səs yazıları dinlənilmiş və həmin səs yazılarının məzmunundan aydın olmuşdur ki, Şahid1 adlı şəxs Zaur adlı şəxsə müraciət edərək Zərərçəkmiş şəxs oğlu Şahid2 məhkəmə tərəfindən təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün inanaraq verdiyi pul vəsaitini niyə qaytarmadığını soruşarkən Zaur adlı şəxs aldığı pulun yarısını hissə-hissə qaytarmış olduğunu, qalan məbləği isə Mübarizin və ya Zərərçəkmiş şəxs adına tezliklə göndərəcəyini bildirmişdir. Diskə baxışda iştirak edən Şahid1 bildirmişdir ki, qeyd olunan fayllardakı telefon danışıqlarını əhatə edən səs yazılarında danışan şəxslər o və Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi 11 ədəd “Azərpoçt” qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2020-ci il tarixdə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 380 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 300 manat, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2021-ci il tarixdə 300 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 300 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 250 manat, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2021-ci il tarixdə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2022-ci il tarixdə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2022-ci il tarixdə 200 manat, ümumilikdə 2.730 manat pul vəsaiti poçt vasitəsi ilə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayıb. İş materiallarına əlavə edilmiş Culfa şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan CM-nin 178.2.4 və 29, 178.2.4-cü maddələrində nəzərədə tutulmuş cinayət əməlinin törədilməsininin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsinə tamamilə zidd ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs qısa müddət ərzində tanıyan Şahid1 ona 20 000 manat məbləğində pulu borc kimi verməsi, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda dələduzluq əməlini törətməsini etiraf etməsinə dair ifadəsini təsir altında verdiyini bildirməsi ağlabatan deyil. Təqsirləndirilən şəxs pulu Zərərçəkmiş şəxs deyil, Şahid1 aldığını bildirsə də, iş materiallarına əlavə olunmuş qəzbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adına müxtəlif tarixlərdə müvafiq məbləğlərdə pul göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Şahid1la aralarında borc razılaşmasının olduğunu qeyd etməsinə və müdafiə tərəfinin ötən məhkəmə iclaslarında həmin borc razılaşmasını məhkəməyə təqdim edəcəklərini bildirməsinə baxmayaraq bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməməsi belə bir borc sazişinin olmadığını göstərir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə də ittiham elan edilmişdir ona görə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq dələduzluq edərkən həmçinin onu rüşvət vermə cinayətinə təhrik etmişdir. Məhkmə işin hallarını təhlil edib hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs rüşvət verəndən pulu guya vəzifəli şəxsə vermək üçün alsa da bunu etməyə niyyətli olmamış, onun niyyəti aldığı pulu vəzifəli şəxsə vermək adı ilə zərərçəkəni aldatmaq, əslində isə pulu özü mənimsəmək olmuşdur. Yəni əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi bu yolla özgənin əmlakını ələ keçirməyə yönəlmiş, onun əməli vahid qəsdlə əhatə olunmuşdur. Burada rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsulu kimi çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndinin yeni redaksiyada verilməsi qərara alınmış və yeni redaksiyaya uyğun olaraq qeyd olunmuşdur ki, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapdığından o, Cinayət Məcəlləsinin 178.2.4 və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın yarısından çoxunu ödədiyini və hazırda zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq barəsində təqsirliyi bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Naxçıvan Muxtar Respublikası, Culfa şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə heç bir qətimkan tədbiri seçilməmiş, lakin onun başqa bir cinayət əməlini törətməsinə görə barəsində Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində hər hansı qətimkan tədbirinin seçilməsini zəruri hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə baraət verilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan, özündə telefon vasitəsi ilə aparılan danışıqları əks etdirən 1 ədəd “CD” disk, üzərində pul məbləğləri qeyd olunmuş 1 ədəd kağız vərəqəsi və 1 ədəd kağız vərəqəsinin surəti, pul vəsaitlərinin köçürülməsini təsdiq edən “Azərpoçt” qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə mülki iddiaya münasibətdə qeyd edir ki, hazırda təqsirləndirilən şəxs mülki iddianı qəbul etdiyindən və mülki iddia cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun verildiyindən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 28 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 hesabına 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Naxçıvan Muxtar Respublikası Culfa şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Culfa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs 9870 (doqquz min səkkiz yüz yetmiş) manat pul və 120 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 28 saat hüquqi yardıma görə cəmi 168 (yüz altmış səkkiz) manat pul Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə baraət verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-12/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-12/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver