Məhkəmə qərarları › İş №1(058)-14/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-14/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-14/2023 13.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 305 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 noyabr 2022-ci il tarixdə saat 09:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu “Ceyran Heykəlləri” adlanan ərazidə saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd göy rəngli sellofanda təmiz çəkisi 305 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 0.962 qram kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 07 yanvar 2023-cü il tarixdə saat 14:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “ÇİNAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 0.962 qram kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamin ondan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, arada bir narkotik vasitə istifadə edir, daimi olaraq və eyni narkotik vasitədən istifadə etmir. Təxminən noyabr ayının əvvəllərində Samux rayonuna balıq tutmağa gedirmiş, balıq tutmaq üçün ona qurd lazım olduğu üçün Samux rayonun girişində “ceyran heykəllərinin” yanında düşmüş ki, yerdən qurd çıxarsın, yerdən çıxardığı qurdları yığmaq üçün sellofan axtaran zaman ağacın dibindən göy rəngli sellofan tapmış, həmin sellofana baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görmüş və həmin sellofanı həmin yerdə gizlətmiş ki, sonra gəlib götürüb istifadə etsin. 19 noyabr 2022-ci il tarixdə 09 radələrində Samux rayonuna gələrək həmin sellofanı gizlətdiyi yerə gəlib ki, onu götürsün və içərisindəki qurudulmuş marixuananı istifadə etsin. O, sellofanı götürmüş və oradan biraz aralaşaraq yolun kənarında taksi gözlüyürmüş ki, Gəncə şəhərinə, yaşadığı evə getsin. Orada taksi gözləyən zaman saat 09 radələrində mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmiş və harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əlində olan göy rəngli sellofanı təqdim etmiş və bildirmiş ki, həmin sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin sellofan bükülüdə olan narkotik vasitəni özü təqdim etmiş, belə ki, bilmiş ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilirlər. Həmin narkotik vasitəni Samux rayonu “Ceyran heykəllərinin” yanından tapmış və özü istifadə etdiyi üçün üzərimdə gəzdirirmişdir. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 335 (üç yüz otuz beş) qram olmuşdur. Həmçinin təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Gəncə şəhəri Kərpiczavod adlanan ərazidə metal axtaran zaman bir ədəd bükülü onun diqqətini cəkmiş, həmin bükülünü götürən zaman içərisində əvvələrdə istifadə etdiyi üçün psixotrop maddə olan adını patı kimi bildiyi metanfitamin olduğunu görmüş, həmin psixotrop maddəni tez cibimə qoymuş ki, gələcəkdə ondan istifadə etsin. O, həmin psixotrop maddəni cibində saxlayırmış ki, münasib bir vaxtda istifadə etsin. xx.xx.2022-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsinə gəlmişdir. Onun Samux rayonu Qarayeri qəsəbəsinə gəlməkdə məqsədi metal axtarıb tapmaq və sonra həmin metalları sataraq qazanc əldə etmək olmuşdur. Həmin tarixdə saat 14:40 radələrində Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “ÇİNAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığımı soruşmuşlar və daha sonra istintaqdan yayınmağını bildirirək onu Samux RPŞ-nə dəvət etmişlər. O, Samux RPŞ-də olan zaman narkotik vasitə istifadə edib etmədiyini soruşan zaman narkotik istifadə etdiyini və üzərində olduğunu demişdir. Belə ki, düşünmüş ki, polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilir və ona görə özü etiraf etmişdir. Bundan sonra polis əməkdaşları vəkil dəvət edərək inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan qara rəngli qış gödəkçəsininsin döş cibində saxladığı şəffaf bükülüdə olan metanfitamini könüllü olaraq təqdim etmiş və həmin sellofanın içərisində metanfitamin olduğunu bildirmişdir. Həmin psixotrop maddəni təxminən polis şöbəsinə dəvət olunduğu gündən 4-5 gün əvvəl Gəncə şəhəri Kərpiczavod adlanan ərazidə metal axtaran zaman tapmış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Üzərində saxladığı psixotrop maddə çəkilən zaman 1.1 (bir tam onda bir) qram olmuşdur. Hazırda əməlini səmimi olaraq etiraf edir. O həmçinin göstərmişdir ki, onda narkotik vasitə olduğunu heç kəs bilmirmiş və heç kəsin də bundan xəbəri olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 19 noyabr 2022-ci il tarixdə xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında 19 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyatçısı, polis kapitanı Şahid3 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinin girişində “Ceyran heykəlləri” adlanan heykəllərin yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən müəyyən edilmiş. Ona yaxınlaşaraq özünü təqdim etmiş və qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu bildirərək Samux RPŞ-nə dəvət etmişdir. Samux RPŞ–nin inzibati binasında, xidməti iş otağında Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edilərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim etmiş və onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr varmış. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0.335 qram olmaqla kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü barədə soruşulan zaman içərisində narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitəni təxminən 10-15 gün əvvəl Samux rayonun girişində “ceyran” heykəlinin yaxınlığında qurd yığan zaman tapdığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. 04 yanvar 2023-cü il tarixdə Samux RPŞ-nin istintaq qrupunun müstəntiqi polis baş-leytenantı X6 tərəfindən ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış qərarı verilmişdir. Həmin qərar icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək tutulub istintaqa təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarxidə saat 14:40 radələrində Samux RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkilli polis kapitanı Şahid3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsinə gedilmiş və saat 14:40 radələrində Samux rayonu Qarayeri qəsəbəsində “Çinar” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdib və ona istintaqdan yayınmağını və onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə gəlməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs Samux RPŞ-nə gətirilmiş, RPŞ-nin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs narkotik istifadə edib-etmədiyini soruşan zaman Təqsirləndirilən şəxs narkotik istifadə etdiyini və hazırda üzərində psixotrop maddə olan metanfitamin olduğunu bildirmişdir. Bundan sonra İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Murad Balakişiyev tərəfindən Teyumur Məmmədov müdafiəçi ilə təmin olunmuş, şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkçəsinin sol döş cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmiş və bildirmişdir ki həmin sellofan paketdə psixatrop maddə olan metanfitamin vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan psixatrop maddə olan metanfitaminə oxşar ağ rəngdə kristal kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, psixatrop maddə olan metanfitaminə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 1.1 ( bir tam onda bir ) qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü təxminən 4-5 gün bundan qabaq Gəncə şəhəri Kərpiczavod qəsəbəsi ərazizisində sahibsiz ərazidən tapdığını və özü üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Samux RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 19 noyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarından görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, əkib-becərməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun yaxalanması və ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 19 noyabr 2022-ci il tarixdə saat 10:10-da Təqsirləndirilən şəxs Samux RPŞ-nin TQnun təhqiqatçısı polis mayoru X3 qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Samux RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Samux rayonu ərazisində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və Təqsirləndirilən şəxs bu zaman əlində olan göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək içərisində qurudulmuş “marixuana” olduğunu bildirmişdir. Həmin bükülü açılan zaman ilk baxışdan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 335 qram olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. 21 noyabr 2022-ci il tarixli Samux RPŞ-nin İQ-nin müstəntiqi polis bas-leytenantı X4 qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 07 yanvar 2023-cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs Samux RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X1 qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 07 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Samux RPŞ-nin CAB-nın axtarış üzrə əməliyyat müvəkkili, polis baş letenantı Şahid2, Samux RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid3, Samux RPŞ-nin İTBnin sahə rəisi polis mayoru X7, Samux rayonu ərazisinfdə fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol döş cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək içərisində “metanfitamin” olduğunu bildirmişdir. Həmin bükülü açılan zaman ilk baxışdan psixotrop maddə olan metanfitaminə oxşar ağ rəngdə kristal halda kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.1 qram olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Samux rayon məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 4(058)-02/2023 saylı həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə bioloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 16/1307 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs o.” Sözlər və imzalar olan politetilen torbadakı, təmiz çəkisi 305 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə bioloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 16/36 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.” Sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.962 qram, maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metanfitamindir. Məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli 1962 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 259 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metanfitamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(125)-58/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət, bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir, himayəsində azyaşlı uşağının olması isə cəzasını yüngülləşdirən haldır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(125)-58/2022 saylı hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs hazırda Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(125)-58/2022 saylı hökmünə əsasən çəkilməmiş 01 il, 02 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası qaldığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(125)-58/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 02 ay, 26 gün gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə, 07 ay 13 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il, 02 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,862 qram metamfetamin və 304,95 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs göstərdiyi 64 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 384 (üç yüz səksən dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 26 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 07 ay 13 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,862 qram metamfetamin və 304,95 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 64 saat hüquqi yardıma görə cəmi 384 (üç yüz səksən dörd) manat pul Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar