Məhkəmə qərarları › İş №1(058)-12/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-12/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-12/2024 25.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri T.Arani küçəsi, bina 2, mənzil 56-da qeydiyyatda olmaqla Samux rayonu Kolayır kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Samux rayonu Kolayır kəndində yerləşən “Qırmızı çayçı” adlanan çayxanaya qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 10 manat olan 25 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə, 1 qutu ümumi dəyəri 2 manat olan 200 qramlıq “Məryam” adlı çay, ümumi dəyəri 5 manat olan 4 ədəd sadə şüşədən hazırlanmış 50 qram həcmi olan araq stəkanları, 1 kiloqram ümumi dəyəri 10 manat olan qarışıq çiçək otları, ümumi dəyəri 6 manat olan 12 ədəd metaldan olan çay qaşığı, ümumi dəyəri 12 manat olan 6 ədəd 200 qramlıq xrustal çay stəkanı, ümumi dəyəri 9 manat olan 6 ədəd armudu çay stəkanı, ümumi dəyəri 20 manat olan 40 ədəd xörək qaşığı, ümumi dəyəri 10 manat olan 20 ədəd çəngəl, ümumi dəyəri 40 manat olan 40 ədəd sadə ağ rəngli xörək boşqabı, ümumi dəyəri 5 manat olan bir cüt ayaqqabı, ümumi dəyəri 25 manat olan 1 ədəd 4.5 litrlik qaz piltəsi, 1(bir) ədəd ümumi dəyəri 120 manat olan 24 ölçülü, oğlan uşağına məxsus, üzərində “LİDER+” yazısı olan “DESNA” firmasına məxsus, göy rəngli ikitəkərli velosiped, 1 (bir) ədəd ümumi dəyəri 150 manat olan “Hunday” markalı, LKRB 52SS-5.2 modelli, Güc: 0.65 kv.t, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatı, ümumi dəyəri 12 manat olan “Azərşəkər” firmasına məxsus qənd, ümumi dəyəri 18 manat olan 45 ədəd 50 qramlıq “FANAT” adlı suxari, 1 ədəd ümumi dəyəri 3 manat dəmir qutuda olan fıstıq, ümumi dəyəri 7.50 qəpik olan 15 ədəd kağız qutuda olan fıstıq, ümumi dəyəri 6 manat olan 2 ədəd bıçaq, 1 ədəd 5 manat dəyərində olan eynək, ümümi dəyəri 100 manat olan 100 litr “NZS” markalı süzülmə çəllək piyvəsi, ümumi dəyəri 1.80 manat olan 6 ədəd limon, 1 ədəd ümümi dəyəri 10 manat olan 1 litrlik araq, ümumi dəyəri 3.50 qəpik olan ümumi dəyəri 3.50 qəpik olan 1 ədəd 2 litrlik “fanta”içkisi, 1 ədəd 1 litrlik “Coco –cola” markalı içkini, ümumi dəyəri 625 manat olan 50 kq misi, cəmi 1215.80 manat (bir min iki yüz on beş tam yüzdə səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 18 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan Samux rayon Kolayır kəndində yerləşən fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra yaşayış evinin qapısını sındırma yolu ilə evə qanunsuz daxil olaraq sonuncuya məxsus 750 manat dəyərində “LG” markalı, 47LA860V modelli, 107 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmamış plazma televizor, 1(bir) ədəd 240 manat dəyərində gümüşü rəngli, nikel tərkibli, 1970-ci il sovet istehsallı, iki qulplu, qapaqlı, 10 litr tutumlu istifadəyə yararlı od samovarını, 1(bir) ədəd 40 manat dəyərində “Panasonic Es- 3042S520” modelli, gümüş-göy rəngli kişi üçün nəzərdə tutulmuş üzqırxan maşın, 1(bir) ədəd 120 manat dəyərində “ANDELİ” firmasına məxsus, “TİG-180G” modelli, Çin istehsallı, ölçüləri 335 mm*120 mm*230 mm olan, çəkisi 5,5 kq, üzəri qırmızı rəngli, nominal giriş cərəyanı 23A olan, əldə gəzdirilən qaynaq aparatının, qiyməti 100 manat olan 100 metr uzunluğunda 6-lıq mis kabeli, cəmi 1250 (bir min iki yüz əlli) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 02 iyul 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Fəxrəddin oğluna məxsus yaşayış olmayan Samux rayon Kolayır kəndində yerləşən fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin giriş qapısının yanında olan dəmirdən tutaraq evin ikinci mərtəbəsinə daxil olub oradan evin birinci mərtəbəsindən qiyməti 1( bir) ədəd 20 manat dəyərində üzərində “D-350 ZR” yazıları olan direl, 1 (bir)ədəd100 manat dəyərində “TMAKOTA” firmasına məxsus “YY_GCJ00” markalı 68 V 1800rpm göstəricilərə malik ot biçən aparatı, 1(bir) ədəd 60 manat dəyərində “TCH” firmasına məxsus 1600 vat güçündə laqunda aparatı cəmi 180 (bir yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən yaşayış sahısinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Atatürk prospekti 115 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşma yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən fərdi yaşayış evindən 1 (bir) ədəd 1500 manat dəyərində Rusiya istehsallı qadın kürkü, həmin kürkün cibində olan 70 manat nəğd pulu, 5 manat dəyərində 1(bir) ədəd qulpu qızılı rəngdə olan Rusiya istehsallı dərzi qayçısı, 1 (bir) ədəd 10 manat dəyərində Türkiyə istehsalı olan pambıq yay koftası, 1 (bir) ədəd “Omron“ markalı təzyiq ölçən aparat və 1 (bir) ədəd 40 manat dəyərində Rusiya istehsallı yük çamadını cəmi 1715 (bir min yeddi yüz on beş) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2023-cü il tarixdə, gecə saat 03 radələrində Samux rayon Kolayır kəndində yerləşən Samux rayon Bələdiyyəsinin inzibati binasının qapısını sındırma yolu ilə binaya qanunsuz daxil olduqdan sonra binanın 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus xidməti otağın qapısını da sındırıb otağa qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1(bir) ədəd qiyməti 150 manat dəyərində olan, 3gb ram, 512 video karta malik, “Sony” markalı sistem bloku, 1 (bir) ədəd qiyməti 80 manat dəyərində olan, “Weifeng” firmasına məxsus monitorlu “DVR”-ı, 1 (bir) ədəd qiyməti 15 manat dəyərində olan, üzərində “KF L-05 K MAX 3500 W, 230 V” yazılar olan cərəyan yuvasını, 1 (bir) ədəd qiyməti 40 manat dəyərində olan “Ecopress” firmasına məxsus, üzərində “Universal CE285 A, 35 Aİ, 36Aİ, 725İ, 712” yazılar olan katrici, 1 (bir) ədəd qiyməti 3 manat dəyərində olan “Cition” firmasına məxsus “CT2114c” markalı kalkulyatoru, 1(bir) ədəd qiyməti 20 manat dəyərində olan, üzərində heç bir yazısı olmayan “noutbook” üçün adaptırı, 1 (bir) ədəd qiyməti 5 manat dəyərində olan, üzərində “EXTREME” yazısı olan kompyuter üçün nəzərdə tutulmuş siçanı, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan dəri materialdan, sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluğu, 1(bir) ədəd qiyməti 100 manat dəyərində olan 1.50x 50 sm ölçüdə olan xalçanı, 20 metr uzunluğunda 12 manat dəyərində olan naqili, cəmi 445 manat (dörd yüz qırx beş) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Samux rayonu, Kolayır kəndində yerləşən Samux şəhər 3 saylı tam orta məktəbə pəncərənin kilidinin xarab olmasından istifadə edərək pəncərədən qanunsuz daxil olduqdan sonra həmin məktəbin dəhlizində onunla rastlaşmış məktəbin gözətçisi Zərərçəkmiş şəxs4 həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona məxsus 1(bir) ədəd qiyməti 60 manat dəyərində olan “Samsung J2” markalı mobil telefonu Zərərçəkmiş şəxs4 əlindən alaraq məktəbin giriş qapısını qapının kilidinin üzrərində qalmış açarla bağlayıbözgənin əmlakını açıq yolla talayıb zərərçəkmiş şəxsə 60 (altmış) manat miqdarında zərər vurmaqla qəsdənbinayaqanunsuz daxil olaraq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə şəhərində qeydiyyatda olsa da, Samux rayonu Kolayır kəndində yerləşən sahibsiz bir evdə yaşamışdır. 2021-ci ildə həbsxanadan azadlığa buraxıldıqdan sonra tufeyli həyat tərzi keçirir, güclü təsiredici narkotik vasitə və psixotrop maddə istifadə edir. Ərzaq tapmaqda və ağrı kəsici dərman almaq üçün maddi imkanı yoxdur. Ona görə də qərara gəlmişdir ki, oğurluq edib pul əldə etsin. Oğurluq etmək üçün Samux rayonu Kolayır kəndində yerləşən, kənd arasında Qırmızı çayçı adlanan çayxananı seçmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində Samux rayonu Kolayır kəndində yerləşən, “Qırmızı çayçı” adlanan çayxananın yanına getmiş, çayxananın qarşısında təxminən 5-10 dəqiqə dayandıqdan sonra heç kimin gəlmədiyinə əmin olduqdan sonra çayxananın dəmir setkasını aşaraq çayxananın həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra ikinci giriş qapısının qarşısına getmişdir. Həmin qapıya güc edərək qapını sındırıb içəri daxil olmuş, içəri daxil olduqdan sonra oradan 8 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə, 1 qutu 200 qramlıq “Məryam” adlı çay, 2 ədəd metaldan olan çay qaşığı, 2 ədəd 200 qrmalıq xrustal çay stəkanı, 3 ədəd armudu çay stəkanı, 5 ədəd xörək qaşığı, 2 ədəd çəngəl, 5 ədəd sadə ağ rəngli çörək boşqabı, 1 ədəd 4.5 litrlik qaz piltəsi, təxminən 1 kq qənd, 45 ədəd “FANAT” adlı suxari, 1 ədəd dəmir qutuda fıstıq, 15 ədəd kağız qutuda olan fıstıq, 2 ədəd bıçaq, 1 ədəd eynək, 6 ədəd limon, 1 ədəd 1 litrlik araq, 1 ədəd 2 litrlik “fanta” içkisi, 1 ədəd 1 litrlik “Coco–cola” götürdükdən sonra həmin əşyaları torbaya yığaraq yaşadığı yarımtikiliyə getmiş və oğurlamış olduğu əmlakları həmin evə yığmışdır. Bundan başqa xx.xx.2023-cü il tarxidə Şəmkir rayonunda dəmir yolunda olan zaman üzərindən polislər narkotik vasitə tutmuşlar və 2 gün MSY-də qalmışdır. MSY-dən çıxdıqdan sonra yaşadığı yarımtikiliyə getmişdir. Yenə qazanc əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Oğurluq üçün bir qədər yer axtardıqdan sonra Samux rayonu Kolayır kəndində yerləşən sahibsiz bir ev tapmış, həmin evdə yaşayış olmadığını müəyyən etdikdən sonra qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə keçən gecə saat 3 radələrində Samux rayonu Kolayır kəndində yerləşan Fəxrəddin İsmayılova məxsus olan evin hasarından aşaraq evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin taxtadan olan giriş qapısını yerdən tapmış olduğum dəmirlə sındıraraq evin zalına daxil olmuşdur. Həmin evdən 20 ədəd boşqab, stol üçün nəzərdə tutulan süfrə, güldan, elektrik sobası, yastıq, yorğan, 8 ədəd mürəbbə oğurlamışdır. Evin digər otaqlarının qapısını sındırıb daxil olmuş, lakin oradan əhəmiyyətli bir şey tapa bilmədiyi üçün başqa heçnə götürməmişdir. Evdən oğurladığı əşyaları evin darvazasının yanında olan yarım tikiliyə yığmışdır. Sadəcə oradan 8 banka mürəbbəni götürüb evin həyətinə daxil olduğu yerdən çıxaraq getmişdir. Sonra evə gələrək yatmış, evdə yatan vaxt polis əməkdaşlarının çağırdığını görmüşdür. Polis əməkdaşları çağırıb xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 çayçısından oğurluq etdiyini ona demişlər. O, polis əməkdaşlarına səmimi etiraf edərək oğurluq etdiyini boynuna almış və Zərərçəkmiş şəxs1 çayçısından oğurlamış olduğu əmlakları polis əməkdaşlarına təhvil vermişdir. Polis şöbəsində olan zaman düşünmüşdür ki, digər oğurluq hadisəsinidə etiraf etsin ki, məsuliyyəti az olsun. Qeyd etdiyi oğurluq hadisələrini tək etmiş, hazırda əməlimi səmimi olaraq etiraf edir. Bundan başqa yenidən oğurluq etmək üçün Zərərçəkmiş şəxs2 məxsus içərisində yaşayış olmayan evi seçmiş, oradan oğurluğu rahat edə biləcəyini düşünmüşdür. Bundan sonra 02 iyul 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus evin hasarından aşmaqla evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin giriş qapısının yanında olan dəmirdən tutaraq evin ikinci mərtəbəsinə daxil olmuşdur. Evin ikinci mərtəbəsindən pilləkənlə evin birinci mərtəbəsinə daxil olmuşdur Evin həyətinə daxil olduqdan sonra evin giriş qapısının yanında olan dəmirdən tutaraq evin ikinci mərtəbəsinə daxil olmuşdur. Evin ikinci mərtəbəsindən pilləkənlə evin birinci mərtəbəsinə daxil olmuş və birinci mərtəbədə yerləşən içərisində bankalar və digər əşyalar saxlanan anbar tipli otağa daxil olmuşdur. Evin otağında olan bir ədəd ot biçən maşın, bir ədəd direl və bir ədəd laqonda götürüb evin hasarının yanına getmişdir. Evdən oğurladığı əşyaları hasardan yola tərəf tullamışdır. Bundan sonra özü hasardan tullanıb oğurladığı əmlakları götürərək həmin yaşadığı sahibsiz evə gedərək yatmışdır. 04 iyul 2023-cü il tarixdə polis əməkdaşları ondan oğurluq etdiyini soruşduqda səmimi olaraq oğurluq etdiyini etiraf etmiş və bildirmişdir ki, oğurlamış olduğu ot biçən, direl və laqonda evindədir. Həmin əmlakları sahibinə qaytarmaq üçün polis əməkdaşlarına könüllü olaraq təqdim edə bilər. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri Atatürk prospekti ilə Dəmir yol vağzalı istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən evlərin birindəki həyətindən tüstü gəldiyini görmüş, həmin vaxtı elə bilib ki, ev yanır. Həmin evə yaxınlaşıb darvazanı döymüş ki, ev sahibinə yanğın barəsində məlumat versin. Lakin evin darvazasını bir neçə dəfə döydükdən sonra qapını heç kim açmamışdır. Həmin vaxt bilmişdir ki, evdə heç kim yoxdur və evdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra evin hasarından evin həyətinə düşmüş və görmüşdür ki, həyətdə kimsə yarpaqları yandırıb. Mən həyətə baxdıqdan sonra evə tərəf getmiş və görmüş ki, evin qapısı açıqdır. Evə daxil olmuş və evin otaqlarını axtarmağa başlamışdır. Otaqların birində yerləşən şkafdan bir ədəd qara rəngli qadın kürkünü götürmüş, sonra stolun üstündə olan qulpusu qızılı rəngdə olan qayçını, bir ədəd təyziq ölçən aparatı və kürkü götürdüyü şkafdan bir ədəd qolu gödək yay koftasını götürmüşdür. Həmin əşyaları evdən götürdüyü çamadan yığıb darvazanın yanına getmiş və kənarda olan manqalı hasarın yanına çəkib həmin manqalın üstünə çıxıb hasardan aşma yolu ilə çölə düşmüşdür. Bundan sonra oğurladığı əşyaları Dəmir yol vağzalının yaxınlığında yerləşən Polis şöbəsinin yaxınlığında olan ağacın altında gizlədib yaşadığı evə getmişdir. Oğurluq etdiyi gündən bir neçə gün keçdikdən sonra polis əməkdaşları onu saxlamış və 1-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində etdiyi oğurluğu etiraf etmiş, bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Samux Bələdiyyəsinə getmiş, ilk öncə giriş qapısına güc eliyib sındırıb inzibati binaya daxil olub binanın ikinci mərtəbəsinə qalxmışdır. Binanın ikinci mərtəbəsinə daxil olduqdan sonra orada olan qapılardan birinin qapısına təpiklə vurub sındırıb otağa daxil olmuşdur. Həmin otağa daxil olarkən görmüşdür ki, otağın içərisi boşdur. Bundan sonra digər otağında qapısını təpiklə vurub sındırıb otağa daxil olmuş, həmin otağa daxil olduqdan sonra oradan sistem blok, cərəyan yuvası, kalkulyator, noutbook üçün adaptr, kompyuter üçün nəzərdə tutulmuş siçan, sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluq, xalçanı, naqil oğurlamışdır. Bundan sonra otağı axtarmağa başdamış və orada olan çəkməcədən açar tapmış həmin açarla otaqda olan seyfi açmış və seyfin içərisini axtarmağa başlamış, lakin seyfin içərisindən heçnə tapa bildməmişdir. Bundan sonra oğurladığım əmlakı həmin binanın birinci mərətəbəsində olan otağa yığmışdır ki, oğurladığı əmlaklara müştəri tapdıqca aparıb satsın. Həmin əmlakı evə gətirməmiş ki, qonşular görən kimi polisə məlumat verərlər. Oradan çıxaraq yaşadığı evə getmişdir. Həmin tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq Gəncə şəhərinə gedən vaxt tərlədiyi üçün düşünmüşdür ki, gedib məktəbin otaqlarının birində paltarını dəyişsin. Samux şəhər 3 saylı Tam orta məktəbin həyətinə açıq qapıdan daxil olduqdan sonra məktəbin arxa tərəfdə olan pəncərələrini yoxlamağa başlamış və orada olan açıq pəncərələrin birindən içəri daxil olmuş və məktəbin ikinci mərtəbəsinə qalxaraq paltarını dəyişmişdir. Paltarını dəyişərək məktəbdən çıxmaq istəyən zaman saat 10 radələrində adını sonradan Zərərçəkmiş şəxs4 kimi bildiyi şəxslə məktəbin birinci mərtəbəsində dəhlizdə rastlaşmışdır. Zərərçəkmiş şəxs4 burada nə işlə məşğul olduğumu soruşmuş, o, isə Zərərçəkmiş şəxs4 bura yatmaq üçün gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 cibindən telefon çıxararaq kiməsə zəng vurmaq istəmiş bu zaman düşünmüşdür ki, onun əlindəki telefonu oğurlayıb qaçsın. Bundan sonra Zərərçəkmiş şəxs4 əlindən telefonu alıb məktəbin giriş qapısına tərəf qaçmışdır. Zərərçəkmiş şəxs4 əlində hasa olmuş və çox güman ki onun ayağında problem olmuşdur. Buna görə də arxayın olmuş ki, Zərərçəkmiş şəxs4 ardınca qaça bilməyəcək. Zərərçəkmiş şəxs4 telefonunu alıb məktəbin giriş qapısından çıxmışdır. Bu zaman görmüşdür ki, məktəbin qapısının üzərində açar var və həmin açarla qapını Zərərçəkmiş şəxs4 üzərinə bağlayıb oradan uzaqlaşmışdır. Bundan sonra taksi ilə Gəncə şəhərinə tekstilni adlanan yerə getmişdir. Orada olan əvvəlcədən olan tanışları Elgün və Anar adlı şəxslərlə telefonu satmaq istədiyini demişdir. Bundan sonra Elgün və Anar həmin telefonu bir neçə şəxsə göstərmişlər ki, 35 manata telefon satılır. Lakin telefonu alan olmamışdır. Bir qədər sonra Elgün həmin ərazidə yerləşən köşkdə satıcı işləyən Şahid Zərərçəkmiş şəxs4 oğurladığı “Samsung” markalı mobil telefonu 30 manata satmışdır. Həmin pulu Elgündən götürərək Samux rayonuna gəlmişdir. Sabahısı gün polis əməkdaşları yaşadığı evə gəlmişlər və etdiyi cinayətlər barədə soruşan zaman səmimi olaraq etdiyi əməlləri etiraf etmiş və polis əməkdaşlarına telefonu satdığı yeri, Bələdiyyədən oğurlamış olduğu əşyaların yerini göstərmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, Samux rayonu Kolayır kəndində yerləşən uşaq baxçasının yanında kənd arasında “Qırmızı çayçı” adlanan çayxananı icarə yolu ilə işlədir. Həmin çayxanada çay, sərinləşdirici içkilər, pivə və pivə məzələrinin satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində Samux rayonu Kolayır kəndində işlətdiyi çayçını bağlayaraq getmiş, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10 radələrində çayçıya gələn zaman görmüşdür ki, çayçının 2-ci giriş qapısı açıq vəziyyətdədir. Həmin qapıya baxan zaman onun kilidinin qırıldığını görmüş, bundan sonra içəri daxil olmuşdur. İçəri daxil olan zaman çayçının mətbəxindən ümümi dəyəri 12.50 manat olan 25 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə, 1 qutu ümumi dəyəri 2 manat olan 200 qramlıq “Məryam” adlı çay, 1 kilo ümumi dəyəri 15 manat olan qarışıq çiçək otları, ümümi dəyəri 5 manat olan 12 ədəd metaldan olan çay qaşığı, ümumi dəyəri 5 manat olan 6 ədəd 200 qrmalıq xrustal çay stəkanı, ümümi dəyəri 3 manat olan 6 ədəd armudu çay stəkanı, ümümi dəyəri 20 manat olan 40 ədəd xörək qaşığı, ümumi dəyəri 20 manat olan 20 ədəd çəngəl, ümumi dəyəri 50 manat olan 40 ədəd sadə ağ rəngli çörək boşqabı, ümumi dəyəri 15 manat olan bir cüt ayaqqabı, ümümi dəyəri 30 manat olan 1 ədəd 4.5 litrlik qaz piltəsi, 1(bir) ədəd ümumi dəyəri 200 manat olan 24 ölçülü, oğlan uşağına məxsus, üzərində “LİDER+” yazısı olan “DESNA” firmasına məxsus, göy rəngli ikitəkərli velosiped, 1 (bir) ədəd ümumi dəyəri 300 manat olan “Hunday” markalı, “LKRB 52SS-5.2” modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatı, Kafenin zalından ümumi 12 manat olan “Azərşəkər” firmasına məxsus qənd, ümumi dəyəri 18 manat olan 45 ədəd 50 qramlıq “FANAT” adlı suxari, 1 ədəd ümumi dəyəri 3 manat olan dəmir qutudan fıstıq, ümumi dəyəri 7.50 qəpik olan 15 ədəd kağız qutuda olan fıstıq, ümumi dəyəri 5 manat olan 2 ədəd bıçaq, 1 ədəd 10 manat dəyərində olan eynək, ümümi dəyəri 186 manat olan 100 litr “NZS” markalı süzülmə çəllək piyvəsi, çayçının digər otağında olan soyuducudan ümumi dəyəri 3 manat olan 6 ədəd limon, 1 ədəd ümümi dəyəri 15 manat olan 1 litrlik araq, ümumi dəyəri 3.50 qəpik olan 1 ədəd 2 litrlik “Fanta” markalı içkini, 1 ədəd 1 litrlik “Coco–cola” markalı içkini, ümumi dəyəri 200 manat olan 50 kq mis naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 1487 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Samux rayonu Kolayır kəndində yerləşən əlillərin binasına adlanan binada yaşayır. Samux rayonu Kolayır kəndində içərisində yaşayış olmayan həyət evi vardır. Həmin evdə yaşamasa da mütəmadi olaraq ora gedib baş çəkir. Həmin evdə bəzi məişət əşyalarını, qışlıq azuqələrini saxlayır. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrinə qədər orada olduqdan sonra yaşadığı bina evinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yenidən həyət evimə getmiş, evə gedən zaman görmüşdür ki, evin taxtadan olan giriş qapısı açıqdır. Bundan sonra DİN-nin 102 xidmətinə və Samux RPŞnin ərizə ilə müraciət etmiş ki, gəlib evə baxış keçirsinlər. Polis əməkdaşları və ekspert kriminalistin iştirakı ilə evə baxış keçirilmişdir. Həmin baxışda özüdə iştirak etmişdir. Evin giriş qapısına baxan zaman qapıda sındırma izləri olduğunu aşkar etmişdir. Bundan sonra qapıdan içəri daxil olan zaman oradan 20 ədəd boşqab, stol üçün nəzərdə tutulan süfrənin, güldanın, elektrik sobasının, yastıq, yorğanın olmadığını görmüşdür. Bundan sonra evin digər otağına keçmiş, hansı ki, həmin otaqda kompot, mürəbbə və turşu saxlayır. Həmin otağında taxtadan olan qapısı evin giriş qapısı ilə eyni üsulla sındırılmış, həmin otağa baxan zaman oradan təxminən 5-6 banka hər biri 1 kq olmaqla mürəbbənin oğurlandığını görmüşdür. Evin digər otağına baxdıqda otağın evin holuna doğru olan pəncərəsinin sındırıldığını görmüşdür. Otağın qapısına baxdıqda həmin qapıda sındırılmışdır. Həmin otağa baxan zaman orada olan hansı ki, təzə aldığı istifadə olunmamış “LG” markalı, 47LA860V modelli, 107 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmamış plazma televizorun, 1 (bir) ədəd 100 manat dəyərində gümüşü rəngli, nikel tərkibli, 1970-ci il sovet istehsallı, iki qulplu, qapaqlı, 05 litr tutumlu istifadəyə yararlı od samovarını, 1 (bir) ədəd 40 manat dəyərində “Panasonic Es- 3042S520” modelli, gümüş-göy rəngli kişi üçün nəzərdə tutulmuş üzqırxan maşının oğurlandığını, evin ikinci mərtəbəsinə qalxan zaman orada olan yataq otağından 1 (bir) ədəd 230 manat dəyərində “ANDELİ” firmasına məxsus, “TİG-180G” modelli, Çin istehsallı, ölçüləri 335 mm*120 mm*230 mm olan, çəkisi 5,5 kq, üzəri qırmızı rəngli, nominal giriş cərəyanı 23A olan, əldə gəzdirilən qaynaq aparatının, qiyməti 100 manat 100 metr uzunluğunda 6-lıq mis kabelin orada olmamasını gördüm. Evin həyətinə çıxmış ki, baxıb görsün ki, həyətdən başqa nəsə oğurlanmayıb. Həyətə çıxan zaman evin giriş hissəsində olan köməkçi tikilinin icərisində sellofanlara yığılmış vəziyyətdə olan hansı ki, əvvələr onun evinin içərisində olan 20 ədəd boşqab, stol üçün nəzərdə tutulan süfrənin, güldanın, elektrik sobasının, yastıq və yorğanın orada olduğunu görmüşdür. Həmçinin Samux rayonu Kolayır kəndində içərisində yaşayış olmayan evindən oğurluq hadisəsi baş verdiyindən hər gün evinə gedib nəzarət edirmiş. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Samux rayonu Kolayır kəndində yerləşən, içərisində yaşayış olmayan evinə gedib baş çəkmiş, xx.xx.2023-cü il tarixdə yenidən evinə gedib nəzarət edən zaman evindən bir ədəd üzərində D-350 ZR yazıları olan direl, bir ədəd “TMAKOTA” firmasına məxsus “YY_GCJ00” markalı 68 V 1800rpm göstəricilərə malik ot biçən aparatı və bir ədəd “TCH” firmasına məxsus 1600 vat güçündə laqunda aparatı cəmi 300 manat dəyərində əmlak oğurlandığını müəyyən etmişdir. Evinə evin ikinci mərtəbəsinin balokundan daxil olmuşlar. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona məxsus Gəncə şəhəri Atatürk prospektində 115-də yerləşən evin şkafından bir ədəd qara rəngli anasına məxsus qadın kürkünü, kürkün cibində olan 70 manatı, qızılı rəngdə olan qayçını, bir ədəd təyziq ölçən aparatı, bir ədəd qolu gödək yay koftasını və yük çantasını oğlurlamışdır. Ona dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, məhkəmə iclasların iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, onun xidməti vəzifəsi məktəbin mühafizəsini təmin etməkdən ibarətdir. Yol nəqliyyat hadisəsi keçirdikdən sonra sağlamlığında problemlər yaranmış və yeriməkdə çətinlik çəkir. Təqsirləndirilən şəxs əvvələr tanımış, həmin şəxsin Gəncə şəhərindən gələrək Samux rayonu Kolayır kəndində sahibsiz evdə yaşadığını və özünün cinayətkar fəaliyyətlə məşğul olduğunu bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Samux rayonu Kolayır kəndində yerləşən gözətçisi olduğu Samux şəhər 3 saylı tam orta məktəbdə getmiş ki, oraya nəzarət edib yoxlasın. Özündə olan məktəbin qapısınının açarı ilə məktəbin giriş qapısını açaraq məktəbə daxil olmuşdur. Məktəbə daxil olan zaman qapını açmış olduğu açar yadınnan çıxaraq giriş qapısının üzərində qalmışdır. Məktəbə daxil olduqdan sonra məktəbin dəhlizində yeriməyə başlamış, dəhlizdə olan zaman pəncərələrdən birinin açılmış olduğunu görmüş, həmin pəncərənin qarşısında olan taxta parçası yerə düşmüşdür. Bununla müəyyən etmişdir ki, kimsə qanunsuz olaraq məktəbin pəncərəsini açmışdır. Bundan sonra dəhlizin baş tərəfinə doğru getməyə başlamış, bu zaman o, məktəbin ikinci mərtəbəsindən səs gəldiyini eşitmiş və kiminsə məktəbin ikinci mərtəbəsindən aşağı düşdüyünü hiss etmişdir. Dayanaraq gözləmiş ki, gələn şəxsin kim olduğunu bilsin. Həmin şəxs ona çatdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. İlk öncə düşünmüş ki, o, məktəbin həyətində aparılan tikintidə fəhlə işləyən şəxslərdəndir. Həmçinin həmin şəxsin əlində sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs oraya nə səbəbə daxil olmasını soruşan zaman o, burada paltarını dəyişməsini bildirmişdir. Bundan sonra o, cibindən özünə məxsus olan “Samsung J2” markalı mobil telefonu çıxarmış ki, saata baxsın. Bu zaman Təqsirləndirilən şəxs qəfildən dartaraq əlindən “Samsung J2” markalı mobil telefonu alaraq məktəbin giriş qapısına tərəf qaçmışdır. Onun arxası ilə gedərək giriş qapısına çatmışdır. Lakin Təqsirləndirilən şəxs qapını üzərinə bağlayaraq qaçmışdır. Bundan sonra məktəbin aynasından çıxmış və dərhal polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs onu döyməmiş, hədə-qorxu gəlməmiş, ondan heç nə tələb etməmiş, hər hasnı bir formada zor tətbiq etmə ya zor tətbiq ediləcəyi hədəsi etməmişdir. Ona dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, o, Samux rayonu, Samux bələdiyyəsinin üzvüdür. Xidməti vəzifəsi sədrin müavini və ərazi vergi müfəttişidir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən xidməti otağının qapısının kilidini açarla bağlayaraq otaqdan çıxıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən idarəyə gedən zaman binanın 2-ci mərtəbəsində yerləşən Əlillər Cəmiyyətinə ayrılmış xidməti otağın qapısının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin otağa açıq qapıdan baxmış və otağın içərisində heç nə görməmişdir. Həmin otaq boş olmuş və təmirdən yeni çıxmışdır. Bundan sonra şübhələnmiş və tez öz xidməti otağına getmişdir. Öz xidməti otağına baxan zaman otağın qapısı sınmış görmüşdür. Otağa daxil olmuş və görmüşdür ki, qiyməti 200 manat dəyərində, 3 gb ram 512 video karta malik olan “Sony” markalı sistem blok, 100 manat dəyərində, “Weifeng” firmasına məxsus monitorlu DVR, 20 manat dəyərində üzərində KF L-05 K MAX 3500 W, 230 V yazılar olan cərəyan yuvası, 45 manat dəyərində “Ecopress” firmasına məxsus üzərində Universal CE285 A, 35 Aİ, 36Aİ, 725İ, 712 yazıılar olan katric, 5 manat dəyərində Cition firmasına məxsus CT2114c markalı kalkulyator, 30 manat dəyərində üzərində heç bir yazısı olmayan noutbook üçün adaptr, 5 manat dəyərində üzərində “EXTREME” yazısı olan kompyuter üçün nəzərdə tutulmuş siçan, 30 manat dəyərində dəri materialdan olan sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluq, qiyməti 100 manat olan 1.50x 50 sm ölçüdə olan xalçanı, 12 manat dəyərində, metrti 0.60 manat olan 20 metr 2-lik naqil, ümumilikdə 542 manat dəyərində əmlak oğurlanmışdır. Bundan sonra baxmış ki, seyf açılıb və içərisində olan sənədlər dağıdılmışdır. Seyfin açarı otaqda olan çəkməcədə olmuşdur. Oğurluq cinayət nəticəsində ona 542 manat məbləğində zərər dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, şəhid ailəsidir. Himayəsində azyaşlı uşaqlar vardır, rəsmi olaraq Gəncə şəhərində yerləşən Gəncə Alminium zavodunda işləyir. Dolanışığı zəif olduğu üçün rəsmi işindən əlavə olaraq yaşadığı Gəncə şəhəri “Tekstinli” adlanan yerdə, yaşadığı evin yaxınlığında köşk tipli dükanı var və həmin dükanı özü işlədir. Həmin köşdə boş vaxtlarımda gündəlik tələbat malları sataraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış və görməmişdir. 12 avqust 2023-cü il tarixdə saat 16 radələrində dükanda olarkən işlədiyi dükanın yaxınlığında Təqsirləndirilən şəxs sakinlərin istirahəti üçün nəzərdə tutulan oturacaqda qonşu binada yaşayan Anar və Elgün adlı şəxslərlə söhbət etdiyini görmüşdür, ancaq nə danışdıqlarını bilməmişdir. Anar və Elgünü tanıyır, onlar onun yaşadığı ərazidə yaşayırlar. Onlar öz aralarında bir qədər söhbət edəndən sonra Elgün onun işlədiyi dükana gəlib tanışı Bəxtiyarın özünə məxsus mobil telefonu satdığını və pula ehtiyacı olduğunu bildirmişdir. Həmin telefona baxmış, telefon işlənmiş “Samsung J2” markalı mobil telefon olmuşdur. Elgün həmin mobil telefonu 35 manata satdığını demişdir. O, isə Elgünə həmin telefonu 30 manata ala biləcəyini demişdir. Bundan sonra Elgün dükandan gedərək telefonu bir neçə adama da göstərmiş, lakin telefonu heç kim almadığından yenidən onun yanına qayıtmış və o, mobil telefonu 30 manata almışdır. O, dəfələrlə Elgündən telefonun oğurluq olub-olmadığını soruşmuş, Elgün isə bildirmişdir ki, “telefon Bəxtiyarındı, oğurluq deyil, biz bir-birimizi tanıyırıq”. O, Elgün adlı şəxsin Bəxtiyara məxsus adla ona satmış olduğu mobil telefonun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2023-cü il tarixli protokoldan məlum olur ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 9\6144 nömrəli rəyindən görünür ki, analoji malların markasına, modelinə uyğun olaraq Zərərçəkmiş şəxs3 məxsus Türkiyə istehsalı olan olan pambıq yay koftası 2 ədəd -1 ədədinin qiyməti 10 manat olmaqla cəmi 20 manat,1ədəd qulpu qızılı rəngdə olan rusiya istehsallı dərzi qayçı 5 manat, 1 ədəd “Omron” markalı Almaniya istehsalı olan təziq ölçən aparat 80 manat,1 ədəd Rusiya istehsallı yük çamadanı 40 manat olmaqla malların orta bazar istismar parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ümumilikdə 145.00 manat müəyyən olunmuş, 01 ədəd Rusiya istehsalı qadın kürkü haqqında ətraflı məlumat olmadığından isə qiymətləndirmənin aparılmasının mümkün olmadığı göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 9\8914 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus25 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə1 ədədinin qiyməti 0.40 manat olmaqla cəmi 10 manat, 1 qutu 200 qramlıq “Məryam” adlı çay 2 manat,1 kiloqram qarışıq çiçək otları 10 manat,12 ədəd metaldan olan çay qaşığı 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat, 6 ədəd 200 qrmalıq xrustal çay stəkanı 1 ədədinin qiyməti 2 manat olmaqla cəmi 12 manat,6 ədəd armudu çay stəkanı 1 ədədinin qiyməti 1.50 manat olmaqla cəmi 9 manat,40 ədəd xörək qaşığı 1 ədədinin qiyməti 0.50 manat cəmi 20 manat,20 ədəd çəngəl 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 10 manat,40 ədəd sadə ağ rəngli xörək boşqabı bir ədədinin qiyməti 1 manat olmaqla cəmi 40 manat,1 cüt ayaqqabı 5 manat, 1 ədəd 4.5 litrlik qaz piltəsi 25 manat,1(bir) ədəd 24 ölçülü, oğlan uşağına məxsus, üzərində “LİDER+” yazısı olan “DESNA” firmasına məxsus, göy rəngli ikitəkərli velosiped 120 manat,1 (bir) ədəd “Hunday” markalı, LKRB 52SS-5.2 modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatı 150 manat,4 kq “Azərşəkər” firmasına məxsus qənd 1 kiloqramənın qiyməti 3 manat olmaqla cəmi 12 manat,45 ədəd 50 qramlıq “FANAT” adlı suxari, 1 ədədinin qiyməti 0.40 manat olmaqla cəmi 18 manat,1 ədəd 100 qramlıq dəmir qutuda fisdıq 3 manat,15 ədəd kağız qutuda olan fıstıq 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 7.50 manat,2 ədəd bıçaq 1 ədədinin qiyməti 3 manat olmaqla cəmi 6 manat,100 litr “NZS” markalı süzülmə çəllək piyvəsi, 1 litirinin qiyməti 1 manat olmaqla cəmi 100 manat,1 ədəd eynək 5 manat, 6 ədəd limon 1 ədədinin qiyməti 0.30 manat olmaqla 1.80 manat, 1 ədəd 1 litrlik araq, 10 manat,50 kq mis 1 kiloqramınının qiyməti 12.50 manat olmaqla cəmi 625 manat, ümumilikdə 1207.30 manat olduğu müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs2 Fəxrəddin oğluna məxsus 1 ədəd “LG” markalı, 47LA860V modelli, 107 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmamış plazma televizor 750 manat, 1 ədəd gümüşü rəngli, nikel tərkibli, 1970-ci il sovet istehsallı, iki qulplu, qapaqlı, 10 litr tutumlu istifadəyə yararlı od samovarı 240 manat, 1 ədəd 40 manat dəyərində “Panasonic Es-3042S520” modelli, gümüş-göy rəngli kişi üçün nəzərdə tutulmuş üzqırxan maşın 40 manat, 1 ədəd “ANDELİ” firmasına məxsus, “TİG-180G” modelli, Çin istehsallı, ölçüləri 335 mm*120 mm*230 mm olan, çəkisi 5,5 kq, üzəri qırmızı rəngli, nominal giriş cərəyanı 23A olan, əldə gəzdirilən qaynaq aparatı 120 manat, 100 metr uzunluğunda 6-lıq mis kabel 1 metrin qiyməti 1 manat olmaqla cəmi 100 manat, 1 ədəd üzərində D-350 ZR yazıları olan direl 20 manat, 1 ədəd TMAKOTA firmasına məxsus YY_GCJ00 markalı 68 V 1800rpm göstəricilərə malik ot biçən aparatı 100 manat, 1 ədəd “TCH” firmasına məxsus 1600 vat gücündə laqunda aparatı 60 manat, ümumilikdə 1430 manat olduğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 9\8913 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 1(bir) ədəd 3gb ram, 512 video karta malik, “Sony” markalı sistem bloku 150 manat, 1(bir) ədəd “Weifeng” firmasına məxsus monitorlu DVR 80 manat, 1(bir) ədəd üzərində “KF L- 05 K MAX 3500 W, 230 V” yazılar olan cərəyan yuvası 15 manat, 1(bir) ədəd “Ecopress” firmasına məxsus, üzərində “Universal CE285 A, 35 Aİ, 36Aİ, 725İ, 712” yazılar olan katric 40 manat, 1(bir) ədəd “Cition” firmasına məxsus “CT2114c” markalı kalkulyatoru 3 manat, 1(bir) ədəd üzərində heç bir yazısı olmayan “noutbook” üçün adaptırı20 manat, 1(bir) ədəd üzərində “EXTREME” yazısı olan kompyuter üçün nəzərdə tutulmuş siçanı 5 manat, 1(bir) ədəd dəri materialdan, sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluq 20 manat, 1(bir) ədəd 1.50x 50 sm ölçüdə olan xalça 100 manat, 20 metr 2-lik naqil 1 metrinin qiyməti 0,60 manat olmaqla 12 manat, ümumilikdə 445 manat olduğu müəyyən edilir. Zərərçəkmiş şəxs4 məxsus “Samsung J2” markalı mobil telefonun 60 manat olduğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxssözügedən cinayət əməlləri üzrə “çayxanadan oğurluğun olunması” epizodunda özünü tam təqsirli bilərək əməlini etiraf etmiş, ittiham aktında sözügedən “yaşayış evlərindən və bələdiyyənin binasından oğurluğun olunması” epizodlarına münasibətdə isə həmin binalara (evlərə) oğurluq niyyətilə girmədiyini, zərəçəkmiş şəxslər Fəxrəddin İsmayılova və Zərərçəkmiş şəxs2 məxsus evlərə sadəcə gecələmək niyyətilə girdiyini və həmin evlərdən heç bir əşya oğurlamadığını, həmçinin bələdiyyənin binasına gecələmək üçün daxil olduğunu, lakin buna baxmayaraq oradan çıxarkən 2 ədəd flaşkart götürdüyünü, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus evə isə oğurluq niyyətilə daxil olmadığını, lakin oradan çıxarkən həmin evdən qadın kürkü oğurladığını, məktəbin binasına isə sadəcə əynini dəyişmək niyyətilə daxil olduğunu, lakin onu sorğu-suala tutan məktəb gözətçisinin əlindən telefonunu alaraq qaçdığını bildirmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəməbu qənaətə gəlir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəza verilməlidir. Cinayətişininmateriallarına əlavə edilmişelektron axtarış sorğusunun nəticəsindən görünürki, X1ha əvvəldə bir neçə məhkumluğu olmaqla yanaşı o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilnərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)260/2023 saylı hökmündən görünür ki, həmin hökmlə X5 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, həmin cəza X2 Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqlaX4 qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3cü maddələri ilə təqsirli bilinərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs1 Camaləddin oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqlarını, maddi ziyanla bağlı ona qarşı tələblərinin və şikayətlərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Camaləddin oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə barışıq əldə etməsi və sözügedən zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olması, o cümlədən ağırlaşdıran halın, yəni əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətlərdə cəza təyin edilməlidir. X5 müxtəlif vaxtlarda iki talama cinayəti törətmişdir. Buna görə də X4 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə və həmin Məcəllənin 180.2.2, 180.2.3-cü maddələri ilə ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməllərə münasibətini və işin hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün və eyni zamanda cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. X3 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə Gəncə Şəhər Məhkəməsinin 1(125)-346/2023 saylı, 18 avqust 2023-cü il tarixli hökmünün qanuni qüvvəsini alması və Təqsirləndirilən şəxs azadlıqdan məhru etmə cəzasını çəkməkdə olması əsası ilə hazırki cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzudılmasından Samux Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli qərarı ilə imtina olunmuşdur. Məhkımə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə əsasən onun həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 8 (səkkiz) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Cinayət işi üzrə maddi sübutlar – 25 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə, 1 qutu 200 qramlıq “Məryam” adlı çay, 12 ədəd metaldan olan çay qaşığı, 6 ədəd 200 qramlıq xrustal çay stəkanı, 6 ədəd armudu çay stəkanı, 40 ədəd xörək qaşığı, 20 ədəd çəngəl, 40 ədəd sadə ağ rəngli xörək boşqabı, 1 ədəd 4.5 litrlik qaz piltəsi, 45 ədəd 50 qramlıq “FANAT” adlı suxarı, 1 ədəd dəmir qutuda fıstıq, 15 ədəd kağız qutuda olan fıstıq, 2 ədəd bıçaq, 1 litrlik araq,1 ədəd 2 litrlik “fanta” içkisi və 1 ədəd 1 litrlik “Coco –cola” içkisi, 1 ədəd 3gb ram, 512 video karta malik, “Sony” markalı sistem blok, 1ədəd “Weifeng” firmasına məxsus monitorlu DVR-ı, 1(bir) ədəd üzərində “KF L-05 K MAX 3500 W, 230 V” yazılar olan cərəyan yuvası, 1 ədəd “Ecopress” firmasına məxsus üzərində “Universal CE285 A, 35 Aİ, 36Aİ, 725İ, 712” yazılar olan katric, 1 ədəd “Cition” firmasına məxsus “CT2114c” markalı kalkulyator, 1 ədəd üzərində heç bir yazısı olmayan “noutbook” üçün nəzərdə tutulmuş adaptır, 1 ədəd üzərində “EXTREME” yazısı olan kompyuter üçün nəzərdə tutulmuş siçan, 1 ədəd dəri materialdan, sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluq, 1 ədəd 1.50x 50 sm ölçüdə olan xalça, 20 metr uzunluğunda naqil, 1 ədəd üzərində “D-350 ZR” yazıları olan direl, 1 ədəd “TMAKOTA” firmasına məxsus “YY_GCJ00” markalı 68 V 1800 rpm göstəricilərə malik ot biçən aparat, 1 ədəd “TCH” firmasına məxsus 1600 vat güçündə laqunda aparatı 1 ədəd “Samsung J2” markalı mobil telefon və açarlar, Rusiya İstehsallı qadın kürkü, 1(bir) ədəd qulpu qızılı rəngdə olan Rusiya istehsallı dərzi qayçısı, 1 ədəd Türkiyə istehsalı olan pambıq yay koftası, 1 (bir) ədəd “Omron“ markalı təzyiq ölçən aparat və 1 ədəd Rusiya istehsallı yük çamadını qanuni sahiblərinə qaytarılmalı, hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs məxsus 04 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddiavə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198,346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 ay (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 ay (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3cü maddələri ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)260/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət cəzasından çıxılsın, üzərində qəti olaraq 04 (dörd) il 11 (onbir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 25 ədəd “maccofe” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə, 1 qutu 200 qramlıq “Məryam” adlı çay, 12 ədəd metaldan olan çay qaşığı, 6 ədəd 200 qramlıq xrustal çay stəkanı, 6 ədəd armudu çay stəkanı, 40 ədəd xörək qaşığı, 20 ədəd çəngəl, 40 ədəd sadə ağ rəngli xörək boşqabı, 1 ədəd 4.5 litrlik qaz piltəsi, 45 ədəd 50 qramlıq “FANAT” adlı suxarı, 1 ədəd dəmir qutuda fıstıq, 15 ədəd kağız qutuda olan fıstıq, 2 ədəd bıçaq, 1 litrlik araq,1 ədəd 2 litrlik “fanta”içkisi və 1 ədəd 1 litrlik “Coco –cola” içkisi, 1 ədəd 3gb ram, 512 video karta malik, “Sony” markalı sistem blok, 1ədəd “Weifeng” firmasına məxsus monitorlu DVR-ı, 1(bir) ədəd üzərində “KF L-05 K MAX 3500 W, 230 V” yazılar olan cərəyan yuvası, 1 ədəd “Ecopress” firmasına məxsus üzərində “Universal" CE285 A, 35 Aİ, 36Aİ, 725İ, 712” yazılar olan katric, 1 ədəd “Cition” firmasına məxsus “CT2114c” markalı kalkulyator, 1 ədəd üzərində heç bir yazısı olmayan “noutbook” üçün nəzərdə tutulmuş adaptır, 1 ədəd üzərində “EXTREME” yazısı olan kompyuter üçün nəzərdə tutulmuş siçan, 1 ədəd dəri materialdan, sənəd yığmaq üçün nəzərdə tutulmuş dəri qovluq, 1 ədəd 1.50x 50 sm ölçüdə olan xalça, 20 metr uzunluğunda naqil, 1 ədəd üzərində D-350 ZR yazıları olan direl, 1 ədəd “TMAKOTA” firmasına məxsus "YY_GCJ00" markalı 68 V 1800 rpm göstəricilərə malik ot biçən aparat, 1 ədəd “TCH” firmasına məxsus 1600 vat güçündə laqunda aparatı 1 ədəd “Samsung J2” markalı mobil telefon və açarlar, Rusiya İstehsallı qadın kürkü, 1 (bir) ədəd qulpu qızılı rəngdə olan Rusiya istehsallı dərzi qayçısı, 1 ədəd Türkiyə istehsalı olan pambıq yay koftası, 1 (bir) ədəd “Omron“ markalı təzyiq ölçən aparat və 1 ədəd Rusiya istehsallı yük çamadını qanuni sahiblərinə qaytarılsın. Hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs məxsus 04 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar