Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-13/2024 20.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Ozan küçəsi, ev 32-də qeydiyyatda olan, Samux rayonu Kolayır kəndində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.2001-ci ildə Rusiya Federasiyası Moskova şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 92, mənzil 4-də qeydiyyatda olan, Samux rayonu Kolayır kəndində yaşayan və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında qohumu Təqsirləndirilən şəxs2 ilə 29 noyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus və yaşayış olmayan Samux rayonu, Samux şəhərində (Kolayır kəndi) yerləşən, fərdi yaşayış evinin həyətinin qapısının olmamasından istifadə edərək evin həyətinə qanunsuz daxil olduqdan sonra evin pəncərəsini açma yolu ilə evə daxil olub, evin qonaq otağından 70 manat dəyərində 1 (bir) dəst içərisində şüşə materialdan hazırlanmış, üzəri ağ və qızılı naxışlı 6 ədəd bakalı, 6 ədəd stəkanı, 1 ədəd qrafini, 12 manat dəyərində 6 (altı) ədəd şüşə materialdan hazırlanmış, üzəri göy və gümüşü rəngli naxışlı stəkanı,150 manat dəyərində 1 (bir) dəst “Maghsoud” firmasına məxsus, içərisində 6 nəfərlik, şüşə materialdan hazırlanmış 6 ədəd adi boşqabı, 6 ədəd salat qabını, 6 ədəd desert qabını, 6 ədəd dərin boşqabı, 6 ədəd şorba qabını, 2 ədəd duz qabını, 2 ədəd istiot qabını və 3 ədəd buludu, 50 manat dəyərində 1 (bir) dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus, şüşə materialdan hazırlanmış çay servisini, 3(üç) ədəd hər birinin qiyməti 1 manat olmaqla cəmi 3 manat dəyərində 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış, üzərində meyvə şəkilləri olan çay dəsmalını, 250 manat dəyərində 1 (bir) ədəd “LİGHT WAVE” firmasına məxsus, arxasında “LV-E3211-ST2” yazıları olan 82 dioqanallı, yeni, işlənməmiş plazma televizorunu, 20 manat dəyərində 1 (bir) ədəd “TENDA” firmasına məxsus üç antenalı modemi, 2 (iki) ədəd hər birinin qiyməti 5 manat olmaqla, cəmi 10 manat dəyərində şüşə materialdan hazırlanmış qrafini, 5 (beş) ədəd hər birinin qiyməti 15 manat olmaqla, cəmi 75 manat manat dəyərində şüşə materialdan hazırlanmış mürəbbə qabını, ümumilikdə 640 (altı yüz qırx) manat dəyərində olan özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında qohumu Təqsirləndirilən şəxs1 ilə 29 noyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus və yaşayış olmayan Samux rayonu, Samux şəhərində (Kolayır kəndi) yerləşən, fərdi yaşayış evinin həyətinin qapısının olmamasından istifadə edərək evin həyətinə qanunsuz daxil olduqdan sonra evin pəncərəsini açma yolu ilə evə daxil olub, evin qonaq otağından 70 manat dəyərində 1(bir) dəst içərisində şüşə materialdan hazırlanmış, üzəri ağ və qızılı naxışlı 6 ədəd bakalı, 6 ədəd stəkanı, 1 ədəd qrafini, 12 manat dəyərində 6 (altı) ədəd şüşə materialdan hazırlanmış, üzəri göy və gümüşü rəngli naxışlı stəkanı,150 manat dəyərində 1(bir) dəst “Maghsoud” firmasına məxsus, içərisində 6 nəfərlik, şüşə materialdan hazırlanmış 6 ədəd adi boşqabı, 6 ədəd salat qabını, 6 ədəd desert qabını, 6 ədəd dərin boşqabı, 6 ədəd şorba qabını, 2 ədəd duz qabını, 2 ədəd istiot qabını və 3 ədəd buludu, 50 manat dəyərində 1 (bir) dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus, şüşə materialdan hazırlanmış, çay servisini, 3(üç) ədəd hər birinin qiyməti 1 manat olmaqla cəmi 3 manat dəyərində 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış, üzərində meyvə şəkilləri olan çay dəsmalı, 250 manat dəyərində 1(bir) ədəd “LİGHT WAVE” firmasına məxsus, arxasında “LV-E3211-ST2” yazıları olan 82 dioqanallı, yeni, işlənməmiş plazma televizorunu, 20 manat dəyərində 1(bir) ədəd “TENDA” firmasına məxsus üç antenalı modemi, 2 (iki) ədəd hər birinin qiyməti 5 manat olmaqla, cəmi 10 manat dəyərində şüşə materialdan hazırlanmış qrafini, 5 (beş) ədəd hər birinin qiyməti 15 manat olmaqla, cəmi 75 manat manat dəyərində şüşə materialdan hazırlanmış mürəbbə qabını, ümumilikdə 640 (altı yüz qırx) manat dəyərində olan özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. Mütəmadi olaraq o, spirtli içki qəbul edir. Yaşadığı evdə ondan başqa anası və bacısının uşaqları Sərxan və Samir yaşayır. O, əvvəllər Gəncə şəhərində yaşasa da, sonradan Samux rayonuna köçüb anası ilə bir yerdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs onun kəndçisidir. Onunla əvvəllər heç bir düşmənçəlik və ədavəti olmamışdır. 28 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixə keçən gecə yaşadığı evdə bacısı uşaqları Sərxan və Samirlə birlikdə oturub yeyib içmişlər. Samir bir qədər içdikdən sonra gedib yatmış, o, isə Sərxanla birlikdə 1 litr 500 qram araq içmişdir. İçki qəbul etdikdən sonra o, sərxoş olmuşdur. Həmin tarixdə saat təxminən 04 radələrində yaşadığı evdən çıxaraq Samux rayonu Kolayır kəndində piyada gəzməyə başlamışdır. Samux rayonu Kolayır kəndində Kür küçəsi adlanan yerdə qəbiristanlığın yanında olan zaman təsadüfən Zərərçəkmiş şəxs məxsus olan ev diqqətini cəlb etmişdir. Həmin evin işıqlarının yanmadığını və darvazasınında olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs evinin həyətinə açıq qapıdan daxil olduqdan sonra həyəti axtarmağa başlamışdır, evin həyətindən balaca dəmir parçası tapmışdır, həmin dəmir parçası ilə evin qəhvəyi rəngli plastik materialdan olan pəncərəsinin kilid hissəsinə güc eliyərək pəncərini açmışdır, pəncərəni açan zaman yanında kiminsə olduğunu görmüşdür, həmin şəxsə baxan zaman bacısı oğlu Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. O, Sərxana yanından getməsini deyərək pəncərədən evə daxil olmuşdur. Evə girdikdən sonra bacısı oğlu Sərxanda içəri daxil olmuşdur. Sərxanı yanında gördükdən sonra ona heçnə deməmiş və Sərxanla birlikdə evi axtarmağa başlamışdır. Evin birinci mərtəbəsində olan qonaq otağında stol olmuşdur, həmin stolun üzərində televizor və qutulara yığılmış cehizliyə bənzər əşyalar olmuşdur. Həmin otaqda yerdə isə İnternet modemi olmuşdur. O, bir ədəd içərisində cehizlik əşyalar olan qutunu Təqsirləndirilən şəxs2 isə televizoru və modemi götürərək evdən çıxmışlar. Piyada yaşadıqları evə gəlib evin həyətində həmin əşyaları heç kimin görə bilməyəcəyi yerə qoyub, yenidən oğurluq cinayəti etdiyi evə qayıtmışdırlar, yenə eyni qaydada Təqsirləndirilən şəxs2lə birlikdə açmış olduğu pəncərədən evə daxil olub qonaq otağında olan hərəsi bir ədəd içərisində cehizlik əşyalar olan qutunu götürüb Təqsirləndirilən şəxs2lə birlikdə yaşadıqları evin həyətinə gəlib əvvəl əşyaları qoyduqları yerə yığmışlar. Təqsirləndirilən şəxs2lə birlikdə səhərə kimi yatmayıb gözləmişlər. Səhər saat 08 radələrində şirkət taksisinə zəng vurub yaşadığı evə çağırmış, həmin taksi ilə Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs evindən oğurlamış olduqları əşyaları və əvvəlcədən evində olan işlək olmayan televizoru taksiyə yığaraq taksi ilə Gəncə şəhərinə getmişlər. Çoxdan tanıdığı və əvvəllər qonşusu olmuş Pərviz adlı şəxsin işlədiyi Gəncə şəhəri “Skonnu” adlanan əraziyə getmiş, Pərvizin iş yerində ona özünə məxsus olan satdıq televizorun və qab qacağın olduğunu demişdir. Bundan sonra taksidən Təqsirləndirilən şəxs2lə birlikdə həmin televizoru götürüb Pərvizə göstərmiş, televizoru 50 manata Pərvizə satmışdır. Həmçinin öz evindən götürdüyü özünə məxsus olan işlək olmayan televizoru isə Pərvizə pay vermişdir. Pərviz ona qab-qaşıq lazım olmadığını demişdir. Bundan sonra gəlmiş olduqları taksi ilə Gəncə şəhərində yerləşən “Kolxoz Bazarı” adlanan yerə getmişlər. Orada məişət əşyalarının alqı-satqısı ilə məşğul olan Qabil adlı tanışı taksinin baqajında olan qutularda olan əşyalara baxmış və onları ancaq 30 manata ala biləcəyini demişdir. Qabillə razılaşmış və digər əmlaklarıda 30 manata ona satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə dükandan yeyib içmək alaraq yaşadıqları evə getmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Samux rayonu Kolayır kəndində dayısı Rövşən və qardaşı Samirlə birlikdə spirtli içki içmişlər. Qardaşı Samir bir qədər içdikdən sonra onlardan əvvəl gedib yatmışdır. O isə dayısınnan təxminən 1 litr 500 qram araq içmişlər. Yeyib içdikdən sonra sərxoş olmuşlar. O, dayısı Rövşənin çölə çıxdığını görmüş, dayısın arxası ilə çıxmışdır Dayısı sərxoş olduğu üçün narahat olmuş və buna görə onun arxası ilə getmişdir. Saat təxminən 4 radələrində dayısı Rövşən Kolayır kəndində kənd arasında Kür küçəsi deyilən yerdə qəbristanlğın yaxınlığında üzü Kür istiqamətinə baxdıqda yolun sağ tərəf hissəsində yerləşən darvazası olmayan evin həyətinə daxil olub evin həyətində nəyisə axtarmağa başlamışdır. Dayısı evin giriş hissəsindən baxdıqda evin birinci pəncərəsini açmağa çalışmışdır. Dayısı Rövşən evin pəncərəsini açan kimi ona yaxınlaşmışdır. Rövşən onu görəndə demişdir ki, evə getsin. Bundan sonra dayısı Rövşən evin pəncərəsindən evə daxil olmuş, o, da dayısının sözünə məhəl qoymayaraq evə daxil olmuşdur. Bundan sonra evə daxil olub dayısı ilə birlikdə evi axtarmağa başlamışlar. Evin birinci mərtəbəsində olan qonaq otağında stol olmuşdur, həmin stolun üzərində televizor və qutulara yığılmış cehizliyə bənzər əşyalar olmuş, həmin otaqda yerdə isə İnternet modemi olmuşdur. O, televizoru, modemi dayısı isə bir ədəd içərisində cehizlik əşyalar olan qutu götürərək evdən çıxaraq piyada yaşadıqları evə həyətində əşyaları heç kimin görə bilməyəcəyi yerə qoyub, yenidən oğurluq cinayəti etdiyi evə qayıtmışlar. Yenə eyni qaydada dayısı ilə birlikdə dayısı Rövşənin açmış olduğu pəncərədən evə daxil olub qonaq otağında olan hərəsi bir ədəd içərisində cehizlik əşyalar olan qutu götürüb dayısı Rövşənlə birlikdə yaşadığı evin həyətinə gedib əşyaları qoyduqları yerə yığmışlar. Dayısı ilə birlikdə səhərə kimi yatmayıb gözləmiş, səhər saat 8 radələrində dayısı çölə çıxıb taksi tapıb gətirmiş, dayısı ilə birlikdə həmin əşyaları taksiyə yığmışlar. Qeyd etdiyi əşyalardan da əlavə evdə olan xarab televizoru da taksiyə qoymuşlar. Bundan sonra taksi ilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində “Skonnu” adlanan ərazidə dayısı Rövşənin Pərviz adlı tanışı dayısı ilə razılaşıb televizoru 50 manata Pərvizə satmışlar. Digər xarab olan televizoru isə ona pay vermişdir. Bundan sonra gəlmiş olduqları taksi ilə Gəncə şəhərində yerləşən “Kolxoz Bazarı” adlanan yerə getmişlər. Orada Rövşənin məişət əşyalarının alqı-satqısı ilə məşğul olan Qabil adlı tanışına digər əmlakaları 30 manata satmışlar. Bundan sonra elə həmin yerdə yerləşən mağazaların birindən araq və yeyib içmək alıb yaşadıqları evə getmişlər. O, içkili olduğuna görə oğurluq etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 30 noyabr 2023-cü il tarixdə özünə məxsus evə gedən zaman evin pəncərəsinin açıq olduğunu görmüş və bilmiş ki, evinə kənar şəxslər daxil olmuşlar. Tez evə daxil olmuş və evin içərisindən televizorun ,qab qacaqların, xalça və internet modeminin olmadığını müəyyən edib dərhal 102 Zəng Xidmətinə müraciət edərək yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin vaxt həyəcanlı olduğundan düzgün hesablama aparmayaraq polisə 70 manat dəyərində əmlakın oğurlandığını bildirmişdir. Çünki, həmin zaman evdən hansı əşyaların oğurlandığını dəqiq bilməmişdir. Sonra yaşadığı evə gedib dəqiləşdirmə aparaq müəyyən etmişdir ki, Samux rayonu Kolayır kəndində yerləşən evindən ümümi dəyəri 80 manat olan, 01 dəst, şüşə materialdan hazırlanmış içərisində üzəri ağ və qızılı naxışlı 06 ədəd bakal, 06 ədəd stəkan və 01 ədəd krafin, ümumi dəyəri 50 manat olan şüşə materialdan hazırlanmış, üzəri göy və gümüşü rəngli naxışalar stəkan, ümumi dəyəri 350 manat olan, Maghsoud firmasına məxsus, 01 dəst 6 nəfərlik, şüşə materialdan hazırlanmış, içərisində 06 ədəd adi boşqab, 06 ədəd salat qabı, 06 ədəd desert qabı, 06 ədəd dərin boşqab, 06 ədəd şorba qabı, 02 ədəd duz, 02 ədəd istiot qabı və 03 ədəd bulud, ümumi dəyəri 150 manat olan 01 dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus, şüşə materialdan hazırlanmış, çay servisi, 01 ədədinin dəyəri 5 manat olan 03 ədəd 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış, üzərində meyvə şəkilləri olan çay dəsmalı, ümumi dəyəri 500 manat olan “LİGHT WAVE” firmasına məxsus arxasında LV- E3211-ST2 yazıları olan 82 dioqanallı yeni işlənməmiş plazma televizor, 01 ədəd 35 manat dəyərində olan “TENDA” firmasına məxsus 3 antenalı modem, 01 ədədinin qiyməti 10 manat olan, 02 ədəd şüşə materialdan hazırlanmış krafin,01 ədədinin qiyməti 15 manat olan 05 ədəd şüşə materialdan hazırlanmış mürəbbə qabı oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ümumilikdə 1275 manat məbləğində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ona ödənilmişdir, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs 20 may 2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 doğma qardaşıdır. X2 mütəmadi olaraq spirtli içki qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə axşam vaxtı yaşadığı Samux rayonu Kolayır kəndində evdə dayısı Rövşən və qardaşı Sərxanla birlikdə spirtli içki olan araq içmişlər, o, bir qədər içdikdən sonra gedib yatmış, Sərxan isə dayısı Rövşənlə yenə də içmişlər. Həmin günün sabahısı xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində yuxudan duranda görmüşdür ki, Sərxan və Rövşən evdə yoxdurlar. Saat təxminən 15 radələrində Rövşən və Sərxan spirtli içki olan araq və digər ərzaqlar alıb evə gələrək yenə də yeyib içmişlər. Bu dəfə o, onlarla içməmişdir. xx.xx.2023-cü il tarixdə polislər Rövşəni aparmış, həmin günün sabahısı yəni, xx.xx.2023cü il tarixdə Sərxan ona demişdir ki, Rövşənə qoşularaq Samux rayonu Kolayır kəndində yaşadıqları evə yaxın olan evdən oğurluq etmişlər. Söhbət etdikdən sonra Sərxan demişdir ki, könüllü olaraq gedib polisə təslim olacaqdır. Sonra Sərxan gedib polisə könüllü olaraq təslim olub etdiyi əməli etiraf etmişdir. Qardaşı Sərxanla dayısı Rövşənin oğurluq cinayəti törətmələrindən xəbəri olmamışdır, sonradan Rövşən tutulandan sonra Sərxan oğurluq etdiklərini demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, yaşadığı evdə televizorların təmiri ilə məşğul olur. Ara-bir isə düşəndə televizor alıb satır. Təqsirləndirilən şəxs1 əvvəllər qonşusu olmuşdur. xx.xx-2023-cü il tarixdə saat təxminən 09 radələrində yaşadığı evin qapısını döyüldüyünü eşitmişdir. Qapıya çıxan zaman qapını döyən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Rövşənlə hal əhval tutaraq salamlaşıb görüşmüşdür. Rövşənin yanında onun bacısı oğlu Sərxan olmuşdur. Rövşən və Sərxan ilk baxışdan sərxoş olduqları hiss olunmuşdur. Təqsirləndirilən şəxs1 televizor və qab-qacaq satdığını ona bildirmişdir. Rövşən həmin əmlakların ona məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin televiozora baxmış Rövşənlə razılaşaraq həmin televizoru 50 manata almışdır. Rövşən bundan başqa bir ədəd də xarab televizoru ona pay vermişdir. Bundan sonra Rövşən və Sərxan gəlmiş olduqları taksi ilə çıxıb getmişlər. Sonradan bilmişdir ki, Rövşən həmin televizoru oğurlamışdır. Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsində bildirmişdir ki, Gəncə şəhəri “Kolxoz” bazarı adlanan ərazidə qədimi əşyaların alqı-satqısı ilə məşğul olur, həmin yerin yanında perojki də satır. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır, belə ki Rövşənin rəhmətlik atası İlyasla mən əvvəllər yanaşı bir yerdə dükan işlətmiş, Rövşəni də elə oradan tanımış, həmçinin Rövşənin bacısı uşaqları Samir və Sərxanıda uşaq vaxtlarından tanıyır. Samir və Sərxan əvvəllər Türkiyədə yaşamışlar, sonradan onlar Türkiyədən deport olub qayıtdıqdan sonra ara-bir işlədiyi yerə gələrək perojki yemişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Gəncə şəhəri “Kolkoz” bazarında yerləşən iş yerində olarkən Rövşən və onun bacısı oğlu Sərxan yanına gəlmişlər. Rövşənlə salamlaşıb görüşdükdən sonra o, Samux rayonu Kolayır kəndində yerləşən evlərini satdığını bildirirək Gəncə şəhərində Sevinc qəsəbəsindən 35 min manat civarında ev almaq istədiyini demişdir. O, isə ev maraqlanacağını demişdir. Söhbət zamanı Rövşən ona deyib ki, “Evimizdə olan qab-qacaqlar əl-ayaqda qırılacaq, gətirim onları sənə satım” O isə Rövşənə deyib ki, “gətir baxım, xoşuma gəlsə alacam”. Bundan sonra Sərxan və Rövşən yanından çıxıb getmişlər və 5-10 dəqiqə sonra yenidən yanına qayıtmışlar. Rövşən və Sərxan qutularda qab-qacaqlar gətirmişdilər. Sərxan və Rövşən yanına gələn zaman sərxoş vəziyyətdə olmuşdur. Orada Sərxanı danlayaraq demişdir ki, “içki içmə, özünü nə günə salmısan”. İlk öncə Rövşənin gətirdiyi qab-qacaqları almaq istəmədiyini demişdir. Rövşən isə ona pul lazım olduğunu gətirdikləri əmlakları cəmi 30 manat verib götürməyini demişdir. Həmçinin orada Sərxan ona deyib ki” bundan başqa da evdə əşyalar var, Məleykə onları qoymadı götürməyə” Sərxanın bu sözündən sonra arxayın olub həmin əmlakı 30 manata Rövşəndən almışdır. Söhbət zamanı Rövşənə deyib ki, “əmlakları satmıyacam istəsən pulumu qaytarıb gəlib götürərəsən”. Bundan sonra Rövşən və Sərxan çıxıb getmişlər. 30 manatı konkret olaraq Rövşənə vermişdir. Lakin söhbət zamanı Sərxan onu aldadaraq satdıqları əmlakların onun nənəsinə məxsus olduğunu demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “LİGHT WAVE” firmasına məxsus arxasında LV-E3211-ST2 yazıları olan 82 dioqanallı plazma televizor, 01 dəst, şüşə materialdan hazırlanmış içərisində üzəri ağ və qızılı naxışlı 06 ədəd bakal, şüşə materialdan hazırlanmış 06 ədəd stəkan və 01 ədəd qrafin, «Maghsoud» firmasına məxsus üzəri göy və gümüşü rəngli naxışları olan stəkan, şüşə materialdan hazırlanmış içərisində 01 dəst 6 nəfərlik 06 ədəd adi boşqab, 06 ədəd salat qabı, 06 ədəd desert qabı, 06 ədəd dərin boşqab, 06 ədəd şorba qabı, 02 ədəd duz qabı, 02 ədəd istiot qabı və 03 ədəd bulud, şüşə materialdan hazırlanmış 01 dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus çay servisi, şüşə materialdan hazırlanmış 02 ədəd qrafin, şüşə materialdan hazırlanmış 05 ədəd mürəbbə qabı, 03 ədəd 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış üzərində meyvə şəkilləri olan çay dəsmalı, 01 ədəd “TENDA” firmasına məxsus 3 antenalı modemin oğurlandığı mənzili göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 9\529 nömrəli rəyindən görünür ki, 01 dəst- şüşə materialdan hazırlanmış içərisində üzəri ağ və qızılı naxışlı 06 ədəd bakal-06 ədəd stəkan, qrafin-70 manat, 01 dəst- içərisində 06 ədəd şüşə materialdan hazırlanmış, üzəri göy və gümüşü rəngli naxışalar stəkan 12 manat, 01 dəst- Maghsoud firmasına məxsus, 6 nəfərlik, şüşə materialdan hazırlanmış, içərisində 06 ədəd adi boşqab, 06 ədəd salat qabı, 06 ədəd desert qabı, 06 ədəd dərin boşqab, 06 ədəd şorba qabı, 02 ədəd duz, 02 ədəd istiot qabı və 03 ədəd bulud olan dəst 150 manat, 01 dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus, şüşə materialdan hazırlanmış, çay servisi 50 manat, 03 ədəd 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış, üzərində meyvə şəkilləri olan çay dəsmalı 1( bir) ədədinin qiyməti 1(bir) manat olmaqla cəmi 3 manat, “LİGHT WAVE” firmasına məxsus arxasında LV-E3211-ST2 yazıları olan 82 dioqanallı yeni işlənməmiş plazma televizor 250 manat, “TENDA” firmasına məxsus 3 antenalı modem 20 manat, 02 ədəd şüşə materialdan hazırlanmış krafin 1(bir) ədədinin qiyməti 5(beş) manat olmaqla cəmi 10 manat, ekpertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 08 adda malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 565.00 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti 02 il 02 ay 6 gün müddətinə Azdlığın Məhdudlaşdırılması cəzasına məhkum edilimiş, xx.xx.2022-cil tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılıb və cəza müddəti bitmişdir . Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdikləri cinayət əməlini etiraf edərək, əməllərindən səmimi peşman olmalarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini cəzalarının yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzalarını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətlərini, ailədə yeganə qazanc gətirən şəxslər olmasını, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına və ailələrinə həyat şəraitinə təsirini, cəzalarının məqsədini və cəzalarının yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Kolayır kəndində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, habelə cəzalarının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd “LİGHT WAVE” firmasına məxsus arxasında LV-E3211-ST2 yazıları olan 82 dioqanallı plazma televizor, 01 dəst, şüşə materialdan hazırlanmış içərisində üzəri ağ və qızılı naxışlı 06 ədəd bakal, şüşə materialdan hazırlanmış 06 ədəd stəkan və 01 ədəd qrafin, «Maghsoud» firmasına məxsus üzəri göy və gümüşü rəngli naxışları olan stəkan, şüşə materialdan hazırlanmış içərisində 01 dəst 6 nəfərlik 06 ədəd adi boşqab, 06 ədəd salat qabı, 06 ədəd desert qabı, 06 ədəd dərin boşqab, 06 ədəd şorba qabı, 02 ədəd duz qabı, 02 ədəd istiot qabı və 03 ədəd bulud, şüşə materialdan hazırlanmış 01 dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus çay servisi, şüşə materialdan hazırlanmış 02 ədəd qrafin, şüşə materialdan hazırlanmış 05 ədəd mürəbbə qabı, 03 ədəd 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış üzərində meyvə şəkilləri olan çay dəsmalı, 01 ədəd “TENDA” firmasına məxsus 3 antenalı modem zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 18 (on səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 11 (on bir) ay 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Kolayır kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Kolayır kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd “LİGHT WAVE” firmasına məxsus arxasında LV-E3211-ST2 yazıları olan 82 dioqanallı plazma televizor, 01 dəst, şüşə materialdan hazırlanmış içərisində üzəri ağ və qızılı naxışlı 06 ədəd bakal, şüşə materialdan hazırlanmış 06 ədəd stəkan və 01 ədəd qrafin, «Maghsoud» firmasına məxsus üzəri göy və gümüşü rəngli naxışları olan stəkan, şüşə materialdan hazırlanmış içərisində 01 dəst 6 nəfərlik 06 ədəd adi boşqab, 06 ədəd salat qabı, 06 ədəd desert qabı, 06 ədəd dərin boşqab, 06 ədəd şorba qabı, 02 ədəd duz qabı, 02 ədəd istiot qabı və 03 ədəd bulud, şüşə materialdan hazırlanmış 01 dəst 6 nəfərlik “SCHOFER” firmasına məxsus çay servisi, şüşə materialdan hazırlanmış 02 ədəd qrafin, şüşə materialdan hazırlanmış 05 ədəd mürəbbə qabı, 03 ədəd 30x15 sm ölçülü pampıq materialdan hazırlanmış üzərində meyvə şəkilləri olan çay dəsmalı, 01 ədəd “TENDA” firmasına məxsus 3 antenalı modem Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-13/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-13/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver